Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1777/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3806/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.1999-cu il tarixli, ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2014cü il tarixli, K-23 nömrəli əmrlə xx.xx.2014-cü il tarixdə Cavabdehndə X14 baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli, NK-12 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutuduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. Cavabdeh X14 müdiri Elçin Raştiyev tərəfindən Cavabdeh direktorunun birinci müavini Fərqan Əliyevə ünvanlanmış xidməti məruzəyə əsasən əsasən Cavabdeh X14 baş mütəxəssisi İddiaçı cari ilin 24 may tarixində onu və İnsan resursları şöbəsini məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməmişdir. Eyni zamanda, İddiaçı cari ilin 25 may tarixində keçirilmiş Fərhad Bədəlbəylinin rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini heç kimə məlumat vermədən özbaşına tərk etmişdir. İddiaçı əməlləri nəticəsində qonaqların Mərkəzə daxil olmasının təmin edilməsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, şöbə fəaliyyətinin nizamı pozulmuşdur. Bununla əlaqədar İddiaçı tərəfindən yol verilmiş pozuntuların xarakterini nəzərə alaraq barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.
3. Cavabdeh X14 müdiri Elçin Raştiyev tərəfindən Cavabdeh direktorunun birinci müavini Fərqan Əliyevə ünvanlanmış digər xidməti məruzəyə əsasən X14 baş mütəxəssisi İddiaçı 02 iyun 2023-cü il tarixdə Cavabdehndə keçirilmiş Xalq yazıçısı Maqsud İbrahimbəyova həsr edilmiş “Maqsud əbədidir” kitabının təqdimat mərasimi və “Bağçadakı rahat yer” tamaşasının premyerası zamanı onu və İnsan resursları şöbəsini məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan iş yerini təkrarən tərk etmişdir. İddiaçı iş yerini icazəsiz tərk etməsi nəticəsində qonaqların Cavabdehnə daxil olmasının təmin edilməsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmışdır. Bununla əlaqədar olaraq İddiaçı tərəfindən əmək intizamının pozulmasına görə qanunvericiliyə uyğun tədbirlərin görülməsi barədə müvafiq göstəriş verilməsi xahiş olunmuşdur.
4. Cavabdeh X8 müdiri Şəlalə Əhmədova tərəfindən Cavabdeh direktoru Anar Ələkbərova ünvanlanmış xidməti məruzəyə əsasən Cavabdeh X14 baş mütəxəssisi İddiaçı əmək qanunvericiliyinin tələblərini pozaraq xx.xx.2023-cü il tarixdə şöbə müdirini və İnsan resursları şöbəsini aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməmişdir. Eyni zamanda, Mərkəzdə keçirilən tədbirlər zamanı buraxılış rejiminə uyğun qonaqların qapılardan keçidinin təmin edilməsi, tədbir müddətində müvafiq məkanlarda, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmət göstərilməsi ilə bağlı Mərkəzin rəhbərliyinin göstərişinə baxmayaraq, İddiaçı xx.xx.2023-cü il tarixində Mərkəzdə keçirilmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qala-konsert zamanı iş yerini heç kimə məlumat vermədən özbaşına tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı tərəfindən əmək intizamının pozulmasına görə xidməti araşdırma aparılması və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi barədə göstəriş verilməsi xahiş olunmuşdur.
5. Cavabdeh X14 baş mütəxəssisi İddiaçı tərəfindən əmək intizamının pozulması ilə bağlı aparılan xidməti araşdırmanın nəticələri barədə tərtib edilmiş arayışa əsasən Cavabdeh direktorunun xx.xx.2023-cü il tarixli, 9-6/3-2- 28/1/2023 nömrəli tapşırığının icrası ilə bağlı xidməti araşdırma aparılmış, X14 baş mütəxəssisi İddiaçı tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulmasının müəyyən edilməsi məqsədilə müvafiq sənədlər və digər məlumatlar təmin edilmiş, Daxili nəzarət və İnsan resursları şöbələrinin əməkdaşlarından izahatlar alınmışdır. Araşdırmanın nəticələrinə əsasən məlum olmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixində bilavasitə rəhbəri olduğu X14 müdirini və Mərkəzin daxili intizam və etik-davranış qaydalarının icrasına məsul olan X8 müdirini məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməyərək işdən yayınmışdır. X14 yeganə baş mütəxəssisi olan İddiaçı heç bir üzürlü səbəb olmadan və xəbərdar etmədən işə gəlməməsi Cavabdehnə insanların qapılardan keçidinin təmin edilməsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnmiş, işin növbəliyi və nizamı təmin edilməmişdir. İddiaçı işdən yayınma faktı İnsan resursları şöbəsi tərəfindən təqdim olunan əməkdaşların işə davamiyyətinə dair elekton sistemdən çıxarışla, eləcə də X14 mütəxəssisləri Rauf Qədirli, Nicat Əzizov və İnsan resursları şöbələrinin baş mütəxəssisi Nərgiz Rüstəmovanın müvafiq izahatları ilə öz təsdiqini tapmışdır. Eyni zamanda Z.X15 Mərkəzində xx.xx.2023-cü il tarixində keçirilmiş Fərhad Bədəlbəyli rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini icazəsiz tərk etmişdir. İddiaçı iş yerini icazəsiz tərk etməsi nəticəsində qonaqların Mərkəzə daxil olmasının təmin edilməsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, işin nizamı pozulmuşdur. İddiaçı iş yerini özbaşına tərk etməsi X14 mütəxəssisləri Nicat Əzizov, Rauf Qədirli və Elniz Salmanovun izahatları ilə öz təsdiqini tapmışdır. İddiaçı qeyd olunan hallara dair izahat yazmaqdan imtina etmişdir. Bu cür davranışları ilə İddiaçı Əmək Məcəlləsinin, “Cavabdeh daxili xidməti intizam Qaydaları”nın və “Cavabdeh işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən yol verilmiş pozuntuların xarakterini, habelə qeyd olunan hallara dair izahat yazmaqdan imtina etməsini, əvvəllər də tabeçilik göstərməyib rəhbərliyin göstərişlərini icrasız qoyduğunu nəzərə alaraq, gələcəkdə analoji halların təkrarlanmaması məqsədilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi Cavabdeh X14 müdiri Elçin Raştiyev tərəfindən məqsədəmüvafiq hesab edilmişdir.
6. Cavabdeh X14 mütəxəssisi X19, X12, X20 və Cavabdeh X8 baş mütəxəssisi X9 tərəfindən verilmiş izahatlarda İddiaçı xx.xx.2023-cü il tarixdə icazə almadan və üzürlü səbəb olmadan işə gəlmədiyi, Cavabdehndə xx.xx.2023-cü il tarixində keçirilmiş Fərhad Bədəlbəyli rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini icazəsiz tərk etdiyi və həmin gün ərzində iş yerinə qayıtmadığı qeyd olunur.
7. Cavabdeh X14 baş mütəxəssisi İddiaçı izahat verməkdən imtina etməsi barədə xx.xx.2023-cü il tarixli, 02 saylı akta əsasən Cavabdeh Daxili nəzarət şöbədinin müdiri Elçin Raştiyev, X8 müdiri Şəlalə Əhmədova və şöbənin baş mütəxəssisi Nərgiz Rüstəmova xx.xx.2023-cü il tarixdə X14 baş mütəxəssisi İddiaçı heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməməsi və xx.xx.2023-cü il tarixdə Mərkəzdə keçirilmiş konsert proqramı zamanı iş yerinin heç kimə məlumat vermədən özbaşına tərk etməsinə dair izahat yazmaqdan imtina etdiyini təsdiq etmişlər.
8. Cavabdeh X6 Komitəsi Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasının protokolu üzrə qəbul edilmiş qərara əsasən X11 Əliyev Mərkəzinin direktoru və İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” və 72-ci maddəsinin “a” bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir.
9. İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli, K-12 nömrəli əmrinə əsasən Cavabdeh X14 baş mütəxəssisi İddiaçı xx.xx.2023-cü il tarixində aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməmişdir. X14 yeganə baş mütəxəssisi olan İddiaçı heç bir üzürlü səbəb olmadan və xəbərdar etmədən işə gəlməməsi Cavabdehnə insanların qapılardan keçidinin təmin edilməsi məsələsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnmiş, işin növbəliliyi və nizamı təmin edilməmişdir. Bundan əlavə, İddiaçı 25 may və 02 iyun 2023-cü il tarixlərində Mərkəzdə keçirilmiş tədbirlər zamanı iş yerini icazəsiz tərk etmişdir. İddiaçı tədbirlər zamanı müvafiq iş bölgüsü aparılmasına baxmayaraq iş yerini icazəsiz tərk etməsi nəticəsində qonaqların Mərkəzə daxil olmasının təmin edilməsi məsələsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, işin nizamı pozulmuşdur. İddiaçı əmək funksiyalarını yerinə yetirməməsini, qeyd olunan məsələlərin əmək intizamının ciddi pozuntuları olduğunu, İddiaçı davamlı olaraq rəhbərliyin tapşırıqlarını onlara məhəl qoymayaraq icra etməməsini, habelə qeyd olunan hallara dair izahat yazmaqdan açıq şəkildə imtina etməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” və 72-ci maddəsinin “a” bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh X14 baş mütəxəssisi İddiaçı 06 iyun 2023-cü il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşlər departamentinin direktoru Seymur Mirzəyevə tapşırılmışdır ki, bu əmrin surətinin aidiyyəti üzrə çatdırılmasını təmin etsin.
10. Cavabdeh X8 müdiri Şəlalə Əhmədova tərəfindən Cavabdeh direktoru Anar Ələkbərova ünvanlanmış xx.xx.2023-cü il tarixli xidməti məruzəyə əsasən Cavabdeh X14 baş mütəxəssisi vəzifəsindən azad edilmiş İddiaçı xx.xx.2023-cü il tarixində Şəlalə Əhmədovanın və X14 mütəxəssisi Nicat Əzizovun iştirakı ilə İddiaçı əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti onun tərəfindən təhvil alınması məqsədilə təqdim edilmiş, lakin İddiaçı tərəfindən yalnız əmək kitabçası götürülmüşdür. Bu barədə Cavabdeh X8 müdiri Şəlalə Əhmədova və X14 mütəxəssisi Nicat Əzizov tərəfindən həmin tarixdə akt da tərtib edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, K-12 saylı əmrin, əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən ləğv edilməsi, onun işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Heydər X16 Nəzarət Şöbəsinə Baş Mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir (Əmr № K-23, xx.xx.2014). Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, K-12 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. O, Mərkəzin rəhbərliyinin şifahi göstərişi ilə xx.xx.2023-cü il tarixdə Şuşa şəhərinə göndərilmişdir. Oradan xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə qayıtmışdır. Şuşa şəhərində ezamiyyətdə olarkən ezamiyyətə göndərilməyi barədə əmr verilməmişdir. Mərkəzin X14 müdiri Elçin Raştıyev onu Şuşa şəhərində olan Xalça Muzeyində nəzarətçi vəzifəsini yerinə yetirməyə göstəriş vermişdir. E.Raştıyevin şifahi göstərişi əmək müqaviləsi ilə tutduğu vəzifəyə uyğun olmadığı üçün onun tapşırığına narazılığını bildirmişdir. O, hər zaman Mərkəzdə ümumi nəzarət funksiyasını yerinə yetirdiyi halda Xalça Muzeyində nəzarətçi işinə göndərilməyi ilə razılaşmamışdır. Bu səbəbdən də E.Raştıyevlə aralarında ixtilaf yaranmışdır. Ona Şuşa şəhərinə ezam olunmuş “whatsapp” qrupunun bütün nəzarətçilərinə xx.xx.2023-cii il tarixdə istirahət verildiyi məlum olmuşdur. O isə aralarında yaranmış mübahisənin həlli məqsədi ilə Bakı şəhərinə, Cavabdehnə çağırılmışdır. O, mübahisənin hüquqi müstəvidə həll olunması üçün xx.xx.2023-cü il tarixdə, saat 09:00-da Mərkəzdə işdə olmuşdur. Həmin günün sonunadək mübahisənin araşdırılması aparılmamışdır. xx.xx.2023-cü il tarixdə istirahət edə bilmədiyi üçün öz istirahətini xx.xx.2023-cü il tarixdə keçirmiş və bu barədə 1 gün qabaqcadan, yəni xx.xx.2023-cü il tarixdə Mərkəzin şöbə rəisi E.Raşdıyevin qoyduğu qaydaya əsasən şöbənin mütəxəssisi Rauf Qədirliyə xx.xx.2023-cü ildə istirahət edəcəyi barədə məlumat vermişdir. O da onun yanında şöbənin mütəxəssisi Elniz Salmanova tapşırmışdır ki, xx.xx.2023-cü il tarixdə işə gələn zaman X17 şöbəsinin müdiri Şəlalə Əhmədovaya bu barədə desin. Qeyd edilənlərə əsaslanaraq o, xx.xx.2023-cü il tarixdə öz qanuni istirahətini keçirmişdir. X26 Qədirlinin tapşırığını Şəlalə Əhmədovaya çatdırmamışdır. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Şəlalə Əhmədova ona zəng edərək, niyə işdə olmadığını soruşmuş, o da öz növbəsində işdə olmayacağı barədə şöbə üzrə məsul şəxs olan Rauf Qədirliyə bildirdiyini demişdir. Şəlalə Əhmədova məsələni araşdıracağını ona bildirmişdir. Qeyd olunan tarixdə, yəni xx.xx.2023-cü il tarixdə Şəlalə Əhmədovaya mesaj yazaraq “Şəlalə xanım, onun istirahətdə olacağı deyildimi Sizə Rauf tərəfindən?” Ş.Əhmədova isə cavabında bildirdi ki, “Sizlə danışandan sonra deyildi. Ok”. Qeyd etdiklərini “whatsapp” yazışmaları təsdiq edə bilər. O, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər Mərkəzdə işdə olmuş və onun xx.xx.2023-cü il tarixdə işdə olmamağının səbəbi barədə ondan izahat tələb edilməmişdir. xx.xx.2023-cü il tarixdə Şəlalə xanım işdə olan zaman ona mesaj yazaraq bildirmişdir ki, tapşırığa əsasən ondan xx.xx.2023-cü il tarixdən işdən azad olunmağı barədə ərizə almalıdır. O da ərizə yazmaqdan imtina etmişdir. Bundan sonra ondan binadan (H.Əliyev Mərkəzi) çıxmaq tələb edilmişdir. O da binadan çıxmışdır. Beləliklə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, K-12 saylı əmr əmək qanunvericiliyinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. bu səbəbdən iddiası təmin edilməlidir. Belə ki, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər Şuşa şəhərində keçirilən tədbirlərlə əlaqədar rəhbərliyin şifahi göstərişinə əsasən daimi iş yerindən kənarda, yəni Şuşa şəhərində olmuşdur. xx.xx.2023-cü il tarixdə istirahət günü olmasına baxmayaraq o, mühafizə xidməti işini icra etmişdir.
13. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz (münasibət) təqdim edərək bildirmişdir ki, Cavabdeh X14 baş mütəxəssisi İddiaçı xx.xx.2023-cü il tarixində aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. X14 yeganə baş mütəxəssisi olan Z. Mustafayevin heç bir üzürlü səbəb olmadan və xəbərdar etmədən işə gəlməməsi Cavabdehnə insanların qapılardan keçidinin təmin edilməsi məsələsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnmişdir. İşin növbəliliyi və nizamı təmin edilməmişdir. Bundan əlavə, İddiaçı 25 may və 02 iyun 2023-cü il tarixlərdə Mərkəzdə keçirilmiş tədbirlər zamanı iş yerini icazəsiz tərk etmişdir. Z. Mustafayevin tədbirlər zamanı müvafiq iş bölgüsü aparılmasına baxmayaraq, iş yerini icazəsiz tərk etməsi nəticəsində qonaqların Mərkəzə daxil olmasının təmin edilməsi məsələsində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində çətinliklər yaranmış, işin nizamı pozulmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçının birbaşa rəhbəri olan X14 müdiri Elçin Raştiyev xidməti məruzə ilə Mərkəzin Direktorunun birinci müavininə müraciət edərək, İddiaçı xx.xx.2023-cü il tarixində nə birbaşa rəhbərini, nədə ki İnsan resursları şöbəsini aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və bu səbəbdən Mərkəzə insanların qapılardan keçidinin təmin edilməsində, Mərkəzin daxilində, xüsusi mühafizə olunan yerlərdə və postlarda xidmətin göstərilməsində işin ahənginin pozulması ilə nəticələnməsi, işin növbəliliyi və nizamının təmin edilməməsini bildirmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti zamanı iş yerini heç kimə məlumat vermədən icazəsiz tərk etməsini bildirmişdir. X14 baş mütəxəssisi olan İddiaçı bu əməlləri nəticəsində tədbir zamanı qonaqların Mərkəzə daxil olmasının təmin edilməsində, xüsusi mühafizə olan yerlərdə və postlarda xidmətin xx.xx.2023-cü il tarixində Mərkəzin Direktorunun birinci müavini X8 rəisi Şəlalə Əhmədovaya müvafiq məsəlinin araşdırılmasını tapşırmışdır. Sözügedən məsələyə Şəlalə Əhmədova tərəfindən baxılmış və bu barədə həmin gün Mərkəzin Direktoruna yazılı şəkildə məruzə təqdim edilmişdir. Məruzədə yuxarıda qeyd edilən əməllər təsdiqlənmiş, habelə İddiaçı xx.xx.2023-cü il tarixdə bütün günü işə gəlməməsi barədə Mərkəzin əməkdaşlarının işə davamiyyətinə dair elektron sistemdən çıxarış və işə gəlməməsi barədə akt da təqdim edilmişdir. Qeyd edilən məlumatlar əsasında Mərkəzin Direktoru xidməti araşdırmanın aparılmasını və nəticəsi barədə arayışın ona təqdim etməsini tapşırmışdır. Aparılmış araşdırma nəticəsində xx.xx.2023-cü il tarixdə Mərkəzin Direktoruna müvafiq arayış və təsdiqedici sənədlər, o cümlədən X18 və X8 əməkdaşlarının izahatları və İddiaçı izahat verməkdən açıq şəkildə imtina etməsi barədə aktı təqdim edilmişdir. Xidməti araşdırmanın nəticəsi olaraq bir daha təsdiq edilmişdir ki, İddiaçı birbaşa rəhbəri olduğu X14 müdirini və daxili intizam və etik-davranış qaydalarının icrasına məsul olan X8 müdirini məlumatlandırmadan bütün iş günü işə gəlməyərək işdən yayınmış, vəzifə öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən işin ahəngi pozulmuş, işin növbəliyi və nizamı təmin edilməmişdir. Həmçinin, növbəti gün Mərkəzdə keçirilən konsertdə X14 yeganə baş mütəxəssisi olan İddiaçı iş yerini özbaşına tərk etməsi həmin şöbənin əməkdaşlarının yazılı izahatları ilə də təsdiq edilmişdir. Bundan əlavə İddiaçı qeyd edilən hallar barədə izahat verməkdən açıq şəkildə imtina etmişdir. Araşdırmanın nəticəsi olaraq İddiaçılə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiqliyi bildirilmişdir. Belə ki, işçi vəzifə öhdəliklərindən yayınma hallarına yol verməməli və bilavasitə rəhbərin icazəsi olmadan iş yerini tərk etməməlidir. Yuxarıda sadalanan öhdəliklər iddiaçının əmək funksiyalarına aid edilmişdir. İşəgötürən kimi cavabdeh qurumun da əmək qanunvericiliyində nəzərdə tutulmuş intizam tənbehlərindən hər hansı birini seçmək hüququ var. Bu səbəbdən işçinin işdən azad edilmə prosesi əmək qanunvericiliyinə uyğun aparılmışdır.
14. Cavabdeh etirazda həmçinin, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi halına toxunmuş və iddiaçının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməklə iddia irəli sürməsinə istinad edərək, iddianın bu əsasla rədd edilməsini xahiş etmişdir.
15. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3806/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakim X10)
16. Məhkəmə iddiaya hüquqi qiymət verərkən qeyd etmişdir ki, işin materiallarından və tərəflərin izahatlarından xx.xx.2023-cü il tarixli, K-12 saylı əmrin qanuni və əsaslı olduğu aydın olur ki, iddiaçı heç bir üzürlü səbəb olmadan xx.xx.2023-cü il tarixdə bütün iş günü işə gəlməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bununla da iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. İş materiallarından və iddiaçının öz izahatlarından onun xx.xx.2023-cü il tarixdə barəsində əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyindən məlumatlı olduğu, mediasiya tətbiqi barədə təklifi isə xx.xx.2023-cü il tarixdə verdiyi aydın olur. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki iddia tələbləri ilə hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan 1 ay müddətində məhkəməyə müraciət etməli olduğu halda bu müddəti ötürmüşdür. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, mübahisə tərəfi olan cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iş üzrə iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci, 43cü, 68-ci, 70-ci, 71-ci, 72-ci, 287-ci, 288-ci, 292-ci 296-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci, 377-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77-ci maddəsinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, rəhbərliyi məlumatlandırmaqla yalnız xx.xx.2023-cü ildə işdə olmamışdır. Bunu xx.xx.2023-cü il tarixli, 01 saylı akt təsdiq edir. Onun xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə işdə olmadığını təsdiq edən hər hansı bir sübut (akt, izahat və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə verilən iddia ərizəsində həmin günü rəhbərliyi xəbərdar etməklə işdə olmadığı barədə “whatsapp” yazışmalarını təqdim etmişdir. Lakin məhkəmə bunu araşdırmamışdır. Həmin yazışmalar təsdiq edir ki, o, işdə olmadığı barədə rəhbərliyə məlumat vermişdir. Həmçinin əvvəlki günlər o, Şuşa şəhərində ezamiyyətdə olmuşdur (həftənin istirahət günü). Buna görə də digər işçilər kimi ona da icazə verilmişdir (əvəzgün). Ona işdən çıxma əmri və əmək kitabçası xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. Məhkəmə hesab etmişdir ki, onun əmri verildiyindən xx.xx.2023-cü il tarixdə məlumatı olduğu halda, müddəti buraxmaqla Mediasiya Təklifini xx.xx.2023-cü il tarixdə vermişdir. Məhkəmə onun hansı izahatına əsasən onun K-12 saylı əmrdən xəbərdar olduğunu göstərmişdir. Halbuki qətnamədə qeyd edilib ki, o, izahat verməkdən imtina etmişdir. Belə ki, o, əmək kitabçasını aldıqdan sonra K-12 saylı əmrlə işdən çıxmağı və onun səbəbini (hansı maddə ilə) bilmişdir. Bundan sonra Mediasiya Təklifi ilə cavabdehə müraciət etmişdir. O, Həmkarlar İttifaqının üzvü olsa da, X3 Heyətinin xx.xx.2023-cü il tarixli iclasına dəvət olunmamışdır. Buna baxmayaraq, məhkəmə Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndinin tələblərinin pozulmasına aydınlıq gətirməmişdir. Beləliklə yuxarıda göstərilən 3 hala məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə ƏM-nin 296.3-cü və MM-nin 377.1 və 375.2-ci maddəsinin tələblərini pozmuşdur. Qeyd edilən maddənin məzmunundan da görünür ki, əmrin, əmək kitabçasının verildiyi gündən işçi hüququnun pozulmasını aşkar edir. Məhkəmə bu iş üzrə qətnamə qəbul edərkən MM-nin 377.1, 375.2, ƏM-nin 296.3, 87.3,9-cu maddəsinin “k” bəndi, 71.2-ci və 296.1-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Şuşa şəhərində yaranmış narazılıq səbəbindən iş yeri üzrə rəhbərlik ona öz xahişi ilə işdən çıxmağı təklif etmişdir. O, buna etiraz etdiyindən rəhbərlik ondan qisas almaq məqsədilə xx.xx.2023-cü il tarixdə k-12 saylı əmrlə onu işdən azad edilmişdir. O, Şuşa şəhərində həftənin istirahət günündə ezamiyyətdə olmuşdur (xx.xx.2023-cü il tarixdə). Buna görə də növbəti günlərdə ona həmin günün əvəzinə əlavə istirahət verilməli idi. O, iddia ərizəsində bu faktı qeyd etsə də, məhkəmə bu hala heç bir hüquqi qiymət verməmişdir. Halbuki o, bu barədə iş yeri üzrə rəhbərliyə məlumat vermişdir və işdə olmayacağı barədə rəhbərliyə məlumat verməyini təsdiq edən disk yazısını məhkəməyə təqdim etmişdir. Lakin iş yeri üzrə rəhbərlik ondan xilas olmaq üçün əsassız əmr verməklə onun əmək hüququnu pozmuşdur. Məhkəmə bu faktı qərəzli olaraq araşdırmamış, ona hüquqi qiymət verməmişdir. Məhkəmə əsassız nəticəyə gələrək hesab etmişdir ki, işə gəlməməklə o, Mərkəzdə keçirilən tədbirlərin pozulmasına səbəb olmuşdur. Əslində belə bir hal olmamışdır. Cavabdeh İSO 9001 Keyfiyyət Sertifikatlarının şərtlərinə əməl etməklə işini qurmuşdur. Həmin iş prinsipinə əsasən işlər tapşırılarkən xüsusi blanklardan istifadə edilməklə rəhbərlik tərəfindən təsdiq edilməlidir. Cavabdeh göstərir ki, guya iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə iş tapşırığı verilmişdir. Əslində belə bir tapşırıq olmamışdır və rəhbərlik həmin günlərdə ona hər hansı bir tapşırıq verməmişdir. Qətnamədə qeyd edilmişdir ki, guya İddiaçı xx.xx.2023-ci il və xx.xx.2023-cü il tarixdə Mərkəzdə keçirilmiş tədbirlər zamanı iş yerini icazəsiz tərk etmişdir. Halbuki, həmin günlər o, axşam saat 18:00-dək işdə olsa da iş yeri üzrə rəhbərlik ona hər hansı bir tapşırıq verməmişdir. Bunu həmin tarixlərdə işlərin tapşırılmasını xüsusi blanklar təsdiq edə bilərlər. Həmin blanklar cavabdehdədir və o, məhkəmə araşdırmaları zamanı qeyd edilənləri məhkəmənin nəzərinə çatdırmışdır. Tələb etmişdir ki, həmin sənədlər yoxdur (yəni ona iş tapşırılmamışdır). Qeyd edilənlər bir daha təsdiq edir ki, onun əmək kitabçası dəfələrlə müraciətindən sonra, işdən azad edilməyi barədə əmrin verilməsindən 1 ay 15 gün sonra verilmişdir. Əslində yuxarıda adı çəkilən hüquq normalarının tələblərini işəgötürən qəsdən pozmaqla onun əmək kitabçasını qaytarmamışdır. Hesab etmişdir ki, verdiyi əmr əsaslı deyil, müddətin keçməsi ilə mübahisəyə son qoymaq olar. Mübahisəni araşdıran məhkəmə isə bu məsələdə cavabdehin qeyri-qanuni əməllərinə göz yumaraq qətnamə qəbul etmişdir. Məhkəmə ƏM-nin 296.3-cü maddəsinin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmə qətnamədə qeyd etsə də, hüququn pozulduğunun hansı gündə baş verdiyinə aydınlıq gətirməmişdir. Ona işdən çıxarılmağının səbəbi yalnız əmək kitabçasını aldığı zaman məlum olmuşdur. O, həmin vaxt bu barədə verilmiş əmri də tələb etmişdir. Lakin cavabdeh əmrin surətini ona verməmişdir. İddia müddətinin tətbiqi ilə əlaqədar məhkəmənin gəldiyi nəticə əsassızdır. Ona əmək kitabçası təqdim ediləndən sonra işdən çıxmağının səbəblərini bilmişdir və dərhal Mediasiya Təklifi ilə cavabdehə müraciət etmişdir. Mediasiya Prosessini keçəndən sonra məhkəməyə müraciət etmişdir. O, əmək kitabçasını xx.xx.2023-cü il tarixdə almışdır, mediasiya təklifini isə xx.xx.2023-cü ildə göndərmişdir. İddia müddəti ötürülməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz (münasibət) təqdim edərək etirazı iddia ərizəsinə qarşı etirazın (münasibət) məzmununa uyğun əsaslandırmışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
22. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinə və iddia ərizəsinə qarşı etirazların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 10-cu maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir; 19-cu maddəsinə əsasən işçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir; 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın tam təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və haqlı olaraq iddianı rədd etmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın tam və ya qismən təmin edilməsinə hər hansı əsas yoxdur.
29. Məhkəmə kollegiyası işin hallarına, habelə apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdehndə X14 baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, NK-12 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” və 72-ci maddəsinin “a” bəndləri rəhbər tutularaq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (xx.xx.2023-cü il tarixində aidiyyəti üzrə məlumatlandırmadan və heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməmişdir, habelə 25 may və 02 iyun 2023-cü il tarixlərdə Mərkəzdə keçirilmiş tədbirlər zamanı iş yerini icazəsiz tərk etmişdir) tutuduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
30. Hazırda iddiaçı əsassız və qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edildiyini, bununla bağlı rəsmiləşdirmənin də əmək qanunvericiliyinin tələbləri pozulmaqla aparıldığını iddia edir və bu barədə əmrin ləğv edilməsini və tutduğu vəzifəyə bərpa olunmaqla məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Eyni zamanda, bu tələb üzrə əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürmədiyini qeyd edir. Cavabdeh iddiaçının əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə işdən azad edildiyini bildirir, həmçinin, iddianın iddia müddəti ötürülməklə qaldırıldığına istinad edərək, iddianın, həmçinin, iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir.
31. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuş və işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması ilə əmək müqaviləsinin ləğv edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir.
32. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir; 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı; 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.
33. Əmək vəzifələrinin kobud pozulması isə o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərində mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar isə ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmışdır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə bütün iş günü işə gəlməməsi, habelə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Mərkəzdə keçirilən tədbirlər zamanı iş yerini icazəsiz tərk etməsi işin mübahisəsiz halıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə digər əməkdaşlar kimi istirahət edə bilmədiyindən istirahətini xx.xx.2023-cü il tarixdə keçirdiyini, bu barədə səlahiyyətli şəxsləri məlumatlandırdığını bildirir və bu halın təsdiqi olaraq “whatsapp” yazışmalarını təqdim edir.
35. Məhkəmə kollegiyası iş materiallarına istinadən iddiaçının bu arqumentinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işə gəlməyəcəyi (bu gündən istirahət günü kimi istifadə edəcəyini) barədə buna səlahiyyətli olan Mərkəzin X14 müdiri Elçin Rəştiyeva və X8 müdiri Şəlalə Əhmədovanı məlumatlandırmış, nədə ki, öz qərarını onlarla razılaşdırmış, bu barədə xəbər verməyi vəzifə baxımdan ondan aşağı olan və onun işə gəlməməsinin həlli məsələsində hər hansı səlahiyyətə malik olmayan şöbənin mütəxəssisi Rauf Qədirliyə tapşırmışdır. Halbuki, həmin gün (xx.xx.2023-cü il) Rauf Qədirlinin də istirahət günü olmuşdur. İddiaçının mövqeyinə əsasən Rauf Qədirli də öz növbəsində bu barədə xəbər verməyi digər mütəxəssis Elniz Salmanova tapşırmışdır. Halbuki, bu zəncirvari tapşırıqlar əvəzinə Rauf Qədirli kimi (izahatında göstərmişdir) iddiaçı da öz şöbəsinin müdirindən ən azı öz aralarında geniş istifadə etdikləri “whatsapp” sosial şəbəkə vasitəsi ilə ismarıc göndərməklə icazə ala bilərdi.
36. Digər tərəfdən Mərkəzin səlahiyyətli şəxslərinin iddiaçının xx.xx.2023-cü il tarixdə iş yerində olmamasının səbəbləri barədə məlumatlı olmaması onun özünün təqdim etdiyi “whatsapp” yazışması ilə də öz təsdiqini tapır. Belə ki, xx.xx.2023-cü il tarixə aid yazışmada iddiaçı onun bu gün istirahətdə olacağı barədə Rauf tərəfindən ona deyilibdeyilmədiyini Şəlalə Əhmədovadan soruşur. Sonuncu isə onunla danışandan sonra deyildiyini bildirir. Bundan sonra iddiaçının “Elnizin, onun yadından çıxıb sizə vaxtında demek” ismarıcına cavab olaraq, sadəcə “ok” yazır ki, bu da onun həmin günü işə gəlməməsinə Şəlalə Əhmədovanın razılıq verməsi kimi qiymətləndirilməsi üçün əsas yaratmır. Sadəcə olaraq Elniz adlı işçi tərəfindən ona bu barədə məlumatın verilməsini təsdiq etməsi anlamına gəlir.
37. Qeyd edilənlər, habelə təqdim edilmiş “whatsapp” yazışmasında olan digər ismarıclarla müraciət baxımından Şəlalə Əhmədovanın iddiaçı üçün əlçatımlı olmasını, xx.xx.2023-cü il tarixdə birbaşa onun özünə də müraciət etmək imkanının mövcudluğunu və nəhayət bu məsələlərin məhz icazə əsasında həll edildiyini təsdiq edir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Şəlalə Əhmədovaya müraciət edərək, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə Mərkəzdə işin olub-olmayacağnı soruşur. xx.xx.2023-cü il tarixdə isə ona müraciət edərək, notariat kontorunda işinin olduğunu bildirir və saat 14:15-də notariat kontoruna getməsinə icazə istəyir.
38. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, ümumiyyətlə Mərkəzdə istirahət günü ilə bağlı məsələnin bu qaydada həll edilməsi (işçilərin özü tərəfindən və məhz hər hansı əməkdaşa bir gün əvvəl məlumat verməklə, növbəti gün də “whatsapp” proqram tətbiqi vasitəsi ilə İnsan resursları şöbəsi ilə məlumatın onlara çatdırılıb-çatdırılmadığını dəqiqləşdirməklə işə gəlməmək) öz təsdiqini tapmır. Ona bu günün istirahət günü kimi verilməsini təsdiq edən hər hansı rəsmi sənəd mövcud deyil. İddiaçı özü də əvvəllər (bir dəfə olsun belə) bu qaydada hər hansı gündən istirahət günün kimi istifadə etməsini bildirmir.
39. Bununla belə, iddiaçı özünün müəyyən etdiyi qaydaya uyğun olaraq, xx.xx.2023cü il tarixini özünə istirahət günü elan etmiş və hüquqi nəticə etibarı ilə heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Bu səbəbdən həm Mərkəzin X14 müdiri Elçin Rəştiyev, həm də X8 müdiri Şəlalə Əhmədova iddiaçının xx.xx.2023-cü il tarixdə işə gəlmədiyini yalnız həmin tarixdə bilmişdilər. İddiaçının xx.xx.2023-cü il tarixdə işə gəlməməsi barədə xidməti məruzə ilə çıxış edən, habelə öz izahatlarında iddiaçının həmin tarixdə icazə almadan və hər hansı üzürlü səbəb göstərmədən işə gəlməməsini təsdiq edən şəxslərin məhz iddiaçının (iddiaçı onun işə gəlməməsinin səbəbləri barədə bu şəxslərin məlumatlı olduğunu bildirir) istinad etdiyi şəxslər olması birmənalı şəkildə onun bu dəlillərinin əsassız olduğunu təsdiq edir. Göstərilən bu hal da Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin iddiaçı tərəfindən pozulması anlamı daşıyır.
40. İddiaçı xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə Mərkəzdə keçirilmiş tədbirlər zamanı iş yerini məlumat vermədən icazəsiz tərk etməsinə münasibətdə isə həmin gün işdə olduğunu və iş saatı bitdikdən sonra, yəni 18:00-da iş yerini tərk etdiyini bildirmişdir.
41. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tutduğu vəzifəyə görə Şöbənin müdirindən sonrakı şəxsdir. Bu baxımdan həmin günlərdə ona hər hansı xüsusi tapşırığın verilməməsi onu ümumi nəzarəti həyata keçirmək vəzifəsindən nə azad edir, nədə ki, onun bu vəzifəsini istisna edir. İddiaçı əvvəllərdə Mərkəzdə tədbirlər olan zaman sərbəst şəkildə saat 18:00-da iş vaxtının bitməsi əsası ilə işdən getdiyini bildirmir. Ümumiyyətlə 25 may və 02 iyun tarixlərdə iddiaçıdan başqa həmin şöbənin hər hansı əməkdaşının saat 18:00-da iş vaxtının bitməsi əsası ilə işdən getdiyi göstərilmir. Cavabdeh direkotrunun xx.xx.2021-ci il tarixli əmri ilə təsdiq edilmiş X14 Baş Mütəxəssisinin vəzifə təlimatlarınının 2.2.5 və 2.2.7-ci bəndlərinə əsasən “mühafizə olunan yerlərdə mühafizə cihazlarına və sistemlərin tətbiqlərinə nəzarət etmək və Mərkəzdə müxtəlif tədbirlərin (konfrans, sammit, forum, sərgi və s.) keçirilməsi zamanı təşkilatdaxili təhlükəsizlik tədbirlərini həyata keçirmək” iddiaçının əsas vəzifələrinə aid edilmişdir. İddiaçının Mərkəzdə tədbir davam etdiyi müddətdə heç kimə məlumat vermədən iş yerini tərk etməsi onun vəzifə təlimatlarında nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməkdən boyun qaçırması mənasını daşıyır.
42. Nəzərə alınmalıdır ki, Mərkəzin direktoru tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş şöbənin əsasnaməsinə əsasən şöbənin Mərkəzin inzibati binasında və mühafizə olunan yerlərdə buraxılış qaydalarına riayət olunmasına nəzarəti həyata keçirmək, habelə mühafizə işini təşkil etmək şöbənin fəaliyyət istiqamətlərinə və vəzifələrinə aid edilmişdir. Qeyd edilənlər iddiaçının iş vaxtının normalaşdırılmış olmadığını, Mərkəzdə keçirilən tədbirlərdən (onların başlama və bitmə saatları nəzərə alınmaqla) asılı olaraq müəyyən edildiyini təsdiq edir. Bu baxımdan iddiaçı 2023-cü ilin 25 may və 02 iyun tarixlərdə 18:00dan sonra Mərkəzdə tədbirlərin keçirilməsinə baxmayaraq, 18:00-da bu barədə hər hansı məlumat vermədən, o cümlədən icazə almadan iş yerini tərk etməsi onun vəzifə öhdəliklərinin icrası bitmədən iş yerini tərk etməsi, bununla da özünün əmək funksiyasını yerinə yetirməməsi kimi qiymətləndirilməlidir.
43. Məhkəmə kollegiyası Mərkəzin fəaliyyət istiqamətlərini, xüsusilə də 25 may və 02 iyun tarixlərində Mərkəzdə geniş tədbirlərin keçirildiyini, habelə əsasnaməsinə əsasən Mərkəzin inzibati binasına və mühafizə olunan digər yerlərə buraxılış qaydalarına riayət olunmasına nəzarətin və təhlükəsizlik tədbirlərinin məhz Daxili nəzarət şöbəsi tərəfindən həyata keçirilməsini, mühafizə işinin təşkilinin təmin edilməsi vəzifəsinin də şöbənin üzərinə qoyulmasını nəzərə alıb, belə qənaətə gəlir ki, 2023-cü ilin 24 may tarixində heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməklə, habelə 25 may və 02 iyun tarixlərdə iş vaxtı bitmədən iş yerini tərk etməklə etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməmiş nəticədə həmin günlər, xüsusilə də tədbirlərin keçirildiyi 25 may və 02 iyun tarixlərdə nəinki əməkdaşı olduğu şöbədə, ümumiyyətlə bütün Mərkəzdə mövcud olan əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Qeyd edilənlər onun bu hərəkətlərini özünün əmək funksiyasını yerinə yetirməməsi və Əmək Məcəllənin 72-ci maddəsinin “a” bəndinin tələblərinin pozulması kimi qiymətləndirilməsi üçün əsas yaradır və hüquqi nəticə etibarı ilə onunla bağlanmış əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsini şərtləndirir.
44. Nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixdə “whatsapp” proqram tətbiqi üzərindən Şəlalə Əhmədovaya göndərdiyi ismarıcla iddiaçı ona verilmiş tapşırıqları icra etmədiyini dolayısı ilə etiraf etmişdir. Belə ki, iddiaçı sonuncuya “Birdə Şəlalə xanım məni işimə bərpa eləsələr, hər şeyi unutmağa, verilən tapşırıqları qeyri şərtsiz icra etməyə hazıram” məzmunlu ismarıc göndərimişdir.
45. Məhkəmə kollegiyası iddiaçının ondan izahatın alınmaması və bununla da əmək qanunvericiliyinin tələblərinin pozulması barədə fikirləri ilə bağlı qeyd edir ki, 187-ci maddənin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahatı intizam xətasına yol verilməsinin səbəb və şəraitin aydınlaşdırılması, habelə işçinin təqsirinin dərəcəsini müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb etməklə yanaşı, tətbiq olunacaq intizam tənbehinin hüquqauyğun hesab edilməsinin təminatlarından biri qismində çıxış edir. Yazılı izahatın olması gələcəkdə tərəflərdən hər hansı biri düşünülmüş və qərəzli şəkildə izahatın yazılmasına səbəb olmuş hadisəni reallığa uyğun təsvir edilməməsinin bilavasitə qarşısını alır. Lakin işçinin yazılı izahat verməkdən imtina etməsi də istisna deyil ki, bu hal intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir ki, cavabdeh tərəfindən də bu prosedura riayət edilmiş və 26 may 2023-cü il tarixdə Mərkəzin X14 müdirinin, X8 müdirinin və şöbənin baş mütəxəssisinin imzası ilə təsdiq edilmiş akt tərtib edilmişdir. Həmin aktdan da görünür ki, xx.xx.2023-cü il tarixdə heç bir üzürlü səbəb olmadan bütün günü işə gəlməməsi və xx.xx.2023-cü il tarixdə Mərkəzdə keçirilmiş proqram zamanı iş yerini heç kimə məlumat vermədən özbaşına tərk etməsinə dair iddiaçıdan izahatın yazılması tələb edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. Bu aktın mövcudluğu artıq iddiaçının dəlillərini əsassız edir.
46. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, iddiaçının Mərkəzin X6 Komitəsinin Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli iclasına dəvət edilməməsi və nəticə etibarı ilə həmin iclasda iştirak etməməsi Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndinin tələblərinin pozulması kimi qiymətləndirilə və xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, həmin qurumun bu qəbildən olan iclaslarında barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “b “ və ya “ç” bəndinin tətbiq edilməsi məsələsi qaldırılan işçinin imperativ qaydada iştirak etməsi nəzərdə tutulmamış və onun bu iclasda iştirak etməməsinin həmin iclas üzrə qərarın qanunsuz və ya etibarsız hesab edilməsinin əsaslarından biri kimi müəyyən edilməmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli iclasda məhz iddiaçının məsələsinə baxılmış və bu baxımdan həmin iclas iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 9-cu maddəsinin “k” bəndində göstərilən kütləvi tədbir hesab edilə bilməz.
47. Cavabdeh tərəfindən həmin quruma iddiaçı ilə bağlı məsələ üzrə əsaslandrıma sənədləri də əlavə etməklə əsaslandırılmış yazılı təqdimatla müraciət edilməsi, bu qurum tərəfindən həmin təqdimata müəyyən edilmiş müddətlər çərçivəsində baxılması və əsaslandırılmış yazılı qərar qəbul edilməklə cavabdehə göndərilməsi hüquqi nəticə etibarı ilə bu məsələni tənzimləyən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə riayət edildiyini təsdiq edir.
48. Hazırki əmrin Şuşa şəhərində olan zaman şöbənin müdiri ilə aralarında yaranmış ixtilafın nəticəsi olaraq verilməsi barədə iddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçıya onun əməkdaşı olduğu şöbənin müdiri tərəfindən Şuşa Xalça muzeyində nəzarətçi vəzifəsinin yerinə yetirilməsi tapşırılsa da, o, bu işin onun tutduğu vəzifəyə uyğun olmamasını bildirmiş və həmin tapşırığı yerinə yetirməkdən imtina etmişdir. Halbuki, vəzifəsi barədə təlimatın 2.2.15-ci yarımbəndinə əsasən Mərkəzin rəhbərliyi və Şöbə müdiri tərəfindən həvalə edilmiş digər vəzifələrin həyata keçirilməsi də onun vəzifələrinə aid edilmişdir. Bununla belə, iddiaçı Şöbənin müdirinin qeyd edilən tapşırığını icra etməkdən imtina etməklə hüquqi nəticə etibarı ilə özünün əmək funksiyasını yerinə yetirməkdən imtina etmişdir. Halbuki, iddiaçı özü də məhkəmə iclası zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, şöbədəki əməkdaşlar hər hansı fors-major səbəblərdən öz vəzifələrini icra edə bilmədikdə onların əvəzinə o Xalça muzeyində nəzarətçi vəzifəsini yerinə yetirərdi. Başqa sözlə, əmək qanunvericiliyinin tələbləıri Şöbənin müdiri tərəfindən qeyd edilən tapşırığın verilməsi ilə deyil, iddiaçının bu tapşırığı yerinə yetirməməsi ilə pozulmuşdur.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı mediasiya təşkilatına əmək qanunvericiliyində bu qəbildən olan mübahisələr üçün nəzərdə tutulmuş iddia müddətini ötürmədən (iddiaçı əmək kitabçasını xx.xx.2023-cü il tarixdə almış və bundan 11 gün sonra - xx.xx.2023-cü il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. “whatsapp” proqram tətbiqi vasitəsi ilə onun tərəfindən xx.xx.2023-cü il tarixdə Şəlalə Əhmədovaya göndərilmiş ismarıcdan da onun hansı səbəbdən işdən çıxarılması barədə məlumatlı olmadığı təsdiq edilir) müraciət etmişdir. Bu səbəbdən hazırki iddia iddia müddəti tətbiq edilməklə rədd edilə bilməz. Lakin buna baxmayaraq, yuxarıda göstərilən halların mövcudluğu birmənalı şəkildə iddianın rədd edilməsini şərtləndirir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-393-cü, 403-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3806/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.