Məhkəmə qərarları › İş №2(103)-1745/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1745/2023

13.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1745/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5666/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiasının, ona əlavə edilmiş sənədlərin və iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5666/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 114.1.3, 151.1, 152.1.3, 152.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçının məhkəmədə həll edilməsi üçün irəli sürdüyü hazırkı tələb Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan üç hallardan biri, yəni neqator iddia sayılan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasının aradan qaldırılması iddiası (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) ilə əlaqədar olduğundan, mübahisəli yaşayış sahəsi isə ünvan 1 ünvanında yerləşdiyindən mübahisənin həlli Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir və iddiaçıya həmin məhkəməyə müraciət etməsi tövsiyə edilməlidir. Belə ki, iddianın məzmunundan göründüyü kimi, mübahisə predmeti olan yaşayış sahəsi iddiaçıya məxsusdur və o, hazırkı vəziyyətdə özünə məxsus mənzildən sərbəst istifadə edə bilmir. Hazırkı iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5666/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5666/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin icraata qəbul edilərək, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 31.2, 35.1, 39.1, 39.2, 39.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu maddəsinin təsiri altına düşmür. Hazırda bir iddia tələbi üzrə qəbul edilmiş iki fərqli mövqeli məhkəmə qərardadları mövcuddur. Nəsimi Rayon Məhkəməsinin gəldiyi nəticə tamamilə əsassızdır. Həmin qərardad İddiaçı məhkəmə müdafiəsindən istifadə etmək hüququndan məhrum edir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5666/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət ərizəsinin təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-45, 149-152, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, formal baxımdan ərizənin qeyd edilmiş əsasla qaytarılması mülki prosessual baxımından yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, işdə şikayətə qoşulmuş sənədlərdən görünür ki, sahiblik hüquqlarının pozulması barədə iddia edilən mənzil Binəqədi rayon ərazisindədir. Tələb isə mənzildən çıxarılma ilə bağlı sahiblik hüquqlarının müdafiəsi ilə əlaqəlidir Mülki Prosessual Məcəllənin tələblərinə görə: Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (39.1). Prosessual qanunvericiliyə görə, ilkin olaraq (iddia ərizəsinin icraata qəbul zamanı) ərazi aidiyyətinin müəyyən edilməsi, iddia ərizəsinin mahiyyəti ilə deyil, işin təfərrüatı araşdırılmadan tələbin mahiyyəti ilə bağlıdır. Mülki prosessual qanunvericiliyin müstəsna aidiyyətlə bağlı müddəalarının bilavasitə olaraq hazırkı tələblə bağlılığı müəyyən edilir. Ona görə birinci instansiya məhkəməsində qəbul edilən qənaətin, şikayətin dəlilləri üzrə, fərqli mövqedən təfsir edilməsi üçün əsaslar müəyyən edilmir və məhkəmənin iddia ərizəsinin qaytarılması barədə qərardadı əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Qeyd edilənlərlə yanaşı diqqətə çatdırılmalıdır ki, iş üzrə əlavə edilmiş sənədlərlə (s.11) mediasiyanın xx.xx.2022-ci il tarixində başqa tələblər üzrə aparılması müəyyən edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5666/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar