Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1805/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 1558/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi zərərin ödənilməsi üçün 6000 manat, mənəvi zərərin ödənilməsi üçün 5.000 manat, dövlət rüsumu üçün 15 manat, cəmi 11015 manat pul tutularaq İddiaçı2 ödənilməsi, Cavabdeh vurduğu maddi zərərin ödənilməsi üçün 12.000 manat, mənəvi zərərin ödənilməsi üçün 10.000 manat, dövlət rüsumu üçün 15 manat, cəmi 22.015 manat pulun tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh tərəfindən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində qanunsuz (icazəsiz) tikdirdiyi və həmin torpaq sahəsinin yarı bölünməsinə və istifadəyə yararsız hala düşməsinə səbəb olan divarın Cavabdeh hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İH-nin xx xxxx 1994-cü il tarixli 862 nömrəli qərarı ilə Əhaliyə Xidmət, Fərdi və X6 Üzrə Baş İstehsalat X3 İdarəsi tərəfindən İddiaçı1 32 və 35 saylı orderlərlə Bakı şəhəri, Türkan bağlar sahəsindəki hər birinin sahəsi 0,12 ha olan müvafiq surətdə 1087, 1087A saylı bağ sahələri verilmişdir. Yenə Bakı şəhəri İH-nin xx xxxx 1994- cü il tarixli 862 nömrəli qərarı ilə Əhaliyə Xidmət, Fərdi və X6 Üzrə Baş İstehsalat X3 İdarəsi tərəfindən İddiaçı2 Məzəffər qızına 36 saylı orderlərlə Bakı şəhəri, Türkan bağlar sahəsindəki hər birinin sahəsi 0,12 ha olan müvafiq surətdə 1088 saylı bağ sahəsi verilmişdir. Lakin həmin bağ sahələri Cavabdeh tərəfindən 2014-cü ildə qanunsuz olaraq özbaşına zəbt edildiyini təsbit etmişlər. Dəfələrlə tələb etsələr də, o, həmin torpaq sahələrimiz boşaltmamışdır. Bu səbəblə iddiaçılar əvvəlcə həmin bağ sahələrinin dövlət qeydiyyatın alınması üçün AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin ərazi idarəsi bundan imtina etmişdir. Bu səbəblə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinə imtina qərarının ləğv edilməsi və bağ sahələrinin dövlət qeydiyyatına alınması öhdəliyinin AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinin üzərinə qoyulması tələbli iddia ərizəsi ilə 2 Saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2016-cı ilə tarixli qərarı (iş No: 2-1(82)-416/2016) ilə iddia ərizəsi tam təmin edilmişdir. Həmin qərar Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı (iş No: 2-1(103)-1909/2016) ilə qüvvədə saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı (iş No: 2-1(102)- 548/2017) ilə qüvvədə saxlanılmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında bağ sahələri qeydiyyata alınmışdır (İddiaçı1 adına müvafiq olaraq Seriya RX No: 1049168, Seriya RX No: ******* çıxarışlar və İddiaçı2 adına Seriya RX No: ******* çıxarış verilmişdir). Bundan sonra həmin torpaq sahələrini qanunsuz olaraq zəbt etmiş Cavabdeh Xəzər rayon məhkəməsində onlara qarşı iddia ərizəsi ilə müraciət edərək qeyd edilən çıxarışların etibarsız hesab edilməsini tələb etmişdir. Lakin Məhkəmə xx.xx.2017-ci il tarixində qanuni və əsaslı qətnamə (iş No: 2(003)-3033/2017) qəbul edərək onun iddia ərizəsini rədd etmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra onlar, Cavabdeh qarşı Xəzər Rayon Məhkəməsində iddia qaldıraraq tələb etmişlər ki, o qanunsuz olaraq zəbt etdiyi həmin bağ sahələrindən çıxarılsın. Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli (iş No: 2(003)-242/2018) qətnaməsi ilə iddia ərizəsi tam təmin edilmişdir və həmin qətnamə qanuni qüvvəyə minmişdir və 2019-cu ildə həmin qətnamə icra edilərək Cavabdeh qanunsuz olaraq zəbt etdiyi iddiaçıların torpaq (bağ) sahələrindən çıxarılmışdır. Məlum olduğu kimi, Cavabdeh 5 il qanunsuz olaraq iddiaçıların torpaq sahələrini zəbt edərək, orada haqsız olaraq faydalanmış və qazanc əldə etmişdir. İddiaçıların həmin torpaq sahələrindən istifadə etmək hüququnu, mülkiyyət hüququnu pozmuş iddiaçılara maddi zərər vurmuşdur. O, həmin bağ sahələrini haqsız olaraq əkib becərmiş, müxtəlif məhsullar yetişdirib satmış, istifadə etmişdir. Bundan başqa cavabdeh əsassız iddialar ilə məhkəmələrin, digər dövlət qurumlarının və iddiaçıların vaxtını almışdır. Bu səbəblə maddi vəsait sərf etməyə məcbur qalmışlar. Bundan başqa cavabdeh yalan ifadələri, qeyri-etik hərəkətləri (söyüş, təhqir, hədələr və s.) ilə iddiaçılara məxsus olan şəxsi və toxunulmaz mülkiyyətindən istifadə etməyə imkan verməmişdir. Yəni onları əldə edə biləcəyi bütün faydalardan məhrum edərək, haqsız olaraq öz xeyrinə faydalandığı kimi, onlara həm də mənəvi zərər də vurmuşdur. İddia ərizəsi cavabdehin iddiaçılara vurduğu maddi və mənəvi zərərin ondan tutularaq İddiaçı1 Cavabdeh qanuna zidd hərəkətlər ilə vurduğu maddi zərərə görə 12.000 manat, mənəvi zərər isə 10.000 manatdır. İddiaçı2 Məzəffər qızına Cavabdeh qanuna zidd hərəkətlərlə vurduğu maddi zərər 6.000 manat, mənəvi zərər isə 5.000 manatdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1558/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa etdiyi və torpaq sahəsinin yarı bölünməsinə səbəb olan divarın Cavabdeh vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumuna görə ödənilmiş 15 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulması, dövlət rüsumuna görə ödənilmiş 15 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 özünə aid edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməyən hissəsində təmin edilməsi və qətnamənin “Cavabdeh tərəfindən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa etdiyi və torpaq sahəsinin yarı bölünməsinə səbəb olan divarın Cavabdeh vəsaiti hesabına sökülməsi” hissəsində icraata xitam verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişlər ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən onların hüququnun pozulduğu nəticəsinə gəlsə də, əsassız olaraq maddi və mənəvi ziyanın əvəzini tutumamışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, o, iddiaçılara heç bir maddi və mənəvi zərər vurmamışdır, əksinə iddiaçılar ona maddi və mənəvi zərər vurmuşdur. O, həmin ərazinin zəbt etməmişdir, ərazini Türkan Bələdiyyəsindən 25 illik icarəyə götürmüşdür, torpaq rüsumunu 2006-cı ildən hər il bugünə qədər ödəmişdir, yararsız sahəni abadlaşdırmışdır. O, iddiaçıları heç vaxt təhqir etməmişdir. O, həmin ərazini 2014cü ildə deyil, 2006-cı ildə Türkan Bələdiyyəsinin razılığı ilə çəpərə almışdır. İddiaçıların sənədlərinin saxta olduğu halda dəfələrlə şikayət etmişdir. O, həmin ərazidə heç nə əkməmiş, xeyir götürməmişdir. Çünki, həmin sahə əkinə yararsızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasına gəlməmiş kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qyed edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1558/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh tərəfindən İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində qanunsuz inşa etdiyi və torpaq sahəsinin yarı bölünməsinə səbəb olan divarın Cavabdeh vəsaiti hesabına sökülməsi” hissəsində ləğv edilməklə iş üzrə icraata bu hissədə xitam verilmişdir. Buna görə də hazırki apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin tutulması” barədə iddia tələblərinin təmin edilmədiyinə dair hissəsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Məhkəmə kollegiyası qeyd edilən kontekstde iddiaçının izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməklə birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-1(103)-1909/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-416/2016 nömrəli iş üzrə xx xxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanması qərara alınmışdır. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-416/2016 nömrəli iş üzrə xx xxx 2016-cı il tarixli qərarı ilə İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə qarşı Türkan bağlar sahəsində yerləşən 242 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1088 nömrəli bağ sahəsinə dair adına plan-ölçünün tərtib edilərək verilməsi və mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-548/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən üçüncü şəxs Ləkbərov İkrəm İsmayıl oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 2-1(103)-1909/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1088 saylı bağ sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1087 saylı bağ sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3033/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi, İddiaçı1 və İddiaçı2 qarşı “çıxarışın etibarsız hesab edilməsi”-nə dair iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-242/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı1 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 1087 saylı və 1087A saylı bağ sahələrindən çıxarılması və həmin bağ sahələrinin İddiaçı1 təhvil verilməsi, Cavabdeh İddiaçı2 məxsus Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi 1088 saylı bağ sahəsindən çıxarılması və həmin bağ sahəsinin İddiaçı2 təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-149/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, 9722 (doqquz min yeddi yüz iyirmi iki) manat məbləğində pul vəsaitinin İddiaçı1 və İddiaçı2 müştərək qaydada alınaraq X1 ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnaməyə əsasən X4 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsi üzrə vicdanlı sahib hesab olunmuş, iddiaçı İkram Ələkbərov torpaq sahəs(lər)i onun istifadəsində və sahibliyində olduğu müddətdə həmin torpaq sahəs(lər)ində aparılmış işlərə çəkilmiş xərcin əvəzini cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Qətnamədə qeyd edilmişdir ki, məhkəmə mühəndis texniki ekspertizasının 23232 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində yerləşən mübahisəli torpaq sahəsində aparılmış işlərin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 9722 manat məbləğində olduğu müəyyən olunur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 04/11- 08-889 saylı məktubuna əlavə edilən mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi Bakı Şəhər Bağlar Təsərrüfatı tərəfindən ayrı-ayrı vətəndaşlara bağ sahəsi kimi verilmiş və həmin vətəndaşların adlarına mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir. Ərazidə əkilmiş dekorativ və meyvə ağaclarına rast gəlinməmişdir. Bağ sahəsi kimi verilmiş torpaq sahəsi qanunsuz olaraq X4 tərəfindən zəbt edilərək ətrafı hasarlanmışdır. Məhkəmə mühəndistexniki ekspertizasının 13858/13992 saylı, xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mütəxəssis rəyinə əsasən ərazidə əkilmiş dekorativ və meyvə ağaclarına rast gəlinməmişdir. Tədqiqata təqdim edilmiş mütəxəssis rəyinə əsasən ərazidə əkilmiş dekorativ və meyvə ağacları olmadığından qiymətləndirilmə aparılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13946/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakışəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2632/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Kollegiya maddi və mənəvi ziyan tələbinə dair hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçılar onlara cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Belə ki, iddiaçılar Cavabdeh iddiaçılara məxsus torpaq sahələrini qanunsuz zəbt etməsi nəticəsində əldən çıxmış faydanın olması, cavabdehin həmin torpaq sahəsindən əsassız gəlir əldə etməsi və məhkəmə mübahisələrinin getdiyi dövrdə vəsait sərf olunması hallarına istinad etsələr də, bu halları təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim etməmişdirlər. Kollegiya iddiaçılar əsas tələbinin yəni, maddi ziyanın tutulması ilə bağlı tələbinin təmin olunmadığını nəzərə alıb hesab edir ki, iddiaçıların törəmə tələbi olan mənəvi ziyanın tutulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1558/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılan hissədə, yəni - iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin tutulması” barədə iddia tələblərinin təmin edilmədiyinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özlərinə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Кollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1805/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1805/2021
22.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver