Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1778/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndələri Nümayəndə3 və Nümayəndə4, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil, İlkin iddia üzrə Cavabdeh6 nümayəndəsi Nümayəndə2, İlkin iddia üzrə cavabdehlər Cavabdeh10, X11, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8 və Cavabdeh9 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı MTK-nın ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilkin iddia üzrə cavabdehlər Cavabdeh7 Museyib oğluna, Cavabdeh10, X15, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh9 qarşı “mənzillərin sökülməsi, əvəzində təmirli mənzillərin verilməsi və mənzillərdən çıxarılma” tələbinə dair ilkin iddia tələbi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı qarşılıqli iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “bir otaqlı mənzilinin əvəzinə yeni tikiləcək binada təmirli vəziyyətdə bir otaqlı mənzilin verilməsi, mənzil ona verilənədək hər ay 400 manat məbləğində kirayə haqqının ödənilməsi” barədə qarşılıqlı iddia tələbi, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh7 Museyib oğluna, Cavabdeh10, Cavabdeh2, X15, Cavabdeh6 Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9 və digərlərinə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” barədə müstəqil iddia tələbinə dair iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi cəlb edilməklə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbləri, qarşılıqlı iddia tələbi və onların əsaslandırıldığı hallar: İlkin iddia üzrə İddiaçı MTK ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilkin iddia üzrə cavabdehlər Cavabdeh7 Museyib oğluna, Cavabdeh10, X15, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8, Cavabdeh9 qarşı “mənzillərin sökülməsi, əvəzində təmirli mənzillərin verilməsi və mənzillərdən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh6 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən köhnə qəzalı vəziyyətdəki yataqxana binasındakı 18,0 kv.m sahəsi olan birotaqlı 13 saylı yaşayış sahəsinin əvəzinə, ünvan 2 ünvandakı 306 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh6 söküləcək həmin mənzildən çıxarılması, Cavabdeh7 və Cavabdeh10 paylı mülkiyyətlərindəki Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən köhnə qəzalı vəziyyətdəki yataqxana binasındakı 18,0 kv.m sahəsi olan birotaqlı 21 saylı yaşayış sahəsinin əvəzinə, ünvan 3 ünvandakı 78a saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh7 və Cavabdeh10 söküləcək həmin mənzildən çıxarılmaları, cavabdeh X15 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən köhnə qəzalı vəziyyətdəki yataqxana binasındakı 18,0 kv.m sahəsi olan birotaqlı 60 saylı yaşayış sahəsinin əvəzinə, ünvan 4 ünvandakı 13 saylı 2 otaqlı 46,0 kv.m təmirli mənzil verilməklə X1 həmin mənzildən çıxarılması, Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən köhnə qəzalı vəziyyətdəki yataqxana binasındakı 18,0 kv.m sahəsi olan birotaqlı 65 saylı yaşayış sahəsinin əvəzinə, ünvan 4 ünvandakı 72 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh2 söküləcək həmin mənzildən çıxarılması, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən köhnə qəzalı vəziyyətdəki yataqxana binasındakı 12,2 kv.m sahəsi olan birotaqlı 80 saylı yaşayış sahəsinin əvəzinə, ünvan 3 ünvandakı 2 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh3 söküləcək həmin mənzildən çıxarılması, Cavabdeh4 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən köhnə qəzalı vəziyyətdəki yataqxana binasındakı 18,46 kv.m sahəsi olan birotaqlı 81 saylı yaşayış sahəsinin əvəzinə, ünvan 4 ünvandakı 91 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh4 söküləcək həmin mənzildən çıxarılması, Cavabdeh5 mülkiyyətindəkı Bakı şəhəri, Nizami rayonu, Kamil Balakışiyev 6/10 ünvanda yerləşən köhnə qəzalı vəziyyətdəkı yataqxana binasındakı 19,60 kv.m sahəsi olan birotaqlı 85 saylı yaşayış sahəsinin əvəzinə, ünvan 6 ünvandakı 55 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh5 söküləcək həmin mənzildən çıxarılması, Cavabdeh9 mülkıyyətindəkı Bakı şəhəri Nizamı rayonu Kamil Balakışiyev 6/10 ünvanda yerləşən köhnə qəzalı vəziyyətdəki yataqxana binasındakı 18,0 kv.m sahəsi olan birotaqlı 108 saylı yaşayış sahəsinin əvəzinə, ünvan 3 ünvandakı 77 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh9 söküləcək həmin mənzildən çıxarılması, Cavabdeh8 mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən köhnə qəzalı vəziyyətdəki yataqxana binasındakı 18,0 kv.m sahəsi olan birotaqlı 120 saylı yaşayış sahəsinin əvəzinə, ünvan 3 ünvandakı 20 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh8 söküləcək həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın abadlaşdırılması məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTK-nın istifadəsinə verilib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə İddiaçı MTK- ya ayrılmış 0,08967 ha torpaq sahəsindəki Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yataqxana binası yerləşir. Həmin bina 5 mərtəbədən, 2 girişdən ibarət olmaqla 1963-cü ildə inşa edilib, bina müvafiq layihə əsasında 88 mənzildən ibarət inşa edilsə də hal-hazırda sözügedən binada 129 mənzil yaradılıb. Həmin yataqxana binası ötən əsrdə tikilib, istismar müddəti bitib, istifadəyə yararsızdır, qəzalıdır, orada yaşamaq həyat üçün təhlükəlidir, bina hər an uça və bədbəxt hadisə baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən binanın qəzalı olması barədə 17 may 2021 -ci il tarixli Texniki Rəy verilib. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Qeyd edilən 0,08967 ha torpaq sahəsindəki sakinlərin bir çoxu köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunub. Sakinlərin əksəriyyəti qəzalı vəziyyətdə olan yataqxana binasından kompensasiya ödənilməklə köçürülüb. Bir çox sakinlər binanı tərk edərkən yaşamış olduqları yaşayış sahələrinin qapı və pəncərələrini, o cümlədən döşəməsini sökərək aparıblar. Yataqxananın əksər sakinləri ilə yaşadıqları otaqlara görə kompensasiya ödənilməsi yolu ilə yataqxana otaqlarını boşaltmaları ilə bağlı razılıqlar əldə olunsa da cavabdehlərlə razılıqlar əldə etmək mümkün olmayıb. Lakin cavabdehlər həmin təklifləri qəbul etməyib əsassız varlanmaq məqsədilə müqavilə bağlamaqdan və otaqları boşaltmaqdan imtina edərək yaşayış sahəsinin əvəzinə daha çox sahəsi olan mənzillər və ya qat-qat artıq kompensasiya tələb edirlər. Bu səbəbdən də cavabdehləri söküləcək yaşayış sahələrindən çıxarmaq, söküntü və tikinti işlərinə başlamaq mümkün olmayıb. Nəticədə isə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamın icrası mümkün olmayıb. “X29 Mərkəzi” MMC-nin iddiaçıya təqdim etdiyi 26 Dekbar 2024- cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, sahəsindəki Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən yataqxana tipli binada zəif təmirli mənzilin bazar dəyəri 30900 (otuz min doqquz yüz), orta təmirli mənzilin bazar dəyəri 34700 (otuz dörd min yeddi yüz) və yaxşı təmirli mənzilin bazar dəyəri 37500 (otuz yeddi min beş yüz) manat təşkil edir. Bundan əlavə "xxxx" MTK iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra əvvəl iddiasında cavabdehlər olan X25, X12, X6,X3, X16, X19, X26, X36, X17, X2, X27, X18, X31, X7, X20, X37, Tahirə Həsənova ilə mənzillərinin əvəzləşdirilməsi ilə əlaqədar onlarla MTK arasında razılıq əldə olunub. Buna görə də həmin şəxslər ilkin iddia üzrə cavabdehlər siyahısından çıxarılmışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı qarşılıqli iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı "bir otaqlı mənzilinin əvəzinə yeni tikiləcək binada təmirli vəziyyətdə bir otaqlı mənzilin verilməsi, mənzil ona verilənədək hər ay 400 manat məbləğində kirayə haqqının ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən 65 saylı, sahəsi 24.8 kvm olan təmirli bir otaqlı mənzilinin əvəzinə yeni tikiləcək binada tikinti altındakı umumi sahəsi (tikinti sahəsi) 41.71 kv.m (faktiki sahəsi divaraltı sahələr nəzərə alınmadan 33-35 kv.m) təmirli vəziyyətdə bir otaqlı mənzilin verilməsi, mənzilin onun istifadəsinə veriləcəyi ana qədər hər ay 400 manat kirayə haqqının ödınilməsi öhdəliyinin İddiaçı MTK-nın üzrərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK Cavabdeh2 qarşı ünvan 12, mənzil 65-də yerləşən mənzilimə görə 34700 manat ödənilməklə xususi mülkiyyətində olan mənzilindən çıxarılmağı barədə iddia qaldırmışdır. Bakı şəhərinin Baş planına əsasən paytaxtlarının abadlaşdırılması məqsədilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev metrostansiyası yaxınlığında inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev va M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün cavabdeh "xxxx" MTK-nın istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə cavabdeh "Orbita” MTK-ya ayrılmış 0,08967 ha torpaq sahəsindəki Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda onun xususi mülkiyyətində olan mənzili də yerləşir. Cavabdeh Bakı şəhər İcra Hakimiyyati Başçısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sakinlərin qarşılıqlı razılaşma əsasında əvəzləşdirilməsi işlərini həyata keçirir. "Orbita” MTK tərəfindən onun xususi mülkiyyətində olan ünvan 11 ünvanında yerləşən 65 saylı mənzil üçün yeni tikiləcək yaşayış binasından rəsmi qaydada ona hər hansı bir mənzil təklif olunmamış, şifahi qaydada ona bir otaqlı təmirsiz mənzil təklif edilmiş, o da həmin təmirli mənzillə mülkiyyətində olan mənzilin əvəzləşdirilməsi barədə şifahi razılığını bildirmişdir. İlkin iddiaçı tərəfindən ona həmin mənzili təmirsiz vəziyyətdə verəcəkləri bildirildikdə razılaşmamış, bildrmişdir ki, onun mənzili təmirli, yaşayış üçün tam yararlı vəziyyətdədir, əgər onun təmirli mənzilini alırslarsa, əvəzində də ona təmirli mənzil təklif etməlidirlər. Lakin iddiaçı heç bir məntiqli əsas gətimədən bundan imtina etmişdir. Belə ki, tərəflərindən "Orbita” MTK-ya müraciət ünvanlanmış və bildirilmişdir ki, tərəflərindən boşaldılması tələb olunan ünvan 12 ünvanında yerləşən 65 saylı mənzil onun xususi mülkiyyətindədir. Həmin mənzilin ümumi sahəsi 24.8 kvm2 təşkil edir, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş qaydada qanuna uyğun mənzil verilməsini tələb etmişdir. Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Nazirlər Kabinetinin Qərarı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin istismarına icazənin verilməsi, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. "Orbita” MTK tərəfindən yerinə yetirilməsinə və çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının "Orbita” MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. "Orbita” MTK tərəfindən təqdim edilmiş sərəncamda bilavasitə sakinlərlə razılaşma nəzərdə tutulub. Lakin bu razılaşma özündə onu əks etdirmir ki, hər şey MTK-nın istədiyi şəkildə olmalıdır. Belə ki, o, xüsusi mülkiyyətində olan mənzilin sahəsinə uyğun təmirli mənzillə təmin olunmağını tələb edir. "Orbita” MTK onu mənzillə təmin etmək əvəzinə qanunsuz və əsassız idda ilə çıxış edir. Mülki iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh7 Museyib oğluna, Cavabdeh10, Cavabdeh2, X15, Cavabdeh6 Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, Cavabdeh9 və digərlərinə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” barədə müstəqil iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh7, X13, X11, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8, X8, Cavabdeh9, X9, Cavabdeh6 və Həsənova Tahirənin sağlamlığını və təhlükəsizliyini təmin edilməsi məqsədilə cavabdehlərin ünvan 13 ünvandakı yataqxana binasından birdəfəlik kompensasiya ödənilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanındakı torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün iddiaçı "Orbita” MTK-nın istifadəsinə verilib. İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti baçşısının qeyd edilən sərəncamının icrası ilə bağlı Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin dəyərinin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işlərini həyata keçirir. Qeyd edilən 0,08967 ha torpaq sahəsindəki sakinlərin bir çoxu köhnə tikililərin sökülməsi üçün təhvil verilməsi və sakinlərin həmin ərazidə yeni tikiləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarında abad, müasir yaşayış tələblərinə cavab verən yaşayış sahələri ilə təmin olunmaları barədə razılıqlar əldə olunub. K.Balakişiyev küçəsi 6/10 yataxana binasının əksər sakinlərlə yəni, 127 yaşayış sahəsi üzrə sakinlərin 114 yaşayış sahəsi üzrə razılıq əldə olunub. Razılıq əldə olunmuş həmin sakinlərə kompensasiya ödənilməklə onlar köçrülüb. Bir çox sakinlər binanı tərk edərkən yaşamış olduqları yaşayış sahələrinin qapı və pəncərələrini, o cümlədən döşəməsini sökərək aparıblar. "Orbita” MTK ilə yataqxananın əksər sakinləri ilə yaşadıqlara otaqlara görə kompensasiya ödənilməsi yolu ilə yataqxana otaqlarını boşaltmaları ilə bağlı razılıqlar əldə olunsa da hazırki cavabdehlərlə razılıqlar əldə etmək mümkün olmayıb. Buna görə də iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi Kamil Balakişiyev 6/10 ünvanda yataqxana binasının balans saxlayan təşkilatıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 482 saylı qərarına əsasən Bakı şəhərində mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi nəzərdə tutulub. K.Balakişiyev küçəsi 6/10 ünvandakı yataqxana binasının qəzalı olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi tərəfindən binanın qəzalı olması barədə 17 may 2021-ci il tarixli Texniki Rəyi verilib. Həmin yataqxana binası ötən əsrdə tikilib, istismar müddəti bitib, qəzalıdır, istifadəyə yararsızdır, yaşamaq həyat üçün təhlükəlidir, hər an uça və bədbəxt hadisə baş verə bilər. Belə ki, binanın vəziyyəti hazırda da kəskin acınacaqlıdır. Hər gün qaz və su sızmaları baş verir. Binanın hazırkı vəziyyəti, yəni həmin binanın hər an uçma təhlükəsinin olmasını nəzərə alaraq binada qalan sakinlərin təcili köçürülməsi zərurəti yaranıb. Bununla bağlı həm Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq məktubu həm də Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin tövsiyə məktubları verilib. Buna görə də cavabdehlərin həmin qəzalı binadan köçürülməsi təmin edilməlidir. İlkin iddia üzrə Cavabdeh6 nümayəndəsi Nümayəndə2 xx.xx.2025-ci il tarixdə etiraz verərək bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev 6/10-da olan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan çıxarışlı (Daşınmaz Əmlakın Dövlət Reyestr nömrəsi: **********50-05101-093078) olan 13-cü mənzil ona məxsusdur. Hazırda 4 nəfər ailə üzvü ilə həmin mənzildə qeydiyyatdadır və yaşayırlar. Mənzil yaşayışa tam yararlıdır və həmin mənzildə 4 nəfər ailə üzvü ilə birlikdə yaşayırlar. Mənzil 1 otaq, 1 kiçik mətbəxt və sanuzeldən ibarətdir. Mənzilin faktiki ölçüsü içdən-içə 27,83 kv.m-dir. xx.xx.2025-ci il tarixində İddiaçı MTK adından 3 nəfər onun mənzilinə yaxınlaşaraq ona bildiriblər ki, mənzili qısa zaman ərzində boşaltsınlar, əks halda xəbərdarlıq olmadan binanın komunal xidmətləri- qaz, su və işıq kəsiləcəkdir. xx.xx.2025-ci il il tarixindən xx.xx.2025-ci il tarixədək dəfələrlə mənzilinin suyu, qazı, şığı dayandırılır, sonradan gedib özləri bərpa edir. Yuxarıda mənzillərdə müəyyən söküntülər çox təhlükəli şəkildə ”Orbita” MTK tərəfindən sökülərək, 1-ci mərtəbədə olan mənzillərin düz qarşısına təhlükəli şəkildə tökülür. Mənzildən çölə çıxarkən çox təhlükəli anlar yaşayaraq çıxırlar. Bir sözlə o və ailə üzvlərinin canı böyük təhlükə ilə qarşı-qarşıyadır. Hər an mənzili çökə bilər və ya çölə çıxanda üzərlərinə yuxarıdan hər hansı beton parçası düşə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsini (Mülkiyyət hüququ) rəhbər tutaraq, mənzilinin ”Orbita” MTK tərəfindən sökülməsinə bu şəkildə razılıq etmir ki, onun mənzilinin faktiki sahəsini və divarları da hesablasalar, ”Orbita” MTK-nın verdiyi 20%-i də əlavə etsələr, onda mənzilinin 40,72 kv.m, bu 20%-i əlavə işgüzar adət kimi MTK-lar tərəfindən istifadə edilir. Halbuki, 20% əlavə Nazirlər Kabinetinin 2018-ci ilin dekabr ayında qüvvədən düşüb. Bu əlavə 20% yox, müəyyən hallarda 30-40 % ola bilir. 40,72 kv.m sahəsi olan mənzilinin yerində ”Orbita” MTK-nın inşa edəcəyi çoxmərtəbəli binanın 1-ci mərtəbəsində qanunauyğun şəkildə onu və 4 nəfər ailə üzvlərinin yaşamasını nəzərə alaraq 1 otaqlı təmirli mənzil ilə təmin etmələrinə tapşırıq verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçılar X21 və Tahirə Həsənovanın cavabdeh İddiaçı MTK-ya qarşı “mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qarşılıqlı iddia ərizələri qarşılıqlı iddia üzrə iddiaçıların ərizələrinə əsasən baxılmamış saxlanılmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndələri Nümayəndə3 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası kompensasiya qismində pul məbləğlərinin ödənilməsi ilə cavabdehlərin yaşayış sahələrindən çıxarılması ilə bağlıdır. Həmçinin o bildirmişdir ki, iddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və əlavə olaraq qeyd etdi ki, Ordubadi 7, Ordubadi 3, Azər Manafov 8, Kamil Balakişiyev 6/10 küçələrində 1 otaqlı mənzillərin sayı çox olmuşdur. Köçürmə işlərinə başlayandan sonra 2440-cı məhəllədən sökülmüş A.Manafov 8 ünvanındakı binadan 27 mənzil üzrə, ünvan 14nvanındakı binadan 36 mənzil üzrə, Ordubadi 7 ünvanında binadan və həmin binadan törəmiş yaşayış sahələri üzrə 33 mənzil üzrə sakinlər, K.Balakişiyev 6/10 ünvanındakı binadan 120 yaşayış sahəsi üzrə sakinlər köçürülmüşdür. Axıra qalan adamlara mənzillərin sahələri böyük olduğuna görə əlavə ödəniş etməklə köçürülmələri təklif edilmişdir. Lakin hal-hazırda onlarda mənzil olmadığına görə onlar mənzillərin bazar dəyərinin ödənilməsini daha sonra isə cavabdehlərə hazır binalardan təmirli onların sahələrindən böyük mənzillər təklif edirlər. K.Balakişiyev binasındakı bir neçə mənzili çıxmaq şərtilə oradakı mənzillərin sahəsi 18 kvadratdır. Digər sökülmüş binalarda isə mənzillərin 1/3 hissəsi birotaqlı mənzillərdir, onların da inşa edəcəkləri binalarda köçürələcək bir otaqlı mənzillərə verilməsi üçün kifayət edirdi, lakin sonradan əsas da K.Balakişiyev 6/10 ünvanında təqdim edilən sənədlərdən bəlli olmuşdur ki, onlara MİKS tərəfindən təqdim edilmiş mənzillərin sayı 88 olduğu halda faktiki mənzillərin sayı 129 ədəddir. Bundan əlavə o qeyd etmişdir ki, hazırkı cavabdehlərə aidiyyəti olmasada bildirmək istəyir ki, ümumiyyətlə bəzi sakinlər tərəfindən orderlər təqdim edilmiş, araşdırma nəticəsində ümumiyyətlə həmin otaqların mövcud olmaması və həmin vətəndaşlara o mənzillərin verilmədiyi müəyyən edilmişdir. Bununla bağlı Bakı şəhər Mənzil Kommunal Təsərrüfat birliyindən sənədləri təqdim edilib. Hazırki mübahisəli binada MTK-nın birotaqlı mənzillərinin kifayət etmədiyini nəzərə alaraq bəzi sakinlərə pul şəklində kompensasiya, bəzi sakinlərə isə əlavə sahələrə görə əlavə ödəniş etməklə artıq sahəsi olan mənzillər vermişlər. Hansi ki, həmin təkliflər əvəllər hazırkı cavabdehlərə də təklif olunmuş, lakin onlar bundan imtina etmişdir. Cavabdehlərə hətta Bakının Zabrat qəsəbəsində hazır həyət evləri də təklif olunmuşdur. Bu təklifdən də imtina etmişlər. Kompensasiya tələbi ilə məhkəməyə müraciət edəndən sonra məlum olmuşdur ki, vətəndaşlar mənzillərinin dəyərinin ödənilməsini yox, mənzillə təmin edilmək istəyirlər, ona görə də metroya yaxın ərazidən mənzillər verilməsi üçün dəqiqləşdirilmiş iddia vermişlər. Hazırki yataqxana binası ötən əsrdə inşa edilib, istismara yararsızdır. İstismar müddəti bitmiş və kəskin qəzalı vəziyyətə düşmüşdür. Su, işıq, qaz xətlərinin yararsız olmasından binada hər an yanğın, partlayış ola bilər. K.Balakişiyev 6/10 ünvanından köçürülən sakinlərin 2/3 hissəsi ümumi yığıncaq keçirib, qərar qəbul ediblər ki, bina sökülsün. Onlar şirkət olaraq ölçmə aparanda Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən qanunvericiliyə istinad edirlər. Lakin cavabdeh Eteri xanımın mənzilinə çıxarış verilərkən onlar öz qaydalarına istinad edərək həm balkonları, həm arakəsmələrı 0,1-0,3 azalma əmsalı ilə verirlər. Fərq oradan yaranır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndələri Nümayəndə4 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etdi və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və əlavə olaraq qeyd etdi ki, qəzalı vəziyyətdə olan 5 mərtəbəli yataqxanada layihə üzrə 88 otaq olmuşdur. Hal-hazırda ora 129 otaqdır, 41 otaq artırılıb. Həmin yerdə əlavə 15 mənzil saxlamışlar, bəzi sakinlər ilə pul, bəziləri ilə başqa yerə köçürülmə ilə bağlı razılaşmışlar. Onlar vaxtında mənzilləri olan zaman hər bir sakinə mənzil təklif etmiş, ancaq razılaşma əldə olunmamışdır. O, tərəflərlə görüşəndə də bildirmişdir ki, mənzillər məhdud saydadır. Hazırda binalarında mənzil qalmadığı və mənzil çatışmazlığı olduğu üçün sakinlərə yaxınlıqdakı binalardan mənzil alıb təklif edirlər. Təklif etdikləri mənzillər yataqxana hesab edilir. Tərəflərindən cavabdehlərə Zabrat tərəfdə 2 otaqlı həyət evləri təklif etmişlər, ancaq onlar razılaşmamışlar. X47 metrosu ətrafında mənzillər tikilir. Tikilən binada 84 mənzil var, 84 mənzillin hamısı bir otaqlı ola bilməz, orada 2 və 3 otaq da var. İlkin iddia üzrə Cavabdeh6 mənzilinin sahəsi çıxarışda göstərilmişdir. Onunla razılıq olması üçün çalışırlar. Həmçinin, ilkin iddia üzrə cavabdeh Səqubət Əhmədova da standart mənzilin sahəsi 18 kv.m-dir, ancaq onun əlavə zəbt edilmiş yeri də var, həmin yerin isə heç bir sənədi yoxdur. Tərəflərindən kənarda zəbt edilən yer nəzərə alınaraq ona 46 kv.m sahəsi olan mənzil təklif edilir. Səqubət xanım zavodun işçisi olub, mənzilə dair orderi var, zəbt edilmiş əlavə sahəsi var, lakin onun sənədi yoxdur. Elxan müəllimlə onu təklifinə əsasən hazırda danışıqlar gedir, yəqin ki, bir anlaşma olacaqdır. O, həmçinin bildirdi ki, binanın yerində tikiləcək binanın layihəsi yoxdur. İndi Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində qayda belədir ki, əvvəl bina sökülür, ondan sonra layihə verilir. Bundan əvvəl layihə hazır olurdu, layihəyə baxılıb iş aparılırdı. Birdən layihədə mənzilin sahəsi çox müəyyən edilərsə nə baş verər? Əvvəl faktiki sahələr olduğu üçün onlar konkret təklif edə bilirdilər. Bundan əlavə o bildirmişdir ki, Cavabdeh9 istifadəsində 18,0 kv.m sahəsi olan 108 saylı orta təmirli, Cavabdeh2 həmin ünvanda 18,0 kv.m. sahəsi olan 65 saylı, Cavabdeh3 həmin ünvanda 12,2 kv.m. sahəsi olan 80 saylı, Cavabdeh5 həmin ünvanda 19,60 kv.m. sahəsi olan 85 saylı, Cavabdeh4 həmin ünvanda 18,46 kv.m. sahəsi olan 81 saylı və Cavabdeh8 həmin ünvanda 18,2 kv.m. sahəsi olan 120 saylı yaşayış sahələri vardır. Cavabdeh9 həmin otağa görə 51,0 kv.m sahəsi olan təmirli mənzil tələb edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ilkin iddia tələbini və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını qəbul etmirlər. Eteri xanımın qaldığı yataqxananın kvadratına uyğun 20 faizdən az olmamaqla yeni mənzil verilməlidir. Etteri xanımın mənzilinin sahəsi divaraltı sahə nəzərə alınmadan 25 kv.m-dir. Həmin mənzilin divaraltısı nəzərə alınsa sahəsi 31-32 kv.m edir. AR Nazirlər Kabinetinin, Şəhərsalma və Arxitektura Komitəsinin qərarları var ki, orada qeyd edilib ki, hansı sahələr daxili kvadrata daxildir. Prezident sərəncamı verib ki, şəxsin əvvəlki vəziyyəti yaxşılaşdırılsın. Ona bərəbər və ondan aşağı səviyyəli təklif prezidentin sərəncamına ziddir. Şəxsin mənzil vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə sərəncamda qeyd edilmişdir. NK-nın ən azi 20 faizdən az olmayaq təmirli mənzil verilməsinə dair qərar olub, hazırda yoxdur. Hüquqlarını müdafiə etdiyi şəxsə Özbəkistan küçəsində sahəsi 22 kv.m mənzil təkif edilir, halbuki onların mənzilinin sahəsi 24,8 kv.m-dir. Müəyyən vaxtdan sonra da köçürdükləri yataqxananı sökdüklərini və oradan da sakinləri köçürdüklərini deyəcəklər. Həmin yataqxananın qəzalı vəziyyətdə olub-olmamasına dair hər hansı sənəd təqdim edilib? İddiaçı bildirir ki, mənzil qurtarıb, məhkəmə layihəni alıb baxmışdır ki, tikilən mənzildə neçə birotaqlı, neçə beş otaqlı, neçə üç otaqlı mənzil var? İddiaçı 88 mənzil yerinə 129 mənizl olduğunu bildirir. Həmin saxta sərəncamlar mübahisələndirilər və ləğv edilərdi, qanuni otağı olan hüquqlarını müdafiə etdiyi şəxs hansısa qanunsuz hərəkətə görə əldə edilmiş əmlakı güdaza getməməlidir. Bununla bağlı bütün qanunun ona verdiyi hüquqi müdafiə vasitələrindən istifadə edəcəkdir. Söhbət odur ki, təklif edilən və onların tərəflərindən qəbul olunan tələb və təklif arasında fərq yoxdur, Vətəndaş ona çatası minimum haqqını istəyir. Bu gün ona təklif olunan mənzil 24 kvadrat metr olan mənzildən azdır. Məhkəmə mübahisəli mənzillərə baxış keçirib həqiqətən təmirli olmasını, mənzillərin şəraitinin normal olmasını yoxlamışdırmı? Məhkəmə hansı sənədi tələb edib? Hazırda iddiaçı mənzilin olmadığını bildirdiyi üçün mənzilin olmadığını demək mümkündür? Bütün bunlara əsasən çıxış üçün vaxt istəyərək Eteri xanımla danışıq aparıb mövqelərini dəqiqləşdirib ilkin iddia üzrə iddiaçı ilə söhbət aparıb müdafilərini qurmaq üçün vaxt verilməsini və məhkəmə iclasının təxirə saxılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh6 nümayəndəsi Nümayəndə2 ”Orbita” MTK-nın iddia tələbinə dair yazılı etirazını müdafiə edib, onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin iddiasını qəbul etmirlər. Onların evinin faktiki sahəsi 33.7 kv.m-dir, ərizədə isə sahəni 18 kv.m qeyd ediblər. O, iddiaçı tərəfin təklif etdiyi 22 kv.m sahə təklifinə və mənzilinin əvəzinə pul kompensasiyası ödənilməsinə razı deyildir. O, qarşı tərəflə binanın yerində tikilən binadan faktiki sahəsinə uyğun verilsə razılaşar. Mənzilin sökülməsinə AR Konstitusiyasının 29-cu maddəsində qeyd edilən mülkiyyət hüququ və NK-nın 17 dekabr 2019-cu il tarixli 482 saylı qərarı nəzərə alınarsa razıdır. O, bu mənzildə 5 nəfər ailə üzvü ilə yaşayır. Müəyyən təhlükəli vəziyyətlər və kommunalların kəsilməsi olmasa onun mənzildən narahatçılığı yoxdur. NK-nın 482 saylı qərarında qeyd edilir ki, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən köhnə binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi qeyd edilmişdir. O, NK-nın bu qərarından kənara çıxmır. Başqa tələbi də yoxdur, Zöhrab müəllimə də bunu bildirmişdir ki, atası həmin mənzildə dünyasını dəyişib, ona görə o mənzilin maddi dəyərindən də əlavə mənəvi dəyəri onun üçün çox üstündür. MTK kimi hesablanılsa əlavə 20 faiz verilməsi deyə bir anlayış vardır, halbuki 20 faiz əlavə sahə verilməsi 2018-ci ildə qüvvədən düşüb. Ona görə həmin binanın yerindən faktiki sahəsindən 20 faiz əlavə yeni tikilən mənzil istəyir, halbuki artıq da ola bilər, bu işgüzar adət kimi istifadə edilir. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə Cavabdeh10 ”Orbita” MTK-nın və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ona qarşı iddiasının təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, onlar yaşayış sahələrinin yerində tikilən binadan mənzil istəyirlər, nə kompensasiya ilə, nə də verilən hazır mənzillər ilə razı deyillər. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh X28 İddiaçı MTK-nın və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ona qarşı iddiasının təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, o, verilən 46 kv.m sahəyə razıdır, ancaq yeni tikilən binadan mənzil istəyir. O, mənzilinin əvəzinə kompensasiya olaraq pul ödənilməsini istəmir. O, zavodun işçisi olmuşdur və 30 il iş stajı vardır. O, dəfələrlə vəkillərlə danışmışdır ki, otağın sənədi yoxdur, ancaq iç-içə otaqlardır, qıraqdan zəbt etməmişdir, otaqla üzbəüz hamam otağı olmuş, sonra boş qalmış, gedib Mənzil Kommunal Təsərrüfat Birliyinə müraciət etmiş, qanuni şəkildə Birliyin nümayəndəsi ona həmin otağı götürməsini bildirmişdir. Bununla da onun 2 otaqlı, sahəsi 46 kv.metr olan mənzili vardır. Otaqların biri orta təmirli, biri isə tam təmirlidir. Onun mənzili 4-cü mərtəbədədir. 20 ildir ki, o, qaz, su pulu ödəmiş, ödəmək məcburiyyətində olmuşdur. O, təmirli 2 otaqlı evini istəyir, köhnə tikili istəmir. Onların mənzilinin yerləşdiyi ərazilərdə 7 ədəd 16 mərtəbə tikilir. Mənzili tərk edənlər buradan razı gediblər, onları da razı salsınlar. Birinci yataqxananın camaatını çıxarıb evlə təmin edərdilər. Əgər 20 ildən artıq şəxs əlavə tutduğu yerdə yaşayırsa ora onun şəxsi mülküdür. Onların evlərini şirkət qəzalı vəziyyətə salmışdır. Famil müəllim yataqxananın qabağını çərçivəyə alanda bildirmişdir ki, bütün sakinlərlə razılaşdıracaqlar. 40 ildir ki, orada yaşayır, hələ bir qəzalı hadisə olmamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh3 ilkin iddia tələbini və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını qəbul etmədiyini bildirərək iddiaların təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, bu ev onun dayısı şəhid Elşən Süleymanovun yaşadığı ev olmuş, o evin də onun üçün mənəvi dəyəri var. Söküləcək binanın yerində tikilən yerdən əlavə 20 faiz sahə verilməklə onun evi təmin olunsun. O, mənzilinin əvəzinə kompensasiya olaraq pul ödənilməsini istəmir. Onların mənzilinin də balkonu var. Onlara mənzil verilərkən ümumi ayaqyolu, kolidor və mətbəx nəzərə alınmalıdır.Söhrab bəy onları çağırıb 18000 manat əlavə pul istəmiş, o da çətinliklə həmin məbləği 10000 manata endirmişdir. Sonra onlardan 20000 manat istəmiş, onlar da Ali Məhkəməyə, Mehriban xanım Əliyevaya müraciət etmişlər. Onların oğlu xəstədir, özü başından 3 dəfə ağır əməliyyat olunmuş, həyat yoldaşı da əməliyyat olunmuşdur. Ona bu ünvanda yerləşən başqa hazır binadan ev verilsə o evin də sökülməsinə görə yenidən məhkəmə mübahisəsinin olmasını istəmir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh4 ilkin iddia tələbini və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını qəbul etmədiyini bildirərək iddiaların təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı tərəfin təklifinə razı deyildir. O, dəfələrlə iddiaçı tərəfin qapısına getmiş, sonuncu dəfə alqı-satqı ilə bağlı işdə işləyən qohumu və müharibədən gələn oğlu ilə onu razılaşmaq üçün yola gətirdilər. Böyük oğlu bildirmişdir ki, söküləcək yataqxananın yerinə 45 kv.m mənzil verilsə mənzillərindən çıxa bilərlər. Ancaq indi MTK tərəfindən ona bildirirlər ki, heç 45 kv.m sahəsi olan mənzil qalmamışdır. O, əvvəl 3 otaq istəyirdi, sonra 2 otağa da razı olmuşdur. O, evinin yerində tikilən yeni binadan mənzil istəyir. O, mənzilinin əvəzinə kompensasiya olaraq pul ödənilməsini istəmir. Onun mənzilini almaq istəmələrinə baxmayaraq onun üçün ev almayıb, sənəd düzəltməyiblər. Bu yataqxana onun şəxsi mülküdür, 30 ildir ki, o evə can qoymuşdur. Onun imkanı yoxdur. MTK-nın indiki tikdiyi binadan mənzil yoxdur, onun şəxsi mülkünü əlindən alırlarsa o gedib küçədə yaşayası deyildir. Həmin mənzildə ondan başqa üç uşağı da qeydiyyatdadır. O, binanın yerinə tikiləcək evdən mənzil istəyir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh9 ilkin iddia tələbini və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını qəbul etmədiyini bildirərək iddiaların təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, aralarında danışıq gedir. O, köhnə tikilidən mənzil istəmir, ətraflarında olan yeni binadan da ona yeni mənzil verə bilər, kirayənin də ödənilməsini istəyir, hətta kirayənin yarısını ödəməyi də öz öhdəsinə götürür. Çünki xəstə yoldaşı, xəstə uşağı var. O, deyilən ünvanlara gedib baxmışdır, vəziyyət yaxşı deyildi. Həmin yerə necə gedib gəldiyini heç özü bilməmişdir. O, yaşadığı yataqxanaya 2002-ci ildə gəlmiş, həmin vaxt ora çox yaxşı vəziyyətdə olmuşdur. Hamamı, mətbəxi olmuşdur. Lakin hamısını satmışlar. Bu binanın sakinləri hamısı eyni vəziyyətdədirlər. Onlar da mənzilin çıxarışında balkon da otağın içi də, qapının ağzı da göstərilir, O, özü də yaşadığı yeri ölçmüşdür. Bütün MTK-lar mənzilləri çöldən-çölə ölçür. Sərəncam verilir, ancaq sərəncamın icrası izlənilmir. O, ilkin iddiaçının ilk tələbi üzrə onun mənzilinin əvəzinə kompensasiya olaraq pul ödənilməsinə razı deyildir. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh8 ilkin iddia tələbini və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını qəbul etmədiyini bildirərək iddiaların təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə iddiaçı MTK ilə razılaşmamışdır və aralarında danışıqlar gedir. O istəyir ki, mənzil işi halallıqla olsun. O, köhnə tikilən mənzili və pul formasında kompensasiyasiya ödənilməsini qəbul etmir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdehlər Cavabdeh7 Museyib oğlu və Cavabdeh5, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə digər cavabdehlər X26, X20, X19, Həsənova Tahirə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi X10 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmiş və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, bina kəskin qəzalı vəziyyətdədir. Mənzilini təhvil verən şəxslər əşyalarını, qapı-pəncərələrini, döşəmələrini söküb aparırlar. Bu şirkət üçün köhnə qapı, pəncərə nəyinə lazımdır. 129 sakindən 112 şəxs köçürülüb. Əslində, 88 sakin olmalı idi, ancaq sakinlər artaraq 129 şəxs olmuşdur. Bakı şəhər İcra Hakimiyətinin sərəncamında göstərilib ki, qarşılıqlı razılıq əsasında sakinlər binadan köçürülsün, söküntü üçün əsas sakinlərin ümumi yığıncağının 2/3 hissəsindən artığının qərarı olmalıdır. Həmin qərar onlarda vardır. Tikintiyə gəldikdə isə Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə icazə sənədi və nişanı vardır. Qarşı tərəf ekspertizanın rəylərini istəyir, ancaq onun bu məsələyə heç bir aidiyyəti yoxdur. Binanın istismarının mümkün olmaması barədə Fövqəladə Hallar Nazirliyinin rəyi var, köçürməyə başlanmamışdan əvvəl o rəy verilmişdir ki, bina istismara yararsızdır, o binada sakinlər yaşaya bilməz. Əgər o sənədlər yoxdursa heç şirkət tikinti apara bilməz. Qarşı tərəfin istədiyi sənədləri məhkəməyə təqdim etmişdirlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh7 Museyib oğlu ilkin iddia tələbini və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını qəbul etmədiyini bildirərək iddiaların təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə, MTK-lar binadan şəxsləri köçürəndə sakinlərlə razılaşır, çünki evlər vətəndaşların şəxsi mülkiyyətidir, əgər vətəndaşın 1 otağı varsa 1 otaqlı mənzil ilə təmin etməlidir. 2018-ci ilə kimi 20 faiz əlavə sahə verilməli idi, 2018-ci ildən isə həmin əmr ləğv edildi və sakinlərin neçə otağı varsa həmin otaq sayına uyğun mənzil ilə təmin edilməlidir. MTK-nın nümayəndəsi evlərinin olmadığını bildirirsə də həmin tikiləcək bina sona çatanadək onları kirayə pulu ilə təmin etməlidir. O, mənzilinin əvəzinə kompensasiya olaraq pul ödənilməsinə razı deyildir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh5 ilkin iddia tələbini və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını qəbul etmədiyini bildirərək iddiaların təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, bina pis vəziyyətdədir. Binanın pis vəziyyətə düşməsinə səbəb odur ki, İddiaçı MTK aldığı mənzilləri söküb dağıdır, şəxsən onun mənzilində hal-hazırda 2-3 aydır ki, yaşamaq mümkün deyildir. Onun mənzilinin əla təmiri olmasa belə 5-6 il hələ orada yaşamaq olardı. Hal-hazırda yuxarıdan yağan yağış, evin yuxarısında sağında-solunda olan mənzillər alınıb, bu mənzillər artıq şirkət tərəfindən dağıdılıb. Şirkət tərəfindən mənzil alınıb, ancaq mənzilin qapısını bağlayıb saxlamayıblar. Divaraltını dağıdıblar, ona görə yağışın suyu tökülüb. Şəxsən onun mənzili bərbad vəziyyətdədir. Binanı daha da pis vəziyyətə salan tikinti şirkətidir. Binanın pis vəziyyətə salınmasına səbəb MTK tərəfindən alınan evlərin sökülməsidir, yağış-külək digər mənzilləri pis vəziyyətə qoyub. İndi halhazırda o, həmin binada yaşamır, ancaq binada yaşayan şəxslər ondan daha yaxşı vəziyyəti bilirlər. Söhrab müəllim deyir ki, mənzili hal-hazırda verə bilmirlər. Belə olan halda onların taleyi necə olacaq. O, Söhrab müəllimlə danışıb xahiş etmişdir ki, binanın yerində tikiləcək binadan ona təmirsiz mənzil versinlər. O, mənzilinin əvəzinə kompensasiya olaraq pul ödənilməsini istəmir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 bildirmişdir ki, sakinlər Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin qəbulunda olublar və icra başçısının mövqeyi də odur ki, Bakı şəhər İcra hakimiyyətinin sərəncamında qeyd edilib ki, bu məsələ qarşılıqlı razılıq şəklində öz həllini tapmalıdır. Qarşılıqlı razılıq əsasında orada 129 ailə yaşayır. Fövqəladə Hallar Nazirliyinin 2018-ci ildən bəri binanın qəzalı vəziyyətdə olmasına dair rəyi vardır. Onların mövqeyi ondan ibarətdir ki, Nizami rayon ərazisində aparılan tikintilər ilə bağlı nə MTK, nə də sakinlər narazı qalmasın. 129 sakindən 116 ailə köçürülüb, bizdə olan məlumata görə 13 ailə binada qalıb, bununla bağlı Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri daimi olaraq binada olurlar, sakinlərlə söhbət aparırlar, MTK-ya tapşırıq da verirlər. Bu narazılıqla bağlı olaraq mütəmadi xarakter daşıyır, vəziyyət hal-hazırda binada çox acınacaqlıdır, elektrik, su, qaz sayğacları, məftillər çıxarılıb. Kənarda mənzillərindən çıxan 116 ailə var, onların hamısına kirayə pulu ödənilir. Vətəndaşlar qeyd edirlər ki, mənzil söküləndə onun əvəzində mənzil verilməlidir. Yataqxanalarda sanitar qovşaq, dəhliz bunların hamısı ümumi istifadədədir. Layihəyə əsasən bunlar ümumi istifadədə olub. Binaya çöldən baxanda hörümçək toruna oxşayır, sakinlər necə bacarıb o qaydada qaz xətti, su xətti çəkiblər. Binada hər hansı bir hadisə baş versə həm sakinlərin, həm MTK-nın, həm də Nizami rayon İcra Hakimiyyətinin üzərinə böyük yük düşəcək, hər hansı bir hadisə baş versə onun məsuliyyətini kim daşıyacaq bilinmir. O həm sakinlərdən, həm də MTK-dan razılıq əldə edilməsini xahiş edir. İşin mübahisəsiz halları: - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı Sərəncamının surətindən görünür ki, İddiaçı MTK-nın xx.xx.2021-ci il tarixli, 56 nömrəli müraciəti, Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 11- 13/115 nömrəli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X24 Agentliyinin xx.xx.2021-ci il tarixli, 22/589 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-03827 nömrəli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********74 nömrəli razılıq məktubları və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin xx.xx.2021-ci il tarixli, xx/xx-04933 nömrəli məktubu ilə təqdim edilmiş “Azkommunlayihə” KLİ-nin texniki rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələbləri rəhbər tutularaq Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. - xx.xx.2021-ci il tarixli, 1664 saylı torpaq icarə müqaviləsinin surətindən görünür ki, icarəverən Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən sahəsi 23800 kv.m olan torpaq sahəsini 49 il müddətinə icarəçi İddiaçı MTK-ya icarəyə vermişdir. Həmin müqavilənin 7.4-cü bəndinə görə icarəçi hər il həmin torpaq sahəsinə görə 57919,68 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Tİ-120/22 saylı obyektin tikintisinə icazənin təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanında yerləşən torpaq sahəsinin koordinatları təsdiq edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azkommunlayihə” KLİ-nin Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən yataqxana binaların mövcud vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəydən görünür ki, ünvan 17 ünvanında yerləşən yataqxana binasının mühəndisi-müayinəsi nəticəsində aşağıdakılar müəyyən edilmişdir. Sənaye üsulu ilə hazırlanmış yığma dəmir -betondan olan mərtəbəarası örtüklər mühafizə qatının dağılması nəticəsində armaturlar korroziyaya uğramışdır. Bütün mərtəbələrdə mətbəx və sanitar qovşağın örtükləri qəzalı vəziyyətdədir. Mişarlanmış əhəng daşından olan yükdaşiyan divarlarda çat və aşınmalar yaranmışdır. Binanın kommunikasiya xətləri uzun müddət təmirsiz istismar olunduğundan yararsız vəziyyətə düşmüşdür. Əksər eyvanların yığma dəmir beton tavalarının mühafizə qatının dağılmış armaturları korroziyaya uğramışdır. Elektıik naqilləri uzun müddət baxımsızlıqdan yararsız vəziyyətdə olduğundan hər an yanğın təhlükəsi yarada bilər. Pilləkən qəfəsəsi yığma dəmir-beton konstruksiyasının mühafizə qatı dağılmış, armaturlar korroziyaya uğramış və yararsız hala düşmüşdür. Pəncərə və qapı boşluğunun üzərindəki dəmir-beton atmaların mühafizə qatı dağılmış, armaturları korroziyaya uğramışdır. Binanın yığma dəmir-beton örtük plitələri arasındakı ara doldurucuları müxtəlif yerlərdə tökülmüş və ya çatlar əmələ gəlmişdir. Yataqxana binasının texniki vəziyyəti qəzalıdır, istismarı yol verilməzdir. Ümumiyyətlə binalar mövcud Tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Binalarda yaranmış bu vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. - “X29 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən yataqxana tipli binada zəif təmirli mənzilin qiymətləndirmə aparılan tarixə bazar dəyəri 30900 manat, orta təmirli mənzilin qiymətləndirmə aparılan tarixə bazar dəyəri 34700 manat, yaxşı təmirli mənzilin qiymətləndirmə aparılan tarixə bazar dəyəri 37500 manat təşkil etmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 18 kv.metr olan ünvan 18, mənzil 13 tam mülkiyyət hüququ üzrə Cavabdeh6 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********50-05101-093069 reyestr nömrəli Çıxarışların surətindən görünür ki, ümumi sahəsi 18 kv.metr olan ünvan 18, mənzil 21 xüsusi mülkiyyət hüququ üzrə 9 kv.m pay hissəsində Cavabdeh7 Museyib oğlunun, 9 kv. m pay hissəsində Cavabdeh10 adına qeydə alınmışdır. - Həmkarlar İttifaqının 182 saylı orderinin surətindən görünür ki, X15 Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən yataqxananın 1 nömrəli 60 nömrəli otaqda yaşamaq üçün verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 18.0 kv.metr olan ünvan 18, mənzil 65 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 12.2 kv.metr olan ünvan 18, mənzil 80 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 18.46 kv.metr olan ünvan 18, mənzil 81 tam mülkiyyət hüququ üzrə Cavabdeh4 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 19.60 kv.metr olan ünvan 18, mənzil 85 tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 18 kv.metr olan ünvan 18, mənzil 108 tam mülkiyyət hüququ üzrə Cavabdeh9 adına qeydə alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il tarixli, **********0 qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 18 kv.metr olan ünvan 18, mənzil 120 tam mülkiyyət hüququ üzrə Cavabdeh8 adına qeydə alınmışdır. - Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən çoxmənzilli evin (binanın) sahə mülkiyyətçilərinin Ümumi Yığıncağının protokolundan görünür ki, ünvan 13 ünvanda yerləşən XX əsrin 50-ci illərində tikilmiş, istismar müddətini başa vurmuş, yataxana binası qəzalı və yaşayış üçün yararsız vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021 -ci il tarixli 208 saylı sərəncamı ilə Bakı şəhəri Nizami rayon A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulub. 2440-ci məhəllədə mövcud yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi işləri “Orbita" MTK-ya tapşırılıb. 6/10 saylı yataxana binası qəzalı və istismara yararsız olduğuna görə sakinlərin əksəriyyəti ilə onların yeni abad yaşayış sahələrinə köçrülmələri ilə bağlı notariat qaydada müqavilələr bağlanıb və sakinlər yaşayış sahələrini boşaldaraq ailələri ilə birlikdə yeni yaşayış sahələrinə köçüblər. Nəticə olaraq Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən yataqxana binası və ona bitişik tikililərin sökülüb yerində yeni bina inşa edilməsi, söküntü və tikinti işlərinin İddiaçı MTK-ya tapşırılması qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 584 saylı Sərəncamının və siyahınım surətindən görünür ki, AR Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 200 nömrəli qərarı ilə təsdiq olunmuş siyahı üzrə özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektlər (yaşayış binaları və yataqxanalarda yerləşən qeyri-yaşayış sahələri istisna olmaqla) bu sərəncamın 1 saylı əlavəsinə uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə qəbul edilmişdir. Həmin siyahının 38-ci sıra nömrəsində ünvan 18 ünvanında yerləşən 1 nömrəli yataqxana da mövcuddur. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 584 saylı Sərəncamının icrası barədə xx.xx.2009-cu il tarixli 11 saylı Sərəncamının surətindən görünür ki, həmin sərəncamın əlavəsində göstərilən siyahı üzrə özəlləşdirilən dövlət müəssisələrinin və ləğv olunan dövlət şirkətlərinin və konsernlərinin balansında olan yaşayış binaları və keçmiş yataqxanalar bu sərəncamın 1 və 2 saylı Əlavələrində göstərilən siyahı üzrə müvafiq olaraq 1 və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin balansına və istismar edilməsi üçün onların tabeliyində olan MKİS-lərin xidmət dairəsinə verilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X24 Agentliyinin xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsi, 2440-cı məhəllə, ünvanında yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə əlaqədar işlərin icrası zamanı zəruri olan ekoloji tələblər ilə bağlı müvafiq layihə dəyişikliyinin edilməsi tövsiyyə olunur. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti xx.xx.2022-ci il tarixli rəyinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2440-cı məhəllə, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində İddiaçı MTK-nın yaşayış binalarının tikintisi üçün tərtib olunmuş layihə sənədləri qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su Təchizatı. Xarici şəbəkə və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının, “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın yanğına qarşı tələblərinə uyğundur. - AR Səhiyyə Nazirliyi İdarənin adı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Baş X34 Layihə sənədlərinə Sanitariya-Epidemioloji 110 saylı, xx.xx.2022-ci il tarixli rəyinin surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhətr Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim olunmuş Bakı şəhəri, Nizami rayonu, 2440-cı məhəllə, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində İddiaçı MTK-nın yaşayış binalarının layihə sənədləri Tikinti və Sanitariya Norma və Qaydalarına uyğundur. - “Azəriqaz” İB-nin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2440-cı məhəllə, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində İddiaçı MTK tərəfindən inşa ediləcək yaşayış binalarının tikintisi ilə əlaqədar ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazidən “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin balansında olan qaz xətləri keçmir, sahə qaz kəmərlərinin mühafizə zonasında yerləşmir və mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq tikintiyə icazə icraatı çərçivəsində sənədləşmə işlərinin aparılmasına etiraz etmirlər. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2440-cı məhəllə, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsində İddiaçı MTK tərəfindən inşası nəzərdə tuutlmuş çoxmərtəbəli yaşayış binalarının yerləşəcəyi əraizdə "xxxx" ASC-yə məxsus elektrik qurğuları, yeraltı kabel və hava elektrik veriliş xətləri yerləşmir və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tiknitiyə icazə icraatı çərçivəsində sənədləşmə işlərinin aparılmasına etiraz etmirlər. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci, 29.1-ci, 29.4-cü, 43.1-ci, 71-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü, 16.1-ci, 152.1-ci, 152.5-ci, 152.6-cı maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci, 4.2.1, 4.3, 17 maddələrinə əsasən hesab edir ki, ilkin iddia tələbi tam və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbi qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır; Maddə 29. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; Maddə 71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərindən biri bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınmasıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Maddə 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Maddə 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 208 saylı Sərəncamına və Azərbaycan Respublikası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi ilə öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsi ilə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasına uyğun olaraq həyata keçirilir. Bu məqsəd ilə MTK söküləcək binanın əksər sakinləri, yəni 129 yaşayış sahəsinin 120 sakini ilə yaşayış sahələrinin dəyərinin ödənilməsi və ya sahəsi böyük olan mənzillərin əlavə sahələrinə görə sakinlər tərəfindən ödəniş edilməklə onlara yeni mənzillərin verilməsinə dair razılığa gəlsə də, ilkin iddia üzrə cavabdehlərlə bu və ya digər formada razılıq əldə olunmadığından məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı MTK-nın qeyd olunan mənzillərin sökülməsi, əvəzində təmirli mənzillərin verilməsi və mənzillərdən çıxarılma barədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcuddur. Həmçinin iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin də balans saxlayan kimi İddiaçı MTK-nın ilkin iddiası üzrə cavabdehlərə qarşı qəzalı vəziyyətdə, istifadəyə yararsız və insan həyatı üçün təhlükəli olan binada yerləşən yaşadıqları yaşayış sahələrindən çıxarılmaları barədə müstəqil iddia irəli sürmək üçün subyektiv hüququ mövcuddur. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdehlərin yaşayış üçün yararsız, insan həyatı üçün təhlükəli vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə orada yaşayanlar üçün həyati vacib məsələdir. Hansı ki, onlara mənzillərinin sahəsinə əlavə sahə olmaqla hazır olan tikililərdə mənzillər verilməklə, həmin sahədən çıxarılmasını İddiaçı MTK öz üzərinə götürür. Bu öhdəliklərin icrasına isə yerli icra hakimiyyət orqanı nəzarət edir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsində şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin, yəni səlahiyyətlərini əsasnamələrinə uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsi müəyyən olunmuşdur. Həmçinin, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 648 nömrəli, xx.xx.2012-ci il tarixli Fərmanının 3.11.1-ci və 3.11.2-ci bəndlərində qeyd edilmişdir ki, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Göründüyü kimi, köhnə binaların sökülüb yerinə yeni binaların tikilməsinə müvafiq icra hakimiyyət orqanları nəzarət edir və buna görə də mübahisəli binanın yerləşdiyi ərazi üzrə Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti və binanın mövcud texniki vəziyyəti barədə rəy vermiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyi iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində işə cəlb edilmişdir. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, tikinti işlərini aparan ilkin iddia üzrə İddiaçı MTK tərəfindən cavabdehlərə edilən təkliflər, onun üzərinə müvafiq sərəncamla qoyulmuş vəzifənin həyata keçirilməsindən irəli gələn addımdır və MTK bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, ilkin və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmiş, ilkin iddia üzrə 27 cavabdehin 18 ilə, yəni X25, X12, X6,X3, X16, X19, X26, X36, X17, X2, X27, X18, X31, X7, X20, X37, Tahirə Həsənova ilə məhkəmə gedişatı zamanı razılıq əldə olunmuş, onlar MTK tərəfindən cavabdehlər sırasından çıxarılmış, digər cavabdehlər ilə razılıq əldə edilməsi üçün qarşılıqlı danışıqlar aparılmaqla razılığa gəlinməsi üçün cəhdlər edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir, mülkiyyət hüququnun məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını (hədlərini) müəyyən etmişdir (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Bu Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Həmin hüquqi mövqeyin davamı olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmusdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmusdur, Dövlətlərin, digər məsələlərlə yanası, mülkiyyətdən ictimai maraga uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə baglıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər (bax: Kozacıoglu Türkiyəyə qarsı [BP], 2334/03, § 48, 19 fevral 2009-cu il, and Vistinš və Perepjolkins Latviyaya qarsı [BP], 71243/01, § 93, 25 oktyabr 2012-ci il). Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər işlər üzrə gəldiyi hüquqi mövqeyindən irəli gələrək diqqətə çatdırılmalıdır ki, mülkiyyətçiyə istismar müddətini bitirmiş, texniki vəziyyətinə görə istifadəsi yolverilməz hesab edilən yaşayış sahəsinin əvəzinə ona təmirli, hazır bütün kommunikasiya ilə təchiz edilmiş yaşayış sahəsinin verilməsi heç də onun mülkiyyət hüququna müdaxilə kimi qəbul edilməməli və qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi “Azkommunlayihə” KLİ-nin Bakı şəhəri, Nizami rayonu, A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllədə yerləşən yataqxana binaların mövcud vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəy ilə ünvan 18 ünvanında yerləşən yataqxana binasının texniki vəziyyətinin qəzalı olması, istismarının yol verilməz olması, ümumiyyətlə binanın mövcud Tikinti Norma və Qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab verməməsi binada yaranmış bu vəziyyətin təbii fəlakətlə əlaqəli olmaması barədə rəy verilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş mübahisəli yataqxananın fotoşəkilləri və CD disk ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəf olub texniki vəziyyəti qəzalı olan, mövcud vəziyyəti texniki cəhətdən istismarının yol verilməyən və qüvvədə olan tikinti normalarının tələblərinə cavab verməyən binada yaşayan cavabdehlərin orada yaşamaları gələcəkdə məhz onlar üçün arzuolunmaz nəticələrin meydana çıxmasına və ya bədbəxt hadisələrin baş verməsinə zəmin yaratmış olacaqdır. Məhkəmə bildirir ki, binanın texniki cəhətdən qəzalı olması, istifadəyə yararsız olması, insan həyatı üçün təhlükəli olmaqla hər an uçmaq təhlükəsinin olması şəraitində İddiaçı MTK-nın hazırki iddia tələbi ilə irəli sürdüyü təkliflər ağlabatandır və bu təkliflərin icrasının dərhal həyata keçirilməsinə müvafiq sərəncamın icrasını həyata keçirmək vəzifəsini daşıyan MTK tərəfindən hər hansı maneə yoxdur. İlkin iddia üzrə iddiaçı tərəfindən vaxtında bu sərəncamla üzərinə qoyulmuş öhdəliklərin icra edilməməsi, yəni qəzalı vəziyyətdə olan binalardan sakinlərin çıxarılması, onların sökülərək yerində yeni binaların tikilməsinin gecikdirilməsi onun əlavə maliyyə itkilərinə məruz qalması ilə nəticələnə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yaratdığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı konteksində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Məhkəmə bildirir ki, İddiaçı MTK-nın məhkəmə iclasında verdikləri izahatlarında razılıq üçün qeyd etdikləri tələblər ilə sərəncamını icra edən MTK tərəfindən ilkin iddia üzrə cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, onlara mülkiyyətlərində olan əmlakın müqabilində ədalətli təkliflər edilir. Lakin mübahisəli mənzillərin mülkiyyətçiləri olan qarşı tərəflərin kifayət qədər əlverişli şərtlərlə və ağlabatan təklifləri ilə razılaşmamışlar. Cavabdehlərin əksəriyyəti tərəfindən məhkəmə prosesi zamanı mənzillərinin sökülməsinə etiraz edilməmiş, lakin onlara yaşadıqları yataqxananın əvəzinə əlavə sahədə hazır yaşayış sahəsinin verilməsinə etiraz edilmiş, söküləcək binanın yerində onlara yeni tikiləcək binada əlavə sahələr verilməklə yaşayış sahələrinin verilməsi barədə mübahisələrinin olması bildirilmişdir. Məhkəmə qeyd edir ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Konvensiya tələblərinə uyğun olmaq üçün kompensasiya iki şərtə cavab verməlidir; birincisi, onun dəyəri mülkiyyətin qiymətinə mütənasib (proporsional) olmalıdır; ikincisi o, ağlabatan müddətdə ödənilməlidir (Scordino İtaliyaya qarşı iş). Hazırki işdə, cavabdehlərə veriləcək hazır mənzillərin dəyərinin bazar qiymətinə uyğun olmadığı qənaətinə gəlmək üçün məhkəmə hər hansı əsas müəyyən etməmişdir. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təklif edilən şərtlə cavabdehlərin mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda qarşılıqlı iddia üzrə iddiaçı MTK-dan yeni tikiliəcək binadan təmirli vəziyyətdə birotaqlı mənzilin verilməsini və mənzil onun istifadəsinə verilənədək hər ay 400 manat kirayə haqqının ödənilməsini tələb etsə də ilkin iddia üzrə iddiaçı MTK tərəfindən edilən təklif, başqa hazır binadan mənzilin verilməsi ilə onun mübahisəli yataqxanadan çıxarılması ilə bağlıdır. İlkin iddia tələbi təmin olunduğundan, ilkin iddin tələbinin təmin edilməsi qarşılıqlı iddia tələbinin tam və ya qismən təmin edilməsini aradan qaldırdığından və qarşılıqlı iddia tələbi ilə ilkin iddia arasında qarşılıqlı əlaqə olduğundan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi ilə bağlı bildirir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 3-cü şəxsin cavabdeh qismində qoyduğu əksər şəxslərlə ilkin iddia üzrə İddiaçı MTK tərəfindən məhkəmə gedişatı zamanı qarşılıqlı razılıq əldə edilərək onlar ilkin iddia tələbi üzrə cavabdehlər sırasından çıxarılmış və MTK ilə onlar arasında mübahisəli binadan çıxmaqla bağlı mübahisə aradan qalxmışdır. Buna görə də 3-cü şəxsin iddiası ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı qismində qalmış Cavabdeh2 və ilkin iddia üzrə cavabdehlər Cavabdeh7 Museyib oğluna, Cavabdeh10, X15, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh9 aid hissədə baxılıb qiymət verilməlidir. Bundan əlavə məhkəmə 3-cü şəxsin iddia tələbinin cavabdehlərə pul formasında kompensasiya verilməklə yataqxanadan çıxarılması hissəsi ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi üzrə MTK iddia tələbinə dəqiqləşdirmə ərizələri verərək həmin yataqxananın əvəzinə həmin və ona yaxın ərazidə hazır başqa mənzillərin verilməsi şərti ilə qarşı tərəflərin mübahisəli mənzildən çıxarılmasını tələb etmiş və ilkin iddia tələbi təmin edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsin iş üzrə ilkin iddiaçının hesabına cavabdehlərə pul formasında kompensasiya verilməsi barədə tələb irəli sürməkdə haqqlı olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Məhkəmə araşdırılması ilə iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın adından belə bir iddia qaldırmaq hüququnun olması müəyyən edilməmişdir. Buna görə də 3-cü şəxsin də iddiası qismən təmin edilərək ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və ilkin iddia üzrə cavabdehlər Cavabdeh7 Museyib oğlu, Cavabdeh10, X28, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh8, Cavabdeh9 mübahisəli yataqxanadan həmin və ya onun yaxınlığında yerləşən ərazidə təmirli mənzil verilməklə çıxarılmalı, 3-cü şəxsin iddiası qalan hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasının təxirə salınmasına dair şifahi vəsatətinə münasibətdə bildirir ki, qarşılıqlı iddiaçının qarşılıqlı iddia ərizəsi və onun dəqiqləşdirilməsi barədə ərizəsində ilkin iddiaya münasibəti məlum olduğundan və qarşılıqlı iddia tələbi aydın şəkildə ifadə olunduğundan, mülki iş üzrə məhkəmə baxış iclasının təxirə salınması işin lüzumsuz uzanmasına və digər tərəflərin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxaracağından, iş üzrə araşdırılmalı yeni hallar olmadığından vəsatət təmin edilməyərək mülki işə baxılıb iş üzrə yekun məhkəmə qərarı qəbul edilməlidir. Bundan əlavə məhkəmə bildirir ki, məhkəmə qətnaməsi qüvvəyə minəcəyi təqdirdə onun icrası zamanı yarana biləcək qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi ilə İddiaçı MTK tərəfindən mənzillərin sökülməsi ilə əvəzində ilkin iddia üzrə cavabdehlərə başqa təmirli mənzillərin verilməsi eyni vaxtda icra edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin müstəqil iddia tələbi isə qismən təmin edilməli, Cavabdeh6 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18,0 kv.m sahəsi olan birotaqlı 13 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 2 ünvandakı 306 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh6 həmin mənzildən çıxarılmalı, Cavabdeh7 və onun həyat yoldaşı Cavabdeh10 1\2 hissədə paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18,0 kv.m sahəsi olan birotaqlı 21 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 20 ünvandakı 78 a saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh7 və Cavabdeh10 həmin mənzildən çıxarılmalı, X15 istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18,0 kv.m sahəsi olan birotaqlı 60 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 21 ünvandakı 13 saylı 2 otaqlı 46,0 kv.m təmirli mənzil verilməklə X28 həmin mənzildən çıxarılmalı, Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18,0 kv.m sahəsi olan birotaqlı 65 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 21 ünvandakı 72 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh2 həmin mənzildən çıxarılmalı, Cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 12,2 kv.m sahəsi olan birotaqlı 80 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 20 ünvandakı 2 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh3 həmin mənzildən çıxarılmalı, Cavabdeh4 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18,46 kv.m sahəsi olan birotaqlı 81 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 21 ünvandakı 91 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh4 həmin mənzildən çıxarılmalı, Cavabdeh5 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 19,60 kv.m sahəsi olan birotaqlı 85 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 20 ünvandakı 55 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh5 həmin mənzildən çıxarılmalı, Cavabdeh9 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18 kv.m sahəsi olan birotaqlı 108 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 20 ünvandakı 77 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh9 həmin mənzildən çıxarılmalı, Cavabdeh8 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18 kv.m sahəsi olan birotaqlı 120 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 20 ünvandakı 20 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh8 həmin mənzildən çıxarılmalı, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh7 Museyib oğluna, Cavabdeh10, Cavabdeh2, X15, Cavabdeh6 Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh9 və digərlərinə qarşı müstəqil iddia tələb qalan hissədə təmin edilməməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı qarşılıqli iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “bir otaqlı mənzilinin əvəzinə yeni tikiləcək binada təmirli vəziyyətdə bir otaqlı mənzilin verilməsi, mənzil ona verilənədək hər ay 400 manat məbləğində kirayə haqqının ödənilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməli, İddiaçı MTK tərəfindən mənzillərin sökülməsi ilə əvəzində başqa mənzillərin verilməsi eyni vaxtda icra edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri qismində ilkin iddi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs tərəfindən ayrı-ayrılıqda ödənilmiş 100 manat dövlət rüsumu onlara aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia tələbi təmin, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin müstəqil iddia tələbi isə qismən təmin edilsin. Cavabdeh6 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18,0 kv.m sahəsi olan birotaqlı 13 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 2 ünvandakı 306 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh6 həmin mənzildən çıxarılsın. Cavabdeh7 və onun həyat yoldaşı Cavabdeh10 1\2 hissədə paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18,0 kv.m sahəsi olan birotaqlı 21 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 20 ünvandakı 78 a saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh7 və Cavabdeh10 həmin mənzildən çıxarılsın. X15 istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18,0 kv.m sahəsi olan birotaqlı 60 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 21 ünvandakı 13 saylı 2 otaqlı 46,0 kv.m təmirli mənzil verilməklə X28 həmin mənzildən çıxarılsın. Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18,0 kv.m sahəsi olan birotaqlı 65 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 21 ünvandakı 72 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh2 həmin mənzildən çıxarılsın. Cavabdeh3 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 12,2 kv.m sahəsi olan birotaqlı 80 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 20 ünvandakı 2 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh3 həmin mənzildən çıxarılsın. Cavabdeh4 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18,46 kv.m sahəsi olan birotaqlı 81 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 21 ünvandakı 91 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh4 həmin mənzildən çıxarılsın. Cavabdeh5 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 19,60 kv.m sahəsi olan birotaqlı 85 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 20 ünvandakı 55 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh5 həmin mənzildən çıxarılsın. Cavabdeh9 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18 kv.m sahəsi olan birotaqlı 108 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 20 ünvandakı 77 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh9 həmin mənzildən çıxarılsın. Cavabdeh8 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev 6/10 ünvanda yerləşən 18 kv.m sahəsi olan birotaqlı 120 saylı yaşayış sahəsinin əvəzinə, İddiaçı MTK tərəfindən ünvan 20 ünvandakı 20 saylı 1 otaqlı 22,0 kv.m təmirli mənzil verilməklə Cavabdeh8 həmin mənzildən çıxarılsın. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh7 Museyib oğluna, Cavabdeh10, Cavabdeh2, X15, Cavabdeh6 Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh8 və Cavabdeh9 və digərlərinə qarşı müstəqil iddia tələb qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə iddiaçı qarşılıqli iddia üzrə cavabdeh İddiaçı MTK-ya qarşı “bir otaqlı mənzilinin əvəzinə yeni tikiləcək binada təmirli vəziyyətdə bir otaqlı mənzilin verilməsi, mənzil ona verilənədək hər ay 400 manat məbləğində kirayə haqqının ödənilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri qismində ilkin iddi üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən ayrı-ayrılıqda ödənilmiş 100 manat dövlət rüsumu onlara aid edilsin. İddiaçı MTK tərəfindən mənzillərin sökülməsi ilə əvəzində başqa mənzillərin verilməsi eyni vaxtda icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1778/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1778/2025
11.07.2025 · Sair mülki iş - Digər - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver