Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1806/2023 13.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərardadından iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1147/2022 nömrəli qiyabi qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh MMC-nə qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa olunmuş 6 saylı binanın 9, 10, 11 və ya 12-ci mərtəbələrindən birində 3 otaqlı 80 kv.m olan mənzilin iddiaçılar X2, X3, İddiaçı3 və İddiaçı4 təhvil verilməsinin cavabdeh “İNTEKS" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə vəzifə kimi qoyulması qət edilmişdir. Qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Şirinov ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1147/2022 nömrəli icra vərəqəsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə cavabdeh “İNTEKS" MMC Nərimanov rayonu, Ə.Əlizadə küçəsində inşa olunmuş 5 saylı binanın 12-ci mərtəbəsində yerləşən 8 saylı mənzili icra sənədi üzrə tələbkarlara təklif etmişdir. Təklif edilən mənzil ümumi dəhlizdən, dəhlizin sağ tərəfində sanitar qovşağından, sağ tərəfdə mətbəx, mətbəxin solunda otaq, həmin otaqdan sonra bir otaq və otağın içərisindən daxl olmaqla digər bir otaqdan ibarət olmuşdur. İcra sənədi üzrə tələbkarların nümayəndəsi Vəkil1 təklif edilən mənzilin faktiki otaraq iki otaq olmasını, sonradan otağın birinin iki hissəyə bölünməsi nəticəsində, yəni otağın iç-içə olması nəticəsində üç otağa çevrilməsini nəzərə alaraq, MMC tərəfindən təklif edilən mənzili qəbul etməkdən imtina etmiş və bu barədə icra məmuru tərəfindən tərəflərin iştirakı ilə akt tərtib edimişdir. Eyni zamanda icra sənədi üzrə tələbkarların nümayəndəsi Vəkil1 icra məmuru tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli akta qeyd olaraq, məhkəmə qətnaməsində qeyd olunan 3 otaqlı 80 kv.m mənzil ilə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması fikrinin açıq şəkildə izah olunması üçün məhkəməyə müraciət olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim M.Əfəndizadə, iş № 2(005)-1147/2022) ərizə rədd edilmişdir. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət ərizənin dəlillərinə uyğun əsaslandırılmışdır. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə ərizəni rədd edərkən MPM-nin 230-cu maddəsinə istinad etmiş və qeyd etmişdir ki, izah verilməsi xahiş olunan məhkəmə qətnaməsində qeyri-müəyyənlik yoxdur, qətnamə açıq-aydın şəkildə nəzərdə tutulmuşdur. Hər hansı anlaşılmaz məsələ olmadığından məhkəmə qətnaməsinin izahına ehtiyac duymamışdır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 230-cu maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (230.3). Qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur (230.4). Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər (230.5). Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməyə izah verilməsindən imtina ilə bağlı mövqeyi əsaslı olmuş, ərizə rədd edilərkən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1806/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1806/2023
13.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver