Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1810/2025 04.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı "əmək stajının (sosial siğorta stajının) mövcüd olması faktının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “əmək stajının (sosial siğorta stajının) mövcüd olması faktının müəyyən edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Qaradağ Rayon Məhkəməsinin 2(010)-4345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı) "əmək stajının (sosial siğorta stajının) mövcüd olması faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X6 06 iyun 1977-ci il tarixindən 23 avqust 1993-cü il tarixinədək Cəbrayıl rayonu, Hovuslu kəndi, Qurban Namazəliyev adına kolxozda kolxozçu işləməsini müəyyən etməklə əmək münasibətlərində olma faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qaradağ Rayon Məhkəməsinin 2(010)-4345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Rübabə Qafarova) ilə ərizə qismən təmin edilmiş, Ərizəçi mərhum əri X6 xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Cəbrayıl rayon “Qurban Namazəliyev” adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir.
3. Maraqlı şəxs qətnaməni mübahisələndirmişdir. Apellyasiya şikayəti və onların dəlilləri:
4. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmişdir. Əsas dəlil kimi qeyd etmişdir ki, ərizəçi Q.Pirişovun xx.xx.1977-ci ildən xx.xx.1993-cü il tarixədək Cəbrayıl rayonu, Hovuslu kəndi, Qurban Namazəliyev adına kolxozda işləməsinə dair sənədərin işğal nəticəsində məhv olduğunu qeyd edir. Şahid qismində dindirilmiş X13, X4 və X2 əmək kitabçalarının olmaması və adıçəkilən şəxslərin iş stajları müxtəlif illərdə başqa şahidlərin ifadəsi əsasında hüquqi əhəmiyyətli fakt kimi təsdiqlənməsi həmin şəxslərin şahidliyi ilə ərizəçinin tələb etdiyi illər üzrə onun mərhum ərinin iş stajının tanınması qanunsuzdur. Şahid qismində dindirilmiş X2 əmək stajının təsdiq edilməsinə dair Cəbrayıl rayon Məhkəməsinin 11 iyul 2017-ci il tarixli 2(072)-1078/2017 nömrəli qətnaməsində maraqlı şəxs qismində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməmiş və həmin qətnamədə şahidlərin adları, ifadələri və işlədiyi dövrlər göstərilməmişdir. Növbəti şahid qismində dindirilmiş X4 06 iyun 2017-ci il tarixli 2(072)-861/2017 nömrəli qətnaməsində şahidlərin adları, ifadələri və işlədiyi dövrlər göstərilməmişdir. Odur ki, qətnamənin ləğv edilməsini, ərizəçinin ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxsin nümayəndəsi B.Sadıqova apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, ərizəçi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
7. Cəbrayıl rayon Hovuslu kənd soveti tərəfindən xx.xx.1991-ci ildə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə Ərizəçi arasında nikah xx.xx.1991-ci il tarixdə bağlanmışdır.
8. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2013-cü il tarixdə ölmüşdür.
9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının xx.xx.2024-cü il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəsinə və ona əiavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. «Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) İ4.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının ata, ana, ər, arvadı bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyvən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyin müəyən edilmi şəxsdirmə ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyasıölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində təiəb ediiən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyasıtəyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. X1 məxsus əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixinədək 8 il 6 ay 18 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək 23125,62 manat pensiya kapitalı əsasında ərizəçiyə xx.xx.2024-cü il tarixindən 297,86 manat məbləğində (2024-cü il üzrə indeksləşdirilmiş) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.1-ci yarımbəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sədilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. Müraciəti ilə əlaqədar olaraq bildirir ki, Q.Pirişovun ərizənizdə qeyd etdiyi dövrlər üzrə (1993-cü il tarixinədək Cəbrayıl rayonu Hovuslu kəndi Qurban Namazəliyev adına kolxozda) sığorta stajını təsdiq edən sənədləri təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra ailə başçısını itirməyə görə əmək pensiyanızın yenidən hesablanmasına baxıla bilər.
10. Cəbrayıl rayon X16 kənd sakini Ərizəçi verilən xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Q.Namazəliyev adına kolxozun arxiv sənədləri işğal zonasında qalmışdır.
11. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-1078/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X5 «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, xx.xx.1966-cı il təvəllüdlü X2 xx.xx.1983-cü ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon Kirov (Q.Namazəliyev) adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilmişdir.
12. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-861/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X7 «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, xx.xx.1961-ci il təvəllüdlü X4 xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilə kimi Cəbrayıl rayon «Q.Namazəliyev» adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilmişdir.
13. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-709/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi X10 «əmək fəaliyyətinin müəyyən olunması» barədə ərizəsi təmin edilmiş, X10 1986- cı ildən 20 noyabr 1988-ci ilə kimi və xx.xx.1990-cı ildən 02 aprel 1993-cü ilə kimi Cəbrayıl rayon Q.Namazəliyev adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilmişdir.
14. Rayon məhkəməsində şahid qismində dindirilən X14 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, həm qohumdurlar, həm də kəndçisidir. Ərizəçinin həyat yoldaşı Pirişov Qürbət idi, birlikdə kolxozda işləmişlər. Özü Namazəliyev adına kolxozda 1986-1993-cü ilə kimi kolxozçu kimi işləmişdir. X21 1993-cü ilə kimi kolxozda kolxozçu işləmişdir. Həm özü, həm də Qürbət kolxozda kolxozçu işləyirdi. Özü sonra hərbiyə gedib, həmin vaxt əsgərliyə gedəndə Qurbət işləyirdi.
15. Rayon məhkəməsində şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, kəndçidirlər. Ərizəçinin həyat yoldaşı Pirişov Qürbəti də tanıyır, bir kolxozda işləmişlər. Özü 1978-1990-cı ilə kimi Namazəliyev adına kolxozda kolxozçu işləyirdi. O, işləməyə başlayanda artıq Qürbət orada işləyirdi. Qürbət 1977-ci ildən kolxozda kolxozçu kimi işləməyə başlamışdır.
16. Rayon məhkəməsində şahid qismində izahat vermiş X8 ifadəsində göstərdi ki, o, Ərizəçi tanıyır, kəndçidirlər. Ərizəçinin həyat yoldaşı Pirişov Qürbəti də tanıyır, bir kolxozda işləmişlər. Özü məktəbi oxuyub qurtarandan Namazəliyev adına kolxozda kolxozçu kimi işləməyə başlayıb. O, işləməyə başlayanda artıq Qürbət orada işləyirdi. Özu qaçqınlıq düşənə kimi işləmişdir. Tətbiq edilən maddi hüquq normaları: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafıq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafıq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 01 yanvar 2006- cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə görə, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikasının 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş “Аzərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi”nin tələblərinə əsasən on dörddən aşağı olan şəxslərin işə qəbul edilməsinə yol verilmirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
21. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
22. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
23. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
24. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
25. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
29. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
30. Hazırkı halda, rayon məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edildiyindən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini maraqlı şəxsin şikayətinə əsasən tam yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
34. Bu Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
35. Eyni zamanda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisələrin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçinin bir idarə, müəssisə, təşkilat və ya sistemdə birgə işdən tanıyan ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
37. Nəzərə almaq lazımdır ki, həmin qərarda iş stajının müəyyən edilməsi zamanı müəyyən olunmuş qaydadada, yəni özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinin tələb olunmasında güdülən əsas məqsəd etibarlı və güvənli sübutlardan istifadə edilməsidir.
38. Rayon məhkəməsi ərizəçinin mərhum əri X6 əmək kitabçası və Cəbrayıl rayon “Qurban Namazəliyev” adına kolxozun arxiv sənədləri işğal zonasında qaldığından onun Cəbrayıl rayon “Qurban Namazəliyev” adına kolxozda kolxozçu kimi əmək fəaliyyətini onunla birlikdə həmin kolxozda işləmiş şəxslərin şahid kimi izahatları əsasında təsdiq etmişdir ki, bu qanunun tələblərinə uyğun olmaqla, həm də istinad olunan qərarda güdülən məqsədi təmin edir.
39. Maraqlı şəxsin apellyasiya şikayətinin əsas dəlili hazırkı ərizənin təmin edilməsi zamanı ifadələrinə istinad edilmiş şahidlərin özlərinin əmək stajlarının müəyyən edilməsi barədə Cəbrayıl Rayon Məhkəməsinin müvafiq qətnamələrinin əsaslı olmaması barədədir. Dolayısı ilə şikayətçi məhkəmə qətnamələri ilə müəyyən olunmuş faktları şübhə altına almışdır.
40. Bununla bağlı Məhkəmə Kollegiyası xüsusi olaraq qeyd edir ki, həmin şahidlərin əmək stajlarının müəyyən edilməsi barədə Cəbrayıl Rayon Məhkəməsinin (2(072)- 1078/2017 saylı xx.xx.2017-ci il tarixli, 2(072)-861/2017 saylı xx.xx.2017-ci il tarixli, 2(072)- 709/2015 saylı xx.xx.2015-ci il tarixli) qətnamələri hazırda qüvvədədir, demək ki, onların həqiqiliyi, dəqiqliyi və təkzibedilməzliyi prezumsiyası mövcuddur və onların əsaslılığının şübhə altına alınması yolverilməzdir. Nəticə:
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin 2(010)-4345/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.