Məhkəmə qərarları › İş №2(103)-1824/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1824/2021

04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1824/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı «xxxx» QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ASC-nin ilkin iddia üzrə cavabdehlər İddiaçı2 və Vəliyeva Leyla Müzəffər qızına qarşı müqavilənin ləğv edilməsi. kreditin, faizlərin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair ilkin iddia ərizəsi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı2 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ASC-nə və qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinə qarşı qarşı tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-324/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, İddiaçı1 ASC ilə cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME395853 saylı kredit müqaviləsi və həmin müqavilənin restruktizasiyasına dair xx.xx.2015-ci il tarixli Razılaşmanın ləğv edilməsi, cavabdeh İddiaçı2 66459,51 (altmış altı min dörd yüz əlli doqquz manat əlli bir qəpik) manat əsas borc, 15466,10 (on beş min dörd yüz altmış altı manat on qəpik) manat faiz borcu olmaqla, 200 (iki yüz) manat cərimə borcu, cəmi 82125,61 (səksən iki min yüz iyirmi beş manat altmış bir qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının iddiaçı olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, iddia tələbi cavabdeh İddiaçı2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində 0,0278 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilərək, açıq hərracda satılması, Abşeron rayonu, Masazır kəndində 0,0278 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğin kredit məbləğinin ödənilməsinə yönəldilməsi, iddiaçının tələbi ödənildikdən sonra Abşeron rayonu, Masazır kəndində 0,0278 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh İddiaçı2 verilməsi, İpoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ ümumi qaydada cavabdeh İddiaçı2 tutulması, İpoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində 0,0278 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olaraq 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddia qalan hissədə və qarşılıqlı iddia tələbi təmin edilməmişdir. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə cavabdehlər İddiaçı2 və Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi və ipoteka predimetinə tutmanın yönəldilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ASC ilə cavabdeh İddiaçı2 ara-sında bağlanmış xx.xx.2013-cü il tarixli 040HOME395853 №-li kredit müqaviləsinin vəhəmin müqavilənin restruktizasiyasına dair xx.xx.2015-ci il tarixli Razılaşmanın ləğv edilməsi, cavabdeh İddiaçı2 İddiaçı1 ASC-nin xeyrinə 66.459,51 manat əsas kredit borcunun, 15.478,57 manat faiz borcunun, 2.147,68 manat cərimənin, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipotekaya tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat olmaqla, cəmi 84145,76 manat pulun tutulması, tutmanın ipoteka predmeti olan Abşeron rayonunun Masazır kəndində 0,0278 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə olunan pul hesabına 84145,76 manat pulun İddiaçı1 ASC-yə ödənilməsi, ipoteka predmeti olan torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan sonra ən geci 1 ay müddətində onun boşaldılması, ipoteka predmeti hərracda satışından əldə olunmuş pul borcun ödənilməsi üçün kifayət etmədikdə borcun qalıq məbləğinin cavabdeh İddiaçı2 ümumi qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı2 torpaq sahəsinin və onun üstündə tikilməkdə olan yaşayış evinin alınması üçün 84 ay müddətinə, xx.xx.2020-ci ilədək qaytarmaq və illik 9 % ödəmək şərti ilə 85 999 ABŞ dolları məbləğində kredit verilmişdir. Abşeron Rayon 1 saylı NK-da xx.xx.2013cü ildə bağlanmış torpaq sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən cavabdeh İddiaçı2 satın aldığı, Abşeron rayonunun Masazır kəndində yerlşən 0,0278 ha torpaq sahəsini kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka qoyanın arvadı - Cavabdeh torpaq sahəsinin ipoteka qoyul-masına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Bankın ipoteka hüququ xx.xx.2013-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Abşeron Rayon 1 saylı Notariat Kontorunda xx.xx.2013-cü ildə bağlanmış tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında müqaviləyə əsasən cavabdeh İddiaçı2 ipoteka predmeti olan torpaq sahəsində tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqları kreditin təminatı kimi banka girov qoymuşdur. Borcalanın ərizəsinə əsasən onunla bank arasında bağlanmış Kredit müqaviləsinin restruktizasiyasına dair xx.xx.2015-ci il tarixli Razılaşmaya əsasən borcalanın bu tarixə olan 73519,35 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 77 320 manat, kreditin qaytarılması üçün son müddət xx.xx.2024-cü il müəyyən edilmişdir. xx.xx.2015-ci ildə Abşeron rayon 1 saylı Notariat Kontorunda alqı-satqı və ipoteka müqaviləsi-nə müvafiq dəyişikliklər olunmuşdur. Kredit müqaviləsinin şərtlərinə görə borcalan hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə Banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2019- cu il tarixə ödənilməsi gecikdirilən borcun məbləği əsas borc üzrə 66459,51 manat, faizlər üzrə 15478,57 manat, cərimə üzrə 2147,68 manat təşkil edir. Öz növbəsində İddiaçı2 cavabdeh İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə və qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinə qarşı “tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanan xx xxxxxx 2013-cü il tarixli “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 040HOME395853/G saylı girov müqaviləsinin və bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş yüklülük barədə çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ona qarşı, “müqavilənin ləğv edilməsi, kreditin faizlərin və cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. Belə ki, 2013-cü ildə İnternet saytlarında verilmiş reklam elanlarında “xxxx” MMC tərəfindən fərdi evlərin İddiaçı1 ASC tərəfindən maliyyələşdirilən ipoteka yolu ilə tikilməsi barədə xəbər tutduqdan sonra həmin şirkətin Masazır kəndində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə şirkətin rəhbəri ilə razılığa gəlmişdir. “xxxx” MMC-nin rəhbəri bu tikintinin maliyyələşdirilməsinin "İddiaçı1" ASC tərəfindən həyata keçirildiyini bir daha təsdiq edərək bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirdi. “xxxx” MMC rəhbəri ona bildirmişdir ki, tikiləcək fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “xxxx” MMC-nə məxsus olsa da, formal olaraq həmin torpaq sahəsi onun qohumunun adına qeydiyyata alınmışdır. Ona görə də birinci növbədə həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmalı, həmin torpaq sahəsi bankda yüklü edilərək kredit alınmalı, alınan kredit hesabına nəzərdə tutulan 187,40 kv.metrdən ibarət 2 mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evi tikilərək ona təhvil verilməlidir. “xxxx” MMC rəhbəri ona bildirdi ki, yaşayış kompleksi Abşeron Rayon İcra Hakimiyyətinin xx xxxxxx 2008-ci il tarixli 165 saylı Sərəncamı əsasında tikilir və fərdi yaşayış evi tikildikdən sonra həmin evin sənədləşdirilməsinin təmin etməsi barədə öhdəlik götürmüşdür. Çünki, sərəncam MMC-nin adına verildiyi üçün həmin sənədləşməni yalnız MMC edə bilər. Aralarında razılığa gəldikdən sonra 10500 manat “xxxx” MMC- nə ödəmiş və Notariat Konturuna gedərək Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0278 ha torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlamış və Dövlət reyestri xidmətindən çıxarışı birbaşa banka təhvil verilmişdir. Çıxarış alınandan sonra "İddiaçı1" ASC-də həmin torpaq sahəsi və tikilməkdə olan fərdi yaşayış evi ipoteka ilə yüklü edilərək, alınan krediti MMC-nin nümayəndəsi götürmüşdür. Başqa sözlə desək, kredit müqaviləsini o imzalasa da pul vəsaitləri ona deyil, faktiki olaraq “xxxx” MMCnin nümayəndəsinə ödənilmişdir. Qeyd etmək lazımdır ki, onunla yanaşı digər şəxslər də “xxxx” MMC tərəfindən inşa edilən həmin yaşayış kompleksində mənzil alınması üçün "İddiaçı1" ASC-dən eyni şərtlərlə kreditlər almışlar. Evlərin tikilməsi üçün müvafiq icazələr, sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz “xxxx” MMC-nin adına verilmişdir. Lakin həmin şirkət tərəfindən öhdəliklər tam və lazımınca yerinə yetirilməmiş, evlərin təhvil verilməsi həyata keçirilməmişdir. Bundan əlavə, məlum olmuşdur ki, inşa edilmiş mənzillərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Beləliklə "İddiaçı1" ASC ilə aralarında xx xxxxxx 2013-cü il tarixdə “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 040HOME395853/G saylı girov müqaviləsi imzalanmışdır. Həmin müqavilənin bağlanması qüvvədə olan qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunduğundan etibarsız, hesab edilməlidir. Qeyd olunan torpaq sahəsi təyinatına görə ehtiyyat fondu torpaqlarına aid olmaqla, sahibkarlıq məqsədləri üçün nəzərdə tutlmuşdur. Yəni, həmin torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi qanunsuzdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll olunmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın ləğv edilməsi, qarşılıqlı iddianın isə təmin olunmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq ilkin iddia üzrə cavabdehlər İddiaçı2 və Vəliyeva Leyla Müzəffər qızı kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib apellyasya şıkayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş edən ilk iddia üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə ilk iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətinə münasiəbətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsini tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan ilkin iddia üzrə İddiaçı1 ASC ilə İddiaçı2 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 040HOME395853 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 84 ay müddətinə illik 9 faiz olmaqla 85999 ABŞ dollarıməbləğində kreditin verilməsini öhdəsinə götürmüş, borc alan isə krediti qəbul etməyi və bərabər hissələrlə, müəyyən olunmuş qrafik əsasında krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Abşeron Rayon 1 saylı Notariat Kontoru xx.xx.2013-cü il tarixdə bağlanmış torpaq sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən cavabdeh İddiaçı2 satın aldığı, Abşeron rayonunun Masazır kəndində yerlşən 0,0278 ha torpaq sahəsi kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il notariat konturunda təsdiq edilmiş ipoteka qoyanın arvadı Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, o, Abşeron rayonunun Masazır kəndində yerlşən 0,0278 ha torpaq sahəsinin ipoteka qoyul-masına etiraz etməmişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarışdan görünür ki, İddiaçı2 mülkiyyətində olan Abşeron rayonunun Masazır kəndində yerləşən 0,0278 ha torpaq sahəsi İddiaçı1 ASC-nin Badamdar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Abşeron rayon 1 saylı Notariat Kontorunda xx.xx.2013-cü ildə bağlanmış tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında müqaviləyə əsasən cavabdeh İddiaçı2 ipoteka predmeti olan torpaq sahəsində tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqları kreditin təminatı kimi banka girov qoymuşdur. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 040HOME395853 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair Razılaşmadan görünür ki, xx.xx.2015-ci il tarixli Razılaşmaya əsasən borcalanın bu tarixə olan 73519,35 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 77320 manat, kreditin qaytarılması üçün son müddət xx.xx.2024-cü il müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 040HOME395853 saylı Alqı-satqı və İpoteka müqaviləsinə əsasən Alğı-satqı və İpoteka müqaviləsinin təminatı olduğu “07” noyabr 2013-cü il tarixli, 040HOME395853/ASİ saylı kredit müqaviləsinin son icra müddəti xx.xx.2024-ci il tarixinədək uzadılmış, bu əlavənin 1-ci bəndində qeyd edilən kredit müqaviləsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli restrukturizasiya razılaşmasına əsasən, sözügedən kredit müqaviləsi üzrə kreditin valyutası (ABŞ dolları) AZN-ə konvertasiya edilərək Azərbaycan manatı müəyyən edilmişdir. İş materiallarında olan 31574 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı2 İddiaçı1 ASC-yə əsas borc üzrə 66459,51 manat, faiz borcu üzrə 15466,10 manat, cərimə borcu üzrə 9591,17 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, LP-015/20 saylı mütəxəssis rəyindən görünür ki, Abşeron rayonunun Masazır kəndində yerləşən 0,0278 ha torpaq sahəsi real satış qiyməti 50000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, Abşeron rayonunun Masazır kəndində yerləşən 0,0278 ha torpaq sahəsi real satış qiyməti 50000 manat məbləğində qiymətləndirilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı1 ASC ilə bağladığı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı2 torpaq sahəsinin və onun üstündə tikilməkdə olan yaşayış evinin alınması üçün 84 ay müddətinə, xx.xx.2020-ci ilədək qaytarmaq və illik 9 % ödəmək şərti ilə 85 999 ABŞ dolları məbləğində kredit verilmişdir. Abşeron Rayon 1 saylı NK-da xx.xx.2013-cü ildə bağlanmış torpaq sahəsinin alqı-satqı və ipoteka müqaviləsinə əsasən cavabdeh İddiaçı2 satın aldığı, Abşeron rayonunun Masazır kəndində yerlşən 0,0278 ha torpaq sahəsini kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka qoyanın arvadı - Cavabdeh torpaq sahəsinin ipoteka qoyul-masına notarial qaydada təsdiq edilmiş razılıq vermişdir. Bankın ipoteka hüququ xx.xx.2013cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Abşeron Rayon 1 saylı Notariat Kontorunda xx.xx.2013-cü ildə bağlanmış tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında müqaviləyə əsasən cavabdeh İddiaçı2 ipoteka predmeti olan torpaq sahəsində tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqları kreditin təminatı kimi banka girov qoymuşdur. Borcalanın ərizəsinə əsasən onunla bank arasında bağlanmış Kredit müqaviləsinin restruktizasiyasına dair xx.xx.2015-ci il tarixli Razılaşmaya əsasən borcalanın bu tarixə olan 73519,35 ABŞ dolları məbləğində borc qalığı həmin günə olan valyuta kursuna uyğun olaraq manata konvertasiya edilərək borc qalığı 77 320 manat, kreditin qaytarılması üçün son müddət xx.xx.2024-cü il müəyyən edilmişdir. xx.xx.2015-ci ildə Abşeron rayon 1 saylı Notariat Kontorunda alqı-satqı və ipoteka müqaviləsi-nə müvafiq dəyişikliklər olunmuşdur. Kredit müqaviləsinin şərtlərinə görə borcalan hər təqvim ayının müvafiq günündə kredit və kreditdən istifadəyə görə faiz məbləğini hissə-hissə Banka ödəməlidir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borcalan kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. İş materiallarında olan 31574 saylı, xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, İddiaçı2 İddiaçı1 ASC-yə əsas borc üzrə 66459,51 manat, faiz borcu üzrə 15466,10 manat, cərimə borcu üzrə 9591,17 manat borcu vardır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, LP-015/20 saylı və 2-ci rəy xx.xx.2020-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, Abşeron rayonunun Masazır kəndində yerləşən 0,0278 ha torpaq sahəsi real satış qiyməti 50000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Məhkəmə kollegiyası hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, İddiaçı2 mülkiyyətində olan Abşeron rayonunun Masazır kəndində yerləşən 0,0278 ha torpaq sahəsinə yönəldilməsini və həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evin açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borcun ödənilməsini qət etməklə işə baxan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəf arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 040HOME395853 saylı Alqısatqı və İpoteka müqaviləsinə əsasən Alğı-satqı və İpoteka müqaviləsinin 1.5-ci bəndinə görə bankın ipoteka hüququ ipoteka predmeti olan torpaq sahəsində tikilən və gələcəkdə tikiləcək binalara, tikililərə və qurğulara şamil edilmiş və kreditin təyinatı da, məhz ipoteka predmeti olan torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsi olmuşdur. Həmçinin iddia tələbinin İddiaçı2 ilə İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh İddiaçı2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME395853 saylı kredit müqaviləsi və həmin müqavilənin restruktizasiyasına dair xx.xx.2015-ci il tarixli razılaşmanın ləğv edilməsi hissəsinə münasibət bildirərək kollegiya hesab edir ki, iddia tələbi bu hissədə dəhaqlı olaraq təmin edilmişdir. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, cavabdeh İddiaçı2 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kollegıya hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən ilk iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsaslı olmadığından haqlı olaraq təmin edilməmişdir. Belə ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti ilə aralarında bağlanan xx xxxxxx 2013-cü il tarixli “Tikilməkdə olan fərdi yaşayış evinə dair hüquqların girovu haqqında” 040HOME395853/G saylı girov müqaviləsi tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 040HOME395853 saylı kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Göründüü kimi, mübahisələndirilən əqd təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin cavabdeh İddiaçı2 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İlk iddia üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar