Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1798/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmək haqqından artıq tutulmaların geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X8 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əmək haqqından artıq aparılan tutulmaların geri alınması" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2084/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçının atası - X7 xx.xx.1979-cu il tarixdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli uşaq musiqi məktəbində əsas müəllim vəzifəsində çalışmışdır. xx.xx.2016-cı il tarixdən X2 İ qrup əlillik dərəcəsi almışdır. O, xx.xx.2021-ci il tarixdə ağciyər ürək çatışmamazlığının digər formaları səbəbindən vəfat etmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baki şəhər Mədəniyyət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər X1 əmək haqqından, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Baki şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən aparılan artıq tutquların ona geri gaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, atası xx.xx.1979-cu il tarixdən Mədəniyyət Nazirliyi nəzdində müxtəlif mədəniyyət evlərində nağara müəllimi işləmişdir. xx.xx.2016-cı il tarixdən X2 İ qrup əlillik dərəcəsi almışdır. Bu barədə onun əmək kitabçasının ilk vərəqəsində müvafiq möhürlə qeydə alınmışdır. X2 xx.xx.2021-ci il tarixdə ağciyər ürək çatışmamazlığının digər formaları səbəbindən vəfat etmişdir. O, vəfat etmiş X1 adına xx.xx.2021-ci il tarixdə V-380/2021 saylı vərəsəlik işi açdırmışdır. Bu barədə 4 saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli arayışı vardır. Atasının ölümündən sonra araşdırma zamanı müəyyən edildi ki, atası İ qrup əlil olduğuna görə o, gəlir vergisindən azad olmalı və eyni zamanda da ona digər güzəştlər tətbiq olunmalı idi. Hüquqi işlərin görülməsi üçün, o “X9” MMC ilə X1 əmək haqqından aparılan artıq tutmaların geri qaytarılması üçün, hüquqi xidmətin göstərilməsi barədə müqavilə bağlamışdır. Bağlanmış müqaviləyə uyğun olaraq, xx.xx.2021-ci il tarixdə “X9” MMC, Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbinə, həmin musiqi məktəbində işləmiş xx.xx.2016-cı il tarixdən İ qrup əlillik dərəcəsi almış X3 gəlir vergisindən azad olması və güzəştlər tətbiq olunub-olunmaması barədə müvafiq sorğu ilə müraciət etmişdir. Bakı şəhər Mədəniyyət Baş İdarəsi 4 nömrəli Uşaq Musiqi Məktəbinin 19 nömrəli, 30 iyun 2021 -ci il tarixli məktubunda göndərilmiş sorğuya cavab olaraq, xx.xx.2012-ci il tarixdən etibarən Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tərkibində 2 saylı Maliyyə və İqtisad Regional bölməsinin fəaliyyətə başladığını, həmin gündən etibarən adı gedən məktəbdə işçilərin əmək haqqlarına və bank hesablarına dair heç bir məlumat olmadığını və qeyd olunan məsələ ilə həmin bölmənin səlahiyyətlərinə daxil olduğu bildirilmişdir. Bu səbəbdən də, sorğu Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tərkibində 2 saylı Maliyyə və İqtisad Regional bölməsinə ünvanlanmışdır. Göndərilən sorğu üzrə 2 saylı Maliyyə və İqtisad Regional bölməsindən cəmiyyətlə telefon əlaqəsi saxlanılmışdır. Regional bölmənin əməkdaşı həmin sorğu üzrə müraciətin cavablandırılacağını bildirsə də, xx.xx.2021-ci il tarixdə, 27 nömrəli məktubla müraciət edilmiş sorğuya cavab verə bilmədiklərinə görə, lazım olan məlumatlar üçün Bakı şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edilməsi qeyd edilmişdir. Müraciətlə əlaqədar, Bakı şəhər Mədəniyyət Baş idarəsinin rəhbərliyinə tabeçiliyində olan Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbində nağara müəllimi işləmiş xx.xx.2016-cı il tarixdən İ qrup əlillik dərəcəsi almış X3 gəlir vergisindən azad olması və güzəştlər tətbiq olunub-olunmaması barədə rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Bakı şəhər Mədəniyyət Baş idarəsinin xx.xx.2021-ci il tarixli, 15/785 nömrəli məktubunda müraciətə cavab olaraq, X7 əlilliklə bağlı 4 nömrəli Uşaq Musiqi Məktəbinə təqdim etmək üçün 3 saylı Bakı Dost Mərkəzindən 9 mart 2021-ci ildə aldığı **********0 nömrəli arayış 2 nömrəli Maliyyə və X6 məktəbin xx.xx.2021-ci il tarixli, 08 nömrəli məktubu ilə daxil olduğunu və Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 102.8-ci maddəsi əsas tutularaq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədləri təqdim etdiyi andan X4 hesablanan əmək haqqına vergidən azadolmalar və güzəştlər tətbiq edilməsi göstərilmişdir. Bakı şəhər Mədəniyyət Baş idarəsinin sorğuya verdiyi rəsmi cavabla X1 əmək kitabçasının ilk vərəqəsində müvafiq möhürlə qeyd edilmiş möhür və tarix biri-birinin əksidir. X1 əmək kitabçası Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbində saxlanılırdı. O, X1 əmək kitabçasını Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbindən təhvil almışdır. X1 2016-cı il tarixdən İ dərəcəli əlilliyi barədə Bakı şəhəri 4 saylı Uşaq Musiqi Məktəbi vaxtında Mədəniyyət Baş idarəsinə məlumat vermədiyi üçün həmin idarə də vergidən azad olmanı vaxtında tətbiq etməmişdir. O, Bakı şəhər Mədəniyyət Baş idarəsi tərəfindən verilən cavabdan narazı olduğu üçün məcburiyyət qarşısında qalaraq, məhkəməyə ərizə ilə müraciət etməli olmuşdur.xx.xx.2022-ci il tarixdə o, X2nur əmək haqqından, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bak şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən aparılan artıq tutquların ona ger qaytarılması barədə ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsine iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixi 2(009)-892/2022 saylı qərardadı ilə onun maraqlı şəxs Cavabdehnə qarşı “əmək haqqından artıq aparılan tutuquların geri qaytarılması” barədə ərizənin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilmişdir. İmtinanın səbəbi kimi qərardadın müəyyən etdi hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatf”na əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi inzibati orqandır. Maraqlı şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi inzibati orqan olduğundan, məhkəmə hesab etmişdir ki, həmin cavabdehə qarşı qaldırılan iddiaya mülki prosessual qanunvericiliyinin “tələbləri” qaydasında deyil inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.6-c bəndinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciəl etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasınır Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. O da, Bakı İnzibati Məhkəməsinə müraciət etmək üçün, ilkin olaraq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin tələblərinə uyğun olaraq, mediasiya şurasına ərizə ilə müraciəl etmişdi. Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/6-772 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış almışdır Verilmiş arayışda Cavabdeh tərəfindən təsvir edildiyi kimi əmək mübahisəsi tarixi və saatının keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini/iştirak etməkdən yazılı imtina etdiyini təsdiq etmək üçün verilmişdir. İlkin mediasiya sesiyasında o iştirak edib və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 AZN məbləğində mediasiyaya dair xərc ödədiyi göstərilmişdir. Sonradan, o ərizəsinə dəyişiklik edərək, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112 7929/2022 saylı qərardadı ilə iddianın mümkünsüz sayılması qərara alınmışdır. Belə ki, qərara alınmış Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci tarixli, e-2-1(112)-7929/2022 saylı qərardadının müəyyən etdi hissəsində “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmə ilə arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcılığını əks etdirən Cədvəlində göstərilmişdir ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərindən irəli gələn tələblərə ümumi məhkəmələrin baxıldığı qeyd edilmişdir. Yuxarıda göstəridən səbəblərə görə o yenidən Səbail rayon məhkəməsinə ərizə ilə müraciət etmək məcburiyyətindədir.
4. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, mərhum X7 xx.xx.2014-cü ildən vəfat etdiyi xx.xx.2021-ci il tarixinədək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli uşaq musiqi məktəbində əsas müəllim vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən İ və İİ dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır. Sözügedən dövr üzrə vergi qanunvericiliyinə - Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.8-cü maddəsinə əsasən Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Məcəllədə də qeyd olunduğu kimi vergi güzəştləri məhz sənədin təqdim olunduğu vaxtdan tətbiq olunmalıdır. Belə ki, mərhum N.Ələkbərovun İ qrup əlilliyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Bakı DOST Mərkəzinin 9 mart 2021-ci il tarixli, **********0 nömrəli arayışı həmin tarixdə təqdim edilmişdir. Bu barədə 4 nömrəli uşaq musiqi məktəbi tərəfindən mühasibatlığa 12 mart 2021-ci il tarixində rəsmi məktubla müraciət olunmuş və qanunvericiliyə uyğun güzəşt tətbiq edilmişdir.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2084/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir. Belə ki, iddiaçı atasının vərəsəsi olmaqla atasının xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər əmək haqqından Cavabdeh tərəfindən artıq tutulmalara yol verilmə halları mövcud olsa da belə, (halbuki buna dair məhkəməyə sübutlar təqdim edilməmişdir) bu ödəmələr (artıq tutulmalar) miras kütləsinə daxil olmadığı üçün bu ödəmələri geri tələb etmək hüququna malik ola bilməz. Əmək haqqından artıq tutulmalara yol verilmə halları mərhumun sağlığında ikən qanunvericilikdə müəyyən edilmiş müddətlər ərzində mübahisələndirilə bilərdi. Mərhum isə sağlığında artıq tutulmalara yol verilməsini mübahisələndirmədiyi halda, onun övladı olan - hazırki iş üzrə iddiaçı bu ödəmələrin tutularaq ona qaytarılmasını tələb etməkdə subyektiv hüquqa malik olmamışdır.
7. Məhkəmə həmçinin qeyd etmişdir ki, əgər işəgötürən tərəfindən mərhuma ödənilməli olan, lakin ödənilməmiş qalan hər hansı vəsait qalmışdırsa və bu vəsaitlər miras kütləsinə daxil olduğu halda, iddiaçı mərhumun vərəsəsi kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında atasının sağlığında ala bilmədiyi vəsaitləri almaq hüququna malik ola bilərdi.
Apelyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2084/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak etdiyi şəxslərin etdiyi qanun və hüquqi aktlarırədd etkəm üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu Qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsində, məhkəmə birtərəfli olaraq, heç bir sənədi araşdırmadan, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, məhkəmə prosesi zamanı o, iş üzrə hakimə, iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etsə də, hakim onun dediklərini nəzərə almadan və iddiaya əlavə etdiyi sənədləri yoxlamadan, işə bir tərəfli yanaşaraq iddanın təmin edilməməsi barədə qətnamə qət etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda ifadə vermişdir. Həmçinin məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, atası sağlığında hazırki müahisəli məsələ ilə bağlı məhkəməyə müaciət etməmiş, atasına məhkəməyə müraciət etməyi tövsiyə etdikdə o, bununla razılaşmamışdır. 12.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini əsassız hesab etdiyini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2084/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
13.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 14.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 15.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 16.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
17.135.5-ci maddəsinin tələblərinə görə ... başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. 18.1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
21.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 22.Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 23.İş materiallarından göründüyü kimi iddiaçı vəfat etmiş atasının əmək münasibətlərində olduğu iş yeri üzrə aldığı əmək haqqına İ qrup əlil olması əsası ilə tətbiq edilməli olan vergi güzəştlərinin tətbiq edilmədiyi üçün əmək haqqından artıq tutulmalar həcmində miras əmlakdan məhrum olduğuna istinad etmişdir. Mübahisəyə baxan birinci instansiya məhkəməsi iddiaçının artıq tutulmaların ona qaytarılmasını tələb etmək üzrə subyektiv hüquqa malik olmamasına dair nəticəyə gəlmişdir. 24.Məhkəmənin icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalı olmasını nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılşaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Belə ki, hazırki mübahisəyə həmçinin prosessual hüquq varisliyi baxımından qiymət verilməlidir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ödənilməməsi mübahisələndirilən əmək haqqının təyinatı məhz işçinin özünün normal yaşayışını təmin etməkdən ibarət olduğundan hazırki hüquq münasibətləri hüquq varisliyinə yol verən münasibətlər deyildir. 26.Beləliklə hazırki mübahisəyə münasibətdə kollegiya qeyd edir ki, ödənilməli olan pul vəsaitinin məbləği işəgötürən tərəfindən müəyyən edilənə qədər işçi konkret məbləğdə olan əmək haqqını yox, sərf etdiyi əməyin keyfiyyət və kəmiyyət baxımından ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda bu vəsait, işəgötürən tərəfindən artıq hesablanmış lakin ödənilməmiş vəsaitdən fərqli olaraq vərəsəlik qaydasında işçinin vərəsəsi(ləri)nin mülkiyyətinə keçmək xüsusiyyətinə malik olan əmlak hesab edilə bilməz, vərəsələri işçinin əvəzinə məhkəmədə vəsaitin ödənilməməsinin əsaslı olub-olmamasını mübahisələndirmək üzrə subyektiv hüquqa malik deyillər və bu mübahisənin də əmək qanunvericiliyi əsasında həll olunması yolverilməzdir. 27.Qeyd edilməlidir ki, yerli qanunvericilikdə və insan hüquqları haqqında çoxsaylı beynəlxalq aktlarda nəzərdə tutulan müddəalar baxımından “əmlak” anlayışına həm də əşya hüquqları və başqa şəxslərə verilə bilən tələb hüquqları daxildir. Bununla da məhkəmə vasitəsilə müdafiə olunan və başqa şəxslərə verilə bilən tələb hüququ onun yaranma əsasları və həcm baxımından kifayət qədər müəyyən olmalıdır. 28.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2084/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov