Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-179/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2, onun və digər Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 xx.xx.2018-ci il tarixli, RB/MF-5182 saylı Baş kredit müqaviləsi üzrə əsas borca irə 153 400,86 ABŞ dolları, faiz borcuna görə 34902,45 ABŞ dolları, cərimə borcuna görə 50000 ABŞ dolları olmaqla borcun cəmi məbləğində 238303,31 ABŞ dolları və bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması, tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m. olan 77 nömrəli bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bağ evinin boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-288/20 saylı iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia qismən edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı ərizə göndərərək tələbin əsas kredit borcunun 73421,44 ABŞ dolları hissəsindən və tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m. olan 77 nömrəli bağ evinə yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması hissəsindən imtina etdiklərini bildirmiş, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 əsas kredit borcu üzrə 79979,42 ABŞ dolları, faiz borcu üzrə 34902,45 ABŞ dolları, cərimə borcu üzrə 1000 ABŞ dolları olmaqla, cəmi 115881,87 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair tələb üzrə məhkəmə icraatının isə davam etdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiadan qismən imtina barədə ərizəni müzakirə edərək hesab edir ki, imtina qəbul edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. MPM-ə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur (maddə 370). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir (maddə 191.2, 261.0.4). Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir (maddə 391). Məhkəmə kollegiyası hesab edir ki, iddiadan hissəvi imtina qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv olunmalı və mülki işin icraatına həmin hissədə xitam verilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 261, 391, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin iddiadan qismən imtinası qəbul edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən - əsas kredit borcuna görə 73421,44 ABŞ dolları tutulması və tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 0,2448 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 30,84 kv.m. olan 77 nömrəli bağ evinə yönəldilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit məbləğinin ödənilməsinə yönəldilməsi, daşınmaz əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması hissələrində ləğv edilsin. Mülki işin icraatına həmin hissələrdə xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-179/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-179/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver