Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1798/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X17 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçılar İddiaçı2, X11, İddiaçı1 Əliağa oğlunun, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh vəkili Vəkil3, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(004)-6432/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 Əliağa oğlu, X18 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək ******* (bir milyon altı yüz iyirmi min) manat pulun və 364500 (üç yüz altmış dörd min beş yüz) manat faiz məbləğinin Cavabdeh alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda inşa edilən 12 mərtəbəli 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.metr və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv m) qeyri-yaşayış sahəsi bərabər əsaslarla iddiaçılara məxsusdur. Cavabdeh iddiaçı X13 ilə qohumluq münasibətini-qaynı olduğunu, həmçinin "xxxx" MMC-nin təsisçisi və həmin obyektin real satıcısı X1 və köməkçisi işlədiyini nəzərə alıb iddiaçılardan X13 qeyd olunan qeyri-yaşayış sahəsini formal olaraq 28 sentyabr 2009-cu il tarixli müqavilə ilə "xxxx" MMC-dən alaraq onun adına sənədləşdirmişdir. Digər iddiaçılar bundan yalnız 2019-cu ilin noyabr-dekabr aylarında xəbər tutmuşlar. Müqavilə cavabdehin adına olduğundan qeyri-yaşayış sahəsinin digər şəxslərə icarəyə verilməsi barədə icarəçilərlə müqavilə də onunla bağlanılmışdır. 2017-ci ilin mart ayına qədər qeyri-yaşayış sahəsinin faktiki onlara məxsusluğu ilə bağlı cavabdehlə iddiaçılar arasında heç bir mübahisə olmadığı üçün qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarə haqlarını da iddiaçılar almışlar. İddiaçı X3 nikahın pozulması ilə bağlı məhkəmə işindən sonra cavabdehlə münasibət pisləşmiş və 2017-ci ilin mart ayından başlayaraq cavabdeh özünü iddiaçılara məxsus olan qeyriyaşayış sahəsinin faktiki sahibi kimi təqdim edərək icarə haqlarını özü almağa başlamış və birgə iddiaçı Rəhmanov Rəfaeli obyektdən uzaqlaşdırmışdır. Bununla bağlı olaraq cavabdeh qeyriyaşayış sahəsi ilə bağlı verdiyi 17.06.2016-cı il tarixli, 471726 nömrəli etibarnaməyə 22 avqust 2017-ci il tarixdə xitam vermişdir. Cavabdehlə birgə iddiaçı Rəhmanov Rəfaelin 2019-cu ilin sonundan başlayaraq isə digər birgə iddiaçıların apardığı danışıqların heç bir nəticəsi olmamış, və odur ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(004)-1323/2020 saylı qətnaməsi ilə iddiaçıların cavabdehə və "xxxx" MMC-yə qarşı iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev keçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m qeyri-yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılan 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsi bağlandığı andan etibarsız hesab edilmiş, qeyri-yaşayış sahəsinin onların adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(103)-3125/2021 saylı qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(102)-5297/2021 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmiş, iddiaçıların həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması ifadəsi iddiaçıların hər birinin üçdə bir hissədə pay hüququnun tanınması ilə əvəzlənmişdir. Nəticə etibarı ilə həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçıların pay hüququları tanınmışdır. Cavabdeh iddiaçılara məxsus olan qeyri-yaşayış sahəsini 05 may 2010-cu il tarixli icarə müqaviləsi ilə “MANGO” əmtəə nişanı ilə geyim əşyaları satan "xxxx" MMC-yə (Samir Hacıyevin şəxsində) aylıq 30000 (otuz min) manata icarəyə vermişdir. Daha sonra 07 iyul 2017-ci il tarixdə həmin qeyri-yaşayış sahəsi qab-qacaq satışı ilə məşğul olan X7, 2018-ci ildən isə geyim əşyaları satmaqla məşğul olan X8 icarəyə verilmişdir. Sonuncu hazıradək orada fəaliyyət göstərməklə icarə haqqını da vaxtlıvaxtında cavabdehə ödəməkdədir. Bu faktları cavabdeh iddia ərizəsinə etiraz kimi məhkəməyə təqdim etdiyi yazılı ərizədə təsdiq etmişdir. 2017-ci il mart ayından 2021-ci ilin oktyabr ayına qədər 54 (əlli dörd) ay müddətində cavabdeh hər ay aldığı 30000 (otuz min) manat icarə haqlarını iddiaçılara ödəməmişdir. 54 ay ərzində aldığı ******* manat icarə haqlarını könüllü qaydada iddiaçılara verilməsi ilə bağlı edilmiş müraciətlər cavabdeh tərəfindən təmin edilməmişdir. Belə vəziyyət iddiaçıların hüquq və mənafeyinə ciddi zərər vurur. Faktiki olaraq iddiaçılar əldən çıxan fayda şəklində ******* manat zərərə məruz qalmışlar. Odur ki, ******* manat pulun və 364500 manat faiz məbləğinin cavabdehdən almaq üçün yenidən məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır, heç bir hüquqi bazası yoxdur. Belə ki, iddiaçılar iddia ərizələrində etiraf edirlər ki, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli 1 bloklu binanın 1ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m ümumi sahəsi 600 kv.m olan qeyri-yaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında 28 sentyabr 2009-cu ildə müqavilə bağlanmışdır. İndi isə iddia edirlər ki, guya həmin müqavilə uydurma olmuşdur, əhəmiyyətsiz olmuşdur. Əfsuslar olsun ki, “müqavilənin etibarsızlığı” ilə bağlı işə baxan məhkəmələr maddi və prosessual hüquq normalarını pozaraq, iş üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını araşdırmadan mübahisəli qeyri-yaşayış sahəsinə dair onunla "xxxx" MMC arasında 28 sentyabr 2009-cu il tarixdə bağlanmış həmin müqaviləni etibarsız hesab etdilər, məhkəmələrin işə qeyri-obyektiv baxmaları, işi tam, hərtərəfli araşdırmamaları ucbatından həmin müqavilə əsasında onun adına olan əmlak əlindən alınmışdır. Həmin işə baxan məhkəmələr araşdırmadı ki, əgər İddiaçı1 iddia edirsə ki, bu əmlakı o, alıb, bəs nəyə görə öz adına sənədləşdirməyib? Nəyə görə Cavabdeh adına sənədləşdirib və s. və i. İndiki iddia ərizəsində iddiaçılar yazırlar ki, icarə haqqlarını iddiaçılar özləri almışlar. Göründüyü kimi, iddia ərizəsində iddiaçılar qeyd edirlər ki, qeyri-yaşayış sahəsinə dair icarə haqqlarını iddiaçılar özləri almışlar. Onu da xatırladıram ki, 2020-ci ilin mart ayından 2021-ci ilin may ayına qədər “COVİD- 19” Virusu Pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasında insanların küçəyə çıxışı məhdudlaşdırılıb, SMS icazə sistemi tətbiq olunub, bütün idarə və müəssisələr, o cümlədən obyektlər, geyim əşyaları, qab-qacaq, tikinti materialları mağazaları (ərzaq mağazaları istisna olmaqla) bağlı olmuş, işləməmişdir. Sadalananlardan göründüyü kimi, iddiaçıların iddia ərizələrindəki iddia tələbləri əsassızdır, heç bir sübutla təsdiq olunmur. İddiaçılar İddiaçı1, İddiaçı2 və X11 cavabdehə qarşı - “ ******* (bir milyon altı yüz iyirmi min) manat pulun və 364500 (üç yüz altmış dörd min beş yüz) manat faiz məbləğinin Cavabdeh alınaraq iddiaçılara ödənilməsi barədə iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 həmçinin ərizə təqdim edərək iddiaçılar İddiaçı1, İddiaçı2 və X11 cavabdehə qarşı - “ ******* (bir milyon altı yüz iyirmi min) manat pulun və 364500 (üç yüz altmış dörd min beş yüz) manat faiz məbləğinin Cavabdeh alınaraq iddiaçılara ödənilməsi barədə pul tələbinə dair icraatda olan 2(004)-6432/2021 saylı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin keçməsi ilə əlaqədar iddiaçıların iddialarından imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd etmişdir ki, hazırda 2021-ci ilin noyabr ayıdır. İddiaçıların iddia tələbləri əsassız olmaqla yanaşı, həmçinin iddiaçılar tərəfindən iddia ərizəsi məhkəməyə iddia müddətinin ötürülməsi ilə verilmişdir, iddiaçılar qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(004)-6432/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ******* manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı2, İddiaçı1 Əliağa oğluna və X14 ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, UQS MMC ilə cavabdeh arasında bağlanmış 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsi üzrə İddiaçı1 Əliağa oğlunun istəyi ilə cavabdeh qeyri-yaşayış sahəsinə vicdanlı sahiblik etmiş və aylıq haqları iddiaçılara ödəmişdir. Yasamal rayon Məhkəməsinin Mülki Məcəlləsinin 157.5-ci maddəsinin tələblərinə əsasən iddiaçılar cavabdehdən vicdanlı sahib kimi əmlakın qaytrılmasına dair iddiaçıların iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytalmasını və ya əvəzinin ödənilməsini tələb edə bilərlər. Qeyd olunanlardan da məlum olur ki, cavabdeh 2019-cu ilin dekabr ayına kimi yəni iddiaçıların əqdin etibarsızlığı ilə bağlı tələbi ilə məhkəməyə müraciət etdiyi vaxta kimi qeyriyaşayış sahəsinə vicdanlı sahiblik etmişdir. 2019-cu ilin dekabrına kimi cavabdeh tərəfindən alınan icarə haqları iddiaçılara təqdim edildiyindən və o, vicdanlı sahib olduğundan cavabdehdən 2017-ci ilin avqust ayından 2019-cu ilin dekabr ayına kimi istənilən icarə haqqını ödəməmişdir. Məhkəmə işi araşdırarkən əsassız varlanma ilə bağlı əlaqəli normaları düzgün tətbiq etməmişdir. Məhkəmə Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə istinad edərək, 2010-2014-cü illər ərzində cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsində müəyyən olunmuş aylıq 30000 AZN məbləğində icarə haqqını əsas götürüb 22 avqust 2017-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixə kimi olan müddətə də aylıq olaraq 30000 manatdan hesablanmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli qərarına əsasən əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Cavabdeh etibarnaməyə 22 avqust 2017-ci il tarixdə xitam vermişdir. İddiaçılar 04 dekabr 2019-cu il tarixli çıxarış əldə etdikdən sonra UQS MMC ilə cavabdeh arasında bağlanmış 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məhkəməyə iddia vermişdir. Konstitusiya Məhkəməsinin qərarına əsasən əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdikdərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir ərzində irəli sürülə bilər. Məhkəmə müddətlə bağlı məsələyə düzgün qiymət verməmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən 22.08.2017-ci il tarixdən 22.03.2017-ci il tarixədək 31 ay, 22.01.2021-ci il tarixdən 22.09.2021-ci il tarixədək 8 ay, cəmi 39 aylıq icarə haqqı hesablamışdır. Göstərilən maddəyə əsasən qaytarma müddəti 2 il olduğu təqdirdə, məhkəmə 39 ay hesablamışdır. Cavabdehlə X15 arasında 5 il müddətinə bağlanmış 05.06.2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarə haqqı aylıq 3000 manat müəyyən olunmuşdur və bu müqavilə Dövlət Vergi Xidməti tərəfindən qeydə alınmış, həmin sahəyə uyğun olaraq obyekt kodu verilmişdir. Məhkəmə qiymətləndirməni yalnız iddiaçı tərəfindən təqdim olunmuş mütəxəsis rəyinə görə müəyyən etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Əliağa oğlu, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı X18 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanma ilə bağlı maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti maddi hüquq normasının düzgün tətbiq edilməməsi əsasına görə qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(004)-6432/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 1323/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, həmin qətnamə ilə iddiaçılar İddiaçı2, İddiaçı1 Əliağa oğlunun və X11 cavabdehlər Cavabdeh və "xxxx" MMC-yə “müqavilənin etibarsız sayılması tələbinə dair” iddia ərizəsi təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m) yaşayış sahəsinə dair cavabdehlər "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2009-cu il tarixli “Yeni tikilən yaşayış binasında mənzillərin satışı” müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m; yaşayış sahəsinin bərabər əsaslarla birgə iddiaçılar İddiaçı2, İddiaçı1 və X11 adlarına rəsmiləşdirilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh və "xxxx" MMCdən alınıb birgə iddiaçılar İddiaçı2, İddiaçı1 və X14 ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh, “UQS" MMC-yə və İddiaçı1 qarşı "alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əmlakda payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi qismən təmin olunması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1ci mərtəbəsində yerləşən 300 (üç yüz) və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m yaşayış sahəsinə dair "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.09.2019-cu il tarixli "Yeni tikilən yaşayış binasında mənzillərin satışı" müqaviləsinin bağlandığı etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.metr yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsindən 1/2 (ikidə bir) hissəsinə X5 və 1/2 (ikidə bir) hissəsinə İddiaçı1 paylarının müəyyən edilrək mülkiyyət hüquqları tanınması, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küşəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 (üç yüz) və 2-ci mərtəbəsində yerləşən 300 (üç yüz) kv.m (ümumi sahəsi 600 (altı yüz) kv.m yaşayış sahəsinin 1/3 (üçdə bir) hissəsinin X10 və İddiaçı1 təhvil verilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh, "xxxx" MMC-dən və İddiaçı1 tutulub-iddiaçı X10 verilməsi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxsin iddia ərizəsi qalan hissədə təmin olunmaması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3125/2021 saylı, 10.03.2021-ci il tarixli qətnaməsində qeyd olunur ki, Cavabdeh apellyasiya şikayəti və hər iki iddia tələbinə qarşı etirazı belə əsaslandırmışdır ki, hər iki iddia əsassızdır. Belə ki, İddiaçı1 dostları-digər iddiaçılar ilə birləşərək cavabdehlər arasında 28.09.2009-cu il tarixdə bağlanmış “Yeni tikilən yaşayış binasında yerləşən sahənin satışı barədə müqavilənin etibarsız hesab edilməsinin səbəbi, İddiaçı1 Cavabdehlə aralarında qohumluq münasibətlərinin pozulmasıdır. Məlum olduğu kimi, əhəmiyyətsiz əqdlərin tanınması tələbi ilə məhkəməyə müraciət etmək ümumi iddia müddəti olan 10 illik müddətin içərisində istənilən zaman mümkündür. Sözü gedən müqavilənin 28.09.2009-cu il tarixdə bağlanmasını və iddianın məhkəməyə 12.12.2019-cu il tarixdə verilməsi nəzərə alınarsa, iddiaçıların qurduğu ssenari üzrə hərəkət edərək ədalət mühakiməsini yanıltmağa cəhd etmələrini görməmək üçün kor olmaq lazımdır. Əhəmiyyətsiz əqd məhkəmənin etibarsız sayıb-saymamasından, bağlandığı andan etibarsız olmasına baxmayaraq, birgə iddiaçıların hazırkı işdə cavabdeh qoyduqları subyektlər arasında bağlanmış əqdin əhəmiyyətsizliyinin məhkəmədə tanınmasını istəmələri, məhz bu iddianın düşünülmüş ssenari olmasının bariz nümunəsidir. Həmin qətnamədə həmçinin qeyd olunur ki, cavabdeh MMC-nin apellyasiya şikayəti və hər iki iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə, həmin muqavilənin tərəfi olmayan şəxslər üçün heç bir halda hüquqi nəticə yarada bilməz. Rayon Məhkəməsi birgə iddiaçıların onlara aidiyyəti olmayan, başqa subyektlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi nəticəsinə gəlsə də, əslində, həmin iddianın qaldırılması üçün onların subyektiv hüquqa malik olmadıqlarını nəzərə almamışdır. Bundan əlavə, Cavabdeh qeyri-yaşayış sahəsini aldıqdan sonra həmin sahəni 05.05.2010-cu il tarixdə “Mango” əmtəə nişanı adı altında geyim əşyaları satan "Sabah invest” MMC-yə 5 il 5 ay müddətinə aylıq 30.000 manata icarəyə vermiş və obyektin təmiri də razılıq əsasında icarəçi tərəfindən həyata keçirilmişdir. Təmir işlərinin “Sabah İnvest“ MMC tərəfindən həyata keçirilməsi nəzərə alınaraq, ilk beş ayın icarə haqqı onlardan alınmamışdır. Həmin vaxt "xxxx" MMC-nin əməkdaşları Avropadan memar və dizayner dəvət etmişlər. Bütün smeta, layihələndirmə və təmir xərcləri "xxxx" MMC tərəfindən çəkilmişdir. Həmin Şirkət 2014-cü ilə qədər Cavabdeh icarəçisi olmuşdur. "xxxx" MMC ilə icarə münasibətlərinə xitam verdikdən sonra mübahisəli obyekt tam ofaraq 3 il müddətində icarəyə verilə bilməmişdir. Sonradan 07.07.2017-ci il tarixdə həmin obyekt Cavabdeh tərəfindən qab-qacaq satışı ilə məşğul olan X12 adlı şəxsə icarəyə verilmişdir. Həmin şəxs icarə haqqını ödəyə bilmədiyindən bir ili tamam olmamış icarə müqaviləsi ləğv olunmuşdur. 05.06.2018-ci il tarixdə mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən geyim əşyaları satmaqla məşğul olan X16 adlı şəxsə icarəyə verilmiş və hazıradək həmin icarəçi qeyd olunan mübahisəli qeyri-yaşayış sahəsində fəaliyyət göstərməklə icarə haqqını vaxtı-vaxtında cavabdehə ödəməkdədir. Həmin qətnamə ilə cavabdehlər Cavabdeh "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 ayrı-ayrılıqda verdikləri şikayətlərinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.09.2021-ci il tarixli 2(102)-5297/2021 saylı qərarına əsasən müəyyən olunur ki, həmin qərar ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3125/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv m) qeyri-yaşayış sahəsinin iddiaçıların və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin adına rəsmiləşdirilməsi və həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun tanınması hissəsində dəyişdirilməsi və Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv m) qeyri-yaşayış sahəsinin 1/3 hissəsinə İddiaçı2, 1/3 hissəsinə X11, 1/3 hissəsinə İddiaçı1 Əliağa oğlunun pay hüququnun tanınması, İddiaçı1 Əliağa oğlunun 1/3 pay hüququnun ½ hissəsinə X5 pay hüqunun tanınması qətnamənin qalan hissədə dəyişdirilməməsi qərara alınmışdır. İş materiallarında olan Alim Tağıyev tərəfindən verilmiş 11.11.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda yerləşən (keçmiş Hüsü Hacıyev, Azərbaycan prospekti və Tolstoy küçələrinin kəsişməsi) 14+1 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 300 kv m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m qeyriyaşayış sahələrinin hər bir kvadratmetri üçün aylıq icarə qiymətləri 2017-2019-cu illərdə 55 manat, 2020-ci ildə 45 manat, 2021-ci ildə 50 manat həddində müəyyən edilmişdir. İş materiallarında olan “AB Consulting” tərəfindən verilmiş 11.11.2021-ci il tarixli Qeyriyaşayış binasının aylıq icarə haqqını müəyyən etmək üçün qiymətləndirmə hesabatına əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14 ünvanda 14 mərtəbəli yeni tikili binanın 1 və 2-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin 2017-2021-ci illərə görə 1 kv metrinin aylıq icarə haqqı 2017, 2018 və 2019-cu illərə görə 50 manat, 2020-ci ilə görə 45 manat, 2021-ci ilə görə 47 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ilə X16 arasında bağlanmış 05 iyun 2018-ci il tarixli ilkin icarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh "xxxx" MMC tərəfindən 28.09.2009-cu il tarixlərdə verilmiş "xxxx" MMC-nin Yeni tikilən yaşayış binasında mənzillərin satış haqqında müqaviləyə əsasən istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa etdiyi 12 mərtəbəli 1 bloklu yaşayış binanın 1-ci (300 kv.m) və 2-ci (300 kv.m) mərtəbəsində yerləşən ümumi 600 kv m (Azərbaycan prospekti və Tolstoy küçələrinin kəsişməsi) olan qeyri-yaşayış sahəsinin 05 iyun 2023-cü il tarixə qədər icarəçinin X6 istifadəsinə verməyi, icarəçi isə bunun əvəzində icarəyə verənə bu müqavilə ilə müəyyən edilmiş icarə haqqı ödəməyi və gələcəkdə əsas icarə müqaviləsini bağlamağı öhdəsinə götürmüşdür. Tərəflər qeyriyaşayış sahəsindən aylıq istifadə haqqını 3000 (üç min) manat məbləğində müəyyən etmişlər. İldə bir dəfə icarə haqqına yenidən baxıla bilər. İş materiallarından AR ƏMDK yanında DƏDRX-i Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti ev 14-də yerləşən qeyri-yaşayış sahəsi 1/3 hissədə İddiaçı2 Ələköər oğlunun adına 25.11.2021-ci ildə, İddiaçı1 Əliağa oğlunun adına 1/3 hissədə 24.11.2021ci ildə, İddiaçı3 adına 1/3 hissədə 25.11.2021-ci ildə mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv m) qeyri-yaşayış sahəsinə iddiaçıların pay hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmış, Cavabdeh həmin qeyri-yaşayış sahəsinə qanunsuz sahiblik etməsi və həmin qeyri-yaşayış sahəsinə qanunsuz sahiblik etməsi nəticəsində həmin əmlakdan gəlir götürməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Kollegiya qeyd edir ki, cavabdeh etiraz ərizəsində iddia tələbinin əsassız olduğunu və bu səbəbdən də iddianın rədd edilməsini xahiş etsə də, etirazının əsası kimi sübutları məhkəməyə təqdim etməmiş ilkin olaraq cavabdehə aid icarə müqaviləsinin olduğunu inkar etmiş, daha sonra isə cavabdehlə X16 arasında 2023-cü ilə qədər olan icarə müqaviləsinin surətini məhkəməyə təqdim etmiş və icarə haqqının 3000 manat olduğunu bildirmişdir. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin etiraz ərizəsində qeyd etdiyi dəlillərdən sonra (adlar göstərməklə) cavabdehlə X16 arasında olan müqavilə təqdim etməsi cavabdehlə müvafiq şəxslər arasında icarə münasibətlərinin olmasını sübuta yetirir. Kollegiya cavabdehin qeyri-yaşayış sahəsinin icarə haqqının aylıq 3000 manat olması dəlili ilə (1 kv.m üçün 5 manat) razılaşmır və həmin sübutu mötəbər hesab etmir. Belə ki, cavabdehlə icarədarlar arasında olan icarə müqaviləsindəki qiymət qeyri-yaşayış sahəsinin yeri, sahəsi, təmirli vəziyyətdə olması və s.. nəzərə alınmaqla ağlabatan deyildir. Əksinə, kollegiya iddiaçı tərəfin istinad etdiyi aylıq 30000 manat icarə haqqı qiymətini ağlabatan hesab edir. (1 kv.m üçün 50 manat). Bu hal cavabdehin əvvəlki məhkəmə mübahisəsi zamanı etirazında qeyd etdiyi hallarla, mütəxəsis rəyləri ilə də təsdiqini tapır. Kollegiya cavabdehin 2019-cu ilin dekabr ayına kimi, yəni iddiaçıların əqdin etibarsızlığı ilə bağlı tələbi ilə məhkəməyə müraciət etdiyi vaxta kimi qeyri-yaşayış sahəsinə vicdanlı sahiblik etməsi, 2019-cu ilin dekabrına kimi cavabdeh tərəfindən alınan icarə haqlarının iddiaçılara təqdim edilməsi və onun vicdanlı sahib olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, etibarnamə ləğv olunduğu 22.08.2017-ci il tarixdən iddia verilən 24.09.2021-ci il tarixədək 49 ay keçmişdir. Bu müddətdə cavabdeh vicdansız sahib olmuş, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunmuş və AR Ali Məhkəməsinin 16.09.2021-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Bu müddət ərzində 49 ayın, sərt karantin rejimi olduğu 10 aylıq ağlabatan müddəti (2020-ci ilin martın 31-dən 2021-ci ilin yanvar ayı da daxil olmaqla (yumşalma başlanıldığı tarixdən)) çıxılmaqla, 39 ayın, aylıq 30000 manat nəzərə alınaraq, icarə haqqı cavabdehdən alınaraq iddiaçılara qaytarılmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçılara məxsus əmlaka qanunsuz sahiblik etməsini bilmiş (bu hal qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur), həmin qeyri-yaşayış sahəsinə qanunsuz sahiblik etməsi (vicdansız sahib) nəticəsində əmlakdan gəlir götürmüşdür. Əmlakdan əldə etdiyi gəliri 22.08.2017-ci il tarixdən etibarən cavabdehlərə ödəməməsi onun birbaşa qəsdi ilə əhatə olunmaqla, son nəticədə iddiaçılara əldən çıxmış fayda qismində zərər vurmuşdur. Bununla da, cavabdeh tərəfindən əmlakdan əldə edilmiş gəlir hüquqa zidd olmaqla, həmin əməl nəticəsində iddiaçılara zərər dəyməsi, hüquqazidd əməl ilə baş vermiş zərərli nəticə arasında səbəbli əlaqənin olması, cavabdehin buna görə təqsirli olması tədqiq edilmiş sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) MM-nin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanda inşa edilən 12 mərtəbəli, 1 bloklu binanın 1-ci mərtəbəsində yerləşən 300 kv.m və 2-ci mərtəbəsində yerləşən 300 kv.m (ümumi sahəsi 600 kv m) qeyriyaşayış sahəsini icarəyə verməsi və 22.08.2017-ci il tarixdə İddiaçı1 Əliağa oğluna verdiyi 17.06.2016-cı il tarixli, 471726 saylı etibarnaməyə xitam verdiyi iş materiallları ilə öz təsdiqini tapdığından, həmçinin 22.03.2020-ci il tarixdən 18.01.2021-ci il tarixədək pandemiya ilə əlaqədar olaraq mağazaların işləmədiyi, məhdudiyyətlərin mövcud olduğu dövrlər nəzərə alınmaqla, Cavabdeh tutulacaq zərərin məbləği aşağıdakı qaydada hesablanmalıdır: 22.08.2017-ci il tarixdən 22.03.2020-ci il tarixədək-31 ay 22.01.2021-ci il tarixdən 22.09.2021-ci il tarixədək -8 ay Cəmi 39 ay x 30.000 (otuz min) manat = 1170.000 (bir milyon yüz yetmiş min) manat. Kollegiya 364500 (üç yüz altmış dörd min beş yüz) manat faiz məbləğinin Cavabdeh tutularaq iddiaçılara ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan arətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia aydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Kollegiya cavabdeh tərəfin əsassız varlanmadan irəli gələn iddia müddətinin keçməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçıların pul tələbi zərərlə bağlı olduğundan, zərərin 22.08.2017-ci il tarixdən vurulması, həmin tələblər üzrə iddia müddətinin 10 il olması nəzərə alınmaqla, iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(004)- 6432/2021saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 1.170.000 (bir milyon yüz yetmiş min) manat məbləğində pul tutularaq iddiaçılar İddiaçı2, İddiaçı1 Əliağa oğluna və X14 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-1798/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1798/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver