Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1768/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X13 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili X10, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndələri X3, vəkili X5 iştirakları ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-2816/2019 saylı qətnaməsindən cavabdehlərin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117 saylı evin, 13 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117 saylı evin, 13 nömrəli mənzili onun xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçmişdir. Həmin mənzil iddiaçının atası tərəfindən xx.xx.2014-cü il tarixdə ona bağışlanılmışdır. Cavabdehlər iddiaçının övladlarıdırlar. İddaçı cavabdehlərin anası ilə 1992-ci ildə nikaha daxil olduqdan sonra 4-5 il ərzində həmin mənzildə yaşamışdırlar. xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, N.Nərimanov prospekti 125 saylı evin, 11 saylı 3 otaqlı mənzilini alaraq həmin mənzilə köçmüşdürlər. Sonradan iddiaçının arvadının adına rəsmiləşdirməklə daha bir mənzil əldə etmişdilər. Cavabdehlərdən Cavabdeh1 2016cı ildə İngiltərə vətəndaşı Riçard Dale ilə ailə quraraq İngiltərəyə getmişdir. Hazırda isə həyat yoldaşı ilə Avstraliyada mənzil alaraq daimi yaşamaq üçün oraya köçmüşdür. Digər cavabdeh isə iddiaçının oğludur və Səudiyyə Ərəbistanında yaşayır. Sözügedən mənzildə hazırda iddiaçı anası ilə birlikdə yaşayır. Cavabdehlər həmin mənzildə heç vaxt yaşamamışdırlar və qeydiyyatları formal olmuşdur. Cavabdehlərin hazırda həmin mənzildə qeydiyyatda qalmaqları müxtəlif arayışların alınması, müxtəlif orqanlara lazımi sənədlərin təqdim olunmasında iddiaçıya maneçiliklər yaradır. Odur ki, iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-2816/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Səbailrayonu, Lermontov küçəsi, 113/117 saylı evin, 13 saylı mənzilinə olan istifadə hüquqlarınaxitam verilməsi, hazırkı qətnamənin Cavabdeh1 və Cavabdeh2 Bakışəhəri, Səbail rayonu, Lermontov küçəsi, 113/117 saylı evin 13 saylı mənzilinə olanyaşayış yeri üzrə pasport qeydiyyatlarının ləğvi üçün əsas olması qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-2816/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117 saylı evin, 13 saylı mənzili mərhum Cavabdeh2 Mehdi oğlunun mülkiyyətində olmuşdur. Övladları həmin ünvanda doğulub, böyüyüblər. Mərhum Cavabdeh2 Mehdi oğlu həmin mənzili nəvəsi Cavabdeh2 adına bağışlamaq istəmişdir. Buna maneə yaradan yeganə səbəb İddiaçı buna razılıq verməməsi idi. O, bu mənzilin doğma övladı Rafiqin adına bağışlanılmasını istəmirdi. 2006-cı ildə mərhumun ona verdiyi etibarnamə əsasında həmin mənzili məcburiyyət qarşısında qalaraq bağışlama müqaviləsinə əsasən İddiaçı adına keçirmişdir. Həmin mənzildə övladları Lalə və Raufda qeydiyyatda olduğundan mənzilin atalarının adına bağışlanılmasına etiraz etməmişlər. Onlar atalarının mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək bu razılığı vermişlər. Lakin bir ata kimi o, bu inam və etimaddan sui-istifadə etmişdir. İddiaçı mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək övladlarını həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. İddiaçı özü artıq uzun müddətdir ki, (10 ilə yaxın) Rusiya Federasiyasına köçüb. Həmin mənzildə onun yaşlı anası Naira Babayeva yaşayır. O, xəstə olduğundan tək yaşaya bilmir və bu səbəbdən nəvələri Lalə və Rafiq onunla birlikdə yaşayırdı. Mənzilin telefon və internet kodu (abunəçisi) Cavabdeh2 adınadır və aylıq abunə haqları onun tərəfindən ödənilmişdir. Hal-hazırda Cavabdeh1 müqavilə əsasında əmək fəaliyyəti ilə bağlı müvəqqəti olaraq Avstralyada, Cavabdeh2 isə təhsili ilə bağlı Səudiyyə Ərəbistanındadır. Birinci instansiya məhkəməsi cavabdehlərin daimi əsaslar olmadan ölkəni tərk etməmələrini nəzərə almamış, yalnız iddiaçının formal xarakterli əsassız mülahizələrinə və MKlS-nin arayışlarına istinad etməklə qərəzli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən proseslərdə iştirakımızın təmin olunmaması, cavabdeh şəxslərin həmin mənzildə daimi yaşamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanından faktiki olaraq məhrum etmişdir. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X7 və vəkili X11 apellyasiya şikayətini müdafiə etdilər, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X25 iddia tələbi və apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri və vəkilləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)-2816/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan sənədlər əsasında işin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə X7 xx.xx.1992ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından xx.xx.1994-cü ildə X31, xx.xx.1995-ci ildə Cavabdeh2 və xx.xx.2013-cü ildə X26 adlı uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X7 arasında nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü X1 X29 yanında saxlanılmış, uşağın saxlanılması üçün İddiaçı X3 xeyrinə alimentin tutulması qət olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117 saylı evin, 13 nömrəli mənzili İddiaçı atası Cavabdeh2 Mehdi oğlunun adına xx.xx.1996-cı ildə mülkiyyət hüququ əsasında qeydə alınmış, Cavabdeh2 Mehdi oğlu həmin mənzili xx xxxx 2014cü ildə bağışlama müqaviləsi əsasında oğlu İddiaçı bağışlamış, həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2014-cü ildə qeydiyyata alınmışdır. Atası Cavabdeh2 Mehdi oğlu xx.xx.2014-cü ildə vəfat etmişdir. Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117 saylı evin, 13 nömrəli mənzilində X21, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X26 qeydiyyatdadırlar. İddiaçı ilə X7 birgə nikahları dövründə Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin 25 və 11 saylı mənzillərini əldə etmişlər. 11 saylı mənzillə bağlı məhkəmə qətnaməsi ilə İddiaçı ilə X3 1/2 hissədə payları müəyyən edilmiş, 25 saylı mənzillə bağlı məhkəmə çəkişmələri davam edir. X31 xx xxxx 2016-cı ildə Böyük Britaniya vətəndaşı olan X42 ilə rəsmi nikah qeyd etdirmiş, nikahdan sonra X27 Babayeva-Dale soyadı verilmişdir. İş materiallarından “xxxx” MTK-nın xx.xx.2019-cu il tarixli, 87 saylı arayışından görünür ki, X7, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X26 2006-cı ildən hal-hazıra kimi Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin, 25 saylı mənzilində yaşayırlar. İş materiallarından Səbail rayon MKTB-nin 8 saylı MKİS-nin xx.xx.2019-cu il tarixli 789 saylı və xx.xx.2019-cu il tarixli 790 saylı arayışlarına əsasən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117 saylı evin, 13 nömrəli mənzilində Cavabdeh1, Cavabdeh2, X26 qeydiyyatda olmalarına baxmayaraq, 2006-cı ildən orada yaşamırlar. Cavabdehlər tərəfindən təqdim olunmuş “xxxx” MTK-nın xx.xx.2019-cu il tarixli, 95 saylı arayışından görünür ki, müraciətdən sonra ətraflı araşdırma aparılmış, qonşuların aktına və həmçinin binanın inzibatçısının izahatına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin, 25 saylı mənzilində X7 və azyaşlı oğlu X26 yaşayır. Digər övladları Lalə Babayeva və Cavabdeh2 qeydiyyatda olduqları ünvanda yaşayır. Məlumat üçün bildirilir ki, MTK-nın üzvü İddiaçı da eyni məzmunlu sorğu ilə “xxxx” MTK-ya müraciət etmiş, həmin müraciətə əsasən İddiaçı tərəflərindən xx.xx.2019-cu il tarixli, 87 saylı arayış verilmişdir. Həmin arayış İddiaçı onlara verdiyi şifahi məlumat əsasında tərtib edilmişdir. Cavabdehlər tərəfindən təqdim olunmuş 132-134 saylı təhsil kompleksinin xx.xx.2019-cu il tarixli, 56 saylı arayışına əsasən 1994-cü il təvəllüdlü X31 və 1995-ci il təvəllüdlü Cavabdeh2 2001/2002-ci tədris ilində İ sinfə qəbul olunmuş və 2011/2012-ci tədris ilində 132-134 nömrəli təhsil kompleksinin Xİ sinfini tam orta təhsil haqqında attestat alaraq bitirmişdirlər. Cavabdehlər tərəfindən təqdim olunmuş “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi ev 113/117, mənzil 13-də qeydiyyatda olan X17 adına olan 4927560 telefon nömrəsinin aylıq abunə haqqı, pulu danışıqlar üzrə xx.xx.2019-cu il tarixinə heç bir borcu yoxdur. Cavabdehlər tərəfindən təqdim olunmuş Səbail rayon MKTB-nin 8 saylı MKİS-nin xx.xx.2019cu il tarixli 110 saylı arayışına əsasən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi 113/117 saylı evin, 13 nömrəli mənzilində X22, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X26 qeydiyyatda olmalarına baxmayaraq, İddiaçı, Cavabdeh1, Cavabdeh2, X26 uzun müddətdir ki, qeydiyyatda olduqları mənzildə yaşamırlar və hal-hazırda da yaşamırlar. O ki qaldı mənzil xidməti haqqını (mənzillərin yerləşdiyi evlərin saxlanması üçün xidmət haqqı və məişət tullantıları üçün haqq) 2014-cü ildən bu günə kimi 3 dəfə İddiaçı həyat yoldaşı X8 tərəfindən ödənilmişdir. 1 dəfə İddiaçı tərəfindən ödənilmiş, bir dəfə isə tərəflərindən yerində yəni yaşayış yerindən götürülmüşdür. Cavabdehlər tərəfindən təqdim olunmuş 15 saylı Uşaq Poliklinikasının xx.xx.2019-cu il tarixli, 532 saylı arayışına əsasən Lermontov küçəsi ev 113/117, mənzil 13 ünvanında vaxtilə anadan olandan 18 yaşına kimi poliklinikada qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü X31 və xx.xx.1995ci il təvəllüdlü Cavabdeh2 profilaktik peyvəndlər ilə təqvimə uyğun olaraq yaşlarına görə əhatə olunublar. Cavabdeh2 xx.xx.2008-ci il tarixdən Milli Onkologiya Mərkəzində “Ənsə nahiyəsi sebare nevus”-diaqnozu ilə cərrahi əməliyyat təklif olunmuşdur. 18 yaşları tamam olduğu üçün epikriz verilərək 2 saylı şəhər poliklinikasına köçürülüblər. Cavabdehlər tərəfindən təqdim olunmuş ünvan 1/117, mənzil 30-da qeydiyyatda olan X18 tərəfindən notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, tanıyırlar. Belə ki, onlar qonşuluqda olan ünvan 1/117, mənzil 30-da nənələri Naira Babayeva ilə birgə yaşayıblar. Onlar yaxınlıqda yerləşən 134 saylı orta məktəbdə onun qızı X9 ilə (xx.xx.1994) eyni illərdə təhsil alıblar. Naira Babayeva 1931-ci il təvəllüdlüdür. Yaşlı olduğundan xəstədir. Tək yaşaya bilmir. Mütəmadi olaraq ona gəlini X7 baxır, ona diqqət göstərir. Cavabdeh1 iş fəaliyyəti ilə, Cavabdeh2 isə təhsili ilə bağlı müvəqqəti olaraq ölkə hüdudlarından kənardadır. İş materiallarından Bakı şəhəri 1 saylı Notariat ofisi tərəfindən ünvan 1/117, mənzil 30-da qeydiyyatda olan X12 ünvanlanmış xx.xx.2020-ci il tarixli, 110 saylı məktubdan görünür ki, onun adından xx.xx.2020-ci il tarixdə 8İ-1708 reyestr nömrəsi ilə ərizə rəsmiləşdirilmişdir. Tərəfinizdən təqdim olunmuş xx.xx.2020-ci il tarixli, 8İ-72952 saylı ərizənizə əsasən qeyd olunan ərizəyə xitam verilmişdir. Cavabdehlər tərəfindən təqdim olunmuş Bakı şəhəri, N,Nərimanov pr, ev 125, mənzil 27-də qeydiyyatda olan X19 tərəfindən notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən X4 1 alt mərtəbə qonşu olaraq tanıyır. Üç övladı var. O, Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov küçəsi 125 saylı evin, 25 saylı mənzilində azyaşlı oğlu X26 ilə birlikdə yaşayır. Digər uşaqları Cavabdeh2 və X28 da tanıyır. Onlar nənələri Babayeva Naira ilə birgə yaşayıblar. Hazırda iş və təhsilləri ilə əlaqədar müvəqqəti olaraq ölkə xaricindədirlər. Cavabdehlər tərəfindən təqdim olunmuş Bakı şəhəri, Yasamal-1, ev 10, mənzil 76-da qeydiyyatda olan X6 tərəfindən notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən Rəhmanova X32 artıq uzun müddətdir ki, üzbəüz qonşu kimi tanıyır. 3 övladı var. O, Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov küçəsi 125 saylı evin, 25 saylı mənzilində azyaşlı oğlu X26 ilə birlikdə yaşayır. Digər uşaqları Cavabdeh2 və X28 da tanıyır. Onlar nənələri Naira Babayeva ilə birgə yaşayıblar. Hal-hazırda iş və təhsilləri ilə əlaqədar müvəqqəti olaraq ölkə xaricindədirlər. Cavabdehlər tərəfindən təqdim olunmuş X44 və Texnologiya Universitetinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Universitet təsdiq edir ki, xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 halhazırda 2019/2020-ci tədris ili üzrə Universitetdə qeydiyyatda olan Maşınqayırma üzrə əyani aspirantdır. Cavabdehlər tərəfindən təqdim olunmuş 2 saylı şəhər poliklinikasının xx.xx.2019-cu il tarixli, 306 saylı arayışına əsasən ünvan 1 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Cavabdeh2 2 saylı şəhər poliklinikasında 2013-cü ildən qeydiyyatdadır. Poliklinikaya xx.xx.2019-cu ildə “Zəif dərəcəli mioniya”, “Diensifal sindrom, Asteniya diaqnozu ilə müraciəti olmuşdur. Xəstəyə fizioterapevtik müalicə və müayinələr təyin olunmuşdur. xx.xx.2019-cu ildən sonra poliklinikaya müraciət etməmişdir. İddiaçılar tərəfindən təqdim olunmuş ünvan 1/117, mənzil 13-də qeydiyyatda olan X21 tərəfindən notariat qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəyə əsasən xx.xx.2020-ci il tarixli ərizəyə əsasən ünvan 1/117, mənzil 13 həyat yoldaşı Cavabdeh2 Mehdi oğluna məxsus olmuşdur. Həyat yoldaşı həmin mənzili xx.xx.2014-cü ildə oğlu İddiaçı bağışlamışdır. Oğlu İddiaçı 1998-ci ildə ailəsi ilə birgə onların mənzilindən çıxıb gedərək müxtəlif ünvanlarda kirayədə yaşamış, 2006-cı ildə isə biri özünün digəri isə keçmiş həyat yoldaşı X3 adına olmaqla yeni binada iki mənzil əldə ediblər. Oğlu ailəsi və övladları ilə birgə 2006-cı ildən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 125 saylı evin 11 və 25 saylı mənzillərində yaşayıblar. Bildirir ki, nəvələri Cavabdeh1, Cavabdeh2, X26 Bakı şəhəri, Səbail rayonu, Lermantov küçəsi, 113/117 saylı evin, 13 saylı mənzilində yaşamayıblar və həmin şəxslərin bu mənzildə heç bir əşyası yoxdur. Cavabdehlər tərəfindən təqdim olunmuş yaşayış və kirayə müqaviləsindən görünür ki, X42 xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kirayədə yaşamışdır. İş materiallarından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, 33/1325 saylı arayışına əsasən Cavabdeh1 dövlət sərhədindən aşağıdakı hərəkətləri olmuşdur:xx.xx.2017-də çıxış Almaniya, xx.xx.2018-də giriş Almaniya, xx.xx.2018-də çıxış X16, xx.xx.2018-də giriş X16, xx.xx.2018-də çıxış X16, xx.xx.2018-də giriş X16, xx.xx.2018-də çıxış X16, xx.xx.2019-da giriş Qətər, xx.xx.2019-da çıxış Türkiyə, xx.xx.2019-da giriş Türkiyə, xx.xx.2019-da çıxış Qətər. Cavabdeh2 dövlət sərhədindən aşağıdakı hərəkətləri olmuşdur: xx.xx.2018-ci ildə çıxış X16, xx.xx.2018-ci ildə giriş Qətər, xx.xx.2018-ci ildə çıxış Rusiya, xx.xx.2019-da giriş Türkiyə, xx.xx.2019-da çıxış X16, xx.xx.2019-da giriş Küveyit, xx.xx.2020-ci ildə çıxış S.Ərəbistan, xx.xx.2020-ci ildə giriş Küveyit, xx.xx.2020-ci ildə çıxış Türkiyə. Məhkəmədə şahid qismində dindirilən X6 ifadəsində qeyd etdi ki, X4 artıq uzun müddətdir ki, üzbəüz qonşu kimi tanıyır. Zərifənin 3 övladı var. O, Bakı şəhəri Yasamal rayonu, N.Nərimanov küçəsi 125 saylı evin, 25 saylı mənzilində azyaşlı oğlu X26 ilə birlikdə yaşayır. Digər uşaqları Cavabdeh2 və X28 da tanıyır. Onlar nənələri Naira Babayeva ilə birgə yaşayıblar. Hal-hazırda iş və təhsilləri ilə əlaqədar müvəqqəti olaraq ölkə xaricindədirlər. Cavabdeh2 və X20 nənələri ilə yaşamasını X3 dediklərindən bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitamverilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan RespublikasıMülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayışbinasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitamverilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac)aradan qalxdıqda mümkündür. Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, 228.5-ci maddənin məzmununa görəailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsiüçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onunarasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya MəhkəməsiPlenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailəüzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçiilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaqməcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə ziddolaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassızolar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququnxitamı ilə nəticələnir. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu,Lermontov küçəsi, 113/117 saylı evin 13 saylı mənzili iddiaçının mülkiyyətindədir vəiddiaçının qızı və oğlu olan cavabdehlər bu mənzilə pasport qeydiyyatına alınmışlar,cavabdehlərin həmin mənzilə olan istifadə hüquqlarına səbəb olan əsaslar aradan qalxmışvə onların həmin mənzildə formal olaraq qeydiyyatda qalması iddiaçının bilavasitəmülkiyyətində olan əmlakdan istifadəsinə maneə törətməklə yanaşı, axırınıcının əmlakhüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Kollegiya məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edərək, qeyd edir ki, cavabdehlərin mübahisəli mənzilə olan istifadə hüquqlarına səbəb olan əsaslar həqiqətən aradan qalxmışdır. Belə ki, İddiaçı ilə X7 birgə nikahları dövründə Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin 25 və 11 saylı mənzillərini əldə etmişlər. Cavabdehlərin mübahisəli mənzildə 2006-cı ildən yaşamamaları işdə olan sübutlarla təsdiq olunur. 2006-cı ildən halhazıra kimi Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin, 25 saylı mənzilində X3 oğlu X26 və cavabdehlərlə yaşaması təsdiq olunur. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş, Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin, 25 saylı mənzilinin bölünməsi ilə bağlı mülki iş üzrə cavabdeh olan X7 tərəfindən yazılmış iddia ərizəsinə etiraz və apellyasiya şikayətlərindən görünür ki, X7 etiraz və apellyasiya şikayətində mənzildən payın onun xeyrinə artıq müəyyən edilməsini xahiş edərkən, himayəsində azyaşlı uşağının (oğlu Mikayıl) olmasını, uşaqların xəstəliyini (oğlanları Mikayıl və Rafiq), birinin təhsil almasını (oğlu Rafiq), onların gələcək mənafelərinin nəzərə alınmasını xahiş etmişdir. Bundan əlavə Cavabdeh1 hazırkı iş üzrə iddia ərizəsinə etirazda Nəsimi rayonu, M.Qaşqay küçəsi, ev 24, mənzil 158-də qeydiyyatda olduğunu, lakin Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin, 25 saylı mənzilində yaşadığını qeyd etmişdir. Kollegiya hesab edir ki, hal-hazırki iş üzrə cavabdehlərin nümayəndəsi olan anaları X3 etiraz və apellyasiya şikayətində qeyd etdiyi hallar və Cavabdeh1 hazırkı iş üzrə iddia ərizəsinə etirazda qeyd etdikləri işdə olan digər sübutlarla müqayisədə bir daha təsdiq edir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə 2006-cı ildən yaşamamış, onlar valideynləri ilə Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 125 saylı evin, 25 saylı mənzilində yaşamışlar. İddiaçı ilə X7 arasında olan nikah xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş, Cavabdeh1 isə 2016-cı ildən Böyük Britaniya vətəndaşı ilə ailə qurmuşdur. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən dəvət olunmuş şahid X2 ifadəsinə qiymət verərək hesab edir ki, şahid cavabdehlər Cavabdeh2 və X20 nənələri ilə yaşamasını iş üzrə maraqlı olan X3 dediklərindən bildiyini qeyd etdiyi üçün, həmin ifadə cavabdehlərin müdafiəsinə yönəlmiş ifadə kimi, tədqiq edilmiş digər sübutlarla müqayisədə inandırıcı olmamaqla, mötəbər sübut kimi qəbul edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan RespublikasıQanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları AzərbaycanRespublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud AzərbaycanRespublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çoxyaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimiyaşayış yerləri başa düşülür. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinəgəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlətorqanına müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görəAzərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiəolunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsinmülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunlaqorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyəthüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondanistifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunanhüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və yabaşqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dairsərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, onamənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki,həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxudhüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququonun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənəkeçir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbitolunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öztələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyikimiistifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həmdə qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunanmaraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlaküzərindəüstünlüyünəüçüncüşəxslərin müdaxiləsini aradan götürmək, bu zaman özmülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrəiddiaçının adına reyestrdə qeydə alındığı üçün, iddiaçı mülkiyyətçi kimi həmin əmlaka özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququnamalikdir, habelə hüquqlarını həyata keçirmə istəyi cavabdehlərə münasibətdə qanunidir. Odur ki, onun mülkiyyətində olan mənzilə dair hüquqları cavabdehlər tərəfindən hər hansışəkildə məhdudlaşdırıla bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” x xxxxx 1996-cı il il tarixli, 55-İQ nömrəli Qanuna əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindənistifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsiəsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Kollegiya apellyasiya şikayətinin cavabdehlərin xəbərdar olunmamaları ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehlər qeydiyyatda olduğu ünvan üzrə məlumatlandırılmış, işdə olan cavabdehin iddiaya etirazı onların işdən məlumatlı olduqlarını sübut etdiyindən, qeyd olunan dəlil əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Kollegiya qeyd edir ki, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(009)- 2816/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən hakim imza: Xəyal Sarıyev Hakimlər imzalar: Vüqar Həsənov Şərafət Məmmədova Əsli ilə düzdür: Hakim Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-1768/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1768/2020
18.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver