Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-2440/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh3, X4, Cavabdeh11, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh9, Cavabdeh7, X1 və Həsənova Tahirəyə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyi cavabdehlər Cavabdeh3, X4, Cavabdeh11, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh9, Cavabdeh7, X1 və Həsənova Tahirəyə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 2(007)-1778/2025 saylı işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsi, Cavabdeh3, Cavabdeh10, X3, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh9 Ağamməd oğlunun, Cavabdeh7, X2, Həsənova Tahirə sağlamlığını və təhlükəsizliyini təmin edilməsi məqsədilə cavabdehlərin ünvan 1 ünvandakı yataqxana binasından birdəfəlik kompensasiya ödənilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu : 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
5. Mülki prosessual qanunvericiliyə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
6. İddia ərizəsi iş materialları ilə birlikdə öyrənilərkən müəyyən edilmişdir ki, eyni tərələr arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə Bak şəhəri Nizami rayon Məhkəməsinin icraatında iş vardır.
7. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında iddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh3, X4, Cavabdeh11, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh9, Cavabdeh7, X1 və Həsənova Tahirəyə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair e-2(007)- 2259/2025 saylı mülki iş vardır.
8. Belə ki, iddiaçı eyni tərəflərə qarşı eyni tələb ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(007)-2259/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı Məhkəmənin həmin qərardadı qanuni qüvvəyə minməmiş, həmin qərardadı mübahsiələndirmədən yenidən eyni tərəflərə qarşı eyni tələb ilə məhkəməyə müraciət etmişdir.
9. Belə olan halda məhkəmə qeyd edir ki, mülki prosesual qanunvericilkdə başqa məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə mülki işin olması iddia tələbinin yolverilməzliyinə görə qəbuldan imtina üçün əsas olaraq müəyyən edilsə də, məhkəmə qeyd edir ki, hazırki işin faktiki halları baxımından iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi, iş üzrə məhkəmə iclasının təyin edilməsi prosessual qənaət prinsipinə ziddir.
10. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə həmin məhkəmənin icraatında eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə mülki iş olması açıq aydın olduğu halda mülki hüquq normasının hərfi təfsir edilərək iddia ərizəsinin icraata qəbul edilməsi Qanunvericinin ifadə etdiyi mövqeyinə uyğun deyildir.
11. Həmçinin Məhkəmə məhkəmənin icraatında olmuş 2(007)-2259/25 saylı mülki işdə ifadə etdiyi mövqeyi təkrarən nəzərə çatdıraraq qeyd edir ki, hazırki mülki iş üzrə isə mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla iddia ərizəsində iddiaçı barədə məlumatlar qeyd edilməmiş, iddia ərizəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmişdir.
12. Belə ki, iddia ərizəsinin məzmunu öyrənilərkən müəyyən edilmişdir ki, iddia ərizəsinin verilməsində məqsəd 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1778/2025 saylı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə, müstəqil olaraq öz tələbinin irəli sürməkdən ibarətdir.
13. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş sorğu məlumatları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında hazırda məhkəmə prosesi davam etməkdə olan 2(007)-1778/2025 saylı mülki iş vardır.
14. AR MPM-nin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
15. Göründüyü kimi, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsi xahiş edilən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilər.
16. Odur ki, məhkəmə qeyd edir ki, 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi müstəqil ayrıca iddia ərizəsi ilə deyil, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1778/2025 saylı mülki iş üzrə hazırki ərizə ilə öz iddiasını irəli sürməklə işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilə bilər.
17. Məhkəmə təkararən nəzərə çatdırır ki, Mənzil Kommunal Təsərrüfat Birliyi hazırki ərizə ilə ayrıca iddia ərizəsi ilə deyil, məhkəmənin icraatında olan və qoşulmaq istədiyi 2(007)-1778/2025 saylı mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində qoşulmaq üçün müraciət etməlidir.
Nəticə :
18. Belə olan halda, məhkəmə qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında iş olduğundan Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh3, X4, Cavabdeh11, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh9, Cavabdeh7, X1 və Həsənova Tahirəyə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməlidir.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Mənzil Kommunal Təsərrüfat Birliyinin cavabdehlər Cavabdeh3, X4, Cavabdeh11, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2, Cavabdeh4, Cavabdeh9, Cavabdeh7, X1 və Həsənova Tahirəyə qarşı “birdəfəlik kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva