Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1782/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeḣ Məmmədəlı̇ oğlunun iştirakları ilə, iddiaçı "zaq̇ ırəzA" İstehsalat Bı̇ rlı̇ yinin Cavabdeḣ Məmmədəlı̇ oğluna qarşı "borcun ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5092/2020 nömrəli işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı "zaq̇ ırəzA" İstehsalat Bı̇ rlı̇ yinin tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2953,80 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 2983.80 manat məbləğində borcun məcburi qaydada tutularaq İddiaçı Azərbaycan X3 şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: xx.xx.2019-cu il tarixli, AKX-00935xx/xx-2019 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə Müqavilə ilə, Cavabdeh ilə İddiaçı İB arasında cavabdehə məxsus mənzilin təbii qazla təchiz edilməsinə dair müqavilə bağlanmışdır; **********000013 nömrəli abonentin saldosuna əsasən, Cavabdeh məxsus fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2020-ci il üçün 2953 manat borc yaranmışdır;xx.xx.2020-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2020-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2020-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, abonentin təbii qazdam qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, abonentin təbii qazdam qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, abonentin təbii qazdam qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, abonentin təbii qazdam qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən, abonentin təbii qazdam qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur; (səh.7, 16, 27, 30,33, 39, 42,45,47, 49) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5092/2020 nömrəli işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 77.2, 88, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı cavabdehin kənar xəttə qoşulduğu üçün akt tərtib edərək məhkəməyə təqdim etmiş və həmin aktlara əsasən borcun hesablandığını iddia edir. Aktın tərtib olunması vaxtı kənar xəttin olması iş materialları ilə sübuta yetirilmir. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkil təqdim edilmiş, lakin həmin fotoşəkillərin cavabdehə məxsus olan evə aid olması müəyyən edilmir. Eyni zamanda “Gasrep” proqramından görünür ki, **********00001 abonent kodu olan Cavabdeh istifadə olunmuş qaz sərfiyyatına görə mütəmadi olaraq ödənişlər həyata keçirmişdir. İddiaçı apellyasiya şikayəti verərək, İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunması, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)- 5092/2020 saylı qətnaməsi ləğv edilməsi, İddiaçı İB-nın Cavabdeh qarşı iddia tələbinin təmin edilməsi, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi üçün İddiaçı İB-nın ümumilikdə ödədiyi dövlət rüsumu cavabdehə aid edilsin və bu məqsədlə 45,80 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməsi xahiş edilmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.2, 119.1, 385.1; «Qaz təchizatı haqqında» Qanununun 6.2, 20, 22-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya vuruimuş maddi zərər cavabdehin təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq cavabdehin qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir.Birliyin mühəndis-usta heyəti məhkəmənin tapşırığı əsasında onun ünvanında olmuş, cavabdehin iştirakı ilə qaz xəttinin yerində tədqiqatı keçirilmiş və vaxtilə qanunsuz qaz xəttinin qoşulu olmuş olduğu yer müəyyən edilərək videolentə alınmışdır (CD disk şikayətə əlavə olunur).Çəkilmiş video kadr məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə iddianı rədd etmiş və diqqətinə çatdırıldığı video lenti sübut kimi qiymətləndirməmiş, yalnız iş materialları arasında olan fotoşəkillər əsasında mülki işə qiymət verərək həmin fotoşəkillərin cavabdehə məxsus olan evə aid olmamasını göstərmişdir. Biri-birini, tamamlayan və biri-birinə uyğun gələn sübutlar məhkəməyə təqdim edilsə də məhkəmə iddia tələbini əsassız yerə rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-4111/2021saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(008)- 5092/2020 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 2(102)-5543/2021saylı işi üzrə xx.xx.2021-ci il tarixli qərar ilə, iddiaçı "Azəriqaz” İB-nin kassasiya şikayətinin təmin edilməsi və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4111 /2021 nömrəli 29 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır.Qərarda Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 392.1.5, 407.2, 416, 417.1.1, 418.1, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı apellyasiya şikayətində dəlil kimi video kadrların məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmənin video kadrları sübut kimi qəbul etmədiyini bildirsə də, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətinin həmin dəlilinə bir cümlə ilə olsa da qiymət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsində yazılanları təkrar etməklə həmin dəlilləri məhkəmə tədqiqatından kənarda saxlamışdır. Bu baxımdan, iddiaçının dəlillərinə qiymət vermədiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsaslılığına qiymət verə bilmir.Apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., "G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.Qeyd edilənlər baxımdan, apellyasiya məhkəməsinin qətnaməsi əsaslı və qanuni sayıla bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması, dəlillərə qiymət verilməli olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, kompleks məhkəməmühasibatlıq və məhkəmə-texniki ekspertizaları təyin edilmiş, xx.xx.2022-ci il tarixli ekspertizanın rəyində qeyd edilmişdir ki, ünvan 1 ünvanına baxış zamanı ərazidə təmirbərpa işləri aparılmaqla tədqiqat obyektinin ilkin vəziyyətdə saxlanılmadığını, mülki iş materiallarında olan "Təbii qazdan qaydalarının pozulması haqqında aktlara əlavə edilmiş fotoşəkillərdə paylayıcı qaz xəttinin dayağının üst hissəsində olan borucuqdan yaşayış evinə qazın ötürülməsini özündə əks etdirən halların müəyyən edilməiyini nəzərə alaraq, iddiaçı tərəfindən abonentin hesabına hesablanmış borcun sayğacdan kənar müdaxilə səbəbindən yaranıb-yaranmamasını, habelə iddiaçının abonent hesabına hesablanmış borcun hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmadı. Ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, tərtib olunmuş aktlardan birinin müdaxilə, digərlərinin isə qanunsuz qoşulma ilə bağlı tərtib edildiyini, sonuncu aktdan sonra qanunsuz qoşulma olmadığını, ekspert rəyi ilə razı olduqlarını, çünki ekspertin mövcud vəziyyətə uyğun olaraq rəy verdiyini, cavabdehin divarına bitişik olan sayğacda qanunsuz qoşulmaya dair xarakterik əlamət olan borucuq xəttinin olduğunu, qanunsuz qoşulmanın əlaməti olan borucuğun olduğunu əks etdirən video görüntünün iş materialına əlavə edilmiş diskdə mövcud olduğunu bildirmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeḣ Məmmədəlı̇ oğlu apellyasiya şikayətini qəbul etməyərək, hər ay ödənişlər etdiyini, sayğaca qanunsuz qoşulma olmadığını, baxış keçirilən zaman heç bir müdaxilə aşkar edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı 420-ci maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri və kassasiya instansiya məhkəməsinin göstərişləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Qeyd edilməlidir ki, keçirilən ekspertiza ilə borcun səbəblərin və məbləğin müəyyən etmək mümkün olmamış və bununla qətnamənin düzgünlüyü bir daha təsdiq edilmişdir Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli, ekspertiza xərci iddiaçıdan tutulmalı və iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5092/2020 nömrəli işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz ) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin
Məhkəmə qərarları › İş №2(103)-1782/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1782/2022
04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver