Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1823/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə)xxEyvazov Rafael Əmir oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdəxxhakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyixxiddiaçının nümayəndəsi vəkil X8xxcavabdehin nümayəndəsi vəkil X9 iştirakları iləxxiddiaçı X14 Cavabdeh qarşı "pulun tutulması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2044/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı X14 nümayəndəsi vəkil NümayəndəxxCavabdeh nümayəndəsi vəkil X16 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X21 Cavabdeh qarşı “öhdəliyin icra olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh götürdüyü öhdəliyə əsasən Bakı şəhərixxYasamal rayonuxxHəsənbəy Zərdabi prospektixx190BxxM 16xx1 saylı mənzilinxxBakı şəhərixxPirallahı rayonuxxDübəndi bağ sahəsixx14-cü cənub küçəsixx“Dostluq" b/y-nin 30 saylı bağ sahəsinin və “Mercedes Benz ML 350” markalıxx**- HN-*** dövlət qeydiyyat nişanlı avtomaşının onun adına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı dövründə iddiaçı X21 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh mənzil və torpağa görə 147350 manat və “Mercedes Benz ML 350” markalıxx**-HN-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə 14500 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq) Azərbaycan manatı ilə 24650 (iyirmi dörd min altı yüz əlli manat)xxümumilikdə 172000 (yüz yetmiş iki min) manat məbləğində vurulmuş zərərin tutularaq ona ödənilməsi və tələbin Cavabdeh mülkiyyətində olan əmlaklara yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir (səh.44). Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 367-xx-xx-2016-HR-FE saylı təminatlı kredit müqaviləsindən görünür kixxBakı şəhərixxYasamal rayonuxxHəsənbəy Zərdabi prospektixx3166 məhəllə ünvanında B binasındaxx16 mərtəbəxx6 №-li 2 otaqlı mənzilinə görə borcalan 107350 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür (səh.57); “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixlixx000864 nömrəli payçı müqaviləsinin 1.1 və 1.2-ci bəndlərinə əsasənxx“MTK” pay qismində çıxış edən Bakı şəhərixxYasamal rayonuxxHəsənbəy Zərdabi prospektixxB binasındaxxblok 1,16 mərtəbəxx1 nömrəlixx2 otaqlı mənzili tikib “payçı”nın mülkiyyətinə verməyixxpayçı isə mənzil üzrə tələb olunan bütün ödənişləri “xxxx” MTK-ya verməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1xx2.2 ,2.3 və 2.4-cü bəndlərinə görə mənzilin ümumi sahəsi 68,2 kv.m təşkil edirxxmənzilin ümumi dəyəri 119350 manat təşkil edirxxmüqavilənin ilkin ödənişi 10,05%xxyəni 12000 manat təşkil edirxx“payçı” müqavilə qiymətinin qalan 89,95 faizxxyəni 107350 manat olan məbləğini “payçı”xx“MTK” və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Abşeron filialı arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür (səh.89); “xxxx” MTK ilə X21 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 1048 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasənxxsatıcı - "xxxx” MTK Bakı şəhərixxYasamal rayonuxxHəsənbəy Zərdabi prospektixx3166 məhəllə ünvanında B binasındaxx16 mərtəbəxx6№-li 2 otaqlı mənzili sifarişçiyə təhvil verməyixxsifariçi isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 110000 manat təşkil edir (səh.96); “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş mədaxil qəbzlərinin surətindən Cavabdeh ipoteka krediti ödənişi olaraq Bankın hesabına 59977 manat və 48000 manat pul köçürmüşdür (səh.55) “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Abşeron filialı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışa əsasənxxCavabdeh xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi üzrə 107350 manat məbləğində borcunu tam ödəmiş və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC Abşeron filialı qarşısında həmin kredit müqaviləsi üzrə heç bir ödənilməmiş öhdəliyi qalmamışdır (səh.101); xx.xx.2016-cı il tarixli ********* nömrəli mənzilin təhvil-təslim aktına əsasənxx"MTK” ilə “Alıcı" arasında bağlanmış xx.xx.20xx xxxxxxx 000864 saylı alqı-satqı müqaviləsinə əsasən “MTK” Bakı şəhərixxYasamal rayonuxxH.Zərdabi prospektixx3166-cı məhəllə ünvanında yerləşən 190B-M16-m1 saylı mənzili 3 (üç) ədəd açarı ilə birlikdə Alıcının istifadəsinə verdixx“Alıcı” isə təhvil aldı. “Alıcı”nın təhvil verilən mənzilin müqavilə ilə müəyyən edilmiş şərtlərə tam uyğun olmasıxxmənzilin ümumi vəziyyətixxmənzilin təmirixxmənzildə quraşdırılmış avadanlıqlar və təmir zamanı istifadə edilmiş materialların keyfiyyəti və kəmiyyəti ilə bağlı hər hansı bir iddiasıxxetirazıxxpretenziyası və tələbi yoxdur (səh.56); ünvan 3 ünvanında yerləşən mənzil xx xxxxxx 2017-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2591 nömrəli reyestr kitabının 241337 nömrəli vərəqində qeydiyyata alınmışdır (səh.10; 124); X5 mülkiyyətində olan Dübəndi qəsəbəsixx“Dostluq” b/y-nın 11-ci bölməxx14-cü cənub küçəsixx30/31 saylı bağ sahəsinin bir hissəsi ünvanında yerləşən 0.05 hektar torpaq sahəsi və Mehdiyev Zakir Möysüm oğlunun mülkiyyətində olan Dübəndi qəsəbəsixx14-cü cənub küçəsixxDostluq” b/y-nın 11-ci bölməxx14-cü cənub küçəsixx30/31 saylı bağ sahəsi ünvanında yerləşənxxümumi sahəsi 0.05 hektar torpaq sahəsi alqı-satqı müqavilələri əsasında xx.xx.2017-ci il tarixdə “Dostluq" b/y-nın 30 nömrəli bağ sahəsi kimi (yeni ünvan) Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdırxxhazırda mülkiyyətindədir (səh.11,128); “Mercedes Benz ML 350” markalıxx**-HN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2010- cu il tarixli şəhadətnaməyə əsasən X4 adına qeydiyyata alınmışxxoxxxx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsinə əsasən həmin avtomaşını Cavabdeh satmışxxxx.xx.2016-cı il tarixdə həmin avtomaşına dair Cavabdeh adına şəhadətnamə verilmişxxxx.xx.2016-cı il tarixdə Cavabdeh X17 həmin avtomobilə dair etibarnamə vermişxxxx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh həmin avtomaşını X2 və həmin tarixdə X6 adına şəhadətnamə verilmişdir (səh.12,114); Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1168/2019 saylıxxxx.xx.2019-cu il tarixli qətnaməsi ilə X21 ünvan 46xxm 1 ünvanında yerləşən mənzildən çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9442/2019 saylıxxxx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-1168/2019 saylıxxxx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (səh.86). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2044/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişxxCavabdeh Bakı şəhərixxYasamal rayonuxxHəsənbəy Zərdabi prospektixx190BxxM 16xx1 saylı ünvanda yerləşən mənzilə görə 119350 manat və Bakı şəhərixxPirallahı rayonuxxDübəndi bağ sahəsixx14-cü cənub küçəsixx“Dostluq” b/y-nin 30 saylı bağ sahəsinə görə ödənilmiş 24000 manatxxümumilikdə 143350 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X17 ödənilməsixxödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməsixxiddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14xx21xx560xx1091xx1095; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14xx119xx217xx218xx265-ci maddələrinə; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinə istinad edərək qeyd edilmişdir kixxcavabdehin Yasamal rayon məhkəməsinə “evdən çıxarılma” tələbi ilə 2019-cu ilin yanvar ayında müraciət etdiyi zaman iddiaçıya məlum olmuşdur kixxCavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi əmlakı qaytarmaq niyyəti olmamış və bu səbəbdən 2019-cu ilin iyun ayında hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göründüyü kimixxəsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı üç şərt: cavabdehin əmlak əldə etməsixxbunu iddiaçının əmlakı hesabına əldə etməsi və bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması müəyyən edilməlidir. Hazırki halda məhkəmə sərbəst daxili inamınaxxhəmçinin işin müəyyən edilmiş hallarınaxxməhkəmə iclasında tərəflərin verdiyi izahatlar və şahid ifadəsinə əsasən hesab edir kixxBakı şəhərixxYasamal rayonuxxHəsənbəy Zərdabi prospektixx190BxxM 16xx1 saylı mənzilin və Bakı şəhərixxPirallahı rayonuxxDübəndi bağ sahəsixx14-cü cənub küçəsixx“Dostluq” b/y-nin 30 saylı bağ sahəsinin dəyəri X21 tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq həmin daşınmaz əmlaklar formal olaraq cavabdehin adına rəsmiləşdirilmişxxvə bununla da oxxsonuncunu əmlakından məhrum etmiş və onun hesabına əsassız varlanmışxxonun hüququnu pozmaqla ona torpaq sahəsinin və mənzilin dəyəri miqdarında maddi zərər vurmuşdur. Mübahisə predmeti olan mənzil və torpaq sahəsi alınarkən iddiaçıya bildirilmişdir kixxəcnəbi olduğu üçün mənzilin kreditlə ona satılması qanunvericiliklə mümkün deyildir. Torpaq sahəsi isə əcnəbilərin mülkiyyətində ola bilməz. Yanlız evin ödənişi ya tam edilməlidir və ya hansısa Azərbaycan vətəndaşının adına kreditə verilə bilər və məbləğ tam ödəndikdən sonra mənzil onun adına keçirilə bilər. İddiaçının Məhkəməyə təqdim edilmiş sənədlərdən məlum olur kixxiddiaçı mənzilin təmirinə vəsait xərcləmişxxhəmin mənzilin sahibi odur və sadəcə mənzil kredit yolu ilə alındığı üçün zərurətdən cavabdehin adına sənədləşdirilmiş və çıxarış alınmışdır. X27 sözügedən ev və torpağı özü üçün almaq istədiyixxcavabdehin isə onun bu güvənindən sui- istifadə etdiyi ifadə edilmişxxçünki qeyd olunan bu əşyalar bağışlamaq niyyəti ilə Cavabdeh adına rəsmiləşdirilməmişdir. İddiaçı öz vəsaiti hesabına əldə etdiyi əmlakların daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını cavabdehə vermək niyyətində olmamışdırxxeləcədə cavabdehin həmin mənzilin əldə edilməsində heç bir formada iştirak etməməsi aydındır. Cavabdehin heç bir xüsusi gəlir gətirən bir fəaliyyətlə məşğul olduğunu təsdiq edən sübut olmadığı kimixxbelə fəaliyyətlə məşğul olduğuna dair ümumiyyətlə hər hansı bir iddia da yoxdur. Yəni cavabdehin xüsusi gəlir gətirən bir fəaliyyətlə məşğul olmadığı işin mübahisəsiz halıdır. Faktiki vəziyyət belə olduğu halda 1 ildən də az bir müddət ərzində cavabdehin evxxtorpaq və avtomobil alması iddiaçının iddialarının doğruluğuna dəlalət edir. Üstəlik nəzərə alsaq kixxbu qədər qısa müddət ərzində əmlakların əldə edilməsi məhz tərəflər arasında yaxın münasibətlər başladıqdan sonra baş vermişdirxxonda iddia tələbinin işin halları ilə uyğunluğu daha bariz halda görünür. Bundan başqa X35 Həsənovanın atası Əhməd Həsənova Bakı şəhərixxPirallahı rayonuxxDübəndi bağ sahəsixx14-cü cənub küçəsixx“Dostluq” b/y-nin 30 saylı ünvanda yerləşən bağ sahəsinin alınması üçün 28000 manat pul vermiş və həmin pulun verilməsi X32 Həsənov arasında aparılmış “Whatsapp” yazışmaları ilə sübut olunur. İddiaçının hüququnun pozulması nəticəsində oxxözü üçün əldə etdiyini düşündüyü evdən və torpaq sahəsindən məhrum olduğundan ona vurulmuş zərər həmin ev və torpaq sahəsinə bərabər əmlakı əldə etməsi üçün zəruri olan miqdara bərabərdir. Daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən məhkəməyə təqdim olunmuş alqı-satqı müqavilələrinə əsasən mübahisə predmeti olan və Cavabdeh mülkiyyətində olan Bakı şəhərixxYasamal rayonuxxHəsənbəy Zərdabi prospektixx190BxxM 16xx1 saylı ünvanda yerləşən mənzilin alqı-satqı qiymətinin 119350 manat və Bakı şəhərixxPirallahı rayonuxxDübəndi bağ sahəsixx14-cü cənub küçəsixx“Dostluq” b/y-nin 30 saylı bağ sahəsinin alqı-satqı qiymətinin 24000 manat təşkil etməsi göstərilmişdir. Həmin məbləğdə pul vəsaitləri cavabdedən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının “Mercedes Benz ML 350” markalıxx**-HN-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə 14500 ABŞ dolları (həmin günün məzənnəsinə uyğun olaraq) Azərbaycan manatı ilə 24650 manat məbləğində pulun ona qaytarılması hissəsində rədd edilməsi qənaətinə gəlir. Belə kixxiddiaçı iddia tələbində və izahatında “xx xxxx 2016-cı il tarixdə X23 (qeydiyyat sənədləri X4 adına olmuşdur) 14500 ABŞ dollarına avtomaşınını öz vəsaiti hesabına aldığınıxxhəmin dövrlərdə oxxişləri ilə əlaqədar tez-tez xaricə gedib gəldiyi üçün alqısatqıya getməyə imkanının olmadığınıxxxarici vətəndaş olduğuna görə müəyyən müddətdən bir Miqrasiya Xidmətində qeydiyyatdan keçdiyinixxmüvəqqəti yaşamaq icazəsindən başqa nəqliyyat vasitəsinin də sənədləri də dəyişdirməli olacağınıxxhər dəfə bu proseduru keçməmək üçün və cavabdehlə ailə quracağından ona etibar etdiyinə görə maşını cavabdehin adına sənədləşdirilməsinə razılıq verdiyini göstərsə dəxxiddiaçı həmin hissədə tələbini əsaslandıracaq hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının gətirdiyi dəlillər cavabdehin avtomaşın hissəsində əsassız varlanmasına dəlalət etmir və iddiaçı xarici vətəndaş olmasına baxmayaraq nəqliyyat vasitəsini öz adına almaq imkanı olmuşdur. İddianın “tələbin Cavabdeh mülkiyyətində olan əmlaklara yönəldilməsi” hissəsi ilə bağlı məhkəmə vurğulayır kixxtələbə məhkəmə qaydasında baxılmalı olmadığından icra icraatı qaydasında baxılıb həll edilməlidir.İşdə iştirak edən şəxslərin bildirməsindən asılı olmayaraqxxməhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasının məqsədi tərəflərin və ya digər şəxslərin hərəkətlərindəki cinayətin əlamətlərinin prokurorun diqqətinə çatdırılmasıdır. Lakin mülki işin araşdırılması zamanı xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir kixxCavabdeh barəsində xüsusi qərardad çıxarılmasına kifayət qədər əsas yoxdur. İddiaçı X14 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərəkxxBakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2044/2019 saylıxxxx.xx.2019-cu il tarixli Qətnaməsini təmin edilməmiş hissəsində ləğv edərəkxxiddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 385-ci maddəsinə istinadən qeyd edilmişdir kixxMəhkəmənin qətnaməsi avtomobilə münasibətdə düzgün qiymətləndirilməmiş ona görə dəxxhəmin qətnamə üzrə iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi və işin obyektiv həll edilməsi üçün apellyasiya şikayəti vermək zərurəti yaranmışdır. Məhkəmə işə baxarkən avtomaşının əldə olunması və hansı əsaslarla cavabdehin adına alınması halları barədə əhəmiyyət kəsb edən faktlara düzgün hüquqi qiymət verməmişdir. Belə kixxhəmin avtomobil hələ Cavabdeh adına rəsmiiəşdirilmədən əvvəl Serin Fatihin adına xx xxxx 2016-cı il tarixdə avtomobilin birinci sahibi X12 tərəfindən etibarnamə verilmişdir. Yəni bu fakt təsdiq edir kixxartıq həmin avtomobil faktiki olaraq xx.xx.2019-cu il tarixdən Serin Fatihə məxsus olmuşdur. Lakin iddiaçının birinci instansiya məhkəməsində izahatında göstərdiyi kimi xarici vətəndaş olduğu üçün BDYP-i tərəfindən əcnəbilərə yerli müvəqqəti sürücülük vəsiqəsi və qeydiyyat şəhadətnaməsi bir il müddətinə verildiyi üçün və X7 tanımadığı üçün avtomobili xx.xx.2016-cı il tarixdə Cavabdeh adına rəsmiləşdirmişlər. Rəsmiləşdirmə prosesini X4 adından etibarnamə əsasında X15 aparmış və məhkəməyə verdiyi izahatında qeyd etmişdir kixxsənədləri Serin Fatihə təqdim edərək avtomobilə görə 14100 ABŞ dollarını ondan almışxxəvvəl isə beh şəklində 400 ABŞ dollarında yenə Serin Fatihdən almışdır. Ümumiyyətlə alqı-satqı prosesində Cavabdeh iştirak etməmişdir. Sual yaranır kixxniyə hələ avtomobil Cavabdeh adına rəsmiiəşdirilmədən əvvəlxxX24 Türkan tərəfindən verilmiş etibarnamə əsasında iddiaçı tərəfindən idarə olunmuşdur? Əgər cavabdehin vəkilinin məhkəmədə verdiyi izahatındakı kimi avtomobil Həsənova Aysələ məxsus idisəxxniyə Abbasova Türkan cavabdehin adına deyilxxiddiaçının adına etibarnamə vermişdir. Əlbəttə kixxavtomobil Serin Fatih tərəfindən alınmışdır. Lakin yuxarıda göstərilən səbəblərdən cavabdehin adına rəsmiləşdirilmişdir. Məhkəməyə təqdim olunmuş sübutlardan görünür kixxhansı hallara əsasən avtomobil Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçı tərəfindən məhkəməyə verildiyini bildikdən sonra avtomobili xx.xx.2019-cu il tarixdə alqısatqı müqaviləsi əsasında 23000 manat dəyərində atası X1. Cavabdehin bu hərəkəti təsdiq edir kixxo Serin Fatihin əmlakını ələ keçirmiş və atası ilə bu əqdi bağlamaqla öhdəlikdən yayınmaq manevri etmişdir. Həmçinin məhkəməyə təqdim olunmuş sənədlərdən görünür kixxcavabdeh heç bir yerdə işləməmiş iddiaçının əcnəbi olmasındanxxyerli qanunları bilməməsindən istifadə edərək əsassız varlanmışdır. Aralarında olan öhdəliyi icra etməyərək iddiaçının hüquqlarını pozmuşdur. Birinci instansiya məhkəməsində dəfələrlə cavabdeh tərəfin vəkilinə təklif olunmuşdur kixxCavabdeh məhkəməyə dəvət olunaraq özü qeyd olunan hallarla bağlı münasibət bildirsin. Lakin cavabdehin vəkili məkəməyə bildirmişdir kixxCavabdeh xaricdədirxxona görə də gələ bilmir. Lakin xx.xx.2019-cu il tarixli altı-satqı müqaviləsindən görünür kixxo ölkədə olmuşxxlakin məhkəməyə gəlməmişdir. Bundan başqa cavabdehin atasının məhkəməyə dəvət olunması üçün vəsatət verilmişxxməhkəmə X11 dəvət etsə dəxxoxxməhkəməyə gəlməmişdir. İş materiallarında olan faktlara və sübutlara baxmayaraq iddianın təmin edilməmiş hissəsində obyektiv nəticəyə gəlinməmişdir. Cavabdeh nümayəndəsi vəkil X16 apellyasiya şikayəti verərəkxxBakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2044/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MMin 152; MPM-in 360xx386-cı maddələrinə istinadən qeyd edilmişdir kixxməhkəmə qətnamədə iddiaçının hansı əmlakları öz adma almasının mümkünlüyünə əsaslanır. Məhkəmə qətnaməsində hakim X31 Ersanın mənzili öz adına almaq imkanı olduğu təqdirdə niyə məhz Cavabdeh adına almasını məntiqə uyğun əsaslandıra bilməmişdir. Məhkəmə baxışı zamanı iddiaçı dəfələrlə xarici vətəndaşlara mənzil almağın mümkün olmamasına və ya banklardan kreditin məhz Azərbaycan Respublikası vətəndaşlarının adına verilməsinə istinad etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən Bakı şəhərixxYasamal rayonuxxHəsənbəy Zərdabi prospektixx190BxxM 16xx6 saylı mənzil Serin Fatihin adma qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Burdan belə nəticəyə gəlmək olar kixxiddiaçının mənzili başqa şəxsin adına alması kimi bəhanələri əsassızdır. Belə kixxxarici vətəndaşlara Azərbaycan Respublikasında mənzil alınmasında və ya banklardan kredit götürülməsində hər hansı məhdudiyyət yoxdur. Eyni bəhanələr Bakı şəhərixxPirallahı rayonuxxDübəndi bağ sahəsixx14-cü cənub küçəsixx“Dostluq” b/y-nin 30 saylı bağ sahəsi və “Mercedes-Benz ML 350” markalıxx90-EİN-520 dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə qeyd edilmişdir. Bundan başqa “xxxx” MTK və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə bağlanmış müqavilələrxxödəniş qəbzləri məhkəməyə təqdim edilmişdir. Təbii kixxbütün təqdim edilən sübutlar mülkiyyətində olan əmlakların tərəfindən alınmasının təsdiqidir. Bütün bu sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq hakim öz daxili inamını əsas gətirərək əsassız bir qətnamə qəbul etmişdir. İddiaçının gəlirlərinin məbləği məhkəməyə məlum olmadan iddiaçının sözləri mötəbər sübut kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Serin Fatihin fərdi sahibkar olaraq xx.xx.2009-cu il tarixdən vergi orqanında qeydiyyatda olması göstərilmişdir. Halbukixxqətnamədə X34 “Delta GLB” şirkətinin Azərbaycan nümayəndəliyində direktor olaraq 2012-ci ildən 2016-cı ilin yay aylarına qədər işlədiyini və soma fiziki şəxs olaraq fəaliyyət göstərdiyini bildirmişdir. Məktubun məzmunundan göründüyü kimi Serin Fatih məhkəməyə səhv məlumat vermişdir. Yuxarıda sadalananlardan göründüyü kimi X33 formal olaraq vergi qeydiyyatında olduğu məhkəmənin nəzərinə çatdırılmışdır. Məhkəmə bütün bunları nəzərə almaqla iddiaçının qazancının olub-olmamasını müəyyən etmədən ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə təqdim edilmiş mötəbər sübutlara deyilxxyalnız iddiaçının və şahidlərinin izahatlarına istinad etmişdir. Mübahisə predmetləri olan daşınar və daşınmaz əmlakların heç birinə aid hissədə X31 Ersanın həmin əmlaklar üçün pul ödənişini təsdiq edən sübut məhkəmə araşdırması zamanı təqdim edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsində istinad edilən hallar sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X18 öz apellyasiya şikayətini müdafiə edərəkxxmübahisəli əmlakların iddiaçının vəsaiti hesabına alındığınıxxcavabdehin öz maddi imkanının olmadığınıxxməcbur olub evi kreditlə götürdüyünüxxbanka rəsmi müraciət etmədiyi üçün bankın ona rəsmi imtina məktubunun vermədiyinixxamma xarici vətəndaş olduğu üçün bankdan pul götürməyin çətin olduğunuxxona görə əmlakı etibar etdiyi Cavabdeh adına özəlləşdirdiyinixxhal-hazırda Fatihin mübahisəli mənzildə uşaqları ilə yaşadığınıxxAyselin Türkiyə Respublikasında yaşadığınıxxtərəflərin arasında şəxsi münasibətlərinin olduğunuxxtərəflərin ailə qurmaq istədiklərinixxəmlakı öz adına keçirtdikdən sonra cavabdhin münasibətlərini pozduğunu bildirmiş və apellyasiya şikayətin təmin edilməsinixxqarşı tərəfin şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X16 öz apellyasiya şikayətini müdafiə edərəkxxiddiaçının maddi imkanı olmadığı üçün öz adına mülk ala bilmədiyini bildirsə dəxxƏmlak Komitəsinə sorğu göndərildiyinixxmübahisəli mənzil alındıqdan sonra iddiaçının öz adına Bakı şəhərində ev aldığınıxxmübahisəli mənzilə dair bütün sənədlərinxxqəbzlərin Ayselin adına olduğunuxxiddiaçının şirkət rəhbərixxtəsisçi olmadığının bəlli olduğunuxxtərəflərin arasında ər-arvad münasibətlərinin olmadığınıxxbirgə təsərrüfat aparmadıqlarını bildirmişxxapellyasiya şikayətin təmin edilməsinixxqarşı tərəfin şikayətin rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiyasının 13,29; MM-nin 6xx9xx14xx16-18xx21xx135-158; MPM-in 14xx77xx88xx217xx372xx385xx386xx388xx389 və 390-cı maddələrinə istinadən hesab edir kixxbirinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindənxxhabelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən iddia tərəfin apellyasiyası rəddxxcavabdeh tərəfin apellyasiyası təmin edilməkləxxqətnamə ləğv edilməlixxbirinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni – iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Diqqətə çatdırılmalıdır kixxmötəbərliyi baxımından tərəflər arasında başqa sübut növü ilə təsdiq edilməsi mümkün olmayan müqaviləxxqəbz və ya digər yazılı sübut təqdim edilməmişxxcavabdehin cinayət təqibi qaydasında təsbitlənən və ya mülki münasibətlərdən irəli gələn təqsirli və hüquqa zidd əməllərinə dair sübutlar təqdim edilməmişxxmülki dövriyyədə olan əmlaklar mülki icraat qaydasında mübahisələndirilməmiş və onların cavabdehin adına rəsmi reyestrdə qeydiyyatlarının etibarsızlığını müəyyən edən hallar aşkar edilməmişdir. Serin Fatihin sözügedən ev və torpağı özü üçün almaq istədiyixxcavabdehin isə onun bu güvənindən sui-istifadə etdiyixxəşyalar bağışlamaq niyyəti ilə Cavabdeh adına rəsmiləşdirilməməsixxcavabdehin xüsusi gəlir gətirən bir fəaliyyətlə məşğul olmadığıxxbir ildən də az bir müddət ərzində cavabdehin evxxtorpaq və avtomobil almasıxxbu qədər qısa müddət ərzində əmlakların əldə edilməsi məhz tərəflər arasında yaxın münasibətlər başladıqdan sonra baş vermiş olması kimi məhkəmənin ehtimallara və yalnız daxili inama əsasən qənaətə gəlməsi mülki hüququn prinsiplərinə ziddir. Mübahisə predmetləri olan daşınar və daşınmaz əmlakların heç birinə aid hissədə iddiaçının pul ödənişini təsdiq edən sübut təqdim edilmədiyi haldaxxdövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına ziddxxvə yalnız şahid ifadələrinə istinadənxxtərəflərin öz risk dairəsinə aid şəxsi hüquqlarına (azadlıq və vəzifələrinə) və demokratik cəmiyyətdə mülki dövriyyənin azadlığına əsassız müdaxilə yolverilməzdir. Kollegiya hesab edir kixxxüsusi tələblər olmadığından məhkəmələrə müraciətlərlə bağlı dövlət rüsumları qismində məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382xx384xx392xx393 və 402-406-cı maddələrini rəhbər tutaraqxxməhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X14 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti rədd edilsin. Cavabdeh nümayəndəsi vəkil X9 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2044/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X14 Cavabdeh qarşı "pulun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1823/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1823/2020
04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver