Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1748/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh3 Məhəmmədli oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin sökülməsi, əvəzində yeni tikilmiş binada təmirli mənzillər tikilib təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqı ödənilməklə cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan “torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair 2-1(112)-17305/2024 saylı iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdehlər Cavabdeh3 Məhəmmədli oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin sökülməsi, əvəzində yeni tikilmiş binada təmirli mənzillər tikilib təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqı ödənilməklə cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları” tələbinə dair e-2(007)-327/2025 saylı mülki işin üzrə icraatının dayandırılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə qeyd edilən qərardaddan şikayət verərək, şikayətində göstərmişdir ki, Cavabdeh3 hazırkı işin lüzumsuz şəkildə uzanmasına nail olmaq məqsədilə ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 15 saylı sərəncamının etibarsız hesab edilməsi tələbi ilə qaldırdığı iddianın 2-1(112)-17305/2024 sayla Bakı İnzibati Məhkəməsinin icraatında olduğunu bəhanə gətirərək, həmin iş yekunlaşana qədər hazırkı mülki işin icraatının dayandırılmasını xahiş edib. İddiaçı tərəf hazırkı işilə Bakı İnzibati məhkəməsində baxılan işarasında qarşılıqlı bağlılıq olmamasını əsas göstərərək məhkəmədən ərizənin təmin olunmamasını xahiş edib və həmin məhkəmənin icraatında olmuş analoji işlə bağlı 2(007)- 1334/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadıməhkəməyə təqdim edib. Məhkəmə əsassız və qanunsuz olaraq Cavabdeh3 ərizəsini təmin edərək, 13 yanvar 2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan “torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair 2-1(112)-17305/2024 saylı iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanun qüvvəsini alanadək hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan e-2(007)-327/2025 saylı mülki işin icraat dayandırıb. Birinci instansiya məhkəməsi nəzərə almayıb ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İşin icraatının dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Lakin Bakı İnzibati Məhkəməsində baxılan torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair 2-1(112)-17305/2024 saylı işlə hazlırkı mülki işin qarşılıqlı bağlılığı yoxdur və həmin işlə bağlı qanun qüvvəsinə minəcək məhkəmə aktı ilə hazırkı işin nəticəsinə təsir edəcək preyudisial faktlar müəyyən edilə bilməz. Belə ki, torpaq sahəsi iddiaçıya sərəncamla deyil, torpaq icarə müqaviləsi ilə icarəyə verilib. İddiaçı tikinti işlərini də Azərbaycan Respublikası Şəhərsalmavə Arxitektura Komitəsinin verdiyi icazə və nişanla həyata keçirir. Qeyd edilənsənədlər (icarə müqaviləsi, tikintiyə icazə və nişan) iş materiallarına əlavə olunub. Yəni Bakı Şəhər İcra hakimiyyəti başçısının sərəncamının etibarsız hesab edilib-edilməməsi iddiaçının torpaq sahəsindən icarə hüquqlarına və tikinti işləri aparmasına heç bir təsir edə bilməz. Digər tərəfdən hazırkı mülki işdə cavabdehlərin əksəriyyəti tərəfindən də məhkəmə prosesi zamanı mənzilinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzillərin verilməsinə etiraz edilməyib, lakin veriləcək mənzilin sahəsində mübahisələrinin olması bildirilib. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması- məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Lakin məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun (25 mart 2004-cü il tarixli) qeyd edilən qərarını nəzərə almayıb. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-269-cu maddələrinə uyğun olaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli e-2(007)- 327/2025 saylı qərardadının ləğv edilməsini, əks halda hazırkı şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh3 elektron kabinet vasitəsilə apellyasiya şikayətinə etiraz ünvanlayaraq şikayətin rədd edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmsasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 2(103)-1748/2025 saylı iş üzrə İddiaçı nümayəndəsi tərəfindən təqdim olunan apellyasiya şikayəti tamamilə əsassızdır. Belə ki, İddiaçı nümayəndəsi tərəfindən təqdim olunan müqavilələrdən də göründüyü kimi həmin müqavilələr Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21 yanvar 2021-ci il tarixli, 15 saylı Sərəncamına əsasən bağlanılmışdır. Eyni samanda iddiaçı tərəfindən verilmiş iddia ərizəsi də Bakı şəhər İcra Hakimiyyəti Başçısının 21 yanvar 2021-ci il tarixli, 15 saylı Sərəncamına əsaslanmışdır. Qeyd edilən Sərəncam etibarsız hesab edilməsi həmin sərəncam əsasında verilmiş digər sənədlərində etibarsız hesab edilməsinə səbəb olur və iddianın mümkün olub-olmaması sualmı doğurur. Qeyd edir ki, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev, M.Abbasov, Ə.Hacıyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki, 2438ci məhəllə ünvanında yerləşən torpaq sahəsinin İddiaçı MMC-yə icarəyə verilməsi barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 15 saylı Sərəncamının etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə iş 2-1(112)- 5905/2025 (əvvəlki 2- 1(112)-17305/2024) sayla Bakı İnzibati Məhkəməsin icraatındadır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-5905/2025 saylı Qərardadı ilə İddiaçı üçüncü şəxs qismində cəlb edilmişdir. Qeyd edir ki, iddiaçı tərəfindən sonradan təqdim edilən tikintiyə icazə sənədinin də etibarsız hesab edilməsi barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi üzrə iş 2- 1(112)- 7138/2025 sayla hazırda Bakı İnzibati Məhkəməsinin icraatmdadır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-7138/2025 saylı Qərardadı ilə İddiaçı həmin işdə də üçüncü şəxs qismində cəlb edilmişdir. Eyni zamanda bildirir ki, iddiaçı tərəfindən təqdim olunan müqavilələrdən də göründüyü kimi müqavilələr iddia ərizəsi məhkəməyə təqdim olunduqdan sonra bağlanmaqla yanaşı İddiaçı MMC-ni ayrı-ayrı şəxslər təmsil etmişdir. Nizamnamə kapitalı 10 manat olan İddiaçı MMC-də onların hansı səlahiyyətinin olması aydın deyil. İddiaçı tərəfindən Nizami rayon Məhkəməsinə iddia ərizəsi xx.xx.2024cü ildə təqdim edilib, müqavilələrin əksəriyyəti isə 2024-cü ilin noyabr, 2025-ci ilin yanvar ayında bağlanıb. Bu isə iddiaçının Məhkəmədən təzyiq vasitəsi kimi istifadə etmək niyətində olduğunu təsdiq edir. Eyni zamanda qeyd edir ki, həmin binada təqdim olunan müqavilələr qədər yəni 17 mənzil deyil, 28 mənzil mövcuddur. Qeyd edir ki, binanın bütün sakinləri hazırda həmin binada yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, digər prosessual hərəkətlərin davam etdirilməsi üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-17305/2024 saylı iş üzrə çıxarılacaq yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır. Aşağıdakılara əsasən məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair" 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir: "İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması -məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Kollegiya hesab edir ki, Bakı İnzibati Məhkəməsində baxılan torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair 2-1(112)-17305/2024 saylı işlə hazırkı mülki işin qarşılıqlı bağlılığı yoxdur və həmin işlə bağlı qanuni qüvvəyə minəcək məhkəmə aktı ilə hazırkı işin nəticəsinə təsir edəcək preyudisial faktlar müəyyən edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, torpaq sahəsi iddiaçıya sərəncamla deyil, torpaq icarə müqaviləsi ilə icarəyə verilib. İddiaçı tikinti işlərini də Azərbaycan Respublikası Şəhərsalmavə Arxitektura Komitəsinin verdiyi icazə və nişanla həyata keçirir. Yəni Bakı Şəhər İcra hakimiyyəti başçısının sərəncamının etibarsız hesab edilib-edilməməsi iddiaçının torpaq sahəsindən icarə hüquqlarına və tikinti işləri aparmasına heç bir təsir edə bilməz. Digər tərəfdən hazırkı mülki işdə cavabdehlərin əksəriyyəti tərəfindən də məhkəmə prosesi zamanı mənzilinin sökülərək əvəzinə yeni tikiləcək müasir binada tam təmirli yeni mənzillərin verilməsinə etiraz edilməyib, lakin veriləcək mənzilin sahəsində mübahisələrinin olması bildirilib. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı MMCnin cavabdehlər Cavabdeh3 Məhəmmədli oğluna, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin sökülməsi, əvəzində yeni tikilmiş binada təmirli mənzillər tikilib təhvil verilməsi və yeni mənzil təhvil verilənədək kirayə haqqı ödənilməklə cavabdehlərin ailə üzvləri ilə birlikdə mənzildən çıxarılmaları” tələbinə dair iddia ərizəsi üzrə icraatın dayandırılması nətcəsinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, digər prosessual hərəkətlərin davam etdirilməsi üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-327/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və digər prosessual hərəkətlərin davam etdirilməsi üçün mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1748/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1748/2025
24.02.2025 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver