Məhkəmə qərarları › İş №2(103)-1809/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1809/2025

14.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1809/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, X2, X5, X4 və X* qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Açar sözlər: apellasiya şikayətinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, X2, X5, X4 və X* qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *4 oktyabr 2024-cü il tarixli, e- 2(0*0)-2785/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh* və Cavabdeh2 apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat *. İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Fövqəladə Hallar Nazirliyinə məxsus Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, *07A ünvanında yerləşən 66 nömrəli 3 otaqlı xidməti mənzildən Cavabdeh* çıxarılması və həmin mənzildən çıxarılan günədək mənzil üzrə kommunal xidmətlərə görə haqqın Cavabdeh* tərəfindən tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *4 oktyabr 2024-cü il tarixli, e-2(0*0)- 2785/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.

3. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh* və Cavabdeh2 apelyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 69.*-*. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 7*-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 36*.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir; Maddə 366.*. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra *5 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 363.*. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.*.*. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *4 oktyabr 2024-cü il tarixli, e-2(0*0)- 2785/2024 nömrəli qətnaməsindən Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti Nümayəndə3 tərəfindən imzalanmışdır. Şikayətə Cavabdeh* tərəfindən Nümayəndə3 verilmiş etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Halbuki, MPM-nin 74.2-ci maddəsinə əsasən məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

6. Belə olduğu halda apellyasiya şikayəti Cavabdeh* və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmadığından geri qaytarılmalı idi. Lakin birinci instansiya məhkəməsi yuxarıda göstərilən normaların tələbinə zidd olaraq şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə düzgün olmayan qənaətə gəlmişdir.

7. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *4 oktyabr 2024-cü il tarixli, e-2(0*0)- 2785/2024 nömrəli qətnaməsindən Cavabdeh* tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar