Məhkəmə qərarları › İş №2(103)-1826/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1826/2024

15.05.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1826/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(011)-4415/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Xətai Rayon 3 nömrəli Uşaq evi tərəfindən verilmiş 11 aprel 2023-cü il tarixli, 25 nömrəli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi, buraxılmış iş günlərinə görə bütün işləmədiyi dövr üçün vəzifəsinə bərpa olunana kimi orta aylıq əmək haqqının eləcə də 2000 manat maddi ziyanın və 5000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 21 iyul 2023-cü il tarixli, 2(011)-4415/2023 saylı qətnaməsi ilə (hakim-Samirə Eyvazova) iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 qeyd etdi ki, tərəflər arasında barıhıq sazişi imzalanmışdır. Cavabdeh tərəf həmin barışıq ssazişini elektron kabinetə yükləmişdir. O, həmin barıhıq sazişinin əslini məhkəməyə təqdim edir. Xahiş etdi ki, barışıq sazişi təsdiq olunmaqla, iş üzrə icraata xitam verilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Bakı şəhəri Xətai Rayon 3 nömrəli Uşaq evinin nümayəndəsi məhkəməyə gəlməmiş, elektron kabinet vasitəsi ilə barışıq sazişini məhkəməyə göndərmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunmuş 29 aprel 2024-cü il tarixli barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı şərtlərlə razılığa gəlirlər: 1.İddiaçı X4 3 saylı Uşaq evində tərbiyəçi vəzifəsində işləyərkən fəaliyyətonsə yol verdiyi nöqsanları etiraf edərək və barəsində verilmiş intzam tənbehlərini qəbul edərək öz öhdəsinə götürür ki, Bakı Apellyasiya Məhkıəməsinin Mülki Kollegiyasının icraatında olan cavabdeh 3 saylı Uşaq evinə qarşı “əmrin ləv edilməsi, işə bərpa və məcburi iş buraxılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbindən imtina edir. 2.X4 onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 6 ay sonra, yəni xx.xx.2024-cü il tarixdən etibarən ləğv edlməsi barədə ərizə verir.

3. 3 saylı Uşaq evinin müdürü X3 öz öhdəsinə götürür ki, X2 iddiadan imtinası müqabilində onunla bağlanmış əmək müqaviləsinin 6 ay sonra, yəni xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndəinə əsasən ləğv edilməsi barədə 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən ləgv edilməsi barədə əmr verir. 4.X4 öz öhdəsinə götürür ki, gələcəkdə işə bərpa və məcburi iş buraxılmaya görə əmək haqqının ödənilməsi ilə bağlı 3 saylı Uşaq evinə qarşı heç bir iddia ilə çıxış etməyəcəkdir. 5.X4 öz öhdəsinə götürür ki, 3 saylı Uşaq evinin əvvəlki müdürü barəsində irəli sürdüyü əsassız ittihamlarla bağlı ünvan 1 ünvanlayacaqdır. 6.Barışıq sazişinin şərtləri pozulacağı halda tərəflərin barışıq sazişi üzrə öhdəliklərini məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır. 7.Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır. 8.Barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üçün öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur, qanuna zidd deyildir, ona görə də, iddiaçının iddiadan imtinası qəbul edilməklə, barışıq sazişi təsdiq edilməklə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(011)-4415/2023 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş üzrə icraata xitam verilməsinin nəticələri, yəni işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.5, 400, 402-403, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(011)-4415/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçının iddiadan imtinası qəbul edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. 1.İddiaçı, X4 3 saylı Uşaq evində tərbiyəçi vəzifəsində işləyərkən fəaliyyətonsə yol verdiyi nöqsanları etiraf edərək və barəsində verilmiş intzam tənbehlərini qəbul edərək öz öhdəsinə götürür ki, Bakı Apellyasiya Məhkıəməsinin Mülki Kollegiyasının icraatında olan cavabdeh 3 saylı Uşaq evinə qarşı “əmrin ləv edilməsi, işə bərpa və məcburi iş buraxılmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbindən imtina edir. 2.X4 onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən 6 ay sonra, yəni xx.xx.2024-cü il tarixdən etibarən ləğv edlməsi barədə ərizə verir.

3. 3 saylı Uşaq evinin müdürü X3 öz öhdəsinə götürür ki, X2 iddiadan imtinası müqabilində onunla bağlanmış əmək müqaviləsinin 6 ay sonra, yəni xx.xx.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndəinə əsasən ləğv edilməsi barədə 68ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən ləgv edilməsi barədə əmr verir.

4. X4 öz öhdəsinə götürür ki, gələcəkdə işə bərpa və məcburi iş buraxılmaya görə əmək haqqının ödənilməsi ilə bağlı 3 saylı Uşaq evinə qarşı heç bir iddia ilə çıxış etməyəcəkdir.

5. X4 öz öhdəsinə götürür ki, 3 Saylı Uşaq evinin əvvəlki müdürü barəsində irəli sürdüyü əsassız ittihamlarla bağlı ünvan 1 ünvanlayacaqdır. 6.Barışıq sazişinin şərtləri pozulacağı halda tərəflərin barışıq sazişi üzrə öhdəliklərini məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.

7. Barışıq sazişi məhkəmədə təsdiq edilir. Barışıq sazişinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə icraatının başlanılması üçün əsasdır.

8. Barışıq sazişi imzalandığı andan qüvvəyə minir və tərəflərin saziş üçün öhdəliklərini tam və layiqincə yerinə yetirdikləri ana qədər qüvvədədir. İş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi barədə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri tərəflərə izah edilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verilən gündən 10 (on) gün müddətində, ondan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar