Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1770/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4640/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ******* manat məbləğində borcun alınıb ona qaytarılması barədə iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4640/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, maraqlarına toxunan şəxs Maraqlı şəxs həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya icraatı zamanı maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə barışdığı üçün apellyasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 372, 376, 377-ci maddələrinə uyğun ərizəni nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından və imtinanın qəbul edilməməsi üçün digər əsaslar olmadığından imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Diqqətə çatdırılmalıdır ki, tələb olmadığı halda Məcəllənin 119-cu maddəsinə əsasən apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369, 384, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya şikayətindən imtina etmiş şəxsə (Maraqlı şəxs) münasibətdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-1770/2023 saylı mülki iş üzrə apellyasiya icraatına xitam verilsin.
Məhkəmə qərarları › İş №2(103)-1770/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1770/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver