Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1802/2021 05.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X6 və cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı BOKT QSC-nin cavabdeh Əliyeva (Kərimova) X9 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2371/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı BOKT QSC cavabdeh Əliyeva (Kərimova) X9 qarşı cavabdeh Əliyeva (Kərimova) X7 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 7 saylı evin 27 nömrəli mənzilindən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və onun həmin mənzildən çıxarılaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin cavabdeh Əliyeva (Kərimova) X9 qarşı 103999,24 manat əsas kredit borcu, 9517,74 manat faiz borcu, 5000,0 manat dəbbə pulu, cəmi 138516,98 manat məbləğində borcun tutulması, tələb ipoteka qoyulmuş X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 7 saylı evin 27 nömrəli mənzilinə yönəldilməsinə dair iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(011)-2059/13 saylı qətnaməsi ilə təmin edilmişdir. “xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qətnamənin icrası ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ******* saylı Çıxarışına əsasən yuxarıda göstərilən mənzil mülkiyyət hüququ əsasında İddiaçı X3 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2371/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Əliyeva (Kərimova) X7 Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 7 saylı evin 27 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir (sədrlik edən: Əminə Abbasova). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2371/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflər arasında olan qarşılıqlı münasibəti əks etdirmir. Birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı barədə cavabdehi məlumatlandırmamış və onun iştirakı olmadan məhkəmə iclası keçirilmişdir. Məhkəmə iddiaçının mülahizələrinə əsaslanmaqla qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.3, 217.4, 88, 106, 387.2.4, 372.5-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili S.İsmayılov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi M.Əliyev cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2059/2013 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 103.999,24 manat əsas kredit borcu, 29.517,74 manat faiz borcu, 5000 manat dəbbə pulu, cəmi 138.516,88 manat iddiaçı “xxxx” ASCnin xeyrinə tutulması, iddiaçının tələbi girov qoyulmuş X1 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində yerləşən 7 nömrəli evin 27 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 110.000 manat olmaqla satışa çıxarılması, mənzil açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borc ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 7 saylı evin 27 saylı mənzili xüsusi mülkiyyət kimi xx.xx.2017-ci il tarixdə İddiaçı BOKT QSC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 66 saylı MKİS-inin xx.xx.2019-cu il tarixli 737 nömrəli arayışına əsasən Əliyeva (Kərimova) X10 Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 7 saylı evin 27 saylı mənzilində qeydiyyatdadır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə isə istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. İş materialları əsasında müəyyən edilir ki, mübahisəli mənzilin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2059/13 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ilkin satış qiyməti 110.000 manat olmaqla satışa çıxarılması qət edilmişdir. Eyni zamanda, ******* saylı, xx.xx.2017-ci il tarixli Çıxarışa (i.v. 8) əsasən, mübahisəli mənzil İddiaçı QSC BOKTun mülkiyyətindədir. Belə ki, sözügedən mənzilin iddiaçının mülkiyyətində olması işin mübahisələndirilməyən halını təşkil edir. Kollegiya işin hallarına, apellyasiya şikayətinin dəlillərinə, tərəflərin izahatlarına və qeyd olunan normaların mahiyyətinə əsasən qeyd edir ki, şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Mülkiyyətçinin pozulmuş hüquqları sahiblikdən məhrum etmə ilə bağlı olmadıqda da mülkiyyətçi öz hüquqlarının bərpa edilməsini tələb edə bilər (neqator iddia). Belə olan halda, iddiaçı sözügedən mənzilin mülkiyyətçisi kimi, kənar şəxslərin mülkiyyətdən qanunsuz istifadəsinə xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Beləliklə də, kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması İddiaçı QSC BOKT-un mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Qeyd edilən hallara əsasən və sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq kollegiya hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilmədiyindən, Cavabdeh mübahisəli mənzilə istifadə hüququna xitam verilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin məhkəmə iclasının vaxtı barəsində məlumatlandırılmamasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin ona məlum olan qeydiyyat ünvanına bildiriş göndərərək (i.v. 29, 37, 47, 50) prosessual pozuntuya yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2371/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1802/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1802/2021
05.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver