Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1760/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (atası) X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1591/2024 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sumqayıt şəhər 10-cu mikrorayon ünvan 1ərtəbəli binanın icraçısı fiziki şəxs (VÖEN **********) X5 varisi Cavabdeh2 (Cavabdeh3 MTK) 72.665 manat və gecikdirilmiş vaxt üçün illik beş faizin 58.132 (əlli səkkiz min yüz otuz iki manat) ümumilikdə 131.035 manat (yüz otuz bir min otuz beş ) pulun ona ödənilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlər Sumqayıt şəhər 10-cu mikrorayon ünvan 1ərtəbəli binanın icraçısı fiziki şəxs (VÖEN **********) X5 varisi Cavabdeh2, Cavabdeh3 MTK-dan və Cavabdeh1 72.665 manat əsas və gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğlə hesablanmaqla 58.132 (əlli səkkiz min yüz otuz iki ) manat ümumilikdə 130797 manat (bir yüz otuz min yeddi yüz doxsan yeddi) vəsaitin müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 1591/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 12215 (on iki min iki yüz on beş) manat məbləğində pulun, Cavabdeh1 60450 ( altmış min dörd yüz əlli) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri qismində 69,87 manat pulun və İddiaçı 56,13 manat pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 1591/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (atası) X4 hazırkı mülki işin birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini və Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1591/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün hazırkı mülki işin birinci instansiya məhkəməsinə göndərilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1591/2024 saylı müraciətini nəzərə alıb işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-1591/2024 saylı məktubuna əsasən, Cavabdeh1 tərəfindən verilmiş ərizəyə baxılması üçün hazırkı mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Elektron sistemdən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1591/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-1760/2025 nömrəli qərardad ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı və Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1591/2024 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı Apellyasiyanın mümkünlüyü barədə xx.xx.2025-ci il tarixli, 2(103)-1760/2025 nömrəli qərardad ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın, Cavabdeh1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)-1591/2024 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1760/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1760/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver