Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1764/2023 09.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5872/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC tərəfindən cavabdehə (abonent kodu: **********070) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir.
2. İşdə olan abonent kartından (saldo) müəyyən edilir ki, 10107608 nömrəli müqavilə üzrə sayğac göstəriciləri əsasında xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmış xx.xx.2013xx.xx.2020-ci il üzrə 2246 m3 sərfiyyat və 996,31 manat borc hesablanmışdır. Bundan sonra, yalnız xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmış, 825 m3 sərfiyyat və 656,63 manat borc hesablanmışdır. Həmçinin, su və kanalzasiya xidmətlərindən istifadəyə görə xidmət haqqı xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 15 manat, xx.xx.2022xx.xx.2022-ci il tarixləri arasında 15 manat, xx.xx.2022 - xx.xx.2022-ci il tarixləri arasında 13 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 14 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 14 manat, xx.xx.2022- xx.xx.2022-ci il tarixləri arasında 16 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 15 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında 16 manat, xx.xx.2022 - xx.xx.2022-ci il tarixləri arasında 13 manat hesablanmışdır.
3. Həmçinin, işdə olan abonent kartından (saldo) müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 50 manat və xx.xx.2022-ci il tarixdə 50 manat olmaqla, cəmi 150 manat ödəniş edilmişdir.
4. xx.xx.2022-ci il tarixli ********* nömrəli hesab-fakturadan görünür ki, cavabdehin abonent hesabına 1901,32 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı ASC Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindın istifadəyə görə yaranmış 1680,67 manat borcun tutularaq **********070 saylı abonent koduna və 36,80 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu: **********070) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2022-ci il tarixə 1680,67 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana CSS- 20 markalı, 20039073 nömrəli sayğac xx.xx.2020-cü il tarixdə quraşdırılmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Cavabdehin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsindən verilən arayışda cavabdehin qeydiyyat ünvanının ünvan 1u qeyd olmuşdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5872/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli borc İddiaçı ASC-nin tərəfindən hesablandığından göstərilən halların həqiqətə uyğun olmasının sübut etmə vəzifəsi onun üzərinə düşür. Lakin iddiaçının nümayəndəsi cavabdehin yaşadığı mənzil üçün hesablanılmış 1680,67 manat məbləğində borcun hansı səbəbdən yaranmasını əsaslandıra bilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı ASC tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixə qədər istehlakçıya verilən suyun dəyəri ümumiyyətlə hesablanmamış, bu barədə istehlakçıya məlumat təqdim edilməmişdir. Halbuki, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. İddiaçının təqdim etdiyi abonentin kartından qeyd edilən dövrlərdə hər ay üçün nə qədər sərfiyyatın olması, borcun hansı qaydada hesablanmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçı təşkilat həmin ünvanda su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilib-edilmədiyini lazımi qaydada sənədləşdirməmiş, ödəmə olmadığı təqdirdə su təchizatının dayandırılması barədə tədbir görməmişdir. Həmçinin həmin dövrlər üzrə beş il keçmiş tələblər artıq müddətin keçməsinə görə qüvvədən düşmüşdür.
9. Məhkəmə mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” qanuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”-na, Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-5872/2022 nömrəli Qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin təmin edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 18.40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı mülki iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etməmişdir. Hesab edirlər ki, məhkəmə iş üzrə 553.1.1-ci maddəsini tətbiq etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbindən də göründüyü kimi, hisə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Belə ki, iddiaçı 2012-ci ildə 80 manat, 2013-cü ildə 100 manat, 2014cü ildə 50 manat, 2015-ci ildə 55 manat, 2016-cı ildə 75 manat, 2017-ci ildə 125 manat, 2018-ci ildə 55 manat, 2019-cu ildə 53 manat, 2022-ci ildə 40 manat ödəmələr etmişdir. Qeyd olunan faktlar məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdeh tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. Digər tərəfdən abonent kodu (abonent kodu **********070) Qeys Haklının adına olan,ünvan 2 ünvanında xx.xx.2013-cü il tarixində ön ödəmə prinsipli, 50070438 nömrəli smart-kart tipli sayğac quraşdırılmışdır. Sonradan həmin sayğac nasaz olduğu üçün (sayğacın mexaniki hissəsi istifadə olunan suyun həcmini qeydə almadığı üçün) xx.xx.2020-ci il tarixdə 20039073 nömrəli CSS-20 markalı yeni mexaniki sayğacla əvəzlənmişdir. Qeyd edilən ünvanda ötən müddət ərzində yaşayış və sudan istifadə edildiyi halda əvvəlki smart sayğacın balansına ödəniş edilməmişdir. X2 4.1.6 və 4.1.7-ci yarımbəndlərinin tələbinə uyğun olaraq istehlakçı sayğacda olan nasazlıq barədə vaxtında məlumat verməmiş və bununla əlaqədar olaraq onların əməkdaşları tərəfindən sayğacın işlək vəziyyətinin daha öncədən təsbit edilməsinə şərait yaradılmamışdır. Belə ki, smartkart tipli sayğaclar ön ödəmə prinsipli olduğu üçün, Qaydaların tələbinə uyğun olaraq istifadə olunan suya görə istehlakçıya bildiriş verilmir. Yuxarıda qeyd edildiyi kimi, həmin smart sayğacın mexaniki hissəsi sərf edilən suyun həcmini qeydə almadığı üçün xx.xx.2020-ci il tarixdə yeni sayğacla əvəz edilmişdir. SİQ-nın 7.9-cu yarımbəndinə əsasən sayğac istismara yararsız vəziyyətə düşdüyü halda, yeni sayğac quraşdırılana kimi istifadə olunan suyun həcmi bundan əvvəlki son 12 (on iki) ayda sərf edilmiş suyun orta aylıq sərfi həcmində təyin edilir. Ötən müddət ərzində su xətti üzərində mövcud olmuş smart sayğacın mexaniki hissəsi sərfiyyatı qeydə almadığı üçün Qaydaların bu tələbinə əsasən ortalama sərfiyyatın həcminin müəyyənləşdirilməsi mümkün olmadığı həmin dövr üçün sərf edilmiş suyun orta istehlak həcmi yeni quraşdırılmış 20039073 nömrəli mexaniki sayğacın göstəricisi əsasında təyin edilmişdir. Belə ki, xətalı fakturaların yaranmasının qarşısın almaq məqsədilə mövcud proqram təminatındakı məhdudiyyətlərə əsasən nəzarətçi tərəfindən əsasən bina evlərində sayğac göstəricisi oxunan zaman yüksək sərfiyyat (500 manatdan yüksək məbləğ) yaranırsa, bu zaman on-line qaydada hesabat aparılmır. Müəssisənin nümayəndələri yerində həmin sayğaca baxış keçirir, faktiki göstəricini bir daha dəqiqləşdirir və sonradan hesab faktura yaradaraq abonentə göndərirlər. Yeni sayğacın quraşdırıldığı xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövrdə sayğacdan 815 m3 su sərf edildiyi üçün belə bir hal həmin ünvanda yaranmış və uzun müddət hesabat getmədiyi səbəbindən xx.xx.2021-ci il tarixində Yasamal rayon Sukanal İdarəsinin nümayəndələri ünvanda sayğaca baxış keçirərək sayğacın üzərindəki faktiki son göstəricini müəyyənləşdirmişlər. Həmin sayğacın n=00816 m3 göstərici əsasında abonent hesabında proqram tərəfindən xx.xx.2013 – xx.xx.2021-ci il tarix aralığı üzrə (3018 gün üçün) ortalama sərfiyyat 3562 m3 olmaqla, 1810,84 manatlıq hesabat aparılmışdır. Bundan sonrakı aylarda abonentin İddiaçı ASC-yə təkrar müraciəti əsasında abonent hesabında aparılmış hesabata yenidən baxılaraq həmin yeni sayğacın xx.xx.2020-ci il tarixli n=00082 m3 göstəricisi əsasında müəyyənləşən günlük 0.93 m3 orta istehlak həcminə uyğun olaraq xx.xx.2013 – xx.xx.2020-ci il tarix aralığı üzrə (2415 gün üçün) ortalama sərfiyyat 2246 m3 olmaqla, 996,31 manatlıq bir faktura, xx.xx.2022-ci il tarixli n=00907 m3 göstəricisi əsasında xx.xx.2020–xx.xx.2022-ci il tarix aralığı üzrə (yeni sayğacın 82 m3 - 907 m3 göstərici aralığı üçün) sərfiyyat 825 m3 olmaqla, ortalama 656,63 manatlıq digər bir faktura müəyyənləşmişdir. Yekun hesabat cəmi 3071 m3 olmaqla, ortalama məbləğ 1652,94 manat olmuşdur. Aparılmış hesabatlarda faktura dəyərləri 1 m3 su və kanalizasiya xidmətlərinə görə tariflər 2016-ci ilin may ayının 16-a kimi 0,36 manat, bu tarixdən sonra 0,50 manat və sonuncu dəfə 01 fevral 2021-ci il tarixindən isə 1,0 manat olmaqla hesablanıb. Yeni su sayğacının üstündə xx.xx.2022-ci il də göstərici 1037 m3 olub və yekun borcu 1532,42 manatdır. Abonent borc sistemə düşəndən sonra 4 dəfə ödəniş edib: xx.xx.2022 tarixində 50 manat, xx.xx.2022 tarixində 50 manat, xx.xx.2022 tarixində 50 manat və xx.xx.2023-cü ildə 100 manat ödəniş edib. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
“Su təchizatı və tullantı suları haqqında” qanun
19. 2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
20. 3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir.
21. 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.
22. 31-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır“.
«Sudan istifadə qaydaları»
23. 1.6-cı bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
24. 1.7-ci bəndinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır.
25. 2.1.6-cı bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
26. 2.1.9-cu bəndinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir.
27. 6.4-cu bəndinə əsasən Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır.
28. 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.
AR Mülki Prosessual Məcəlləsi
29. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iş materiallarında olan ətraflı abonent kartından (saldo) müəyyən edilir ki, iddiaçı Azərsu ASC artıq xx.xx.2015-ci il tarixdə cavabdehin istifadəsində olan su sayğacının nasaz olması barədə məlumatlı olmuş, bununla bağlı qeydiyyat aparılmışdır. Bundan sonra davamlı olaraq abonentin istifadəsində olan sayğacın nasaz olması və onun dəyişdirilməli olması barədə qeydlər aparılmışdır.
35. X2 tələblərinə görə, binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına su təchizatı və kanalizasiya müəssisəsi məsuliyyət daşıyır.
36. Lakin göründüyü kimi, sayğacın nasaz olduğu uzun müddət ərzində iddiaçı təşkilat sayğacın dəyişdirilməsi ilə bağlı hər hansı tədbir görməmişdir.
37. Bunun əvəzində, cavabdehin sudan və kanalizasiyadan istifadəsinə görə hesabat orta sərfiyyat əsasında hesablanmışdır.
38. Kollegiya hesab edir ki, bu hesabatın aparılması da qanunvericiliyin tələbinə uyğun olmamışdır.
39. Belə ki, X2 7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.
40. Göründüyü kimi, sayğacın nasaz olmasına görə orta sərfiyyat əvvəlki dövrün göstəriciləri əsasında aparılmalı olduğu halda, iddiaçı təşkilat bu hesabatı yeni sayğac quraşdırıldıqdan sonrakı dövrün göstəriciləri əsasında həyata keçirmişdir.
41. Nəticədə aparılmış hesabat qanunvericiliyin tələblərinə uyğun olmamaqla yanaşı, cavabdehin faktiki istifadə etdiyi su sərfiyyatının həqiqi göstəricilərini əks etdirməmişdir.
42. Qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçı ASC tərəfindən Cavabdeh 1680,67 manat borc əsassız olaraq hesablanmış, bu səbəbdən də iddia əsassız olmuşdur.
43. Yuxarıda sadalanan hallara əsaslanaraq və prosessual qənaət prinsipindan çıxış etməklə kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlillərinin araşdırılmasına zərurət yoxdur.
44. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək həmin dəlilləri əsaslı hesab etmir və bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5872/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı ”Azərsu” ASCnin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.