Məhkəmə qərarları › İş №2(103)-177/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-177/2021

07.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-177/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı Əliabbas oğlu, Cavabdeh4 Əliabbas oğlunun hüquqi varisi X1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-715/2019 saylı, xx xxxxx 2019-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Əliabbas oğlu cavabdehlər Cavabdeh1 Əliabbas oğlu və qeyrilərinə qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1, bağ sahəsi, 185 saylı bağ evi ümumi torpaq sahəsi sənəd üzrə 26,25 ha olmaqla xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətin mülkiyyət hüququ əsasında hansı hissəsinin kimin mülkiyyətinə düşməsi və paya düşən hissəsinin qonşu hüdudları müəyəyn edilməklə naturada bölünüb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-715/2019 saylı, xx xxxxx 2019-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda həmin qətnamədən DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, tərəflər Sabunçu rayonu, Vişnovka-1, bağ sahəsi, 185 saylı bağ evin məhkəmənin müəyyən etdiyi qaydada paylara bölünməsi ilə razıdır, həmin sahədə yerləşən bir otaqlı tikili uçuq-sökük və istifadəyə yararsız bir daxma olduğundan, onun bölünməsi ilə bağlı isə mübahisə yoxdur, hazırkı mülki iş üzrə sözügedən sahədə paylı mülkiyyətin hansı formada bölünməsinin şikayət verən DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə bir istisi-soyuğu yoxdur, bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya icraatında mərhum Cavabdeh4 hüquqi varisi kimi cəlb olunan Cavabdeh1a apellyasiya şikayəti ilə razılaşmayaraq, sözügedən sahənin müvafiq paylara bölünməsi ilə bağlı payçılar arasında hər hansı mübahisənin olmadığını təsdiq etdi və bu səbəbdən, şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər, xüsusən də apellyasiya şikayəti verən DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnun olduğu göstərilmişdir. Bununla yanaşı, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunduğu hallarda digər şəxslərin də malik olduğu nəzərdə tutulmuşdur (maddə 357.2). Nəzərdən qaçırmaq olmaz ki, birinci instansiya məhkəmələrinin, ümumiyyətlə isə bütün məhkəmə aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi, başqa sözlə həmin şəxslərin dairəsinin qanunla məhdudlaşdırılması qətiyyən təsadüfi olmayıb, ədalət mühakiməsinin səmərəliliyi və hüquqi müəyyənlik prinsiplərinə əsaslan düşünülmüş bir yanaşmadır. Əks yanaşma, yəni hər kəs üçün istənilən məhkəmə aktını mübahisələndirmək imkanının tanınması (qəbul edilməsi) ədalət mühakiməsinin səmərəliliyi və qanunun aliliyinin ayrılmaz tərkib ünsürü olan hüquqi müəyyənlik prinsipi ilə daban-dabana ziddiyyət təşkil etmiş olardı. ƏMDK-nin yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin hazırkı iş üzrə 357.1-ci maddədə nəzərdə tutulmuş şikayət vermək hüququ olan şəxslər sırasına aid olmadığı mübahisəsizdir. Belə ki, o, hazırkı mülki işdə tərəf və ya üçüncü şəxs olmamışdır. Belə olan halda onun Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsinə əsasən şikayət vermək hüququnun (işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul olunmuş məhkəmə aktı ilə hüquq və vəzifələrin toxunan digər şəxs) olub-olmaması araşdırılmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsinin aktlarından şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs, mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı, şikayəti qəbul edən məhkəmə isə onun bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Yeri gəlmişkən, qeyd edilməlidir ki, eyni qayda apellyasiya instansiya məhkəməsinin məhkəmə aktlarını mübahisələndirmək məqsədi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə təqdimat verilməsi üçün müraciət etmək istəyən və işdə iştirak etməyə cəlb olunmayan şəxslərə münasibətdə də tətbiq edilməlidir. Mülki Prosessual Məcəllənin 357.2-ci və 403.2-ci maddələrinin müqayisəli təhlilindən də aşkar şəkildə bu nəticə hasil olur. Hazırkı mülki işlə bağlı qeyd olunanlardan da açıq-aşkar göründüyü kimi qəbul olunmuş qətnamə üzrə ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi yuxarıda sadalanan maraqlı şəxslər kateqoriyasına aid deyil – bu şəxslərin dairəsinə düşmür, bundan başqa, qəbul edilmiş həmin qətnamə onun hər hansı hüquq və vəzifələrinə toxunmur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, ümumiyyətlə, analoji işlərdə məhkəmə qətnaməsi ilə hansısa icra orqanına müəyyən (müvafiq şəhadətnamənin verilməsi, paylara müvafiq çıxarışın verilməsi və s.) hərəkətin edilməsinin həvalə olunması da həmin orqanların bu qətnamələri mübahisələndirmələri üçün əsas ola bilməz. Çünki məhkəmə qətnaməsində belə bir göstərişin olub-olmamasından asılı olmayaraq, müvafiq icra orqanı həmin hərəkətləri həyata keçirməyə qanuna əsasən borcludur. Məsələn, oturuşmuş məhkəmə praktikasına görə mirasın qəbul edilməsi faktını müəyyən edən məhkəmələr bir qayda olaraq qətnamənin nəticə hissəsində müvafiq şəhadətnamənin verilməsinin notariat orqanına həvalə olunması barədə də göstəriş qeyd edirlər. Və yaxud başqa bir misal, ər-arvadın daşınmaz əmlakdakı paylarını müəyyən edən məhkəmələr bir sıra hallarda daşınmaz əmlakın reyestr xidmətinə müəyyən etdiyi paylara müvafiq yeni çıxarışın verilməsinə dair vəzifə həvalə edirlər. Qüvvədə olan qanunvericiliyə görə miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi notariat orqanının, daşınmaz əmlakla bağlı hüquqların qeydə alınması isə müvafiq icra orqanınındaşınmaz əmlakın dövlət reyestr xidmətinin ərazi idarələrinin vəzifəsidir. Belə olan halda aydın olur ki, məhkəmə qərarlarında müvafiq göstərişlərin qeyd edilibedilməməsindən asılı olmayaraq, həmin məhkəmə aktlarından irəli gələn hərəkətlərin müvafiq icra orqanları tərəfindən, həm də mütləq qaydada yerinə yetirilməsi qanunun tələbidir. Demək ki, məhkəmə aktlarındakı göstərişdən asılı olmayaraq, həmin orqanlar məhkəmə aktlarından irəli gələn müvafiq hərəkətləri etməyə borcludurlar. Bununla belə, hazırkı mülki işdə olduğu kimi, bir sıra başqa işlərdə də bunun üçün subyektiv hüquqların və qanuni əsasların olmamasına baxmayaraq, həmin qurumlar tam əsassız yerə məhkəmə aktlarını mübahisələndirirlər ki, bu da dövlət resurslarının izafi yerə itirilməsinə, eləcə də (onsuz da iş yükü çox olan) məhkəmələrin lüzumsuz yerə əlavə yüklənməsinə gətirib çıxarır ki, bu isə öz növbəsidə ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirir. Bir sıra məhkəmə qərarlarında bu cür göstərişlərin qeyd olunmasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu hal dövlət hakimiyyət orqanı kimi məhkəmələr tərəfindən pozitiv öhdəliklərinin icrası kimi qəbul olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 10/2248 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1, bağ sahəsi, 185 saylı bağ evinə dair İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinə ayrı-ayrılıqda düşən 1/5 hissə payların ayrılması texniki cəhətdən mümkündür, yalnız həmin sahədə yerləşən tikilinin paylara müvafiq bölünməsinin mümkün olmadığı müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-715/2019 saylı, xx xxxxx 2019-ci il tarixli qətnaməsindən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün sayılmalı və geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) xx xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 403, 405, 408-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-715/2019 saylı, xx xxxxx 2019-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və geri qaytarılması üçün mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar