Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-181/2023 06.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Abbasov Həbib Rasim oğluna qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (“subroqasiya qaydasında pul”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X7 və Cavabdeh1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3400/2021 saylı işi üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı ASC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı "Paşa Sığorta” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında "Paşa Sığorta” ASC-nin xeyrinə dəymiş ziyana görə 13476,98 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3400/2021 saylı işi üzrə 04 noyabr 2021ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883.1, 916.1, 936.2, 922.1, 926, 1096, 1097.1, 1108.1; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4, 218.3; "İcbari sığortalar haqqında” Qanunun 23.1.6, 25.1.3-cü maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadən) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8458 manat məbləğində pul və 18,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "Paşa Sığorta” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin 70 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
3. Qətnamədə qeyd edilmişdir ki, Cavabdeh2 avtomobili idarə edərək təqsirli olduğu yolnəqliyyat hadisəsi nəticəsində "X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "Azərkosmos” ASC zərər vurmuş və həmin zərər "Azərkosmos” ASC ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı "Paşa Sığorta” ASC tərəfindən ödənilərək verilmiş sığorta ödənişi həcmində tələb cavabdehlərə keçdiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin "...məbləğin Cavabdeh1 müştərək qaydada tutulması” hissəsini araşdıraraq belə qənaətə gəlir ki, "Shacman SX 331” markalı, 99-NZ- 539 dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan və idarə etmək hüququ olmayan şəxsə nəqliyyat vasitəsini idarə etmək üçün verdiyinə görə Cavabdeh1 yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyət daşıyır. Ona görə də, zərərin əvəzi müştərək qaydada onunla birlikdə Cavabdeh2 tutulmalıdır. Məhkəmə iddianın dəymiş ziyana görə 13476,98 manat məbləğinə dair hissədə qeyd edir ki, xx.xx.2021-ci il tarixli, 9/5693 saylı ekpert rəyinə əsaslanaraq, həmçinin zərər dəymiş avtomobilin buraxılış ili 2011-ci il olmasını nəzərə alaraq, avtomobilə dəymiş ziyan qiymətləndirilərkən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq etməklə 8458 manat: dəyişilməli hissələrin qiyməti - 5378 manat, təmir-bərpa işlərin qiyməti - 3080 manat məbləğində hesablanmalıdır. Odur ki, iddianın 8458 manat həcmində təmin olunmasını məhkəmə daha məqsədəmüvafiq hesab edir.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2020-cı il tarixli inzibati X15 TP3391431 saylı qərara əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə görə, əks istiqamət hərəkət zolağına çıxaraq manevr etmiş və Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmişdir; Binəqədi RPİ-nin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərara əsasən xx.xx.2019-cu il tarixdə saat 19:58-də radələrində Cavabdeh2 idarə etdiyi "Shacman SX 331” markalı, 99-NZ- 539 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolayrıcı qarşısında işıqforun qırmızı işığında dayanan X3 idarə etdiyi "Opel Astra” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində Opel astra markalı avtomobil irəliyə doğru hərəkət edərək yolayrıcıda işıqforun yaşıl işığında hərəkətdə olub və dayanmış vəziyyətdə olan X4 idarə etdiyi "Mitsubishi Airtrek” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və eyni zamanda "Shacman SX 331” markalı yük avtomobili isə yolayrıcıda işıqforun yaşıl işığında hərəkətdə olub və dayanmış vəziyyətdə olan X5 idarə etdiyi "X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, o, "Shacman SX 331” markalı yük avtomobili təxminən 1 həftədir ki idarə edir. Həmin yük avtomobili Cavabdeh1 məxsusdur; Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətinə əsasən "X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil "Azərkosmos” ASCyə məxsusdur; 2019-cu il tarixli Minik avtomobili üçün yol vərəqəsinin surətinə əsasən "X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil xidməti işlərlə əlaqədar müxtəlif ünvanlara getmək üçün X6 verilmişdir; "Paşa Sığorta” ASC-nin Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli "Zərərin qiymətləndirilməsi prosesində iştrakı ilə əlaqədar” məktubun surətinə əsasən X5 idarə etdiyi "X12” markalı, 99-JF- 927 dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin qiymətləndirmə prosesində iştirak etməsi Cavabdeh1 xahiş olunmuşdur; "Paşa Sığorta” ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2020-ci il tarixli "Subroqasiya hüququ ilə əlaqədar” məktubun surətinə əsasən "X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "Paşa Sığorta” ASC tərəfindən 15944,98 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehlərin mülkiyyəti "Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş 2468 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 13476,98 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "Paşa Sığorta” ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir; "Paşa Bank”-ın ödəniş qəbzinin surətinə əsasən , "Paşa Sığorta” ASC tərəfindən "X9” MMC-nin hesabına 16044,98 manat köçürülmüşdür; xx.xx.2021-ci il tarixli "Paşa Sığorta” ASC-nin sığorta aktının surətinə əsasən "X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil 45000 manat məbləğinə, 100 manat azadolma məbləği olmaqla sığortalanmışdır. Dəymiş maddi zərər və sığorta ödənişi olan zərər məbləği 16044,98 manat, sığorta ödənişi isə 15944,98 manat ödənilmişdir; -xx.xx.2019-cu il tarixli "Paşa Sığorta” ASC-nin Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətinə əsasən "X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi ehtiyyat hissələri üçün 9460,95 manat, cəmi zəhmət haqqı 4136,83 manat olmaqla, ümumilikdə ƏDV-li məbləğ 16044.7668 manat təşkil edir; "X10” MMC-nin xx.xx.2020-ci il tarixli Hesab-fakturasına əsasən "X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri cəmi 16044,98 manata başa gəlir; -"X10” MMC-nin İcra edilmiş xidmətlərə dair aktın surətinə əsasən "X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri cəmi 16044,98 manata başa gəlmişdir; -X1 Sığortası Şəhadətnaməsinin surətinə əsasən "X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019xx.xx.2020-ci il tarixədək 45000 manat məbləğində sığortalanmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2021-ci il tarixli, 9/5693 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X10” MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktı (cild i.v 34-36) məlumatlarına əsasən 2011-ci il buraxılışlı “Mercedes-Benz Sprinter” markalı, mühərrikin iş həcmi 2143 sm3, **-JF-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmişdir:1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 11583,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 8503,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 3080,00 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8458,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 5378,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 3080,00 manat; Ekspertiza tədqiqatını dəyəri 70 manat məbləğində müəyyən edilmişdir(iş.səh.11-48,67). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3400/2021 saylı işi üzrə xx.xx.2021-ci il tarixli qətnaməsini iddianın təmin edilməmiş hissəsində ləğv edərək, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Cavabdeh1 məxsus və Cavabdeh2 tərəfindən idarə olunan ** NZ *** dövlət qeydiyyat nişanlı Shacman markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JF *** dövlət qeydiyyat nişanlı X12 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur.Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati X15 qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir.“X11” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JF *** dövlət qeydiyyat nişanlı X12 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 16044,98 manat müəyyən edilmişdir."xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 15944,98 manat məbləğində sığorta ödənişinin “X11” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir.Belə ki, zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 2468,00 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir.Həmçinin 100,00 manat azadolma çıxılmışdır. Sığorta tərəfindən sığortalıya 13476,98 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Cavabdehlər tələb olunan məbləği könüllü olaraq ödəmək istəmədiklərindən tərəflərindən Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin məhkəmə ekspertizanın verdiyi natamam rəyə əsaslanaraq iddia ərizəsini qismən təmin etmişdir, məhkəmə tərəfindən Azərabaycan Respublikası Mülki Məcəlləsinin və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri kobud şəkildə pozulmuş, düzgün olmayan ədalətsiz qətnamə çıxarılmasına səbəb olmuşdur. Tərəflərindən iş materiallarına əlavə olunmuş “X10” MMC- tərəfindən tərtib olunmuş avtonəqliyyat vasitəsinin təmir olunması zamanı dəyişilməli olan və təmir olunan ehtiyat hissələrini əks etdirən zərər aktından, təmir zamanı çəkilmiş fotoşəkilləri əks etdirən DVD diskdən və elektron qaimədən görünür ki, şirkət tərəfindən zərərçəkmiş nəqliyyat vasitəsi təmir olunmuşdur. Nəqliyyat vasitəsinin təmir olunması üçün "xxxx" ASC tərəfindən 13597,41 manat ehtiyat hissələri və əmək xidmət haqqına, 2447,54 manat isə göstərilmiş xidmət müqabilində dövlətin hesabına ƏDV ödənişi olmuşdur. Ümumilikdə şirkət tərəfindən 16044,98 manat sığorta ödənişi həyata keçirilmişdir. Ekspertin gəldiyi nəticədə ƏDVnin nəzərə alınmaması (halbuki ƏDV-nin ödənilməsi dövlət tərəfindən məcburidir və cavabdehin hüquqazidd əməli nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün çəkilmiş xərcdir) və təmir mərkəzi tərəfindən təmir dəyişdirilmiş və təmir olunmuş ehtiyyat hissələrinin natamam qiymətləndirilməsi nəticəsində yalnış rəy verilmişdir. Tərəfindən birinci instansiya məhkəməsinə bu hal bildirilsə də, məhkəmə nəzər yetirməmiş, dəyişdirilmiş ehtiyat hissələrinin qeyd etdiyi siyahı üzrə ekspert qiymətləndirilməsində öz əksini tapmamış və ekspertizanın gəldiyi nəticənin yalnız özü qeyd etdiyi ehtiyat hissələrinə (natamam) köhnəlmə tətbiq edilməklə çıxarılmış rəy nədənsə məhkəmə üçün əsas növü kimi qiymətləndirilmişdir. Halbuki,zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzində təmir olunmuşdur. Təmir mərkəzinədə nəzəriyyə ilə deyil real zərər görülmüş, lazimi hissələr dəyişdirilmiş və təmir olunmuşdur. Göstərilən xidmətin qarşılığında isə şirkət tərəfindən elektron qaimə ilə köçürülmə həyata keçirilmişdir. "X10" MMC tərəfindən tərtib olunmuş zərər aktı və təqdim olunmuş elektron qaimədən aydın şəkildə görünür ki, zərərçəkmiş nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı hansı ehtiyyat hissələri dəyişdirilmişdir. Lakin 9/5693 nömrəli 30 sentyabr 2021-ci il tarixli Ekspert Rəyindən hansı ehtiyat hissələrinin dəyişdirilməsi və təmir olunması qeyd olunmammış, təmir mərkəzi tərəfində təqdim olunmuş zərər aktında qeyd olunan ehtiyat hisslərini natamam qeyd edərək verilmiş ehtiyyat hissələrinin dəyərinə köhnəlmə tətbiq edilmişdir. Həmçinin rəydə qeyd olunmuşdur ki, "nəzəri hesablama yolu ilə ekspertin gəldiyi nəticəyə əsasən" zərər məbləği 8503 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.2-cu maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. O cümlədən həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində (Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur) müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.Ancaq ekspert rəyində aparılmış tədqiqatın hər hansı müfəssəl təsvirindən söhbət gedə bilməz, dəymiş zərərin ümumi məbləği 13597,44 manatdır və məbləğin 18 faiz ƏDV hissəsi isə 2447,54 manatdır, qətnamədə məhkəmə tərəfindən qeyd olunan zərərin məbləği 8458 manatdırsa o zaman qeyd olunan məbləğin 18 faiz ƏDV-si nə qədərdir və necə hesablanıb!?
6. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3400/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin ona aid olan hissədə ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 26, 60; Mülki Prosessual Məcəlləsinin 9, 77, 88, 217, 384.0.2, 384.0.3, 385, 386, 387; Mülki Məcəlləsinin 936.2; “İcbari Siğortalar haqqında” Azərbaycan Respublikası qanunun 25.1.3-cü maddələrinə, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində istinadən qeyd edilmişdir ki, məhkəmə proseslərindən xəbəri olmamışdır və heç bir prosesdə iştirak etməmişdir, qəza törətmiş “Shacman SX331” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh1 məxsus olsa da, o həmin yük avtomobilini qəza törədilməmişdən təxminən bir ay əvvəl 50000 manata Pərviz adlı şəxsə satmağa razılaşmışdır. Həmin şəxs razılaşdırılmış məbləğin 15000 manatını avtomobilin sahibi Cavabdeh1 ödəmiş, qalan 35000 manatını isə bir neçə aya ödəyəcəyini bildirmişdir. Cavabdeh1 yük avtomobilini Pərviz adlı şəxsin həyətində saxlamış və qalmış məbləğ tam ödənildikdən sonra alğı-satqı edəcəyi barədə razılığa gəlmişlər. Lakin həmin şəxs “Shacman SX331” markalı yük avtomobilini onun xəbəri olmadan idarə etmək üçün Cavabdeh2 vermişdir. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə qəza törətmişdir. Avtomobilin Cavabdeh2 tərəfindən idarə olunmasından Cavabdeh1 xəbərsiz olmuşdur. Buna görə də Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmişdir. Qeyd etmişdir ki, yük avtomobilini satdığı Pərviz adlı şəxs avtomobilin tam pulunu ona ödəmiş və alğı-satqı edilərək avtomobil özgəninkiləşdirilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işi birtərəfli qaydada aparmış, tam araşdırma aparmamış, düzgün olmayan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.Yəni maddənin mənasına görə subroqasiya hüququ avtomobili idarə etmək hüququ olmayan şəxsə qarşı yaranır. Həmin tələb avtomobili idarə edərək qəza törətmiş Cavabdeh2 yönələ bilər. Məhkəmə qeyd olunan qanunun normasına istinad edərək subroqasiya qaydasında müştərək olaraq Cavabdeh1 və Cavabdeh2 pul məbləğinin tutulmasında haqlı olmamışdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə yük avtomobilini idarə etmək üçün sürücülük hüququ olmayan şəxsə kimin verməsini, burada Cavabdeh1 rolunun və məlumatının olması aydınlaşdırmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Bu baxımdan məhkəmə cavabdehin iştirakını təmin etmədən çəkişmə, tərəflərin bərabərliyi və faktlara əsaslanmadan sübutlara yalnız iddiaçının təqdim etdiyi sənədlərlə kifayətlənərək qiymət vermişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünasliq ekspertizası təyin edilmiş, ekspert rəyində nəzəri hesablama yolu ilə, “X10” MMC tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-cu il buraxlışlı X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8263,0 manat müəyyən edildiyi qeyd edilmişdir. Aparılmış tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir(səh.150).
8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə təkrar məhkəməəmtəəşünasliq ekspertizası təyin edilmiş, ekspert rəyində nəzəri hesablama yolu ilə X10” MMC tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-cu il buraxlışlı X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8263,0 manat müəyyən edilməklə həmin iş üzrə verilmiş xx.xx.2022-ci il tarixli 9/3175 N-li rəyin nəticəsinin təsdiqləndiyi qeyd edilmişdir. Aparılmış tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 ekspertiza rəyi ilə razı olmadıqlarını, ekspert tərəfindən nəzəri hesablama yolu ilə deyil, dəqiq hesablanmanın aparılmalı olduğunu, ehtiyyat hissələrin tam olaraq, ƏDV-nin isə ümumiyyətlə nəzərə alınmadığını qeyd etməklə məhkəmə tərəfindən rəyin nəzərə alınmamasını xahiş etmiş, avtonəqliyyat vasitəsinin mülkiyyətçisinin Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən məsuliyyət daşıdığını bildirmiş, həmin məsuliyyət əsasında ondan tutulmuş məbləği daha sonra zərərvuran şəxsdən reqres qaydada tələb etmək hüququnun olduğunu, lakin bunun iddiaçının subroqasiya hüququnu məhdudlaşdırmadığını qeyd etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil tələbin Cavabdeh1 aid olmasını qəbul etmədiklərindən ekspert rəyi ilə bağlı hər hansı fikir bildirmək gərəyi duymadıqlarını, təmsil etdiyi şəxsin əlindən əmlakının qanunsuz olaraq çıxmasına dair hər hansı bir cinayət təqibi aparılması barədə sənədlərinin olmadığını, yalnız polisdə verilmiş izahatında maşının onun icazəsi olmadan götürüldüyünü bildirdiyini qeyd etmiş, özlərinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə görə Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; - Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir; Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir; Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq olaraq: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə;25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı.25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097, 1108-ci maddələrinə əsasən: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
15. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4-8, 25, Mülki Məcəllənin 21, 925-936, 1096, 1097, 1108,1114-1115; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80- 82, 88, 103.1, 106.2, 119, 217.4, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, işin araşdırılmış hallarına müvafiq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinə iddia tələbi və apellyasiya baxışının hədlərinə müvafiq birinci instansiya məhkəməsinin mövqeyi (qanuntətbiqetmə) ümumilikdə əsaslı olsa da, subroqasiya məbləğini müəyyən edərkən “X10” MMC- tərəfindən tərtib olunmuş avtonəqliyyat vasitəsinin təmir olunması zamanı dəyişilməli olan və təmir olunan ehtiyat hissələrini əks etdirən zərər aktı və sığorta şirkəti tərəfindən ödənilən məbləği nəzərə almamışdır. Belə ki, dəyişdirilmiş ehtiyat hissələrinin qeyd etdiyi siyahı üzrə ekspert qiymətləndirilməsində öz əksini tapmamış və ekspertizanın gəldiyi nəticənin yalnız özü qeyd etdiyi ehtiyat hissələrinə (natamam) köhnəlmə tətbiq edilməklə qiymətləndirilmişdir. “X10” MMCnin sənədinə istinad edən, lakin orada əks olunmuş hissələrinin bir hissəsin əks etməyən ekspert rəyində aparılmış tədqiqatın hər hansı müfəssəl təsviri əsaslandırılmamış və buna maneə olan səbəblər təsbit edilməmişdir. Apellyasiya icraatı zamanı qüsur aktındakı ehtiyyat hissələrinin sayı ilə əlaqədar uyğunsuzluğun səbəblərinin müəyyən edilməsi üçün əlavə və təkrar ekspertizalar təyin edilmiş, lakin əksi sübuta yetirilməyən hallara dair (əsaslandırılmamış) ekspertizalar aydınlıq gətirməmiş, cavabdeh tərəf isə buna dair etirazın bildirməmişdir.
16. Cavabdehin apellyasiya şikayəti üzrə qeyd edilməlidir ki, o apellyasiya şikayətində göstərmişdir ki, qəza törətmiş “Shacman SX331” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Cavabdeh1 məxsus olsa da, o həmin yük avtomobilini qəza törədilməmişdən təxminən bir ay əvvəl 50000 manata Pərviz adlı şəxsə satmağa razılaşmış, razılaşdırılmış məbləğin 15000 manatını avtomobilin sahibi Cavabdeh1 ödəmiş, qalan 35000 manatını isə bir neçə aya ödəyəcəyini bildirmiş, yük avtomobilini Pərviz adlı şəxsin həyətində saxlamış və qalmış məbləğ tam ödənildikdən sonra alğı-satqı edəcəyi barədə razılığa gəlmiş, həmin şəxs avtomobilini onun xəbəri olmadan idarə etmək üçün Cavabdeh2 vermişdir. Apellyasiya şikayətində onu da qeyd etmişdir ki, yük avtomobilini satdığı Pərviz adlı şəxs avtomobilin tam pulunu ona ödəmiş və alğı-satqı edilərək avtomobil özgəninkiləşdirilmişdir. Yəni, yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh1 avtomobilin Cavabdeh2 tərəfindən idarə olunmasından xəbərsiz olduğunu bildirsə də, digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirmədiyindən, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşıyır. Beləliklə də, yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olaraq müvafiq sənədləşmə aparmayaraq, qeyri-qanuni olaraq faktiki sahibliyin ötürülməsində iştirakçı olduğundan, məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulmasında birinci instansiya məhkəməsi haqlı olmuşdur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən: 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 18.Beləliklə məbləğin müəyyən edilməsində birinci instansiya məhkəməsi əsaslandırılmamış ekspert rəyinə istinad etdiyindən mülki prosessual əsaslara görə qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavbdehin şikayəti rədd edilməli, iddianı təkzib edən mötəbər sübutlar təqdim edilmədiyindən tam təmin edilməli, iddia edilən məbləğin iddiaçıya, ekspertiza xərci üzrə isə 270 (iki yüz yetmiş manat) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına cavabdehlərdən tutularaq ödənilməsi təmin edilməlidir.
19. Apellyasiya şikayətinin verilməsi (məhkəmələrə müraciət edilməsi) üçün ödənilmiş dövlət rüsumuna görə məhkəmə xərci ödəyən şəxslərə aid edilməlidir.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3400/2021 saylı işi üzrə 04 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "Paşa Sığorta” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "subroqasiya qaydasında pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında dəymiş ziyana görə 13476,98 (on üç min dörd yüz yetmiş altı manat doxsan səkkiz qəpik) manat məbləğində sığorta ödənişi (pul vəsaiti) "Paşa Sığorta” ASC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.