Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1776/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMMC-nin Cavabdeh ASC-yə qarşı iş üzrə (Açar sözlər: “su sayğaclarının quraşdırılması, sudan istifadəyə görə borcun silinməsi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, Sm oğlunun katibliyi ilə İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi X1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMMC-nin Cavabdeh ASC-yə qarşı “su sayğaclarının quraşdırılması və borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2266/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMMC Cavabdeh ASC-yə qarşı “su sayğaclarının quraşdırılması tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı “Nəsimi8” Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində yerləşən 272 mənzilin mülkiyyətçiləri ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair” müqavilələrin bağlanması və hər mənzilin girişində su sayğaclarının quraşdırılması öhdəliyi həvalə edil barədə qətnamə çıxarmasını xahiş etmişdir.
2. Həmçinin, iddiaçı "xxxx" MMMC Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 980-ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyəti tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində yerləşən 272 mənzilə hesablanmış 30831 manat borcun silinməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2977/2022 nömrəli qərardadı ilə hər iki mülki işin bir icraatda birləşdirilməsi və mülki işə 2(004)-2266/2022 nömrəsinin verilməsi qərara alınmışdır.
4. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 2266/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh ASC üzərinə Bakı şəhəri, Nəsimi rayonu, 980- ci məhəllə, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Xan Şuşinski küçəsi 12 və Süleyman Rüstəm küçəsi 61 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı "xxxx" MMMC tərəfindən idarə edilən çoxmənzilli yaşayış kompleksində yerləşən 271 mənzilin mülkiyyətçiləri ilə “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə dair” müqavilələrin bağlanması və hər mənzilin girişində su sayğaclarının quraşdırılması öhdəliyi həvalə edilmiş, Cavabdeh ASC-dən dövlət rüsumuna görə 200 manat tutularaq iddiaçı "xxxx" MMMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin borcun silinməsi hissəsinə münasibətdə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
5. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək iddianın tam təmin edilməsinini xahiş etmişdir.
6. Qətnamədən narazı qalan cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi və ödənilmiş 91,25 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında tərəflərin nümayəndələri ərizələr təqdim edərək aralarında barışığa gəldiklərini bildirərək məhkəməyə göndərdikləri barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Tətbiq edilən hüquq normaları
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Tərəflərin təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır:
1. Tərəflər qəbul edirlər ki, bu saziş imzalanan anda "xxxx" MMMC-nin (Borclu) Cavabdeh ASC-yə (İdarə) su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2023-cü il tarixinə borcu 100.000 (bir yüz min) manat təşkil edir.
2. Tərəflər birinci bənddə göstərilən borcu aylıq fakturalardan əlavə olaraq hissəhissə hər ay 2.777,78 (iki min yeddi yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat olmaqla 36 (otuz altı) ay müddətində ödənilməsi barədə razılığa gəlmişlər.
3. Borc bank köçürməsi, poçt, elektron su portalı, elektron xidmətlər və ya ödəniş terminalı vasitəsi ilə 051831 abonent koduna ödənilməlidir. Borcun ödənilib-ödənilməməsi barədə mübahisə yarandıqda ödənişə dair qəbz yeganə sübut kimi qəbul ediləcəkdir.
4. Borclu qəbul edir ki, yaranmış borcu bu sazişin şərtlərinə uyğun olaraq vaxtında ödəmədiyi təqdirdə su təchizatı İdarə tərəfindən dayandırılacaqdır.
5. Bu saziş üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliyə uyğun qaydada məsuliyyət daşıyırlar.
10. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2266/2022 saylı qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
11. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:
İddiaçı "xxxx" MMMC ilə Cavabdeh ASC arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin:
1. Tərəflər qəbul edirlər ki, bu saziş imzalanan anda "xxxx" MMMC-nin (Borclu) Cavabdeh ASC-yə (İdarə) su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə xx.xx.2023-cü il tarixinə borcu 100.000 (bir yüz min) manat təşkil edir.
2. Tərəflər birinci bənddə göstərilən borcu aylıq fakturalardan əlavə olaraq hissəhissə hər ay 2.777,78 (iki min yeddi yüz yetmiş yeddi manat yetmiş səkkiz qəpik) manat olmaqla 36 (otuz altı) ay müddətində ödənilməsi barədə razılığa gəlmişlər.
3. Borc bank köçürməsi, poçt, elektron su portalı, elektron xidmətlər və ya ödəniş terminalı vasitəsi ilə 051831 abonent koduna ödənilməlidir. Borcun ödənilib-ödənilməməsi barədə mübahisə yarandıqda ödənişə dair qəbz yeganə sübut kimi qəbul ediləcəkdir.
4. Borclu qəbul edir ki, yaranmış borcu bu sazişin şərtlərinə uyğun olaraq vaxtında ödəmədiyi təqdirdə su təchizatı İdarə tərəfindən dayandırılacaqdır.
5. Bu saziş üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliyə uyğun qaydada məsuliyyət daşıyırlar. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2266/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.