Məhkəmə qərarları › İş №2(103)-1817/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1817/2021

02.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1817/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh X3, onun və Cavabdeh2 vəkili X6, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 özbaşınalığa son qoyulması, zəbt etdiyi torpaq sahəsi azad etməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi, vurulmuş maddi-mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pulun tutulması, cavabdeh X3 özbaşnalığına və ona aid olmayan eyni zamanda vaxtı ötmüş sənədlərdən istiffadə etmə hərəkətlərinə hüquqi qiymət verilərək, bu fakt üzrə cinayət işi başlanılaraq araşdırılması üçün prokurorluğa göndərilməsi, Cavabdeh2 mübahisəli torpaq sahəsinə hər hansı hüquqa müəyyənedici sənədinin təqdim etməsinin tələb olunması və onun öz hüquqlarının X5 etibar edib-etməməsinin müəyyənləşdirilməsi, üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən mübahisəli torpaq sahəsinin kimə məxsus olması barədə rəsmi arayış alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı razılığı ilə onu əsl X1 ilə əvəz etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsinin X4 ayrılmış torpaq sahəsinə bitişik vəziyyətdə olmaqla, qonşuluqda yerləşdiyini və həmsərhəd olduğunu, onun istifadə və sahibliyində olan torpaq sahəsinin cavabdehlər X8 və Cavabdeh2 tərəfindən zəbt edilmədiyini bildirmiş və hazırki iddiadan imtina etdiyini vurğulayaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 113/2020 saylı qərardadına əsasən X1nun iddiadan imtinasının qəbul edilməsi, X1nun cavabdehlər X8 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X7 iş üzrə qarşı tərəfin təzyiqləri və onu maddi cəhətdən maraqlandırmaqları səbəbindən iddiadan imtina etmişdir. S.N.Sahibxanov iddiasından imtina etsə də, o, iddiasından imtina etmir və xahiş edir ki, onun iddiası üzrə məhkəmə araşdırması davam etdirilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs İddiaçı şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X8, onun və Cavabdeh2 vəkili X9 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, X1nun iddiadan imtina etməsi qanuna uyğun təqdim edildiyindən, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, onun iddiadan imtinası birinci instansiya məhkməsi tərəfindən qanunvericiliyin tələblərinə tam uyğun olmaqla, qəbul edilmişdir. Kollegiya eləcə də, apellyatorun S.N.Sahibxanov iddiasından imtina etsə də, onun iddiadan imtina etmədiyi və onun iddiası üzrə məhkəmə araşdırmasnın davam etdirilməsi barədə şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi, məhkəmə məhz İddiaçı razılığı ilə onu əsl X1 ilə əvəz etmişdir. Ona görə də onun iş üzrə hər hansısa bir iddiasının olması barədə dəlilləri tamamilə əsassızdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı sayaraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar