Məhkəmə qərarları › İş №2(103)-1808/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1808/2023

19.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1808/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X21 və X6 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, Cavabdeh nümayəndələri X14 və X18 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(001)-4937/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 07 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları qətnaməni qəbul etdi, İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh arasında olan müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. 2.İddiaçı cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrini qanunsuz hesab edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdehnə qarşı işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. 4.İddia tələbi onunla əsaslandırılır ki,xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 1986-cı il tarixdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda əsas üzvi və neft kimyası sintezinin texnologiyası ixtisası üzrə ali təhsil almış və kimyaçı-texnoloq mühəndisi peşəsinə yiyələnmişdir. İxtisası ilə əlaqədar olaraq 1980-1986-cı illərdə Sumqayıt Üzvi Sintez Zavodunda laboranttexnik vəzifəsində, 1989-2010-cu illərdə Qubadlı rayon Mahruziu kənd orta məktəbində informatika müəlliməsi vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək “X7 Mərkəzi” MMC-də Mərkəzi qida və qeyri-ərzaq X10nda (X29 laboratoriyası) kimyaçı və baş kimyaçı vəzifələrində çalışmışdır. Həmin müddət ərzində iddiaçının çalışdığı müəssisə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının çalışdığı müəsissə, o cümlədən Respublika ərazisində fəaliyyət göstərən digər sınaq laboratoriyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxaraq Azərbaycan Respublikasının X8 tabeliyinə verilmişdir. Bu səbəbdən xx.xx.2018-ci il tarixdə iddiaçının fəaliyyət göstərdiyi müəssisənin - X29 Laboratoriyasının iddiaçı və iddiaçıdan başqa digər bütün işçilərlə Azərbaycan Respublikası X8 tabeliyində Cavabdeh arasında əmək müqavilələri bağlanmışdır. İddiaçı ilə AQTİ arasında xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.4-cü bəndində qeyd olunur ki, işçi xx.xx.2018-ci il tarixdən X12 X29 laboratoriyasının qida və taxıl məhsullarının müayinəsi bölməsinin rəhbəri vəzifəsinə işə başlayır. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək eyni müəssisədə və eyni laboratoriyada - X29 Laboratoriyasında fəaliyyət göstərmişdir. Bu müddət ərzində təkcə müəssisənin rəhbərliyi dəyişmişdir. İddiaçı ilə işəgötürən arasında sözügedən əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə imzalanmışdır. Əmək müqaviləsinin müddəti bitdiyi tarixdən işəgötürən tərəfindən iddiaçıya könüllü şəkildə ərizə yazaraq işdən çıxmağı bildirilmişdir. İddiaçı isə işdən çıxmaqla bağlı könüllü şəkildə ərizə yazmadığından, cavabdeh müəssisə ilə iddiaçı arasında bağlanan müddətli əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, cavabdeh müəssisə ilə 5 ildən artıq əmək münasibətlərində olduğu üçün iddiaçının işə bərpa olunmağı barədə müraciətlər etməyinə baxmayaraq, AQTİ-nin 21 iyun 2022-ci İİ tarixli məktubu ilə ona bildirilmişdir ki, onunla İnstitut arasındakı əmək müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmış və həmin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə müddəti bitdiyi üçün xitam verilmişdir. Beləliklə, İddiaçı Azərbaycan X15 ila ümumilikdə 3 il 3 ay müddətində əmək münasibətlərində olmuşdur. İddiaçı ilə İnstitut arasında bağlanılan əmək müqaviləsi 5 ildən artıq müddətdə davam etmədiyi üçün müddətli əmək müqaviləsi hesab edilir va bu səbəbdən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə uyğun olaraq 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən müddəti bitdiyi üçün xitam verilmişdir. İddiaçının həmin müəssisədə əmək fəaliyyətinə xitam verildiyi tarixdən bu günə kimi ona nə əmək müqaviləsinin ləğvi barədə əmrin surəti, o cümlədən nə işəgötürən tərəfindən onun razılığı olmadan yenilənən ən sonuncu əmək müqaviləsi, nə də əmək kitabçası işəgötürən tərəfindən hələ də iddiaçıya təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı), işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İddiaçı ilə işəgötürən müəssisə olan AQTİ arasındakı əmək müqaviləsinin 2.3-cü bəndinə əsasən bildirilir ki, bu əmək müqaviləsi “20” iyun 2018- ci il tarixindən “20” sentyabr 2018-ci il tarixinədək 3 (üc) ay müddətinə bağlanmışdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən isə qeyd olunur ki, işçi “06” dekabr 2018-ci il tarixindən X12 X29 laboratoriyasının qida və taxıl məhsullarının müayinəsi bölməsinin rəhbəri vəzifəsinə işə başlayır. Sözügedən əmək müqaviləsinə əsasən, əgər işçi olaraq iddiaçı sözügedən vəzifədə xx.xx.2018-ci ildə işə başlayırsa, bəs xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək olan dövrdə iddiaçı hansı vəzifədə işləmişdir?! Göründüyü kimi, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, işəgötürən faktiki olaraq, iddiaçının əmək fəaliyyəti dövrünün müddətini xx.xx.2018xx.xx.2018-ci ilədək müəyyən etsə də, işə başlamalı olduğu günü həmin müddətdən sonraya, yəni xx.xx.2018-ci il tarixə müəyyən etmişdir. Halbuki, əmək müqaviləsində belə bir ziddiyyət Azərbaycan Respublikası Əmək Məcəlləsinin prinsiplərinə və tələblərinə tamamilə zidd olmaqla işçinin hüquqlarını kobud surətdə pozur, faktiki olaraq. xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan dövrdə iddiaçı hər hansı vəzifəsi və həmin dövrdə hansı gün işə çıxmalı olduğu müəyyən olunmadan əmək fəaliyyəti göstərmişdir. Halbuki, işəgötürən tərəfindən əmək müqaviləsində belə bir ziddiyətə yol verilməməli və Azərbaycan Respublikası Əmək Məcəlləsinin imperativ normalarına ciddi surətdə əməl olunmalı idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43.2ci maddəsinə əsasən, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün. AQTİ tərəfindən edilmiş digər hüquqazidd hərəkət isə, sözügedən əmək müqaviləsinin bağlanması tarixi ilə bağlıdır. Həmin əmək müqaviləsinin ilk vərəqində qeyd olunur ki, sözügedən əmək müqaviləsi “20" iyun 2018-ci il tarixdə bağlanmışdır. Əmək müqaviləsinin son hissəsinə nəzər yetirdikdə isə görünür ki, həmin əmək müqaviləsi iddiaçı və işəgötürəm arasında xx.xx.2018-ci il tarixdə imzalanmış və bağlanmışdır. Lakin, əmək müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müəyyən olunmuşdur. Həmin əmək müqaviləsinə əsasən rəsmi qaydada tərəflər arasında hər hansı əmək münasibəti olmadığı təqdirdə, həmin müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmışdır.Halbuki iddiaçı ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi elə xx.xx.2018-ci il tarixdə bağlanmalı idi. Qeyd olunanlardan açıq-aşkar görünür ki, müqavilənin müddətinin bitməsindən sonra əmək müqaviləsinin bağlanması faktiki olaraq onun qanunazidd şəkildə bağlandığını bildirir. Həmin xx.xx.2018-ci il tarixli müqavilədən sonrakı müqavilələrdən heç biri, müqavilənin uzadılması barədə əmrlərin surətləri iddiaçıya təqdim olunmamışdır. Halbuki, əmək müqaviləsi uzadıldığı halda müqavilənin uzadılması barədə əmr olmalıdır. İddiaçının 11 ildən çoxdur ki, eyni müəssisədə fasiləsiz olaraq eyni vəzifədə əmək fəaliyyəti göstərməyinə və bu müddət ərzində işini vicdanla və üzərinə düşən vəzifələri qüsursuz olaraq həyata keçirməyinə baxmayaraq, cavabdeh müəssisə tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Həmin müəssisədə əmək fəaliyyətinə xitam verildiyindən yaşı ilə əlaqədar olaraq hazırkı şəraitdə başqa işə qəbul olunmağı qeyri-mümkün olduğundan cavabdeh müəssisəyə işə bərpa olunmağı ilə bağlı müraciətlər etməyinə baxmayaraq, Azərbaycan X15 iddiaçını işə bərpa etməkdən imtina etmişdir. İddiaçı əmək fəaliyyəti göstərdiyi bütün bu illər ərzində işini vicdanla icra etmiş, keçirilən təlim və treyninqlərdə uğurla iştirak etmiş və bununla bağlı sertifikatlara layiq görülmüşdür. İddiaçının faktiki olaraq eyni müəssisədə 11 il müddət ərzində fasiləsiz olaraq əmək fəaliyyəti göstərdiyi üçün onunla bağlanan əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.5-ci maddəsinin tələbinə əsasən, müddətsiz bağlanmalı və bağlanmış əmək müqaviləsi isə müddətsiz əmək müqaviləsi hesab edilməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 63-cü maddəsinin 1 hissəsinin tələbinə əsasən, müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa (yəni müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərləri) qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. İddiaçı 2010-cıı il tarixdən əmək müqaviləsinə xitam verilənədək eyni müəssisədə çalışmışdır. xx.xx.2018-ci ildə sadəcə müəssisənin mülkiyyətçisi dəyişərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tabeliyində Azərbaycan X15nun nəzdinə keçirilmişdir. Elə həmin tarixdə eyni müəssidə çalışan iddiaçı ilə yanaşı digər işçilərlə cavabdeh müəssisə arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Sadəcə müəssisənin mülkiyyətçisi dəyişdiyindən və bununla bağlı əvvəlki mülkiyyətçi olduğu dövrdə işçilərlə bağlanan əmək müqaviləsinə xilam verilərək müddətli əmək müqaviləsi bağlanması Əmək Məcəlləsinin 63-ci maddəsinin İ hissəsinin tələblərini pozmuşdur. İddiaçı faktiki olaraq 11 ildən çoxdur ki, fasiləsiz olaraq eyni müəssisədə - X29 Laboratoriyasında eyni vəzifədə çalışmışdır. Bu səbəbdən müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar AQTİ tərəfindən onunla bağlanan əmək müqaviləsinin müddətinin xx.xx.2018-ci ildən hesablanması, eyni müəssisədə xx.xx.2010-cu ildən xx.xx.2018-ci ilə qədər çalışdığı dövrün nəzərə alınmaması və bu səbəbdən də onunla bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməməsi iddiaçının əmək hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. İddiaçı ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi müddətli müəyyən edilmədən bağlanılmalı idi. Belə ki, sözügedən müəssisədə əmək funksiyasının şərtlərindən aydındır ki, iddiaçının gördüyü iş daimi xarakterə malikdir. Belə olan halda, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən, əmək müqaviləsi müddəlsiz bağlanmalıdır. Həmin normaya yeganə istisna olaraq həmin Məcəllənin 47-ci maddəsi göstərilmişdir. Cavabdeh müəssisə də Əmək Məcəlləsinin 47-ci maddəsinin Q bəndini, (yəni tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) əsas gətirərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. Halbuki, həmin norma tətbiq edilərkən tərəflərin qarşılıqlı razılığı olması nəzərə alınmalıdır. Hazırda müddətli əmək müqaviləsi əsasında iddiaçının əmək fəaliyyətinə xitam verilməsi ilə bağlı mübahisə gedirsə, bu o deməkdir ki, iddiaçı ilə işəgötürən arasında müqavilə bağlanarkən tərəflərin qarşılıqlı razılığından söhbət belə gedə bilməzdi. Həmçinin, iddiaçının AQTİ ilə müqavilə bağlanarkən yaşı nəzərə alınsa, öz təşəbbüsü ilə müqavilənin müddətli olaraq, özü də 3 ay müddətində qısa vaxta kimi bağlanmasını istəməyi ağlabatan deyil və həqiqəti əks etdirmir. Heç bir yaşlı vətəndaş işlədiyi müəssisədən pensiya yaşına çatmamış əmək fəaliyyətinə son qoyulmasını istəməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürənin işçiyə münasibətdə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı onunla Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilərək Cavabdehndə “X12 X29 laboratoriyasının qida və taxıl məhsullarının müayinəsi bölməsinin rəhbəri vəzifəsi"nə işə bərpa olunması, həmin xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi, cavabdeh tərəfindən məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və hazırkı iş üzrə ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Azərbaycan Qıda Təhlükəsizliyi İnstitutu arasında xx.xx.2018-ci ildə əmək müqaviləsi bağlanılmış və xx.xx.2021-ci il tarixdə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 73.1ci maddəsinə uyğun olaraq 68-cı maddənin 2-ci hissəsinin “b” bəndinə müvafiq olaraq əmək müqaviləsinin müddəti bitdiyi üçün xitam verilmişdir. İddiaçı ilə İnstitut arasında bağlanılmış müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş və xitam verildikdən sonra işçi əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənin əmrinin surətini sonuncu gün İnstitutun aidiyyəti şöbəsindən təhvil almamışdır. Əmək kitabçasının itməməsi və üçüncü şəxslərin əlinə keçməməsi ilə əlaqədar işçinin razılığı olmadan onun əmək kitabçası və xitam əmrinin surəti heç bir ünvana poçt vasitəsilə göndərilməmiş, İnstitutun aidiyyəti şöbəsində işçiyə təqdim edilmək üçün akt tərtib edilərək qorunub saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6.2-ci yarımbəndinə müvafiq olaraq, əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Bundan əlavə, işçi işdən çıxmasından narazı olduğu üçün sənədlərinin götürülməsi ilə bağlı İnstituta heç vaxt gəlməmiş və bundan öncə müvafiq məsələ ilə bağlı işəgötürənə heç bir rəsmi müraciət və ya şikayət məktubu ünvanlamamış, birbaşa olaraq məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı məhkəmədən öncə İnstituta ünvanladığı mediasiya təklifində belə işəgötürəndən bu barədə tələbi və istəyi olmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyə uyğun olaraq isə istənilən vaxt İnstituta yaxınlaşıb sənədlərini götürə bilərdi və götürə biləcəyi ona məlum idi. İddiaçı ilə İnstitut arasında bağlanılan müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilməsinə baxmayaraq, o, bu barədə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, iddiaçı 10 ay müddətdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür. Həmçinin, işçinin 10 ay ərzində İnstituta yaxınlaşıb və ya aidiyyəti şöbə ilə əlaqə saxlayıb sənədlərini götürmək yerinə birbaşa olaraq məhkəməyə müraciət etməsində işçinin İnstituta qarşı açıq aşkar qərəzli olduğu və iddiasının gücləndirmək məqsədilə müraciət etdiyi görünür. Azərbaycan Respublikasın Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3cü hissəsində isə hüququnun pozulmasının aşkar edildiyi gün işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün kimi qeyd olunub. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı hüquqlarının pozulduğunu aşkar etdiyi gündən 1 ay ərzində məhkəməyə müraciət etməli idi. İşçinin məhkəməyə təqdim etdiyi əmək müqaviləsində iddiaçı ilə olan əmək müqaviləsinin "20" iyun 2018-ci il tarixindən '20" sentyabr 2018-ci il tarıxinədək 3 ay müddətinə bağlandığı qeyd olunub. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən isə qeyd olunur ki, işçi “06" dekabr 2018-ci il tarixdən X12 X29 laboratoriyasının qida və taxıl məhsullarının müayinəsi bölməsinin rəhbəri vəzifəsinə keçirilir. "20" sentyabr 2018-ci il tarixdə bağlanan əmək müqaviləsi işçiyə təqdim edilmişdir. İşçi xx.xx.2018-ci ildə bağlanılmış əmək müqaviləsinin surətini də Əmək məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edərək tələb etməli idi. Azərbaycan Respublikasının X8 fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2018-ci il tarixli 3596 nömrəli Sərəncamında həmin Sərəncamın 1, 2 və 3 nömrəli əlavələrində qeyd edilən laboratoriyalardan, o cümlədən onların yerləşdiyi inzibati binalardan və maddi-texniki bazalarından ibarət dövlət əmlakı, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin balansından Azərbaycan Respublikası X8 balansına verilib. Həmçinin həmin Sərəncamın 2.2-ci yarımbəndində Nazirlər Kabinetinin Agentliklə birlikdə sözügedən Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən Agentliyə keçəcək ştat sayının və Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəsaitin Agentliyə ötürülməsi üçün zəruri tədbirlər görülməsi ilə bağlı göstəriş qeyd edilib. X22 X2 Bakı şəhərində yerləşən Qida və X11 X5 Nazirliyinin balansından Azərbaycan X8 balansına keçmişdir. Hazırda həmin laboratoriyanın adı X29 Laboratoriyasıdır. Beləliklə, müvafiq icra hakimiyyəti orqanlarından işçilər yox ştat sayları Agentliyə keçmişdir. Bu isə o deməkdir ki, iddiaçının eyni vəzifədə və eyni müəssisədə 11 ildən çox işlədiyi üçün əmək müqaviləsinin müddətsiz olduğu barədə iddiası əsassızdır. Mülkiyyətçi dəyişməsi ilə bağlı isə analogiyaya istinad edilə bilər. Belə ki, Azərbaycan Respublikasında X1 dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında X1 Dəstəyi Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə 19 aprel 2021-ci il 1317 nömrəli Fərmanında Azərbaycan Respublikasının X1 Dəstəyi Agentliyinin Azərbaycan Respublikasının Prezidenti yanında X1 Dəstəyi Şurasının hüquqi varisi olduğu, onun hüquq və öhdəlikləri, habelə əmlakının Agentliyə keçdiyi qeyd edilib. Lakin, Azərbaycan Respublikasının Qıda Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 13 noyabr 2017-ci il 1681 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında Azərbaycan Respublikasının X8 fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2018-ci il tarixli 3596 nömrəli Sərəncamında və digər müvafiq aktlarda Azərbaycan X8 hər hansı mərkəzi icra hakimiyyəti orqanın hüquqi varisi olduğu qeyd edilməmişdir. Azərbaycan Respublikasının X8 fəaliyyətinin təmin edilməsi haqqında 13 noyabr 2017-ci il 1681 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının X8 tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan X15 yaradılmışdır. Beləliklə, İnstitut heç bir orqanın hüquqi varisi olmadığı üçün hər hansı bir orqanın hüquq və öhdəlikləri üçün məsuliyyət daşımır. Bu səbəbdən iddiaçının mülkiyyətçinin dəyişməsi ilə bağlı iddiası da əsassızdır. Əmək məcəlləsinin 73.1-ci yarımbəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bır həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Beləliklə, tərəflərdən heç birinin xitam barədə təşəbbüsü olmadıqda müddətli əmək müqaviləsi qanunvericiliyə əsasən hər dəfə avtomatik olaraq uzanır. Bu uzadılmalar ilə bağlı əmrin işçiyə təqdim olunması barədə qanunvericilikdə hər hansı imperativ norma olmadığı üçün iddiaçının uzadılma əmrinin ona verilməli olduğuna dair iddiası da əsassızdır. İddiaçı əmək fəaliyyəti göstərdiyi bütün bu illər ərzində işini vicdanla icra etdiyini iddia etmişdir Lakin ona dəfələrlə işinin icrası zamanı nöqsanlara yol verdiyinə dair xəbərdarlıqlar edilmiş və müxtəlif vaxtlarda iki dəfə izahatı alınaraq haqqında intizam tənbehi əmri verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 6.İddiaçı tərəfindən etiraza yazılı şəkildə münasibət bildirilmiş və qeyd olunmuşdur ki, qanunverici işçinin əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surətinin son iş günü işəgötürən tərəfindən işçiyə verilməsini imperativ norma kimi müəyyənləşdirmiş və bu öhdəliyi məhz işəgötürənin üzərinə qoymuşdur. İşçinin sözügedən sənədlərin verilməsi üçün müəssisəyə müraciət edib-etməməsindən asılı olmayaraq, əgər işçi son iş günü iş yerindədirsə, müəssisənin aidiyyəti şöbəsi tərəfindən həmin sənədlər özünə şəxsən təhvil verilməli və təhvil verilməsi müvafiq qaydada rəsmiləşdirilməli idi. Yox əgər əmək müqaviləsinə xitam verildiyi gün, yəni son iş günü işçi işdə olmamışsa, cavabdehin də istinad etdiyi “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”-nın 6.2-ci bəndinə əsasən işçiyə poçt vasitəsilə bildiriş göndərilir. Belə ki, həmin bənddə qeyd olunur ki, “işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir.” Cavabdehin iddiaçı tərəfdən işəgötürənə heç bir rəsmi müraciət ünvanlamaması və birbaşa məhkəməyə müraciət etməsi barədə dəlillərinə gəldikdə isə, İddiaçı tərəfindən işəgötürənə işə bərpa olunması barədə şəxsən dəfələrlə ərizə ilə müraciət etmişdir. Bu faktı təsdiq edən müvafiq ərizələr var. Həmçinin, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinin tələbinə əsasən, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəmədən əvvəl tərəflərin mediasiya prosesində iştirakı nəzərdə tutulmuşdur. Hazırkı mübahisədə də tərəflərin mediasiya prosesində iştirakını təsdiq edən müvafiq sənədlər təqdim edilmişdir. Bu səbəbdən cavabdehin birbaşa məhkəməyə müraciət edilməsi barədə iddiaları tamamilə əsassızdır. Nəticə olaraq, iddiaçının əmək müqaviləsinə xitam verildiyi gün onun işdə olmasında baxmayaraq, ona işəgötürən tərəfindən əmək kitabçası, xitam əmrinin surəti təqdim edilmədiyi üçün hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbiləqəsdən pozulduğu gündür. Yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən iddiaçının hüququnun pozulduğu gün əmək kitabçasının və xitam əmrinin işçiyə verildiyi gün hesab olunduğundan və hazırkı iş üzrə işəgötürən müəssisə olan AQTİ tərəfindən Əmək Məcəlləsinin 83.2-ci və 87.3-cü maddələrinin tələblərini pozaraq əmək kitabçası və xitam əmrinin surəti iddiaçıya təqdim edilmədiyindən, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Eyni zamanda müqaviləyə nəzər yetirdikdə aydın olur ki, həmin müqavilənin sözügedən bəndi cavabdehin göstərdiyi kimi yox, fərqli şəkildə qeyd olunub: “İşçi “06” “dekabr” 2018-ci il tarixindən X12 X29 laboratoriyasının qida və taxıl məhsullarının rəhbəri vəzifəsinə işə başlayır”. Göründüyü kimi, qarşı tərəf bu dəfə də İnstitut və iddiaçı arasında bağlanan əmək müqaviləsinin müvafiq şərtini təhrif edərək özünə haqq qazandırmağa çalışmışdır. İşəgötürən faktiki olaraq, İddiaçı əmək fəaliyyəti dövrünün müddətini xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək müəyyən etsə də, işə başlamalı olduğu günü həmin müddətdən sonraya, yəni xx.xx.2018-ci il tarixə müəyyən etmişdir. Halbuki, əmək müqaviləsində belə bir ziddiyət Əmək Məcəlləsinin 43.2-ci maddəsinin c və ç bəndlərinin tələblərinə tamamilə zidd olmaqla işçinin hüquqlarını kobud surətdə pozur. Faktiki olaraq, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək olan dövrdə İddiaçı hər hansı vəzifəsi və həmin dövrdə hansı gün işə çıxmalı olduğu müəyyən olunmadan əmək fəaliyyəti göstərmişdir. Halbuki, işəgötürən tərəfindən əmək müqaviləsində belə bir ziddiyətə yol verilməməli və Əmək Məcəlləsinin imperativ normalarına ciddi surətdə əməl olunmalı idi. Cavabdeh Əmək Məcəlləsinin 296.2-ci maddəsini əsas gətirərək iddia edir ki, iddiaçı xx.xx.2018-ci ildə bağlanılmış əmək müqaviləsinin surətini də hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edib tələb etməli idi. Halbuki, iddiaçının iddia ərizəsində xx.xx.2018-ci ildə bağlanılmış əmək müqaviləsinin surəti ilə bağlı hər hansı tələbi olmayıb, hətta sözügedən müqavilə iddia ərizəsinin qoşmasına əlavə olunub. Qarşı tərəfin əsaslandırmasına görə, Sərəncamda işçilərin yox, ştat sayının Agentliyin tərkibinə keçdiyi qeyd olunması səbəbilə İddiaçı eyni müəssisədə 11 ildən çox işlədiyi üçün əmək müqaviləsinin müddətsiz olduğu barədə iddiası əsassızdır. Halbuki, Sərəncamda ştat sayının qeyd olunması İddiaçı eyni müəssisədə 11 il işləməsi faktını görməzdən gəlməyə əsas vermir. Belə ki, Sərəncamda ştat sayının Agentliyin tərkibinə keçməsi dedikdə elə işçilərin Agentliyin tərkibinə keçməsi nəzərdə tutulur. Mülkiyyətçinin dəyişməsi faktını isə cavabdeh Agentliyin hər hansı mərkəzi icra hakimiyyəti orqanının varisi olmaması ilə əsaslandırmağa çalışır. Halbuki, etirazda qarsı tərəf özü qeyd edir ki, X22 X2 Bakı şəhərində yerləşən Qida və Qeyri-ərzaq Mallarının X5 Nazirliyinin balansından Azərbaycan X8 balansına keçmişdir. Göründüyü kimi, müəssisə eyni müəssisədir, sadəcə mülkiyyətçisi və adı dəyişmişdir. Yuxarıda göstərilənlər İddiaçı 11 il eyni müəssisədə çalışmasının, həmin müəssisənin mülkiyyətçisinin dəyişməsi faktlarını təkzib etmək üçün yetərli deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63.1-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən, mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işəgötürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmək bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan onların əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi yolverilməzdir. Yeni mülkiyyətçi və ya işəgötürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir. Hazırkı iş üzrə müəyyən olunan faktlar və eyni zamanda iddiaçının 11 ildən artıq əmək fəaliyyəti göstərdiyi İstehlak X2 Bakı şəhərində yerləşən Qida və Qeyri-ərzaq X3 İqtisadiyyat Nazirliyinin balansından Azərbaycan X8 balansına keçməsi ilə bağlı etirafları onudeməyə əsas verir ki, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən, İddiaçı ilə cavabdeh müəssisə arasında bağlanan xx.xx.2018-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilməklə iddiaçı Cavabdehndə “X12 X29 laboratoriyasının qida və taxıl məhsullarının müayinəsi bölməsinin rəhbəri vəzifəsi”nə işə bərpa olunmalı və məcburi işburaxma dövrü üzrə əmək haqqı ona ödənilməlidir. 7.Eyni zamanda cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Azərbaycan X15 arasında bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsinə baxmayaraq, o bu barədə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə, iddiaçı 10 ay müddətdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi üçün məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür. Həmçinin, işçinin 10 ay ərzində İnstituta yaxınlaşıb və ya aidiyyəti şöbə ilə əlaqə saxlayıb sənədlərini götürmək yerinə birbaşa olaraq məhkəməyə müraciət etməsində işçinin İnstituta qarşı açıq aşkar qərəzli olduğu və iddiasının gücləndirmək məqsədilə belə bir müraciət etdiyi görünür. 8.İddiaçı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətini yazılı şəkildə bildirmiş və göstərmişdir ki, iddiaçı son iş günü iş yerində olmuş və onun iş yerində olmasına baxmayaraq işəgötürən tərəfindən ona əmək kitabçası və xitam əmrinin surəti verilməmişdir. Beləliklə, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozulmuşdur. Bu halda işəgötürənin işçinin əmək kitabçasını və xitam əmrinin surətini son iş günü işçiyə vermədən “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”-nın 6.2-ci yarımbəndinə istinad edərək həmin sənədləri qorumaq bəhanəsi ilə aidiyyəti şöbəsində saxlaması tamamilə əsassız və qanunsuzdur və açıq-aşkar görünür ki, işəgötürən tərəfindən sui-istifadəyə yol verilmişdir. İddiaçı son iş günü işdə olmasaydı belə, sözügedən Qaydaların 6.2-ci bəndinin birinci hissəsinə əsasən ona poçt vasitəsilə bildiriş göndərilməli idi. Hazırkiı işin materiallarına nəzər yetirdikdə aydın olur ki, işəgötürən tərəfindən işçiyə bu qaydada poçt vasitəsilə bildiriş təqdim edilməmiş və belə bir bildirişin iddiaçı tərəfindən təhvil alındığını təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, hazırkı iş üzrə iddia tələbinə “işə bərpa”dan əlavə “cavabdeh tərəfindən məcburi işburaxma dövrü üzrə əmək haqqının iddiaçıya ödənilməsi” tələbi də daxildir. Əmək haqqı isə özlüyündə pul və ya digər əmlak tələbi ilə əlaqədar olduğundan sözügedən tələblər üzrə iddia müddəti Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən 1 il təşkil edir. Belə ki, həmin maddəyə əsasən, “Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər”. Beləliklə, hazırkı iş üzrə iddia tələbi göstərilən müddət daxilində verildiyindən iddia müddəti ötürülməmişdir. 9.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 20 sentyabr 2022-ci il tarixli, 2(001)-4937/2022 saylı qətnaməsi ilə (hakim-Nigar Nəbizadə) iddia tələbi təmin edilməmişdir. 10.İş materiallarında olan xx.xx.2021-ci il tarixli, K/272 saylı əmrdən görünür ki, həmin əmrlə İddiaçı "X19” departamentinin X29 laboratoriyasının fiziki-kimyəvi və cihaz müayinələri bölməsində kimyaçı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2021-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş və o, işdən azad edilmişdir. 11.İş materiallarında olan xx.xx.2021-ci il tarixli KM723 və KM724 saylı ödəniş tapşırıqlarından görünür ki, həmin tarixdə Cavabdeh tərəfindən İddiaçı hesabına 1372,98 manat və 85,02 manat köçürülmüşdür. 12.İş materiallarında olan xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, həmin aktla İddiaçı əmək kitabçasını sonuncu gün təhvil almadığı və əmək kitabçasının İddiaçı təhvil verilməsi üçün qorunub saxlanılması aktlaşdırılmışdır. 13.İş materiallarından görünür ki, Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən 28 iyun 2022-ci il tarixli, MŞB/2-01044 saylı “X17 sonra prosesin davam etdirilə bilməmə barədə” arayış tərtib olunmuşdur. Həmçinin 28 iyun 2022-ci il tarixli, MŞB/2-01044 saylı “X23 verilməsi barədə protokol” tərtib olunmuşdur. 14.Məhkəmə qeyd etmişdir ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2021ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş, həmin gün əmək kitabçası iddiaçıya təhvil verilməsə də, o, əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuş, həmin tarixdən sonra işə çıxmamış, işə bərpa edilməsi barədə işəgötürənin özünə ərizələrlə müraciət etmiş, məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. 15.Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından və iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclasında verdiyi izahatdan aydın görünür ki, iddiaçı işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixdən məlumatlı olmuş və işə bərpa edilməsi barədə işəgötürənin rəhbər işçilərinə ərizələr ünvanlamış, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olması nəzərə alınsa belə, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur. 16.İddiaçının iddia müddətini ötürməməsinə dair əsas dəlili ondan ibarətdir ki, cavabdeh tərəfindən ona əmək kitabçası rəsmi qaydada təqdim edilməmişdir. 17.Məhkəmə bununla bağlı qeyd etmişdir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin hər hansı formada pozulması iddiaçı tərəfindən iddia müddətinin ötürülməməsinə dəlalət etmir. İddiaçı faktiki olaraq 2021-ci ilin sentyabr ayından işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmamış, belə olan halda mövcud vəziyyətin hər hansı ikili şərhi üçün zəmin yaranmamış və obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu həmin vaxtdan aşkar olmuşdur. 18.Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, mövcud tələblər üzrə iddia müddəti ötürüldüyündən və cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etdiyindən İddiaçı Cavabdehnə qarşı işə bərpa, əmək müqaviləsinin müddətsiz hesab edilməsi, məcburi işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi və mediasiya xərcinin cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi rədd edilməlidir. 19.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 375.2-ci; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı; “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apelyasiya şikayətinin dəlilləri 20.İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 21.İddiaçı apelyasiya şikayətində göstərmişdir ki, cavabdeh iddia ərizəsinə etirazı və iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək məhkəmədən iddiadan imtina barədə qərarın çıxarılmasını xahiş etmişdir. Həmçinin, məhkəmədə o da məlum olmuşdur ki, son haqqhesab iddiaçının hesabına elə xx.xx.2021-ci il tarixdə ödənilmiş və buna dair sənədlər məhkəməyə təqdim edilmişdir. Əmək kitabçasına gəldikdə, sənəd İddiaçı tərəfindən təhvil alınmadığına görə idarədə qorunub saxlanılmışdır. Cavabdeh tərəfindən İddiaçı əmək kitabçasını götürməli olması ilə bağlı hər hansı bildiriş göndərilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları, xüsusilə də AR Əmək Məcəlləsinin müvafiq normaları düzgün tətbiq edilməmiş və yekunda yalnış nəticəyə gələrək iş üzrə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Qətnamədə qeyd olunur ki, “cavabdeh tərəfindən İddiaçı əmək kitabçasını götürməli olması ilə bağlı hər hansı bildiriş göndərilməmişdir.” Göründüyü kimi, əmək kitabçası iddiaçıya təqdim edilməməsinə və bu səbəbdən də AR Əmək Məcəlləsinin 296.3-cü maddəsinin tələbinə əsasən iddia müddəti ötürülməməsinə baxmayaraq, məhkəmə AR Əmək Məcəlləsinin imperativ normalarının tələblərini pozaraq iddia müddətinin ötürüldüyü qənaətinə gəlmişdir. AR Əmək Məcəlləsinin 296.3-cü maddəsinin tələbinə əsasən, iddia müddətinin axımının başlanması üçün son haqqhesab sənədləri məhz işçiyə verilməli idi. Lakin hazırki işin materiallarında son haqq-hesab sənədlərinin işçiyə verilməsini təsdiq edən hər hansı sənəd mövcud deyildir. b)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Apellyasiya şikayətinə qarşı Cavabdeh nümayəndələri X20 və X24 tərəfindən iddia ərizəsinə etirazda qeyd olunanlarla oxşar məzmunda etiraz təqdim edilərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Proses iştirakçılarının izahatı 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndələri X20 və X24 apellyasiya şikayətinə etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 24.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. 25.Növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 26.Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 27.Maddə 83-cü maddənin 2-ci hissəsi.Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 28.Maddə 173-cü maddəsinin 1-ci hissəsi. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. 29.Maddə 296.Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 30.Maddə 296.3.Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 31.Maddə 297.Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 32.Maddələr 14.2,77.1,217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apelyasiya baxışının hədləri 34.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 35.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyası cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 37.Belə ki, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş, həmin gün əmək kitabçası iddiaçıya təhvil verilməsə də, o, əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuş, həmin tarixdən sonra işə çıxmamış, işə bərpa edilməsi barədə işəgötürənin özünə ərizələrlə müraciət etmiş, məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. 38.Kollegiya məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin birinci instansiya məhkəməsində iclasda verdiyi izahatdan aydın görünür ki, iddiaçı işdən azad edilməsi barədə xx.xx.2021-ci il tarixdən məlumatlı olmuş və işə bərpa edilməsi barədə işəgötürənin rəhbər işçilərinə ərizələr ünvanlamış, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olması nəzərə alınsa belə, iddiaçı tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüş olur. 39.Kollegiya apellyatorun son haqq-hesabın xx.xx.2021-ci ildə ona ödənilməsi ilə bağlı məhkəmədə məlumatlı olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, ”Kabital Bank” ASCnin 03 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda qeyd olunmuşdur ki, qeyd olunan kart hesabı (********************) İddiaçı məxsus olmaqla, 461,37 və 7.91 manat məbləğində vəsait karta xx.xx.2021-ci il tarixdə mədaxil olunmuşdur. Həmin vəsait hissələrlə bir neçə əməliyyat nəticəsində istidafə olunmuşdur. 40.Məktuba əlavə edilmiş Ödəniş kartı üzrə çıxarışın surətindən görünür ki, iddiaçıya məxsus kart hesabına xx.xx.2021-ci ildə 461,37 manat və 7,91 manat son haqq-hesab ödənilmişdir. Həmin vəsait 04 oktyabr 2021-ci il tarixdən başlayaraq, 10 noyabr 2021-ci il tarixədək tam olaraq istifadə olunmuşdur. 41.Göründüyü kimi, iddiaçının son haqq-hesabı almamağı ilə bağlı dəlili öz təsdiqini tapmamış, "xxxx" ASC tərəfindən təqdim edilmiş çıxarışlara əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfin ödəniş tapşırığına əsasən qeyd olunan hesaba xx.xx.2021-ci il tarixdə-əmək müqaviləsinə xitam verildikdən bir gün sonra İddiaçı son haqq-hesabı köçürülmüş və həmin məbləğ iddiaçı tərəfindən 04 oktyabr 2021-ci il tarixdən başlayaraq, 10 noyabr 2021-ci il tarixədək tam olaraq istifadə olunmuşdur. 42.Kollegiya iddiaçının iddia müddətini ötürməməsinə dair əmək kitabçasının ona verilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, o, xx.xx.2021-ci il tarixdən işdən azad edilməsindən məlumatlı olmuş, xx.xx.2021-ci il tarixdə son haqq-hesab onun hesabına köçurülmüş, sonuncu kart vasitəsi ilə həmin son haqq-hesabı 04 oktyabr 2021-ci il tarixdən başlayaraq, 10 noyabr 2021-ci il tarixədək tam olaraq istifadə etmişdir. 43.Göründüyü kimi, iddiaçı faktiki olaraq 27 sentyabr 2021-ci ildən işdən azad edilməsini bilmiş, həmin tarixdən əmək haqqı almamış, işə çıxmamış, xx.xx.2021-ci il tarixdə ona köçürülmüş kart hesabından son haqq-hesabı istifadə etmiş, obyektiv olaraq iddiaçı üçün hüququnun pozulduğu 27 sentyabr 2021-ci ildən aşkar olmuşdur. 44.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, buna görə də məhkəmə tərəfindən iddia müddəti ötürüldüyünə və cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən işə bərpa tələbi düzgün olaraq təmin edilməmişdir. 45.Kollegiya apellyatorun iddia ərizəsində işə bərpa ilə yanaşı işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi tələbinin olması əsası ilə iddiaçının hazırkı mübahisəyə 1 aylıq deyil, 1 illik iddia müddətinin tətbiq edilməli olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, hazırkı iddia çərçivəsində “işburaxma dövrü üzrə əmək haqqının ödənilməsi” tələbi müstəqil pul tələbi kimi qəbul edilə bilməz, həmin tələb “işə bərpa” tələbindən yaranmaqla və təmin edilməsi yalnız fərdi əmək mübahisəsinin həll edilməsi nəticəsində mümkündür. 46.Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 47.Buna görə də kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(001)-4937/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 48.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 50.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 51.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 52.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2(001)-4937/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar