Məhkəmə qərarları › İş №2(103)-1767/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1767/2025

06.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1767/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 7712/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC-nin apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərclərlə əlaqədar 57.000 manatın, əmək qabliyyətini itirməyi ilə əlaqədar əldə edə biləcəyi gəlirlərdən məhrum olma ilə əlaqədar 118.800 manatın – cəmi 175.800 manatın cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 7712/2024 nömrəli qətnaməsi ilə (hakim S.C.Hacıyeva) iddia qismən təmin edilmiş, iddiaçının səhhətinə vurulmuş zərərlə bağlı çəkdiyi xərcin əvəzi olaraq 17.144,34 manat, iddiaçının əldə edə biləcəyi gəlirdən məhrum olma ilə əlaqədar 4.701,8 manat olmaqla, ümumilikdə 21.846,14 manat məbləğində pulun Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilməsi, 155,54 manat məbləğində ekspertiza tədqiqatlarının dəyərinin Cavabdeh1 MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Qətnamə ilə razılaşmayan Cavabdeh1 MMC ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1 və 8.1.3-cü maddələrinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir.

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. İş materiallarından görünür ki, iddia tələbi qiymətləndirilən tələb olmaqla, 175.800 manatın cavabdehlərdən tutulması barədə olmuşdur.

7. “Dövlət rüsumu haqqında” Qanununun 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən cavabdeh apellyasiya şikayətinin verilməsi üçün iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulmuş dövlət rüsumunun 50 faiz məbləği ödənilməlidir.

8. Apellyasiya şikayətindən isə müəyyən edilir ki, iddiaçı şikayətin verilməsi üçün cəmi 19.60 manat məbləğində dövlət rüsumu ödəmişdir.

9. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə almamış, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmayan apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

10. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

11. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 7712/2024 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar