Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1814/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzil sahəsi verilməklə çıxarılma tikililərin sökülməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(005)- 5237/2021 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzil sahəsi verilməklə çıxarılma tikililərin sökülməsi və kirayə haqqının ödəniilməsi” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 27.04.2005-ci il tarixli 107 saylı və 15.09.2005-ci il tarixli, 247 saylı sərəncamları ilə "xxxx" MTKnə yaşayış binalarının tikintisinə icazə verilmiş Nərimanov rayonu, Təbriz küçəsi, 794-cü məhəllədə ayrılmış torpaq sahəsində yaşayan cavabdehlər Cavabdeh1 Şükur oğlu - Nərimanov rayonu, Ə. Ağaoğlu küçəsi, ev 18, m.1, Cavabdeh2- Nərimanov rayonu, Ə. Ağaoğlu küçəsi, ev
18. m.2a və Cavabdeh3-Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi, ev 18, m.2a. İddiaçı MTK-nın vəsaiti hesabına həmin ərazidə inşa olunacaq binadan 15% artiq sahəsi olmaqla müvafiq mənzillərə köçürülməsi, mənzillərdən çıxarılaraq inşa olunacaq binaya köçürülənədək “AYBİR" MTK-nın maddi vəsaiti hesabına kirayə haqqının ödənilməsi və mənzillərin sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MTK 20 dekabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(005)-5237/2021 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh2 tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(005)-5237/2021 saylı qərardadından şikayət verilmiş, həmin şikayət məhkəmənin 12 yanvar 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi halda, şikayət və ona əlavə edilmiş sənədlər iddiaçının ərizəsinə əsasən geri qaytarılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(005)- 5237/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Kollegiya hesab edir ki, Prosessual Qanunvericiliyin tələbinə uyğun olaraq hazırlıq mərhələsində birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfin müraciəti əsasında iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(005)-5237/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev