Məhkəmə qərarları › İş №2(103)-1769/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1769/2024

16.02.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1769/2024 16.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ evə köçürülmə” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2023 saylı işi üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxalması ərəfəsində m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı İddiaçı, övladları X7 və X3 ünvan 1 ünvanında yerləşən evə köçürülməsi tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2023 saylı işi üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə təmin edilmiş, İddiaçı övladları xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 ilə ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş, məhkəmə iclası xx.xx.2024-cü il saat 10:20-ə təyin edilmiş və sonradan Səbail Rayon Məhkəməsindən xx.xx.2024-cü il tarixində məktubla, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1983/2023 saylı işi üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs X4 tərəfindən apellyasiya şikayəti daxil olduğundan mülki işin Səbail Rayon Məhkəməsinə göndərilməsi sorğu edilmişdir. Kollegiya hesab edir ki, maraqlarına toxunan şəxsin şikayətinin məzmun tələblərinə riayət edilməsinə (mümkünlüyünə) səlahiyyət həddində qiymət verilməsi üçün cavabdehin apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək və iş məhkəmə baxışından çıxarılaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (maddələrinin) tələblərinə əsasən, 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1769/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli icraata qəbul qərardadı ləğv edilsin, qətnamə ilə maraqlarına toxunan şəxs X2 apellyasiya şikayətinin məzmununa səlahiyyət həddində qiymət verilməsi üçün iş apellyasiya baxışından çıxarılmaqla, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar