Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1796/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı ASC kredit verən və ipoteka saxlayan, Cavabdeh3 kredit alan, Cavabdeh1 zamin, Cavabdeh2 ipoteka qoyandır. Bank və kredit alanın arasında bağlanmış xx.xx.2019-cu il tarixli nzaz12089 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə 150.000 manat məbləğində kredit verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 7 faiz müəyyən edilib. Bank və zamin arasında bağlanmış xx.xx.2019-cu il tarixli nzaz12089 nömrəli zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Bank və ipoteka qoyan arasında bağlanmış xx.xx.2019-cu il tarixli nzaz12089 nömrəli ipoteka müqaviləsinə əsasən Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən, sahəsi 0,02629 ha olan torpaq sahəsi və onun üzərində yerləşən, sahəsi 250,9 kv.m olan fərdi yaşayış evi kreditin qaytarılmasının təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilib. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, əsas borc kimi 97.143,38 manat, faiz borcu kimi 2.804,19 manat, cəmi 99.947,57 manat kreditalan və zamindən bankın xeyrinə tutulsun və tutma ipoteka predmetinə yönəldilsin. Daha sonra iddianın dəyişdirilməsi barədə ərizə verilib, tələb olunan borcun məbləği dəyişdirilib, əsas borc kimi 72.793,38 manat, faiz borcu kimi 7.591,58 manat, cərimə kimi 7.756,88 manat, cəmi 88.141,84 manat tələb olunub. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 72.793,38 manat, faiz borcu kimi 382,23 manat, dəbbə pulu kimi 150 manat, cəmi 73.325,61 manat borc alan və zamindən müştərək qaydada bankın xeyrinə tutulsun, tutma ipoteka predmetinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 300.000 manat müəyyən edilsin, ipoteka predmeti satıldıqda ən geci 1 ay ərzində cavabdehlər yaşayış sahəsindən çıxarılmaqla yaşayış sahəsi boşaldılsın. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Şikayət və izahatlar: Qətnamədən bank apellyasiya şikayəti verib. Apellyasiya şikayətində qətnamə borcun məbləğinə aid hissədə mübahisələndirilib və tələb olunub ki, qətnamə borca aid hissədə ləğv edilsin, əsas borc kimi 72.793,38 manat, faiz borcu kimi 7.591,58 manat, cərimə kimi 7.756,88 manat, cəmi 88.141,84 manat tutulsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamə borcun məbləğinə aid hisssədə mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Bank əsas borc kimi iddia ərizəsində 97.143,38 manat, iddianın dəyişdirilməsi barədə ərizədə 72.793,38 manat tələb edib. Qətnamədə əsas borc kimi 72.793,38 manat tutulması qət edilib. Bank qətnamənin bu hissəsini mübahisələndirməyib, çünki tələb tam təmin olunub. Bank faiz borcu kimi iddia ərizəsində 2.804,19 manat tələb edib. İddia ərizəsinə əlavə olunmuş 1-ci maliyyə arayışında qeyd olunub ki, həmin borc xx.xx.2021-ci il tarixə olan borcdur (iş v. 14). Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ilkin məhkəmə-mühasibat ekspertizasının xx.xx.2022-ci il tarixli 9/5444 №-li rəyinə görə, xx.xx.2021-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) faiz borcunun məbləği 270,08 manat təşkil edir. Ekspert rəyində daha sonra qeyd olunub ki, xx.xx.2022-ci il tarixə (ekspert rəyinin verildiyi tarixə) faiz borcunun məbləği 382,23 manat təşkil edir. Ekspert rəyi verildikdən sonra - xx.xx.2022-ci il tarixdə bank iddianın dəyişdirilməsi barədə ərizə verib və faiz borcu kimi 7.591,58 manat tələb edib. Bu ərizəyə əlavə olunmuş 2-ci maliyyə arayışında qeyd olunub ki, həmin faiz borcu xx.xx.2022-ci il tarixə olan borcdur (iş v.129). Lakin birinci instansiya məhkəməsi bu ərizəni nəzərə almayıb, xx.xx.2022-ci il tarixə (ilkin ekspert rəyinin verildiyi tarixə) olan faiz borcunun - 382,23 manatın tutulmasını qət edib. Apellyasiya icraatı zamanı iş üzrə əlavə məhkəmə-mühasibat ekspertizası təyin olunub və ekspertin qarşısında sual qoyulub ki, 2-ci maliyyə arayışında göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə olan faiz borcunun məbləği nə qədərdir? Əlavə məhkəmə-mühasibat ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2429 nömrəli rəyinə görə, xx.xx.2022-ci il tarixə faiz borcunun məbləği 764,46 manat təşkil edir. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 739 və 741-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə faiz borcun məbləğinə aid hissədə dəyişdirilməli, faiz borcunun məbləği 764,46 manat müəyyən edilməlidir. Faiz borcun məbləğinin dəyişdirilməsi ümumi borcun məbləğinə təsir etdiyinə görə qətnamə ümümi borcun məbləğinə aid hissədə də dəyişdirilməli, ümumu borcun məbləği 73.707,84 manat müəyyən edilməlidir. Dəbbə borcuna aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi dəbbə borcunun məbləğini 150 manat müəyyən edərkən tənasübü nəzərə alıb. Bu nəticə Mülki Məcəllənin 467-ci maddəsinin göstərişinə uyğundur. Qətnamə zaminliyə və ipotekaya aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi faiz borcunun və ümumi borcun məbləğinə aid hissədə dəyişdirilsin. Faiz borcunun məbləği 764,46 manat, ümumu borcun məbləği 73.707,84 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya icraatı zamanı keçirilmiş əlavə mühasibat ekspertizasının xərci olan 100 manatın 50 manatı Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada, 50 manatı isə İddiaçı ASC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1796/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1796/2023
21.07.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver