Məhkəmə qərarları › İş №2(103)-179/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-179/2024

25.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-179/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (X10, Bakı şəhəri Şüvəlan rayon Bələdiyyəsi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-179/2024 (Açar sözlər: torpaq sahəsindən çıxarma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X11 və X8 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Bakı şəhəri Şüvəlan rayon Bələdiyyəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (X10, Bakı şəhəri Şüvəlan rayon Bələdiyyəsi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-96/2022 saylı qətnaməsindən Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə 25 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şüvəlan Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən iddiaçıya Şüvəlan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və bələdiyyə ilə aralarında alqı-satqı müqavilə bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Şüvəlan bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün İddiaçı Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsindən çıxıralaraq həmin torpaq sahəsi İddiaçı istifadə və sahibliyinə verilməsi, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikili onların hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şüvəlan Bələdiyyəsinin 28 noyabr 2005ci il tarixli sərəncamına əsasən ona Şüvəlan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmış və bələdiyyə ilə aralarında alqı-satqı müqavilə bağlanmışdır. O torpaq sahəsini 2.4 metr hündürlüyündə daş hasara almış, lakin maddi çətinlik səbəbindən tikinti işlərini dayandırmışdır. Cavabdehlər ona məxsus olan torpaq sahəsini zəbt etmişdir. Onların qanunsuz hərəkətlərinə görə polisə müraciət etmişdir. Polisin qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh1 polisə verdiyi izahatında qeyd edilən faktların hamısını etiraf etmişdir. İddia ərizəsinə əlavə etdiyi cizgi və xəritədən çıxarışdan görünür ki, Şüvəlan Bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli sərəncamına əsasən ona ayrılmış Şüvəlan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün 1200 kv.m torpaq sahəsinin cizgi və xəritədən çıxarışı təsdiq edilmiş və torpaq sahəsinin koordinatları müəyyən edilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-96/2022 saylı qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Bakı şəhəri Şüvəlan bələdiyyəsinin 28 noyabr 2005- ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün İddiaçı Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin İddiaçı istifadə və sahibliyinə verilməsi, həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa olunmuş tikilinin onların hesabına sökülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə aparılmış mütəxəssiss tədqiqatının dəyəri olan 311 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3dan tutularaq İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin 4.1, 14.2, 77.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmənin iclasında iştirakı təmin edilməmiş, ona görə də iddianın əsassız olması barədə mövqeyi əsaslandıra bilməmişdir. İddiaçı Səidov X7 bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün ona Şüvəlan qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsində cavabdehlərin ev tikdirməsini qeyd etsə də, hesab edir ki, onun həmin dəlilləri əsassızdır. Belə ki, onun hazırda istifadəsində və sahibliyində olan torpaq sahəsi iddiaçının iddia ərizəsində qeyd olunduğu kimi onun tərəfindən hasara alınmamışdır. Qeyd olunan ərazi zibillik kimi istifadə olunmuşdur. Onun atası X9 ikən 2003-2004-cü illərdə bələdiyyəyə müəyyən məbləğdə pul ödəyərək almışdır. Həmin sahəni onlar hələ cavabdeh ərə getməmişdən əvvəl təmizləmiş və hasar çəkdirmişlər. O, ailə həyatı qurandan sonra atası həmin torpağı ona bağışlayıb və onlar 2010-cu il tarixdə həmin yerdə ev tikdirmişlər. Qeyd olunan torpaq sahəsini nə zibildən təmizləyərkən, nə də hasar və ev tikdirərkən heç kim, o cümlədən İddiaçı gəlib həmin torpaq sahəsinin onun olmasını bildirməmiş, həmçinin kənd icra nümayəndəliyi və bələdiyyənin də tikilidən xəbərləri olmuş və onların orada yaşadıqlarını bilmişlər. Qeyd olunan torpaq sahəsində 2010-cu ildən yaşayırlar, torpaq sahəsinə isə 2004-cü ildə atası hasar çəkdirmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi kimi mübahisəli torpaq sahəsini Şüvəlan bələdiyyəsinin 24 nömrəli qərarı ilə 28 noyabr 2005-ci il tarixdə almışdırsa, niyə iddianı həmin torpaq sahəsində hasar çəkdirəndə və ev tikdirən zaman deyil, həmin vaxtdan 17 ildən çox vaxt keçdikdən sonra hazırda qaldırır. Ona görə də hesab edir, hazırda istifadələrində və sahibliklərində olan torpaq sahəsi İddiaçı guya Şüvəlan bələdiyyəsinin 28 noyabr 2005-ci il tarixli, 24 nömrəli qərarı ilə fərdi evin tikilməsi üçün ayrılmış torpaq sahəsi deyil, ya da qeyd olunan sənəd sonradan saxta yollarla alınmış sənəddir.

8. Qətnamədən həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə olan sənədlərin özlüyündə mötəbər olmaması iddiaçının mübahisəli torpaq sahəsinə hüquqlarının yaranmasını inkar edir. Belə olan halda iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. Digər tərəfdən iş üzrə keçirilmiş ekspertiza rəylərinə əsasən cavabdehlərin istifadəsində hazırda 0.1506 ha torpaq olduğu müəyyən edilmişdir. Məhkəmə mübahisəli 0.12 ha torpaq sahəsinin 0.1506 ha torpaq sahəsinin daxilində yerləşdiyini müəyyən etsə də, cavabdehlərə məxsus fərdi yaşayış evinin torpaq sahəsinin hansı hissəsində yerləşməsini aydınlaşdırmamışdır. Belə ki, cavabdehlərin faktiki istifadəsində olan 0.1506 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi iddiaçıya sərəncam ilə ayrılmış sahədə yerləşmirsə, iddiaçının fərdi yaşayış evinin sökülməsinə dair tələblə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin sərəncamla ayrılan sahəyə düşməyən hissəsi ilə bağlı da aydınlıq gətirməmişdir. İş materiallarına əlavə edilmiş Şüvəlan Bələdiyyə sədrinin 28 noyabr 2005ci il tarixli, 22 saylı sərəncamından görünür ki, iddiaçıya 1200 kv.m. torpaq sahəsinin ayrılmasını qərara almışdır. İş materiallarında olan torpaq sahəsinə dair tərtib edilmiş cizgi və xəritədən çıxarışdan görünür ki, cizgidə Şüvəlan Bələdiyyəsinin sərəncamının nömrəsi və tarixi 05/01-676 saylı, xx.xx.2005-ci il kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının maddi sübut olaraq məhkəməyə təqdim etdiyi və məhkəmənin qətnamədə istinad etdiyi hazırki sənədlərdə uyğunsuzluq vardır. İstinad edilən hazırki cizgi və xəritədən çıxarışın sərəncam əsasında ayrılmış torpaq sahəsinə məxsus olmadığı açıq-aşkardır. Qeyd edilən cizginin tamamilə başqa torpaq sahəsinə dair verilmiş sərancama aid olduğu görünür. Belə olan halda adı çəkilən sənədlər iş üzrə maddi sübut kimi qiymətləndirilə bilməzdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətlərinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Şüvəlan rayon Bələdiyyəsinin nümayəndəsi qeydlər kitabında 2005-ci ilə aid qovluğun olmadığını bildirmişdir.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

18. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

“Bələdiyyələrin statusu” haqqında Qanun

20. Maddə 19, 4-cü hissə. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun

21. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

22. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

23. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada).

"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə

24. Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

25. Bənd 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.

26. Bənd 14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 5 gün müddətində baxılır (14 fevral 2014-cü il tarixli 906-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyada).

27. Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

28. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.

29. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

30. Bənd 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.

31. Bənd 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir).

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

32. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

42. Belə ki, iş materiallarında olan Bakı şəhəri Şüvəlan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 22 nömrəli sərancamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Şüvəlan qəsəbəsində 1200 m2 torpaq sahəsi ayrılmışdır.

43. Şüvəlan bələdiyyəsi ilə İddiaçı arasında torpaqların alqı-satqısına dair xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, Şüvəlan qəsəbəsində 1200 m2 torpaq sahəsi sonuncuya satılmışdır.

44. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 aprel 2022-ci il tarixli **********16 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 22 saylı sərəncamı əsasında iddiaçı X6 ayrılmış 0.12 ha topaq sahəsi Xəzər rayonu, Şüvəlan Bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməsi iddia olunan və naturada göstərdiyi dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha topaq sahəsinin daxilində yerləşir. Elektron kadastr məlumat bazasına əsasən, mübahisəli torpaq sahəsi Xəzər rayonu, Şüvəlan “X15”na (Mədəniyyət nazirliyinə BİU-nə ayrılmışdır) ayrılmış ərazidə yerləşməklə dövlət mülkiyyəti torpağıdır. Torpaq sahəsinin qonşuluğunda 3952v və 3952y saylı bağ sahələri qeydiyyatdan keçmişdir.

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/3247 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinin X1 mütəxəssis rəyinə əsasən, Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 22 saylı sərəncamı əsasında İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsinin Xəzər rayonu, Şüvəlan bələdiyyəsinin sədri İ.İslamov tərəfindən təsdiqlənmiş torpaq sahəsinin cizgisi və xəritədən çıxarışa əsasən, cavabdehlər Cavabdeh1 Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilməsi iddia olunan və naturada göstərdiyi dörd tərəfdən daş hasarla bərkidilmiş 0.1506 ha torpaq sahəsinin daxilində yerləşdiyi, elektron kadastr məlumat bazasına əsasən, mübahisəli torpaq sahəsinin Xəzər rayonu, Şüvəlan “X13”na (Mədəniyyət Nazirliyinə BİU-nə ayrılmışdır) ayrılmış ərazidə yerləşməklə dövlət mülkiyyəti torpağı olduğu və torpaq sahəsinin qonşuluğunda 3952v və 3952y saylı bağ sahələrinin qeydiyyatdan keçdiyi müəyyən edildi.

46. Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı dair xx.xx.2005-ci il tarixli, 22 saylı bələdiyyə sənədinin verilməsinə dair Şüvəlan Bələdiyyəsində heç bir məlumat aşkar olunmamışdır.

47. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-Ə-1896-8-2102/2024 saylı məktubdan görünür ki, 1 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətə əsasən bildirilir ki, Şüvəlan Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

48. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, mülki iş apellyasiya icraatında qəbul edildikdən sonra üçüncü şəxs X10 tərəfindən məhkəməyə ərizə ünvanlanmış, ərizə ilə sonuncunun cavabdeh qismində Bakı şəhər Şüvəlan Bələdiyyəsinə qarşı mübahisəli sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməsi ilə əlaqədar hazırki iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat dayandırılmışdır.

49. Daha sonra həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-3190/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-1903/2024 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2015/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti mümkün sayılmamış və beləliklə, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır.

50. Ümumilikdə kollegiya qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 22 saylı sərəncamı əsasında ona Xəzər rayonu, Şüvəlan qəsəbəsində 0.12 ha torpaq sahəsinin ayrılmasını bildirsə və bununla bağlı müvafiq bələdiyyə sədrinin sərəncamını təqdim etsə də, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində həmin torpaq sahəsinin ona ayrılması barədə digər təsdiqedici sənədləri və sənədlərin əsllərini məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı dair xx.xx.2005-ci il tarixli, 22 saylı bələdiyyə sənədinin verilməsinə dair Şüvəlan Bələdiyyəsində heç bir məlumat aşkar olunmamışdır.

51. Həmçinin iddiaçı ona 1200 kv.m. torpaq sahəsinin ayrılması ilə bağlı Şüvəlan Bələdiyyə sədrinin 28 noyabr 2005-ci il tarixli, 22 saylı sərəncamına istinad etsə də, iş materiallarında olan torpaq sahəsinə dair tərtib edilmiş cizgi və xəritədən çıxarışdan görünür ki, cizgidə Şüvəlan Bələdiyyəsinin sərəncamının nömrəsi və tarixi 05/01-676 saylı, xx.xx.2005-ci il kimi qeyd edilmiş, bununla da sözügedən sənədlər arasında uyğunsuzluğun olması aşkar olunmuşdur.

52. Lakin kollegiya, həqiqətən də, Şüvəlan Bələdiyyəsi tərəfindən belə bir sərəncamın verilməsi halında belə iddianın hüquqi cəhətdən əsaslılığına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

53. Belə ki, iddiaçı tələbinin faktik əsası kimi, ona bələdiyyə tərəfindən satılmış torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini bildirir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

56. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur.

57. Burada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı ümumi yığıncağın qərarıdır.

58. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir.

59. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyə sədrinin sərəncamı isə “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsində nəzərdə tutulan, bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktlardır.

60. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

61. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması.

62. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır.

63. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi bələdiyyə sədrinin torpağın kiminsə mülkiyyətinə verilməsi barədə sərəncam qəbul etmək səlahiyyəti yoxdur.

64. Bundan başqa iş materiallarının tədqiqi zamanı məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi, ümumiyyətlə, bələdiyyə fondu torpağına aid deyildir.

65. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22 aprel 2022-ci il tarixli **********16 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron kadastr məlumat bazasına əsasən, mübahisəli torpaq sahəsi Xəzər rayonu, Şüvəlan “X15”na (Mədəniyyət Nazirliyinin BİU-nə ayrılmışdır) ayrılmış ərazidə yerləşməklə dövlət mülkiyyəti torpağıdır.

66. Göründüyü kimi hazrki mülki işin predmeti olan torpaq sahəsi dövlət torpağıdır və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin istifadəsinə verilmişdir və bununla əlaqədar apellyasiya baxışı zamanı sonuncu qurum da iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı bələdiyyənin hər hansı sərəncam verməsi ümumiyyətlə mümkün deyildir.

67. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

68. Bundan başqa, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.

69. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrılması, ümumiyyətlə, əsassızdır. Bundan başqa iddiaçının qeyd edilkən torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edən hər hansı sənəd təqdim etmədiyindən iddiaçının göstərilən torpaq sahəsilə ilə bağlı hər hansı subyektiv hüququ yoxdur.

70. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil edir. Buna görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməməlidir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

72. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin bir səra qərarlarında, o cümlədən 2(102)- 14/2024 saylı, 2(102)-264/2023 saylı qərarlarında da öz əksini tapmışdır.

73. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

74. Kollegiya hesab edir ki, İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilməlidir.

75. Həmçinin iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutulmalı, İş üzrə aparılmış mütəxəssiss tədqiqatının dəyəri olan 311 (üç yüz on bir) manat məbləğində pul İddiaçı özünə aid edilməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-96/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış mütəxəssiss tədqiqatının dəyəri olan 311 (üç yüz on bir) manat məbləğində pul İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar