Məhkəmə qərarları › İş №2(103)-180/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-180/2022

08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-180/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2020-ci il tarixli qətnamədən Cavabdeh5 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı Bankın nümayəndəsi X1 və Cavabdeh5 özünün, onun vəkili (nümayəndəsi) Nümayəndə iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi iddia ərizəsi və “iddia tələbinin həcminin azaldılması barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh5 arasında 06.10.2004-cü il tarixdə bağlanmış 001L000095 saylı “Kredit xətti müqaviləsi” çərçivəsində bağlanmış 27R000004592 saylı “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 152.608,93 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 50.734,52 ABŞ dolları, borcun ödənilməsinin geçikdirilməsinə görə tətbiq edilmiş dəbbənin ödənilməsi məqsədi ilə 30.302 ABŞ dolları, 027R********** saylı “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 12.318,07 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 8.483,19 ABŞ dolları faiz borcu, borcun ödənilməsinin geçikdirilməsinə görə tətbiq edilmiş dəbbənin ödənilməsi məqsədi ilə 2.415 ABŞ dolları, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, ödənilmiş xidmət haqlarının əvəzi olaraq 60 manat məbləğində pulun borcalan olan Cavabdeh5 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X2 xeyrinə müştərək qaydada tutulması, tutmanın ipoteka predmətlərinə, yəni iş üzrə Cavabdeh6 mülkiyyətində və Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərracdan satılması, satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsi, həmin pul vəsaiti borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin borcalan və zaminlər olan cavabdehlərdən Bankın xeyrinə müştərək qaydada tutulması, ipoteka predmetlərinə tutma yönəldildikdə və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklara olan istifadə hüquqlarının itirilməsi, cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh5 ilə iddiaçı Bank arasında 06.10.2004-cü il tarixdə bağlanmış “Kredit xətti müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh5 üçün 60 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqavilənin şərtinə əsasən borcalana veriləcək kredit məbləği və kreditin ödənilməsi müddəti ayrıca olaraq “Kredit razılaşmaları” ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X4 ilə “Zaminlik müqavilələri” bağlamış və onlar da Bank qarşısında yuxarıda qeyd edilən “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh5 üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək onunla birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəliklər götürmüşlər. Bundan başqa, Cavabdeh6, Məmmədəli Miriyev və Cavabdeh3 ilə “Kredit xətti müqaviləsi” üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bankla “İpoteka müqavilələri” bağlamışlar. Belə ki, Cavabdeh6 mülkiyyətində olan və Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evini, Məmmədəli Miriyev mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0,12 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evini, Cavabdeh3 isə mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişlər. Bank ilə Cavabdeh5 arasında bağlanmış “Kredit xətti müqaviləsinə” dəyişiklik və əlavələr edilməsi haqqında 26.09.2014-cü il tarixli 95 saylı sazişlə kredit xəttinin müddəti 239 ay, məbləği 2.000.000 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh5, “Kredit xətti müqaviləsi” çərçivəsində Bank ilə bağladığı 26.09.2014-cü il tarixli “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167 olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə Bankdan 250.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bununla əlaqədar olaraq 01.04.2015-ci il tarixli, 18.03.2016-cı il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Bundan başqa, Cavabdeh5, “Kredit xətti müqaviləsi” çərçivəsində Bank ilə bağladığı 13.02.2015-ci il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə Bankdan 50.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan sonra, Bank ilə cavabdehlər arasında bağlanmış “Zaminlik müqavilələrinə” dəyişiklik və əlavələr edilməsi haqqında sazişlər də bağlanmışdır. Borcalan və zaminlər iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş, Banka olan borcunun bir hissəsini ödəməmişlər. Nəticədə onların Banka iddia ərizəsində və “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizədə göstərilən məbləğlərdə borcları yaranmış və Bank tərəfindən onlara dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Odur ki, Bank, borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək və bu zaman “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin” qeydə alınması üçün 30 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumları və 60 manat xidmət haqqı ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.11.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 27R000004592 saylı “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 152.608,93 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 45.206,05 ABŞ dolları, borcun ödənilməsinin geçikdirilməsinə görə tətbiq edilmiş dəbbənin azaldılması və azaldılmış dəbbənin ödənilməsi məqsədi ilə 1.500 ABŞ dolları, 027R********** saylı “Kredit razılaşması” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 12.318,07 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 7.278,90 ABŞ dolları faiz borcu, borcun ödənilməsinin geçikdirilməsinə görə tətbiq edilmiş dəbbənin azaldılması və azaldılmış dəbbənin ödənilməsi məqsədi ilə 200 2.415 ABŞ dolları, ümumilikdə isə 219.111,95 ABŞ dolları məbləğində pulun, qətnamə icra ediləcək tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə, “Tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişlərin” qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat, ödənilmiş xidmət haqlarının əvəzi olaraq 60 manat məbləğində pulun borcalan olan Cavabdeh5 və onun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X2 xeyrinə müştərək qaydada tutulmasını, tutmanın ipoteka predmətlərinə, yəni iş üzrə Cavabdeh6 mülkiyyətində və Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evinə, Cavabdeh2 mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinə, Cavabdeh3 mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilinə yönəldilməsini, Cavabdeh6 mülkiyyətində həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 100.000 manat olmaqla, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin və həmin sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 140.000 manat olmaqla, Cavabdeh3 mülkiyyətində olan mənzilin satış qiymətinin 62.000 manat olmaqla açıq hərracdan satılmasını, satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, həmin pul vəsaiti borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin borcalan və zaminlər olan cavabdehlərdən Bankın xeyrinə müştərək qaydada tutulmasını, ipoteka predmetlərinə tutma yönəldildikdə və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılmasını və əmlakların boşaldılmasını, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə keçirilmiş ekspertiza xərcinin cavabdehlərə aid edilməsini, bu məqsəd ilə cavabdehlərdən 145 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini qət etmişdir. Cavabdeh5 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətanmənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki dəfə Azərbaycanda baş vermiş devalvasiya nəticəsində Cavabdeh5 külli miqdarda ziyan dəymişdir. Onunla iddiaçı Bank arasında bağlanmış kredit müqavilələri əsasında kredit ABŞ dolları ilə verildiyindən devalvasiyadan sonra ödənişlərin edilməsi çətinləşmişdir. Cavabdeh5 bu çətinliklər barədə Bankın məsul şəxslərinə dəfələrlə məlumat versə və kreditin Azərbaycan manatına çevrilməsini xahiş etsə də də həmin şəxslər anlayışlı davranmamış, Cavabdeh5 güzəşt etməmiş, heç bir əsas gətirmədən müraciətlər rədd etmişlər. Buna baxmayaraq Cavabdeh5 borcu ödəməkdən imtina etmir və hazırda da hər iki kredit müqaviləsinə əsasən ödənişləri edir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları və Cavabdeh5 iddiaçı Banka etdiyi ödənişləri nəzərə almışıdır. Bundan başqa Rayon Məhkəməsi qeyd edilən məbləğdə faiz borcunun və cərimənin haradan əmələ gəlməsini araşdırmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh5 və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin əsaslarına, habelə məzmununa uyğun izahat verdilər. Cavabdeh5 əlavə olaraq bildirdi ki, ipoteka predmeti olan əmlakların ölçüləri sonradan dəyişdirilmiş və bununla bağlı yeni çıxarış alınmışdır. Buna görə də o hesab edir ki təkrar qiymətləndirilmə keçirilməlidir. Bu məqsədlə o, qiymətləndirilmə ekspertizası təyin olunmasını xahiş edir. Digər cavabdehlər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı Bankın nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia qismən təmin edilsə və iddianın bir qismi təmin edilməsə də, iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh5 isə apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmir. Bununla bağlı Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bundan başqa Məhkəmə qeyd edir ki, ipotekaqoyan və zamin olan digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh5 qətnamənin tam ləğv edilməsini xahiş etsə də, Məhkəmə hesab edir ki, Cavabdeh5, digər cavabdehin adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. O, cavabdehlərin nə faktiki, nə də ki, qanuni nümayəndəsi deyil. Buna görə də, Məhkəmə qeyd edilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh5 aid olan hissəsinin əsaslılığını yoxlamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh5 "xxxx" QSC (indiki İddiaçı QSC) ilə bağladığı 06.10.2004-cü il tarixli 001L000095 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 17.12.2009-cu il tarixli 95 saylı sazişlə kredit xəttinin məbləği 1.000.000 ABŞ dolları müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 26.09.2014-cü il tarixli 95 saylı sazişlə kredit xəttinin müddəti 239 ay və məbləği 2.000.000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 Bank ilə bağladığı 26.09.2014-cü il tarixli 27R000004592 saylı “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 250.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 01.04.2015-ci il tarixli 27R000004592S saylı, 18.03.2016-cı il tarixli 27R000004592SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 Bank ilə bağladığı 13.02.2015-ci il tarixli 027R********** saylı “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh6, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və X4 ilə “Zaminlik müqavilələri” bağlamış və onlar da Bank qarşısında yuxarıda qeyd edilən “Kredit xətti müqaviləsi” üzrə Cavabdeh5 üzərinə götürdüyü öhdəliklərin icrasına təminat verərək onunla birgə məsuliyyət daşımaları barədə üzərilərinə öhdəliklər götürmüşlər. Bundan başqa, Cavabdeh6, Məmmədəli Miriyev və Cavabdeh3 ilə “Kredit xətti müqaviləsi” üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bankla “İpoteka müqavilələri” bağlamışlar. Belə ki, Cavabdeh6 mülkiyyətində olan və Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evini, Məmmədəli Miriyev mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0,12 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evini, Cavabdeh3 isə mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzili Bankın xeyrinə ipoteka ilə yüklü etmişlər. Bundan sonra, Bank ilə cavabdehlər arasında bağlanmış “Zaminlik müqavilələrinə” dəyişiklik və əlavələr edilməsi haqqında sazişlər də bağlanmışdır. Borcalan və zaminlər iddiaçı Bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri lazımınca icra etməmiş, Banka olan borcun bir hissəsini ödəməmişlər. Nəticədə onların Banka iddia ərizəsində və “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizədə göstərilən məbləğlərdə borcları yaranmış və Bank tərəfindən onlara dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, Banka olan borc 27R000004592 saylı kredit razılaşması üzrə 152.608,93 ABŞ dolları əsas borc, 50.734,52 ABŞ dolları faiz borcu, 30.302 ABŞ dolları cərimə olmaqla, cəmi 233.645,45 ABŞ dolları, 027R********** saylı kredit razılaşması üzrə 12.318,07 ABŞ dolları əsas borc, 8.483,19 ABŞ dolları faiz borcu, 2.415 ABŞ dolları cərimə olmaqla, cəmi 23.216,26 ABŞ dolları, ümumilikdə 256.861,71 ABŞ dolları təşkil edir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdehlər, o cümlədən borcalan Cavabdeh5, bu öhdəliyin lazımi və tam həcmdə icra edilməməsini mübahisələndirmirlər. Cavabdeh5 apellyasiya şikayətində bildirir ki, Bank tərəfindən hesablanmış borc həddən artıq şişirdilmiş, faiz düzgün hesablanmamış, cərimə yüksək məbləğdədir. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsi ilə tələb olunan borcun məbləğinin həqiqəti əks etdirib-etdirməməsini yoxlamaq məqsədi ilə hazırki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmiş və ekspertizanın rəyini almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 08.06.2020-ci il tarixli, 1258 saylı rəyinə əsasən, Cavabdeh5 26.09.2014-cü il tarixli, 27R000004592 saylı kredit razılaşması üzrə 03.10.2017-ci il tarixə əsas borcu 165.421,51 ABŞ dolları, faiz borcu 45.206,05 ABŞ dolları məbləğində, 21.11.2019-cu il tarixə əsas borcu 163.421,51 ABŞ dolları, faiz borcu 62.659,62 ABŞ dolları məbləğində, 13.02.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması üzrə 3.02.2018-ci il tarixə əsas borcu 17.317,05 ABŞ dolları, faiz borcu 7.278,90 ABŞ dolları, 21.11.2019-cu il tarixə əsas borcu 15.317,05 ABŞ dolları və faiz borcu 8.811,16 ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Rayon Məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən görünür ki, Rayon Məhkəməsi ekspertiza tərəfindən verilmiş rəyi və MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq, 27R000004592 saylı kredit razılaşması əsas və faiz borcu Bankın tələb etdiyi məbləğdə, yəni əsas borcu 152.608,93 ABŞ dolları, faiz borcunu isə 45.206,05 ABŞ dolları məbləğində, 027R********** saylı kredit razılaşması üzrə əsas borcu Bankın tələb etdiyi məbləğdə, yəni 12.318,07 ABŞ dolları və faiz borcunu isə ekspert rəyində göstərilən məbləğdə 7.278,90 ABŞ dolları məbləğində müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh5 onun Banka olan borcunun daha az olmasını bildirsə də, bu xüsusatı təsdiq edə və ekspert rəyini şübhə altına ala biləcək sübutları (məsələn: adi riyazi hesablamanı və ya başqa mütəxəssisin verdiyi hesablamanı, əlavə ödənişlər etməsinə dair qəbzləri) Məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslılığını şübhə altına alan hər hansı xüsusatın olmadığını nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi cavabdehlərin Banka olan borcunun məbləğinin müəyyənləşdirilməsində səhvə yol verməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayətində bildirilir ki, Azərbaycanda iki dəfə baş vermiş devalvasiya nəticəsində Cavabdeh5 külli miqdarda ziyan dəymişdir. Onunla iddiaçı Bank arasında bağlanmış kredit müqavilələri əsasında kredit ABŞ dolları ilə verildiyindən devalvasiyadan sonra ödənişlərin edilməsi çətinləşmişdir. Cavabdeh5 bu çətinliklər barədə Bankın məsul şəxslərinə dəfələrlə məlumat versə və kreditin Azərbaycan manatına çevrilməsini xahiş etsə də həmin şəxslər anlayışlı davranmamış, Cavabdeh5 güzəşt etməmiş, heç bir əsas gətirmədən müraciətlər rədd etmişlər. Buna baxmayaraq Cavabdeh5 borcu ödəməkdən imtina etmir və hazırda da hər iki kredit müqaviləsinə əsasən ödənişləri edir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almışıdır. Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, devalvasiya ilə bağlı borclu Cavabdeh5 kreditor Bank qarşısında götürmüş olduğu öhdəliklərdən azad olunması və ya bu öhdəliklərin icrası ilə bağlı borcluya möhlət və ya qeyd edilən səbəbdən Bankın mütləq qaydada kreditin valyutasının ABŞ dollarından Azərbaycan manatına çevrilməsi ilə bağlı hər hansı bir qaydada hərəkət etməsi barədə şərt nə “Kredit xətt müqaviləsində”, nədəki “Kredit razılaşmalarında” nəzərdə tutulmamışdır. Göründüyü kimi Cavabdeh5 göstərdiyi hal iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasinin Qanununun 1-ci maddəsinə görə, bank pul vəsaitini cəlb etmək və qaytarma, ödəniş, müddətlilik şərtləri ilə öz adından yerləşdirmək üçün yaradılmış idarədir. Banklar pul əmanətlərini qəbul edir və yerləşdirir, kreditləri cəlb edir və verir, müştərilərin və korrespondent bankların tapşırığı ilə hesablaşmalar aparır və onlara kassa xidmətini həyata keçirir. Həmin Qanunun 4-cü maddəsinə görə, cari bank fəaliyyəti ilə bağlı qərarları qəbul edərkən banklar icraçı və sərəncamverici dövlət hakimiyyəti və idarəetmə orqanlarından asılı deyildirlər. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri əsassızdır. Bunlar müəyyən edildiyindən Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi dəbbə pulunun tutulması ilə bağlı tələbə Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının tələbləri baxımdan yanaşaraq həmin tələbi qismən təmin edərək, 27R000004592 saylı kredit razılaşması üzrə dəbbə pulunu 1.500 ABŞ dolları, 027R********** saylı kredit razılaşması üzrə isə dəbbə pulunu 200 ABŞ dolları müəyyən etməkdə haqlı olmuşdur. Həmçinin, Cavabdeh5 apellyasiya şikayətində ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərini mübahisələndirməsə də, apellyasiya baxışı iclasında Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuş qiymətlə razı olmadığını bildirmişdir. Belə ki, o, Məhkəməyə verdiyi izahatında bildirdi ki, ipoteka predmeti olan əmlakların ölçüləri sonradan dəyişdirilmiş və bununla bağlı yeni çıxarış alınmışdır. Buna görə də o hesab edir ki, iş üzrə təkrar qiymətləndirilmə keçirilməlidir. Bununla bağlı Məhkəmə bildirir ki, üzürlü səbəb olmadan birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və faktlar apellyasiya icraatı zamanı qəbul edilmir. Buna görə də, Cavabdeh5 göstərdiyi bu xüsusat nəzərə alınmamalı və araşdırılmamalıdır. Bununla yanaşı Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin qanunun 59-cu maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Müəyyən olunur ki, Bankın tələbinin ipoteka predmetlərinə yönəldilməsini istisna edən hər hansı bir hal mövcud deyil. Rayon Məhkəməsinin müzakirə edilən nəticəsi əsaslıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, Rayon Məhkəməsi işə baxarkən yuxarıda qeyd edilmiş ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi üçün 25.12.2019-cu il tarixli qərardad ilə iş üzrə qiymətləndirmə ekspertizası təyin etmiş, qiymətləndirmənin keçirilməsini "xxxx" MMC-yə həvalə etmiş və qiymətləndirici qarşısında qoyduğu sual ilə ipoteka predmetilərinin likvid qiymətinin deyil, bazar qiymətinin müəyyən edilməsini xahiş etmişdir. Qeyd edilən qərardad əsasında qiymətləndirmə aparmış həmin MMC-də Rayon Məhkəməsi tərəfindən onun qarşısında qoyulmuş suallara uyğun olaraq ipoteka predmetlərinin bazar qiymətini müəyyən etmiş və bununla bağlı müvafiq “Qiymətləndirmə hesabatlarını” işə baxmış Rayon Məhkəməsinə təqdim etmişdir. İşə baxmış Rayon Məhkəməsi də iş üzrə qətnamə qəbul edərkən həmin “Qiymətləndirmə hesabatlarını” əsas götürmüş və qəbul etdiyi qətnamədə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətlərini müəyyən etmişdir. Lakin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin tələbinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 38.2.2-ci maddəsinin mənasına görə, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Qanunun 1.0.9-ci maddəsinə görə isə, ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Qanunun tələblərini rəhbər tutan Məhkəmə, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin (likvid) müəyyən edilməsinin hazırki mübahisənin düzgün və ədalətli həlli üçün zəruri hesab etmiş, daşınmaz əmlakların likvid qiymətinin müəyyən edilməsi ilə bağlı qiymətləndirmə ekspertizası təyin edilmiş və qiymətləndirmənin keçirilməsi "xxxx" MMC-yə tapşırılmışdır. Lakin MMC-nin 17.03.2022-ci il tarixli məktubla bildirmişdir ki, cavabdehlərdən ipoteka predmeti olan əmlaklara baxış keçirilməsinə şərait yaradılması xahiş olunmuş, amma onlar müxtəlif bəhanələr ilə ekspertizanın aparılmasına şərait yaradılmasından boyun qaçırmışlar. Odur ki, ekspertiza təqdiqatının aparılması mümkün olmamışdır. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göstərilən səbəbdən Məhkəmə cavabdehin apellyasiya baxışı zamanı qiymətləndirmə ekspertizasının keçirilməsi barədə vəsatətini əsassız hesab edir və qeyd edir ki, "xxxx" MMC-nin qiymətləndirməyə dair hesabat rəylərinə əsasən, yəni Abşeron rayonu, Masazır kəndi, Xəqani küçəsində yerləşən 57 saylı fərdi yaşayış evinin bazar dəyəri 100.000 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Əliyev küçəsində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 61 saylı fərdi yaşayış evinin bazar qiyməti 140.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 7 nömrəli evin 117 nömrəli mənzilin bazar dəyəri 62.000 manat müəyyən edilməlidir. Rayon Məhkəməsinin qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi hazırki iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onların özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh5 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh5 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, qətnamədən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar