Məhkəmə qərarları › İş №2(103)-1824/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1824/2023

21.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1824/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil3, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Vəkil2 və üçüncü şəxs X2 iştirakları ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə cavabdehin istifadəsində olan yaşayış evinə köçürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1579/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Qaradağ Rayon Məhkəməsindən sorğu daxil olmuş və iddiaçı tərəfindən verilmiş protokola dair qeydlərə baxılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında tərəflər mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədilər. Məhkəmə kollegiyası hesab edir ki, sorğuda qeyd edilənlərə əsasən mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sorğusuna əsasən 2(103)-1824/23 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar