Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1799/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMMC-nin Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X4 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı MMMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı MMMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “kommunal xidmətə görə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3540/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə 1118-MM5-0089 nömrə ilə qeydiyyata alınmış və hüquqi ünvanı ünvan 1dur. Cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 87/89 müəyyən olunmuşdur.
2. İddiaçı xx.xx.2018-ci il tarixli Nizamnaməsindən görünür ki, İddiaçı (bundan sonra - ‘‘Cəmiyyət’’ adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 87/89 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir.
3. 07.09.2018-ci il tarixli İddiaçı iştirakçılarının ümumi yığıncağının protokolundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 87/89 ünvanında yerləşən binalar üzrə ümumi əmlakın saxlanılması və idarə olunması ilə bağlı tarif 30 manat təşkil edir.
4. ünvan 2 ünvanında yerləşən 89 kv.m. qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsusdur. “Al Cavabdeh2 ilə Market” MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi ayda müəyyən məbləğdə icarə haqqı ödəmək şərtilə on il müddətinə Cavabdeh1 MMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə görə icarə obyektinin daxilində olan kommunal xidmətlərin (elektrik, su qaz, telefon və s.) icarəçi tərəfindən ayrıca ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMMC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2018-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1.560 manat təşkil edən borcun və 36 manat dövlət rüsumunun, ümumilikdə 1.596 manat pulun Cavabdeh2 tutularaq İddiaçı MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər arasında icarə müqaviləsi bağlanmışdır. İddiaçı MMMC tərəfindən ümumi qəbul edilmiş qərarla MMMC ilə müvafiq müqavilə əsasında kommunal xidmətlər üçün müəyyən edilmiş məbləğ ödənilməlidir. İddiaçı MMMC tərəfindən xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu ilə qarşı tərəfə müraciət olunmuş və İddiaçı MMMC-yə ödənilməli olan ümumi məbləği 1.560 manat təşkil edən borcun 3 gün ərzində ödənilməli olması xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən borc ödənilməmiş və bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3540/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, hazırda Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini icarə müqaviləsi əsasında Cavabdeh1 MMC-yə icarəyə versə də, yəni hazırda qeyri-yaşayış sahəsi faktiki olaraq Cavabdeh1 MMC-nin sahiblik və istifadəsində olsa da, Cavabdeh2 və Cavabdeh1 MMC arasında bağlanmış icarə müqaviləsinin 3.2-ci bəndində yalnız “İcarə obyektinin” daxilində olan kommunal xidmətlərin (eletrik, su, qaz, telefon və s.) Cavabdeh1 MMC tərəfindən ayrıca olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Lakin İddiaçı MMMC-yə qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin ödəniləcək üzvlük haqqının məbləğinin ödənilməsi barədə isə icarə müqaviləsində heç bir razılıq qeyd olunmamışdır.
9. Həmçinin məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olmaqla MMMC-nin xidmətlərindən istifadə etdiyindən, kommunal, məişət və göstərilən digər xidmətlərə görə haqqı ödəməlidir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
10. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 390.1, 390.3, 442-ci maddələrinə; “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
11. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3540/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı MMMC-nin Cavabdeh2 qarşı “kommunal xidmətə görə borcun ödənilməsi”tələbinə dair iddiasının rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normasından məlum olur ki, ünvan 3 ünvanında yerləşən, 89 kv.m. təşkiledən qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsi ilə bağlı İddiaçı MMMC (bundan sonra “İddiaçı”) ilə onun (bundan sonra “Cavabdeh”) arasında müvafiq müqavilə bağlanmalı idi (belə müqavilə digər yaşayış və qeyri-yaşayış sahəsinin mülkiyyətçiləri ilə bağlanıb). Və müqavilə bağlandıqdan sonra onun iddiaçı qarşısında kommunal xidmətlərin dəyərinin ödənilməsi vəzifəsi yarana bilərdi. Müqavilənin bağlanmaması isə onun iddiaçı qarşısında öhdəliyini istisna edir. O da nəzərə alınmalıdır ki, qeyri-yaşayış sahəsi tərəfindən digər şəxsə icarəyə verildiyinə görə, məhz ona münasibətdə iddiaçı hər hansı kommunal xidmətlər göstərməmişdir. Göründüyü kimi, məhkəmə işin faktiki hallarına uyğun maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq etməmiş, nəticə etibarilə hüquq normasının pozuntusuna yol vermişdir. Mənzil Məcəlləsinin ifadə etdiyi hüquq normasından göründüyü kimi, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan onun mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin iştirakçısı/üzvü olmaq hüququ vardır. O, MMMCnin iştirakçısı olmadığı halda, onun MMMC-yə münasibətdə hər hansı vəzifəsi də yoxdur. Bu mənada, o, iddiaçının iştirakçısı/üzvü olmadığı üçün onunla müqavilənin bağlanması iddiaçının vəzifəsidir. Yalnız bundan sonra onun iddiaçıya münasibətdə vəzifələri yarana bilər. Beləliklə, məhkəmə bir daha maddi hüquq normasının tələbini tətbiq etməmiş, hüquq normasının pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsinin öz qətnaməsində sübut kimi istinad etdiyi bütün sənədlər İddiaçı tərəfindən elektron kabinet vasitəsilə deyil, məhkəmə iclasında və məhkəmə baxışı zamanı təqdim edilmişdir. Məhkəmə isə həmin sənədləri qəbul edərək iş materiallarına əlavə etmişdir. Bundan başqa, iddiaçı məhz məhkəmə baxışında cavabdehə qarşı tələb yönəltməklə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermişdir. Hesab edir ki, məhkəmə sənədləri/ərizəni bu şəkildə qəbul etməklə, prosessual hüquq normasının kobud pozuntusuna yol vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qarşı tərəfin onlarla münasibətlərinin olmasının səbəbi obyektin mülkiyyətçisin bilməmələri idi. Onlar da qarşı tərəfi deməməyinin səbəbi kommersiya sirri olmasıdır. Buna görə də onlara qarşı iddia qaldırdılar. Onların arasında heç bir müqavilə yoxdur. Cavabdeh1 MMC-nin hüquqi ünvanı Binəqədidə yerləşir. İcarə müqaviləsinin 3.2-ci maddəsinə görə icarə obyektinin daxilində olan kommunal xidmətlər (elektrik, qaz, su və telefon) icarəçi tərəfindən ayrıca ödənilməlidir. Yaşayış sahəsi xidmətlərinə görə müqavilədə müddəa yoxdur. Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsi 89 kv.m-dən ibarətdir. 15.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMMC nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirərək qeyd etmişdir ki, "xxxx" MMMC-nin 6 sentyabr 2018-ci ildə subyektiv hüquqları yaranıb. Pul mülkiyyətçi Cavabdeh2 tutulmalıdır. Mülkiyyətçi Cavabdeh2 ilə əlaqə saxlamağa cəhd göstərmişlər. Qarşı tərəf kommunal xidməti ödəməkdən imtina edir. Qarşı tərəf kommunal xidməti yanlış başa düşür və fikirləşir ki, bu yalnız liftə aiddir. Lakin belə deyil. Kommunal xidmət binanının yenidən bəpası, şlaqbaum, həyətin təmizliyi və s. özündə ehtiva edir. Kommunal ödənişlər məhkəməyə müraciət edilənə qədər, yəni 2023-cü il oktyabr ayına qədər standart olaraq kv.m nəzərə alınmadan bütün obyektlər üzrə 30 manat tutulurdu. 2023-cü il oktyabr ayından sonra isə hər kv.m-ə 50 qəpikdən hesablanmağa başladı. Məhkəməyə obyektin verilməsinin səbəbi ondan ibarətdir ki, obyektin özünün bu məsələyə daxil olması və bütün məsuliyyəti öz üzərinə götürməsidir. Cavabdeh2 binada başqa mənzili yoxdur. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin ona aid hissədə rədd edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsi Cavabdeh1 MMC-yə münasibətdə qətnamənin nəticə hissəsində gəldiyi qənaəti göstərməməklə, tələb edilən pulu iddiaçının xeyrinə yalnız Cavabdeh2 tutmasına baxmayaraq iddianı tam şəkildə təmin etməklə prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən apellyasiya baxışının predmetini apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
21.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur; 28-ci maddəsinə görə, hər kəsin azadlıq hüququ; 68-ci maddəsinin 2-ci bəndinə əsasən isə, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. 22.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23.44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 24.55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
25.37.1-ci maddəsinə əsasən çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. 26.43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. 27.87.5.4-cü maddəsinə əsasən cəmiyyətin yaradılması zamanı keçirilən təsis yığıncağında cəmiyyətin yaradılması və cəmiyyətin fəaliyyətinin başlanılması ilə əlaqədar bu Məcəlləyə, digər qanunvericilik aktlarına və təsisçilər arasında bağlanılmış müqaviləyə zidd olmayan digər məsələlər həll edilir. 28.109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 29.120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyriyaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 30.122.1.1-ci maddəsinə əsasən qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüququdur. 31.122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 32.126.9-cu maddəsinə görə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının təşkili, keçirilməsi, səsvermə, qərar qəbul edilməsi və digər məsələlərlə bağlı bu Məcəllənin 44-47-ci maddələrinin müvafiq müddəaları bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilir. 33.128.0.3-cü maddəsinə əsasən müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. 34.128.0.4-cü maddəsinə əsasən, çoxmənzilli binanı (binaları) idarə etmək və ya idarə olunmasına dair müqavilələr bağlamaq Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. 35.138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. 36.138.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. 37.139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 38.140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. 39.140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 40.141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 41.142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. 42.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlərüzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
43.14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 44.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 45.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
46.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməlidir. 47.Belə ki, mənzil qanunvericiliyinin imperativ göstərişinə əsasən müvafiq müddət ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. 48.Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. 49.Hazırki iş üzrə binaların sahə mülkiyyətçiləri yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmişlər. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Faktiki vəziyyətdə binanın idarəçiliyi məhz bu qeyri-kommersiya hüquqi şəxs tərəfindən həyata keçirilir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq iddiaçı tərəfindən göstərilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları işin mübahisəsiz halıdır. Binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) MMMC tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları da şübhəsizdir. 50.Məhkəmə kollegiyası İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən müvafiq tariflər üzrə ödənişlərin edilməsini tələb etmək üzrə hüququnun yarandığını nəzərə alaraq qeyd edir ki, qüvvədə olan mənzil qanunvericiliyinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək imkanı tanınmışdır. Eyni zamanda iddiaçının dövlət qeydiyyatına alınmış xx.xx.2018-ci il tarixli Nizamnaməsinin 3.3 və 3.4-cü bəndlərində yuxarıda qeyd olunan münasibətlər tənzimlənmişdir. Belə ki, mənzil qanunvericiliyində sahə mülkiyyətçilərin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları müvafiq idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. 51.İddiaçı MMMC tərəfindən Cavabdeh2 2018-ci ilin yanvar ayından 2023-cü ilin aprel ayına qədər olan dövr üçün 1.560 manat borc hesablanmışdır. Cavabdeh2 həmin borcdan heç bir ödəniş etməmişdir. Halbuki cavabdeh sözügedən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğu andan ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. MMMC isə bu xidmətləri göstərən təşkilat kimi ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Tərəflər arasında müqavilə imzalanmasa da, cavabdeh, həmin xidmətlərdən yararlanmışdır. Bu da tərəflərin müqavilə münasibətlərində olmasına dəlalət edir. Həmçinin iddiaçı qurumun cavabdehdən binanın saxlanmasına görə xidmət haqqı tələb etməsi hüququ qanunvericilikdən irəli gəlir. 52.Kollegiya həmçinin qeyd edir ki, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2015- ci il tarixli Qərarından aydın olur ki, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Hazırki halda, iddiaçı ilə cavabdeh arasında yazılı müqavilə olmasa da, MMMC-nin ali orqanı olan ümumi yığıncağın qərarı mövcuddur. 53.Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı MMMC-nin xeyrinə 1.560 manat pulun tutulması hissəsində iddia tələbi əsaslıdır. Belə ki, 2018-ci ilin sentyabr ayından (subyektiv hüququ əmələ gəldiyi tarixdən) 2023-cü ilin aprel ayı da daxil olmaqla 1.680 manat təşkil edir (56x30=1.680). Lakin iddia ərizəsində 1.560 manat pul məbləği tələb olunduğundan, məhkəmə bu məbləğin tutulmasını məqsədəuyğun hesab edir. Qeyd edilməlidir ki, MMMC-nin səlahiyyətli olması müəyyən edilməyən müddət üçün kommunal xidmətlər üzrə yaranmış borcu tələb etməsinin hər hansı əsası yoxdur.
54. Məhkəmə kollegiyası həmçinin iddianın digər cavabdehə münasibətdə rədd edilməsi qənaətinə gələrək mövqeyini onunla əsaslandırır ki, iş materiallarından göründüyü kimi ünvan 2 ünvanında yerləşən 89 kv.m. qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur və o, həmin sahəni xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ayda müəyyən məbləğdə icarə haqqı ödəmək şərtilə on il müddətinə Cavabdeh1 MMC-yə icarəyə vermişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin 3.2-ci bəndinə görə icarəçi icarə obyektinin daxilində olan kommunal xidmətləri (elektrik, su qaz, telefon və s.) ayrıca ödəməyi öhdəsinə götürmüşdür.
55. Göründüyü kimi həmin müqavilə ilə icarəçi Cavabdeh1 MMC-nin binanın ümumi əmlakının saxlanmasına görə qanunvericiliyin tələblərinə müvafiq olaraq haqqın ödənilməsi vəzifəsi yaranmamışdır. Qeyd edilən vəzifə həmçinin mənzil qanunvericiliyindən də irəli gəlmir. Əksinə mövcud qanunvericiliyə görə bu vəzifə çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ məxsus olan şəxslərə aiddir, bu hüququn icarəçi olan digər tərəfə keçməsi isə tərəflər arasında bağlanmış müqavilə ilə nəzərdə tutulmamışdır. Beləliklə hazırda mübahisə predmeti olan məbləğin ödənilməsi üçün hər hansı hüquqi əsas (qanundan və ya müqavilədən irəli gələn) müəyyən edilmədiyindən iddia Cavabdeh1 MMC-yə münasibətdə rədd edilməlidir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsinə görə tələb edilən pulu iddiaçının xeyrinə yalnız Cavabdeh2 tutmaqla düzgün nəticəyə gəlsə də, Cavabdeh1 MMC-yə münasibətdə qətnamənin nəticə hissəsində gəldiyi qənaətin nədən ibarət olduğunu göstərməmiş, iddianın hər iki cavabdehə münasibətdə irəli sürülməsinə baxmayaraq tam şəkildə təmin edilməsi barədə nəticəyə gəlmiş, bununla da prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçı Cavabdeh1 MMC-yə qarşı olan iddia tələblərindən rəsmi olaraq imtina etməmiş, MMC-nin prosessual statusuna və ona münasibətdə icraata xitam verilməmişdir.
57. Beləliklə məhkəmə kollegiyası tərəfindən işə baxılarkən prosessual pozuntuya yol verildiyi müəyyən edilmiş, bu da düzgün olmayan qətnamənin qəbul olunması ilə nəticələnmişdir.
58. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3540/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia bu hissədə rədd edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia Cavabdeh1 MMC-yə münasibətdə rədd edilməli, Cavabdeh2 münasibətdə isə təmin edilməlidir. 59.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 60.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3540/2023 nömrəli, 20 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia Cavabdeh1 MMC-yə münasibətdə rədd edilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilsin. Cavabdeh2 1.560 (bir min beş yüz altmış) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 36 (otuz altı) manat, cəmi 1.596 (bir min beş yüz doxsan altı) manat məbləğində pul tutularaq İddiaçı MMMC-yə ödənilsin. Qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova