Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1807/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (3-cü şəxslər Yayla MTK və Avro Qrand MMC) mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehə həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2094/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2) yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının 10-cu yaşayış mərtəbəsində yerləşən ümimi sahəsi 90 m2 (ümumi sahəsi 97 m2) olan 2 otaqlı mənzil sahəsini zəbt etmiş və qanunsuz hərəkətinin əsası kimi həmin mənzilə adına Avro Qrand MMC tərəfindən verilmiş müqavilə əldə etdiyinə istinad edir. Cavabdeh tərəfindən zəbt olunan mənzili o, Yayla MTK ilə 30.06.2014-cü il tarixdə bağladığı kooperativ mənzil tikintisi haqqında 013 saylı müqavilə əsasında əldə etmişdir. 01.05.2018-ci il tarixdə mənzil ona təhvil verilmiş, həmin vaxtdan da mənzil onun qanuni sahibliyindədir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11.08.1994cü il tarixli, 1119 saylı sərəncamı əsasında Bakı şəhəri, ünvan 3 ünvanda 5 bloklu 18 mərtəbəli çoxmənzilli yaşayış bina kompleksinin tikintisinə dair Yayla MTK-ya icazə verilmişdir. Qeyd olunan sərəncam əsasında binaların tikintisinə həmin MTK tərəfindən başlanmış, 4 bloku tikilib başa çatdırılmış, 5-ci blok hissəsinin tikintisi isə Avro Qrand MMC ilə bağlanmış 27.05.2015-ci il tarixli müqavilə əsasında sonuncu ilə davam etdirilmişdir. Yayla MTK ilə Avro Qrand MMC arasında 27.05.2015-ci il tarixdə bağlanmış hündür mərtəbəli yaşayış binasının tikintisinə dair müqaviləyə əsasən tikilən binadan 1400 m2 Yayla MTK-ya aid edilmişdir. Adı çəkilən əməkdaşlıq müqaviləsi 27.05.2015-ci il tarixdə bağlanılan zaman ona aid olan müqavilə ilə yanaşı, Yayla MTK ilə başqa şəxslər arasında artıq bağlanmış daha 5 müqavilə mövcud idi. Əməkdaşlıq müqaviləsi bağlanılan ərəfədə də həmin müqavilələr Avro Qrand MMC-yə təqdim edilmiş və Yayla MTK-ya ayrılmış 1400 m2 aid edilməklə, iradsız qəbul edilmişdir. Bu razılaşma gizli deyil, şəxsən onun, tərəflərin, hüquqşünasların iştirakı ilə olmuşdur. Mübahisəli mənzilin ona ayrılması Yayla MTK ilə Avro Qrand MMC arasında 27.05.2015-ci il tarixdə əməkdaşlıq müqaviləsinin bağlanmasından əvvəl baş vermiş, sonuncuya da detalları ilə məlum olmuş və buna irad bildirilməmiş, qəbulundan imtina edilməmiş, məhz həmin sahənin verilməsinə etiraz olmamışdır. Belə ki, Yayla MTK ilə bağladığı 15.03.2004-cü il tarixli müqaviləyə əsasən, sonuncu tərəfindən tikilən 5 bloklu bina kompleksinin 4-cü blokunda sahəsi 117 m2 olan 3 otaqlı mənzil ona verilməli idi. Lakin icraçı tərəfin günahı üzündən həmin mənzil başqasına satıldığından, qarşılıqlı razılaşma əsasında həmin bina kompleksinin davamı olan 5-ci blokdan, sahəsi 90 m2 olan 2 otaqlı mənzilin ona verilməsi barədə 25.06.2014-cü il tarixdə 001(013) saylı qarşılıqlı razılaşma müqaviləsi, daha sonra da razılaşmanın tələbinə uyğun olaraq 30.06.2014-cü il tarixdə aralarında 013 saylı kooperativ mənzil tikintisi haqqında müqavilə imzalanmışdır. Az sahəsi olan məzilə razılaşmasına səbəb də həmin blokun yola yaxın və ayrı tikiləcəyi baxımından olmuşdur. Müqavilə bağlanılan vaxtı da 5-ci blokun özülü qazılmış, inşaasına artıq başlanmışdır. Həmin müqavilənin onunla bağlanıldığı vaxtı Avro Qrand MMC məsələsi olmasa da bütün məsələlərdə onun rəhbəri olan Xanlar Cəfərov və onunla birgə işləyən şəriki və yaxını Elxan Babayevin iştirakı ilə olmuşdur. Müslət Nəcəfovdan şikayət etməməsi ondan xahiş edilmiş, əvəzində onunla şəxsən Elxan Babayevin iştirakı ilə Pravo-az hüquq şirkətinin ofisində müqavilə tərtib edilmişdir. Qeyd edilən ünvanda bina tikintisinə Avro Qrand MMC-yə icazə verilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 288 saylı sərəncamı 13.07.2016-cı il tarixdə əldə edilmişdir. Məhz bu sərəncamdan sui-istifadə edən sonuncu həmin binanın Yayla MTK-ya aid deyil, ayrı bina kompleksi olduğunu göstərməklə əsasız varlanmaq məqsədindədir. Halbu ki, 2016-cı ilin iyun ayında həmin binada tikinti işləri son iki mərtəbədə davam etməklə, binanın inşaası tamamlanmaq üzrə idi. Müslət Nəcəfovun ölümündən sonra Avro Qrand MMC-nin adından rəhbəri olaraq X10 MTK-ya çatan 1400 m2 yaşayış sahəsini ələ keçirmək üçün arxa tarixlərə ayrı-ayrı şəxslərin adına müqavilələr təsdiqləmişdir ki, bunlardan biri də Cavabdeh adına tərtib edilmiş 14.06.2017-ci il tarixli müqavilədir. Cavabdeh da bunu bilərəkdən, sonuncu ilə birgə hərəkət edir. Həmin müqavilənin özü heç də 2017-ci ildə deyil, sonrakı illərdə tərtib edilmişdir. Belə ki, əməkdaşlıq müqaviləsi əsasında Yayla MTKnı təmsil edən Müslət Nəcəfovun vəfatından sonra Avro Qrand MMC tərəfindən çıxış edən rəhbəri Xanlar Cəfərov ona məxsus adı keçən mənzili ona təhvil verməkdən boyun qaçırdığından, o, məhkəməyə müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmişdir. Qətnamə icra edilərək, mənzil ona 01.05.2018-ci il tarixdə təhvil verilmişdir. Həmin vaxta qədər də mübahisəli mənzillə bağlı ikinci müqavilənin olması deyilməmiş və bu kimi fakt müəyyən edilməmişdir. Cavabdehla bağlı və onun adına müqavilə olduğu məsələsi, bundan bir il sonra meydana çıxmışdır. Cavabdeh R.Ş. Ələkbərovun adına məqsədli tərtib edilmiş müqavilədən irəli gələn mübahisəni Avro Qrand MMC ilə qanuni yolla həll etmək istəmir. Çünki, bu məsələyə bilərəkdən sonuncu ilə əlbirliklə getmişdir. Cavabdehə məsələni sivil qaydada yoluna qoyulması, qanuna riayyət edilməsi ilə bağlı dəfələrlə təklif edilmiş, lakin o, özbaşnalıqda davam etməklə, danışıqların müsbət nəticəsi olmadığından, məsələnin məhkəmə qaydasında həll edilməsi məcburiyyəti yaranmışdır. Mənzil sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, həmin mənzil sahəsi qanuni əsaslarla ona verilmiş, 2018-ci ilin may ayından qanuni sahibliyindədir. Ona görə də, ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2 ) yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehə həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2094/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş və düzgün nəticəyə gəlməmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Binəqədi Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(001)- 747/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Binəqədi Rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən, ünvan 6 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişində, 10-cu mərtəbəsində, ümumi sahəsi 90 kv. metr olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-nin üzərinə qoyulmuşdur. Qeyd olunan 15 yanvar 2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnamə qanuni qüvvəyə minmiş və Binəqədi Rayon icra və probasiya şöbəsi tərəfindən icra məmuru Ələddin Hüseynov tərəfindən 01.05.2018-ci il tarixli qərarı ilə icra edilmişdir. Bu barədə Binəqədi Rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş sənəd də mövcuddur. Lakin, Binəqədi Rayon Məhkəməsi İddiaçı Cavabdeh qarşı ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu mərtəbəsində yerləşən ona məxsus 90 m2 (ümumi sahəsi 97 m2 yaşayış sahəsindən ibarət iki otaqlı mənzil sahəsinin cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasına, cavabdehin həmin mənzil sahəsinə müdaxiləsinin qadağan olunmasına dair iddia ərizəsi təmin edilməməsi barədə 2(001)-2094/2021 saylı 06.12.2021-ci il tarixli qətnamə qəbul etmişdir. Binəqədi Rayon Məhkəməsi subyektiv hüququn olmaması əsaslanır. Halbuki hüquq məhkəmə qətnaməsi əsasında tanınmır. Eyni zamanda məhkəmə Avro Qrand MMC tərəfindən inşa edilən ayrıca müstəqil binanın Yayla MTK-nın inşa etdiyi binaya aidiyyəti olmamasına əsaslanır. Lakin, materiallar arasında Avro Qrand MMC ilə Yayla MTK arasında 27.05.2015-ci il tarixli bağlanmış müqavilə mövcuddur. Məhkəmə tərəfindən aydınlaşdırılmayıb ki, Avro Qrand MMC ilə həmin ünvanda bina inşa edilməsi üçün sərəncam nəyin əsasında verilmişdir. Sərəncam onun əsasında verilmişdir ki, Avro Qrand MMC ilə Yayla MTK arasında müqavilə mövcuddur. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh şikayətə etiraz edərək təmin olunmamasını, həm iddianın, həm də şikayətinin əsassız olduğunu bildirərək Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər; işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini iddia rədd olunduğundan qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı şikayət verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, hazırki vəziyyətdə iş üzrə sübut etmə yükü iddiaçlarının üzərinə düşür və məhz o mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddiasında Avro Qrand MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, Yayla MTK ilə payçı X5 arasında bağlanmış 15.03.2004-cü il tarixli 173 saylı kooperativ mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, kooperativ tərəfindən Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr, 1300-cü məhəllə ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 4-cü girişinin 2-ci mərtəbəsində 3 otaqdan 114,4 m2 ümumi sahədən ibarət 177 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Yayla MTK ilə İddiaçı arasında bağlanmış 25.06.2014-cü il tarixli 001/013 saylı qarşılıqlı razılaşmanın surətindən müəyyən olunur ki, Yayla MTK-ya ayrılmış ünvan 8 ünvanında inşa ediləcək yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində, ümumi sahəsi 90 m2 olan 2 otaqlı mənzili kooperativ payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Razılaşmanın 1.2-ci bəndindən müəyyən olunur ki, müqavilə imzalanan kimi kooperativ tərəfi kooperativə ortaq üzvlüyə qəbul edir və mənzil tikintisi haqqında müqavilə bağlayır. Yayla MTK ilə İddiaçı arasında bağlanmış 30.06.2014-cü il tarixli 013 saylı müqavilənin surətindən müəyyən olunur ki, tərəflər arasında balanan müqavilənin əsasını kooperativə ayrılmış ünvan 9 ünvanında inşa ediləcək yaşayış binasında 2 otaqlı mənzil təklif edilir. Müqavilənin 2.1-ci bəndindən müəyyən olunur ki, payçını kooperativə üzvlüyə daxil etməyi, yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi, inşa ediləcək binanın 5-ci girişinin 10-cu mərtəbəsində, 2 otaqlı, ümumi sahəsi 90 m2 olan N saylı mənzilini payçıya təhvil veməyi Yayla MTK öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndindən daha sonra müəyyən olunur ki, tərəflər arasında mövcud 25.06.2014-cü il tarixli 001(003)saylı müqaviləyə əsasən mənzilin ilkin dəyəri 27000 manata razılaşdırılmış və həmin müqavilənin şərtlərinə uyğun olaraq, tam şəkildə ödənilmiş hesab edilir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 13.07.2016-cı il tarixli 288 saylı sərəncamından müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi şossesi 9-cu mkr, 3169-cu məhəllə A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yaşayış binasının tikintisinə dair Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13.07.2016-cı il tarixli 18/03-8/2210 saylı məktubu ilə razılaşdırılmış şəhərsalma əsaslandırılması təsdiq edilmiş, Avro Qrand MMC-nin 13.07.2016-cı il tarixli 20 saylı müraciəti nəzərə alınaraq Binəqədi rayonu 9-cu mkr, 3169-cu məhəllə A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Avro Qrand MMC ilə Cavabdeh arasında bağlanmış 14.06.2017- ci il tarixli alqısatqı müqaviləsinin surətindən müəyyən olunur ki, MMC Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 m2 olan mənzili R.Ş. Ələkbərova satmışdır. Avro Qrand MMC-nin 14.06.2017-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunr ki, Cavabdeh tərəfindən Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 m2 olan mənzilin dəyəri olan 97500 manat tam ödənilmişdir. Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək ünvan 8 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 90 m2 olan 2 otaqlı mənzilin İddiaçı verilməsi vəzifəsi Yayala MTK-ya həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadı ilə müəyyən olunmuşdur ki, apellyasiya baxışı zamanı mübahisəli binaların yerləşdiyi əraziyə və binalara baxış keçirilərkən baxış keçirilən sahədə 4 bloklu yaşayış binası və ayrıca 1 bloklu yaşayış binasının olduğu və həmin yaşayış binalarının arasında təxminən 20 metr məsafənin olduğu, 1 bloklu yaşayış binasının müstəqil bina olması, 4 bloklu yaşayış binası ilə əlaqəsinin olmadığı, bu iki yaşayış binasının layihə, dizayn və görünüşünə görə tam fərqli olması, 1 bloklu yaşayış binasının müstəqil giriş-çıxışının və özünün yeraltı qarajının olması müşahidə edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, Avro Qrand MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binası müstəqil sərəncam və layihə əsasında, fərqli görünüşdə tikilmiş, müstəqil infrastrukturu və özünün ayrıca giriş-çıxışı (o cümlədən yeraltı qarajı) olan müstəqil yaşayış binasıdır. Həmin binanın Yayla MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binası ilə hər hansı bir bağlılığı müəyyən edilməmişdir. Hər iki binanın bir-biri ilə bağlı olmaması və müstəqil layihə əsasında inşa edilməsi həm də Yayla MTK-nın iddiaçıya verilməsini öhdəsinə götürdüyü 2 otaqlı mənzilin sahəsi ilə (90 m2 ) Avro Qrand MMC tərəfindən inşa edilmiş və Cavabdeh satılmış 2 otaqlı mənzilin sahəsi (97,5 m2 ) arasında fərqlədə müəyyən olunur. Avro Qrand MMC tərəfindən inşa edilmiş yaşayış binasının, Yayla MTK tərəfindən köhnə layihə əsasında tikilməsi planlaşdırılan yaşayış binası ilə əlaqəsinin olmadığı müəyyən edildiyindən, MMC tərəfindən inşa edilmiş həmin binanın MTK-nın tikmək niyyətində olduğu yarımçıq qalmış beş bloklu yaşayış binasının (4 bloku əvvəlcədən inşa edilmişdir) 5-ci bloku kimi qiymətləndirilməsi mümkün deyildir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.08.2014-cü il tarixli 1(101)-585/2014 saylı hökmündən müəyyən olunur ki, X6 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi təbiq edilməklə təyin olunmuş cəza 2 il müddəti ilə şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.08.2014-cü il tarixli 1(101)-585/2014 saylı hökmündən daha sonra müəyyən olunur ki, X2 Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70- ci maddəsi təbiq edilməklə təyin olunmuş cəza 2 il müddəti ilə şərti hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.08.2014-cü il tarixli 1(101)-585/2014 saylı hökmü ilə müəyyən edilmişdir ki, Yayla MTK-da sədr vəzifəsində işləyən X6, həmin kooperativin təsisçisi olan və hal-hazırda MTK-da baş mühəndis vəzifəsində çalışan X2 ilə razılaşıb özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək vətəndaş X3 etibarından sui-istifadə edib, ona məxsus olan həmin MTK tərəfindən inşa edilmiş, ünvan 8 ünvanındakı 4 girişli ümumi sahəsi 114,4 m2 olan üç otaqlı mənzili 20.02.2006-ci il tarixdə vətəndaş X1 aldığı pulu verməyi vəd edərək M.V.Paşayevin həyat yoldaşı vətəndaş İddiaçı çatmalı olan 51500 manatı ələ keçirib zərərçəkmiş şəxs N.V. Allahverdiyevaya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmə Ekspertizası Mərkəzinin 06.10.2021-ci il tarixli 10\2977 saylı rəyindən müəyyən olunur ki, faktiki vəziyyətdə mövcud olan bina ilə Yayla MTK-nın eskiz layihəsi arasında mövcud olan uyğunsuzluq səbəbindən, eləcə də, eskiz layihəsi faktiki mövcud olan binaya uyğun gələn Avro Qrand MMC ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsində ona satılan mənzilin mərtəbəliliyinin hansı qaydada müəyyən olunması (0 nöqtəsindən yuxarıda yerləşən qeyri-yaşayış sahəsinin mərtəbə olaraq nəzərə alınıbalınmaması) ilə bağlı dəqiq məlumat olmadığına gərə İddiaçı ilə Yayla MTK arasında bağlanmış 013 saylı 30.06.2014-cü il tarixli kooperativ mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı satılmış ünvan 5 ünvanında inşa edilən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən sahəsi 90 m2 olan 2 otaqlı mənzil ilə Cavabdeh ilə Avro Qrand MMC arasında bağlanmış 14.06.2017-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilə ilə R.Ş. Ələkbərova satılmış ünvan 10 ünvanında inşa edilən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən sahəsi 97,5 m2 olan 2 otaqlı 60 saylı mənzilin eyni mənzillər olubolmamasını müəyyən etmək mümkün deyildir. Rəydən daha sonra müəyyən olunur ki, tədqiqata təqdim olunan mənzilin faktiki vəziyyəti üzrə ölçüləri aparılan zaman Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59.3-cü maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04.12.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının tələbləri nəzərə alınmaqla ünvan 5 ünvanında yerləşən, mübahisə predmeti olan mənzilin ümumi sahəsinin 87,41 m2 , arakəsmə və yan divarların altının sahəsi nəzərə alındıqda isə mənzilin sahəsinin 96,41 m2 olduğu müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, baxış zamanı tədqiq olunan mənzil 0 nöqtəsindən yuxarıda yerləşən qeyri-yaşayış mərtəbəsi nəzərə alındıqda 10-cu mərtəbədə, nəzərə alınmadıqda 9-cu mərtəbədə (yaşayışın 9-cu mərtəbəsi) yerləşir. Həmin mənzilin yerləşdiyi mərtəbənin dəqiq yeri, qonşu mənzillərin və yaxud müxtəlif mərtəbələrdə yerləşən mənzillərin mülkiyyət sənədlərinə əsasən müqayisə yolu ilə müəyyən edilə bilər. Ekspert tədqiqatına təqdim olunan eskiz layihələri ilə faktiki vəziyyətdə mövcud olan binanın müqayisəli tədqiqatı aparılan zaman faktiki olaraq mövcud olan çoxmərtəbəli yaşayış binasının Avro Qrand MMC-yə məxsus eskiz layihəsinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, ünvan 11 ünvanında inşa edilən yaşayış binasının mübahisəli mənzilində görülmüş təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 10765 manat olması müəyyən olunmuşdur. Beləliklə araşdırılma zamanı müəyyən olunmuşdur ki, Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli qətnaməsinə əsasən ünvan 8 ünvanında inşa olunan yaşayış binasının 5-ci girişinin 10-cu mərtəbəsində ümumi sahəsi 90 m2 olan 2 otaqlı mənzilin İddiaçı verilməsi vəzifəsi Yayla MTK-ya həvalə edilmiş, Binəqədi Rayon Məhkəməsinin 15.01.2018-ci il tarixli 2(001)-747/2018 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)- 5608\2020 saylı qərardadına əsasən qeyri-mümkün hesab edilmişdir. İddiaçı Cavabdeh 14.06.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Avro Qrand MMC tərəfindən satılan Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 60 saylı 2 otaqlı ümumi sahəsi 97,5 m2 olan mənzilin ona Yayla MTK-nın vəzifəli şəxsləri tətərfindən törədilən cinayət əməli nəticəsində vurulan ziyanın əvəzi olaraq verilməsini, bu mənzilə dair onunla müqavilə bağlanmasını iddia etsə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Avro Qrand MMC tərəfindən inşa edilmiş 1 bloklu yaşayış binası MMC-yə verilən müstəqil sərəncam və layihə əsasında inşa olunan müstəqil yaşayış binasıdır. Həmin binanın Yayla MTK tərəfindən inşa edilmiş 4 bloklu yaşayış binasına aidiyyəti yoxdur. Bu faktlar qanuni qüvvəsini alan, Bakı Apellyasiya Məhkəməsinin 05.10.2020-ci il tarixli 2(103)-5608\2020 saylı qərardadı ilə də öz təsdiqini tapmışdır. Apellyasiya instansiya məhkəməsində araşdırma zamanı üçüncü şəxs Yayla MTKnın nümayəndəsi verdiyi izahatında Avro Qrand MMC tərəfindən Binəqədi rayonu, A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 5-ci bloku ayrıca sərəncam əsasında inşa edildiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2.-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı işin mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2094/2021 saylı, 06 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onun ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1807/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1807/2022
06.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver