Məhkəmə qərarları › İş №2(103)-1761/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1761/2025

16.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1761/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 36 saylı Notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin, reyestr qeydlərinin etibarsız hesab edilməsi, mirası qəbul etmə vaxtının uzadılması və mirasda məcburi pay hüququnun tanınması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4353/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. xx.xx.2015-ci il tarixli “Qanunüzrə vərəsəlik haqqında” Şəhadətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə ölmüş X4 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh3dır və miras əmlakdan tam hissədə pay almalıdır.

2. Y09NCV6MM nömrəli “Ölkə ərazisində yaşamaq üçün icazə”yə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə ABH şəhəri və Kassel rayon dairəsi tərəfindən xx.xx.2030cu il tarixədək ölkə ərazisində daimi yaşamağa və əmək fəaliyyəti ilə məşğul olmağa icazə verilmişdir.

3. xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri 36 Saylı Notariat Ofisində rəsmiləşdirilmiş 4Ə10 saylı notariat işinə əsasən Cavabdeh3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.9 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilmiş № ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.9 kv.m olan fərdi yaşayış evi tam payda Cavabdeh3 məxsus olmuşdur.

5. xx.xx.2024-cü il tarixli “Elektron notariat” X2 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur.

6. “Elektron notariat” X1 çıxarışa əsasən ölmüş (miras qoyan) X4 qanun üzrə vərəsəsi Cavabdeh3dır.

7. AZ-İİİ № 601843 nömrəli “Doğum haqqında” Şəhadətnaməyə əsasən xx.xx.1944- cü il tarixdə anadan olmuş Cavabdeh3 atası X7, anası isə X8r.

8. AZ-İ № 733311 saylı “Ölüm haqqında” şəhadətnaməyə əsasən X15 xx.xx.2015-ci il tarixdə ölmüşdür.

9. AZ-T № 244398 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən xx.xx.1949-cu il tarixdə anadan olmuş İddiaçı atası X7, anası isə X8r.

10. xx.xx.2015-ci il tarixdə Bakı Şəhəri 36 Saylı Notariat Ofisində rəsmiləşdirilmiş 2N57 saylı notariat işinə əsasən X19 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət etmiş və ərizədə X5 vərəsələri qrafasında Şahid1, X9, X14 və Şahid2 adları qeyd edilmişdir.

11. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli № 1212 saylı arayışa əsasən mərhum X15 ölən günə kimi ünvan 1 ünvanında qızı X19 və oğlu X20 ilə birgə qeydiyyatda olmuşdur.

12. İ- ИЕ № 232184 “Evlənmək haqqında şəhadətnamə”yə əsasən X7 ilə Məmmədxanova (Bayramova) Şəmiyat Piroğlan qızı rəsmi nikaha daxil olmuşdurlar.

13. İİ- ИЕ № 314269 saylı “Ölüm haqqında şəhadətnamə”yə əsasən X7 xx.xx.1969-cu il tarixdə ölmüşdür.

14. İ- ИЕ № 826473 saylı “Nikah haqqında şəhadətnamə”yə əsasən X33 ilə X16 08 iyun 1975-ci ildə rəsmi nikaha daxil olmuşdur.

15. xx.xx.2015-ci il tarixdə Şahid1 notariat kontoruna ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X3 ona düşən miras paydan, bacısı Cavabdeh3 xeyrinə imtina etdiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini, bununla bağlı hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.

16. X- ЖГ № 358776 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən xx.xx.1959-cu il tarixdə anadan olmuş Şahid2 atası X7, anası isə X8r.

17. xx.xx.2015-ci il tarixdə Şahid2 notariat kontoruna ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X3 ona düşən miras paydan, bacısı Cavabdeh3 xeyrinə imtina etdiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini, bununla bağlı hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.

18. İ- ИЕ № 875774 saylı “Doğum haqqında şəhadətnamə”yə əsasən xx.xx.1952-ci il tarixdə anadan olmuş X10 atası X7, anası isə X8r.

19. xx.xx.2015-ci il tarixdə X21 notariat kontoruna ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X3 ona düşən miras paydan, bacısı Cavabdeh3 xeyrinə imtina etdiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini, bununla bağlı hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.

20. İİİ-ЖГ №256711 saylı “Nikah haqqında şəhadətnamə”yə əsasən X17 ilə X11 ilə nikaha daxil olmuşdur.

21. İ- ИЕ №377244 sayı “Doğum haqqında şəhadətnamə”yə əsasən xx.xx.1957-ci il tarixdə anadan olmuş X12 atası X7, anası isə X8r.

22. xx.xx.2015-ci il tarixdə X22 notariat kontoruna ərizə ilə müraciət edərək xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X3 ona düşən miras paydan, bacısı Cavabdeh3 xeyrinə imtina etdiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini, bununla bağlı hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir.

23. Azərbaycan Sovet Respublikası Bakı Şəhər Zəhmətkeş X18 Komitəsinin № 15294 nömrəli sərəncama əsasən verilmiş çıxarışa əsasən Əhmədli kəndində 21 nömrəli ev X13 verilmişdir.

24. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli 10/140 saylı arayışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tay payda X13 məxsusdur.

25. “Elektron notariat” X2 vasitəsilə “X23” AQİS-dən çıxarışa əsasən X33 xx.xx.1975-ci il tarixdə Zeynalova (Bayramova) Vəzifə Əlimərdan qızı ilə nikaha daxil olmuş və nikah № 326473 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir.

26. “Elektron notariat” X2 vasitəsilə “X23” AQİS-dən çıxarışa əsasən Cavabdeh2 xx.xx.1977-ci il tarixdə anadan olmuş və doğumu №347629 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Cavabdeh2 atası X33 anası isə Şahid1dır.

27. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 notariat ofisinə ərizə ilə müraciət edərək Bakı şəhəri 36 saylı notariat ofisində rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən əldə etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 10 (on) iş günü müddətinə yalnız elektron çıxarışın qeydiyyata alınmasının təmin edilməsini xahiş etmişdir.

28. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024- cü il tarixli məktubundan görünür ki, X19 xx.xx.2024-cü il tarixli, № 375973 saylı “Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi”nə əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsi, 21 saylı evi Cavabdeh2 bağışlamış və Bakı Şəhəri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilmiş №********** saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.9 kv.m olan fərdi yaşayış evi tam payda Cavabdeh2 məxsusdur.

29. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2024-cü il tarixlərdə ölkə ərasizində giriş etmiş, xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

30. İddiaçı xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalmış ünvan 2) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şahdətnamənin və onun əsasında Cavabdeh3 adına ƏMDX-nin DƏDKRPHŞ-də aparılan reyestr qeydlərində daşınmaz əmlakın Cavabdeh2 adına bağlanmış xx.xx.2024-cü il tarixli bağışlanma müqaviləsinin və onun əsasında Cavabdeh2 adına ƏMDX-nin DƏDKRPHŞdə aparılan reyestr qeydlərin etibarsız hesab edilməsi, mirasın qəbul etmə vaxtının uzadılması və mirasda İddiaçı məcburi 1/6 pay hüququnun, Cavabdeh3 isə 5/6 pay hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin paylara uyğun olaraq verilməsi vəzifəsinin notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

31. 30.07.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalan, ünvan 2) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m. olan 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şahdətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh3 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi vəzifəsinin ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, daşınmaz əmlaka dair Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri 36 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixində bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh2 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində aparılan reyestr qeydlərinin, həmçinin ünvan 2) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə dair ƏMDX-nin DƏDKRPHŞ-də mülkiyyət hüquqları barəsində aparılan reyestr qeydlərinin ləğv edilməsi vəzifəsinin ƏMDXnin DƏDKRPHŞ-in in 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, mirasın qəbul etmə vaxtının uzadılması və mirasda İddiaçı 1/6 pay hüququnun, Cavabdeh3 isə 5/6 pay hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin paylara uyğun olaraq verilməsi vəzifəsinin Bakı şəhəri 36 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

32. 01.11.2024-cü il tarixdə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalan, ünvan 2) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şahdətnamənin etibarsız hesab edilməsi, onun əsasında Cavabdeh3 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi, daşınmaz əmlaka dair Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri 36 saylı Notariat ofisində xx.xx.2024-cü il tarixində bağlanmış bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh2 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində aparılan reyestr qeydlərinin, həmçinin ünvan 3) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə dair ƏMDX-nin DƏDKRPHŞ-də mülkiyyət hüquqları barəsində aparılan reyestr qeydlərinin və xx.xx.2024cü il tarix çıxarışın ləğv edilməsi, mirasın qəbul etmə vaxtının uzadılması və mirasda İddiaçı 1/6 pay hüququnun, Cavabdeh3 isə 5/6 pay hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin paylara uyğun olaraq verilməsi vəzifəsinin Bakı şəhəri 36 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

33. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1949-cu ildə Quba rayonunun Qonaqkənd kəndində anadan olmuş, valideynləri X7 və X15 olmaqla, ailələri yeddi uşaqdan ibarət olmuşdur. Belə ki, bacıları Hafizə, Vəzifə, Sürayyə, Solmaz, qardaşları isə Bəhrəm və Nasir olmuşdur. Cavabdeh3 başqa, digər qardaş və bacıları rəsmi nikahda olmaqla, öz ailə üzvləri ilə birgə yaşayırlar. İddiaçı 1998-ci ildən Almaniya Federativ Respublikasına köçmüş və orada yaşamağa başlamışdır. Orada o alman dilini öyrənmiş və xx.xx.1999-cu ildə Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında olan səfirliyində qeydiyyata durmaqla, Almaniyada işləməyə başlamışdır. İddiaçı hal-hazırki vaxtadək Almanya Federativ Respublikasının Kassel şəhərində yaşayır. İddiaçının atası X7 xx.xx.1969-cu ildə iddiaçının bacılarından biri Bayramova (Əzizova) Surayyə Əlimərdan qızı 2011-ci ildə, anası X15 isə xx.xx.2015-ci ildə vəfat etmişlər. İddiaçı anasından ayrı yaşasa da, iddiaçı daim anasının qayğısına qalmış, anası ilə yaşayan Cavabdeh3 maddi yardım göstərmişdir. İddiaçı anasının xx.xx.2015-ci ildə vəfat etməsi barədə məlumatı aldığı zaman, dərhal növbəti gün Bakıya gəlmiş, xx.xx.2015-ci ildə anasının dəfn və hüzr mərasimlərini keçirmiş və bütün zəruri olan xərcləri qarşılamışdır. Bir aya yaxın Bakı şəhərində mübahisəli ünvanda qaldıqdan sonra, məcburiyyət qarşısında qalaraq daimi yaşadığı Almaniya Federativ Respublikasına geri dönmüşdür. İddiaçıya məlum idi ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evi anasının xüsusi mülkiyyətindədir. İddiaçı bacı-qardaşları ilə razılığa gəlmişdirlər ki, fərdi yaşayış evi müvəqqəti olaraq anasının adında qalacaq və gələcəkdə iddiaçıya xəbər verməklə öz aralarında paylarını müəyyən edib vərəsəlik hüququ əsasında rəsmiləşdirəcəklər. 2024-cü ilin fevral ayının sonlarında iddiaçıya qardaşlarından biri bildirmişdir ki, Cavabdeh3 2015-ci ildə analarının vəfatından bir neçə ay keçdikdən sonra, evi öz adına keçirmiş, iddiaçının daim Almaniya Federativ Respublikasında yaşamasını əsas gətirərək, bu barədə iddiaçıya məlumat verilməməsini onlardan tələb etmişdir. Qardaşı onu da bildirmişdir ki, notariat ofisində sənədləşmə işləri aparılarkən, bütün işlərlə bacıları Cavabdeh3 məşğul olmuş və anaları X4 ölən övladı Bayramova (Əzizova) Surayyə Əlimərdan qızı və iddiaçı barəsində notariat ofisinə məlumat verilibvedilməməsindən məlumatsız olmuşdular. İddiaçı məsələyə aydınlıq gətirmək, eyni zamanda istirahət məqsədilə 2024-cü ilin mart ayında Bakı şəhərinə gəldikdə, ata yurdu olan ünvan 6 ünvanında yerləşən 21 saylı fərdi yaşayış evinə gedib orada qalmaq istədikdə, bacısı Cavabdeh3 ona evdə qalmağa icazə verməmiş və bildirmişdir ki, ev artıq ona məxsusdur o öz hüquqlarını qeydiyyatdan keçirib, evi bacısı qızına bağışlayacaq və evə heç kimi buraxa bilməz. Bir neçə gündən sonra cavabdeh bildirmişdir ki, evi bağışlayıb digər bacısının qızı Leylaya və istəyirsə vəkili ilə əlaqə saxlaya bilər. İddiaçı bundan sonra müəyyən araşdırmalar aparmış və ona məlum olmuşdur ki, Cavabdeh3 iddiaçı tərəfindən vərəsəlik haqqında şəhadətnamənin mübahsiləndirəcəyini biləndən dərhal sonra, 2024-cü ilin yanvar ayında fərdi yaşayış evini bacısı qızı Cavabdeh2 bağışlanma müqaviləsi əsasında rəsmiləşdirmişdir. Sanki, cavabdeh bu yolla izləri itirmək istəyində olmuşdur.

34. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələblərini qəbul etmirlər, qeyd etdikləri səbəblərdən həmin tələblərin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Belə ki, iddianın Cavabdeh2 aid hissəsinə münasibət bildirirlər ki, İddiaçı mübahisəli mənzilin Cavabdeh2 bağışlamasını mübahisələndirir və bağışlama müqaviləsindən irəli gələn qeydlərin etibarsız hesab edilməsini tələb edir. İddiaçı sözügedən bağışlama müqaviləsini və ondan irəli gələn sənədləri mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, bağışlama müqaviləsi birtərəfli əqd olaraq Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmışdır, məhz həmin şəxslər üçün hüquq və vəzifələr yaratmışdır və həmin müqaviləni mübahisələndirmək yalnız müqavilə tərəflərinin müstəsna hüququdur. Təbii ki, hər hansı müqavilə üçüncü şəxslərin maraqlarına toxunduğu halda şəxsin məhkəməyə müraciət etmək hüququ yarana bilər. Lakin nə qədər ki, Cavabdeh3 adına DƏDRX tərəfindən edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət qeydiyyatına alınması barədə reyestr qeydi qüvvədədir, hər hansı maraqlı şəxsin hüququndan söhbət gedə bilməz. Həmin tələbin davamında isə iddiaçı bağışlama müqaviləsindən irəli gələn sənədlərin (reyestr qeydinin və çıxarışın) etibarsız hesab edilməsini xahiş etmişdir. Tələbin bu hissəsi ilə bağlı qeyd edir ki, əqdlərin etibarsızlığı üçün əsaslar Mülki Məcəllənin 14-cü fəslində, xüsusən də 337-ci maddəsində sadalanmışdır. Qanunvericiliklə nəzərdə tutulmuş halların heç biri H. Bayramova ilə L. Zeynalova arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədə müşahidə edilmir. Odur ki, iddia tələbinin Cavabdeh2 münasibətdə tam əsassız və qanunsuz olduğu üçün rədd edilməsini xahiş etmişdir. İddia tələblərini Cavabdeh3 münasibətdə bir neçə hissəyə bölərək - xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; - xx.xx.2015-ci il tarixli ********** saylı daşınmaz əmlakın Cavabdeh3 adına dövlət qeydiyyatına alınması barədə reyestr qeydinin etibarsız hesab edilməsi ; - mirasın qəbul edilmə vaxtının uzadılması, İddiaçı məcburi 1/6 pay hüququnun tanınması, bu paylara uyğun olaraq vərəsəlik haqqında şəhadətnamənin verilməsi hissələrindən ibarət olduğunu qeyd etmişdir. Tələbin hər bir hissəsinə ayrıca münasibət bildirərək qeyd etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin anlayışı Mülki Məcəllənin 74-cü fəslində təsbit edilmişdir. Mülki qanunvericiliklə tanış olduqda görürük ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi müddəaları qanunvericiliklə nəzərdə tutulmamışdır. Bir anlıq hesab etsələr ki, iddiaçı etibarsızlığı deyil, ləğvetməni nəzərdə tuturdursa, yenə də vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvinə dair hər hansı əsas mövcud deyildir. Bu səbəbdən cavabdehlərin nümayəndəsi (vəkili) hesab edir ki, vərəsəlik işində notarial orqan tərəfindən qanunvericiliyin tələblərinə tam riayət edilmişdir, qanun çərçivəsində sənədlər toplanmış, müddətlər gözlənmiş, nəticədə qanunamüvafiq qaydada vərəsəlik hüququnun tanınması haqqında şəhadətnamə tərtib edilmişdir. İkincisi, o qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni və əsaslıdır, ondan irəli gələn növbəti hüquqi addımlar, xüsusən daşınmaz əmlakın Cavabdeh3 adına dövlət qeydiyyatına alınması və müvafiq qeydlərin aparılması ilə çıxarışın verilməsi hərəkətləri də qanuni və əsaslı olmuşdur. Dövlət orqanı tərəfindən verilmiş sənədlərin, habelə dövlət orqanının apardığı qeydlərin etibarsızlığı barədə mübahisələndirilmə şərtləri və qaydaları qanunvericiliklə inzibati icraatda nəzərdə tutulmuşdur. Yəni, iddiaçı Şahid2 hesab edirsə ki, Cavabdeh3 daşınmaz əmlak barədə reyestrdən çıxarışın verilməsi onun hər hansı hüququnu pozur, bu halda iddiaçı Şahid2 ilk öncə həmin quruma müraciət etməli idi və bundan sonra müraciəti təmin edilmədiyi halda həmin cavabı aidiyyəti üzrə məhkəmədə mübahisələndirə bilərdi. Hazırki vaxtda vərəsəlik hüququ haqqında şəhadətnamə qüvvədə olduğu müddətdə iddiaçının H. Bayramovanın adına verilmiş çıxarışı (daşınmaz əmlakın dövlət qeydiyyatına alınması barədə reyestr qeydini) mübahisələndirməyə hüququ yoxdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv olunduğu təqdirdə iddiaçının sadaladığı addımları atmaq hüququ yarana bilər. Üçüncüsü, mirasın qəbuletmə vaxtının uzadılması ilə bağlı hissədə qeyd edir ki, qanunvericiliyin aşağıdakı normalarına əsasən iddia tələbi bu hissədə də tam əsassızdır və rədd edilməlidir. Belə ki, mirasın açıldığı an qüvvədə olmuş qanunvericiliklə xüsusi müddətlər nəzərdə tutulmuşdurlar. Bu müddət ərzində (yəni anasının 2015- ci ildə vəfatından 2024-cü ildə məhkəməyə ərizə ilə müraciət etdiyi vaxtadək) iddiaçı Şahid2 mirasın qəbulu ilə bağlı notarial orqana müraciət etməyinə kifayət qədər vaxtı olmuşdur. Əgər bu yerdə iddiaçı onlara bildirmək istəyirsə ki, o, daimi olaraq Almaniyada yaşayır və fiziki olaraq belə müraciəti etməyə imkanı olmamışdır, cavabdehlərin nümayəndəsi (vəkili) qeyd edir ki, Bayramova Şəmiyat xx.xx.2015-ci ildə vəfat etdikdən sonra İddiaçı xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasına daxil olmuş və təxmini 1 ay sonra,yəni xx.xx.2015-ci il tarixdə ölkəni tərk etmişdir. Bundan başqa iddiaçı Şahid2, həmçinin, xx.xx.2016-cı ildə ölkəyə gəlmiş, təxmini 2 həftə sonra, yəni xx.xx.2016-cı ildə ölkəni tərk etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı Şahid2 notarial orqana müraciət etmək imkanı dəfələrlə olmuşdur, lakin o, bu imkanından istifadə etməmişdir. Hazırda da vərəsəliyin qəbulu ilə bağlı müddətin uzadılmasını qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. İddiaçı müddəti üzrlü səbəbdən ötürməsinə dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı miras əmlak üzərində məcburi 1/6 pay hüququnun tanınmasını tələb edir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Gördüyümüz kimi, qanunvericilikdə məcburi pay anlayışı yalnız və yalnız vəsiyyətin mövcud olduğu hallarda yaranır. Odur ki, iddianın bu hissəsi də tam əsassızdır və buna görə də ləğv edilməlidir. İşin mahiyyəti bundan ibarətdir ki, xx.xx.2015-ci il tarixdə Şəmiyat Bayramovanın vəfatından sonra onun vərəsələri olan uşaqları miras əmlakın aqibətini həll etmək məqsədilə məşvərət etmişlər və belə qənaətə gəlmişdirlər ki, bütün miras əmlak uzun illər ərzində məhz analarının yanında qalan və ona xidmət edən Cavabdeh3 çatmalıdır. Bu müzakirələr zamanı qardaşları İddiaçı müraciət etsələr də, o, bildirmişdir ki, daimi olaraq Almaniyada yaşayır, Azərbaycana qayıtmaq fikri və niyyəti yoxdur, anasından qalan əmlakla bağlı hər hansı hüquqi addım atmaq istəmir. Bu halı məhkəməyə təqdim edəcəkləri şahidlər bir daha təsdiq edəcəkdirlər. Vərəsələrdən Şahid1 xx.xx.2015-ci il tarixdə, Solmaz Abbasova xx.xx.2015-ci il tarixdə, Şahid2 xx.xx.2015-ci il tarixdə, Bəhrəm Bayramov isə xx.xx.2015-ci il tarixdə notarial orqana ərizələrlə müraciətlər edərək onlara çatası paylardan bacıları Cavabdeh3 xeyrinə imtina etmişdilər. Tarixlərin fərqli günlərə təsadüf etməsi bir daha onu sübut edir ki, bu şəxslər könüllü şəkildə, öncədən sövdələşməyərək bu ərizələri vermişdirlər. Həmçinin vərəsəlik işinin açılmasına dair Cavabdeh3 ərizəsindən görünür ki, bu ərizə notariat kontoruna xx.xx.2015-ci il tarixdə, yəni anasının vəfatından bir ay yarım sonra verilmişdir. Yəni İddiaçı deyə bilməz ki, onun bacı-qardaşları arxasınca iş qurmuşlar, ondan xəbərsiz iş görmüşdürlər. Çünki miras payı qəbul etmək niyyəti olsa idi Hafizə və digər vərəsələrdən öncə notariat kontoruna müraciət edə bilərdi. Yuxarıda qeyd olunanların hamısını nəzərə alaraq cavabdehərin nümayəndəsi (vəkili) hesab edir ki, iddia tələbləri bütün hissələrdə əsassızdır və ona görə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Şahid1 öz izahatında qeyd etmişdir ki, anasının 2015-ci ildə vəfat etdiyini, dəfn mərasimində hər birinin iştirak etdiyini, qardaşı Nizamin basdırılan günü gəldiyini, atası 1969- cu ildə atası vəfat etdikdən sonra bacısı Hafizənin öz həyatını anası üçün qurban verdiyini, anasına baxdığını, anasının gözündə və ayaqlarında problem olduğunu qeyd etmişdir. Anasının digər övladlarının və gəlinlərin anasına baxmadığını, anası dəfələrlə Bəhrama əşyalarını götürərək o evdən çıxsı üçün acıqlandığını bildirmişdir. Dəfn mərasimindən sonra heç bir şey danışığın olmadığını, lakin anasının hər zaman ona baxan Hafizə olduğu üçün evi ona verəcəyini bildirdiyini qeyd etmişdir. İddiaçı ilə dəfndən sonra heç nə danışmadıqlarını, iddiaçının 2-3 gün qaldıqdan sonra getdiyini, qardaşının anasından yadigar olaraq heç nə aparmadığını bildirmişdir. Şahid1 hər kəsin evi Hafizə verdiyini danışdığını (özü X38, Nasir) Nizaminin onlara özünün Almanyada yaşadığını, onlar necə bilirsə elə etməklərini bildirdiyini qeyd etmişdir. Onlar öz razılığı ilə notariusa gedərək paylarını Hafizəyə vermişdirlər. Anası öldükdən sonra Nizamini görmədiyini qeyd etmişdir. Qardaşı Nasirlə notariusa getdiyini, bildirmişdir. Notarius ona öz payını Hafizəyə öz xoşu ilə verdiyini soruşmuş, 4 bacı, 3 qardaş olduğunu, 1 bacısının vəfat etdiyini bildirmişdir. İddiaçının Almaniyaya gedən zaman bütün sənədləri apardığını, bu səbəbdən onlarda heç bir sənədi olmadığını bildirmişdir. İddiaçının anası yaşayan zaman gələndə 2 gün həmin evdə qaldığını, anasının vəfatından sonra onu görmədiyini, anasının yas mərasimində iştirak edən zaman mübahisəli mənzildə qaldığını, yas mərasimi üçün heç bir köməklik göstərmədiiyini, 3-nü xeyir-şər evində yeznələri (ölən bacısının əri) tərəfindən, 7sinin isə onun oğlu tərəfindən verildiyini, Nasirin pul xərclədiyini, Bəhramın və Nizaminin isə heç bir pul xərcləmədiyini bildirmişdir.

36. Şahid2 öz izahatında qeyd etmişdir ki, Nizaminin dəfn mərasimi üçün gəldiyini, lakin anasının qırxına qədər qalmadığını qeyd etmişdir. Nizami gəldikdən sonra evlə bağlı danışıq olmuş bütün ailə üzvləri (Bəhram, Solmaz, Nizami,bacı uşaqları, özü, Hafizə), (Vəzifənin orada olmadığını güman edir) qeyd etdiyini bildirmişdir. Nizaminin evi öz adına keçirmək istədiyini, gələcəkdə satmaq istəyə biləcəyini bildirmişdir. Yalnız onun evin satılmasına razı olmadığını, çoxunun isə evi satmaq istədiyini bildirmişdir. Onun da anasının yanında olduğunu, anası ilə aralarında hasar olduğunu, onun anasının evində otağı olduğunu, anasının yalnız ona otaq verdiyini qeyd etmişdir. İddiaçı Nizaminin qeydiyyata düşərək evi öz adına keçirmək istədiyini qeyd etmiş, onunla birlikdə iddiaçının Nizami rayon Polis Bölməsinə getdiyini, lakin alınmadığını bildirmişdir. Bundan sonra razılaşmışlar ki, Hafizənin adına keçirilsin, lazım olacağı təqdirdə həmin evi satacaqlarını, Hafizə xanıma isə bir ev ala biləcəklərini, qalan pulu isə qardaşlar arasında böləcəklərini yəqin etdiklərini qeyd etmişdir. İddiaçının anasının ilində gəldiyini xatırladığını güman edir. Nə zaman payından imtina etdiyini xatırlamır, bununla bağlı Nizamiyə məlumat verməmişdir, qardaşlarından incidiyi üçün onlarla danışmadığını bildirmişdir. O, iddiaçının onların notariusda öz paylarından imtina etməsi barədə məlumatının olmadığını qeyd etmişdir. Anası evin yarısının onun digər hissəsinin isə bacısının olmasını istədiyini qeyd edərək, anasının dəfn mərasiminin xərclərinin çoxunun iddiaçı tərəfindən ödənildiyini bildirmişdir. Onlarda bir nəfərin pul xərclədiyini, ümumi xərclənmiş pulun 3 qardaş arasında bölündüyünü, qəbr üstünü iddiaçı ölkədə olan zaman sifariş verdiyini bildirmişdir. İlk öncə Nizaminin adına keçirməyin alınmadığını, bundan bir müddət sonra Nizami hamıya gedib evi Hafizənin adına keçirməsini demişdir. Nizaminin 10 il sonra bu məsələni niyə mübahisələndiyini bilmir, Nizami getdikdən sonra o iddiaçı ilə heç bir əlaqə saxlamamışdır. Onların cavabin evi Leyla xanıma bağışlamasından məlumatları olmamışdır. Bu məsələlər baş verdikdən sonra məlumatı olmamışdır. O onun payının başqasına verilməsinə razı olmadığını bildirmişdir. O payından şərtlə imtina etmişdir, ki ev satılsın. Notariusda neçə uşaq olduqlarını soruşduqları zaman Nizami adında qardaşlarının olduğunu deyib-demədiklərini xatırlamır. İddiaçı ilə danışmadığı üçün evin nə zaman Hafizə xanımın adına rəsmiləşdirildiyini bildiyini deyə bilməyəcəyini qeyd etmişdir.

37. Şahid X21 öz izahatında qeyd etmişdir ki, evin bacısı Hafizənin adına rəsmiləşdirilməsindən və notariusda vərəsəlik işinin açılmasından iddiaçının məlumatının olmadığını, bacıları ilə birlikdə bunun iddiaçıdan gizlətdiklərini, sonradan 2024-cü ilin fevral ayının sonlarında məlumatı iddiaçıya özünün verdiyini, bütün hüzr mərasiminin xərclərinin iddiaçı tərəfindən qarşılandığını göstərmişdir.

38. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4353/2024 saylı, xx.xx.2024-cü il tarixli (hakim Samirə Eyvazova) qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 60, 127-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2, 16.1, 19, 140, 329.1, 337.1, 337.2, 337.4, 337.5, 666.1, 666.2, 667.1, 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151.1, 1151.2, 1159.1, 1243.1, 1243.2, 1246, 1248.1, 1301.1, 1301.2, 1301.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 88, 89.1, 89.3, 107, 119.1, 217.3, 218.3-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

40. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh olan Cavabdeh3 və digər cavabdeh notariat ofisi, İddiaçı X4 qanun üzrə vərəsəsi olmasını bilmələrinə baxmayaraq, bu barədə nə vərəsəlik işində, nə də ki, toplanmış ərizələrdə İddiaçı barəsində qeydlər aparılmamışdır. Aparılan məhkəmə iclası zamanı iddiaçının və Cavabdeh3 bacısı, digər Cavabdeh2 anası olan Şahid1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edərkən öz izahatında qeyd etmişdir ki, “iddiaçının anası yaşayan zaman gələndə 2 gün həmin evdə qaldığını, anasının vəfatından sonra onu görmədiyini, anasının yas mərasimində iştirak edən zaman mübahisəli mənzildə qaldığını, yas mərasimi üçün heç bir köməklik göstərmədiyini, 3-nü xeyir-şər evində yeznələri (ölən bacısının əri) tərəfindən, 7-sinin isə onun oğlu tərəfindən verildiyini, Nasirin pul xərclədiyini, Bəhramın və Nizaminin isə heç bir pul xərcləmədiyini bildirmişdir.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz izahatında qeyd etmişdir ki, “anasının dəfn mərasiminin xərclərinin çoxunun iddiaçı tərəfindən ödənildiyini bildirmişdir. Onlarda bir nəfərin pul xərclədiyini, ümumi xərclənmiş pulun 3 qardaş arasında bölündüyünü, qəbr üstünü iddiaçı ölkədə olan zaman sifariş verdiyini bildirmişdir.” Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 öz izahatında qeyd etmişdir ki, evin bacısı Hafizənin adına rəsmiləşdirilməsindən və notariusda vərəsəlik işinin açılmasından iddiaçının məlumatının olmadığını, bacıları ilə birlikdə bunun iddiaçıdan gizlətdiklərini, sonradan 2024-cü ilin fevral ayının sonlarında məlumatı iddiaçıya özünün verdiyini, bütün hüzr mərasiminin xərclərinin iddiaçı tərəfindən qarşılandığını göstərmişdir. İşə baxan məhkəmə Şahid1 ifadəsində ziddiyyətlərin olduğunu görsə də, bu halları nəzərə almamışdır. Digər tərəfdən o da qeyd olunmalıdır ki, X21 xx.xx.2024- cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilsə də, onun ifadəsi məhkəmə qətnaməsində əks etdirilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi, “xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2024-cü il tarixlərdə ölkə ərasizində giriş etmiş, xx.xx.2015-ci il, xx.xx.2016- cı il və xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır.” Bu o deməkdir ki, 2015-ci ildə iddaçı anasının dəfninə gəldiyi zaman 25 gün, 2016-cı ildə “il” mərasiminə gəldikdə isə 13 gün ölkə ərazisində olmuşdur. Belə ki, iddiaçı vərəsəlik işinin notariat ofisində açılması xəbərini, qardaşı Bayramov Bəhramın 2024-cü ilin fevral ayının sonlarında ona verdiyi məlumat əsasında bildiyini, bundan sonra xx.xx.2024-cü il tarixində Bakı şəhərinə gəldiyi və vərəsəliklə bağlı mübahisə açmaq üçün vəkillə müqavilə bağladığı zaman, müvafiq sorğular olunduqda, artıq evin bacısı qızına bağışlandığını bilmişdir ki, bu barədə də məhkəməyə həm iddiaçının nümayəndəsi olaraq mən, həmçinin şahid qismində dindirilmiş Bəhram Bayramov məlumat versə də, məhkəmə işin bu hallarını nəzərə almamış və iddianın rədd edilməsi üçün yönələn ifadələrdən çıxış etməklə öz qətnaməsini əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etirazı dəlilləri

42. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

43. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

44. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

45. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İş üzrə digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

46. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

47. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

48. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

49. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

50. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

51. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

52. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

53. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.

54. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

55. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

56. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

57. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

58. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

59. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

60. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

61. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

62. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

63. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

64. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

65. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

66. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

67. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.)

68. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

69. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

70. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

71. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

72. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

73. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

78. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

79. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

80. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

81. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

82. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

83. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4353/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

84. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

85. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

86. İşin mübahisəsiz hallarından görünür ki, X15 xx.xx.2015-ci il tarixdə ölümündən sonra (§21) ünvan 2) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı ünvanda yerləşən fərdi yaşayış evi miras olaraq qalmış və onun birinci növbəli vərəsəsi kimi altı övladı- Cavabdeh3, X22, Şahid1, İddiaçı, Şahid2, X21 var. 2015ci ilin iyun ayında X22, Şahid1, Şahid2, X21 xx.xx.2015-ci il tarixdə vəfat etmiş anaları X3 ona düşən miras paydan, bacıları Cavabdeh3 xeyrinə imtina etdiyini, adının vərəsəlik haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanına müraciət etməyəcəyini, bununla bağlı hər hansı bir mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürmələri barədə ayrı-ayrılıqda notarial qaydada ərizə vermişlər.

87. Kollegiya ilk növbədə apellyasiya şikayətinin “xx.xx.2015-ci il tarixində vəfat etmiş X3 miras qalan, ünvan 2) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evi olan miras əmlakın qəbul etmə vaxtının uzadılması” barədə dəlilinə münasibətdə hesab edir ki, 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. (§48) Mülki iş materiallarından da göründüyü kimi hazırki iş xx.xx.2015-ci il tarixindən başlamış vərəsəlik münasibəti ilə bağlıdır, 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının əhatə dairəsinə düşmür.

88. Kollegiya apellyasiya şikayətinin “X3 miras qalan, ünvan 2) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” dəlilinə münasibətdə hesab edir ki, iddiaçı anasının yasında, daha sonra “il” mərasimində iştirak etsə də, miras əmlakını faktiki qəbul etməmiş, qanunla müəyyən edilmiş müddətə mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Cavabdeh3 anasının sağlığında və ölümündən sonra bu günə kimi mübahisəli evdə yaşamış, iddiaçı isə mübahisəli evdə yaşamamış, hər zaman Almanyada yaşamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2024-cü il tarixlərdə ölkə ərasizində giriş etmiş, xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2024-cü il tarixdə ölkədən çıxmışdır. Tarixlərə nəzər yetirdikdə iddaçının Bakıya gəlmə tarixlərinin anasının vəfat etmə, “il” mərasimi və vəkillə müqavilə bağladığı tarixlərlə üst-üstü düşdüyü müəyyən edilir. Cavabdeh3 anasının vəfatından sonra qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. AR Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Hazırki iş üzrə iddiaçının qanunun göstərilən maddəsində nəzərdə tutulan hərəkətlərdən hər hansı birini həyata keçirməsi sübutlarla təsdiq olunmamışdır.

89. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

90. Kollegiya hazırki mülki işə Mülki Məcəllənin 1272-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddəti ötürmüşdür. Belə ki, mirasın açıldığı vaxtdan 9 ildən artıq müddət keçmiş, iddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti ərzində məlumatı olsa da heç bir hərəkət etməmiş və gecikdirmənin səbəbini üzrlü saya biləcək hər hansı mötəbər səbəb təqdim etməmişdir. Ona görə də iddia tələbi vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilə bilməz.

91. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Cavabdeh3 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi hissəsində də əsassızdır və təmin edilə bilməz. Belə ki, iddia tələbi həmin hissədə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilib-edilməməsi nəticəsindən asılı olduğundan və iddia tələbi vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində rədd edilməsi qənaətinə gəlindiyindən, hazırkı halda həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair aparılan reyestr qeydlərinin ləğv edilməsi halını da ortadan qaldırmış olur.

92. Kollegiya iddia tələbinin bağışlanma müqaviləsinin etibarsızlığı hissəsində isə qeyd edir ki, məhkəmə araşdırması zamanı bağışlanma müqaviləsinin etibarsızlığına səbəb olacaq hallar aşkar edilməmiş, eyni zamanda belə hallar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

93. İddianın Cavabdeh2 adına ƏMDX-nin DƏDKRPHŞ-in 1 saylı Bakı Ərazi İdarəsində aparılan reyestr qeydlərinin, həmçinin ünvan 2) küçəsi ünvanında yerləşən, ümumi sahəsi 73,9 kv.m olan 21 saylı fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə dair ƏMDX-nin DƏDKRPHŞ-də mülkiyyət hüquqları barəsində aparılan reyestr qeydlərinin və xx.xx.2024-cü il tarix çıxarışın ləğv edilməsi hissəsi bağışlanma müqaviləsinin etibarsız hesab edilib-edilməməsi nəticəsindən asılı olduğundan və iddia tələbi həmin hissədə rədd edildiyindən iddia tələbinin bağışlama müqavləsinin etibarsız hesab edilməsi hissəsində də təmin etməməklə bağlı birinci intansiya məhkəməsinin gəlmiş olduğu nəticəyə düzgün olmuşdur.

94. Məhkəmə kollegiyası eyni zamanda iddia tələbinin İddiaçı mirasda 1/6 payının müəyyən edilməsi, Cavabdeh3 isə 5/6 pay hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin paylara uyğun olaraq verilməsi vəzifəsinin Bakı şəhəri 36 saylı notariat ofisinin üzərinə qoyulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir:

95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.

96. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər.

97. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

98. 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir;

99. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir;

100. Göründüyü kimi, iddiaçının iddia ərizəsi iddia müddəti tətbiq edilməklə də rədd edilməlidir. Belə ki, İddiaçı anasının ölümü barədə məlumatlı olduğu halda qanunla nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməmiş, bunun üçün aktiv hərəkətlərə cəhd göstərməmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

101. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

102. Bu mənada məhkəmə hesab edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab ediməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən digər qanuni vərəsələrin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.

103. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

104. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”.

105. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir.

106. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982- ci il tarixli qərarı; “X36rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

107. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddia tələbi əsas hissədə təmin edilmədiyindən digər törəmə tələblər hissəsində də təmin edilməməlidir.

108. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

109. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

110. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

111. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

112. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4353/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar