Məhkəmə qərarları › İş №2(103)-1828/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1828/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1828/2021 01.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)-107/2020 saylı qətnaməsindən cavabdehlərin apelyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 397/E saylı kredit müqaviləsinə, Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli 397/EZ saylı zaminlik müqaviləsinə əsəsən onlardan 80.000 ABŞ dolları əsas borc, 45.818 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə olmaqla, cəmi 130.818 ABŞ dolları pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsümunun tutularaq ASC-nin xeyrinə ödənilməsinə; tutmanın ASC ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 135 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmış, Abşeron rayon Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılaraq borcun ödənilməsinə yönəldilməsi, qarşılıqlı razılaşma əsasında mənzilin ilkin satış qiymətinin 120.000 manat qiymətləndirilməsinə, Cavabdeh2 həmin fərdi yaşayış evində istifadə hüquqlarına xitam verilməsi və 1 ay müddətində evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 107/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il tarixli, 397/E saylı kredit müqaviləsi üzrə əsas borca görə 80000 ABŞ dolları, faiz borcuna görə 45818 ABŞ dolları, cərimə borcuna görə 500 ABŞ dolları, cəmi 126318 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manat valyutası ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X4 İddiaçıASC-yə ödənilməsi, tələbin Cavabdeh2 ipoteka predmeti olan mülkiyyətindəki Abşeron rayon Digah qəsəbəsi, S.Məmmədov küçəsində 9-cu döngədə istifadəsində olan 0.0592 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 193.2 kv.m ümumi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 193000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına X4 İddiaçıASC-yə olan borcun ödənilməsinin təmin edilməsi, həmin əmlakın satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 25 manat məbləğində hissəsinin müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq X2 İddiaçıASC-yə ödənilməsi, ekspertiza xərcinin dəyəri olan 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər apelyasiya şikayəti verərək, qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən sorğu ilə müraciət edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)-107/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olduğu qeyd edilərək, yaranmış zərurətlə əlaqədar mülki işin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi mülki işin apelyasiya baxışından çıxarılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)-107/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364-cü maddəsinə görə, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apelyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması həmin qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 107/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti məhkəməyə daxil olan zaman mülki iş artıq Bakı Apelyasiya Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(001)- 107/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar