Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-180/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin ("xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı; İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı mülki iş üzrə İddiaçılar Cavabdeh2 vərəsələri Cavabdeh3, X37 oğlu və X18 İddiaçı ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: “kredit borcunun ödənilməsi, öhdəlik münasibətləri, ipoteka müqaviləsi, tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakın yüklülükdən azad edilməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İlk iddia iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə3, nümayəndəsi X13, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-130/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış 27 oktyabr 2004-cü il tarixli 27 saylı kredit müqaviləsindən görünür ki, Bank Cavabdeh1 950.000 ABŞ dolları məbləğində 360 gün müddətinə kredit xətti açır. Bank kredit xətti üçün sifariş verilmiş ümumi limitin həddindən artıq olmamaq şərti ilə kredit verir. Kredit üçün axırıncı sifariş kredit müqaviləsinin qurtarma müddətinə gün qalmış təqdim edilməlidir, məbləği isə kredit xətti məbləğinin 20 %-dan çox olmamalıdır.
2. "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 26 yanvar 2006-ci il tarixli 01 saylı kredit müqaviləsinə dəyişikliklərdən görünür ki, Bank Cavabdeh1 1.050.000 (bir milyon əlli min) ABŞ dolları məbləğində kredit xətti açır.
3. "xxxx" KB ilə Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış 26 yanvar 2006- cı il tarixli, 27 oktyabr 2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsinə dəyişikliklərdən görünür ki, ipoteka saxlayan və vətəndaş Cavabdeh1 arasında bağlanmış 01 saylı 26 yanvar 2006-cı il tarixli kredit müqaviləsinə əsasən, “İpotekasaxlayan” bocalana illik 15/30 %-lə hesablanmaqla 90 gün müddətinə 900.000 ABŞ dollar həcmində kredit xətti açır. Borcalan ipoteka ilə təmin olunan krediti hissə-hissə təsdiqlənmiş ödəniş qrafikinə əsasən ödəyir.
4. Bank tərəfindən müxtəlif vaxtlarda X14 ümumilikdə 360.000 ABŞ dolları, Cavabdeh1 3.285.910 ABŞ dolları pul ödənilmişdir.
5. Borclu tərəfindən Banka isə müxtəlif vaxtlarda 1.784.342 ABŞ dolları pul ödənilmişdir.
6. "xxxx" ASC ilə X11 arasında bağlanmış 27 oktyabr 2004-cü il tarixli 27 saylı kredit müqaviləsinə dəyişikliklərdən görünür ki, Cavabdeh1 arasında bağlanmış 27 saylı 27 oktyabr 2004-cü il tarixli kredit müqaviləsinə əsasən, ipoteka saxlayan borcalana illik 28/56 % hesablanmaqla 360 gün müddətinə 950.000 ABŞ dollar həcmində kredit xətti açır. Borcalan ipoteka ilə təmin olunan krediti hissə-hissə təsdiqlənmiş ödəniş qrafikinə əsasən ödəyir. İpotekaya qoyulmuş mənzilin ünvanı ünvan 1 ev 22, mənzil 14, 15, 17,18 və ünvan 6, mənzil 63. İpoteka predmeti 1.060.000 ABŞ dollar dəyərində qiymətləndirilmişdir.
7. "xxxx" ASC ilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış 27 iyun 2003-cü il tarixli, 83 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh3 arasında bağlanmış 83 № 27 iyun 2003-ci il tarixli kredit müqaviləsinə əsasən, ipotekasaxlayan Borcalana illik 30/60 % hesablanmaqla 360 gün müddətinə 300.000 ABŞ dollar həcmində kredit verilmişdir. Borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icra olunmasının təminatı olaraq ipotekaqoyan aşağıda qeyd olunan daşınmaz əmlakı ipotekasaxlayana girov kimi təqdim etmişdir: ünvan 2, mənzil 54, ünvan 2, mənzil 53, ünvan 2, mənzil 60, ünvan 2, mənzil 59, ünvan 2, mənzil 55 ipotekaya qoyulmuşdur. İpoteka predmeti 400000 ABŞ dollar dəyərində qiymətləndirilmişdir.
8. Bakı şəhəri 28 Aprel küçəsindəki 05 №-li yaşayış evinin 4 otaqlı 63 saylı mənzili X3, Bakı şəhəri 28 May küçəsindəki 05 №-li yaşayış evinin 1 otaqlı 54 saylı mənzili Cavabdeh3, Bakı şəhəri 28 May küçəsindəki 05 №-li yaşayış evinin 4 otaqlı 60 saylı mənzili X3, Bakı şəhəri 28 May küçəsindəki 05 №-li yaşayış evinin 59 saylı mənzili Cavabdeh1, Bakı şəhəri 28 May küçəsindəki 05 №-li yaşayış evinin 55 saylı mənzili Cavabdeh1 və Bakı şəhəri 28 May küçəsindəki 05 №-li yaşayış evinin 1 otaqlı 53 saylı mənzili X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir.
9. "xxxx" Kommersiya Bankı ilə X23, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 arasında bağlanmış 27 oktyabr 2004-cu il tarixli, 28 nömrəli ipoteka müqaviləsi üzrə yuxarıda qeyd olunan mənzillər ipoteka ilə yüklü edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində birinci icraat:
10. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması, tutma ipoteka predmetinə yönəldilməsi" tələbinə dair xx.xx.2007-ci ildə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 1.497.224 ABŞ dolları tutulması, həmin məbləğ ipoteka qoyulmuş ünvan 6, mənzil 53, 60, 55, 59, 54 və mənzil 63 yönəldilməsi və həmin əmlak kifayət etmədikdə cavabdehə məxsus digər əmlaka yönəldilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı "xxxx" ASC MPM-nin 53-cü maddəsinə müvafiq olaraq iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 27 oktyabr 2004-cü il tarixli 27 N-li kredit müqaviləsinin vaxtında icra olunmadığına görə, xx.xx.2009cu il tarixə 398.100 ABŞ dolları əsas borc və həmin məbləğə hesablanmış 244.663 ABŞ dolları faiz borcu olmaqla cəmi 642.763 ABŞ dolları məbləğində borc və xx.xx.2006-ci il tarixli 01 N-li kredit müqaviləsi vaxtında icra olunmadığına görə isə xx.xx.2009-cu il tarixə 1.041.310 ABŞ dolları əsas borc, həmin məbləğə hesablanmış 643.987 ABŞ dolları faiz borcu və faiz borcunun gecikdirilməsinə görə hesablanmış 2.737.390 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 4.442.687 ABŞ dolları məbləğində borcun, ümumilikdə hər iki müqavilə üzrə xx.xx.2009-cu il tarixə 5.065.450 ABŞ dolları məbləğində pulun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi, həmin vəsait kifayət etmədikdə tutmanın cavabdehin digər əmlakına yönəldilməsi, cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzillərdən köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh1 cavabdehlər "xxxx" ASC-yə, X15, X19, Qalib Ağayevə qarşı 22 yanvar 2009-cu il tarixdə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, cavabdehlərdən onun xeyrinə dəymiş ziyanın, əldən çıxmış fayda və girov qoyulmuş əmlakının girovdan azad edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 oktyabr 2009-cu il tarixli, N14552 saylı ekspert arayışından görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh1 adına olan 5 avqust 2005-ci il tarixli nömrəsiz, 13 may 2005-ci il tarixli, 1256 nömrəli, 22 sentyabr 2005- ci il tarixli nömrəsiz, 13 may 2005-ci il tarixli 1256 nömrəli, 22 sentyabr 2005-ci il tarixli 2198 nömrəli kassa məxaric orderlərinin əslində və kserosurətində, 16 sentyabr 2005-ci il tarixli 1828 nömrəli kassa məxaric orderinin kserosurətində, X12 adına olan 1754 nömrəli kassa məxaric orderində, 08 avqust 2005-ci il tarixli 1754 nömrəli, 12 avqust 2005-ci il tarixli 1797 nömrəli, 16 avqust 2005-ci il tarixli 1829 nömrəli kassa məxaric orderlərinin kserosurətində "Orderdə göstərilən məbləği aldım:" qrafalarındakı imzalar - X24 tərəfindən icra olunmuşdur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2010-cu il tarixli, N15840 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 saylı xx.xx.2004-cü il tarixli və 01 saylı xx.xx.2006-cı il tarixli kredit müqavilələri üzrə son nəticə aşağıdakı kimi müəyyən edilir: xx.xx.2004-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcu 98100,0 ABŞ dolları, faiz borcu 110244,6 ABŞ dolları, peniya 1377324,0 ABŞ dolları, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə əsas kredit borcu 1041310,0 ABŞ dolları, faiz borcu 1120166,03 ABŞ dolları, peniya 13401659,7 ABŞ dolları, ümumilikdə, hər iki kredit müqaviləsi üzrə borc məbləği 17148804,33 ABŞ dolları və ya 13719043,50 manat təşkil edir. O cümlədən: əsas kredit borcu 1139410,0 ABŞ dolları, faiz borcu 1230410,63 ABŞ dolları, peniya məbləği 14778983,7 ABŞ dolları, rəyin tədqiqat hissəsində göstərilən səbəblərdən Cavabdeh1 ona verilmiş kreditlər üzrə 649481,0 ABŞ dolları məbləğində vəsaiti banka artıq ödəməsi barədə, habelə X6, X37 oğlunun, X9, Cavabdeh3, Cavabdeh1 də daxil olmaqla 5 nəfər üzrə kredit, kredit faizi və məsləhət xidməti adı ilə 1361679,0 ABŞ dolları məbləğində kreditlərin banka artıq ödənilməsinin müəyyən edildiyi xx.xx.2010-cu il tarixli audit aktında banka artıq ödəmələrin olması barədə məlumatların düzgünlüyü haqda tədqiqat aparılmamışdır.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-9/2010 saylı, 27 dekabr 2010-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 53, 60,55,59,54 və 63 saylı mənzillərin açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına ilkin iddia üzrə Cavabdeh1 "xxxx" ASC-yə olan kredit borcu, yəni xx.xx.2004-cu il tarixli kredit müqaviləsi üzrə 398.100 ABŞ dolları əsas borc, həmin məbləğə hesablanmış 244.663 ABŞ dolları faiz borcu, cəmi 642.763 ABŞ dolları, xx.xx.2006-cı il tarixli kredit müqaviləsi üzrə 1.041.310 ABŞ dolları əsas borc, həmin məbləğə hesablanmış 643.487 ABŞ dolları faiz borcu və faiz borcunun gecikdirilməsinə görə hesablanmış 1.000000 ABŞ dolları məbləğində cərimə, cəmi 2.685.297 ABŞ dolları, hər iki müqaviləyə görə ümumilikdə 3.328.060 ABŞ dolları məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 53, 60,55,59,54 və 63 saylı mənzillərə tutma yönəldilməsi və onlar satıldıqda cavabdehin ailə üzvləri ilə birlikdə tutduqları yaşayış sahələrinin ən geci 01 ay ərzində tərk etmədikdə onların həmin mənzildən məcburi çıxarılması, ipoteka predmetlərinin satışından götürülmüş məbləğ ilkin iddia üzrə iddiaçının tələblərinin ödənilməsi üçün kifayət etmədikdə Azərbaycan Respublikası MM-nin 319.6-cı maddəsinin tələbinə uyğun olaraq çatışmayan məbləğ Cavabdeh1 tutulmuşdur. Həmçinin Cavabdeh1 tərəfindən "xxxx" ASCyə, X16, X19 və Qalib Ağayevə qarşı irəli sürülmüş qarşılıqlı iddia tələbi təmin edilməmişdir.
16. Qətnamədən İddiaçı ("xxxx") ASC apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini qismən ləğv edilməsi, ilkin iddianın 1.737.390 ABŞ dolları məbləğində cərimənin tutulması tələbinin təmin olunmamasına dair hissədə ləğv olunması, ilkin iddianın həmin hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh1 də qətnamədən apelyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
18. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli 2(103)- 1782/2011 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ("xxxx") ASC-nin apelyasiya şikayəti təmin olunmamış, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-09/2010 saylı 27 dekabr 2010-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin qismən təmin edilməsi hissəsində dəyişdirilmişdir.
19. Qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 sentyabr 2011-ci il tarixli, 2(102)- 2923/11 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 2(103)-1782/2011 nömrəli iş üzrə 02 may 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə ilə müraciət edərək işin baxılması üçün Ali Məhkəmənin Plenumuna çıxarılmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 29 iyun 2018-ci il tarixli, 13(102)-3/2018 saylı qərardadı ilə Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilmiş, iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27 sentyabr 2011-ci il tarixli qərarı, onunla əlaqədar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2011-ci il tarixli qətnaməsi və qərardadı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. b) Birinci instansiya məhkəməsində ikinci icraat:
22. xx.xx.2018-ci il tarixdə mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur.
23. Mülki iş üzrə İddiaçı ("xxxx") ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsi üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Y.A.Quliyedən 27 oktyabr 2004-cü il tarixli 27 N°-li kredit müqaviləsinə əsasən 163.100 ABŞ dolları məbləğində əsas borc, 179.663 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 342.763 ABŞ dolları məbləğində borcun və xx.xx.2006-cı il tarixli, 01 nömrəli kredit müqaviləsinə əsasən isə 1.041.310 ABŞ dolları məbləğində əsas borc, 643.987 ABŞ dolları məbləğində faiz borcu və 500.000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 2.185.297 ABŞ dolları məbləğində kredit borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2.528.060 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı ("xxxx") ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 53, 54, 55, 59, 60 və 63 saylı mənzillərə tutmanın yönəldilməsi, həmin mənzillərin ilkin satış qiymətlərinin müəyyən edilərək açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına banka olan kredit borcunun ödənilməsi, cavabdehlər ailə üzvləri ilə birlikdə tutduqları yaşayış sahəsini ən geci 01 ay ərzində tərk etmədikdə, onların həmin mənzillərdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. xx.xx.2018-ci il tarixdə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə "xxxx" ASC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Baki şəhəri Ərazi İdarəsinə qarşı xx.xx.2009-cu il tarixdə verilmiş qarşılıqlı iddia ərizəsi üzrə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, ilkin iddia tələbi tam rədd edilməsi, əvvəlki "xxxx" ASC (indiki İddiaçı ASC) ilə onun arasında olan xx.xx.2004-cü il tarixli 27 saylı kredit müqaviləsinə, xx.xx.2006-cı il tarixli 01 saylı kredit müqaviləsinə və ona edilmiş, xx.xx.2006-cı il tarixli dəyişikliklərə xitam verilməsi; "xxxx" ASC-nin ondan xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixədək qanunsuz aldığı 4.780.610 ABŞ dolları məbləğində pulun İddiaçı ASC-dən alınıb ona qaytarılması; Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən 55 və 59 saylı mənzillərə dair "xxxx" ASC (indiki İddiaçı ASC) ilə Quliyev Ağalar Yusif oğlu ilə aralarında bağlanmış ipoteka müqavilələrinə xitam verilməsi və həmin mənzillərin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı X4 vərəsələri: X37 oğlu, X29 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin tam rədd edilməsi, Cavabdeh2 məxsus olmuş 63 saylı mənzilə dair "xxxx" ASC (indiki İddiaçı ASC) ilə X11 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 27 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin mənzilin ipoteka yüklülüyündən azad edilməsi; X7 məxsus olmuş və ünvan 4 ünvanında yerləşən 53 və 60 saylı mənzillərinə dair və X17 xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 54 saylı mənzilinə dair "xxxx" ASC (indiki İddiaçı ASC) ilə X11 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 28 saylı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2006-cı il tarixli dəyişikliklərə xitam verilməsi və həmin mənzillərin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə tərəfindən təyin edilmiş "Məhkəmə mühasibatlıq ekspertizası" üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, N 3523 saylı ekspertiza rəyindən görünür ki, ümumilikdə Cavabdeh1 verilmiş kreditlər və həmin kreditə ödənişlər müəyyən edilir: verilən məbləğ 5.419.010,00 ABŞ dolları, ödənilən məbləğ 7.307.920,28 ABŞ dolları.
27. Məhkəmə tərəfindən təyin edilmiş "Məhkəmə mühasibatlıq ekspertizası" üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, N19660 saylı komisyon mühasibat ekspertiza rəyindən görünür ki, Cavabdeh1, X32 qızı, X37 oğlu, Cavabdeh3 və X23 "xxxx" ASC arasında iş materiallarında göstərilən kredit müqavilələri bağlanmışdır. İş materiallarında olan (cild 6 səh 35-37) "Tələbin güzəşt müqavilələrə əsasən öhdəliklər Cavabdeh1 ötürülmüşdür. Buna əsasən Cavabdeh1 iş materiallarında olan sənədlərə əsasən rəsmi kreditlər və həmin kreditə ödənişlər aşağıdakı kimi müəyyən edilir: Rəsmiləşdirilmiş məbləğ 5.419.010,00 ABŞ dolları, ödənilən məbləğ 7.307.920,28 ABŞ dolları.
28. Məhkəmə tərəfindən təyin edilmiş "Məhkəmə mühasibatlıq ekspertizası" üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, N 30429 saylı ekspertiza rəyindən görünür ki, qərardadda göstərilən:
29. Birinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və tərəflər arasında bağlanmış 27 saylı, 27 oktyabr 2004-cü il tarixli kredit xətti müqaviləsinin və əlavə dəyişikliklərin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 27 noyabr 2006-cı il tarixə (sualda qeyd edilən tarixə) iddiaçı "xxxx" KB olan borcu ümumilikdə 948.216,63 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2006-cı il tarixə əsas borc üzrə 925.089,37 ABŞ dolları, faiz borcu üzrə 23.127,23 ABŞ dolları. 25 dekabr 2019-cu il tarixli məktubla Mərkəzə Nəsimi rayon məhkəməsi tərəfindən işə əlavə edib ekspertizanın keçirilməsində nəzərə alınması üçün verilmiş 2-ci sualda tərəflər arasında bağlanmış 27 oktyabr 2004-cü il tarixli kredit xətti müqaviləsində borcalana verilmiş kredit məbləği 452.000,00 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə tərəfindən sualda göstərilən 27 oktyabr 2004-cü il tarixli kredit xətti müqaviləsi üzrə birinci tranş üzrə borcalana verilmiş 452.000,00 ABŞ dolları məbləğində kredit vəsaiti üzrə borc qalığı aşağıdakı kimi hesablanır. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və tərəflər arasında bağlanmış 27 saylı, 27 oktyabr 2004-cü il tarixli kredit xətti müqaviləsinin və əlavə dəyişikliklərin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 27 noyabr 2006-cı il tarixə (sualda qeyd edilən tarixə) iddiaçı "xxxx" KB olan borcu ümumilikdə 414.554,37 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2006-cı il tarixə əsas borc üzrə 404.443,28 ABŞ dolları, faiz borcu üzrə 10.111,08 ABŞ dolları.
30. İkinci sual üzrə: xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri və tərəflər arasında bağlanmış 01 saylı, 26 yanvar 2006-cı il tarixli kredit xətti müqaviləsinin və əlavə dəyişikliklərin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 27 noyabr 2006-cı il tarixə (sualda qeyd edilən tarixə) iddiaçı "xxxx" KB olan borcu ümumilikdə 205.126,54 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən xx.xx.2006-cı il tarixə əsas borc üzrə 204.317,97 ABŞ dolları, faiz borcu üzrə 808,57 ABŞ dolları. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2006-cı il tarixdən sonra 6.650,00 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2006-cı il tarixə göstərildiyindən sonradan ödənilən 6.650,00 ABŞ dolları məbləğində ödəniş hazırki tədqiqatla nəzərə alınmadı.
31. Üçüncü sual üzrə: Məhkəmənin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında Cavabdeh1 kredit hesabından istifadə olunmuş 235.000 ABŞ dolları məbləğ üzrə və Hacı Əfəndiyevin kredit hesabından istifadə olunmuş 260.000 ABŞ dolları məbləğ üzrə Cavabdeh1 tərəfindən "xxxx" ASC (hazırda İddiaçı ASC) nə qədər əsas və nə qədər faiz borcu ödənilmişdir sualı qoyulmuşdur. Bundan başqa, 25 dekabr 2019-cu il tarixdə mərkəzə Nəsimi rayon məhkəməsi tərəfindən işə əlavə edib ekspertizanın keçirilməsində nəzərə alınması üçün əlavə suallar təqdim edilmişdir. Həmin məktubda qeyd edilən 5-ci və 11-ci suallar ekspertiza təyin edilməsi haqqında qərardadda göstərilən 3-cü sual eynilik təşkil edir. 25 dekabr 2019-cu il tarixdə mərkəzə daxil olmuş əlavə suallar üzrə.
32. Birinci və iyirminci suallar üzrə: Cavabdeh1, X32 qızı, X37 oğlu, Cavabdeh3 və X23 ilə "xxxx" ASC arasında iş materiallarında göstərilən kredit müqavilələri bağlanmışdır. İş materiallarında olan (cild 6, səh 35-37) “Tələbin güzəştinə dair” müqavilələrə əsasən öhdəliklər Cavabdeh1 ötürülmüşdür. Buna əsasən ümumilikdə Cavabdeh1 iş materiallarında olan sənədlərə əsasən rəsmləşdirilmiş kreditlər və həmin kreditə ödənişlər aşağıdakı kimi müəyyən edilir. Rəsmləşdirilmiş məbləğ - 5.419.010,00 ABŞ dolları Ödənilən məbləğ - 7.307.920,28 ABŞ dolları. "xxxx" ASC ilə X32 qızı, X37 oğlu, Cavabdeh3 və X23 arasında bağlanılmış kredit müqavilələri üzrə bütün öhdəliklərin iş materiallarında olan (cild 6, səh 35-37) “Tələbin güzəştinə dair” müqavilələrə əsasən Cavabdeh1 ötürülməsi səbəbindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyun 2019-cu il tarixli 3523 saylı ekspert rəyində birinci sual üzrə “verilən məbləğ 5.419.010,00 ABŞ dolları” və “ödənilən məbləğ 7.307.920,28 ABŞ dolları” kimi müəyyən edilib.
33. İkinci sual üzrə: Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2003-cü il tarixli 16 saylı, illik 24%-lə, 12 ay müddətinə 150.000,00 ABŞ dolları məbləğində, xx.xx.2004-cü il tarixli 27 saylı, illik 28%-lə, 12 ay müddətinə 950.000,00 ABŞ dolları məbləğində, xx.xx.2006-cı il tarixli 01 saylı, illik 15%-lə, 3 ay müddətinə 900.000,00 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə müxtəlif vaxtlarda əlavələr bağlanmışdır. Həmin əlavələr üzrə kredit müqavilələrinə dəyişiklik edilmişdir. Sualda göstərilən 200.000,00 ABŞ dolları və 173.000,00 ABŞ dolları üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 356.241,77 ABŞ dolları sualda göstərilən 200.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 200.000,00 ABŞ dollarına ödənilmiş 356.241,77 ABŞ dollarının 83.484,28 ABŞ dolları hesablanmış faizə və 272.757,49 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 356.241,77 ABŞ dolları artıq ödəniş müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 571.645,29 ABŞ dolları sualda göstərilən 173.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 173.000,00 ABŞ dollarına ödənilmiş 571.645,29 ABŞ dollarının 45.848,00 ABŞ dolları hesablanmış faizə və 525.797,29 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 571.645,29 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
34. Üçüncü sual üzrə: İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 362.101,00 ABŞ dolları sualda göstərilən 144.000,00 ABŞ dolları üzrə silinmişdir. sualda göstərilən 144.000,00 ABŞ dollarına ödənilmiş 362.101,00 ABŞ dollarının 72.346,50 ABŞ dolları hesablanmış faizə və 289.754,50 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 362.101,00 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
35. Dördüncü sual üzrə: Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2003-cü il tarixli 16 saylı, illik 24%-lə, 12 ay müddətinə 150.000,00 ABŞ dolları məbləğində, xx.xx.2004-cü il tarixli 27 saylı, illik 28%-lə, 12 ay müddətinə 950.000,00 ABŞ dolları məbləğində, xx.xx.2006-cı il tarixli 01 saylı, illik 15%-lə, 3 ay müddətinə 900.000,00 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə müxtəlif vaxtlarda əlavələr bağlanmışdır. Həmin əlavələr üzrə kredit müqavilələrinə dəyişiklik edilmişdir. Sualda göstərilən 80.000,00 ABŞ dolları məbləğində verilmiş kredit üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 110.434,00 ABŞ dolları sualda göstərilən 80.000,00 ABŞ dolları üzrə silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 110.434,00 ABŞ dolları artıq ödəniş müəyyən edilir. Bundan başqa sualda göstərilən xx.xx.2004-cü il tarixli 50.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi ilə bağlı təqdim edilmiş iş materiallarında 959 saylı 50.000,00 ABŞ dolları məbləğində kassa məxaric orderinin sürəti mövcuddur (cild. 5 – səh. 35). Həmin kassa məxaric orderi nəzərə alınmaqla artıq ödənilmiş 110.434,00 ABŞ dollarından 50.000,00 ABŞ dolları çıxıldıqda artıq ödəmə 60.434,00 ABŞ dolları məbləğində müəyyən edilir.
36. Beşinci sual üzrə: Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2003-cü il tarixli 16 saylı, illik 24%-lə, 12 ay müddətinə 150.000,00 ABŞ dolları məbləğində, xx.xx.2004-cü il tarixli 27 saylı, illik 28%-lə, 12 ay müddətinə 950.000,00 ABŞ dolları məbləğində, xx.xx.2006-cı il tarixli 01 saylı, illik 15%-lə, 3 ay müddətinə 900.000,00 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə müxtəlif vaxtlarda əlavələr bağlanmışdır. Həmin əlavələr üzrə kredit müqavilələrinə dəyişiklik edilmişdir. Sualda göstərilən 235.000,00 ABŞ dolları məbləğində verilmiş kredit üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 480.670,59 ABŞ dolları sualda göstərilən 235.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 235.000,00 ABŞ dollarına ödənilmiş 480.670,59 ABŞ dollarının 245.670,59 ABŞ dolları hesablanmış faizə və 235.000,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 480.670,59 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
37. Altıncı sual üzrə: Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2003-cü il tarixli 16 saylı, illik 24%-lə, 12 ay müddətinə 150.000,00 ABŞ dolları məbləğində, xx.xx.2004-cü il tarixli 27 saylı, illik 28%-lə, 12 ay müddətinə 950.000,00 ABŞ dolları məbləğində, xx.xx.2006-cı il tarixli 01 saylı, illik 15%-lə, 3 ay müddətinə 900.000,00 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə müxtəlif vaxtlarda əlavələr bağlanmışdır. Həmin əlavələr üzrə kredit müqavilələrinə dəyişiklik edilmişdir. Sualda göstərilən 179.900,00 ABŞ dolları məbləğində ödəniş üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 451.463,00 ABŞ dolları sualda göstərilən 179.900,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 179.900,00 ABŞ dollarına ödənilmiş 451.463,00 ABŞ dollarının 105.006,00 ABŞ dolları hesablanmış faizə və 346.457,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 451.463,00 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
38. Yeddinci sual üzrə: Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2003-cü il tarixli 16 saylı, illik 24%-lə, 12 ay müddətinə 150.000,00 ABŞ dolları məbləğində, xx.xx.2004-cü il tarixli 27 saylı, illik 28%-lə, 12 ay müddətinə 950.000,00 ABŞ dolları məbləğində, xx.xx.2006-cı il tarixli 01 saylı, illik 15%-lə, 3 ay müddətinə 900.000,00 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə müxtəlif vaxtlarda əlavələr bağlanmışdır. Sualda göstərilən 70.000,00 ABŞ dolları məbləğində ödəniş üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh1 kreditləri üzrə 2.567.777,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 2.567.777,00 ABŞ dollarının 231.611,35 ABŞ dolları sualda göstərilən 70.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 70.000,00 ABŞ dollarına ödənilmiş 231.611,35 ABŞ dollarının 18.861,00 ABŞ dolları hesablanmış faizə və 212.750,35 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 231.611,35 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
39. Səkkizinci sual üzrə: Hazırki rəyin təsviri hissəsində qeyd olunduğu kimi ekspert qarşısında aparılmış audit yoxlaması və ekspert rəyi ilə müəyyən edilməlidir ki, xx.xx.2003-cü il tarixli 13-№li qəbzlə Cavabdeh1 ödədiyi 30.000 dollar əsas borc və 3458 dollar faiz borcu, xx.xx.2003-cü il tarixli 14№li qəbzlə ödədiyi 30.000 dollar əsas borc və 3398 faiz borcu, xx.xx.2003-cü il tarixli nömrəsiz qəbzlə 30.000 dollar əsas borc və 3338 dollar faiz borcu - cəmi 90.000 dollar əsas borc və 12018 dollar kredit faizi mədaxildən gizlədilmişdir. Həmin məbləğlər hesabına müqavilələrin əhatə etdiyi dövrdə nə qədər ziyan vurulması müəyyən edilsin sualı qoyulmuşdur. Bildirilir ki, aparılmış tədqiqata əsasən iş materiallarında olan sənədlərlə sualda göstərilən xx.xx.2003-cü il tarixli 13-№li qəbzlə Cavabdeh1 ödədiyi 30.000 dollar əsas borc və 3458 dollar faiz borcu, xx.xx.2003-cü il tarixli 14№li qəbzlə ödədiyi 30.000 dollar əsas borc və 3398 faiz borcu, xx.xx.2003-cü il tarixli nömrəsiz qəbzlə 30.000 dollar əsas borc və 3338 dollar faiz borcu - cəmi 90.000 dollar əsas borc və 12018 dollar kredit faizi öz əksini tapmır. İş materiallarında olan sənədlərdə xx.xx.2003-cü il tarixdə 3.000,00 ABŞ dollar əsas borc və 3458 dollar faiz borcu, xx.xx.2003-cü il tarixdə 3.000,00 ABŞ dollar əsas borc və 3398 faiz borcu, xx.xx.2003-cü il tarixdə 3.000 dollar əsas borc və 3338 dollar faiz borcu cəmi 9.000,00 dollar əsas borc və 10.194,00 dollar kredit faizi öz əksini tapır. Ümumilikdə əsas borc və faiz borcuna mədaxil olunmamış 19.194,00 ABŞ dolları məbləğində pul vəsaiti müəyyən edilir.
40. Doqquzuncu sual üzrə: X23 ilə "xxxx" ASC arasında xx.xx.2004-cü il tarixli 28 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X14 13 ay müddətinə illik 30%-lə 900.000,00 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2004-cü il tarixdə, tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli 28 saylı kredit müqaviləsinə dəyişiklik bağlanmış və illik faiz dərəcəsi 30%-dən 20%-ə endirilmişdir. Sualda ABŞ dolları məbləğində ödəniş üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X12 kreditləri üzrə 1.827.250,28 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 1.827.250,28 ABŞ dollarının 189.348,77 ABŞ dolları sualda göstərilən təsdiqini tapmamış 90.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən 90.000,00 ABŞ dollarına ödənilmiş 189.348,77 ABŞ dollarının 99.348,77. ABŞ dolları hesablanmış faizə və 90.000,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 189.348,77 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
41. Onuncu sual üzrə: X23 ilə "xxxx" ASC arasında xx.xx.2004-cü il tarixli 28 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X14 13 ay müddətinə illik 30%lə 900.000,00 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2004-cü il tarixdə, tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli 28 saylı kredit müqaviləsinə dəyişiklik bağlanmış və illik faiz dərəcəsi 30%-dən 20%-ə endirilmişdir. Sualda göstərilən təsdiqini tapmamış 230.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X12 kreditləri üzrə 1.827.250,28 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 1.827.250,28 ABŞ dollarının 680.961,76 ABŞ dolları sualda göstərilən təsdiqini tapmamış 230.000,00 ABŞ dolları üzrə silinmişdir. Sualda göstərilən təsdiqini tapmamış 230.000,00 ABŞ dollarına ödənilmiş 680.961,76 ABŞ dollarının 228.101,76. ABŞ dolları hesablanmış faizə və 452.860,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 680.961,76 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
42. On birinci sual üzrə: X23 ilə "xxxx" ASC arasında xx.xx.2004-cü il tarixli 28 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X14 13 ay müddətinə illik 30%lə 900.000,00 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2004-cü il tarixdə, tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli 28 saylı kredit müqaviləsinə dəyişiklik bağlanmış və illik faiz dərəcəsi 30%-dən 20%-ə endirilmişdir. Sualda göstərilən təsdiqini tapmamış 260.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi üzrə həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X12 kreditləri üzrə 1.827.250,28 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqavilələri üzrə ödənilmiş 1.827.250,28 ABŞ dollarının 594.816,00 ABŞ dolları X14 verilməsi təsdiq olunmayan 260.000,00 ABŞ dollarına silinmişdir. X14 verilməyən 260.000,00 ABŞ dollarına ödənilmiş 594.816,00 ABŞ dollarının 331.951,00. ABŞ dolları hesablanmış faizə, 2.865,00 ABŞ dolları cəriməyə və 260.000,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 594.816,00 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
43. On ikinci sual üzrə: X37 oğlu ilə "xxxx" ASC arasında xx.xx.2004-cü il tarixli 06 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X37 oğluna 14 ay müddətinə illik 28%-lə 600.000,00 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2004-cü il tarixdə tərəflər arasında bağlanmış xx.xx.2003-cü il tarixli 16 saylı kredit müqaviləsinə dəyişiklik bağlanmış və 700.000,00 ABŞ dolları məbləğində kredit acılmışdır. Lakin xx.xx.2003-cü il tarixli 16 saylı kredit müqaviləsi təqdim edilməmişdir. Sualda göstərilən 200.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi iş materiallarında öz əksini tapmır və həmin məbləğə ödənilmiş vəsait aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X37 oğlunun krediti üzrə 1.473.412,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqaviləsi üzrə ödənilmiş 1.473.412,00 ABŞ dollarının 244.019,59 ABŞ dolları X37 oğluna verilməsi təsdiq olunmayan 200.000,00 ABŞ dollarına silinmişdir. X37 oğluna verilməyən 200.000,00 ABŞ dollarına ödənilmiş 244.019,59 ABŞ 44.019,59. ABŞ dolları hesablanmış faizə və 200.000,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 244.019,59 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
44. On üçüncü sual üzrə: X37 oğlu ilə "xxxx" ASC arasında xx.xx.2004-cü il tarixli 06 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X37 oğluna 14 ay müddətinə illik 28%-lə 600.000,00 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2004-cü il tarixdə tərəflər arasında bağlanmış xx.xx.2003-cü il tarixli 16 saylı kredit müqaviləsinə dəyişiklik bağlanmış və 700.000,00 ABŞ dolları məbləğində kredit acılmışdır. Lakin xx.xx.2003-cü il tarixli 16 saylı kredit müqaviləsi təqdim edilməmişdir. Təqdim edilmiş kassa məxaric orderlərinə əsasən dövr ərzində müqavilə və dəyişikliklər üzrə "xxxx" ASC tərəfindən X37 oğluna 1.027.500,00 ABŞ dolları məbləğində kredit verilmişdir. Sualda göstərilən 200.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi iş materiallarında öz əksini tapmır. Bundan başqa sənədlərə əsasən kredit üzrə 69.215,41 ABŞ dolları faiz hesablanmışdır. İş materiallarında olan kassa mədaxil orderinə əsasən X37 oğlunun krediti üzrə 1.473.412,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqaviləsi üzrə ödənilmiş 1.473.412,00 ABŞ dollarının 62.120,00 ABŞ dolları xidmət haqqına və məsləhət xidmətinə, 69.215,41 ABŞ dolları hesablanmış faizə və 1.027.500,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 314.576,59 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
45. On dördüncü sual üzrə: Cavabdeh3 ilə "xxxx" ASC arasında xx.xx.2003-cü il tarixli 83 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 12 ay müddətinə illik 30%-lə 300.000,00 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2004-cü il tarixdə tərəflər arasında kredit müqaviləsinə dəyişiklik bağlanmış və 400.000,00 ABŞ dolları məbləğində kredit xətti acılmış, xx.xx.2004-cü il tarixdə yenidən kredit müqaviləsinə dəyişiklik bağlanmış, son müddət xx.xx.2004-cü il tarix müəyyən edilmiş və 500.000,00 manat məbləğində kredit xətti açılmışdır. Ümumilikdə 1.200.000,00 ABŞ dolları məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. Sualda göstərilən 230.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi iş materiallarında öz əksini tapmır və həmin məbləğə ödənişlər aşağıdakı kimi müəyyən edilir. İş materiallarında olan kassa mədaxil orderinə əsasən Cavabdeh3 krediti üzrə 1.150.673,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqaviləsi üzrə ödənilmiş 1.150.673,00 ABŞ dollarının 299.134,40 ABŞ dolları Cavabdeh3 verilməsi təsdiq olunmayan 230.000,00 ABŞ dollarına silinmişdir. Cavabdeh3 verilməyən 230.000,00 ABŞ dollarına ödənilmiş 299.134,40 ABŞ dollarının 69.134,40 ABŞ dolları hesablanmış faizə və 230.000,00 ABŞ dolları əsas borca silinmişdir. Ümumilikdə əsas borc və faiz borcuna 299.134,40 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
46. On beşinci sual üzrə: İş materiallarında X32 qızı ilə Azərnəqliyyatbank ASC arasında bağlanmış adı cəkilən kredit müqaviləsi öz əksini tapmamışdır və sonradan vəsatətə əsasən təqdim edilməmişdir. Bu səbəbə görə tərəfin krediti hansı şərtlərlə verilməsi müəyyən edilmir (müddət, faiz və s). Həmcinin xx.xx.2004-cü il tarixdə tərəflər arasında kredit müqaviləsinə dəyişiklər bağlanmış və həmin dəyişiklikdə 150.000,00 manat və ya ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Lakin ayrı şərtlər nəzərdə tutulmamışdır. Təqdim edilmiş kassa məxaric orderlərinə və ödəniş qəbzlərinə əsasən X1 ASC-dən 75.000,00 ABŞ dolları məbləğində kredit götürmüş və avəzində 288.808,00 ABŞ dolları məbləğində ödəniş etmişdir. 266.538,00 – 75.000,00 = 191.538,00 İş materiallarında olan kassa mədaxil orderinə əsasən X32 qızının krediti üzrə 266.538,00 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarına əsasən razılaşdırılmış kredit müqaviləsi üzrə ödənilmiş 266.538,00 ABŞ dollarının 75.000,00 ABŞ dolları əsas borca. Ümumilikdə əsas borca 191.538,00 ABŞ dolları artıq ödəniş müəyyən edilir.
47. On altıncı sual üzrə: Cavabdeh1, ailə üzvüləri X32 qızının, X37 oğlunun, Cavabdeh3 və qohumu X6 adına olan kredit müqavilələrin əhatə etdiyi dövrdə xidmət haqqı, məsləhət xidməti hesabına Cavabdeh1 34.416,00 ABŞ dolları, X32 qızından 22.270,00 ABŞ dolları, X37 oğlundan 62.120,00 ABŞ dolları, Cavabdeh3 60.439,00 ABŞ dolları və qohumu X5 5.944,00 ABŞ dolları, ümumilikdə 185.186,00 ABŞ dolları artıq ödətdirilmişdir.
48. On yeddinci sual üzrə: İş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə rəsmləşdirilmiş lakin verilməmiş 1.927.000,00 ABŞ dolları üzrə əsas borca, faiz borcuna və məsləhət xidmətinə, xidmət haqqına Cavabdeh1 2.567.777,00 ABŞ dolları, X21 306.139,59 ABŞ dolları, Cavabdeh3 359.573,40 ABŞ dolları, X32 qızına 213.808,00 ABŞ dolları və X10 isə 1.471.070.53 ABŞ dolları ümumilikdə 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödəniş müəyyən edilir. Hesablanmış 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödənişin Cavabdeh1, X21, Cavabdeh3, X32 qızına və X10 dəymiş ziyan kimi qəbul edilməsi məhkəmə tərəfindən qiymətləndirilməlidir.
49. On səkkizinci sual üzrə: Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2004-cü il tarixli 27 saylı, illik 28%-lə, 12 ay müddətinə 950.000,00 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda əlavələr bağlanmışdır. Həmin əlavələr üzrə kredit müqavilələrinə dəyişiklik edilmişdir. Məhkəmənin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş 1ci sualın tədqiqatında 25 dekabr 2019-cu il tarixdə mərkəzə Nəsimi rayon məhkəməsi tərəfindən işə əlavə edib ekspertizanın keçirilməsində nəzərə alınması üçün təqdim edilmiş 18-ci sual üzrə cavab öz əksini tapır.
50. On doqquzuncu sual üzrə: Cavabdeh1 ilə "xxxx" ASC arasında xx.xx.2006-cı il tarixli 01 saylı, illik 15%-lə, 3 ay müddətinə 900.000,00 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müxtəlif vaxtlarda əlavələr bağlanmışdır. Həmin əlavələr üzrə kredit müqavilələrinə dəyişiklik edilmişdir. Məhkəmənin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş 2ci sualın tədqiqatında 25 dekabr 2019-cu il tarixdə mərkəzə Nəsimi rayon məhkəməsi tərəfindən işə əlavə edib ekspertizanın keçirilməsində nəzərə alınması üçün təqdim edilmiş 19-cu sual üzrə cavab öz əksini tapır.
51. İyirmi birinci sual üzrə: Hazırkı rəyin təsviri hissəsində qeyd olunduğu kimi, 25 dekabr 2019-cu il tarixdə mərkəzə daxil olmuş əlavə suallar üzrə 21-ci sualda ekspert qarşısında “Azərnəqliyyat bankın vəzifəli şəxslərinin mənim və ailə üzvlərinin və yaxın qohmunun kredit xəttləri hesabına 2003-2007-ci illərdə kassa məxaric order təqdim etmədən aldatma saxta kassa məxaric orderi tərtib etməklə və məsləhət xidməti haqqı hesabına mənə qanunsuz ödətdikləri xüsusi külli miqdar pulun yenidən mənə və Hacı Əfəndiyevə kredit verilməsinə dair orderlərində göstərilən məbləğlərin mənim pulum olduğu halda yenidən mənə verilməsi mənim yoxsa bankın vəsaiti kimi qiymətləndirilməlidir” sualı qoyulmuşdur. Bildirilir ki, həmin sualın həlli hüquqi xarakterli məsələ olduğundan məhkəmə tərəfindən həll edilməlidir.
52. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-130/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Natavan Tağıyeva) ilk iddia qismən təmin edilmiş, xx.xx.2004-cü il tarixli 27 nömrəli kredit müqaviləsinə görə 925.089,37 ABŞ dolları əsas borc və 23.127,23 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 948.216,63 ABŞ dolları məbləğində borc və xx.xx.2006-cı il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə 204.317,97 ABŞ dolları məbləğində əsas borc, 808,57 ABŞ dolları faiz borcu, cəmi 205.126,54 ABŞ dolları, hər iki müqavilə üzrə cəmi: 1.153.343,14 ABŞ dolları məbləğində borcun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 53, 54, 55, 59, 60 və 63 saylı mənzillərə yönəldilməsi, həmin ipoteka predmeti olan mənzillərin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, qalan hissədə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" ASC-yə qarşı «mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi və vurulmuş zərərin ödənilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh "xxxx" ASC-dən 1.075.486,59 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 xeyrinə ödənilməsi, qalan hissədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi üzrə Cavabdeh2 vərəsələri Cavabdeh3, X37 oğlunun, X18 cavabdeh "xxxx" ASC-yə qarşı «mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, iş üzrə məhkəmə xərci olan ekspertizalar tədqiqatının dəyəri 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin "xxxx" ASC-dən və Cavabdeh1 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
53. Birinci instansiya məhkəməsi qənaətində göstərmişdir ki, Cavabdeh1 kredit müqavilələri üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi bank qarşısında yerinə yetirmədiyindən 27 oktyabr 2004-cü il tarixli, 27 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2006-cı il tarixədək banka olan ümumilikdə 948.216,63 ABŞ dolları, ondan əsas borc 925.089,37 ABŞ dolları, faiz borcu 23.127,23 ABŞ dolları təşkil edir. xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC KB olan borc ümumilikdə 205.126,54 abş dolları, o cümlədən 204.317,97 ABŞ dolları əsas, 808,57 ABŞ dolları məbləğində faiz borcu təşkil edir. Hər iki müqavilə üzrə ümumi borc 1.153.343,14 ABŞ dolları təşkil edir. Ona görə də, "xxxx" ASC-nin iddiası qismən təmin edilməli və Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə hər iki müqavilə üzrə cəmi: 1.153.343,14 ABŞ dolları məbləğində pul tutulmalıdır. Tutma ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən 53, 54, 55, 59, 60 və 63 saylı mənzillərə yönəldilməli, həmin mənzillər açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti hesabına banka olan kredit borcu ödənilməlidir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Hacı Əfəndiyevin adından Hamlet Hüseynov bankın işciləri ilə cinayət əlaqəsinə girərək Cavabdeh1 kredit xətti müqaviləsi üzrə kredit hesabından 235.000 ABŞ dolları və Hacı Əfəndiyevin kredit hesabından istifadə olunmuş 260.000 ABŞ dolları, cəmi 495.000 ABŞ dolları əldə etmişlər. Həmin məbləğ üzrə Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə (hazırda "xxxx" ASC) 1.075.486,59 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Bununla bağlı, ekspertiza rəyi ilə ümumilikdə Cavabdeh1 tərəfindən banka 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödəniş aparılması müəyyən edilmişdir. Hesablanmış 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödənişin Cavabdeh1, X37 oğluna, Cavabdeh3, X32 qızına və X10 dəymiş ziyan kimi qəbul edilməsinə məhkəmə münasibət bildirərək hesab etmişdir ki, Cavabdeh1 bank tərəfindən dəymiş zərər 1.075.486,59 ABŞ dolları məbləğində qiymətləndirilməlidir və həmin məbləğ bankdan tutularaq Cavabdeh1 xeyrinə ödənilməlidir. Cavabdeh1 Bank qarşısında olan öhdəlik isə tam icra edilmədiyindən mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi tələbi təmin edilə bilməz. "xxxx" ASC (hazırda "xxxx" ASC) 04 sentyabr 2019-cu ildə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəyə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 ailə üzvlərinin kredit xətti üzrə öhdəliklər xx.xx.2004-cü il tarixli 27 nömrəli kredit müqaviləsi üzrə və xx.xx.2006cı il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə müddəti xx.xx.2006-cı ildə bitmişdir. Müqavilələr üzrə Cavabdeh1 tərəfindən mütəmadi ödənişlər aparılmışdır. İddiaçı "xxxx" ASC xx.xx.2007-ci il tarixdə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bundan sonra, Cavabdeh1 21 yanvar 2009-cu ildə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, müqavilənin müddəti xx.xx.2006-cı ildə bitdiyi halda, Cavabdeh1 3 illik iddia müddətini ötürülmədən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə iddia müddətinin tətbiqi yolverilməzdir. Ona görə də iddia müddəti tətbiq olunmaqla qarşılıqlı iddianın rədd edilməsi mümkün deyildir.
54. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1, 319.1, 307.6, 309, 380, 427.3, 442, 443.1, 448.1, 449.1, 739-cu, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 4, 33, 34.1, 39.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.3, 119.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.
c) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
55. Qətnamədən İddiaçı ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
56. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən, məhkəmə mühasibatlıq və qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizalarının keçirilməsi qərara alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubu ilə məhkəmə mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmiş və məktubda qeyd edilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların tədqiqi üçün əlavə materialların (tərəflər arasında bağlanılmış kredit müqavilələri üzrə hesablamanın aparılması üçün zəruri ola bilən, kredit məbləğinin hesaba köçürüldüyü tarix öz əksini tapmaqla ödəniş qəbzləri, kassa məxaric-mədaxil orderləri, və s. mühasibatlıq sənədlərinin əsli) zəruriliyi haqqında məhkəmə orqanına xx.xx.2021-ci il tarixli vəsatət göndərilmiş, lakin Ekspertizaya təqdim edilmiş bir qisim əlavə sənədlərlə tanışlıq zamanı iddiaçı "xxxx" ASC-dən tələb edilən, vəsatətdə adları qeyd olunan sənədlərin təqdim edilmədiyi ekspert tərəfindən müəyyən edilmişdir. Daha sonra, tədqiqatın başa çatdırılması üçün xx.xx.2021-ci il tarixli ekspert vəsatətində göstərilən sənədlərin hamısının tədqiqata təqdim olunması barədə xx.xx.2021-ci il tarixində xatırlatma məktubu göndərilmiş, Məhkəmənin xx.xx.2021-ci il tarixdə Mərkəzə daxil olmuş məktubunda "xxxx" ASC-nin nümayəndəsi tərəfindən bildirilmişdir ki, ekspert vəsatətində adları qeyd olunan sənədlərin əslinin təqdim edilməsi mümkün olmamışdır.
57. “X22” MMC-nin xx.xx.2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 53 saylı mənzilin bazar dəyəri 82800.00 və likvid dəyəri 74520.00 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 55 saylı mənzilin bazar dəyəri 84000.00 manat və likvid dəyəri 75600.00 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 59 saylı mənzilin bazar dəyəri 224600.00 manat və likvid dəyəri 202140.00 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 54 saylı mənzilin bazar dəyəri 94000.00 manat və likvid dəyəri 84600.00 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 60 saylı mənzilin bazar dəyəri 202800.000 manat və likvid dəyəri 182520.00 manat, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, 05 saylı evin 63 saylı mənzilin bazar dəyəri 268000.00 manat və likvid dəyəri 241200.00 manat təşkil etməsi qeyd edilmişdir. Keçirilmiş tədqiqatın dəyəri 3000 manat müəyyən edilmişdir.
58. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş (eyni zamanda Azərbaycan Respublikası Mərkəzi Bankı mütəxəssis qismində cəlb edilmişdir) və ekspertizanın aparılması Azərbaycan Respublikası Auditorlar Palatasına həvalə edilmişdir.
59. "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli kassa məxaric- mədaxil orderləri və mühasibatlıq sənədlərin əslinə əsasən verilmiş audit rəyində "xxxx" ASC (indiki "xxxx" ASC) - nin fəalliyyəti nəticəsində "xxxx" MMC-ə təqdim edilmiş sənədlər və əlaqəli şəxslərdən alınmış izahatlar əsasında Cavabdeh1, X37 oğlu, Cavabdeh3, X32 qızı və X23 tərəfindən ümumilikdə ******* ABŞ dolları məbləğində artıq ödəmə müəyyən edilmişdir. Audit nəticəsində təqdim edilmiş sənədlərin və aparılan hesablamaların araşdırılması zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1901/2021 nömrəli qərardadına əsasən auditor qarşısında qoyulmuş suallara cavab olaraq bildirilmişdir ki, Cavabdeh1 adına olan xx.xx.2003-cü il tarixli 16 saylı, xx.xx.2004- cü il tarixli 27 saylı, 26.01,2006-cı il tarixli 01 saylı müqavilələri üzrə Cavabdeh1 artıq ödəməsi 1269.664 (174860 ABŞ dolları məbləğində qalıq borc çıxıldıqdan sonra) ABŞ dollarıdır. X37 oğlunun adına olan xx.xx.2003-cü il tarixli 16 saylı və xx.xx.2004-cü il tarixli 06 saylı kredit müqavilələri üzrə X37 oğlunun artıq ödəməsi 375605 ABŞ dollarıdır. Cavabdeh3 adına olan xx.xx.2003-cü il tarixli 83 saylı kredit müqavilələri üzrə Cavabdeh3 artıq ödəməsi 345520 ABŞ dollarıdır. X32 qızının adına olan xx.xx.2003- cü il tarixli kredit müqaviləsi üzrə X32 qızının artıq ödəməsi 233.256 ABŞ dollarıdır. X12 adına olan xx.xx.2003-cü il tarixli 25 saylı və 27 10.2004-cü il tarixli 28 saylı kredit müqavilələri üzrə X12 artıq ödəməsi ******* ABŞ dollarıdır.
60. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-174/2022 nömrəli iş üzrə 16 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Talışinski (sədrlik edən və məruzəçi), Azad İmanov və Qürbət Əsgərov) İddiaçı ASC ("xxxx" ASC) və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 130/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən (yoxlanılan ilk və qarşılıqlı iddianın təmin edilən hissəsində) ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin iddia tələbi və qarşılıqlı iddiaların rədd edilməsi, qalan hissədə qətnamənin dəyidirilmədən saxlanılması, ekspertiza xərci olan 1150 (min yüz əlli) manat məbləğdə pul vəsaitinin bərabər qaydada tərəflər- İddiaçı ASC ("xxxx" ASC) və Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, "X22 MMC" tərəfindən aparılmış qiymətləndirmənin dəyəri olan 3000 (üç min) manat ekspertiza xərcinin bərabər qaydada tərəflər-İddiaçı ASC ("xxxx" ASC) və Cavabdeh1 alınaraq "X22" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
61. Məhkəmə kollegiyasının mövqeyinə görə, iş üzrə ekspert və audit rəyləri, tələblər və onlara edilən dəqiqləşmələr, ilk iddia üzrə cavabdehin apellyasiya şikayətinin və ona edilmiş əlavələrdə (mülahizə və izahatlarda) qarşılıqlı ziddiyyətlər, habelə qətnamənin gəldiyi nəticə üçün əsaslandırmanın aydın olmaması, bütövlükdə tərəflər arasında kreditborc məbləğlərinin dəqiq müəyyən edilməsi üçün ekspertiza və audit təyin edilməsini zəruri etmiş, ekspertiza tədqiqatların aparılması və əlavə sübutlar təqdim edilməsi imkanlarının yaradılmasına baxmayaraq, borc münasibətlərinə yönəlik sübutların əsli tam təqdim edilməmiş və ona görə mötəbər sübut kimi qəbul edilə bilən ekspert rəyinin əldə edilməsi mümkün olmamışdır. Beləliklə, borcun dəqiqliyinin müəyyən edilməsi üzrə yeganə vasitə olan mütəxəssis, ekspertiza və auditin keçirilməsi üzrə sübutların natamamlığı, ilk iddia üzrə cavabdehin ******* ABŞ dolları məbləğində kredit götürdüyü və artıq qaytarılmasında etibar edərək ödənişlər edilməsində aldadıldığını, ilk iddia üzrə iddiaçının isə cavabdehin hələ də borclu olmasında israrlı olması, borc və pul tələbi üzrə yekun qənaətin formalaşmasına imkan verməyən və tərəflərin tələblərin sübuta yetirmədiyi hallardır. Diqqətə çatdırılmalıdır ki, pul tələbləri üzrə yekun qənaətin formalaşması ilkin olaraq müqavilələr üzrə borcun olmasından irəli gəlir. İllər və aylar üzrə əsas, faiz və dəbbə üzrə borcu müəyyən etməyən ekspertlərin artıq ödənişin də müəyyən edilməsi mümkün deyildir. Üstəlik bu rəylərin uyğunsuzluğu "formal" həqiqətin belə müəyyən edilməsinə imkan vermir.
62. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 269- 321, 324, 331, 355- 357, 372-390, 399, 404, 425.1, 427.3, 739, 741, 743, 744, 560-cı, "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1, 36.1, 36.3, 47.4, 59-cu, Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 78, 80-82, 88, 106.2, 119, 217.4, 385, 386, 388 və 390-cı maddələrinə istinadla əsaslandırmışdır.
d) Kassasiya instansiyası məhkəməsində icraat:
63. İddiaçı ASC (vəkili Nümayəndə3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
64. Cavabdeh1 (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən-ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddianın təmin edilməmiş hissələrində ləğv edilməsini, ilkin iddianın tamamilə rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
65. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-23/2023 saylı, 21 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər Mehbarə Əhmədova (sədrlik edən və məruzəçi), Ələsgər Əliyev və Vüqar Həsənovdan ibarət tərkibdə) iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinin təmin; Cavabdeh1 kassasiya şikayətinin isə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 may 2022-ci il tarixli, 2(103)- 174/2022 saylı qətnaməsi ləğv edilmiş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
66. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni borclunun banka olan borcunun ekspertiza rəyləri ilə sübuta yetirilməməsi və əsli olmayan bank sənədləri əsasında tərtib edilmiş ekspertiza rəyləri və audit rəylərinin mötəbər hesab edilməməsi ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsinin iş materiallarını araşdırdıqdan sonra irəli sürdüyü mövqelər biri digərini təkzib etməklə ziddiyyət təşkil etmişdir. Apellyasiya məhkəməsi həm ekspertiza rəylərinə təqdim edilmiş sənədlərin həqiqiliyini şübhə altına almış, həm də bu ekspertiza rəyləri ilə borclunun banka borcu olmadığı qənaətinə gəlmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın nəticəsinə dair Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli rəyləri ilə «Tələbin güzəştinə dair» müqavilələrə əsasən bank qarşısında olan öhdəliklərin Cavabdeh1 ötürüldüyü, ümumilikdə Cavabdeh1 verilmiş kreditlərin 5.419010 ABŞ dolları və həmin kreditlərə görə ödənişlərin məbləğinin 7.307 920,28 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş audit ekspertizası zamanı isə müəyyən edilmişdir ki, Cavabdeh1 adına olan xx.xx.2003-cü il tarixli 16 saylı, xx.xx.2004- cü il tarixli 27 saylı, xx.xx.2006-cı il tarixli 01 saylı müqavilələri üzrə Cavabdeh1 artıq ödəməsi 1.269.664 (174860 ABŞ dolları məbləğində qalıq borc çıxıldıqdan sonra) ABŞ dollarıdır. X37 oğlunun adına olan xx.xx.2003- cü il tarixli 16 saylı və xx.xx.2004-cü il tarixli 06 saylı kredit müqavilələri üzrə X37 oğlunun artıq ödəməsi 375.605 ABŞ dollarıdır. Cavabdeh3 adına olan xx.xx.2003-cü il tarixli 83 saylı kredit müqavilələri üzrə Cavabdeh3 artıq ödəməsi 345.520 ABŞ dollarıdır. X32 qızının adına olan xx.xx.2003-cü il tarixli kredit müqaviləsi üzrə X32 qızının artıq ödəməsi 233.256 ABŞ dollarıdır. X12 adına olan xx.xx.2003-cü il tarixli 25 saylı və 27 10.2004-cü il tarixli 28 saylı kredit müqavilələri üzrə X12 artıq ödəməsi 1.088.726 ABŞ dollarıdır. İş materiallarından isə görünür ki, apellyasiya instansiyası məhkəməsi qeyd olunan rəyləri mötəbər sübut hesab etməyərək ilkin və qarşılıqlı iddiaları təmin etməmişdir. Halbuki MPM-in 88-ci maddəsi məhkəmənin üzərinə işdə olan bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaq, bundan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermək öhdəliyi qoyur. Normanın mənasına görə məhkəmə işə baxarkən yalnız iddiaçının təqdim etdiyi sübutlara deyil, işə baxılması nəticəsində əldə edilmiş digər sübutlara da qiymət verməlidir. Həmçinin mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). Göründüyü kimi, tərəflər dəlillərinin hərtərəfli aydınlaşdırılması üçün sübutlar tədqiq etmiş olsalar da, onlara sübutların məcmusu qaydasında qiymət verilməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-nin 88-ci maddəsi). Tərəflərin irəli sürdüyü dəlillər yoxlanıldığı təqdirdə öz təsdiqini taparsa, toplanmış bütün sübutların, o cümlədən, borclunun banka borcunun olub-olmaması, borcun tam ödənilib-ödənilməməsi barədə qənaəti formalaşdırmaq mümkün olacaqdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, apellyasiya məhkəməsi kredit verilmiş borcun müqəddəratını həll edərkən həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi və prosessual hüquq normalarının tətbiqi zamanı səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən apellyatorların şikayətlərdə irəli sürdükləri dəlillərə heç bir münasibət bildirməmiş, mübahisənin düzgün həlli üçün tərəflərin öz tələblərinin və etirazlarının əsaslarına dair irəli sürdüyü dəlilləri təsdiq edən sübutların təqdim edilməsinin və bu əsaslarla təkrar məhkəmə ekspertizasının keçirilməsinin zəruriliyini, keçirilmiş ekspertiza rəyinin nəticələri ilə razılaşmamasının səbəblərini göstərməmiş, eyni zamanda həmin ekspertizaların nəticələrini prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Məhkəmə kollegiyası qeyd edib ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
67. İddiaçı ASC qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsi edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən borcun məbləği iş üzrə keçirilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən müəyyən edilmiş, iş üzrə keçirilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri işin hallarına uyğun olmayan, tam əsassız bir rəylərdir. Belə ki, iş materiallarında olan əvvəlki məhkəmə proseslərində keçirilmiş xx.xx.2010-cu il tarixli, 15840 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 xx.xx.2004-cü il tarixli, 27 nömrəli kredit müqaviləsinə əsasən 163100 ABŞ dolları məbləğində əsas borc, 179663 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 342763 ABŞ dolları məbləğində borcun və xx.xx.2006-cı il tarixli, 01 nömrəli kredit müqaviləsinə əsasən isə ******* ABŞ dolları məbləğində əsas borc, 643987 ABŞ dolları məbləğində faiz borcu və 500000 ABŞ dolları məbləğində cərimə borcu, cəmi ******* ABŞ dolları məbləğində kredit borcu olmaqla, hər iki kredit müqaviləsi üzrə ümumilikdə ******* ABŞ dolları məbləğində pulun tutularaq "xxxx" ASC-yə (əvvəlki adı "xxxx" ASC) ödənilməsi qət edilmişdir. Necə ola bilər ki, eyni bir iş üzrə, eyni Ekspertiza Mərkəzi tərəfindən müxtəlif rəylər verilir və həmin rəylərdə də borcun məbləğində kəskin fərqlər mövcud olsun. Halbuki, ekspertlər tərəfindən hesablama eyni metodla, eyni təlimatlarla aparılır və bundan əlavə də Bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra, cavabdeh tərəfindən banka heç bir ödəniş edilməmişdir. Bütün bunlara məhkəmə tərəfindən heç bir qiymət verilməmiş və sonuncu məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülərək borcun məbləği müəyyən edilmişdir. Bundan əlavə, məhkəmə prosesində iddiaçı olaraq, iddia tələbinin tam təmin olunmasını, o cümlədən ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətini müəyyən edilməsini məhkəmədən xahiş etsələr də, məhkəmə iş üzrə qəbul etdiyi qətnamədə ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətini müəyyən etməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən işə baxılarkən iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin hərracda satılması hissəsində təmin etsə də, cavabdehlərin ipoteka predmeti hərracda satıldıqdan sonra mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində təmin edilməmişdir. Halbuki, məhkəmə ipoteka predmetinə yönəldilmə və ipoteka predmetinin hərracda satılması hissəsini təmin etdiyi təqdirdə, cavabdehlərin ipoteka predmeti hərracda satıldıqda mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində də təmin etməli idi.
68. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmuş 761 989,37 ABŞ dolları hissəsinin ləğv edilərək, 391353,77 ABŞ dolları hissəsində təmin edilməsi; qarşılıqlı iddianın tam təmin edilərək, "xxxx" ASC-dən 5118368.52 ABŞ dolları məbləğinin tutularaq ona ödənilməsi; ipoteka ilə yüklü edilmiş ünvan 6 ünvanda yerləşən 53, 60, 55, 59, 54 və 63 nömrəli mənzillərin ipoteka yüklülüyündən azad edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
69. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırıb ki, iş üzrə ekspert rəylərindən görünür ki, artıq ödənişlər edilmişdir. Ekspert rəyində də müəyyən edilmişdir ki, (həmçinin digər ekspertiza rəylərində də təsdiq edilmişdir) 825000 ABŞ dolları məbləği üzrə ondan 588708 ABŞ dolları artıq alınmışdır. Lakin ekspert özünün də müəyyən etdiyi artıq ödənilmiş məbləğlərin yalnız ikisini- 200000 və 173000 ABŞ dolları məbləğlərini (cəmi 373000) çıxmaqla, xx.xx.2004-cü il tarixə olan borcu cədvəldə 452000 ABŞ dolları kimi göstərmişdir. (825000-373000=452000). Belə olan halda, həmin cədvəldəki "452000" rəqəmi "236292" rəqəminə əvəz edilməli, faiz məbləğləri də məhz həmin 236292 ABŞ dolları üzərindən hesablanmalı idi. Həmin cədvəldən görünür ki, 452000 dollar məbləğinə xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə hesablanmış faiz məbləği 136382.37 ABŞ dolları göstərilmişdir. Göründüyü kimi, həmin halın nəzərə alınmamağı da yalnız faiz üzrə 65085,78 ABŞ dollarının artıq hesablanması ilə nəticələnmişdir. Bu səbəbdən onun banka olan borcu həmin məbləğ qədər azaldılmalıdır. Bundan əlavə, onun banka olan borcu azaldıqdan sonra qalan məbləğ, yəni, 175389 ABŞ dolları məbləği (1153343,14-175389 =977954,14) ondan tələb edilə bilməz, ona görə ki, bank tərəfindən aldatma, saxtakarlıq və sair yollarla onun, ailə üzvlərinin və yaxın qohumunun Hacı Əfəndiyevin kredit xətləri hesabına ona 5 118.000 dollar artıq ödətdirilməklə ona həmin məbləğdə ziyan vurulmuşdur. Məhkəmə qətnaməsində ona və Hacı Əfəndiyevə kassa məxaric orderləri ilə verilən pulların siyahısı qeyd göstərilmişdir. Məhkəmə nəzərə almamışdır ki: xx.xx.2010-cu il tarixə 29000 dollar borcu olduğu halda həmin tarixdə bank həmin məbləği 144000 ABŞ dolları artıraraq, cəmi 173000 ABŞ dolları göstərmişdir; oğlu Rəhmana verilməsi təsdiq olunmayan 200000 ABŞ dollarının ona təkrarən xx.xx.2004-cü il tarixdə 825000 ABŞ dollarına olan kassa-məxaric orderinə daxil edilməsi; oğlu Rəhmanın kredit xətti hesabına 70000 ABŞ dolları artıq ödəmiş halda, həmin məbləğ təkrarən ona mədaxil edilmiş və xx.xx.2004-cü il tarixə borcu olmadığı halda, 174708 ABŞ dolları, borcu olmadığı halda ona borc kimi ödətdirlmişdir; belə olan halda, həmin ona xx.xx.2004-cü il tarixdə verilən məbləğ 452000 dollar deyil, 238000 müəyyən edilir. Lakin tərəfindən verilən qarşılıqlı iddia ilə həmin ilkin iddia tələblərinin əsassız olması sübuta yetirilmişdir. Bundan əlavə, məhkəmənin qətnaməsində təsdiq edilmişdir ki, o, qarşılıqlı iddianın vaxtında vermiş və iddia müddətini pozmamışdır. Qətnaməyə əsasən bank tərəfindən ona 1075486,59 ABŞ dolları qaytarılmalı olmasını nəzərə alsalar, qarşılıqlı hesablaşma aparılmaqla bankdan 684132,82 ABŞ dolları tutulmaqla ona ödənilməlidir (1075486,59- 391353,77 =684132,82). Ona görə də işə apelyasiya qaydasında baxılarkən məhkəmənin ciddi prosessual pozuntuya yol verməsi nəzərə alınmalıdır. Şərh edilənlər şikayət verilən məhkəmə qətnaməsinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq ləğv edilməsi üçün kifayət qədər əsas olduğuna dəlalət edir.
b) Hazırki icraatda apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
70. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi və vəkili Nümayəndə3 və nümayəndəsi X25 ayrı-ayrılıqda bankın apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edərək rədd edilməsini xahiş etdilər.
71. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda özünün apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə isə etiraz edərək rədd edilməsini xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
72. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 6.1.5. Müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.2.2. İcra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Maddə 739.1(xx.xx.2023-cü ilədək). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2(xx.xx.2023-cü ilədək). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
73. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 15.1. İpotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir.
Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.2-1. ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Maddə 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
74. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
75. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi və həm ilkin, həm də qarşılıqlı iddianın rədd edilməsi üçün əsasdır.
76. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
77. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
78. İddiaçı ASC-nin apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini ilkin və qarşılıqlı iddia qismən təmin edildiyi üçün qətnamənin ilkin iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddianın isə təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
79. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini ilkin və qarşılıqlı iddia qismən təmin edildiyi üçün qətnamənin ilkin iddia tələbinin təmin olunan, qarşılıqlı iddianın isə təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
80. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
81. Həm ilkin, həm də qarşılıqlı iddanın faktiki əsası (faktiki hallar) tələblərin qanuni əsaslarının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissələrdə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.
82. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə həm ilkin, həm də qarşılıqlı iddianın faktiki halları yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik hər iki iddia qarşı tərəfin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddialar haqlı sayılmır.
83. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan, araşdırma tələb edən qəti olmayan göstərişlər verilmişdir.
84. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni həm ilkin, həm də qarşılıqlı iddiaların iddianın təmin edilməməsi ilə bağlı qənaəti ilə yenidən əlavə araşdırma aparılması zərurəti ilə əlaqədar razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.
85. Bununla əlaqədar, mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri arasında ziddiyyət olduğundan, eləcə də bir-birini tamamlamadığından təkrar komisyon məhkəməmühasibatlıq ekspertizasının təyin edilməli olduğunu hesab etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3034/2023 saylı, 31 may 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert komissiyasına izah edilmişdir ki, ekspertiza qarşısında qoyulan suallara cavab verərkən Ali Məhkəmənin xx.xx.2023-ci il tarixli, 2(102)-23/2023 nömrəli qərarındakı məcburi göstərişlərə, sualların məzmununa və konkret hansı dövrləri əhatə etdiyinə xüsusi diqqət yetirsin və hər bir suala ayrıca cavab verilsin, ekspertizanın keçirilməsində kredit verənin nümayəndəsinin və kredit alan şəxsin (nümayəndəsinin) iştirakı təmin edilsin.
86. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4615 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə rəsmiləşdirilmiş lakin verilməmiş məbləğlərə, həmin müqavilələrdə məsləhət və xidmət haqqı nəzərdə tutulmadığı halda əsassız olaraq məsləhət və xidmət haqqı adı ilə alınmış ödənişlərə görə yaranmış artıq ödəmələr, həmçinin yaranmış borc üzrə ekspertlər tərəfindən gəlinmiş nəticə aşağıdakı kimi müəyyən edildi: Sualda soruşulan xx.xx.2004-cü İİ tarixli, 27 saylı kredit müqaviləsi ilə birlikdə digər kredit müqavilələri üzrə artıq ödənilmiş məbləğin cəmi 3.735.143,00 ABŞ dolları müəyyən edildi. Eyni zamanda, sualda soruşulan xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 200.533,08 ABŞ dolları borc müəyyən edildi. Beləliklə, iş materiallarında olan xx.xx.2006-cı il tarixii, 01 saylı kredit müqaviləsi üzrə yaranmış 200.533,08 ABŞ dolları kredit borcu çıxılmaqla ümumilikdə 3.534.609,92 ABŞ dolları məbləğində ödənişin artıq aparıldığı müəyyən edildi.
87. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə verdiyi vəsatəti müdafiə edib göstərdi ki, iş materiallarında kassa məxaric orderlərinin əsilləri və surətlərinin olmasına baxmayaraq ekspert hazırki rəyi verərkən audit rəyinə əsaslanıb. Ekspertizanın keçirilməsində bankın nümayəndəsi kimi o, da iştirak etmişdir. Hazırki rəyi əsassız hesab etdiklərindən təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edir.
88. Məhkəmə iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili ayrı-ayrılıqda ekspertizanın keçirilməsinə etiraz etmiş və mövqelərini bununla əsaslandırmışlar ki, qarşı tərəfin hazırki vəsatəti verməkdə məqsədi işin həlli müddətini süni uzatmaqdır. Belə ki, ekspert hər iki tərəfdən ekspertizanın keçirilməsi üçün əlavə sənədlərinin və ya başqa sübutlarının təqdim edilməsini təklif etmiş, qarşı tərəf isə əlavə təqdim ediləcək sübutlarının olmadığını bildirmişdir. Kassa məxaric orderlərinin əsillərini təqdim etmək qarşı tərəfin öhdəliyidir. Cavabdeh1 məhkəməyə 450-dən çox qəbz təqdim etmişdir. Ekspert isə rəy verərkən audit rəyinə istinad etsə də, tamamilə həmin rəyə əsaslanmamış, əsasən iş materiallarındakı qəbzləri nəzərə almışdır. Hazırki vəsatətdə təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsi zərurəti əsaslandırılmamışdır. İş üzrə nə qədər ekspertiza keçirmək olar. Ekspert qarşısına qoyulan 3 suala da cavab verib. Odur ki, vəsatətin rədd edilməsini xahiş etmişlər.
89. Apellyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri arasında ziddiyyətlər olduğundan, eləcə də bir-birini tamamlamadığından təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli olduğunu hesab etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3034/2023 saylı, 25 sentyabr 2023-cü qərardadı ilə mülki iş üzrə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi başqa ekspertlərə həvalə edilmiş və ekspertiza qarşısında yenə də aşağıdakı suallar: 1) 27 oktyabr 2004-cü il tarixli 27 nömrəli kredit müqaviləsi üzrə (ona edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) verilmiş kreditlərə görə 27 noyabr 2006-cı il tarixə (müqavilənin bitmə müddətinə) faiz borcunun, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənin məhkəməyə daxil olduğu xx.xx.2018-ci il tarixədək isə əsas borcun məbləği, işdə olan bütün sübutlar, o cümlədən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri, eləcə də edilmiş bütün ödənişlər (onların cəmi) nəzərə alınmaqla nə qədər təşkil edir? 2) 26 yanvar 2006-cı il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə (ona edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) verilmiş kreditlərə görə 27 noyabr 2006-cı il tarixə (müqavilənin bitmə müddətinə) faiz borcunun, iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizənin məhkəməyə daxil olduğu xx.xx.2018-ci il tarixədək isə əsas borcun məbləği, işdə olan bütün sübutlar, o cümlədən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəyləri, eləcə də edilmiş bütün ödənişlər(onların cəmi) nəzərə alınmaqla nə qədər təşkil edir? 3) Hər iki kredit müqaviləsi (onlara edilmiş bütün əlavə və dəyişikliklər nəzərə alınmaqla) üzrə Cavabdeh1 (digər şəxslərin ödədikləri məbləğlər də nəzərə alınmaqla) tərəfindən banka 23 mart 2003-cü ildən 25 yanvar 2007-ci ilədək və sonradan edilmiş ödənişlərin cəmi məbləği nə qədər təşkil edir və bu məbləğin hansı hissəsi (konkret rəqəmlərlə göstərməklə) kredit müqavilələri üzrə ödənilməli olan yekun cəmi məbləğdən artıq olmuşdur? qoyulmuş, ekspert komissiyasına izah edilmişdir ki, ekspertiza qarşısında qoyulan suallara cavab verərkən Ali Məhkəmənin xx.xx.2023-ci il tarixli, 2(102)-23/2023 nömrəli qərarındakı məcburi göstərişlərə, sualların məzmununa və konkret hansı dövrləri əhatə etdiyinə, eləcə də ekspertiza tədqiqatı aparılarkən konkret hansısa maliyyə sənədini(məsələn, məxaric orderlərin əsli deyil, surəti olduğuna görə) nəzərə alınmamasının səbəblərini konkret göstərməklə rəy verilməsinə xüsusi diqqət yetirsin və hər bir suala ayrıca cavab verilsin, eləcə də ekspertizanın keçirilməsində kredit verənin nümayəndəsinin və kredit alan şəxsin (nümayəndəsinin) iştirakı təmin edilsin.
90. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2- 9/7545/2023 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə rəsmiləşdirilmiş lakin verilməmiş məbləğlərə, həmin müqavilələrdə məsləhət və xidmət haqqı nəzərdə tutulmadığı halda əsassız olaraq məsləhət və xidmət haqqı adı ilə alınmış ödənişlərə görə yaranmış artıq ödəmələr, həmçinin yaranmış borc üzrə ekspertlər tərəfindən gəlinmiş nəticə aşağıdakı kimi müəyyən edildi: 1-ci sual üzrə: 27 oktyabr 2004-cü il tarixli 27 nömrəli kredit müqaviləsi üzrə (ona edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) verilmiş kreditlərə görə nəticələr aşağıdakı kimi müəyyən edilir.
Müqavilənin tarixi və Artıq ödənilmiş Ad/Soyad/Ata adı № məbləğ xx.xx.2003 - 16 saylı 277348,00
Cavabdeh1 xx.xx.2004 - 27 saylı 1258822,97
Cavabdeh3 xx.xx.2003 - 83 saylı 357114,44 X32 qızı xx.xx.2003 - 76 saylı 255723,00 xx.xx.2003 - 16 saylı 81888,00 X37 oğlu xx.xx.2004 - 06 saylı 289122,69 105849,00 X23 xx.xx.2003 - 25 saylı
2-ci sual üzrə: 26 yanvar 2006-cı il tarixli 01 nömrəli kredit müqaviləsi üzrə (ona edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) verilmiş kreditlərə görə nəticələr aşağıdakı kimi müəyyən edilir.
Müqavilənin tarixi və Artıq ödənilmiş Ad/Soyad/Ata adı Yaranmış borc № məbləğ Cavabdeh1 xx.xx.2006 - 01 saylı 200.533,08 X23 xx.xx.2004 - 28 saylı 1109274,90
Yuxarıda göstərilən cədvəl məlumatlarından da göründüyü kimi, sualda soruşulan xx.xx.2004-cü il tarixli, 27 saylı kredit müqaviləsi ilə birlikdə digər kredit müqavilələri üzrə artıq ödənilmiş məbləğin cəmi 3.735.143,00 ABŞ dolları müəyyən edildi. Eyni zamanda, sualda soruşulan xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 200.533,08 ABŞ dolları borc müəyyən edildi. Beləliklə, iş materiallarında olan xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə yaranmış 200.533,08 ABŞ dolları kredit borcu çıxılmaqla ümumilikdə 3.534.609,92 ABŞ dolları məbləğində ödənişin artıq aparıldığı müəyyən edildi. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin ekspertiza təyini haqqında xx.xx.2023-cü il tarixli, 2(103)-3034/2023 saylı qərardadının qərara aldı hissəsində Ali Məhkəmənin xx.xx.2023-ci il tarixli, 2(102)-23/2023 nömrəli qərarındakı məcburi göstərişlərə, sualların məzmununa və konkret hansı dövrləri əhatə etdiyinə, eləcə də ekspertiza tədqiqatı aparılarkən konkret hansısa maliyyə sənədini (məsələn,məxaric orderlərin əsli deyil, surəti olduğuna görə) nəzərə alınmamasının səbəblərini konkret göstərməklə rəy verilməsinə xüsusi diqqət yetirilməsi və hər bir suala ayrıca cavab verilməsi göstərilmişdir. Qeyd edilir ki, bank tərəfindən əməliyyatların həyata keçirilməsi faktını təsdiqləyən və mühasibat yazılışlarına əsas verən ilkin uçot sənədlərinə ciddi hesabat blankları və özündə pul dövriyyəsini əks etdirməyən, lakin bu dövriyyələrin uçota alınmasına əsas verən digər mühasibat sənədləri daxildir. Eyni zamanda, bank əməliyyatlarının həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənədlər olmaqla, bank sənədləri müştəri sənədlərinə və bankdaxili sənədlərə bölünür. Müştəri sənədlərinə ödəniş sənədləri, bankdaxili sənədlərə isə kassa və memorial sənədlər daxildir. Bütün bank sənədləri kassa, memorial və balansdankənar sənədlərə bölünür. Kassa sənədləri ilə pulların mədaxil və məxarici üzrə əməliyyatlar rəsmiləşdirilir və mədaxil və məxaric sənədlərinə bölünür. Mədaxil kassa sənədlərinə pulların bankların kassalarına daxil edilməsi üçün müştərilərin elanları, mədaxil kassa orderləri, pulların qəbul edilməsi barədə qəbzlər, məxaric kassa sənədlərinə nağd pulun alınması üçün çeklər və məxaric kassa orderləri aiddir. Memorial sənədlərdən hesablar üzrə nağdsız köçürmələr üçün istifadə edilir. Onların tərkibinə müştərilər tərəfindən banka təqdim olunan hesablaşma sənədləri (ödəniş tapşırıqları, inkasso tapşırıqları, akkreditivlər, vergi orqanlarının sərəncamları və s.) daxildir. Digər tərəfdən şəxsi hesablarda yazılışlar yalnız lazımi qaydada rəsmiləşdirilmiş bank sənədləri əsasında aparılır. Şəxsi hesablardan çıxarışlar adətən aşağıdakı rekvizitləri əks etdirir: əməliyyatın aparılma tarixini, əməliyyatın adını, ödəniş sənədinin nömrəsini, valyutanın kodunu, hesabın nömrəsini, giriş qalıq məbləğini, debet və kredit dövriyyəsini və çıxış qalıq məbləğini. Qeyd edilir ki, Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin eksperti Ülviyyə Ağayeva tərəfindən verilmiş 28 oktyabr 2009-cu il tarixli 14552 nömrəli ekspert arayışına əsasən (cild 4 i.v 161-162) aşağıda qeyd edilən kassa məxaric orderlərinin özləri tərəfindən götürülmədiyi müəyyən edilmişdir, o cümlədən:
- xx.xx.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 50.000,0 ABŞ dolları; - xx.xx.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 50.000,0 ABŞ dolları; - xx.xx.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 85.000,0 ABŞ dolları; - xx.xx.2005-ci il tarixli məxaric qəbzi üzrə ------------------ 50.000,0 ABŞ dolları; - xx.xx.2005-ci il tarixli məxaric qəbzi üzrə --------------- 120.000,0 ABŞ dolları; - xx.xx.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 90.000,0 ABŞ dolları; - xx.xx.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 50.000,0 ABŞ dolları; Cəmi --------------------------------------------------------------------- 495.000,00 ABŞ dolları
Yuxarıda qeyd edilən 7 ədəd qəbzlər hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadı. Eyni zamanda qeyd edilir ki, əvvəlki ekspertiza tədqiqatları zamanı da iş materiallarında nəzərə alınmayan pul vəsaitlərinin verilməsini özündə əks etdirən kassa məxaric orderlərinin “Ağır Cinəyətlərə dair Məhkəmə” nin hakimi T.X.Nəsrullayeva tərəfindən əsli ilə düzdür qeydi ilə yazılmış və möhürlənmiş kassa məxaric orderlərinin surətləri mövcud olmuşdur. Hazırki tədqiqatla əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan kassa məxaric orderlərinin mötəbərliyi Məhkəmə tərəfindən nəzərə alındığı halda aşağıdakılar müəyyən edilir: Qeyd edilir ki, iş materiallarında pul vəsaitlərinin verilməsi kimi özündə əks etdirən 36 ədəd kassa məxaric orderlərinin (o cümlədən əsli və yuxarıda qeyd edilən əsli ilə düzdür qeydi yazılmış və möhürlənmiş kassa məxaric orderlərinin kserosurətləri) aşağıdakılardan ibarətdir:
1. xx.xx.2004-cü il tarixli məxaric qəbzi üzrə --------------- 825.000,0 ABŞ dolları;
2. xx.xx.2005-ci il tarxli məxaric qəbzi üzrə ------------------ 50.000,0 ABŞ dolları;
3. xx.xx.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 85.000,0 ABŞ dolları;
4. xx.xx.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 50.000,0 ABŞ dolları;
5. xx.xx.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 50.000,0 ABŞ dolları;
6. 23.12.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 10.000,0 ABŞ dolları;
7. 30.11.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 58.000,0 ABŞ dolları;
8. 05.12.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 60.000,0 ABŞ dolları;
9. 14.12.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 50.500,0 ABŞ dolları;
10. 21.12.2005-ci il tarixli məxaric qəbzi üzrə ------------------- 5.000,0 ABŞ dolları;
11. 21.07.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 30.000,0 ABŞ dolları;
12. 29.09.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 20.000,0 ABŞ dolları;
13. 26.10.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 45.000,0 ABŞ dolları;
14. 02.11.2004-cü il tarixli məxaric qəbzi üzrə -------------- 100.000,0 ABŞ dolları;
15. 18.02.2005-ci il tarixli məxaric qəbzi üzrə --------------- 100.000,0 ABŞ dolları;
16. 02.02.2005-ci il tarixli məxaric qəbzi üzrə --------------- 125.000,0 ABŞ dolları;
17. 29.12.2005-ci il tarixli məxaric qəbzi üzrə ---------------- 10.000,0 ABŞ dolları;
18. 06.05.2005-ci il tarixli məxaric qəbzi üzrə --------------- 170.000,0 ABŞ dolları;
19. 15.07.2005-ci il tarixli məxaric qəbzi üzrə ----------------- 80.000,0 ABŞ dolları;
20. 08.07.2005-ci il tarixli məxaric qəbzi üzrə --------------- 100.000,0 ABŞ dolları;
21. xx.xx.2006-cı il tarixli məxaric qəbzi üzrə --------------- 838.000,0 ABŞ dolları;
22. 14.07.2006-cı il tarixli məxaric qəbzi üzrə ----------------- 20.000,0 ABŞ dolları;
23. 20.07.2006-cı il tarixli məxaric qəbzi üzrə ----------------- 20.000,0 ABŞ dolları;
24. 24.07.2006-cı il tarixli məxaric qəbzi üzrə ----------------- 30.000,0 ABŞ dolları;
25. 28.07.2006-cı il tarixli məxaric qəbzi üzrə ----------------- 30.000,0 ABŞ dolları;
26. 10.10.2006-cı il tarixli məxaric qəbzi üzrə ----------------- 15.000,0 ABŞ dolları;
27. 27.09.2006-cı il tarixli məxaric qəbzi üzrə ----------------- 49.000,0 ABŞ dolları;
28. 06.10.2006-cı il tarixli məxaric qəbzi üzrə ----------------- 14.910,0 ABŞ dolları;
29. 13.10.2006-cı il tarixli məxaric qəbzi üzrə ------------------ 3.500,0 ABŞ dolları;
30. 17.10.2006-cı il tarixli məxaric qəbzi üzrə ------------------ 6.500,0 ABŞ dolları;
31. 20.10.2006-cı il tarixli məxaric qəbzi üzrə ------------------ 5.000,0 ABŞ dolları;
32. 25.10.2006-cı il tarixli məxaric qəbzi üzrə ---------------- 15.000,0 ABŞ dolları;
33. 06.11.2006-cı il tarixli məxaric qəbzi üzrə ---------------- 10.000,0 ABŞ dolları;
34. 10.11.2006-cı il tarixli məxaric qəbzi üzrə ---------------- 20.000,0 ABŞ dolları;
35. 30.10.2006-cı il tarixli məxaric qəbzi üzrə ---------------- 10.000,0 ABŞ dolları;
36. 18.09.2006-ci il tarixli məxaric qəbzi üzrə ---------------- 60.000,0 ABŞ dolları; 37. Cəmi --------------------------------------------------------------------------- 3.170.410,00 ABŞ dolları
Bildirilir ki, hazrıki tədqiqat zamanı iş materiallarında pul vəsaitlərinin verilməsini özündə əks etdirən 36 ədəd kassa məxaric orderləri (o cümlədən əsli və yuxarıda qeyd edilən hakim tərəfindən əsli ilə düzdür qeydi yazılmış və möhürlənmiş kassa məxaric orderlərinin kserosurətləri) tam şəkildə nəzərə alınmaqla tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə aşağıdakılar müəyyən edilir.
Artıq ödənilmiş Müqavilənin tarixi və Yaranmış borc Ad/Soyad/Ata adı məbləğ (ABŞ № (ABŞ dolları) dolları) xx.xx.2003 - 16 saylı 277348,00 Cavabdeh1 xx.xx.2004 - 27 saylı 122.935,17 Cavabdeh3 xx.xx.2003 - 83 saylı 357113,51 X32 qızı xx.xx.2003 - 76 saylı 255723,00 xx.xx.2003 - 16 saylı 81888,00 X37 oğlu xx.xx.2004 - 06 saylı 289122,69 105849,00 X23 xx.xx.2003 - 25 saylı
Müqavilənin tarixi və Artıq ödənilmiş Yaranmış borc Ad/Soyad/Ata adı № məbləğ (ABŞ (ABŞ dolları) dolları)
Cavabdeh1 xx.xx.2006 - 01 saylı 1.197.587,58 X23 xx.xx.2004 - 28 saylı 1109274,90
Beləliklə, əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan lakin hazırki ekspertiza tədqiqatı zamanı isə həmin kassa məxaric orderləri Məhkəmə tərəfindən nəzərə alındıqda tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə artıq 2.599.254,27 ABŞ dolları ödənişdən yaranmış 1.197.587,58 ABŞ dolları məbləğində kredit borcu çıxılmaqla ümumilikdə 1.401.666,69 ABŞ dolları məbləğində ödənişin artıq aparıldığı müəyyən edildi.
2.599.254,27 - 1.197.587,58 = 1.401.666,69
Eyni zamanda ekspertlər qeyd edir ki, hazırki tədqiqatla təqdim edilmiş mövcud iş materiallarında olan tərəflər arasında bağlanmış kredit müqavilələri (onlara edilmiş bütün əlavə və dəyişikliklər nəzərə alınmaqla) üzrə kreditin verilməsi kimi özündə əks etdirən bütün kassa məxaric orderləri, o cümlədən kassa məxaric orderlərinin əsilləri, əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan kassa məxaric orderlərinin əsli ilə düzdür qeydi ilə yazılmış və möhürlənmiş kserosurətləri, əsli olmayan digər kassa məxaric orderlərinin kserosurətlərinin bütövlükdə mötəbərliyi Məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə qeyd edilən müqavilələr üzrə aşağıdakılar müəyyən edilir:
Yaranmış Artıq ödənilmiş Müqavilənin tarixi borc Ad/Soyad/Ata adı məbləğ (ABŞ və № (ABŞ dolları) dolları)
xx.xx.2003 - 16 saylı 75006,12
Cavabdeh1
xx.xx.2004 - 27 saylı 81944,65
Cavabdeh3 xx.xx.2003 - 83 saylı 62818,8 X32 qızı xx.xx.2003 - 76 saylı 31711,28
xx.xx.2003 - 16 saylı 1,03 X37 oğlu xx.xx.2004 - 06 saylı 53914,58
105849,00 X23 xx.xx.2003 - 25 saylı
Yaranmış Artıq ödənilmiş Müqavilənin tarixi borc Ad/Soyad/Ata adı məbləğ (ABŞ və № dolları) (ABŞ dolları)
1197587,58 Cavabdeh1 xx.xx.2006 - 01 saylı X23 xx.xx.2004 - 28 saylı 207520,71
Yəni, əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan lakin hazırki ekspertiza tədqiqatı zamanı isə iş materiallarında olan bütün kassa məxaric orderləri (kassa məxaric orderlərinin əsilləri, əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan kassa məxaric orderlərinin əsli ilə düzdür qeydi ilə yazılmış və möhürlənmiş kserosurətləri, əsli olmayan digər kassa məxaric orderlərinin kserosurətləri) Məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış 1.197.587,58 ABŞ dolları məbləğində kredit borcundan artıq yaranmış 618.766,17 ABŞ dolları çıxılmaqla ümumilikdə 578.821,41 ABŞ dolları məbləğində borcun olduğu müəyyən edildi.
1.197.587,58 - 618.766,17 = 578.821,41
91. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 iyun 2018-ci il tarixli qərardadı ilə Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilərək, hazırki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 27 sentyabr 2011-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2011-ci il tarixli qətnaməsi və qərardadı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Plenum qeyd olunan qərardadda göstərmişdir ki,... iş materiallarından göründüyü kimi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsi tərəfindən iş üzrə istintaq hərəkətləri həyata keçirilərkən 18 may 2016-cı il tarixdə mütəxəssis rəyi alınmış, 18 aprel 2016-cı il tarixdə ekspertiza, 16 aprel 2017-ci il tarixdə təkrar ekspertiza, 13 mart 2017-ci il tarixdə komisyon və əlavə məhkəmə mühasibatlıq ekspertizaları keçirilmiş, mütəxəssisin aktında və ekspertiza rəylərində Cavabdeh1 banka borcu olmaması, əksinə bankın Cavabdeh1 borc məbləğindən artıq məbləğdə pul əldə etməsi, ona maddi ziyan vurması müəyyən edilmişdir. Plenum qeyd edib ki, həmin rəylər iş üzrə məhkəmə baxışından sonra əldə olunmuş sübutlar olduğundan işə yenidən baxan məhkəmə iş materialları ilə müqayisə şəkildə tədqiq olunmalı, zərurət olarsa təkrarən komission məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi məsələsi müzakirə olunmalıdır.
92. İşdən də göründüyü kimi mülki iş birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra bank iddia tələbini dəqiqləşdirərək Cavabdeh1 hər iki müqavilə üzrə cəmi 2.528.060 ABŞ dolları məbləğində borcun alınmasını və tutmanın ipoteka predmeti olan mənzillərə yönəldilməsini, Cavabdeh1 isə kredit müqavilələrinin ləğv edilməsini, "xxxx" ASC-nin ondan xx.xx.2003-cü il tarixindən xx.xx.2007-ci il tarixədək qanunsuz aldığı 4.780.610 ABŞ dollarının İddiaçı ASC-dən alınıb ona qaytarılmasını və ipoteka müqavilələrinə xitam verilməsi və həmin mənzillərin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertlərin köməyindən dəfələrlə istifadə edilmişdir. Belə ki, 2018-ci ilin avqust ayından sonra birinci instansiya məhkəməsi tərəfindən 3 dəfə, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə 2 dəfə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi təmin edilmiş, üstəlik bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə audit rəyi də alınmışdır. Ekspertlər də də iş materialına əlavə edilmiş sübutlardan, o cümlədən maliyyə sənədlərindən istifadə etməklə rəy vermişdir.
93. İddiaçının tələb etdiyi borc məbləği peşəkar maliyyəçilər tərəfındən hesablanaraq maliyyə arayışı tərtib edilsə də bu maliyyəçilər maraqlı tərəfin, yəni bankın əməkdaşlarıdır və tərtib etdikləri maliyyə sənədlərindəki rəqəmləri istər-istəməz artırmaqda maraqlı ola bilərlər. Bu maliyyə sənədlərinin xüsusi biliyə malik ekspertlər tərəfindən təkrar yoxlanılması qanuna zidd deyil, əksinə həqiqətin müəyyən edilməsi məqsədilə ekspert rəyindən də istifadə oluna bilər. Ancaq birinci instansiya məhkəməsi bankın iddiasını qismən təmin edərkən hər iki müqavilə üzrə borcun cəmi 1.153.343,14 ABŞ dolları təşkil etdiyi qənaətinə gəlsə də, mövqeyini hər hansı bir formada əsaslandırmamış, yəni hər iki müqavilə üzrə borcun məbləğləri 12 iyun 2020-ci il tarixi ekspert rəyinin nəticə hissəsində 1 və 2-ci suallara verilən cavablarda qeyd olunsa da(bax.cild 12.i.v:133-134), məhkəmə həmin rəydə iyirmiyə yaxın əlavə sual üzrə verilən rəyləri, həmçinin bu ekspertizadan əvəll keçirdiyi digər 2 rəydə müəyyən edilən məbləğləri hansı səbəbdən qəbul etmədiyini yaxud qəbul etdiyi hissəni nəyə görə qəbul etdiyini qətnamədə hər hansı bir formada əsaslandırmamışdır. Çünki ekspertiza rəyi ilə məhkəmənin razılaşmamasının qətnamədə əsaslandırılması mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmənin vəzifəsi idi. Bir daha qeyd olunur ki, həm qeyd olunan rəydə digər suallar üzrə verilən cavabda, həm də 10 iyun 2019 və 05 avqust 2019-cu il tarixli rəylərdə bank tərəfindən Cavabdeh1 verilən kredit məbləğləri ilə, ödənilən məbləğlər arasında fərq olduğu, yəni ödənilən məbləğin artıq olduğu göstərilmişdir. Əlbətdə ki, bu cür fərqlər olduğu halda ən azından ekspert rəyləri birinci instansiya məhkəməsi tərəfindən ayrı-ayrılıqda və birlikdə qiymətləndirilməli və buna uyğun olaraq yekun məhkəmə aktı qəbul edilməli idi.
94. Bundan əlavə, birinci instansiya məhkəməsi Cavabdeh1 iddiasını qismən təmin edərkən qeyd edib ki, Hacı Əfəndiyevin adından Hamlet Hüseynov bankın işciləri ilə cinayət əlaqəsinə girərək Cavabdeh1 kredit xətti müqaviləsi üzrə kredit hesabından 235.000 ABŞ dolları və Hacı Əfəndiyevin kredit hesabından istifadə olunmuş 260.000 ABŞ dolları, cəmi 495.000 ABŞ dolları əldə etmişlər. Həmin məbləğ üzrə Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə (hazırda "xxxx" ASC) 1.075.486,59 ABŞ dolları məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə qənaətindəki ziddiyyəti bir qədər də dərinləşdirərək göstərib ki,... ekspertiza rəyi ilə ümumilikdə Cavabdeh1 tərəfindən banka 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödəniş aparılması müəyyən edilmişdir. Hesablanmış 4.918.368,52 ABŞ dolları məbləğində artıq ödənişin Cavabdeh1, X37 oğluna, Cavabdeh3, X32 qızına və X10 dəymiş ziyan kimi qəbul edilməsinə münasibət bildirərək hesab edib ki, Cavabdeh1 bank tərəfindən dəymiş zərər 1.075.486,59 ABŞ dolları məbləğində qiymətləndirilməlidir və həmin məbləğ bankdan tutularaq Cavabdeh1 xeyrinə ödənilməlidir. Göründüyü kimi, məhkəmə 495.000 ABŞ dolları məbləğ üzrə Cavabdeh1 tərəfindən "xxxx" ASC-yə 1.075.486,59 ABŞ dollarında vəsait ödənildiyini də nəyə əsasən müəyyən etdiyini də hansısa formada açıqlamır. Düzdü, Hacı Əfəndiyevin adından Hamlet Hüseynovun bankın işciləri ilə cinayət əlaqəsinə girərək Cavabdeh1 kredit xətti müqaviləsi üzrə kredit hesabından 235.000 ABŞ dolları və Hacı Əfəndiyevin kredit hesabından istifadə olunmuş 260.000 ABŞ dolları, cəmi 495.000 ABŞ dolları əldə etməsi cinayət işi üzrə istintaq zamanı da müəyyən edilib, ancaq Cavabdeh1 məhz həmin məbləğə görə "xxxx" ASC-yə 1.075.486,59 ABŞ dolları ödəməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur.
95. Əksinə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı zamanı, eləcə də həmin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 15 mart 2017-ci il tarixli qərardada müəyyən edilib ki, cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən, iş üzrə dindirilmiş şahid ifadələrindən Hamlet Hüseynov və Cavabdeh1 şərikli biznes fəaliyyəti ilə məşğul olduqları, Cavabdeh1 onun adından ayrı-ayrı şəxslərə borc ödədiyi, bir-birlərinin əvəzindən "xxxx" ASC-yə kredit üzrə əsas və faiz məbləği ödədikləri, müqavilələr ayrı-ayrı şəxslərin, yəni Cavabdeh1, onun ailə üzvlərinin və qohumu Hacı Əfəndiyevin adına tərtib olunmasına baxmayaraq, həmin şəxslərin kredit münasibətlərində, pulların götürülməsində iştirak etməmələri, məxaric sənədlərinin əksər hissəsinə ailə üzvləri və qohumlarının adından Cavabdeh1 imza edərək pulu özünün götürdüyü müəyyən olunmaqla, Hamlet Hüseynovun, o cümlədən Cavabdeh1 bankın rəhbər vəzifəli şəxslərinə pul vermələri sübut olunmadığından, həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onların şübhəli və təqsirləndirilən şəxsin xeyrinə təfsir edildiyini nəzərə alaraq həmin xüsusatlar üzrə cinayət təqibinə xitam verilməlidir(bax.cild 8.i.v:117). Göründüyü kimi, Cavabdeh1 bankın rəhbər vəzifəli şəxslərinə pul verməsi, o cümlədən kredit müqavilələri üzrə artıq ödəniş etməsi cinayət işinin istintaqı zamanı da müəyyən edilməmişdir.
96. Bundan əlavə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində aparılan cinayət işinin istintaqı zamanı, eləcə də həmin cinayət işi üzrə icraata xitam verilməsi haqqında 15 mart 2017-ci il tarixli qərarda o da müəyyən edilib ki, Cavabdeh1 ifadələrində göstərdikləri həqiqəti əks etdirmir, çünki o, ali təhsilli hüquqşünas olmaqla, uzun müddət prokurorluq orqanlarında məsul vəzifələrdə işləmiş, ayrı-ayrı cinayət törətmiş şəxsləri ittiham etmiş, sənədlərin tərtib edilməsinə məsuliyyət daşımışdır, ona görə də onun bank işçiləri tərəfindən aldadılaraq mədaxil və məxaric sənədlərinin imzalatdırılması, götürdüyü kredit hesabatının aparılmaması, hətta onun aldadılaraq 1 000 000 ABŞ dollarına yaxın, yəni 838000 ABŞ dolları vəsaiti götürmədiyi halda məxaric orderinə pulu qəbul edən şəxs kimi imza atması inandırıcı olmamaqla yanaşı, istintaq sənədləri ilə təkzib edildiyindən sübut kimi qəbul edilmədən rədd edilməlidir(bax.cild 8.i.v:115-116).
97. Göstərilənlərdən əlavə, hazırki apellyasiya icraatı zamanı keçirilmiş təkrar komission məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyində xx.xx.2004-cü iİ tarixli, 27 saylı kredit müqaviləsi ilə birlikdə digər kredit müqavilələri üzrə artıq ödənilmiş məbləğin cəmi 3.735.143,00 ABŞ dolları, eyni zamanda, sualda soruşulan xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 200.533,08 ABŞ dolları borc müəyyən edildiyi, xx.xx.2006-cı il tarixii, 01 saylı kredit müqaviləsi üzrə yaranmış 200.533,08 ABŞ dolları kredit borcu çıxılmaqla ümumilikdə 3.534.609,92 ABŞ dolları məbləğində ödənişin artıq aparıldığının müəyyən edildiyi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi təkrar komission məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə ekspertiza qarşısında qoyulan suallara tam cavab verilmədiyi üçün, yenidən bankın vəsatəti əsasında təkrar komission məhkəmə mühasibatlıq ekspertizası təyin edərək bu dəfə ekspertizanının keçirilməsinin başqa ekspert komissiyasına həvalə edilməsini göstərdi. Bu dəfə də, yəni 19 aprel 2024-cü il tarixli rəydədə digər ekspert komissiyası da 1 və 2-ci suallar üzrə əvvəlki rəydə göstərilənləri təsdiq edərək xx.xx.2004-cü il tarixli, 27 saylı kredit müqaviləsi ilə birlikdə digər kredit müqavilələri üzrə artıq ödənilmiş məbləğin cəmi 3.735.143,00 ABŞ dolları, xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə 200.533,08 ABŞ dolları borc müəyyən edildiyi, xx.xx.2006-cı il tarixli, 01 saylı kredit müqaviləsi üzrə yaranmış 200.533,08 ABŞ dolları kredit borcu çıxılmaqla ümumilikdə 3.534.609,92 ABŞ dolları məbləğində ödənişin artıq aparıldığının müəyyən edildiyini göstərdi. Buna baxmayaraq, rəydə də xüsusi qeyd edərək Məhkəmə Ekspertizası Mərkəzinin Əlyazmalar və səslərin ekspertizaları şöbəsinin eksperti Ülviyyə Ağayeva tərəfindən verilmiş 28 oktyabr 2009-cu il tarixli 14552 nömrəli ekspert arayışına əsasən (cild 4 i.v 161-162) aşağıda qeyd edilən kassa məxaric orderlərinin özləri tərəfindən götürülmədiyi müəyyən edilmiş cəmi 495000 ABŞ dolları təşkil edən 7 ədəd qəbzin hazırki ekspertiza tədqiqatı zamanı nəzərə alınmadığını xüsusi qeyd etmişlər.
98. Bununla yanaşı, 19 aprel 2024-cü il tarixli rəydə ekspertiza qarşısında qoyulmuş sualların məzmumuna uyğun 2 ayrı qaydada ekspertiza tədqiqatı aparılmış və fərqli nəticələr müəyyən etmişlər. Belə ki, sonuncu rəyi verən ekspert komissiyası 1-ci qayda üzrə göstərib ki, əvvəlki ekspertiza tədqiqatları zamanı da iş materiallarında nəzərə alınmayan pul vəsaitlərinin verilməsini özündə əks etdirən kassa məxaric orderlərinin “Ağır Cinəyətlərə dair Məhkəmə” nin hakimi T.X.Nəsrullayeva tərəfindən əsli ilə düzdür qeydi ilə yazılmış və möhürlənmiş kassa məxaric orderlərinin surətləri mövcud olmuşdur. Hazırki tədqiqatla əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan kassa məxaric orderlərinin mötəbərliyi məhkəmə tərəfindən nəzərə alındığı halda iş materiallarında pul vəsaitlərinin verilməsini özündə əks etdirən 36 ədəd kassa məxaric orderləri (o cümlədən əsli və yuxarıda qeyd edilən hakim tərəfindən əsli ilə düzdür qeydi yazılmış və möhürlənmiş kassa məxaric orderlərinin kserosurətləri) tam şəkildə nəzərə alınmaqla tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə artıq 2.599.254,27 ABŞ dolları ödənişdən yaranmış 1.197.587,58 ABŞ dolları məbləğində kredit borcu çıxılmaqla ümumilikdə 1.401.666,69 ABŞ dolları məbləğində ödənişin artıq aparıldığı müəyyən edildi. Bundan əlavə, ekspert komissiyası 2-ci qayda üzrə isə müəyyən edib ki, əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan, lakin hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan bütün kassa məxaric orderləri (kassa məxaric orderlərinin əsilləri, əvvəlki ekspertiza tədqiqatları zamanı nəzərə alınmayan kassa məxaric orderlərinin əsli ilə düzdür qeydi ilə yazılmış və möhürlənmiş kserosurətləri, əsli olmayan digər kassa məxaric orderlərinin kserosurətləri) məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə yaranmış 1.197.587,58 ABŞ dolları məbləğində kredit borcundan artıq yaranmış 618.766,17 ABŞ dolları çıxılmaqla ümumilikdə 578.821,41 ABŞ dolları məbləğində borcun olduğunun müəyyən edilir.
99. Apellyasiya baxışı zamanı Cavabdeh1 vəsatəti əsasında sonuncu rəyi vermiş ekspertlər dindirildi və tərəflərin verdikləri suallara cavab verməklə verdikləri rəyi müdafiə etdilər. Ekspert bilə-bilə yalan verməyə görə cinayət məsuliyyəti daşıyır. Ona görə də ekspert rəyi üçüncü şəxs tərəfındən təqdim edilən subyektiv fikir kimi qiymətləndirilə bilməz. Bununla belə, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və təkrar ekspertiza təyin edə bilər. Ancaq işdən də görünür ki, hazırki mübahisə ilə əlaqədar aparılmış cinayət işinin istintaqı zamanı, həm də mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələr iş üzrə dəfələrlə məhkəmə mühasibatlıq ekspertizası təyin edərək rəylər alıblar. Hətta axırıncı iki rəy tərəflərin iştirakı ilə ekspert komissiyası tərəfindən verilmişdir. Ancaq ümumilikdə alınmış bu rəylərin tam əksəriyyətində tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə Cavabdeh1 banka ödənilməmiş borcunun qaldığı təsdiq olunmur. Bununla əlaqədar, apellyasiya baxışı zamanı tərəflərə dəfələrlə mübahisəni barışıq sazişi ilə tamamlamaq təklif olunmuş, bank tərəfindən bu təklif müsbət qarşılanaraq qarşı tərəfin kredit müqavilələri üzrə qismən ödəniş edəcəyi təqdirdə razılaşmanın mümkün olduğu bildirilsə də, əksinə qarşı tərəf bankın ona zərər vurduğuna görə borclu olduğunu bəyan edərək razılaşmadan imtina etdi. Yuxarıda da qeyd olunduğu kimi Cavabdeh1 bankın ona zərər vurması yaxud almadığı kreditlərə görə artıq ödənişlər etməsi inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara da uyğun gəlmir. Çünki Cavabdeh1 bəyan etdikləri istintaq orqanı tərəfindən aparılan cinayət işinin istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə tərkibi Cavabdeh1 də banka qarşı zərərin ödənilməsinə dair iddiasını əsassız sayır. Beləliklə, məhkəmə tərkibi hər iki iddianın təmin edilməsi üçün kifayət qədər mötəbər sübutlar olmadığı, eləcə də mövcud olan sübutların ziddiyyətli olduğu və hər iki iddianın qismən də olsa təmin olunması üçün kifayət edən və yetərli olmadığı qənaətinə gəlir.
100. Bununla yanaşı, Cavabdeh1 iddia tələbində və apellyasiya şikayətində göstərdiyi tələblərdən biri ipotekaya xitam verilməsi və mənzillərin ipoteka yüklülüyündən azad edilməsi olsa da bu tələb də onun əsas tələbindən asılı olan törəmə tələb sayılır. Buna baxmayaraq, “İpoteka haqqında” Qanunun tələbinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Ona görə də hazırki qətnamənin qanuni qüvvəsini alacağı təqdirdə ipoteka saxlayan 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır(“İpoteka haqqında” Qanun.m.48.2.).
101. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli və mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-130/2020 saylı, 30 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə ləğv edilməli, "xxxx" ASC-nin ("xxxx" ASC) Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair ilk iddiası; Cavabdeh1 İddiaçı ASC-yə qarşı «mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi və vurulmuş zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddiası təmin edilməməli; apellyasiya şikayətlərini vermək üçün ödənilən dövlət rüsumları tərəflərin özlərinə aid edilməli; iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri – 1500 (min yüz) manatın 750 (yeddi yüz əlli) manatı İddiaçı ASC-dən, 750 (yeddi yüz əlli) manatı Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməli; “X22 MMC” tərəfindən aparılmış qiymətləndirmənin dəyəri olan 500 (beş yüz) manatın 250 (iki yüz əlli) manatı İddiaçı ASC-dən, 250 (iki yüz əlli) manatı Cavabdeh1 tutularaq “X22” MMC-nin hesabına ödənilməlidir.
102. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-130/2020 saylı, 30 sentyabr 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə ləğv edilsin. "xxxx" ASC-nin ("xxxx" ASC) Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair ilk iddiası; Cavabdeh1 İddiaçı ASC-yə qarşı mənzillərinin ipoteka yüklülüyündən azad edilməsi və vurulmuş zərərin ödənilməsi tələbi barədə qarşılıqlı iddiası təmin edilməsin. Apellyasiya şikayətlərini vermək üçün ödənilən dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri – 1500 (min beş yüz) manatın 750 (yeddi yüz əlli) manatı İddiaçı ASC-dən, 750 (yeddi yüz əlli) manatı Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. “X22 MMC” tərəfindən aparılmış qiymətləndirmənin dəyəri olan 500 (beş yüz) manatın 250 (iki yüz əlli) manatı İddiaçı ASC-dən, 250 (iki yüz əlli) manatı Cavabdeh1 tutularaq “X22” MMC-nin hesabına ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.