Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1754/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X21 iştirakı ilə, İddiaçı X1, İddiaçı2 və X6 iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh2nə, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı "ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi və s." tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(005)-60/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “hərracın nəticələrinin və qeydiyyatın ləğvi, əmlakın yenidən qiymətləndirilməsinin keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzil ilə bağlı İxtisaslaşdırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın Yekunları barədə 03 sentyabr 2015-ci il tarixli, 78/19 nömrəli protokolu və həmin tarixli “Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə” müqavilənin, X4 məxsus ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzil ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 may 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-121 nömrəli protokolunun və İddiaçı2 məxsus ünvan 7 yerləşən 62 nömrəli mənzil ilə bağlı 14 may 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-122 nömrəli protokolun, yəni bu protokollara və müqavilələrə əsasən həmin əmlakların Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmalarına dair hərracın nəticələri və bu əmlakların Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışların ləğv olunması və həmin mənzillərin yenidən qiymətləndirilməklə onlardan borc məbləğini ödəyən əmlakın hərraca çıxarılması barədə qətnamə çıxarılması, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri özlərinin qulluq mövqelərindən istifadə etməklə, yəni hərrac təşkilatının vəzifəli şəxsləri ilə əlaqəyə girərək qəsdən, bilə-bilə və aldatma yolu ilə ona məxsus ünvan 3 ünvanda yerləşən 2 nömrəli, X4 məxsus ünvan 2 ünvanda yerləşən 5 nömrəli və İddiaçı2 məxsus ünvan 5 yerləşən 62 nömrəli mənzillərin ilkin qiymətləndirilməsində iddiaçının iştirakını təmin etməyib, qanunsuz və əsassız olaraq ipoteka predmetləri olan mənzilləri qəsdən aşağı qiymətlə hərraca çıxarmaqla və hərracda qiymətlərini 15% və 25% aşağı salmaqla, nəticədə külli miqdarda, yəni təxminən 290.000 (iki yüz doxsan min) manat dəyərində olan mənzilləri 39.022,57 (otuz doqquz min iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları məbləğində borcun müqabilində 142.775 (bir yüz qırx iki min yeddi yüz yetmiş beş) manat qiymətə öz mülkiyyətlərinə keçirməklə, iddiaçının 100.000 (bir yüz min) manat qiymətdən artıq əmlaklarını qulluq mövqelərindən sui istifadə etməklə ələ keçirməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.3.2-ci və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdikləri üçün bu barədə xüsusi qərardad çıxarıb müvafiq prokurora xəbər verilməsini xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 14 dekabr 2010-cu il tarixli 439/0- USD nömrəli kredit xətti müqaviləsinə əsasən ona illik 27% olmaqla 12 (on iki) ay müddətinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində kredit xətti verilmiş, kreditin təminatı kimi ona məxsus ünvan 3 ünvanda yerləşən 2 nömrəli mənzil, X4 məxsus ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzil 14 dekabr 2010-cu il tarixli İPİ 439/0-USD nömrəli ipoteka müqaviləsi ilə ipotekaya qoyulmuşdur. 14 dekabr 2010-cu il tarixli 439/0-USD nömrəli kredit xətti müqaviləsinə edilmiş 14 mart 2011-ci il tarixli 01 nömrəli əlavə sazişə əsasən kredit xəttinin məbləği 150.000 (bir yüz əlli min) ABŞ dolları məbləğinə kimi artırılmış və kreditin təminatı kimi əvvəlki iki ipoteka ilə yanaşı, İddiaçı2 məxsus ünvan 7 yerləşən 62 nömrəli mənzil də ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Onun tərəfindən kredit məbləği vaxtında qaytarılmadığından bank tərəfindən borcun məcburi qaydada tutulması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmiş və müvafiq məhkəmənin 06 iyul 2012-ci il tarixli 2(009)- 993/2012 nömrəli qətnaməsi ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilərək, İddiaçı1 ümumilikdə 193.860,42 (bir yüz doxsan üç min səkkiz yüz altmış dollar qırx iki sent) ABŞ dolları məbləğində vəsaitin tutulması və ünvan 3 ünvanda yerləşən 2 nömrəli mənzilə, ünvan 4 ünvanda yerləşən 5 nömrəli mənzilə və ünvan 5 yerləşən 62 nömrəli mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, İddiaçı1 tərəfindən isə məhkəmədən sonra 14 avqust 2012-ci il tarixdə 154.837,86 (bir yüz əlli dörd min səkkiz yüz otuz yeddi dollar səksən altı sent) ABŞ dolları məbləğində ödəniş edilmiş, 39.022,57 (otuz doqquz min iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları məbləğində ödənilməmiş faiz borcu qalmışdir. İddiaçı1 ilə bank arasında əldə edilmiş razılaşmaya əsasən, iddiaçı şəxsə qalıq borcunun hissə-hissə ödənilməsinə müddət verilmiş və bankın 27 avqust 2012-ci il tarixli 06-11/816 nömrəli məktubu ilə “İcra haqüqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədi geri götürülmüşdür. Bundan sonra İddiaçı1 xəbəri olmadan 16 may 2013-cü il tarixdə bank qətnamənin icrasını təzələmiş və ipoteka əmlaklarını hərraca çıxarmışdır. ünvan 6 ünvanda yerləşən 2 nömrəli mənzilin 110.000 (bir yüz on min) manat dəyərində qiymətləndirilməsi və bu qiymətlə hərraca çıxarılması barədə 2014-cü ilin iyul ayında İddiaçı1 bildiriş gəlmiş, mənzilin dəyəri bazar qiymətindən süni surətdə çöx aşağı müəyyən edildiyindən, iddiacı şəxs bununla razılaşmayaraq “qiymətləndirici ekspert rəyinin ləğv esilməsi” tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia vermiş, iddia icraata qəbul edilmiş, İddiaçı1 vəsatəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2014-cü il tarixli 2(005)- 4289/2014 nömrəli qərardadı ilə həmin əmlakın yenidən qiymətləndirilməsi qərara alınmış, qərarın icrası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. Bundan sonra İddiaçı1 məhkəmədən heç bir xəbər almamış, bankın icranı geri götürdüyünü güman etmişdir. Bundan sonra İddiaçı1, həmçinin ipoteka qoyanlar X2 və İddiaçı2 xəbərləri və məlumatları olmadan onlara məxsus ünvan 6 ünvanda yerləşən 2 nömrəli mənzil, ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzil və ünvan 7 yerləşən 62 nömrəli mənzil hərraça çıxarılmış və Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmişdir. Hərracın keçirilməsindən və nəticəsindən onların xəbəri olmamış, bu barədə İddiaçı1 və digər ipoteka qoyan şəxslərə rəsmi qaydada məlumat verilməmiş və müvafiq bildiriş göndərilməmişdir. Bu barədə İddiaçı1 və digər ipoteka qoyan şəxslərə 2015-ci ilin dekabr ayının əvvəlində bankın problemli kreditlər departamentindən məlumat verilmişdir. Bununla bağlı Bakı şəhəri Səbail və Nərimanov Rayon İcra şöbələrinə, Hərrac Mərkəzlərinə müraciət edib zəruri sənədləri topladıqdan sonra onlara məlum olmuşdur ki, onlara məxsus ünvan 6 ünvanda yerləşən 2 nömrəli mənzil 110.000 (bir yüz on min) manat qiymətə, ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzil 32.000 (otuz iki min) manat qiymətə və Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil 50.000 (əlli min) manat qiymətə hərraça çıxarılmış, hərracda qiymətləri 15% və 25% aşağı salındıqdan sonra ünvan 3 ünvanda yerləşən 2 nömrəli mənzil Bakı şəhəri üzrə ixtisaslaşdirilmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın Yekunları barədə və 03 sentyabr 2015-ci il tarixli 78/19 nömrəli protokolu və həmin tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinə əsasən 70.125 (yetmiş min bir yüz iyirmi beş) manat qiymətə, ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 may 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-121 nömrəli protokolu ilə 20.400 (iyirmi min dörd yüz) manat qiymətə və ünvan 7 yerləşən 62 nömrəli mənzil ilə bağlı 14 may 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-122 nömrəli protokolu ilə 31.875 (otuz bir min səkkiz yüz yetmiş beş) manat qiymətə, yəni 39.022,57 (otuz doqquz min iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları məbləğində borca qarşı ipotekaya qoyulmuş üç əmlak olmaqla, ümumilikdə 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat qiymətə, həmin dövrün məzənnəsi ilə 156.923 (bir yüz əlli altı min doqquz yüz iyirmi üç) ABŞ dolları qiymətinə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılaraq, onun mülkiyyətinə verilmişdir. Bu günə kimi borcdan artıq məbləğ iddiaçıya verilməmiş, bank tərəfindən 4 (dörd) ildir ki, iddiaçının 117.923 (bir yüz on yeddi min doqquz yüz iyirmi üç) ABŞ dolları məbləğində pul vəsaitindən əsassız istifadə etməklə cavabdeh qanunsuz varlanmışdır. Hesab edir ki, qiymətləndirmə prossesində ipotekaya qoyulmuş evlərin qiyməti süni surətdə aşağı salınmış və bazar qiymətindən açıq-aşkar çox aşağı müəyyən edilmişdir. Belə ki, ipotekaya qoyulmuş yaşayış evlərindən biri İçəri şəhərdə yerləşməklə, Bakı şəhəri üzrə ən baha mənzil olan yerdir, təxmini olaraq üç ədəd ipoteka predmetinin ümumi dəyəri 290.000 (iki yüz doxsan min) manatdan yuxarı təşkil etdiyi halda, hərracda onlar 192.000 (bir yüz doxsan iki min) manat qiymətə satışa çıxarılmış, guya bu qiymətə və hətta evlərin qiyməti 15% və 25% aşağı salındıqdan sonra 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat qiymətə həmin evləri alan olmamışdır. Bu açıq-aşkar həqiqətə uyğun deyildir. Eyni zamanda, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsində iddiaçının və digər ipoteka qoyanların iştirakı təmin edilməmiş, ipotekanın qiyməti onlarla razılaşdırılmamış, əsassız və qanunsuz olaraq əmlaklarına aşağı qiymət qoyulmaqla, faktiki heç bir hərrac keçirilmədən saxtakarlıq yolu ilə mənzillər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmişdir. Bundan başqa, yuxarıda qeyd edildiyi kimi, məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, iddiaçı tərəfindən isə məhkəmədən sonra 14 avqust 2012-ci il tarixdə 154.837,86 (bir yüz əlli dörd min səkkiz yüz otuz yeddi dollar səksən altı sent) ABŞ dolları məbləğində ödəniş edilmiş, 39.022,57 (otuz doqquz min iyirmi iki dollar əlli yeddi sent) ABŞ dolları məbləğində ödənilməmiş faiz borcu qalmışdir. Belə olduğu halda, ipoteka mənzillərindən birinin satılması banka olan borcun bağlanması üçün kifayət etdiyi halda, qanunsuz və əsassiz olaraq iddiaçıya və digər ipoteka qoyan şəxslərə məxsus olan üç ədəd, ümumi dəyəri təxminən 250.000 (iki yüz əlli min) manat, hərracın saxta qiyməti ilə isə 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat və ya 156.923 ABŞ dolları olan mənzillər satılaraq 39.022,57 ABŞ dolları əvəzində götürülməklə, iddiaçıya və digər ipoteka qoyan şəxslərə məxsus olan əmlak qəsdən, bilə-bilə mənimsənilmiş, iddiaçıya külli miqdarda ziyan vurulmuşdur. Həmçinin, hərracın keçirilməsi rəsmi qaydada iddiaçıya və digər ipoteka saxlayanlara bildirilməmiş, onların hərracda iştirakı təmin edilməmiş, əmlakların qiymətləndirilməsində onların razılığı soruşulmamış, onları aldadıb əmlaklarını qanunsuz ələ keçirmişlər. Ona görə də hesab edir ki, ləğvetmə prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti hərrac təşkilatı ilə əlaqəyə girərək qəsdən, bilə-bilə və aldatma yolu ilə iddiaçıya məxsus ünvan 6 ünvanda yerləşən 2 nömrəli, X4 məxsus ünvan 2 ünvanda yerləşən 5 nömrəli və İddiaçı2 məxsus ünvan 7 yerləşən 62 nömrəli mənzillərin ilkin qiymətləndirilməsində iddiaçının və digər ipoteka qoyan şəxslərin iştiraklarını təmin etməyib, qanunsuz və əsassız olaraq ipoteka predmetləri olan mənzilləri aşağı qiymətlə hərraca çıxarmaqla və hərracdan qiymətlərini 15% və 25% aşağı salmaqla, nəticədə təxminən 290.000 (iki yüz doxsan min) manat dəyərində olan mənzilləri 122.400 (bir yüz iyirmi iki min dörd yüz) manat qiymətə öz mülkiyyətlərinə keçirdikləri üçün ünvan 6 ünvanında yerləşən 2 nömrəli mənzil ilə bağlı Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın Yekunları barədə 03 sentyabr 2015-ci il tarixli 78/19 nömrəli protokolu və həmin tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsi, ünvan 4 ünvanda yerləşən 5 nömrəli mənzil ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 may 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-121 nömrəli protokol və İddiaçı2 məxsus ünvan 7 yerləşən 62 nömrəli mənzil ilə bağlı 14 may 2014-cü il tarixli Hərracın Yekunları barədə Y-122 nömrəli protokolu, bu protokollara və müqavilələrə əsasən həmin əmlakların Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə satılmalarına dair hərracın nəticələri və bu əmlakların Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar ləğv olunmalı və həmin mənzillər yenidən qiymətləndirilməklə onlardan borc məbləğini ödəyən əmlak hərraca çıxarılmalı və hərracda iddiaçının və digər ipoteka qoyan şəxslərin iştirakları da təmin edilməlidir. Göstərilənlərdən görünür ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsləri özlərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib hərrac təşkilatının vəzifəli şəxsləri ilə əlaqəyə girərək qəsdən, bilə-bilə və aldatma yolu ilə iddiaçıya məxsus ünvan 6 ünvanda yerləşən 2 nömrəli, X4 məxsus ünvan 2 ünvanda yerləşən 5 nömrəli və İddiaçı2 məxsus ünvan 7 yerləşən 62 nömrəli mənzillərin ilkin qiymətləndirilməsində iddiaçının və digər ipoteka qoyan şəxslərin iştiraklarını təmin etməyib, qanunsuz və əsassız olaraq ipoteka predmetləri olan mənzilləri qəsdən aşağı qiymətlə hərraca çıxarmaqla və hərracdan qiymətlərini 15% və 25% aşağı salmaqla, nəticədə külli miqdarda, yəni təxminən 290.000 manat dəyərində olan mənzilləri 39.022,57 ABŞ dolları məbləğində borcun müqabilində 122.400 manat qiymətə, 156.923 ABŞ dolları qiymətinə öz mülkiyyətlərinə keçirməklə İddiaçı1 hərracın qiyməti ilə 117.923 ABŞ dolları məbləğində əmlaklarını qulluq mövqeylərindən sui-istifadə etməklə ələ keçirib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cu, 179.3.2-ci və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Buna görə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən bu faktla bağlı Ləğv etmə prosseesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin və hərrac təşkilatının vəzifəli şəxsləri barədə xüsusi qərardad çıxarılmaqla müvafiq prokurora xəbər verilməsi təmin edilməlidir. İddiaçı hərracın nəticələrindən xəbər tutduqdan sonra qanunvericiliyin tələblərinə müvafiq olaraq hərracın nəticələrinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyatın ləğv edilməsi, əmlakin yenidən qiymətləndirmənin keçirilməsinə dair” iddia tələbi ilə 21 dekabr 2015-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyul 2017-ci il tarixli 2(005)-449/2017 nömrəli qərardadı ilə İddiaçı1 iddia ərizəsi baxılmamış saxlanılmış və qərardad onunla əsaslandırılmışdır ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Bu düzğün qərardad deyildir, faktiki o, məhkəmə baxışında iştirak etmişidir, həmin qərardaddan apellyasiya şikayəti verilməsi vaxt çox apardığından sənədləri geri götürüb yenidən eyni məzmunlu iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bu dəfə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli 2(005)-575/2018 nömrəli qərardadı ilə İddiaçı1 iddia ərizəsi yenidən baxılmamış saxlanılmış və qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə prossesində iştirak etməmişdir. Faktiki olaraq o, iştirak etmişdir, üç ilə yaxındır ki, İddiaçı1 pozulmuş hüquqlarının bərpası üçün çalışır, belə bir vəziyyətdə məhkəmə prossesində iştirak etməməyi qeyri-mümkündür. Sonuncu məhkəmə prosesində cavabdehlə birlikdə iştirak etmiş, məhkəmə baxışı təxirə salınmış və növbəti məhkəmənin vaxtı barədə onlara məlumat veriləcəyi bildirilmişdir. Lakin 28 noyabr 2018-ci il tarixə kimi onlara məlumat verilmədiyindən, ərizə ilə məhkəməyə müraciət etmişlər və 03 yanvar 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli 2(005)- 575/2018 nömrəli qərardadını və iddia ərəzəsinəı əlavə edilmiş sənədləri almış və yenidən iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı2 və X6 mülki iş üzrə iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(005)-60/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qiymətlərin qoyulması barədə iddia tələbində göstərilən əsaslandırılmamış hesabatların nəticələrini ləğv etməməklə qanuni nəticəyə gəlməmişdir. Belə ki, mübahisəli hesabatlar ümumiyyətlə əsaslandırılmadığından, məhkəmə daşınmaz əmlak sahəsində ixtisaslaşmış dövlət orqanı tərəfindən müstəqil qiymətləndirici cəlb edilməklə iki dəfə, fərqli qurumlar vasitəsilə keçirilmiş qiymətləndirməni üstün tutmamaqda haqlı olmamışdır. Mübahisəli hesabatlarla məhkəmə baxışı zamanı keçirilmiş təkrar qiymətləndirmə rəylər arasında kəskin, bəzən də iki dəfədən artıq qiymət fərqi yaranmışdır. Bundan başqa, məhkəmənin iddia tələbinin “müvafiq əmlaka dair hərracın yekunları barədə protokolun, əmlakın alqısatqısı barədə müqavilənin və çıxarışın ləğv edilməsi” hissəsinin, əmlakın qiymətləndirilməsi barədə hesabatların ləğv edilməsi tələbindən törəmə tələb olduğunu və bu hissənin təmin olunub-olunmamasının bilavasitə iddia tələbinin əsas hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq rədd etməsi ümumiyyətlə absurddur. Belə ki, yuxarıda göstərilən tələblərin hər biri ayrı-ayrılıqda müstəqil tələb olmaqla qanunla müəyyən edilmiş əsasla bir icraatda birləşdirilmişdir. Ümumiyyətlə bu əsaslandırma birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlməməsinin bir başa sübutudur. Məhkəmə tərəfindən hərracın keçirilməsi zamanı açıq-aşkar yol verilmiş qanun pozuntuları ümumiyyətlə araşdırılmamış, heç bir əsaslandıma aparmadan, yalnız yuxanda göstərilən səbəblə iddiası həmin hissədə də rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, birinici instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X26 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər və iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respbulikası Konstitusiya Məhkəməsinin 02.04.2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində iddiaçı ipoteka predmeti olmuş əmlakların satılmasına dair hərracın nəticələrinin ləğv edilməsini xahiş etsə də, iddianın məzmunundan və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, iddiaçının tələbinin əsasını həmin əqdlərin etibarsızlığı ilə bağlı hallar təşkil etmiş və iddiaçının niyyəti həmin əqdlərin etibarsız hesab edilərək son nəticədə əmlaklara dair mülkiyyət hüquqlarının bərpa edilməsi olmuşdur. Ona görə də, məhkəmə kollegiyası qeyd edilən apellyasiya şikayəti əsasında mübahisələndirilən qətnaməni yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla yoxlayır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində 25 noyabr 2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 1264 nömrəli reyestr kitabının 115139 nömrəli vərəqində 27 noyabr 2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 1296 nömrəli reyestr kitabının 118225 nömrəli vərəqində 27 yanvar 2011-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 14 dekabr 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-kreditor ilə İddiaçı1-borcalan arasında bağlanmış 439/0-USD nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, kreditor tərəfindən borcalana şəxsi məqsəd üçün 12 ay müddətinə illik 27% olmaqla 100.000 ABŞ dolları məbləğində kredit xətti ayrılmışdır. İş materiallarında olan 14 dekabr 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə İddiaçı1-ipoteka qoyan arasında bağlanmış İP1 439/0-USD nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 14 dekabr 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-kreditor ilə İddiaçı1-borcalan arasında bağlanmış 439/0-USD nömrəli kredit xətti müqaviləsi üzrə verilmiş kredit məbləğinin təminatı kimi İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzil ipotekaya qoyulmuşdur. İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzil 52.000 manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan 14 dekabr 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-ipoteka saxlayan ilə X6-ipoteka qoyan və İddiaçı1 borcalan arasında bağlanmış İP2 439/0-USD nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 14 dekabr 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətikreditor ilə İddiaçı1-borcalan arasında bağlanmış 439/0-USD nömrəli kredit xətti müqaviləsi üzrə verilmiş kredit məbləğinin təminatı kimi X4 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili ipotekaya qoyulmuşdur. X4 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzil 30.000 (otuz min) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan 14 dekabr 2010-cu il tarixdə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti-kreditor ilə İddiaçı1-borcalan arasında bağlanmış 439/0-USD nömrəli kredit xətti müqaviləsi üzrə 01 nömrəli 14 mart 2011-ci il tarixli əlavə sazişin surətindən və məzmunundan görünür ki, müvafiq sazişə əsasən kredit xəttinin məbləği 150.000 ABŞ dolları məbləğinə kimi artırılmış və kreditin təminatı kimi əvvəlki iki ipoteka ilə yanaşı, İddiaçı2 məxsus ünvan 7 yerləşən 62 nömrəli mənzil də bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 14 mart 2011-ci il tarixdə Cavabdeh1 ASC - ipoteka saxlayan ilə İddiaçı2 - ipoteka qoyan və İddiaçı1 borclu arasında bağlanmış İP3 439/0-USD nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, 14 dekabr 2010-cu il tarixdə Cavabdeh1 ASC - kreditor ilə İddiaçı1 - borcalan arasında bağlanmış 439/0-USD nömrəli kredit xətti müqaviləsi üzrə 01 nömrəli 14 mart 2011-ci il tarixli əlavə saziş üzrə verilmiş kredit məbləğinin təminatı kimi İddiaçı2 məxsus ünvan 10 ünvanda yerləşən 62 nömrəli mənzil ipotekaya qoyulmuşdur. İddiaçı2 məxsus ünvan 10 ünvanda yerləşən 62 nömrəli mənzil 50.000 (əlli min) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli 2(009)-993/2012 nömrəli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı1, X18, X14, İddiaçı2, X4, Sevtlana Köçərlinskiyə, X7, İlahə Məmmədovaya, X15 və X16 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı1 151.123,63 ABŞ dolları məbləğində əsas, 37.409,68 ABŞ dolları məbləğində faiz, 5.327,11 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 193.860,42 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə məzənnə üzrə manatla və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilə, X4 məxsus ünvan 4 ünvanında yerləşən 5 nömrəli mənzilə və İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi ev 56 ünvanında yerləşən 62 nömrəli mənzilə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, mənzillər açıq hərracdan satıldıqdan bir ay sonra cavabdeh şəxslər mənzildən çıxmadıqları təqdirdə, İddiaçı1, X17 və X10 ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzildən, X2, Sevtlana Köçərlinskinin, X5, İlahə Məmmədovanın, X11 və X12 ünvan 4 ünvanda yerləşən 5 nömrəli mənzilindən, İddiaçı2 Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzilindən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Cavabdeh1 ASC-nin Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinə, Abşeron Rayon İcra Şöbəsinə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə ünvanladığı 27 avqust 2012-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı1 ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli 2(009)993/2012 nömrəli icra vərəqəsi üzrə borcun ödənilməsi barədə razılıq əldə edildiyindən, müvafiq icra sənədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən qaytarılması xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 23 oktyabr 2013-cü il tarixli sifariş məktubunun surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli 2(009)-993/2012 nömrəli icra vərəqəsi üzrə müvafiq ipoteka predmetlərinin satışını təşkil edib, satışdan əldə olunan məbləğin Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin icra məmuru X19 19 noyabr 2013-cü il tarixli icraata başlamaq haqqında qərarının və eyni tarixli bildirişinin məzmunundan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2012-ci il tarixli 2(009)-993/2012 nömrəli icra vərəqəsində göstərilən tələbin dərhal təmin edilməsi cavabdehlər İddiaçı1, X13 və X8 tələb edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 sentyabr 2013-cü il tarixli 13-958/1 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətindən görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzilinin həmin dövrə olan qiyməti 50.000 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 sentyabr 2013-cü il tarixli 13-958/2 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatının surətim indən görünür ki, X4 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzilinin həmin dövrə olan qiyməti 32.000 manat təşkil etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayonu İcra şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 may 2014-cü il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabat”ın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzilin həmin dövrə olan qiyməti 110.000 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 21 dekabr 2013-cü il tarixli 2636 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili 50.000 manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı 21 yanvar 2014-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq bildiriş Dalğa Ekspress poçt firmasının 070551 nömrəli qəbzi ilə İddiaçı2 göndərilmiş və 03 yanvar 2014-cü il tarixdə qeyd edilən ünvanda Xəlilova soyadlı şəxs qəbul edərək imza etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 dekabr 2013-cü il tarixli 2637 nömrəli bildirişinin surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili 32.000 manat qiymətə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı 21 yanvar 2014-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq bildiriş Dalğa Ekspress poçt firmasının 070552 nömrəli qəbzi ilə X4 göndərilmiş və 07 yanvar 2014-cü il tarixdə qeyd edilən ünvanda şəxsin imza etməklə qəbul etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 25 yanvar 2014-cü il tarixli 204 nömrəli bildirişinin surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili 27.200 manat (32.000x15%=27.200) qiymətə təkrar hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı 21 fevral 2014-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq bildiriş Dalğa Ekspress poçt firmasının 007865 nömrəli qəbzi ilə X4 göndərilmiş və 26 yanvar 2014-cü il tarixdə qeyd edilən ünvanda şəxsən imza etməklə qəbul etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 25 yanvar 2014-cü il tarixli 206 nömrəli bildirişinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili 42.500 manat (50.000x15%=42.500) qiymətə təkrar hərraca çıxarılmış, hərracın keçirilməsi vaxtı 21 fevral 2014-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Müvafiq bildiriş Dalğa Ekspress poçt firmasının 063343 nömrəli qəbzi ilə İddiaçı2 göndərilmiş və 30 yanvar 2014-cü il tarixdə qeyd edilən şəxsin köçməsi qeydi ilə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin hərracın nəticələri haqqında 14 may 2014-cü il tarixli Y-122 nömrəli protokolunun müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili 50.000 manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 31.875 manat dəyərində alıcı - Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X23 tərəfindən əldə edilmişdir. İş materiallarında olan "xxxx" MMC - satıcı ilə Cavabdeh1 ASC-nin nümayəndəsi X23 - alıcı arasında bağlanmış 14 may 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili 50.000 manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 31.875 manat dəyərində alıcı tərəfindən əldə edilmişdir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 1296 nömrəli reyestr kitabının 118225 nömrəli vərəqində 02 oktyabr 2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Hərracın nəticələri haqqında 14 may 2014-cü il tarixli Y-121 nömrəli protokolunun surətindən görünür ki, X4 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili 32.000 manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 20.400 manat dəyərində alıcı-Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X23 tərəfindən əldə edilmişdir. İş materiallarında olan "xxxx" MMC - satıcı ilə Cavabdeh1 ASC-nin nümayəndəsi X23 - alıcı arasında bağlanmış 14 may 2014-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, X4 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili 32.000 manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 20.400 manat dəyərində alıcı tərəfindən əldə edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 may 2014-cü il tarixli 249 nömrəli əmlakın qiymətləndirilməsi barədə hesabatın surətindən və məzmunundan görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 110.000 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hərracın yekunları barədə 03 sentyabr 2015-ci il tarixli 78/19 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzili 110.000 manat məbləğində ilkin hərrac qiyməti, 15% aşağı məbləğdə təkrar hərrac qiyməti 93.500 manat məbləğində müəyyən edilmiş, lakin müvafiq əmlak satılmadığından 25% aşağı qiymətə, yəni 70.125 manat dəyərində alıcı-Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X23 tərəfindən əldə edilmişdir. İş materiallarında olan Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx" MMC-nin 03 sentyabr 2015-ci il tarixli 78/19 nömrəli protokolunun surətindən görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzili 70.125 manat dəyərində Cavabdeh1 ASC-nin nümayəndəsi X23 tərəfindən əldə edilmiş hesab edilmişdir. İş materiallarında olan "xxxx" MMC - satıcı ilə Cavabdeh1 ASC-nin nümayəndəsi X23 - alıcı arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzili 70.125 manat dəyərində alıcı tərəfindən əldə edilmişdir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 1264 nömrəli reyestr kitabının 115139 nömrəli vərəqində 02 dekabr 2015-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 11 dekabr 2019-cu il tarixli 12 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsində yerləşən 56 nömrəli evin 62 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 85.000 manat təşkil etmişdir. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 11 dekabr 2019-cu il tarixli 12/1 nömrəli hesabatından görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 3 nömrəli evin 5 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 65.000 manat təşkil etmişdir. İş materiallarında olan Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin 11 dekabr 2019-cu il tarixli 12/2 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsində yerləşən 34/35 nömrəli evin 2 nömrəli mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar dəyərinin qiyməti 240.000 (iki yüz qırx min) manat təşkil etmişdir. İş materiallarında olan “X25” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24 sentyabr 2020-ci il tarixli 056/20 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 6 ünvanda yerləşən 2 nömrəli mənzilin 2014-2015-ci illər üçün orta bazar qiyməti 223.000 manat, hazırkı dövrə olan orta bazar qiyməti isə 240.000 manat; Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən 3 nömrəli evin 5 nömrəli mənzilinin 2014-2015-ci illər üçün orta bazar qiyməti 54.000 manat, hazırkı dövrə olan orta bazar qiyməti isə 59.000 manat və Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzilin 2014-2015-ci illər üçün orta bazar qiyməti 75.000 manat, hazırkı dövrə olan orta bazar qiyməti isə 81.000 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən təqdim olunmuş hesablar üzrə əməliyyatdan çıxarışdan görünür ki, İddiaçı1 tərəfindən 14.08.2012-ci il tarixdə 154.837,86 ABŞ dolları məbləğində ödəniş edilmiş, 39.022,56 ABŞ dolları məbləğində borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən çıxarışdan görünür ki, 14.05.2014-cü il tarixə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi 1 ABŞ dolları= 0,78 Azərbaycan manatı nisbətində olmuşdur. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, 14.12.2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 ASC iddiaçıya 100.000 ABŞ dolları məbləğində kredit xətti ayırmışdır. Eyni tarixli ipoteka müqavilələrinə əsasən 14.12.2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə iddiaçının öhdəliklərinin təminatı üçün ona məxsus ünvan 3 ünvanda yerləşən 2 nömrəli mənzil və X4 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. 14.12.2010-cu il tarixli kredit xətti müqaviləsinə 14.03.2011-ci il tarixli əlavə sazişə əsasən kredit xəttinin məbləği 150.000 ABŞ dolları məbləğinə kimi artırılmış və eyni tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsi, ev 56 ünvanında yerləşən 62 nömrəli mənzil də bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06.07.2012-ci il tarixli 2(009)-993/2012 saylı qətnaməsi ilə iddiaçıdan ümumilikdə 193.860,42 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə məzənnə üzrə manatla və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsi qət edilmişdir. İddiaçı 14.08.2012-ci il tarixdə 193860,42 ABŞ dolları tələbin 154837,86 ABŞ dolları hissəsini ödəmiş, tələbin 39022,56 ABŞ dolları ödənilməmiş qalmışdır. Tutmanın yönəldildiyi ipoteka ilə yüklü edilmiş mənzillərdən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzilinin və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzilinin satılması üçün təşkil edilmiş 14.05.2014-cü il tarixli hərracın keçirildiyi tarixə iddiaçının Cavabdeh1 ASC-yə olan 39022,56 ABŞ dolları borcu manata olan məzənnə ilə 30437,60 manat, ödənilmiş 20 manat dövlət rüsumu ilə birgə isə 30457,60 manat təşkil etmiş və satış qiyməti 31875 manatadək azaldılmış İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzilinin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi ilə tələb artıqlaması ilə ödənilmiş, iddiaçının öhdəliyi kreditorun xeyrinə lazımınca icra edilmişdir. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzilinin Cavabdeh1 ASC tərəfindən əldə edilməsi ilə qanunun tələbinə görə əsas öhdəliyə kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilməsi ilə, ünvan 3 ünvanında yerləşən 2 nömrəli mənzilin və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin ipoteka ilə yüklülüklərinə də qanunun tələbinə görə xitam verilsə də, "xxxx" MMC tərəfindən 14.05.2014-cü il tarixdə X4 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin 5 nömrəli mənzilinin, 03.09.2015-ci il tarixdə İddiaçı1 məxsus Bakı şəhəri, Səbail rayonu, M.Maqomayev küçəsi, 34/35 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışlarını həyata keçirmiş və daşınmaz əmlaklar dəyərlərindən 25% aşağı qiymətlə müvafiq olaraq 20.400 manata və 70.125 manata Cavabdeh1 ASC tərəfindən əldə edilmişdir. Həmçinin, müəyyən edilir ki, mənzillərin hərrac vasitəsilə alqısatqısı həyata keçirilsə də, satışdan əldə edilmiş və öhdəlik üzrə tutulmalı olan məbləğdən artıq qalmış vəsait mənzil mülkiyyətçilərinə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 311.1-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən əgər şəxsi borclu ipoteka saxlayanı təmin edirsə, ipoteka ona keçir. Bu zaman o, mülkiyyətçidən əvəz verməyi tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 məxsus ünvan 7 yerləşən 62 nömrəli mənzil kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün ipoteka ilə yüklü edildiyindən, onun hərracdan satılmasının qanunvericiliyin tələblərinin pozulması ilə aparılması təsdiq edilmədiyindən, eləcə də işə baxılarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxmadığından birinci instansiya məhkəməsi, iddia tələbini İddiaçı2 məxsus ünvan 7 yerləşən 62 nömrəli mənzil ilə bağlı hissədə və xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsi hissədə rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bununla yanaşı onu qeyd etməyi zəruri sayır ki, İddiaçı2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 56 nömrəli evin 62 nömrəli mənzil Cavabdeh1 ASC tərəfindən əldə edilməsi ilə, qanunun tələbinə görə əsas öhdəliyə kreditorun xeyrinə lazımınca icrası nəticəsində xitam verilməsi ilə ünvan 3 ünvanda yerləşən 2 nömrəli mənzilin və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 3 nömrəli evin ipoteka ilə yüklülüyünə də qanunun tələbinə görə xitam verildiyindən, həmin əmlakların hərraca çıxarılmasının və tələbi bundan əvvəl artıqlaması ilə ödənilmiş tələbkara təklif olunmasının qanuni əsası olmamış, bu səbəbdən həmin əmlakların tələbkar Cavabdeh1 ASC tərəfindən əldə edilməsi qanunsuz və əhəmiyyətsiz əqd olmuşdur. Qeyd edilənlər ipoteka predmeti olmuş əmlakların mülkiyyətçilərinin mülkiyyət hüquqlarından qanuni əsas olmadan məhrum edilməsi ilə nəticələnmişdir. Lakin işə baxmış birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu isə iddia tələbinin həmin mənzillərə münasibətdə də rədd edilməsi barədə qətnamənin çıxarılması ilə nəticələnmişdir. İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında qismən ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, ünvan 1 ünvanda yerləşən 2 nömrəli mənzilin və ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzilin açıq hərracdan satılmasına dair yekun protokollar və hərracın nəticələri, həmin əmlaklara dair tələbkar Cavabdeh1 QSC-nin mülkiyyət hüququnun Dövlət Qeydiyyatı ləğv edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında («Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «Delkart Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, «…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.10.2020-ci il tarixli, 2(005)-60/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 3 ünvanda yerləşən 2 nömrəli mənzilin və ünvan 2 ünvanda yerləşən 5 nömrəli mənzilin açıq hərracdan satılmasına dair yekun protokolun və hərracın nəticələri etibarsız hesab edilsin, həmin əmlaklara dair tələbkar Cavabdeh1 QSC-nin mülkiyyət hüququnun Dövlət Qeydiyyatı ləğv edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1754/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1754/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver