Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-178/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), ŞirinovZiyaAllahverdi oğlu və X2 ibarət tərkibdə,məhkəmə iclas katibi X5 katibliyi, Cavabdeh və onun nümayədəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı-nin Cavabdeh qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-57/2018 saylı qətnaməsindən və xx xxxx 2018-ci il tarixli, 2(008)-57/2018 saylı əlavə qətnaməsindən cavabdeh tərəfindənverilmişapellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən 21793 ABŞ dolları əsas borcun, 7502 ABŞ dolları faiz borcunun, cəmi 29295 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus, ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən 56 saylı mənzilə yönəldilməsi, həmin mənzildə olan şəxslərin mənzildən istifadə hüquqlarına xitam verilərək, açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra 1 ay ərzində boşaldılması və satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-57/2018 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) iddia qismən təmin olunmuş, Cavabdeh 21793 ABŞ dolları əsas borcun, 7502 ABŞ dolları faiz borcunun, cəmi 29295 ABŞ dolları məbləğində borcun (ödənildiyi anda Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus ipoteka qoyulmuş ünvan 1, mənzil 56 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan məbləğdən 29295 ABŞ dolları pulun iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)- 57/2018 saylı əlavə qətnaməsi ilə cavabdehin mülkiyyətində olan ünvan 1, mənzil 56 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 90000 manat məbləğində müəyyən olunması qət edilmişdir. Cavabdeh qeyd edilən qətnamədən və əlavə qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit ödənişlərini vaxtında həyata keçirməsi, lakin ölkədə baş vermiş devalivasiyalar nəticəsində ABŞ dollarının məzənnəsinin artması, bu səbəbdən də ödənişləri lazımınca edə bilməməsi, bank tərəfindən kredit borcunun düzgün hesablanmaması, ödənişlərinin tam nəzərə alınmaması, kredit müqaviləsinin müddətinin xx xxxxxx 2017-ci il tarixdə başa çatmasına baxmayaraq faizlərin artıq hesablanması, kredit borcunun dəqiqləşdirilməsi üçün mühasibatlıq ekspertizasının təyin olunmaması, ipotekanın dəyənin aşağı müəyyən olunması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəməbaxışındaiştirakedəncavabdehtərəfapellyasiyaşikayətinimüdafiəedərək, oradagöstəriləndəlillərəuyğunizahatvermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsinixahişetmişlər. İşəbaxılması ilə bağlı məhkəmə iclasınınyerivəvaxtıbarədəiddiaçıyarəsmi qaydada məlumatverilmiş, lakin nümayəndəsiməhkəməiclasınagəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçınınnümayəndəsininiştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsinivəizahatları dinləyib, işüzrətoplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə vəişüzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinciinstansiyaməhkəməsininqətnaməsivəəlavəqətnaməsiqismənləğvedilməlidir. Beləki, işdə olan tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 29 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 24 faiz hesablanmaq şərti ilə 60000 ABŞ dolları kredit verilmişdir. İşdə olan tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 29 saylı ipoteka müqaviləsindən görünür ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini kimi mülkiyyətində olan ünvan 1, mənzil 56 ünvanda yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İşdə olan xx xxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, xx xxx 2018-ci il tarixinə cavabdehin 21793 ABŞ dolları əsas borcu, 7502 ABŞ dolları faiz borcu mövcud olmuşdur. Məhkəməkollegiyasıapellyasiyaşikayətinindəlilləriiləqismənrazılaşaraqilkinolaraqqeydedirki , birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun məbləğinin dəqiqləşdirilməsi üçün ekspertiza təyin etməmiş, yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışına əsaslanmışdır (apellyasiya şikayətinin dəlillərinin bir hissəsi də məhz bununla bağlı olmuşdur). Apellyasiyaicraatızamanıtəyinedilmişməhkəməmühasibatlıqekspertizasınınrəyi(MəhkəməEkspertizasıMərkəzininxx xxxxxx 2020-ciiltarixli, 24886 saylırəyi)iləmüəyyənolunmuşdurki, cavabdehinxx xxx 2018-ciiltarixə (maliyyəarayışındagöstəriləntarixə) əsasborcu 31779,47 ABŞdolları, faizborcu994,52 ABŞdollarıtəşkiletmişdir. Göründüyükimi, faizborcutələbhəddindənazməbləğdəmüəyyənolunmuşdur. Busəbəbdəndə, məhkəməkollegiyasıapellyasiyaşikayətininbuistiqamətdədəlilləriiləqismənrazılaşaraqhesabedirki, qətnaməfaizlərintutulmasıhissəsindələğvolunmalı, faizlərinməbləği994,52 ABŞdollarımüəyyənedilməlidir(ekspertizarəyiiləəsasborcunməbləğiiddiatələbindənyuxarımüəyyən olduğundan, məhkəməkollegiyasıtələbdənkənaraçıxmağızərurihesabetmir). Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin əlavəqətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin 90000 manat müəyyən olunması iləbağlımübahisələndirmiş, yaşayış sahəsinin dəyərinin daha artıq olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlilinə də münasibət bildirərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan ipotekamüqaviləsindəngörünürki, tərəflərinqarşılıqlırazılığınaəsasənipotekanındəyəri90000 manathəddindəmüəyyənolunmuşdur. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmetinin ilkin satış qiyməti barədə mübahisə olduğundan, birinci instansiya məhkəməsi tərəfindən müstəqil qiymətləndirici təyin olunmuşdur. İşdə olan «xxxxxxxxxxxxxxxxx» MMC tərəfindən tərtib olunmuş xx xxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ipoteka qoyulmuş ünvan 1, mənzil 56 ünvanda yerləşən fərdi yaşayış evinin bazar dəyəri 90000 manat müəyyən olunmuşdur. Rəydən (rəyin 12-ci səhifəsi) görünür ki, ipoteka qoyulmuş daşınmaz əmlakın dəyəri müəyyən olunan zamanı müqayisə üçün analoqların seçimi – Qaradağ rayonu Lökbatan ərazisində yerləşən yerli əmlak alqı-satqı ofislərindən götürülmüşdür. Halbuki, ipoteka qoyulmuş daşınmaz əmlak Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşir. Göründüyü kimi, ipoteka qoyulmuş daşınmaz əmlakın dəyəri müəyyən olunankən onun yerləşdiyi ərazi üzrə deyil, başqa ərazidə müqayisə üçün analoqlar toplanmışdır. Eyni zamanda, rəydə müqayisə olunan daşınmaz əmlaklar konkret olaraq göstərilməmişdir. Bu səbəbdən də, apellyasiya icraatı zamanı ipoteka qoyulmuş daşınmaz əmlakın dəyərinin müstəqil qiymətləndirici tərəfindən yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır (məhkəmə kollegiyası, həmçinin ipoteka müqaviləsinin bağlanmasından 5 ildən çox müddət keçməsini və bu müddət ərzində daşınmaz əmlakların dəyərinin dəyişməsi ehtimalını da nəzərə almışdır). Məhkəməyə daxil olmuş, qiymətləndirici «xxxxxxxxxxxxxxx» MMC-nin13fevral 2020-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazardəyəri110000 manat müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ipotekanın ilkin satış qiymətinin 110000 manat həddində müəyyən olunması obyektiv və ədalətlidir.Birinciinstansiyaməhkəməsihəminhissədətamvəətraflıaraşdırmaaparmamışdır. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Cavabdeh qalan hissələrdə etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəməkollegiyası, işinfaktikihallarını, qanunvericiliyinqeydedilənnormalarınınəzərəalaraq, hesabedirki, qətnaməvəəlavəqətnaməfaizlərintutulmasıvəipotekanınilkinsatışqiymətininmüəyyənolunmasıhissə lərindələğvolunmalı, iddiahəminhissələrdəqisməntəminolunmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 200 manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı-nin Cavabdeh qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)-57/2018 saylı qətnaməsindən və xx xxxx 2018-ci il tarixli, 2(008)-57/2018 saylı əlavə qətnaməsindən cavabdeh tərəfindənverilmişapellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(008)- 57/2018 saylı qətnaməsi və xx xxxx 2018-ci il tarixli, 2(008)-57/2018 saylı əlavə qətnaməsi qismən, yəni kredit müqaviləsi üzrəfaizlərintutulmasıvəipotekanınilkinsatışqiymətininmüəyyənolunmasıhissələrindələğvolunsun. Cavabdehdəniddiaçınınxeyrinətutulmalıolanfaizlərinməbləği994,52 (doqquzyüzdoxsandördABŞdolları, 52 sent) ABŞdolları(ödənildiyi anda Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə)müəyyənedilsin. İpotekapredmetiolanünvan 1, mənzil 56 ünvanda yerləşən fərdi yaşayış evininilkinsatışqiyməti 110000 (biryüzonamin) manatmüəyyənedilsin. Qətnaməqalanhissələrdəapellyasiyaşikayətinəəsasəndəyişdirilmədənsaxlanılsın. MəhkəməxərciCavabdehaidedilsin. Cavabdehdən200 (ikiyüz) manattutlaraqMəhkəməEkspertizasıMərkəzinə(ekspertizaxərclərinədairbildirişlərəəsasənxərcinkeçiriləc əyihesab – DövlətXəzinədarlığıAğentliyi, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ41NABZ********************, SWİFTBİKCTREAZ22, MəhkəməEkspertizasıMərkəziVÖEN **********, hesabAZ34CTRE********************)ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-178/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-178/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver