Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1783/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Kazımov Elşən Cəlaləddin oğlu və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və əmlakların boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-362/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı – cavabdehin xx.xx.2020-ci il tarixli 012- 7299139TK270220-01 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə 51000 manat əsas borc, 17041,06 faiz, 6,58 manat cərimə, cəmi 68047,64 manat və xx.xx.2020-ci il tarixli ***-*******TK110220-02 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə kredit üzrə cəmi borcu 129446,41 manat əsas, 31716,73 manat faiz, 6,18 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi, 512 A nömrəli torpaq sahəsinə və ünvan 2ış evinə yönəlməsi, əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakların açıq həracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-362/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 97723,5 manat məbləğində əsas borc, 59312,16 manat məbləğində faiz borcu, 6,18 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 157041,84 manat məbləğində kredit borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 51000 manat əsas borc, 31443,46 manat faiz borcu, 6,58 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 82450,04 manat məbləğində kredit borcu, 30 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 80 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmsı üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, tələb cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və ünvan 2ış evinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ilkin satış qiyməti 40.000 manat və ünvan 2ış evinin ilkin satış qiyməti 180.000 manat məbləğində olmaqla, torpaq sahəsi və fərdi yaşayış evi açıq hərracdan satılması və həmin əmlakların satılmasından əldə edilən vəsaitdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi 157041,84 manat məbləğində kredit borcu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi 82450,04 manat məbləğində kredit borcu, 30 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, 80 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmsı üçün ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçıya ödənilməsi, borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğin cavabdehə qaytarılması, tutma yönəldikdən və onlar satıldıqdan sonra torpaq sahəsi və fərdi yaşayış evi boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, 272 manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı 01 mart 2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh tərəfindən banka olan hər iki müqavilə üzrə borcları tam ödəmişdir. Cavabdeh qarşı heç bir şikayətləri yoxdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, kollegiya işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Bununla yanaşı, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıya olan borcunun tam ödənildiyini və bununla bağlı ona müvafiq məktub verildiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbindən imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdən müəyyən edilir ki, cavabdeh iddiaçıya olan hər iki müqavilə üzrə borcunu tam ödənilmiş və iddiaçının cavabdehə qarşı heç bir şikayəti yoxdur. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında artıq mübahisə qalmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-362/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu məbləğləri onu ödəmiş şəxslərin özlərinə aid olunsun. 272 (iki yüz yetmiş iki) manat məbləğində ekspertiza aparılması üçün çəkilmiş xərclərin dəyəri Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************”). Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1783/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1783/2023
01.03.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver