Məhkəmə qərarları › İş №2(103)-175/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-175/2022

11.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-175/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın nümayəndəsi və Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Mənzi Tikinti Kooperativinin Cavabdeh və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi və s.” tələbinə dair ilk və Cavabdeh İddiaçı Mənzi Tikinti Kooperativinə qarşı «əsassız varlanma qaydasında pul tələbinə» dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(008)-3034/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mənzi Tikinti Kooperativi Cavabdeh və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq mənimsənilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1, 56 nömrəli mənzil boşaldılaraq İddiaçı Mənzil Tikinti Kooperativinə təhvil verilməsi, Daşınmaz Dövlət Reyestri tərəfindən Bakı şəhəri, Sabunçu ray, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1,56 nömrəli mənzil üçün cavabdehə çıxarılmış çıxarışın ləğv edilməsinə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK-nın keçmiş sədri Cavabdeh MTK sədri vəzifəsində çalışdığı müddətdə MTK-ya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1, 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, yaşayış sahəsi 178 kv.metr olan, 56 nömrəli mənzili saxta möhürdən və digər saxta sənədlərdən istifadə edərək, qeyri qanuni yolla mənimsəyərək, daşınmaz əmlakın dövlət reyestrindən mənzilə çıxarış alaraq özəlləşdirmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh əmlakın özgəninkiləşdirilməsi ilə bağlı saxta ümumi yığıncağın iclas protokolunu tərtib etsədə faktiki olaraq iclas çağrılmamışdır. Digər tərəfdən cavabdeh tərəfindən tərtib olunmuş saxta maliyyə arayışı cavabdeh tərəfindən imzalanmış, mühasib və kassirin imzaları oxşadılaraq başqa şəxs tərəfindən imzalanmışdır. MTK-da aparılan daxili audit zamanı cavabdeh tərəfindən digər mənimsəmə və oğurluq faktlarıda müəyyən olunmuşdur. Bununla bağlı tərəflərindən Prokurorluq orqanına müraciət olunub. Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəlləsinin 152, 157.2, 165, 178.8-ci maddələrinə, eləcə də, «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli qərarına əsasən hesab edir ki, cavabdehin əməlində mənimsəmədən əlavə dələduzluq faktı da tam olaraq öz əksini tapmışdır. İlk iddia üzrə iddiaçı iddia tələblərini dəyişdirərək İddiaçıMTK-nın inşa etdiyi, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh tərəfindən mülkiyyət hüquqlarının əldə edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin mənzillə bağlı Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış 07.05.2019-cu il tarixli müqavilənin, cavabdehin adına verilmiş 29.06.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 29.06.2019-cu il tarixli, 015 nömrəli protokolundan çıxarışın, yəni həmin mənzil üzərində cavabdehin adına hüquq verən bütün sənədlərin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin, 56 saylı mənzilinə dair cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi, həmin mənzilin cavabdehin hesabına boşaldılması və İddiaçı MTK-ya təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və Cavabdeh İddiaçı MTK-nın təsisçisi və qanuni təmsilçisi olduğu müddətdə əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu, 308-ci və 313-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərə yol verildiyinə əsaslı şübhələr olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmasını və araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsini xahiş etmişdir. İddia tələbinin dəyişdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş – 2 ədəd müqavilənin və 2 ədəd maliyyə arayışının müqayisəli tədqiqi onu sübut edir ki, cavabdehin MTK-nın qanuni təmsilçisi olaraq, MTK-da işlədiyi dövr ərzində sənədləri saxtalaşdırmış və vəzifəsindən sui-istifadə edərək özünə maddi nemət əldə etməkdən ötrü, hazırda iddia predmetinin obyekti olan mənzil üzərində qanunsuz olaraq hüquq əldə etmişdir. Belə ki, Cavabdeh mənzil üzərində mülkiyyət hüququnun yaranmasını belə izah edir ki, atası Eyvaz ilə İddiaçı MTK-a arasında bağlanmış 17.01.2006-cı il tarixli müqavilə və 20.01.2008-ci il tarixli, 049 saylı maliyyə arayışı əsasında həmin mənzili atasından almış, MTK ilə 07.05.2019-cu il tarixdə müqavilə imzalamışdır. Cavabdeh tərəfindən iş materiallarına təqdim olunmuş cavabdehin atası X14 ilə İddiaçı MTK-a arasında bağlanmış 17.01.2006-cı il tarixli müqavilədən açıqaşkar müəyyən olunur ki, həmin müqavilə sonradan, məhz cavabdehin özü və ya atası tərəfindən tərtib olunmuşdur. Belə ki, həmin müqavilənin 1-ci səhifənin 1-ci abzasında və 3-cü səhifəsinin axırında Yaqubov K.Ə. imzasının üstündə qeyd edilmiş şəxsiyyət vəsiqəsinin (AZE № ********) 29.11.2008-ci il tarixdə verildiyi göstərildiyindən, artıq şərhə ehtiyac qalmır ki, həmin sənədin saxtalığını müəyyən edilsin. Açıq-aşkardır ki, həmin müqavilə cavabdehin qanunsuz əməlini həyata keçirməkdən ötrü və şəxsən onun təşəbbüsü ilə tərtib edilmişdir. Digər tərəfdən, X6 adına yazılmış maliyyə arayışında 20.01.2020-cu il tarixdə tərtib edildiyini nəzərə alsaq tam sübut olunur ki, bu halda da ş/vnin 29.11.2008-ci il tarixdə verildiyi halda həmin maliyyə arayışının həmin tarixdə tərtib olunması açıq-aşkar saxtadır. Bundan başqa, həm qeyd olunan müqavilədə, həm də maliyyə arayışında İddiaçı MTK-nın sədri Q.Ə.Yaqubovun imzası saxtalaşdırılmış, yəni həmin imza qeyd olunan şəxs tərəfindən deyil, yəqin ki, cavabdehin özü və ya qeyrisi tərəfindən icra olunmuşdur. Odur ki, yuxarıda göstərilən hallar onu sübut edir ki, MTK ilə X14 adından müqavilə imzalanmamış, göstərilən mənzilin həmin şəxsə satılması üçün MTK-nın iradə ifadəsi olmamışdır. Belə olan halda, cavabdehin MTK-ya qarşı bilə-bilə törətdiyi qanunsuz əməllərinin üzə çıxması onu sübut edir ki, cavabdehin qarşılıqlı iddia tələbində göstərdiyi dəlilləri, yəni həmin mənzilin vaxtı ilə atası tərəfindən alınması halı mövcud olmamış və göstərilən dəlil açıq-aşkar yalandır. Həmin əqd mövcud olmadığı üçün, yəni hazırda cavabdeh tərəfindən təqdim olunmuş həmin saxtalaşdırılmış əqd əhəmiyyətsiz olmaqla, heç bir hüquqi nəticə yarada bilməz və həmin müqavilə özüözlüyündə etibarsız əqddir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi həmin mənzili atasından almışdır və MTK ilə 07.05.2019-cu il tarixdə müqavilə imzalamışdır dəlilinin də yalnız formal mülahizə olduğu müəyyən olunur. Belə ki, maddi hüquq normasının tələbinə görə etibarsız hesab edilən əqd üzrə bağlanmış müqavilənin özü də etibarsız bir əqddir və hüquqi nəticə yarada bilməz. Xüsusi olaraq qeyd edilir ki, cavabdehin və ya onun atasının MTK-ya ödədiyi vəsait saxtalaşdırılmış maliyyə arayışları ilə deyil, yalnız və yalnız MTKnın mədaxil kassa orderi ilə sübuta yetirmək olardı ki, həmin sənəd də ümumiyyətlə mövcud olmamışdır. Həmin sənəd mövcud olsa idi, yəqin ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunardı. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi cavabdeh MTK-nın mülkiyyətində olan mənzili ələ keçirməkdən ötrü bu cür qanunsuz hərəkətləri etmiş və nəticə etibarı ilə vəzifə saxtakarlığına yol verməklə həmin mənzil üzərində özünə aid olmayan hüquq əldə etmişdir. İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 29.06.2019cu il tarixli, 015 nömrəli protokolundan çıxarışın da cavabdehin özü tərəfindən tərtib olunması faktdır. Belə ki, həmin sənəddə kooperativ üzvlərinin güya 74 nəfərinin iştirak etdiyi cavabdehi MTK-ya üzv kimi qəbul edilməsi; həmin mənzilin mülkiyyətə verilməsi və s. göstərilmişdir. Həmin protokol cavabdehin özü tərəfindən imzalanmış və tam məsuliyyətləri ilə qeyd edirlər ki, həqiqəti əks etdirmir. Ümumiyyətlə, cavabdeh həmin dövrdə təsisçi və MTK-nın qanuni təmsilçisi olaraq, onun yenidən MTK-ya üzv kimi qəbul edilməsi heç bir məntiqlə uzlaşmır. Hesab edir ki, iddia olunan tələblərinin əsası kimi istinad edilən hallar ərizədə tam sübut olunmuş və qarşılıqlı iddia tələbinin isə tam əsassız olması öz təsdiqini tapmışdır. Bundan başqa, cavabdehin MTK-ya qarşı bilə-bilə etdiyi qanunsuz hərəkətlərində cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin olması istisna edilmədiyi üçün onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş edir. Belə ki, açıqaşkar müəyyən olunur ki, cavabdeh xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib MTK-nın qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin külli miqdarda əmlakını vahid qəsdlə mənimsəmə və israf etmə yolu ilə talamış və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların və saxta imzaların daxil edilməsi ilə vəzifə saxtakarlığı törətmişdir. Cavabdeh tərəfindən iddia ərizəsində göstərilən normativ hüquqi aktların müvafiq müddəaları bilə-bilə pozulduğundan və həmin hərəkətlərə qərəzli və davamedici qaydada yol verildiyi üçün, deməli cavabdehin hərəkətlərində həmin maddələrə uyğun cinayət tərkibinin yaranması istisna eidlmədiyinə görə onun barəsində xüsusi qərardadın çıxarılmasına əsas yaranır. Həmçinin, Cavabdeh İddiaçı MTK-ya qarşı «əsassız varlanma qaydasında pul tələbinə dair» qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı Mənzil Tikinti Kooperativinin ona qarşı mənzilin boşaldılması və Mənzil Tikinti Kooperativinə təhvil verilməsi barədə ilkin iddia ərizəsinin təmin edilməməsini, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativindən 16008 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddianı qəbul etmir və bildirir ki, o, MTK-nın qanuni üzvü və sədri olmuş, bir payçı kimi payına uyğun mənzili alan zaman heç bir saxtakarlığa yol verməmiş, heç bir sənədi və ya möhüru saxtalaşdırmamışdır. Mübahisəli mənzili onun atası X14 17 yanvar 2006-cı ildə 178,97 kv.m ümumi sahə adı ilə Kooperativin üzvü, yəni payçı kimi almış, mənzilin tam dəyərini 2008-ci ildə ödəyib qurtarmışdır. 2019-cu ildə isə atası həmin mənzili ona satmış, o da mənzilin dəyərini 48 789,6 manat olmaqla ödəmişdir. O həmin mənzili alan zaman isə mənzilin sahəsi 168,24 kv.m göstərilmiş, həmin mənzili 31 avqust 2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıran zaman isə mənzilin ümumi sahəsinin cəmi 154,9 kv.m olmasını bilmişdir. Ona görə də o İddiaçı Mənzil Tikinti Kooperativinin iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, 1 saylı evin 56 saylı mənzilinə görə ondan artıq alınmış 13,34 kv.m sahənin indiki bazar qiyməti ilə dəyərinin İddiaçı Mənzil Tikinti Kooperativindən alınaraq ona qaytarılmasını istəyir. Belə ki, onun atası X14 İddiaçı Mənzil Tikinti Kooperativi ilə 17 yanvar 2006-cı il tarixli, 097 saylı müqavilə bağlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1-də yerləşən ümumi sahəsi 178,97 kv.m olan mənzili 35794 manat ödəməklə almışdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhil veriləcək mənzilin ümumi sahəsinin ölçüsü 178,97 kv.m təşkil edir, bu sahənin ümumi dəyəri 35794 manat müəyyən edilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən “Payçı” tikinti başladığı tarixdən bu müqavilənin “1.2” bəndində göstərilmiş mənzilin ümumi dəyərini təşkil edən 35794 manat məbləğində vəsaiti 20 yanvar 2008-ci il tarixədək “Kooperativin” hesabına və ya kassasına ödəməlidir. 20 yanvar 2008-ci il tarixli, 049 saylı arayışa əsasən X14 həmin mənzilin dəyərini tam ödəmişdir.Göründüyü kimi, İddiaçı Mənzil Tikinti Kooperativi ilə bağlanmış müqaviləyə əsasən İddiaçı Mənzil Tikinti X1 35794 manat ödəmək şərti ilə 178,97 kv.m ümumi sahəsi olan 3 otaqlı mənzili 30 dekabr 2009-cu il tarixdə təhvil verməyi öhdəsinə götürmüş, həmin tarixə qədər X14 müqavilə üzrə nəzərdə tutulan 35794 manat məbləğində pul vəsaitini ödəmiş, cavabdeh isə X7 178,98 kv.m ümumi sahəsi olan 3 otaqlı mənzil təhvil vermək əvəzinə ona ümumi sahəsi 154,9 kv.m olan mənzil təhvil vermişdir. Yəni həmin tarixdən X6 ona təhvil verilməyən 24 kv.m sahənin ödənilmiş dəyərinin əsassız varlanma qaydasında geri tələb etmək hüququ yaranmışdır. 2019-cu il tarixdə isə atası X14 həmin mənzilə çəkdiyi xərcin dəyərində mənzili ona satmaq istədiyini bildirmiş, bundan sonra o atasına həmin mənzil üçün 48789,6 manat ödəyərək mənzili almışdır. Lakin bu alqı-satqı atasının mənzilin dəyərini alaraq, Koopertivin üzvlüyündən çıxma və onun da mənzilin dəyərini ödəyərək Kooperativin üzvlüyünə daxil olmağı yolu ilə həll edilmişdir. Yəni, onunla İddiaçı Mənzil Tikinti Kooperativi arasında 07 may 2019-cu il tarixli, 097 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən o, Kooperativin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1-də yerləşən ümumi sahəsi 168,24 kv.m olan mənzili 48789,6 manat ödəməklə almışdır. Məhkəmənin nəzərinə çatdırır ki, atası Eyvaz Yaqubov həmin mənzili aldıqdan sonra mənzili o öz vəsaiti hesabına təmir etdirmiş, mənzili təmir etdirdikdən sonra həmin mənzildə yaşamış, ona görə də atası həmin mənzilə olan hüquqlarını ona 48789,6 manata müqabilində güzəşt etmişdir. Əslində isə həmin mənzili, yəni həmin ərazidə yerləşən mənzillərin kvadrat metrinin dəyəri 1200 manat təşkil edir. O mənzili xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə aldıran zaman mənzilin həqiqi ərazisinin 168,24 kv.m deyil, 154,9 kv.m olmasını bilmişdir. Mənzilin ilkin müqaviləsinə əsasən isə mənzilin ümumi sahəsi 178,97 kv.m təşkil etməli idi. O, özündən əvvəlki payçının hüquqlarını aldığına görə həmin sahəyə olan tələb hüququ da ona keçmişdir. Bu üzdən ona onlara təhvil verilməyən 13,34 kv.m sahənin pulunun geri tələb etmək hüququ yaranmışdır. Həmin ərazidə yerləşən mənzillərin bir kvadrat metrinin dəyərinin 1200 manat olmasını nəzərə alaraq, onun qarşılıqlı iddia üzrə cavabdehdən əsassız varlanma qaydasında 16008 manat pul tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109.1, 109.2, 109.3, 112.1-ci, Mülki Məcəlləsinin 14.2.7, 439.4, 1091.1, 1091.2 1092.1, 441.1, 441.4-cü maddələrinə əsasən hesab edir ki, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ona təhvil verilməmiş 13,34 kv.m mənzilə sahəsinin dəyəri qismində 16008 manat məbləğində pul vəsaiti İddiaçı Mənzil Tikinti Kooperativindən alınaraq ona ödənilməlidir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(008)- 3034/2020 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı MTK-nın Cavabdeh və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması, mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi” tələbinə dair ilk iddiasının təmin edilməsi, Cavabdeh ilə İddiaçı MTK-a arasında bağlanmış 07.05.2019-cu il tarixli müqavilənin, onun adına verilmiş 29.06.2019-cu il tarixli maliyyə arayışının, İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 29.06.2019-cu il tarixli, 015 nömrəli protokolundan çıxarışın etibarsız sayılması, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin, 56 saylı mənzilinə dair ilk iddia üzrə Cavabdeh adına verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsində yerləşən 1 saylı evin, 56 saylı mənzilin Cavabdeh hesabına boşaldılmaqla İddiaçı MTK-ya təhvil verilməsi, Cavabdeh İddiaçı MTK-ya qarşı «əsassız varlanma qaydasında pul tələbinə» dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin edilməsi hissəsində öz qətnaməsini yalnız ehtimallarla əsaslandırmış, Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad edərək, həmin Məcəllə ilə müəyyənlləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsız olmasını göstərmiş, lakin mübahisələndirilən müqavilənin qanunvericilikdə nəzərdə tutulan konkret hansı hallara əsasən etibarsız hesab edilməli olmasını qeyd etməmişdir. Məhkəmənin ilkin iddia tələbinin təmin edilməsi hissəsində əsassız olmasını təsdiq edən hallar aşağıdakılardır. Məhkəmə ilk növbədə işin mübahisə edilən və mübahisə edilməyən halını müəyyənləşdirməli idi. 21 yanvar 2014-cü il tarixdən o, İddiaçı MTK-nın qanuni təmsilçisi olmuş və onun həmin MTK-nın nizamnamə kapitalındakı mayasının miqdarı 1 pay olmuşdur. Məhkəmə işin mübahisə edilməyən bu halını öz qətnaməsində ətraflı göstərməmiş, nizamnamə kapitalının miqdarını, həmin miqdarın onun payına düşən hissəsini, həmin paya uyğun mənzil almaq hüququnun olub-olmamasını qeyd etməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, məhkəmə baxışı zamanı cavabdeh Araz Yaqudov atası Eyvaz Yaqubov tərəfindən mənzilin tam dəyərini 2008-ci ildə ödəyib qurtarandan sonra 2019-cu ildə həmin mənzili ona satmasını göstərsə də, bu faktı təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Məhkəmənin bu əsası ilə əlaqədar bildirmək istəyir ki, o, öz qarşılıqlı iddia ərizəsində və məhkəmədə verdiyi izahatında göstərmişdir ki, alqı-satqı atasının mənzilin dəyərini alaraq, koopertivin üzvlüyündən çıxma və onun da kooperativin üzvü kimi mənzilin dəyərini ödəyərək mənzili alması yolu ilə bağlanmışdır. Yəni bu halda kooperativin kassasına faktiki olaraq heç bir məbləğdə pul daxil olmamışdır. O, bu halı məhkəmə iclasında dəfələrlə bildirmişdir, maliyyə arayışının onun tərəfindən pulun verilməsinin və həmin pulun atasına ödənilməsinin sübutu kimi tərtib edilməsini göstərmişdir. Məhkəmə isə heç bir əsas olmadan həmin maliyyə arayışını etibarsız hesab etmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsinin əsaslandığı hal kimi eyni zamanda qeyd etmişdir ki, məhkəmə baxışı zamanı ilk iddia üzrə Cavabdeh atası Eyvaz Yaqubov ilə bağlanmış 17 yanvar 2006-cı il tarixli, 097 saylı müqavilənin qanuni olmasını israrla bildirsə də, 2006-ci ildə bağlanması qeyd edilən müqavilədə, eləcə də, İddiaçı MTK-nın 2008-ci ildə sədri olmuş Q.Ə.Yaqubovun imzaladığı görünən X6 adına verilmiş 20.01.2008-ci il tarixli, 049 saylı arayışda sonuncunun adına olan Suraxanı RPİ tərəfindən 29.11.2008-ci il tarixdə verilən seriya AZE 06822048 Nli şəxsiyyət vəsiqəsinin əks etdirilməsinin səbəblərini izah edə bilməmişdir. Bununla əlaqədar məhkəmə göstərmişdir ki, 2006-cı il tarixli müqavilədə 2008-ci il tarixli şəxsiyyət vəsiqəsinin məlumatlarının daxil olması mümkün deyildir. Məhkəmənin bu əsası ilə əlaqədar bildirmək istəyir ki, atasının mənzili dəqiq hansı tarixdə almasını o, bilməmiş, məhkəmədə isə bu halla əlaqədar izahat verərək, mənzilə dair bağlanmış müqavilədə və tərtib edilmiş maliyyə arayışında olan tarixin ola bilər ki, texniki səhv olmasını bildirmişdir. O, belə hesab edir ki, həmin müqavilə 2009-cu il tarixdə bağlanmış, lakin səhvən tarix 2006-cı il göstərilmişdir. Məhkəmə isə bu halı araşdırmamış, iddiaçıdan MTK-da saxlanılan müqavilələrin qeydiyyatı jurnalını tələb etməmiş, ilkin iddiaçı da öz etirazını bu hissədə əsaslandırdığı halları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə bildirmək istəyir ki, atası X14 ilə İddiaçı Mənzil Tikinti Kooperativi arasında bağlanmış həmin müqavilə MTK-nın həmin dövrdə sədri olan X8 tərəfindən imzalanmışdır. Bu hal işin mübahisə edilməyən halıdır. Çünki həmin sənəddə olan imzanın X5 deyil, başqa şəxsə məxsus olması heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin öz qətnaməsinin əsası kimi göstərmişdir ki, ilk iddia üzrə cavabdeh tərəf X6 mübahisələndirilən mənzilə görə MTK-nın hesabına iki il ərzində pul ödəməsini təsdiq edən mədaxil qəbzlərini də təqdim edə bilmədiyindən, onun atasının bu mənzilə görə MTK-ya 35794,00 manat ödəməməsinə dair ilk iddiaçı tərəfin dəlillərini məhkəmə inandırıcı hesab edir. Bununla əlaqədar bildirmək istəyir ki, atası X6 mübahisələndirilən mənzilə görə pul ödəməsi barədə maliyyə arayışını o, məhkəməyə təqdim etmiş və məhkəmədə vəsatət verərək, X6 üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə onun bu vəsatətini təmin etməmişdir. Eyni zamanda məhkəmə heç bir əsas olmadan öz qətnaməsində göstərmişdir ki, məhkəmə hazırki iş üzrə iddia predmeti olmamaqla qanuniliyi mübahisələndirilməməsinə baxmayaraq ilk iddia üzrə cavabdehin atası X6 adına olan 17.01.2006-cı və 20.01.2008-ci il tarixlərdə tərtib edilməsi sözügedən müqavilə və arayışı əhəmiyyətsiz əqdlər (sənəd) kimi qiymətləndirir və həmçinin də hesab edir ki, həmin əqd özü-özlüyündə etibarsız olduğundan heç bir hüquqi nəticə də yarada bilməzdi. Məhkəmənin bu mövqeyi ilə əlaqədar isə bildirmək istəyir ki, müqavilənin tərəfi kimi X14 məhkəməyə cəlb edilmədən və onun bununla əlaqədar mövqeyi öyrənilmədən, bu istiqamətdə heç bir araşdırma aparılmadan, həmin müqavilənin qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqd olması barədə heç bir mötəbər sübut olmadan məhkəmənin belə bir nəticəyə gəlməsi əsassızdır. Yəni məhkəmə bir tərəfdən X7 məxsus müqavilənin hazırki işə aidiyyəti olmaması əsası ilə onun X6 üçüncü şəxs kimi məhkəməyə cəlb edilməsi barədə vəsatətini təmin etməmiş, digər tərəfdən öz qətnaməsində həmin müqaviləni əhəmiyyətsiz müqavilə kimi qiymətləndirmişdir. Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan görünür ki, X6 adına olan müqavilə MTK-nın sədri tərəfindən imzalanmış, yəni həmin müqavilədən ilkin iddia üzrə iddiaçının artıq uzun illər bundan əvvəl məlumatı olmuş və bununla əlaqədar həmin müqavilənin əhəmiyyətsizliyi (etibarsızlığı) mübahisələndirilməmişdir. Məhkəmənin əhəmiyyətsiz hesab etdiyi həmin müqavilə qanuna zidd müqavilə olmamış, X14 tərəfindən və İddiaçı MTK-nın sədri Qaraxan Yaqubov tərəfindən imzalanmaqla onlar arasında qanuni surətdə bağlanmış, bu zaman heç bir məcburi hüquq normaları pozulmamışdır. Müqavilənin tərtib edilməsi zamanı edilmiş texniki səhv isə müqavilənin əhəmiyətsiz hesab edilməsinə əsas ola bilməz. Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərarına əsasən formalaşmış mövqeyə görə əhəmiyyətsiz əqd tərəflərin iradə ifadəsindən və ya məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə hüquq və öhdəlik əmələ gətirməyən əqdləri nəzərdə tutur. Əhəmiyyətsiz əqd qanunazidd, məcburi hüquq normalarının pozulması ilə bağlanmış bir əqddir. Məhkəmə həmçinin öz qətnaməsində göstərmişdir ki, “məhkəmənin qənaətinə görə müəyyən edilmiş bu hallar, qanuna uyğun surətdə tərtib edilməməsi aşkar surətdə görünən sənədlərdən məhz Cavabdeh MTK-da rəhbər vəzifəli məsul şəxs olaraq (sədr) işlədiyi dövrdə istifadə etməklə, mübahisəli mənzili qanunsuz yolla öz adına rəsmiləşdirməyə nail olmasına dair ilk iddiaçının irəli sürdüyü dəlillərinin əsaslı olmasına tam dəlalət edir.” Məhkəmənin qənaətindən də görünür ki, məhkəmə iddiaçının irəli sürdüyü dəlillərinin əsaslı olması qənaətinə gələrkən yalnız müqavilədə və sənədlərdə yol verilmiş texniki səhvlərə istinad etmişdir(2006-cı il tarixli müqavilədə və 2008-ci il tarixli arayışda 2008-ci il tarixli şəxsiyyət vəsiqəsinin məlumatlarının göstərilməsi). Bundan əlavə məhkəmə onunla İddiaçı MTK-a arasında bağlanmış 07.05.2019-cu il tarixli müqavilənin məzmununun hər bir bəndinə hərfi mənada qiymət verərək, həmin müqavilənin qanunsuz olmasına əsas yaratmaq istəmişdir. Qeyd edilənlərdən əlavə məhkəmə öz qətnaməsində göstərmişdir ki, məhkəmə mübahisəli mənzili atasının 2006-cı ildə 35794,60 manata aldığı halda mənzili oz doğma oğluna 2019-cu ildə artan qiymətlə, yəni, 48789,60 manata satması, sonuncunun da mənzilin dəyərini 48789,6 manat olmaqla atasına ödəməsinə dair ilk iddia cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi hallarını inandırıcı saymayaraq bu izahatlara tənqidi yanaşır və hesab edir ki, ilk iddia üzrə cavabdeh bu məzmunlu izahatları ilə qeyrisəmimilik nümayiş etdirir. Qətnamənin bu əsası ilə əlaqədar bildirmək istəyir ki, hakim bu hala belə qiymət verməklə əslində hazırki işdə obyektiv olmamasını nümayiş etdirmiş, iddianın təmin edilməsi üçün əsas ola bilməyən bir halı (atasının mənzili ona ucuz və ya baha satması halını) qətnamənin əsası kimi göstərməyə çalışmışdır. Halbuki, məhkəmə əgər bu hala qiymət vermək istəyirdisə bu zaman həmin mənzilin hazırki dövr üçün qiymətini müəyyən etməli idi. Çünki atası sahəsi 155 kv.m olan həmin mənzili ona satan zaman mənzilin bazar qiyməti 180000-190000 manat olmuş, atası isə mənzili ona dəyərindən dəfələrlə aşağı qiymətə satmış, o, ümumiyyətlə həmin mənzilin ona atası tərəfindən bağışlanmış hesab etmişdir. Məhkəmə həmçinin öz qətnaməsində göstərmişdir ki, “məhkəmənin qənaətinə görə əgər həqiqətən də mübahisəli mənzil ilk iddia üzrə iddiaçı və onun atası tərəfindən əldə edilməsi, sonradan ata və oğlu arasında bu mənzillə bağlı alqı-satqı münasibətləri mövcud olmuşsa, bu faktları təsdiq edən mötəbər və tutarlı sübutlar təqdim edilməli idi. Belə sübutlar olmadığından məhkəməyə bu göstərilən halların (müqavilələr, arayışlar) formallığı və sözügedən mənzilin Cavabdeh tərəfindən məhz bu yollarla əldə edilməsinə dair ilk iddiaçı tərəfin irəli sürdükləri dəlillərinin daha inandırıcı olması qənaətinə gəlməsinə kifayət qədər əsas verir.” Göründüyü kimi məhkəmə bir tərəfdən onun həmin mənzili atasından almasını inandırıcı hesab etməyir, digər tərəfdən də heç bir əsas olmadan atasının bağladığı bir müqaviləni əhəmiyyətsiz hesab edir. Bu zaman bir sual ortaya çıxır. Əgər məhkəmə araşdırması zamanı mübahisəli mənzilin atasından almadığı müəyyən edilmişdirsə, bu zaman hazırki qətnamədə atasına məxsus bir müqavilənin əhəmiyyətsiz hesab edilməsinə hansı zərurət vardır və bu halı müəyyən etməkdə məhkəmənin marağı nədən ibarət olmuşdur. Qeyd edilənlərdən əlavə məhkəmə öz qətnaməsində göstərmişdir ki, məhkəmə həmçinin ilk iddia üzrə iddiaçı tərəfin İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 29.06.2019-cu il tarixli, 015 nömrəli protokolundan çıxarışın da cavabdehin özü tərəfindən tərtib olunmasına dair ilk iddiaçı tərəfin dəlillərini işin araşdırılmış halları baxımından qiymət verərək əsaslı sayır. Belə ki, məhkəmənin qənaətinə görə bu iclas keçirilməmiş və formal çıxarış tərtib edilmişdir. Cavabdeh iddiaya olan etirazının əsaslarına diqqət yetirildikdə o, guya mübahisəli mənzili 2019-cu ilin may ayında əldə etmiş və 01.06.2019-cu ildə artıq onun dəyərini tam ödəmişdir. Belə olan halda müqavilə bağlandıqdan sonra onun kooperativ üzvlüyünə qəbul məsələsinin 29.06.2019-cu il tarixdə iclas çağırılaraq müzakirə olunması özü-özlüyündə ziddiyyətlidir. Belə hesab edir ki, məhkəmə bu hissədə də yalnız ehtimallara və sənədin məzmununda göstərilən şablon və hərfi mənalara istinad etmişdir. Belə ki, İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 29.06.2019-cu il tarixli, 015 nömrəli protokolundan çıxarışında 136 nəfər kooperativ üzvlərindən 74 nəfərinin iştirak etməsi göstərilmişdir. Bununla əlaqədar şahidlər ifadə verərək həmin yığıncağın keçirilməsini təsdiq etmişlər. Sadəcə şahidlərin biri yığıncaqda 15-20 nəfərin, digəri isə 25-30 nəfərin iştirak etməsini göstərmişlər. Belə hesab edir ki, şahidlərin yığıncaqda iştirak edən şəxslərin sayı barədə yanlış ifadə vermələri onların bu halı necə dərk etmələrini göstərir. Yəni bu hal tam ağlabatandır ki, əgər şəxs içində olan kütlənin sayına fikir verməmişdirsə, bir ildən sonra ondan soruşulduğu zaman həmin şəxs 80 nəfər olan bir kütləni təxmini 25-30 nəfər kimi qiymətləndirsin. Bundan əlavə məhkəmədə ifadə verən şahidlər öz ifadələrində ümumi yığıncağın keçirildiyi otağın 2 məhkəmə zalı boyda olmasını bildirmiş, onlar yığıncağın balaca bir otaqda keçirilməsini göstərməmişlər. İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 29.06.2019-cu il tarixli, 015 nömrəli protokolunda onun kooperativin üzvlüyünə daxil olmağı texniki səhv olaraq göstərilmişdir. Çünki həmin gün keçirilən yığıncaqda bir çox şəxslər kooperativə üzv kimi daxil olmuş, bəzilərinin isə artıq üzv olması təsdiq edilmiş bu üzdən həmin protokoldan çıxarışda onun da kooperativə üzv olması texniki olaraq qalmışdır. Məhkəmə isə bu halı da etibarsızlıq üçün əsas saymışdır. Halbuki, məhkəmə öz qətnaməsində ilk olaraq onun 2014-cü ildən həmin kooperativə sədr olmasını göstərmiş, yəni artıq onun həmin tarixdə kooperativin üzvü olmasını işin mübahisə edilməyən halı kimi qeyd etmişdir. Bundan əlavə məhkəmə öz qətnaməsində ayrı-ayrı tarixlərdə verilən maliyyə arayışlarının sıralanma nömrələrində olan uyğunsuzluğu da, bir hala görə iki dəfə maliyyə arayışının verilməsini də ilkin iddia üzrə iddiaçının tələbinin əsası kimi qiymətləndirmiş, heç bir hüquqi nəticə yaratmayan hallara hüquqi qiymət verməyə çalışmışdır. Bununla əlaqədar bildirmək istəyir ki, əgər bu hallara hüquqi qiymət vermək istəyirdisə bu zaman məhkəmə iş üzrə auditor yoxlaması müəyyən edə, bütün maliyyə və mühasibatlıq sənədlərinin düzgünlüyünü yoxlaya bilərdi. Hətta o, məhkəmə iclasında ilk iddia üzrə iddiaçıdan onun iddia tələbini təsdiq edən auditor rəyinin məhkəməyə təqdim etməsini təklif etdikdə də, iddiaçı belə bir sənədin olmamasını bildirmişdir. İşin yuxarıda qeyd edilən hallarından da görünür ki, ilkin iddia üzrə iddiaçı öz iddia tələbində onun adına hüquq verən bütün sənədlərin etibarsız hesab edilməsini tələb etsə də, tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, məhkəmə də heç bir mötəbər sənədə istinad etmədən, yalnız sənədlərdə göstərilən texniki səhvlərə və ehtimallara əsaslanmışdır. Məhkəmə öz qətnaməsində qarşılıqlı iddia üzrə irəli sürülən tələblərin əsası kimi istinad edilən hallarla bağlı göstərmişdir ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı özü ilə bağladığı 07.05.2019-cu il tarixli müqavilədə guya atasından aldığı mənzilin sahəsinin artıq 178,97 kv.m deyil, 168,24 kv.m olmasını özünün qeyd etməsinə diqqət yetirməmiş və bu halı da qarşılıqlı tələbində göstərməmişdir. O, məhkəmənin bu əsası ilə razı deyil və bildirmək istəyir ki, qarşılıqlı iddia ərizəsində onunla İddiaçı Mənzil Tikinti Kooperativi arasında 07 may 2019-cu il tarixli, 097 saylı müqavilənin bağlanmasını, həmin müqaviləyə əsasən Kooperativin üzvü kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi, ev 1-də yerləşən ümumi sahəsi 168,24 kv.m olan mənzili 48789,6 manat ödəməklə almasını göstərmişdir. Yəni onun qarşılıqlı iddia ərizəsinin əsasını 07 may 2019-cu il tarixli, 097 saylı müqaviləyə əsasən sahəsi 168,24 kv.m olan mənzil alması və sonradan isə həmin mənzilin sahəsinin 154,9 kv.m olmasını bilməyi təşkil edir. O, bu halı ərizəsində ətraflı əsaslandırmış, ərizəsində mənzilin atasına verilərkən sahəsinin 178,97 m olmasını göstərsə də, bu hala əsaslanmamış, yalnız özü tərəfindən imzalanmış müqaviləyə əsaslanmış və çatışmayan 13,34 kv.m sahənin pulunu geri tələb etmişdir. O, ərizəsində atasına məxsus hüquqların ona keçməsini göstərsə də o, bu hüquqlardan deyil, yəni çatışmayan 24 kv.m sahənin deyil, öz imzaladığı müqaviləyə uyğun çatışmayan 13,34 kv.m sahənin dəyərini tələb etmişdir. Məhkəmə isə bu hala düzgün qiymət verməmiş, məhkəmədə onun bununla əlaqədar verdiyi məhkəmə tikinti texniki ekspertizasının keçirilməsi barədə vəsatətini də təmin etməmişdir. Göründüyü kimi məhkəmə onun qarşılıqlı iddia ərizəsinin əsasları ilə ətraflı tanış olmamış, demək olar ki, onun qarşılıqlı iddiası üzrə heç bir məhkəmə araşdırması aparmamış, bununla da artıq məhkəmə araşdırması zamanı onun qarşılıqlı iddiasının rədd ediləcəyi barədə qənaətə gəldiyini göstərmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirdi ki, o, mübahisəli mənzilə görə İddiaçı MTK-ya hər hansı məbləğdə pul ödəməmişdir. Həmin mənzili atası almış və ona bağışlamışdır. İddiaçı MTK-nın sədri işləyən zaman MTK-nın adından həmin mənzilə dair özü ilə bağladığı 07 may 2019-cu il tarixli, 097 saylı müqavilədə mənzilin dəyərini atası ilə bağlanmış müqavilədə qeyd edilən dəyərindən daha artıq 48789,60 manat göstərməsini MTK-nın təsisçisi olan Qaraxan Yaqubovun təkidi ilə etmişdir. Onun adına mübahisəli mənzilin əldə edilməsinə dair İddiaçı MTK tərəfindən təqdim edilmiş 17.01.2006-cı il tarixli müqavilədən və həmin tarixli, 007 maliyyə arayışından xəbəri yoxdur. Həmin mənzilə dair atası Eyvaz Yaqubovla İddiaçı MTK arasında bağlanmış 17.01.2006-cı il tarixli, 097 nömrəli müqavilədə atasına 2008-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinin nömrəsinin yazılmasının səbəbini texniki səhv kimi izah edir. Hesab edir ki, həmin müqavilə 2009-cu il tarixdə bağlanmış, lakin səhvən tarix 2006cı il göstərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Eyvaz Yaqubovla İddiaçı MTK arasında mübahisəli mənzilə dair bağlanmış 17.01.2006-cı il tarixli, 097 nömrəli müqavilədə Eyvaz Yaqubova 2008-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinin nömrəsinin qeyd edilməsi texniki səhv olmuş, ehtimal ki, həmin müqqavilənin və mənzilə dair maliyyə arayışının tarixi 2009-cu il olmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının təmsilçisi apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iş üzrə Yaqubov Eyvaz Əkbər oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, hazırkı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya icraatı zamanı əvvəlki məhkəmə iclasında iştirak etmiş Yaqubov Eyvaz Əkbər oğlu izahatında bildirmişdir ki, o, mübahisəli mənzili 2005-ci ildə İddiaçı MTK-dan müqavilə əsasında almışdır. Həmin mənzilin qiyməti 35000 manat idi, qeyd edilən məbləği tam ödədikdən sonra MTK tərəfindən ona maliyyə arayışı verilmişdir. 2019-cu ildə həmin mənzili oğlu Cavabdeh hədiyyə kimi vermişdir. Binanın bünövrəsi 2005-ci ildə qazılıb, o da mənzilə görə pulu həmin ildə ödəmişdir. Müqavilə 2005-ci ildə bağlansa da iddiaçı qəsdən müqavilənin tarixini 2006-cı il olaraq qeyd etmişdir. İddiaçı MTK-nın təsisçisi Qaraxan Yaqubov onun qardaşıdır, müqaviləni Qaraxan tərtib etmiş, o, isə sadəcə imza etmişdir. Mənzilin pulunu Qaraxan Yaqubova şəxsən ödəmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 21.01.2014-cü il tarixdə verilmiş çıxarışlarının surətlərinə əsasən, İddiaçı Mənzil Tikinti Kooperativi 14.03.2005-ci ildə qeydiyyata alınmış, əvvəlki qanuni təmsilçisi X15, hazırki təmsilçisi Cavabdehdur. Əvvəlki təsisiçilər və onların nizamnaə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: X15 40%, X2 15%, X9 15%, X21 15% və X3 15%. Hazırki təsisiçilər və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: X15 8 pay, X2 10 pay, X9 3 pay, X21 3 pay, X3 3 pay və Cavabdeh 1 pay. Hazırki təsisiçilər və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: X10 5%, X17 15%, X3 15%, X2 50%, X21 15%. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən 21.02.2020-ci il tarixdə verilmiş çıxarışlarının surətindən görünür ki, İddiaçı MTK-nın hazırki təmsilçisi X11r. Əvvəlki təsisiçilər və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: Cavabdeh 1 pay, X3 3 pay, X9 3 pay, X2 10 pay, X21 3 pay. Hazırki təsisiçilər və onların nizamnamə kapitalındakı mayalarının miqdarı aşağıdakı kimi olmuşdur: X10 5%, X17 15%, X3 15%, X2 50 %, X21 15%. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küç. 56, M9 m.8 154,90 kv.m sahəsi olmaqla 31.08.2019-cu il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan İddiaçı MTK İdarə Heyətinin sədri X4 X14 ilə bağladığı 17 yanvar 2006-cı il tarixli, 097 saylı müqavilədən görünür ki, MTK Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küç. 1 ünvanda olan yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 56 saylı, ümumi sahəsi 178,97 kv.m təşkil edən 3 otaqlı mənzili 35794,60 manata Yaqubov Eyvaz Əkbər oğluna verməyi üzərinə götürür. Müqavilədə tikinti müddəti 02.01.2006-cı il başlanması və 30.12.2009-cu ildə başa çatdırılmasının nəzərdə tutulması qeyd edilmişdir. (Müqavilənin 1.2, 4.1, 5.1-ci bəndləri) Müqavilənin giriş hissəsində və tərəflərin rekvizitləri qrafasında Yaqubov Eyvaz Əkbər oğlunun adına olan seriya AZE 06822048 nömrəli şəxsiyyət vəsiqəsinin ona Suraxanı RPİ tərəfindən 29.11.2008-ci il tarixdə verilməsi göstərilmişdir. İş materiallarında olan İddiaçı MTK-nın sədri Q.Ə.Yaqubovun Yaqubov Eyvaz Əkbər oğlunun adına verdiyi 20.01.2008-ci il tarixli, 049 saylı arayışdan görünür ki, o, (şəxsiyyət vəsiqəsi seriya AZE № 06822048, Suraxanı RPİ, 29.11.2008-ci il) Bakıxanov qəsəbəsi, Y.Əliyev küç. 1 ünvanda İddiaçı MTK inşa etdiyi 1A saylı yüksəkmərtəbəli yaşayış binasının 9 mərtəbəsində yerləşən 56 saylı mənzilin dəyərini, 17.01.2006-cı il tarixli, 97 saylı müqaviləyə əsasən tam ödəyibdir. İş materiallarında olan İddiaçı MTK İdarə Heyətinin sədri Cavabdeh özü ilə bağladığı 07 may 2019-cu il tarixli, 097 saylı müqavilədən görünür ki, MTK Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küç. 1 ünvanda 1 №li 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 56 saylı, ümumi sahəsi 168,24 kv.m təşkil edən 3 otaqlı mənzili 48789,60 manata Cavabdeh verməyi üzərinə götürür. Müqavilədə tikinti müddəti 02.01.2006-cı il başlanması və 30.12.2009-cu ildə başa çatdırılmasının nəzərdə tutulması qeyd edilmişdir. (Müqavilənin 1.2, 4.1, 5.1-ci bəndləri) Müqavilənin tərəflərin rekvizitləri qrafasında hər iki tərəf olaraq Cavabdeh imza etmişdir. İş materiallarında olan İddiaçı MTK-nın sədri Cavabdeh özünün adına verdiyi 01.06.2019-cu il tarixli, 194 saylı arayışdan görünür ki, o, Bakıxanov qəsəbəsi, Y.Əliyev küç. 1 ünvanda İddiaçı MTK inşa etdiyi 1 saylı yüksəkmərtəbəli yaşayış binasının 9 mərtəbəsində yerləşən, sahəsi 168,24 kv.m olan 56 saylı mənzilin tam dəyərini və kommunal xərcləri 097 saylı müqaviləyə əsasən 01.05.2019-cu il tarixində tam ödəyibdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MTK-nın Cavabdeh adına çıxarış verilməsinə əsas olan sənədlərdən, İddiaçı MTK-nın Cavabdeh özünün imzaladığı 29.06.2019-cu il tarixli, 080 saylı maliyyə arayışından görünür ki, onun Bakıxanov qəsəbəsi, Y.Əliyev küç. 1 ünvanda İddiaçı MTK inşa etdiyi 1 saylı 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 168,24 kv.m olan 56 saylı mənzilin tam dəyərini 097 saylı müqaviləyə əsasən tam ödəyib və kooperativə heç bir borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı MTK-nın Cavabdeh adına çıxarış verilməsinə əsas olan sənədlərdən İddiaçı MTK-nın üzvlərinin ümumi iclasının 015 nömrəli protokolundan çıxarışdan görünür ki, 29.06.2019-cu il tarixdə keçirilən iclasda 136 nəfər kooperativ üzvündən 74 nəfər iştirak etmiş, iclasın sədri MTNnın sədri Cavabdeh, katibəsi T.Q.Yaqubova, gündəlikdə olan məsələrə MTK üzvlüyünə qəbul haqda və pay haqqı tam ödəmiş kooperativ üzvlərinə mənzilləri özəlləşdirib, mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış alınması haqqındadır. İclasın sədri Cavabdeh iclasa məlumat verərək vətəndaş Cavabdeh (özü) MTK-ya ərizə ilə müraciət edərək onun kooperativə üzv qəbul edilməsini xahiş etmişdir. İclasda qərara alınmışdır ki, vətəndaş Cavabdeh MTK-ya üzv qəbul edilsin və ünvan 2 ünvanda İddiaçı MTK inşa etdiyi 1 saylı 15 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 168,24 kv.m olan 56 saylı mənzili onun mülkiyyətinə verilsin. Cavabdeh protokoldan çıxarışı həm iclasın sədri kimi, həm də bu çıxarışı təsdiq edən MTK sədri kimi imza etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı Mənzil Tikinti Kooperativi 14.03.2005-ci ildə qeydiyyata alınmış, Cavabdeh 21.01.2014-cü il tarixdən 21.02.2020-ci il tarixə kimi MTK-nın qanuni təmsilçisi, sədri olmuş, sonuncu göstərilən tarixdən isə hazırki təmsilçisi və sədr X11r. Həmçinin, Cavabdeh MTK-nın nizamnamə kapitalında mayasının miqdarı 1 pay olmuş, hazırda isə o, həmin paya malik deyildir. Mübahisəli mənzil ilk iddia üzrə cavabdehin adına rəsmiləşdirilməsi və özəlləşdirilməsindən əvvəl 17 yanvar 2006-cı il tarixli, 097 saylı müqavilə əsasında atası X6 adına sənədləşdirilmişdir. Onunla bağlanmış müqavilədə həmin vaxt MTK-nın sədri olmuş X4 imzalaması göstərilmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman ilk iddia üzrə Cavabdeh atası Eyvaz Yaqubov tərəfindən mübahisəli mənzilin tam dəyərini 2008-ci ildə ödəyib qurtarandan sonra 2019-cu ildə həmin mənzili ona satmasını göstərsə də, bu faktı təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmiş, apellyasiya baxışı zamanı isə fəqrli izahat verərək, mənzilin atası tərəfindən ona satılmamasını, bağışlanmasını bildirmişdir. Həmçinin, məhkəmə baxışı zamanı ilk iddia üzrə Cavabdeh atası Eyvaz Yaqubov ilə bağlanmış 17 yanvar 2006-cı il tarixli, 097 saylı müqavilənin qanuni olmasını bildirsə də, 2006-ci ildə bağlanması qeyd edilən müqavilədə, eləcə də, İddiaçı MTK-nın 2008-ci ildə sədri olmuş Q.Ə.Yaqubovun imzaladığı görünən Yaqubov Eyvaz Əkbər oğlunun adına verilmiş 20.01.2008-ci il tarixli, 049 saylı arayışda sonuncunun adına olan Suraxanı RPİ tərəfindən 29.11.2008-ci il tarixdə verilən seriya AZE 06822048 №li şəxsiyyət vəsiqəsinin əks etdirilməsinin səbəblərini izah edə bilməmişdir. Apellyasiya baxışı zamanı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili bildirmişlər ki, Eyvaz Yaqubovla İddiaçı MTK arasında mübahisəli mənzilə dair bağlanmış 17.01.2006-cı il tarixli, 097 nömrəli müqavilədə Eyvaz Yaqubova 2008-ci ildə verilmiş şəxsiyyət vəsiqəsinin nömrəsinin qeyd edilməsi texniki səhv olmuş, həmin müqqavilənin və mənzilə dair maliyyə arayışının tarixi 2009-cu il olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iş üzrə iddia predmeti olmayaraq qanuniliyi mübahisələndirilməyən Yaqubov Eyvaz Əkbər oğlunun adına olan sözügedən müqavilə və arayışın məhz 17.01.2006-cı və 20.01.2008-ci il tarixlərdə tərtib edilməməsi açıq-aydın aşkardır. Bu hal ən azından həmin sənədlərdə Yaqubov Eyvaz Əkbər oğluna hələ Suraxanı RPİ tərəfindən 29.11.2008-ci il tarixdə veriləcək seriya AZE 06822048 №li şəxsiyyət vəsiqəsinə istinad ediməsində öz təsdiqini tapır. Belə ki, 2006-cı il tarixli müqavilədə 2008-ci il tarixli şəxsiyyət vəsiqəsinin məlumatlarının daxil olması mümkün deyildir. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının 18.11.2021-ci il tarixli 5/1172-4/1498 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Yaqubov Eyvaz Əkbər oğlunun adına olan 20 yanvar 2008-ci il tarixli, 049 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilədə möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin arayışda və müqavilədə olan möhür əksləri ekspertizaya təqdim edilmiş İddiaçı MTK-nın möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Bundan əlavə, ilk iddia üzrə cavabdeh tərəf Yaqubov Eyvaz Əkbər oğlunun mübahisələndirilən mənzilə görə MTK-nın hesabına iki il ərzində pul ödəməsini təsdiq edən mədaxil qəbzlərini də təqdim edə bilmədiyindən, onun atasının bu mənzilə görə MTK-ya 35794 manat ödəməməsinə dair ilk iddia üzrə iddiaçı tərəfin dəlillərini birinci instansiya məhkəməsi inandırıcı hesab etmişdir. Birinci insansiya məhkəməsi hazırki iş üzrə iddia predmeti olmamaqla qanuniliyi mübahisələndirilməməsinə baxmayaraq ilk iddia üzrə cavabdehin atası Yaqubov Eyvaz Əkbər oğlunun adına olan 17.01.2006-cı və 20.01.2008-ci il tarixlərdə tərtib edilmiş müqavilə və arayışı əhəmiyyətsiz kimi qiymətləndirirək hesab etmişdir ki, həmin əqd özüözlüyündə etibarsız olduğundan heç bir hüquqi nəticə də yarada bilməzdi. Beləliklə də məhkəmənin qənaətinə görə müəyyən edilmiş bu hallar, qanuna uyğun surətdə tərtib edilməməsi aşkar surətdə görünən sənədlərdən məhz Cavabdeh MTK-da rəhbər vəzifəli məsul şəxs olaraq (sədr) işlədiyi dövrdə istifadə etməklə, mübahisəli mənzili qanunsuz yolla öz adına rəsmiləşdirməyə nail olmasına dair ilk iddia üzrə iddiaçının irəli sürdüyü dəlillərinin əsaslı olmasına dəlalət edir. Məhkəmə Cavabdeh öz-özü ilə bağladığı 07 may 2019-cu il tarixli 097 saylı müqavilənin qanuniliyinə qiymət verərək hesab etmişdir ki, sözügedən müqavilənin məzmunundan görünür ki, bu müqavilə əvvəlki, yəni, atası ilə 2006-cı ildə bağlanmış müqavilənin mətni üzərində işlənmiş, bəzi bəndləri ixtisar edilmiş müqavilədir. Məsələn hər iki müqavilənin 4.1 bəndində layihə üzrə göstərilən ərazidə yeni yaşayış binasının tikintisinin 02.01.2006-cı ildə başlanması və 30.12.2009-cu il tarixdə başa çatdırılması nəzərdə tutulmuşdur. Halbuki, tərəflərin özlərinin izahatları ilə müəyyən edilmişdir ki, 07 may 2019-cu il tarixdə mübahisəli mənzilin yerləşdiyi bina artıq inşa edilmişdir. Daha sonra, Eyvaz Yaqubovla bağlanmış müqavilədə 5.2 bəndi qeyd edilsə də, Cavabdeh ilə bağlanmış müqavilədə bu bənd qeyd edilməmişdir. Halbuki, Eyvaz Yaqubovun müqaviləsindən fərqli olaraq Cavabdeh müqaviləsində 48789,60 manat pulun hansı müddətə ödənilməsi qeyd edilməmiş, başqa sözlə, müqavilənin məzmununa görə həmin məbləğ guya dərhal ödənilməlidir. Lakin, Cavabdeh öz adına tərtib etdiyi arayışında bu məbləği guya MTK-ya 01.06.2019-cu il tarixdə tam ödəməsini göstərmişdir. Digər tərəfdən məhkəmə mübahisəli mənzili ilk iddia üzrə cavabdehin atasının 2006cı ildə 35794,60 manata aldığı halda mənzili oz doğma oğluna 2019-cu ildə artan qiymətlə, yəni, 48789,60 manata satması, sonuncunun da mənzilin dəyərini 48789,6 manat olmaqla atasına ödəməsinə dair ilk iddia üzrə cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi halları inandırıcı saymaraq bu izahatlara tənqidi yanaşmış və hesab etmişdir ki, ilk iddia üzrə cavabdeh bu məzmunlu izahatları ilə qeyri-səmimilik nümayiş etdirir. Belə ki, məhkəmənin qənaətinə görə əgər həqiqətən də mübahisəli mənzil ilk iddia üzrə iddiaçı və onun atası tərəfindən əldə edilməsi, sonradan ata və oğlu arasında bu mənzillə bağlı alqı-satqı münasibətləri mövcud olmuşsa, bu faktları təsdiq edən mötəbər və tutarlı sübutlar təqdim edilməli idi. Belə sübutlar olmadığından məhkəməyə bu göstərilən halların (müqavilələr, arayışlar) formallığı və sözügedən mənzilin Cavabdeh tərəfindən məhz bu yollarla əldə edilməsinə dair ilk iddiaçı tərəfin irəli sürdükləri dəlillərinin daha inandırıcı olması qənaətinə gəlməsinə kifayət qədər əsas verir. Məhkəmə həmçinin ilk iddiaçı tərəfin İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 29.06.2019-cu il tarixli, 015 nömrəli protokolundan çıxarışın da cavabdehin özü tərəfindən tərtib olunmasına dair ilk iddiaçı tərəfin dəlillərini işin araşdırılmış halları baxımından qiymət verərək əsaslı saymışdır. Belə ki, bu halın doğruluğu həm protokolun məzmunu, həm də ilk iddiaçı tərəfin təşəbbüsü ilə dindirilmiş şahidlərin ifadələri ilə təsdiq edilmişdir. İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 29.06.2019-cu il tarixli, 015 nömrəli protokolundan çıxarışında 136 nəfər kooperativ üzvlərindən 74 nəfərinin iştirak etməsini iş üzrə şahidlər ifadələrində təsdiq etməmişlər. Həmçinin, onların ifadələrinə görə guya keçirilən iclasın ofisdə kiçik bir otaqda olmaqla ora birdən-birə 134 nəfəri yığmaq olmazdı. X16 ifadəsində iclasda 15-20 nəfərin, digər şahid Ruslan Quseynov isə 25-30 nəfərin iştirakını göstərmələri faktı da onu təsdiq edir ki, keçirilməsi güman edilən iclasda 74 nəfər MTK üzvü iştirak etməmiş və edə də bilməzdi. Belə ki, məhkəmənin qənaətinə görə bu iclas keçirilməmiş və formal çıxarış tərtib edilmişdir. Cavabdeh iddiaya olan etirazının əsaslarına diqqət yetirildikdə o, guya mübahisəli mənzili 2019-cu ilin may ayında əldə etmiş və 01.06.2019-cu ildə artıq onun dəyərini tam ödəmişdir. Belə olan halda müqavilə bağlandıqdan sonra onun kooperativ üzvlüyünə qəbul məsələsinin 29.06.2019-cu il tarixdə iclas çağırılaraq müzakirə olunması özü-özlüyündə ziddiyyətlidir. Mülki prosessual qanunvericiliyə əsasən (MPM-nin 62-ci və 104.1-ci maddələri) şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Azərbaycan Respublikasının MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdırmı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmadığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Belə ki, şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Şahidlər iclasla bağlı bildiklərini aydın və müfəssəl təsvir etməmiş, hər birinin verdiyi ifadələr bir-biri ilə uzlaşmamış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilməmişdir. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmamasına dəlalət edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində baxış zamanı Cavabdeh Bakıxanov qəsəbəsi, Y.Əliyev küç. 1 ünvanda İddiaçı MTK inşa etdiyi 1 saylı yüksəkmərtəbəli yaşayış binasının 9 mərtəbəsində yerləşən, sahəsi 168,24 kv.m olan 56 saylı mənzilin tam dəyərini və kommunal xərcləri 097 saylı müqaviləyə əsasən 01.05.2019-cu il tarixində tam ödəməsinə dair özünün adına verdiyi 01.06.2019-cu il tarixli, 194 saylı arayışın olduğu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə demək olar ki, eyni məzmunlu 29.06.2019-cu il tarixli, 080 saylı maliyyə arayışının verilməsinin səbəblərini izah edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, mənzil alınması ilə əlaqədar payçı tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra bu barədə yalnız bir dəfə ciddi maliyyə sənədi hesab edilən maliyyə arayışı verilə bilər. İkinci dəfə maliyyə arayışının verilməsi üçün ciddi əsaslır olmalıdır. Məhkəmə eyni mənzilə cavabdeh tərəfindən öz adına müxtəlif tarixlərdə maliyyə arayışlarının verməsinə də qiymət verərək bu qənaətə gəlmişdir ki, Cavabdeh MTK sədri vəzifəsində işlədiyi dövrdə sənədlərin və arayışların nömrə ilə sıralanması qaydasına riayət edilməmişdir. Bu hal da ona istənilən nömrə altında öz mənafeyinə uyğun məzmunda arayış yazması üçün bir növ şərait yaratmışdır. Bunun nəticəsidir ki, 01.06.2019-cu il tarixdə verilən maliyyə arayışının sıralanma nömrəsi 194 olduğu halda 29.06.2019-cu il tarixli arayışın sıralanma nömrəsi 080 saylı olması göstərilmişdir. Həmçinin, məhkəmə İddiaçı MTK üzvlərinin ümumi yığıncağının 29.06.2019-cu il tarixli, 015 nömrəli protokolundan çıxarışında cavabdehin guya keçirilən iclasda özünün sədrlik etməklə özünün də əldə etdiyi mənzilin onun tam mülkiyyətinə verilməsinə dair göstərilənlərin formal olaraq, bu sənədlərin yalnız mübahisəli mənzilin özəlləşdirilməsi məqsədi ilə tərtib olunmasına dair ilk iddia üzrə iddiaçının dəlillərini əsaslı saymışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdəki müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə tərəfindən həmçinin bütün müvafiq hallar, o cümlədən, müqaviləyə qədərki danışıqlar və yazışmalar tərəflərin münasibətlərində yaranmış qarşılıqlı praktika işgüzar adətlər, tərəflərin sonrakı hərəkətəri nəzərə alınır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Etibarsız əqdlər mübahisə edilən və əhəmiyyətsiz deyə iki qrupa bölünür. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, aldatma, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və s. üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Həmin Məcəllənin 340-cı maddəsinə əsasən uydurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Onlar məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə bağlandığı andan etibarsızdır. Mübahisə edilən əqdlər səlahiyyətli şəxslər tərəfindən mübahisələndirildikdə bağlandığı andan etibarsız sayılırlar. 337.2-ci maddənin tələbinə görə müqaviləni mübahisələndirmək qərarına gəlmiş tərəf bu barədə öz iradəsini digər tərəfə bildirməlidir. Əhəmiyyətsiz əqddən fərqli olaraq mübahisə edilən əqdləri əgər müvafiq tərəf mübahisəndirmirsə, onda nəzərdə tutulmuş bütün hüquq və vəzifələr yaranır və onlar real xarakter aldığından həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız əqddir. Birinci instaniya məhkəməsi qarşılıqlı iddia üzrə irəli sürülən tələblərin əsası kimi istinad edilən hallarla bağlı qeyd etmişdir ki, iddiaçının özünün göstərdiyi kimi atası Eyvaz Yaqubov mübahisəli mənzili aldıqdan sonra mənzili o öz vəsaiti hesabına təmir etdirməsini mənzili təmir etdirdikdən sonra həmin mənzildə yaşasa da, özü 2014-2019-cu illər ərzində İddiaçı Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işlədiyi dövrdə atası X14 guya ona təhvil verilməyən 24 kv.m sahənin ödənilmiş dəyərinin əsassız varlanma qaydasında MTKdan geri tələb etmək hüququndan istifadə etməməsinin səbəbini məhkəmədə izah edə bilməmiş, bunu mənzili xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə aldıran zaman mənzilin həqiqi ərazisinin 168,24 kv.m deyil, 154,9 kv.m olmasını bilməsi, mənzilin ilkin müqaviləsinə əsasən isə ümumi sahəsinin 178,97 kv.m təşkil etməli olması, özündən əvvəlki payçının hüquqlarını aldığına görə həmin sahəyə olan tələb hüququnun da ona keçməsi, bu üzdən də ona onlara təhvil verilməyən 13,34 kv.m sahənin pulunun geri tələb etmək hüququnun yaranması ilə əsaslandırmağa çalışmışdır. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı özü ilə bağladığı 07.05.2019cu il tarixli müqavilədə isə guya atasından aldığı mənzilin sahəsinin artıq 178,97 kv.m deyil, 168,24 kv.m olmasını özünün qeyd etməsinə diqqət yetirməmiş və bu halı qarşılıqlı tələbində göstərməmişdir. Məhkəmə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Bu mənada məhkəmənin qənaətinə görə, qarşılıqlı iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi qarşılıqlı iddianın maddi əsası kimi istinad edilən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı 1091.1, 1091.2 1092.1-ci maddələrinin hazırki mübahisəyə tətbiqini mümkün saymamışdır. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin hərəkətlərində əsassız varlanma ilə bağlı hər hansı bir hal müəyyən edilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı özündən əvvəlki payçının hüquqlarını aldığına görə həmin sahəyə olan tələb hüququ da ona keçməsinə istinad etsə də, məhkəmə qeyd etmişdir ki, əvvəlki payçı kimi göstərilən Eyvaz Yaqubovun guya 2006-cı ildə əldə etdiyi mənzilin sahəsindəki fərq ilə bağlı MTK-ya hər hansı formada iradı, şikayəti və iddiası olması öz təsdiqini tapmamış, onun MTK ilə bağlı hər hansı bir tələbinin oğluna güzəşt edilməsi barədə ərizəsi olmamış, eləcə də, qarşılıqlı iddiaçının özü-özü ilə bağladığı 07.05.2019-cu il tarixli müqavilədə hər hansı tələb hüququnun güzəşt edilməsi ilə bağlı heç bir qeyd yoxdur. Məhkəmə qarşılıqlı iddianın ilk iddia veriləndən sonra verilməsi halının mühüm və diqqətəlayiq məqam olmasını qeyd etməklə yanaşı həmçinin hesab etmişdir ki, qarşılıqlı iddia tələbində göstərilənlər vaxtilə həmin MTK-da uzun müddət sədr vəzifəsində işləmiş, hazırda isə MTK-nın yeni rəhbərliyi ilə mübahisəli münasibətdə olan Cavabdeh subyektiv mülahizələri kimi qiymətləndirilməlidir. Məhkəmə bu qənaətə gələrkən məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olmasını, eləcə də, məhkəmənin prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olmasını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Mübahisəli mənzilə görə hər hansı məbləğin ödənilməsi faktı öz təsdiqini tapmadığı üçün birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tətbiqini mümkün saymamışdır. Apellyasiya icraatı zamanı iş üzrə məhkəmə xətşünaslıq, həmçinin sənədlərin texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 18.11.2021-ci il tarixli 5/1172-4/1498 nömrəli rəyində aşağıdakılar qeyd edilmişdir. Sənədlərin texniki ekspertizası üzrə: 1. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 136-139-cu vərəqlərində olan 20 yanvar 2008-ci il tarixli 049 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilədə, 140-143-cü vərəqlərdəki 17 yanvar 2006-cı il tarixli 007 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilədə olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. 2. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 136-139-cu vərəqələrində olan 20 yanvar 2008-ci il tarixli 049 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilədə olan möhür əksləri ekspertizaya təqdim edilmiş İddiaçı MTK-nın möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. 3. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 140-143-cü vərəqlərdəki 17 yanvar 2006-cı il tarixli 007 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilədə olan möhür əksləri ekspertizaya təqdim edilmiş İddiaçı MTK-nın möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. 4. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 136-139-cu vərəqlərində olan 20 yanvar 2008-ci il tarixli 049 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilənin çap mətnləri və mülki işin materiallarının 140-143-cü vərəqlərdəki 17 yanvar 2006-cı il tarixli 007 nömrəli arayışının və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilənin çap mətnləri fərqli printerlərdə çap edilmişdir. 5. Tədqiqata təqdim edilmiş mülki işin materiallarının 136-139cu vərəqlərində olan 20 yanvar 2008-ci il tarixli 049 nömrəli arayışda və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilənin çap mətnlərinin və mülki işin materiallarının 140-143-cü vərəqlərdəki 17 yanvar 2006-cı il tarixli 007 nömrəli arayışının və 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilənin çap mətnlərinin şriftləri eynilik təşkil edir. Məhkəməxətşünaslıq ekspertizası üzrə: 1. Ekspertizaya təqdim olunmuş, X14 və İddiaçı Mənzil Tikinti Koperativinin adlarından olan 17 yanvar 2006-cı il tarixli 097 nömrəli müqavilənin (i.v. 137-139) 1-3-cü vərəqələrində X4 adından olan imzalar, X6 mənzilin dəyərini ödəməsi barədə 20.01.2008-ci il tarixli 049 saylı arayışda (i.v. 136) “Q.Ə.Yaqubov” yazılarının qarşısındakı imza – X8 tərəfindən icra olunmuşdur. 2. Ekspertizaya təqdim olunmuş, X14 və İddiaçı Mənzil Tikinti Koperativinin adlarından olan 17 yanvar 2006-cı il tarixli, 097 nömrəli müqavilənin (i.v 141-143) 1-3-cü vərəqələrində X4 adından olan imzalar, Cavabdeh mənzilin dəyərini ödəməsi barədə 17.01.2006-cı il tarixli 007 saylı arayışda (i.v. 140) “Q.Ə.Yaqubov” yazılarının qarşısındakı imza – X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlili ilə razılaşmayaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Belə ki, iş üzrə tədqiq edilmiş sübutlarla mübahisəli mənzilə dair X6 adına olan 17 yanvar 2006-cı il tarixli, 097 saylı müqavilənin və 20.01.2008-ci il tarixli, 049 saylı arayışın, həmçinin Cavabdeh adına olan 07 may 2019-cu il tarixli, 097 saylı müqavilənin və 01.06.2019-cu il tarixli, 194 saylı arayışın əhəmiyyətsiz olması təsdiq edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(008)- 3034/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar