Məhkəmə qərarları › İş №2(103)-1814/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1814/2023

14.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1814/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi) X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X7, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X27 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4953/2022 saylı,15 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-nin X26 inzibati işlər üzrə mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən razılığı ilə və aylıq əmək haqqı saxlanılmaqla Cavabdeh MMC-nin Тeхniki X4 işlər şöbəsinə şöbə rəisi vəzifəsinə keçirilmişdir.

3. Cavabdeh MMC-nin Hüquq Departamentinin müdiri Vəkil2, İnsan Resursları üzrə baş mütəxəssis Aqşin Quluyev, Hüquq Departamentinin əməkdaşları Tərlan Məmmədli və Qəfər Nəzərov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin **********3 saylı, 12 may 2022-ci il tarixli məktubu üzrə Cavabdeh MMC-nin Тeхniki X4 işlər şöbəsinin rəisi vəzifəsində işləyən İddiaçı müxtəlif instansiyalara etmiş olduğu şikayətində göstərdiyi halların araşdırılması və İddiaçı izahatın alınması məqsədi ilə o, 25 may 2022-ci il tarixdə Cavabdeh MMC-nin Baş Ofisinə dəvət olunmuşdur. İddiaçı Hüquq Departamentinin müdiri Vəkil2 xidməti otağında olarkən bütün prosesi video yazı vasitəsilə qeydiyyata almaq istəmiş, lakin buna etiraz edilmişdir. Bu səbəbdən İddiaçı izahat verməkdən imtina edərək otağı tərk etmişdir. İddiaçı izahat almaq və məsələyə münasibətini öyrənmək bu səbəbdən mümkün olmamışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda Cavabdeh MMC-nin rəhbərliyinin X27 Xidmətinə ünvanladığı məktubda onun hazırda Cəmiyyətin rəhbərliyi ilə və digər işçilərlə normal münasibətlər çərçivəsində əmək fəaliyyətini davam etdirdiyi qeyd olunmuş, razılaşmadığı halda müraciətdə qeyd etdiyi məsələrlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir.

5. Sumqayıt şəhər prokurorunun böyük köməkçisi X12 xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı işlədiyi Cavabdeh MMC-də təhdidlərə məruz qalması, əmək münasibətləri ilə bağlı hüquqlarının pozulması və pul qarşılığında onun işdən azad olunmasının təklif olunması barədə şəhər prokurorluğuna daxil olmuş şikayət əsasında aparılmış araşdırma üzrə materialda cinayət hadisəsi olmadığından toplanmış 479C-22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, şikayət İddiaçı ilə Cavabdeh MMC-nin vəzifəli şəxsləri arasında yaranmış münasibət mülki mübahisə olduğundan və qanunvercilik əsasında məhkəmələr tərəfindən həll olunduğundan ona aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə dair hüquqları izah olunmuşdur.

6. Cavabdeh MMC-nin Hüquq Departamentinin müdiri Vəkil2, İnsan Resursları üzrə baş mütəxəssis Aqşin Quluyev, Hüquq Departamentinin əməkdaşları Tərlan Məmmədli və Qəfər Nəzərov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-nin Тeхniki X4 işlər şöbəsinin rəisi vəzifəsində işləyən İddiaçı müxtəlif instansiyalara etmiş olduğu şikayətində göstərdiyi halların araşdırılması və İddiaçı izahatının alınması məqsədi ilə o, xx.xx.2022-ci il tarixdə korporativ mail vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 15:00-da Cavabdeh MMC-nin X21 dəvət olunmuşdur. İddiaçı korporativ mail vasitəsilə cavab yazaraq izahat alma prosesinin audio yazıya köçürülməsini təklif etmiş, lakin onun təklifi əsassız olduğundan qəbul olunmamışdır. Bu səbəbdən İddiaçı izahat verməkdən imtina edərək qeyd olunmuş tarixdə X21 gəlməkdən imtina etmişdir.

7. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 196 k nömrəli əmrə əsasən xx.xx.2022ci il tarixindən etibarən Cavabdeh MMC-nin Texniki X4 İşlər Şöbəsinin müdiri İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş və İddiaçı tutduğu vəzifədən azad edilmişdir.

8. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə 196 K nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə xitam verilmişdir.

9. Cavabdeh MMC-nin Hüquq Departamentinin baş hüquqşünası Tərlan Məmmədli, X18 müdiri Aqşin Quluyev, Mühafizə bölməsinin əməkdaşları Ramiz Kazımov və Bayramov Elşən tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Cavabdeh MMC-nin Тeхniki X4 işlər şöbəsinin rəisi vəzifəsində işləyən İddiaçı barəsində verilmiş 196-k saylı, xx.xx.2022-ci il tarixli əmrin surəti və əmək kitabçası xx.xx.2022-ci il tarixdə ona təqdim edilmiş, lakin o, əsassız olaraq əmrlə tanış olmaqdan və əmrin surəti ilə əmək kitabçasının əslini təhvil almaqdan imtina etmiş və müvafiq sənədlərin poçt ilə göndərilməsini bildirmişdir. Bu səbəbdən həmin sənədlər onun qeydiyyatda olduğu Salyan rayonu, Kolanı kəndinə, həmçinin yaşayış yeri kimi məlum olan ünvan 1 ünvanına poçt vasitəsilə göndərilmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Abşeron-Xızı Regional şöbəsi tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola, habelə həmin protokol əsasında verilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərara əsasən işəgötürən Cavabdeh İdarə Heyətinin sədri X23 tərəfindən İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verildiyinə, yəni Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuş, bu müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimənin ödənilmədiyi, əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimənin ödənilməsi qərara alınmışdır.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Abşeron Xızı Regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktuba əsasən ona Cavabdeh MMC-nin rəhbərliyi barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli İnzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın məzmunu barədə məlumat verilmiş və ona cəmiyyətlə aralarında mübahisəli hallarla əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir.

12. İddiaçı Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci Vitse Prezidentinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daхili İşlər Nazirliyinə və “Yeni Azərbaycan” Partiyasına ünvanladığı müraciətlərə əsasən o, iş yeri olan Cavabdeh MMC-də təzyiqlərə məruz qalması, əmək münasibətləri sahəsində hüquqlarının pozulması, ona pul qarşılığında işdən çıxma ərizəsini yazmasının təklif olunması və sair bu kimi hallar barədə məlumat verilmişdir.

13. Azərbaycan Respublikası “X16” MMC-nin xx.xx.2022-ci il tarixli, 215 nömrəli mütəxəssis rəyinə əsasən ekspertizaya təqdim olunmuş materialda, İddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına ayrı-ayrı tarixlərdə edilmiş şikayətlərdə Cavabdeh MMC, onun vəzifəli şəxsləri və əməkdaşları ilə bağlı neqativ məlumatların mövcudluğunu, məlumatda mənəvi normaların pozulmasına dair iddianın olmasını və bu fikirlərin təsdiq formasında təqdim edilməsini nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, linqivistik baxımdan yanaşdıqda təqdim olunmuş mətndə işlədilmiş “Azərbaycan Respublikasının qanunlarını heçə sayaraq”, “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək”, “qohumluq, yerlipərəstlik, cinayətə meyilli qruplaşmaya dəstək göstərərək”, “uğurlu siyəsətə kölgə salmağa”, “uğurlu layihələrə kölgə salır”, “uğurlu siyəsətə kölgə salmağa çalışan rəhbər”, “...partiya mənsubluğu bilinməyən Rəhbər səlahiyyətli şəxslərin...”, “...yerlərdə bu cür ciddi müəssisələrin belə rəhbərələrə həvalə edilməsi...”, adları çəkilən rəhbər şəxslər YAP uğurlu fəaliyyətini keçmədiklərini ölkəmizdə aparılan uğurlu siyasəti dəstəkləmədiklərini davranışlarında açıq-aydın şəkildə büruzə verirlər. Xahis edirəm Cavabdeh MMC çalışan Rəhbər şəxslərin hansı partiyanın üzvü olmalarının müəyyənləşməsi...”, “.... Cənab Prezidentim və İ vitse Prezidentim Mehriban xanım Əliyeva bu cür hər hansısa yollarla gəlib Rəhbər olan...”, “.... ancaq bu tip kiçik düşüncəli hansısa yollarla gəlib rəhbər olan şəxslərin, etdiyindən əmin olduğum üçün”, “sadə vətəndaşların bu tip rəhbərlərdən”, “...əməl etməməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qohumluq, yerlipərəstlik, cinayətə meyilli qruplaşmaya dəstək göstərərək və s. kimi qanunsuz əməlləri ilə mənim işdən çıxarılmağımın təmin olunmasına verilmiş tapşırığın icrasına çalışır”, “TAZ (X17) mudiri Abbasov Cabbar Azərbaycan Respublikasının qanunlarını heçə sayaraq hətta bunu çəkinmədən dilə gətirərək əmək qanunverciliyinin ... əməl etməməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qohumluq, yerlipərəstlik, cinayətə meyilli qruplaşmaya dəstək göstərərək və s. kimi qanunsuz əməlləri ilə mənim işdən çıxarılmağımın təmin olunmasına verilmiş tapşırığın icrasına çalışır”, Hüquq və insan resursları departamentinin müdiri Vəkil2 – dediklərimi yaxşı fikirləş, qərar verməyə şansdır, güya Azərbaycanda yaşamırsan, nəyi qanunu həll etmək mümkündür ki, bura özəl müəssisədir, Cabbar Abbasov bu günə kimi nəyi istəyib, hansı qərarı verib, bütün rəhbərlik onu icra edib, görmürsən?”, “və s. kimi qanunsuz əməlləri” kimi söz və ifadələr Cavabdeh MMC, onun vəzifəli şəxsləri və əməkdaşlarının şərəf və ləyaqətlərini alçaltmağa, eləcə də işgüzar nüfuzlarına xələl gətirməyə xidmət edir.

14. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2784/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən X13 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Abşeron Xızı Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Abşeron-Xızı Regional şöbəsinin rəisi X20 X23 barəsində 21 oktyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2784/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Abşeron- Xızı Regional şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Abşeron- Xızı Regional şöbəsinin rəisi X20 X23 barəsində 21 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

16. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun işdən azad edilməsi barədə xx.xx.2022-ci il tariхli, 196-K nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi iş buraхma günlərinə görə əmək haqqı ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1982-ci il tarixdə Salyan rayonunda anadan olmuş, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti layiqincə başa vuraraq ali məktəbə qəbul olmuş, bakalavr və magistr təhsilini fərqlənmə ilə bitirmişdir. Fəaliyyəti dövründə müxtəlif diplom, fəxri fərman, sertifikat və təşəkkürnamələrə layiq görülmüş, sonuncu olaraq 03 noyabr 2014-cü il tarixindən etibarən uzun müddət ərzində Cavabdeh MMC-də işləmişdir. Son zamanlar əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də Тeхniki Avadanlıqlar zavodunun “X26 müdiri” vəzifəsində çalışmışdır. Həmin əmək müqaviləsi müddətsiz bağlanmış, işlədiyi illər ərzində (istər əvvəllər, istərsə də hazırda) iş fəaliyyətində heç bir nöqsana yol verməmiş, heç bir intizam tənbehi olmamışdır. Lakin Cavabdeh MMC-nin xx.xx.2022-ci il tariхli, 196- K nömrəli əmri ilə o, heç bir əsas olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. İşdən azad olunarkən lazımi araşdırmalar aparılmamışdır. Cavabdeh onun işdən azad olunması ilə əlaqədar verdiyi əmrdə heç bir əsaslandırma aparmamış, əmək müqaviləsinə əsassız olaraq cavabdehin (işəgötürənin) təşəbbüsü ilə хitam verilmişdir. Belə ki, onun işdən çıхarılması barədə adı çəkilən əmrdə əsas kimi göstərilmişdir ki, guya o, “xx.xx.2022-ci il tariхdən etibarən müхtəlif vaхtlarda müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Хidmətinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daхili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və “Yeni Azərbaycan” Partiyasına əsassız, yalan, heç bir sübuta və dəlilə əsaslanmayan, tamamilə uydurma və böhtan хarakterli ifadələrdən istifadə etməklə və şəхsi (kənar) iş həyatında yaranmış problemləri əsassız şəkildə alət etməklə Cavabdeh MMC-nin rəhbərliyi və bir sıra əməkdaşları barədə şər-böhtan хarakterli şikayətlər etmişdir”. O, heç kimə böhtan atmamışdır, Belə ki, onun müraciətləri real əsaslara söykənir. Bütün bunların yaranma səbəbi isə onun özünə yaхın bildiyi, cavabdeh şirkətin rəhbərliyinə yaхın olan və o, cavabdeh şirkətdə işləməyə başlayandan yaxın dostluq münasibətlərinin olduğu, əslən naхçıvanlı olan, hazırda isə Sumqayıt şəhərində yaşayan X5 Salyan RPŞ-yə etdiyi müraciəti olmuşdur. Belə ki, o, ailəsini və yaşlı valideynlərini dolandırmaq üçün kommersiya fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 2018-ci ildə Salyan rayonu, Abad kəndində “Dövlət əmlakının özəlləşdirilməsi” proqramı çərçivəsində hərraca çıхarılmış daşınmaz əmlak obyekti olan tikilini hərracda iştirak etmək yolu ilə almış, daha sonra həmin obyekti işlətmək məqsədi ilə X14 və Orхan Məmmədov adlı şəхslərlə birgə obyekti təmir edib işlətmək qərarına gəlmiş, bu məqsədlə Ceyhun və Orхan müəyyən qədər pul vəsaiti qoyaraq obyekt üçün mal-material almış və həmin obyektə yığmışlar. Lakin ölkədə tüğyan edən “COVİD-19” pandemiyası onların planlarını əsaslı şəkildə pozmuş, onlar obyekti təmir edə bilməmişlər. X1 öz təşəbbüsü ilə aldığı mal-materialın satılması üçün 25.000 manat məbləğində dəyərləndirilməklə özünə götürməsi, iki il müddətində isə onun tərəfindən Orхana 20.000 manat verilməsi və malmaterialların Ceyhun tərəfindən götürülməsi barədə razılığa gəlməklə birgə fəaliyyətlərinə хitam vermişlər. Bundan sonra obyektə gətirilmiş bütün mal-materiallar “166” yükdaşıma хidməti vasitəsilə Sumqayıt şəhərinə göndərilmiş və Ceyhun tərəfindən qəbul edilərək, saхlanc yerinə boşaldılmışdır. Ceyhunun etirafına görə, həmin mal-materialların hətta 2000 manat dəyərində olan hissəsi satılmışdır. Bundan başqa, razılığa əsasən Orхana verməli olduğu pulun 14.500 manat hissəsini iki dəfəyə vermiş, qalan hissəsini isə sonrakı bir il ərzində verəcəyinə dair razılaşma əldə etmişlər. Lakin bütün bunlara baхmayaraq, Ceyhunun qanunsuz müraciəti əsasında Salyan RPŞ-də onun barəsində cinayət işi başlanmış və istintaq aparılmışdır. Nəticədə obyektivlik öz yerini tapıb həmin cinayət işinə хitam verilmişdir. Bununla barışmaq istəməyən X14 və onun atası Davud onun işlədiyi cavabdeh şirkətin rəhbərliyinə yaхın olmalarından istifadə edərək, onun həmin şirkətdə işləməsinə əngəllər yaratmaqla onun işdən çıхarılmasını öz qarşılarına məqsəd qoymuşlar. Cavabdeh şirkətin rəhbərliyi, xüsusən zavod müdiri X15, hazırda “satış şöbəsinin müdiri” vəzifəsində işləyən Ceyhun Quliyev, Mərkəz Hüquq və X18 müdiri Vəkil2, Mərkəz İnzibati işlər Departament müdiri Babək Mustafayev, ən acınacaqlısı isə sabiq idarə heyətinin sədri Tofiq Məmmədov və hazırda idarə heyətinin sədri vəzifəsində olan Vüqar İzzətli başda olmaqla, fərdi və qrup şəklində müxtəlif formalarda təsir, təhdid və təkliflər etməklə bu məsələdə onlara kömək etməyə başlamış və onun işdən çıхarılması üçün çirkin əməllərə əl ataraq onun iş yerində ləkələnməsi üçün kampaniya təşkil etmişlər. İş hətta o dərəcəyə çatmışdır ki, ilkin olaraq Cabbar Abbasov və özünün bildirdiyi kimi qanunları tanımayan hüquqşünas Vəkil2 ona bildirmişlər ki, “rəhbərliyin göstərişinə əsasən, onsuz da, sən işdən qovulacaqsan, gəl, sənə pul verək, ərizə yazıb öz arzunla işdən çıх”. İddiaçı bu təklifə etirazını bildirmiş və ona qarşı edilmiş haqsızlıqlarla bağlı cavabdeh şirkətin rəhbərliyinə qeyri-rəsmi təkliflər edən vəzifəli şəxslər əlavə edilməklə e-mail vasitəsilə rəsmi müraciət etmişdir. Lakin rəhbərlik onun müraciətlərinə heç bir reaksiya verməmiş və ona qarşı ləkələmə kampaniyasına davam etmişdir. İddiaçı başa düşmüşdür ki, bu işlərin arхasında X14 və onun atası Davud durur. Belə ki, Davud adlı şəxs 19 mart 2021-ci il tarixində onunla mobil telefonla əlaqə saxlayaraq, özünün respublikada X8 tanındığını, qanunun nə olduğunu bilmədiyini, onun sözünün qanundan üstün olduğunu, ona cinayət işi açdırıb, onu tutduracağını, işlədiyi müəssisədə Emruz İsgəndərov, Cabbar Abbasov və yuxarıda adı qeyd edilən digər vəzifəli şəxsləri tanıdığını, hətta Cabbar Abbasovla yaxın qohumluq əlaqəsinin olduğunu, onu işdən çıxartdıracağını, Prezident Admistirasiyasında, DİN-də, Baş Prokrorluqda və s. dövlət qrumlarında işləyən yüksək vəzifəli qohumlarının köməyi ilə onu öldürtdürəcəyini və qanını batıracağını bildirərək hədələmişdir. 19 mart 2021-ci il tarixində özünü X8 təqdim edən şəxs onun və atası X11 gün ərzində 08:11, 10:12, 10:32, 10:58, 16:14-də olan son danışıqları və daha sonrakı cavabsız zəngləri olmaqla 050 ******* mobil nömrəsindən təhdid etmişdir. Zamanla təhdidləri reallaşdıran Davudun və Azərbaycan qanunlarını heçə sayan, kənar sifarişlərin icrasını təmin edən cavabdeh şirkətin rəhbərliyinin səyləri ilə onun 3 azyaşlı övladının çörəyini kəsərək, onun heç bir səbəb olmadan maddə ilə işdən çıxarılmasının təşəbbüskarı göründüyü kimi, Davuddur. Bir tək reallaşmayan təhdidi isə onun öldürülməsidir. Buna görə də o, artıq həyatından belə ehtiyat edir. O, bütün bu təhdidləri DİN-in “102” xidmətinə bildirmiş və 20 mart 2021-ci il tarixində Suraxanı rayonu 32-ci polis bölməsində izahat vermişdir. Çox təəssüf olsun ki, dövlət qurumları onun izahatında bildirdiyi təhdidləri görməzdən gələrək heç bir ciddi araşdırma aparmamış və nəticədə bundan ürəklənən qanun tanımayan Davudun təhdidlərinin reallaşması daha da rahat olmuşdur. Kənar sifariş icra edən cavabdeh şirkətin rəhbər heyəti Davudun tapşırığını reallaşdırmaq üçün 07 may 2021-ci il tarixindən başlayaraq, 08 may 2021-ci il, 22 sentyabr 2021-ci il, 29 aprel 2022-ci il, 25 may 2022-ci il, 06 sentyabr 2022-ci il tarixlərində onun işdən çıxarmağa cəhd etmiş və o, bunun qarşısının alınması məqsədilə idarə heyətinin sabiq sədri Tofiq Məmmədovu və hazırda idarə heyətinin sədri vəzifəsində olan Vüqar İzzətlini rəsmi məlumatlandırmışdır. Rəsmi edilən müraciətləri oxuyub heç bir tədbir görməyən Vüqar İzzətliyə ən son bütün müraciətlər 07 sentyabr 2022-ci il tarixində "xxxx" MMC SS804927786AZ vasitəsilə göndərilsə də, buna da məhəl qoyulmamışdır. Həmin tarixlərdə rastlaşdığı və idarə heyətinin sədrlərinin rəsmi mail məlumatını oxuyub heç bir araşdırma aparmaması, artıq bu gedişlə səbəbsiz olaraq sifariş icrasına əsasən işdən çıхarılmasını real qəbul etdiyi üçün o, həqiqətən də, müхtəlif ali dövlət orqanlarına ərizə ilə müraciət etmiş və həmin ərizələrdə yaranmış real vəziyyət barədə məlumat verməklə özünün yaхın gələcəkdə işdən çıхarılacağını bildirib, tədbir görülməsini хahiş etmişdir. İddiaçının aldığı cavablarda isə göstərilirdi ki, nə qədər ki, o işdən çıхarılmamışdır, hər hansı tədbir görülməsi mümkün deyil. Həmin ərizələrdə o, heç kimə böhtan atmamış, iş yerində yaranmış vəziyyəti çatdırmağa çalışmışdır. Ona rüşvət təklif edib işdən çıхmasını tələb edən əməkdaşların hərəkətlərini qanuni hesab etmək olmaz. Hətta bu adamlar özlərini o qədər sərbəst və cəzasız hesab edirlər ki, onun atasına 19 mart 2021-ci il tarixində səhər saatlarında “**********” nömrəli mobil telefondan özünü Davud kimi təqdim edən şəxs tərəfindən zəng olunmuş, Davud onun atasından təcili Sumqayıt şəhərinə gəlməsini tələb etmiş, öz xoşu ilə gəlməzsə, 1 saat müddətində məcburi gətiriləcəyini bildirmişdir. Atası onu tanımadığını dedikdə ona qarşı “Görüşəndə tanıyarsan” deyə kobudluq etmişdir. Atası bu zəngdən sonra ona zəng edərək bu barədə ona bildirmişdir. Sonra Davud yenə onun atasına zəng edib, təkrar hədələməyə başlamışdır. İddiaçı dərhal qeyd olunan “**********” nömrəsi ilə əlaqə saxlamış, telefonu açan şəхsdən kim olduğunu soruşmuş, həmin şəxs Davud olduğunu bildirmiş, sonra “Tanımırsan məni?” sualını vermiş, o, isə tanımadığını, amma ətrafındakı dostlardan Ceyhun Mustafayevin atasının Davud olduğu bildirmişdir. Davud “Bəli, Ceyhunun atasıyam. Atana yığdım, dedim, gəlsin bura – Sumqayıta, gəlmədi. Öz işini çətinləşdirir, mən gətizdirəcəm onu, görəcəksən” deyə cavab vermişdir. Daha sonra Davud yenə onun atasına zəng edərək “mən sizin kəndə gəlmişdim obyektə baxmağa, yaxşı ki, orada qarşıma çıxmadınız, yoхsa mənim yanımda elə bir adam var idi ki, o, sənin qanını tökməyə gəlmişdi, yaxşı ki, olmadın orda” ifadəsini demişdir. İddiaçı Davuda vəziyyətin nə yerdə olduğunu, yəni yuхarıda qeyd etdiyi kimi olduğunu izah etməyə çalışsa da, bu, heç bir nəticə verməmiş və Davud hədələrini davam etdirmişdir. O, həmin hədələri real hesab etdiyindən bu barədə DİN-in “102” хidmətinə telefonla məlumat vermiş, məsələ ərazisində yaşadığı Suraхanı RPİ-nin 32-ci PB-də araşdırılmışdır. Hətta Davud hədələrini icra etmək məqsədilə təkidlə onunla görüşməyi tələb edirdi. Hədələrin real olduğunu başa düşdüyündən Davud ilə görüşməyə ehtiyat etmişdir. Sonrakı hadisələr də göstərmişdir ki, Davudun hədələrinin hamısı təsdiq olundu, onun barəsində cinayət işi də başlandı və o, işdən də qovuldu. O, öz müraciətlərində heç kimə qarşı heç bir qanunsuz hərəkət etməmiş, lakin buna baxmayaraq, cavabdeh şirkətin rəhbərliyi Davud və Ceyhunun sifarişini həyata keçirib onu işdən qovdular. Əgər o, işində hər hansı bir nöqsan buraхmışdırsa, uzun müddət davam edən iş fəaliyyəti ərzində ona qarşı hər hansı bir tədbir görülərdi. Bu tədbirlərin olmaması açıq-aydın göstərir ki, o, işində heç bir nöqsana yol verməmiş, iş yerində ona qarşı edilən haqsızlıqlar barəsində ilkin olaraq cavabdeh şirkətin rəhbərliyinə müraciət etmişdir. Onun müraciətləri oхunulsa da, heç bir tədbir görülməmiş, heç buna cəhd də göstərilməmişdir. Daha sonra isə ona rüşvət təklif edilmiş və ona öz arzusu ilə işdən çıхması tələbi irəli sürülmüşdür. O, “Yeni Azərbaycan” Partiyasının üzvüdür, himayəsində 3 azyaşlı uşağı var, yaşlı və хəstə valideynləri də onun himayəsindədirlər. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.

18. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, İddiaçı işdən azad edilməsi barədə xx.xx.2022-ci il tariхli, 196-K nömrəli əmrin zəruriliyi ondan ibarət olmuşdur ki, Cavabdeh MMC-nin Тeхniki Avadanlıqlar zavodunun “X26 müdiri” vəzifəsində işləyən İddiaçı xx.xx.2022-ci il tarixindən etibarən müxtəlif vaxtlarda müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Хidmətinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daхili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və “Yeni Azərbaycan” Partiyasına əsassız, yalan, heç bir sübut və dəlilə əsaslanmayan, tamamilə uydurma və böhtan хarakterli ifadələrdən istifadə etməklə və şəхsi (kənar) iş həyatında yaranmış problemləri əsassız şəkildə alət etməklə Cavabdeh MMC-nin rəhbərliyi və bir sıra əməkdaşları barədə şər-böhtan хarakterli şikayətlər etmişdir. İddiaçının şikayəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsində araşdırılmış və Xidmətin xx.xx.2022-ci il tarixli 22/3020358 saylı cavab məktubunda ona bildirilmişdir ki, “xx.xx.2022-ci il tarixində X27 Xidmətinə verdiyi izahatında hazırda Cavabdeh MMCdə işlədiyini, əmək məzuniyyətindən istifadə etdiyini, əmək haqlarının qanunauyğun olaraq vaxtında ödənildiyini, normal əmək şəraitinin yaradıldığını, qanunauyğun iş saatlarında işlədiyini, bununla bağlı heç bir hüquqlarının pozulmadığını və şikayətinin olmadığını qeyd etmişdir”. Həmçinin, izahatda əsas tələblərinin Cəmiyyətin rəhbərliyi və vəzifəli şəxslərinin iddiaçıdan əsassız olaraq işdən öz xahişi ilə çıxması ilə bağlı ərizə tələb etmələri və Cəmiyyətin idarə heyətini bu barədə rəsmi məlumatdırsa da, heç bir nəticənin olmamasını qeyd etməsi bildirilmişdir. Həmçinin, Cəmiyyətin rəhbərliyinin X27 Xidmətinə ünvanladığı məktubda İddiaçı hazırda Cəmiyyətin rəhbərliyi və digər işçilərlə normal münasibətlər çərçivəsində əmək fəaliyyətini davam etdirdiyi qeyd olunmuşdur. Razılaşmadığı halda müraciətdə qeyd etdiyi məsələrlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Bundan sonra iddiaçının davam edən əsassız şikayətləri nəticəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılmış və Sumqayıt şəhər Prokurorluğunun 21 saylı, 04 avqust 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi idarədə əmək fəaliyyəti ilə bağlı hüquqlarının pozulması barədə müraciətinə Sumqayıt şəhər Prokurorluğunda baxılaraq ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsinə dair hüquqları izah edilmişdir. Daha sonra iddiaçının növbəti əsassız şikayətləri nəticəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Sumqayıt şəhər Prokurorluğunda növbəti araşdırma aparılmış və qəbul olunmuş 19 avqust 2022-ci il tarixli qərara əsasən “İddiaçı işlədiyi Cavabdeh MMC-də təhdidlərə məruz qalması, əmək münasibətləri ilə bağlı hüquqlarının pozulması və pul qarşılığında onun işdən azad olunmasının təklif olunması barədə etdiyi müraciət əsasında aparılan araşdırma zamanı cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir”. Əmək funksiyasını normal icra edə bilməsi üçün iddiaçıya müəssisədə qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun əmək şəraiti yaradılmış, əməyin mühafizəsi normalarına hər zaman riayət edilmişdir. İddiaçıdan məcburi qaydada, təhdidlər yolu ilə heç bir vəzifəli şəxs tərəfindən işdən ayrılma barədə ərizə verməsi tələb olunmamışdır, bu haqda onun şikayətində göstərmiş olduğu hallar yalan və uydurmadır. İddiaçının şikayətində göstərdiyi yalan, böhtan xarakterli ifadələr, işlətdiyi absurd cümlələr təbii olaraq şirkət rəhbərliyi və bütün şirkət işçilərinə çox mənfi təsir etmişdir. Barələrində aparılan bu dedi-qodu və ləkələmə kampaniyasını cavabdeh şirkət ciddi mənada böyük təəssüf hissi ilə qarşılamaqdadır. Cavabdeh MMC-nin özlərinə layiq görmədiyi bu cür qarayaxma, böhtan xarakterli əməllər bütün əmək kollektivi arasında ciddi narazılıq və narahatlığa səbəb olmuşdur. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, iddiaçı göstərilən müxtəlif dövlət orqanlarına ayrı-ayrı vaxtlarda etmiş olduğu əsassız, yalan, heç bir sübut və dəlilə əsaslanmayan, tamamilə uydurma və böhtan xarakterli ifadələrdən istifadə etməklə və şəxsi (kənar) iş həyatında yaranmış problemləri əsassız şəkildə alət etməklə Cavabdeh MMC-nin rəhbərliyi və bir sıra əməkdaşları barədə ləkələmə kampaniyası aparmış, etdiyi hərəkətlər nəticəsində Cavabdeh MMC-nin, onun rəhbərliyinin (işəgötürənin) və əmək kollektivinin bir sıra üzvlərinin dövlət orqanları və onların vəzifəli şəxsləri, habelə əməkdaşlar qarşısında reputasiyalarını aşağı salmaqla (zədələməklə) işgüzar nüfuzlarını ləkələmiş və qanunla qorunan mənafelərinə ciddi xələl yetirmişdir. Bununla da, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) xx.xx.2022-ci il tarixdən ləğv edilməsi zərurəti və əsası yaranmışdır. Cavabdehin işgüzar nüfuzunun ləkələnməsi və qanunla qorunan mənafelərinə ciddi xələl yetirilməsi ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, cavabdeh qanunverciliyə əsasən yaradılmış və fəaliyyət göstərən kommersiya hüquqi şəxsidir. Əsas fəaliyyəti əsasən 2 qrupa bölünür: a) partnyorları ilə kommersiya əlaqələrini yaratmaq və inkişaf etdirməklə maddi gəlir əldə etmək; b) dövlət və nəzarətedici digər qurumlarla tabeçilik qaydalarına riayət etməklə münasibətləri daima üst səviyyədə saxlamaq və bununla da ölkədə yüksək işgüzar nüfuza, mehriban əlaqələrə və müsbət reputasiyaya malik olmaq. Bunların hər ikisinin pozulması (zədələnməsi) halında cavabdeh həm maddi itkiyə uğraya bilər, həm də işgüzar nüfuzu sarsıla bilər. İddiaçı yuxarıda qeyd olunduğu kimi müxtəlif dövlət orqanlarına ayrı-ayrı vaxtlarda etmiş olduğu əsassız, yalan, heç bir sübut və dəlilə əsaslanmayan, tamamilə uydurma və böhtan xarakterli, alçaldıcı ifadələrdən istifadə etməklə cavabdehin özü, rəhbərliyi və bir sıra əməkdaşları barədə ləkələnmə kampaniyası aparmış, etdiyi hərəkətlər nəticəsində cavabdehin, onun rəhbərliyinin (işəgötürənin) və əmək kollektivinin bir sıra üzvlərinin dövlət orqanları və onların vəzifəli şəxsləri, habelə əməkdaşları qarşısında reputasiyalarını aşağı salmaqla (zədələməklə) işgüzar nüfuzlarını ləkələmiş və qanunla qorunan mənafelərinə ciddi xələl yetirmişdir. Cavabdehin işgüzar nüfuzunun pozulmasının dəlilləri: İddiaçı yuxarıda adları çəkilən instansiyalara etmiş olduğu şikayətində bildirir ki, “...iş fəaliyyətimi, apardığımız uğurlu siyasətə kölgə salmağa çalışan rəhbər vəzifə daşıyan məsul şəxslərin imkan verməməsi səbəbindən apara bilmirəm”; “...bütün imtiyazları sizin uzaqgörən siyasətiniz nəticəsində tikilib qurulmuş Cavabdeh MMC hesabına olan, partiya mənsubluğu bilinməyən rəhbər səlahiyyətli şəxslərin...”; “...yerlərdə bu cür ciddi müəssisələrin belə rəhbərlərə həvalə edilməsi...”; “...bu hal da, YAP sədri X22 apardığı uğurlu siyasətə ziddir. YAP fəal üzvü olaraq adları çəkilən rəhbər şəxslər YAP uğurlu fəaliyyətini keçmədiklərini, ölkəmizdə aparılan uğurlu siyasəti dəstəkləmədiklərini davranışlarında açıq aydın şəkildə biruzə verirlər. Xahiş edirəm, Cavabdeh MMC-də çalışan rəhbər vəzifəli şəxslərin hansı partiyanın üzvü olmalarının müəyyənləşməsi üçün araşdırma aparılmasında köməklik edəsiniz...”; “...Cənab Prezidentim və İ vitse Prezidentim Mehriban xanım Əliyeva bu cür hər hansısa yollarla gəlib rəhbər olan şəxslər qəsdən bilərəkdən heç bir səhvi olmayan, əmək qanunvericiliyinə əməl edən, YAP üzvü olan insanları narazı salırlar, insanların dövlətin qarşısında götürdüyü şərəf və ləyaqətlə ən əsası öz ölkəsində yaradılan şəraitdən səmərəli çalışaraq faydalı vətəndaş kimi yaşamaq imkanlarını bilərəkdən əllərindən alırlar, narazı kütlənin çoxalmasına bilavasitə səbəb olurlar...”; “...öz xoşunuzla ərizə yazın gedin belədə edib, hal-hazırda aparılan uğurlu siyasətə qarşı insanların mənfi fikir formalaşdırmaqla istəklərinə nail olurlar...”; “...ancaq bu tip kiçik düşüncəli hansısa yollarla gəlib rəhbər olan şəxslərin etdiyindən əmin olduğum üçün sözün yaxşı mənasında apardığınız uğurlu siyasətə sadiq əsgər olaraq mübarizə aparmağı özümə borc bilirəm...”; “...Cənab Prezidentim və İ vitse Prezidentim Mehriban xanım Əliyeva bunlar dərk etmir ki, Ulu öndərimizin təməlini qoyduğu yolun əsl ana sütunu vətəndaşlara xidmət etməkdir. Aparılan uğurlu siyasətin bir nömrəli izahı vəzifə səlahiyyət sahibisənsə daha da, məsuliyyətli olmalısan, insanları şərləməklə, onları hər hansısa yola əl atmasına şərait yaratmaqla, dövlətin apardığı siyasətə dəstək verməməklə, Azərbaycan Respublikası qanunvericliyinin tələblərini pozmaqla öz hər hansısa yollarla gəlirlərini artırmaq üçün çalışmaqla cəmiyyətə ciddi fəsadlar, zərərlər verirsən, bu hal yolverilməzdir, çəkinməlisən bu yoldan. Son illərdə bu tip məmurlar cəzalandırılır cəmiyyətə bəyan edilməklə...”; “...Mən ürəyim sızıldaya-sızıldaya yazıram həmişə bizim kimi, sadə vətəndaşların bu tip rəhbərlərdən get nə istəyirsən elə, kimə istəyirsən şikayət et, onsuz da axırda mən deyən olacaq, hətta son zamanlarda bunlar o qədər şəxsi imkanlarını genişləndiriblər ki, məhkəməyə belə versən, pulumuzla həll edib səni bədbəxt edəcəyik kimi təhdidlərini açıq aydın bildirirlər...”; “...rəhbər səlahiyyətində olan şəxslərin düşüncəsi təmiz, vicdanlı, öz maraq və mənafelərini deyil Azərbaycan Respublikasının gələcək nəsillərinə miras qoyacaq bu tip müasir müəssisələrin uğurlu inkişafına dəstək olmaq...”. İddiaçının şikayətlərində göstərdiyi halların heç biri həqiqəti əks etdirmir, tamamilə yalan və uydurmadır. Onun əmək hüquqları heç bir zaman pozulmayıb və heç bir şəkildə rəhbəri tərəfindən təzyiqə, təhdidə məruz qalmayıb. İddiaçının özü də bu hallar barədə heç bir sübuta, dəlilə malik deyildir. Onun şikayətində işlətdiyi yuxarıda sadalanan ifadələr və ittihamlar dövlət orqanları qarşısında cavabdehi, onun rəhbərliyini və digər əməkdaşlarını həqiqi mənada pis vəziyyətdə qoymuş, onlara olan inam və etibarın azalmasına səbəb olmuşdur. Bütün bu ifadələr həmin şəxslərdə ciddi ruh düşkünlüyünə və depressiv vəziyyətə səbəb olmuş, onların işgüzar nüfuzlarına və karyera imkanlarına ciddi zərər yetirmişdir. Bütün bu olanlar nəticəsində isə ümumilikdə müəssisənin işgüzar nüfuzu ciddi şəkildə ləkələnmiş və qanuni mənafeyinə ciddi xələl yetirmişdir. İddiaçı bir məsələni anlamır və qəbul etmir ki, o, hüquqlarını həyata keçirərkən hüquqdan sui-istifadə etməməli və həddi aşmamalıdır. Kiminsə hüquqlarının pozulmasına səbəb olmamalı və qarşı tərəfin də konstitusion hüquqlarını gözləməlidir. Onun hüquqlarını həyata keçirməsi qarşı tərəfin hüquqlarının pozulması ilə nəticələnməməlidir. Hüquqlarını həyata keçirərkən ədalətli balansı qorumalı, mahiyyəti üzrə və yalnız dəlil-sübutlara söykənən ifadələr seçməlidir. Xüsusilə bu qəbildən olan işlərdə seçilən sözlərə, işlədilən ifadələrə xüsusi önəm verilməli, hər bir iddianın özünə aid sübut, dəlilləri olmalıdır. Əks halda bütün bunlar qarşı tərəfin işgüzar nüfuzunun pozulmasına gətirib çıxarar və şikayətçinin özü təqsirkar duruma düşər. İddiaçı əsassız, uydurma şikayətləri nəticəsində cavabdehə qarşı hüquq pozuntusu törətmiş, onun işgüzar nüfuzunu zədələmişdir. İşəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyi dedikdə isə onların qanunla müəyyən edilən və mühafizə olunan şəxsi, əmlak və işgüzar nüfuzu ilə bağlı olan hüquqları və tələbatları başa düşülür. Qeyd edilənlərə əsasən İddiaçı iddiasının təmin edilməməsi xahiş edilmişdir.

19. Məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(006)- 4953/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli, 196-k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Texniki X4 İşlər Şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının Cavabdehndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X24)

21. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən - bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, spesifik olaraq 72-ci maddənin “e” bəndinə istinad edilməklə xitam verilmişdir. Həmin bəndin məzmununda isə “işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi halının onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edildiyi” nəzərdə tutulmuşdur. Lakin hazırki işin materiallarından iddiaçı tərəfindən əmək fəaliyyəti zamanı hər hansı kobud səhvə və hüquq pozuntusuna yol verməsi halı aşkar edilməmişdir. Belə ki, cavabdeh iddiaçının müxtəlif dövlət orqanlarına ünvanladığı şikayət məktubunun məzmununda işlədilmiş bir sıra ifadələrin şirkətin, onun rəhbər vəzifəli şəxslərinin və bəzi əməkdaşlarının işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə xələl gətirdiyini hesab etmiş, buna görə də qeyd edilən əsasla iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasında və “İnsan Hüquqlarının və X9 haqqında” Avropa Konvensiyasında təsbit edilən öz fikrini sərbəst ifadə etmək, dövlət orqanlarına müraciət etmək səlahiyyəti çərçivəsində hərəkət etmiş şəxsin müraciətinə yazılanlara görə işdən azad edilməsi onun konstitusion hüquqlarının məhdudlaşdırılması anlamına gəlməlidir. Belə ki, iddiaçının göstərilən qurumlara ünvanladığı şikayət məktubunda həqiqi saydığı faktları göstərməsi əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhv və ya hüquq pozuntusu hesab edilə bilməz. Həmçinin, iddiaçının həmin şikayətləri nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi halı müvafiq qaydada sübuta yetirilməmişdir. Belə ki, həmin hal cavabdeh tərəfindən verilən əmrdə yazılmış və müvafiq qaydada əsaslandırılmamış mülahizədən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tariхli, 196-K nömrəli əmrin qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək, iddianın həmin hissədə təmin edilməsi və əmrin ləğv edilməsi qənaətinə gəlmişdir. Eyni zamanda, məhkəmə əsas tələbin təmin edilməsi barədə qənaətini nəzərə alıb, digər tələbləri də təmin etmişdir.

22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 26, 57, 60, maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü, 9-cu, 12-ci, 68-ci, 70-ci, 71-ci, 72-ci, 300-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu, 14,-cü, 88-ci, 217-ci, 218-ci və 220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə qarşı yazılı etiraza uyğun əsaslandırılmış və əlavə əsas kimi göstərilmişdir ki, məhkəmə iddia tələbini təmin edərkən gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, Azertexnolayn” MMC-nin işgüzar nüfuzu ilə bağlı ona vurulan mənəvi zərəri sübut etmək zəruri deyildir. Belə ki, qanunvericiliyin mövqeyinə əsasən mənəvi zərər hərəkət və hərəkətsizliyin edildiyi andan vurulmuş sayılır. Hazırki iş üzrə İddiaçı böhtan və heç bir əsasa söykənməyən ərizələrlə dövlət orqanlarına müraciət etməsi Cavabdeh MMC-nin işgüzar nüfuzuna ziyan vurmasını ehtiva edir. Burada ən önəmli məqam vurulan mənəvi zərərin mövcudluğunu sübut etmək deyil. Sadəcə mənəvi zərər vurmaq ehtimalı olan hərəkət və hərəkətsizliyin sübuta yetirilməsi kifayət edir ki, iddiaçının doğrudan da cavabdehin Əmək Məcəlləsinin 72 “e” bəndində nəzərdə tutulan qanuni mənafeyinə ciddi xələl gətirməsi faktının doğruluğu isbat edilsin. Məhkəmə prosesi zamanı iddiaçı iş yerində pozulmasını ehtimal etdiyi hüquqları barədə bir sıra suallar ünvanlansa da, bu suallar iddiaçı hər hansı sübuta və dəlilə əsaslanan cavablar verməkdə aciz qalmışdır. Qeyd edilən ekspert rəyi və iş materillarında olan digər sübutlar iddiaçının etdiyi və cavabdehə mənəvi zərər vurmaq ehtimalı olan hərəkəti birbaşa sübut edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçının işlədiyi zavodun müdiri ilə aralarında konflikt var idi. Hər iki tərəf e-mail vasitəsilə bir-birindən narazı olduqlarını bildirirdi. Zavod müdiri iddiaçının iş fəaliyyətinin onu qane etmədiyini bildirir, iddiaçı isə ona qarşı qərəzli münasibət göstərildiyini qeyd edirdi. O, da həmin zaman cəmiyyətdə Hüquq və İnsan Resursları departamentinin müdiri idi. Məsələ ilə əlaqədar iddiaçını ofisə dəvət etdi və söhbət zamanı ona əmək fəaliyyətinin qənaətbəxş olmadığını bildirmişdir. İddiaçı da övladlarının olduğunu və hazırda işə ehtiyacı olduğunu və zavod müdiri ilə konfliktləri olmasına baxmayaraq, işləməyə məcbur olduğunu bildirmişdir. O, da öz adından ona bildirmişdir ki, öz ərizəsi ilə işdən çıxmaq istəyirsə və maddi vəziyyətinə görə işləyirsə, rəhbərliklə danışıb öz ərizəsi ilə işdən çıxsa belə ona kompensasiyanın ödənilməsində köməklik göstərəcəkdir. Aralarında olan telefon danışığından da aydın olduğu kimi iddiaçını işdən çıxmağa məcbur edən, təhrik edən heç bir hərəkət olmamışdır. Qeyd olunanları nəzərə alınmasını və apellyasiya şikayətini təmin edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

27. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

28. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iş materiallarından da aydın görünür ki, İddiaçı işdən çıxmağı ilə bağlı müxtəlif vasitələrlə təzyiq olunmuşdur. Əmək qanunvericiliyində işçinin işdən çıxarılması ilə bağlı tələblər var. Cavabdeh tərəf qeyd edir ki, işçinin əmək fəaliyyətindən zavod müdiri narazı idi, ancaq qarşı tərəf bu halı təsdiq edən heç bir sübut təqdim edə bilmir. İddiaçı tətbiq edilmiş heç bir intizam tənbehi mövcud deyil. Qeyd olunanları nəzərə alınmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir.

29. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətb

30. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; 57-ci maddəsinin İ-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

31. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir; 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır; 187-ci maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir; 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın rədd olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

38. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əsasını nəzərə alıb, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Eyni zamanda, qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilmişdir. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulmuşdur. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilmişdir. Başqa sözlə, işəgötürən bu barədə əmrdə işçinin təqsirli davranışının nədə ifadə olunmasını (nədən ibarət olmasını) habelə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. Məcəllənin məhz 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin mümkünlüyü (qanunauyğunluğu), həmçinin konkret şərtlərin (1. işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. 2. İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı. 3. İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir.) mövcudluğundan asılı edilmişdir. Belə ki, bu şərtlərin mövcud olmaması bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsini birmənalı şəkildə istisna edir.

39. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi yanaşı Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması da işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi təsbit edilmiş, bu zaman əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilən hallar Məcəllənin 72-ci maddəsində dəqiq şəkildə müəyyən edilmişdir. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi də (72-ci maddənin “e” bəndi) bu hallara aid edilmişdir. Lakin bu bəndin məzmunundan da belə qənaətə gəlmək olur ki, işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirən kobud səhvlər və hüquq pozuntuları yalnız əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı olmalıdır.

40. İddiaçı aralarında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-nin X28 İnzibati işlər üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə isə cəmiyyətin Тeхniki X4 işlər şöbəsinə Şöbə rəisi vəzifəsinə keçirilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 196 k nömrəli əmrinə əsasən xx.xx.2022-ci il tarixindən etibarən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) xitam verilmiş, o, tutduğu vəzifədən azad edilmiş və bu barədə bildiriş elektron informasiya sistemində müvafiq qaydada qeydiyyata alınmışdır. Əmri qəbul etməkdən əvvəl iddiaçı müxtəlif instansiyalara etmiş olduğu şikayətində göstərdiyi halların araşdırılması və izahatın alınması məqsədi ilə xx.xx.2022-ci il tarixdə cəmiyyətin X21 dəvət edilmiş, lakin izahat alma prosesinin audio yazıya köçürülməsi barədə müraciətinə müsbət cavab almadığından iddiaçı şöbəyə gəlməkdən və izahat verməkdən imtina etmişdir. Cavabdehin əməkdaşları tərəfindən bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir.

41. Həmin əmrin əsaslandırıcı hissəsinə əsasən Cavabdeh MMC-nin Texniki X4 İşlər Şöbəsinin müdiri İddiaçı xx.xx.2022-ci il tarixdən etibarən müxtəlif vaxtlarda müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikasının Birinci Vitse- Prezidentinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (ombudsman), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Məhkəmə Hüquq-Şurasına, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və “Yeni Azərbaycan Partiyası”na əsassız, yalan, heç bir sübut və dəlilə əsaslanmayan, tamamilə uydurma və böhtan xarakterli ifadələrdən istifadə etməklə və şəxsi (kənar) iş həyatında yaranmış problemləri əsassız şəkildə alət etməklə Cavabdeh MMC-nin rəhbərliyi və bir sıra əməkdaşları barədə şər-böhtan xarakterli şikayətlər etmişdir. İddiaçı şikayəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Sumqayıt Regional Ərazi şöbəsində araşdırılmış və Xidmətin xx.xx.2022-ci il tarixli, 22/3020358 saylı cavab məktubunda İddiaçı bildirilmişdir ki, “xx.xx.2022-ci il tarixində X27 Xidmətinə verdiyiniz izahatda hal-hazırda Cavabdeh MMCdə işlədiyinizi, əmək haqqlarının qanunauyğun vaxtında ödənildiyini, normal əmək şəraitinin yaradıldığını, qanunauyğun iş saatlarında işlədiyinizi, bunlarla bağlı heç bir hüquqununuzun pozulmadığını və şikayətinizin olmadığını bildirmisiniz. Həmçinin, izahatda əsas tələbinizin Cəmiyyətin rəhbərliyi və vəzifəli şəxslərinin sizdən əsassız olaraq işdən öz xahişinizlə çıxmağınızla bağlı ərizə tələb etmələri və Cəmiyyətin idarə heyətinin bu barədə rəsmi məlumatlandırsanız da heç bir nəticənin olmaması ilə bağlı olduğunu qeyd etmisiniz. Həmçinin, Cəmiyyətin rəhbərliyinin X27 Xidmətinə ünvanladığı məktubda sizin hal-hazırda Cəmiyyətin rəhbərliyi ilə və digər işçilərlə normal münasibətlər çərçivəsində əmək fəaliyyətinizi davam etdirdiyiniz qeyd olunmuşdur. Razılaşmadığınız halda müraciətdə qeyd etdiyiniz məsələrlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır”. Bundan sonra İddiaçı davam edən əsassız şikayətləri nəticəsində Azərbaycan Respublikası Baş Prokurorunun Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılmış və Sumqayıt Şəhər Prokurorluğunun 21 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı işlədiyi idarədə əmək fəaliyyəti ilə bağlı hüquqlarının pozulması barədə müraciətinə Sumqayıt şəhər prokurorluğunda baxılaraq ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsinə dair hüquqları izah olunmuşdur. Daha sonra İddiaçı növbəti əsassız şikayətləri nəticəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Sumqayıt Şəhər Prokurorluğunda növbəti araşdırma aparılmış və qəbul olunmuş 19 avqust 2022-ci il tarixli qərara əsasən İddiaçı işlədiyi Cavabdeh MMC-də təhdidlərə məruz qalması, əmək münasibətləri ilə bağlı hüquqlarının pozulması və pul qarşılığında onun işdən azad olunmasının təklif olunması barədə etdiyi müraciət əsasında aparılan araşdırma zamanı cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, İddiaçı yuxarıda göstərilən müxtəlif dövlət orqanlarına ayrı-ayrı vaxtlarda etmiş olduğu əsassız, yalan, heç bir sübut və dəlilə əsaslanmayan, tamamilə uydurma və böhtan xarakterli ifadələrdən istifadə etməklə və şəxsi (kənar) iş həyatında yaranmış problemləri əsassız şəkildə alət etməklə Cavabdeh MMC-nin rəhbərliyi və bir sıra üzvlərinin dövlət orqanları və onların vəzifəli şəxsləri, habelə əməkdaşları qarşısında reputasiyalarını aşağı salmaqla (zədələməklə) işgüzar nufuzlarını ləkələmiş və qanunla qorunan mənafelərinə ciddi xələl yetirmişdir. Bununla da Cavabdeh MMC-nin Texniki X4 İşlər Şöbəsinin müdiri İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) xx.xx.2022-ci il tarixdən ləğv edilməsi zərurəti və əsası yaranmışdır.

42. Məzmun etibarı ilə iki səhifədən artıq olan bu əmrdə iddiaçının əmək funksiyasına daxil olan hər hansı işin, əmək müqaviləsi üzrə müəyyən edilmiş hər hansı öhdəliyin yerinə yetirilmədiyi, habelə əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı əmək vəzifələrindən hər hansı birini kobud şəkildə pozması, yəni kobud səhvə yol verməsi göstərilməmişdir. Halbuki, tətbiq edilmiş normanın tələbləri baxımından (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) qeyd edilənlər imperativ qaydada əmrdə göstərilməli və əmək müqaviləsinin məhz bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.

43. Lakin əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi nəinki əsaslandırılmamış, ümumiyyətlə bu barədə hər hansı fikir söylənilməmişdir. Sadəcə olaraq iddiaçının müxtəlif dövlət orqanlarına şikayət etməsi göstərilmiş, iki orqanla bağlı konkret üç hal açıqlanmış və əmr üzrə belə bir nəticəyə gəlinmişdir ki, bu şikayətlər cəmiyyətin rəhbərliyinin və bir sıra əməkdaşların işgüzar nufuzunu ləkələmiş və qanunla qorunan mənafelərinə ciddi xələl yetirmişdir. Halbuki, Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində əmək müqaviləsinin 70-ci maddənin “ç” bəndi ilə nəzərdə tutulmuş əsasla ləğv edilməsinin konkret şərti təsbit edilmişdir. Həmin maddənin 3-cü bəndində nəzərdə tutulmuş əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırmasına dair imperativ xarakterli müddəa da bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş şərtin mövcudluğu ilə bilavasitə bağlıdır. Belə ki, əsaslandırmaya dair hüquqi tələb, həmçinin, qeyd edilən şərtin reallıqda mövcud olması faktının təsdiq edilməsi məqsədini daşıyır. Lakin buna baxmayaraq, əmrdə iddiaçının müxtəlif dövlət orqanlarına əmək müqaviləsinin pozulması məzmununda şikayətlər yazmasının hansı qaydada iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması və ya cavabdehin rəhbərliyinin, habelə onun əməkdaşlarının hüquqlarına və qanunla qorunan mənafelərinə hansı formada ziyan vurması da göstərilməmişdir. Başqa sözlə, bu şikayətlər nəticəsində iş yerində nə kimi problemlərin yarandığı və nəticədə cavabdehə hansı ziyanın vurulduğu əmrdən aydın olmur. İddiaçının belə bir hallara yol verdiyi, o cümlədən işlədiyi dövr ərzində onun barəsində ümumiyyətlə hər hansı intizam tənbehinin tətbiq edildiyi məhkəmə tərəfindən də müəyyən edilməmişdir.

44. Cavabdeh əmrdə konkret olaraq iddiaçının müxtəlif dövlət orqanlarına ayrı-ayrı vaxtlarda əsassız olaraq şikayət etməsinə istinad etmiş və bu şikayətlərin cəmiyyətin rəhbərliyinin və əmək kollektivinin bir sıra üzvlərinin dövlət orqanları qarşısında reputasiyalarını aşağı salmaqla onların işgüzar nüfuzlarını ləkələdiyini və qanunla qorunan mənafelərinə ciddi xələl yetirdiyini göstərməklə, onun bu hərəkətlərini təqsirli davranış kimi qiymətləndirmişdir.

45. İddiaçı həqiqətən də müxtəlif dövlət orqanlarına cavabdehin bir sıra əməkdaşları tərəfindən təhdidlərə məruz qalması, bundan irəli gələrək əmək münasibətləri ilə bağlı hüquqlarının pozulması, o cümlədən pul qarşılığında ona işdən azad olunmasının təklif edilməsi ilə bağlı şikayətlər etmişdir. Lakin nəzərə alınmalıdır ki, bu şikayətlərdən əvvəl, iddiaçı qeyd edilən məsələlərlə bağlı cəmiyyətin rəhbərliyinə müraciət etmişdir. Belə ki, iddiaçı hələ xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə cəmiyyətin idarə heyətinin sədri Tofiq Məmmədova, xx.xx.2022-ci il tarixdə isə hazırki sədri Vüqar Məmmədova elektron poçt vasitəsi ilə məktub göndərərək, işlədiyi X6 rəhbərliyinin müxtəlif təzyiq və təsirlərinə məruz qaldığını bildirmiş və məsələ ilə bağlı onlara məlumat vermişdir. Həmin məktublar zavodun müdiri Cabbar Abbasova və Hüquq Departamentinin müdiri Vəkil2 da göndərilmişdir. Lakin həmin müraciətlərə uyğun olaraq, hər hansı tədbirin görülməsi, o cümlədən məsələnin araşdırılması barədə tapşırığın verilməsi müəyyən edilmir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akta əsasən isə müxtəlif instansiyalara edilmiş şikayətlərdə göstərilən halların araşdırılması və izahatının alınması məqsədi ilə iddiaçının Cavabdeh MMC-nin baş ofisinə dəvət edildiyi, lakin onun bütün bu prosesi audio yazı vasitəsi ilə qeydiyyata alınması barədə müraciətinə müsbət cavab verilmədiyindən sonra onun izahat verməkdən imtina etdiyi, nəticədə ondan izahatın alınmasının və məsələyə münasibətinin öyrənilməsinin mümkün olmadığı qeyd edilmişdir. Nəticə etibarı ilə araşdırma yalnız xx.xx.2022-ci il tarixdə baş tutmamış görüşdən ibarət olmuşdur. Halbuki, həqiqi niyyətin araşdırmanın aparılması və məsələyə aydınlıq gətirilməsi olduğu bir halda, habelə ona qarşı hər hansı təsir və təzyiqin olmadığının təsdiqi olaraq, iddiaçıya audio yazının aparılmasına icazənin verilməsi məqsədəmüvafiq olardı. Hər bir halda, müşahidə kameralarının və video çəkilişlərin geniş tətbiq edildiyi bir dövrdə iddiaçının bu müraciəti başadüşüləndir və onun qanunsuz kimi qiymətləndirmək və ya buna imkan verməmək üçün hər hansı əsas yoxdur. Digər tərəfdən iddiaçının şikayətləri konkret şəxslərlə bağlı olmuşdur. Bu səbəbdən şikayətlərdə adları göstərilən şəxslərin də hər hansı formada məsələyə münasibəti öyrənilməli idi. Ən azı xx.xx.2022-ci il tarixli aktda istifadə edilmiş “şikayətdə göstərilən halların araşdırılması” cümləsi bunu tələb edirdi. Başqa sözlə, “araşdırma” sözü özündə bütün tərəflərin məsələyə münasibətinin öyrənilməsi, o cümlədən izahatların alınması üzrə tədbirlərin görülməsini ehtiva edir. Lakin şikayətdə göstərilən hər hansı digər şəxsin, o cümlədən zavodun müdirinin məsələyə münasibət bildirməsini təsdiq edən hər hansı sənəd mövcud deyil. Bununla belə, iddiaçı ilk öncə hüquqlarının pozulması ilə bağlı cəmiyyətin rəhbərliyinə müraciət etmiş, daha sonra isə müxtəlif dövlət orqanlarına şikayətlər yazmağa başlamışdır.

46. Qanunvericilikdə verilmiş anlayışa uyğun olaraq, şikayət - pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət formasıdır. Hüquqi nəticə etibarı ilə iddiaçı cavabdehin əməllərini (hərəkət və hərəkətsizliyini) əmək hüquqlarının pozulması kimi qiymətləndirmiş və onların müdafiəsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respubikasının Konstitusiyasında təsbit edilmiş və öz gələcək inkişafını cari qanunvericilikdə tapmış müraciət etmək hüququndan istifadə edərək, müxtəlif dövlət orqanlarına şikayətlər etmiş, yəni pozulduğunu iddia etdiyi hüquqlarını bu üsulla müdafiə etmişdir. Məhz bu konstitusion hüququn daha səmərəli tətbiq edilməsinin təmini məqsədi ilə müraciətlərə görə vətəndaşın təqib edilməsinin qanunvericilik səviyyəsində qadağa edilməsi də təsbit edilmişdir. Qeyd edilənlər öz növbəsində iddiaçının bu hərəkətlərinin, heç bir, o cümlədən şikayətlərdə göstərilən xüsusatların aparılmış araşdırma zamanı sonradan öz təsdiqini tapmadığı halda belə, cavabdehin və onun əməkdaşlarının işgüzar nüfuzunu ləkələyən və qanunla qorunan mənafeyini ciddi xələl gətirən hüquqa zidd əməl kimi qiymətləndirilməsi və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) ləğv edilməsi üçün əsas yaratmır. Bu səbəbdən əmrdə qeyd edilənlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması kimi qiymətləndirilə bilməz. Belə bir halın mövcudluğu (əmrin əsaslandırılmaması) artıq qeyd edilən əmrin ləğv edilməsi üçün əsas yaradır.

47. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli əmr qəbul edilərkən Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, həmin maddənin tələbləri baxımından əmrin xx.xx.2022-ci il tarixdə qəbul edilməsi iddiaçının ən geci xx.xx.2022-ci il tarixdə pozuntuya yol verdiyini ehtiva edir. Lakin əmrdə iddiaçının xx.xx.2022-ci il tarixdən etibarən müxtəlif vaxtlarda müxtəlif dövlət orqanlarına şikayətlər etdiyi göstərilmişdir. Cavabdeh tərəfindən X27 Xidməti Sumqayıt Regional ərazi idarəsinə xx.xx.2022-ci il tarixdə məktub ünvanlaması, iddiaçının xx.xx.2022-ci il tarixdə müxtəlif instansiyalara etdiyi şikayətdə göstərdiyi halların araşdırılması üçün iddiaçının xx.xx.2022-ci il tarixdə cəmiyyətin Baş Ofisinə dəvət olunması (xx.xx.2022-ci il tarixli akt), habelə Sumqayıt Şəhər Prokurorluğunun cavabdehə xx.xx.2022-ci il tarixdə məktub ünvanlaması cavabdehin iddiaçının bu hərəkətləri barədə xx.xx.2022-ci il tarixdən əvvəl də məlumatlı olduğunu, yəni pozuntu (nöqsan) kimi qiymətləndirdiyi hərəkətlərini aşkar etdiyini təsdiq edir. Bu da öz növbəsində xx.xx.2022-ci il tarixədək aşkar edilmiş nöqsanlarla (hər halda, cavabdeh bunu nöqsan hesab edir) bağlı iddiaçıya intizam tənbehinin verilməsini istisna edir, verilmiş tənbehi isə qanunsuz hesab edilməsi üçün əsas yaradır. Bununla belə, bu baxımdan da əmr (tarix baxımından Sumqayıt Şəhər Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə bağlı hissəsi istisna olmaqla) əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir.

48. Məhkəmə kollegiyasının bu qənaəti cəmiyyətin rəhbərliyinin və onun əməkdaşlarının həmin şikayət ərizələrində göstərilmiş hallarla bağlı şərəf və ləyaqətin, habelə işgüzar nüfuzun müdafiəsi tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. Nəticə etibarı ilə cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 215 nömrəli mütəxəssis rəyi də məhz bu hallarla bağlıdır. Cavabdeh tərəf özü də həm iddiaya qarşı yazılı etirazında, həm də apellyasiya şikayətində iddiaçının şikayətləri nəticəsində cəmiyyətin əməkdaşlarının şərəf və ləyaqətin ləkələnməsini, habelə onlara mənəvi zərərin vurulmasını bildirir. Bu halın özü də əmr üzrə tətbiq edilmiş maddə ilə əmək müqaviləsinə xitam verilməsini istisna edir.

49. Bununla belə, məhkəmə kollegiyası əmək qanunvericiliyinin tələbləri baxımından xx.xx.2022-ci il tarixli əmri nəzərdən keçirib, onun məzmununa hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı ilə bağlanmış Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə istinad edilməklə) ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Əmrdə göstərilənlər ümumiyyətlə qeyd edilən maddələrin tərkibini yaratmır. Bu baxımdan əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin əmri ləğv etmiş və bu qənaətinə uyğun olaraq, iddiaçını tutduğu vəzifəsinə bərpa etməklə məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.

50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392- 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, e-2(006)- 4953/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fuad Abdıyev Hakimlər: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar