Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1804/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh1 MMC-nin "xxxx" X2 İttifaqı Komitəsinə qarşı “işdən azad olunma barədə əmrin və Həmkarlar İttifaqı Komitəsinin Protokolunun ləğv olunması, işə bərpa edilmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə) 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, qətnamə xx.xx.2022-ci il tarixdə İddiaçı göndərilmiş, özünün bildirməsinə görə xx.xx.2022-ci il tarixdə ona çatdırılmış, onun xx.xx.2022-ci il tarixdə imzaladığı apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada (elektron kabinet vasitəsilə) verilmədiyi əsas göstərilməklə xx.xx.2022-ci il tarixli qərardadla geri qaytarılmış, İddiaçı xx.xx.2023-cü il tarixdə növbəti dəfə şikayət vermişdir. Göründüyü kimi İddiaçı qətnaməni xx.xx.2022-ci il tarixində almış, beləliklə də ikinci dəfə apellyasiya şikayəti verdiyi zaman müddəti ötürmüş olmuşdur. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almadan, onun qətnamədən şikayət vermə müddətini ötürübötürmədiyi, əgər müddət otürülmüşdürsə bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələsinə qiymət vermədən, müddət ötürülməmişdirsə buna münasibət bildirmədən şikayəti apellyasiya instansiyasına göndərmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2058/2022 saylı iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi, əgər vaxtında verilməmişdirsə geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-1804/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1804/2023
27.01.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver