Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1828/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “tikiliyə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X18 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün, onun nümayəndələri (qardaşı) X12 və (vəkili) Vəkil1 Balacan oğlunun, Cavabdeh, onun nümayəndələri (atası) X24 və (vəkili) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivində yerləşən tikiliyə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onlar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı massivində yerləşən Laçınkənd deyilən ərazidə sənədsiz ev tikməklə orada yaşamışlar. Həmin evdə yaşayarkən 2 uşaqları olmuşdur. Onların münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pozulmuşdur. Hazırki iş üzrə cavabdehin iddiası əsasında nikah Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, hər iki uşaq cavabdehin yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin hər ay tutularaq hazırki iş üzrə cavabdehə verilməsi qət edilmişdir. Münasibətlər pozulduqdan sonra cavabdeh iddiaçını birgə nikah dövründə inşa etdikləri evə buraxmır. Başqa yaşayış yeri olmadığından iddiaçı qohum-əqrəbanın evlərində yaşamalı olur. İddiaçı kifayət qədər yüksək məbləğdə aliment ödədiyindən kirayə qalmaq imkanı da yoxdur. Evə aid kommunal xidmətlərlərə dair müqavilələr iddiaçı ilə bağlanmış, kommunal xidmətlər ilə bağlı evdə quraşdırılmış sayğaclar iddiaçının adınadır. b) Birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin izahatları barədə məlumat
3. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, evi 2010-cu ildə qayınatası Akif Abbasovun köməkliyi ilə tikmişlər. Qayınatası evin tikintisi üçün lazım olan taxta, daş, qum, sement və sair materialları almışdır. Evin tikilməsini, fəhləliyini onlar, üç qardaş etmişlər. Hal-hazırda bacısıgildə yaşayır. Təxminən bir aydır ki, onu evə buraxmırlar, açarı dəyişdirmişlər. Açar dəyişdirilənə qədər evə rahat girib-çıxırdı. Paltarları həmin evdədir. 2005-ci ildə Ağcabədidən gələndə həmin torpağı zəbt etmişlər. Qanunsuz tikilidir, qazı, suyu, işığı onun adınadır. Bununla bağlı növbəti məhkəmə iclasında sübut təqdim edəcək. Camal Orucovdan taxta almışlar. Pulunun yarısını onlar, yarısını qayınatası Akif Abbasov vermişdir. X1 ifadəsini, eləcə də qayınatası tərəfindən evin plastik şüşələrinin, qapılarının Bərdədəki evindən sökdürüb gətirməsini təsdiq edir.
4. İddiaçının nümayəndəsi (qardaşı) Əlvan Quluyev məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddiaçının izahatına əlavəsinin olmadığını bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Rayon Məhkəməsindən xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Fikrət İsmayılov iddiaçının əmisi oğludur. Ev tikilən vaxt Fikrət orada olmayıb. Fikrət iddiaçıdan küsülü olub, uzun müddət evlərinə ayaq basmayıb. X43 evin tikintisində işləməyib, iddiaçının qardaşı Əlvanın evində işləyib. X28 verdiyi ifadə yalandır. Fundamentin karkasını atası Akif Abbasov rayondan gətizdirmişdir. X34 yalan ifadə vermişdir. Xudayat onlarda işləməmişdir, Sədərəkdə işləyir. Ona görə də iddia rədd edilməlidir.
6. Cavabdehin nümayəndəsi (atası) Akif Abbasov iddia tələbinə etiraz edərək Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, o, Bərdə rayonunda yerləşən torpağını sataraq, mübahisəli fərdi yaşayış evini inşa etdirmişdir. O, özü uzun müddət beton zavodunda işləmişdir, tikinti işini yaxşı bilir. Evin fundamentini qazdırmışdır, karkas, Bərdədən sement gətirmişdir, yeznəsi Dərnəgül bazarında taxta alveri edir, taxtanı ondan almışdır, rəngsaz işini bacısı oğlu görmüşdür, kafel işini əmisi oğlu görmüşdür. Tikinti ilə bağlı bütün şahidləri məhkəməyə gətirə bilər. İddiaçıya o, qayınata yox, doğma ata olmuşdur. Hər bir ehtiyaclarını qarşılamışdır. Evin plastik şüşələrini, qapılarını belə Bərdədəki evindən sökdürüb gətirmişdir. X46 yalan danışır, dam ustasını özü gətirmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməlidir.
7. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, mübahisəli ev cavabdehin atası Akif Abbasov tərəfindən inşa edilmişdir, bütün xərcləri cavabdehin atası çəkmişdir. Ev qanunsuz tikilidir, heç bir sənədi yoxdur. Həmin evin cavabdehin atası tərəfindən tikilməsi və xərcinin çəkilməsini təsdiq edən şahidləri məhkəməyə təqdim edəcəklər. İddiaçı bir aydır ki, həmin evdə yaşamır. Çünki, ailə münaqişəli ailədir. Cavabdeh dəfələrlə Daxili İşlər Nazirliyin “102” qaynar xəttinə müraciət etmişdir. Həmin ailə münaqişəli ailə kimi Qaradağ Rayon Polis İdarəsində qeydiyyata alınmışdır. Ona görə də iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fiziki şəxslərin yaşayış sahəsinə köçürülməsi müxtəlif hüquqi əsaslarla ola bilər. Bu, yaşayış sahəsi üzərində mülkiyyət və yaxud istifadə hüquqlarınin mövcud olmasından asılı olaraq təmin edilir. İddiaçı iddia tələbinin əsası kimi kommunal xidmətlərlər ilə əlaqədar müqavilələrin onunla bağlanması və sayğacların onun adına olması hallarını da bildirirmişdir. Məhkəmə bu dəlilləri də iddianın təmin edilməsi üçün əsas saymır. Belə ki, iddiaçı, ailə başçısı olduğundan kommunal xidmətlər ilə bağlı müqavilələr vaxtılə onunla bağlanmış, sayğaclar onun adına quraşdırılmışdır. Bu hallar onun özbaşına tikilidən istifadə hüququnun yaranması üçün gözlənti kimi qiymətləndirilmir. Tərəflər arasında nikah pozulduğuna görə bir-birinə yad olan əks cinsli şəxslərin bir yaşayış sahəsinə məskunlaşması mənzil qanunvericiliyinin tələblərinə və əxlaq normalarına uyğun hesab edilmir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı ilə cavabdehin arasında münaqişəli münasibət var, onlar münaqişəli ailə kimi polis orqanı tərəfindən qeydiyyata alınmışlar. d) apellyasiya şikayəti barədə məlumat
10. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi iddiaçının məcburi köçkün olmasını nəzərə almamış, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. İddiaçı, onun nümayəndələri (qardaşı) Əlvan Quluyev və (vəkili) Vəkil1 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətlərin məzmununa uyğun izahat verdilər.
13. Apellyasiya baxışında iştirak etmiş cavabdeh, onun nümayəndələri (atası) Akif Abbasov və (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdilər. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, Rayon Məhkəməsi tərəfindən dindirilmiş şahidlər aşağıdak məzmunda ifadələr vermişlər: - X20 ifadəsində bildirmişdir ki, Dərnəgül bazarında taxta alveri edir. Ondan evin tikintisi üçün daş və sementdən başqa bütün materiallar alınmışdır. Pulu (cavabdehin atası) Akif Abbasov ödəmişdir. O, Akif Abbasova 10 kub taxta satmışdır. O, Akif Abbasovun qayınıdır. - X17 ifadəsində bildirmişdir ki, onu Akif Abbasov çağırmışdır. Evdə suvaq, kafel işləri görmüşdür. Materialları ona Akif Abbasov vermişdir. Kafeli mətbəxə, suvağı da otaqlara vurmuşdur. Ev Sədərək ticarət mərkəzindən yuxarıda, Laçınkənd deyilən yerdə yerləşir. Mətbəxdəki kafelin rəngi açıq boz rəngdədir. Nə vaxt işlədikləri yadında deyil. - X21 ifadəsində bildirmişdir ki, santexnik ustasıdır. Təmiri Akif Abbasov etdirmişdir. Pulu da Akif Abbasov vermişdir. Ev Sədərək ticarət mərkəzindən yuxarıda, Laçınkənddə yerləşir. O, Akif Abbasovun əmisi oğludur. Santexnik və suvaq işləri görmüşdür. Tikintiyə 2010-cu ildə başlamışlar. X29 Dərnəgül bazarından almışdır. İddiaçı ona pul verməmişdir. - X4 ifadəsində bildirmişdir ki, Laçınkənddəki evdə malyar işlərini görmüşdür. Akif Abbasov onun dayısı, cavabdeh dayısı qızı, iddiaçı isə cavabdehin əridir. Evin divar kağızı, lepka və emulsiya işlərini görmüşdür. X50 vermişdir. Ev üç otaqlıdır. Bir neçə ay ərzində həmin evdə işləmişdir. - X5 ifadəsində bildirmişdir ki, iddiaçının əmisi oğludur. Elektrik-santexnik ustasıdır. Onu usta kimi iddiaçının qardaşı Əlvan Quliyev çağırmışdır. Cavabdehin atasını Akif Abbasovu tanıyır, o, tikinti vaxtı orada olurdu, fundamentin tökülməsində iştirak etmişdir. Ona pulu Əlvan vermişdir. Nə qədər pul verdiyi yadında deyil. - X23 ifadəsində bildirmişdir ki, dam ustasıdır. İddiaçını tanımır, usta kimi işləməyə gələndə iddiaçını tanımışdır. İşi görmək üçün onu iddiaçının qardaşı Əlvan çağırmışdır. Əlvan ona 700 manat vermişdir. - X11 ifadəsində bildirmişdir ki, mübahisəli ev Laçınkənddə yerləşir. O, həmin evdə döşəmə, tavan işini görmüşdür. Həmin işləri görmək üçün onu iddiaçının qardaşı Əlvan çağırmış və ona 900 manat pul vermişdir. Ev 3 otaqlıdır. Cavabdehin atası Akif tikinti vaxtı gəlib-gedirdi. - X2 ifadəsində bildirmişdir ki, iddiaçının bibisi nəvəsidir. Beton işi görmüşdür, fundamentin karkasını qurmuşdur. Puluni iddiaçının qardaşı Əlvan vermişdir. İşləri 12-13 il öncə görmüşdür. Cavabdehin atası Akifi tanıyır, sement boşaldanda həyətdə görmüşdür. Əlvan demişdir ki, məhkəməyə gəlib gördüyü işləri danışsın. Nə qədər beton tökdüyü yadında deyil. - X3 ifadəsində bildirmişdir ki, iddiaçının əmisi oğludur, həm də yeznəsidir. Evdə fundament və beton işi görmüşdür. Onu iddiaçının qardaşı Əlvan çağırmışdır. Pulunu da Əlvan ödəmiş, 450-500 manat vermişdir. Cavabdehin atası Akif Abbasovu orada görməmişdir. Evdə işləmiş ustalardan Misiri, Allahverdini və Fərəci tanıyır. Evlə əlaqəli akt tərtib olunmuş və o, həmin aktı imzalamışdır. İddiaçı həmin aktı gətirmiş və o, aktı imzalamışdır - X6 ifadəsində bildirmişdir ki, aktı o imzalamışdır. Akt evlə əlaqəli tərtib olunmuşdur. Evdə tək olmuşdur. İddiaçı aktı gətirmiş və o, aktı imzalamışdır. - X7 ifadəsində bildirdi ki, aktı imzalamışdır. Yazıb-oxumağa savadı yoxdur. Aktın evlə əlaqəli olduğunu bilir. Evdə tək olan vaxt iddiaçı aktı gətirmiş və o, həmin aktı imzalamışdır. - X8 ifadəsində bildirdi ki, aktı o imzalamışdır. Akt iddiaçı gətirmiş və o, aktı imzalamışdır.
16. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 969/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə Cavabdeh hazırki iş üzrə İddiaçı qarşı “nikahın pozulması və sair tələbləri barədə” iddiası qismən təmin edilməsi, iş üzrə tərəflərin arasında bağlanmış nikah pozulması, nikahdan doğulmuş 2 azyaşlı uşağın Xavər Quliyevanın yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin hər ay tutularaq Cavabdeh verilməsi qət edilmişdir.
17. Hazırki işə baxmış Rayon Məhkəməsi tərəfindən mübahisəli ev yerində müayinə edilərək müəyyən edilmişdir ki, iddiaçının köçmək istədiyi tikili Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qurd qapısı yaşayış massivində özbaşına tikili olub, 3 otaqdan - qonaq otağı, 2 yataq otağı və mətbəxdən ibarətdir. Tikilinin yerləşdiyi ərazi sürüşmə zonasında yerləşir. Girişdə döşəməyə ağ rəngdə kafel-metlax vurulmuşdur, sol tərəfdə mətbəx yerləşir və mətbəxin döşəməsinə də ağ rəngdə kafel-metlax döşənmişdir. Mətbəxin solunda hamam-sanitar qovşağı yerləşir. Evə daxil olarkən giriş qapısı ilə üzbəüz otaqda uşaqların yataq otağı yerləşir. Otağa baxış keçirilərkən uşaqların yataq çarpayıları, dərs oxumaları üçün yazı masaları və paltarlarının olduğu qarderob müəyyən edilmişdir. İddiaçı uşaqların otağına köçürülmək istədiyini bildirmiş və həmin otaqdan uşaqların istifadə etmədiyini bildirmişdir. Evə daxil olarkən sağ tərəfdə qonaq otağı və qonaq otağından sonra cavabdehin əşyalarının və çarpayısının olduğu yataq otağı yerləşir.
18. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə bildirir ki, yaşayış sahəsinə köçürülmə barədə iddialara baxılarkən, ilk növbədə iddiaçının köçürülməsini xahiş etdiyi yaşayış sahəsinin statusu müəyyən edilməlidir. Bu baxımdan ilk öncə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin məqsədləri baxımından mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.
19. Yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəllə; maddə 12.1.-12.5.).
20. Mənzil Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan şərtlər yaşayış sahəsinin fiziki baxımdan mövcudluğunu təsdiq edir. Bu növ iddiaların həllində həm də mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər.
21. İş üzrə tərəflər mübahisəli evin özbaşına tikili olduğunu mübahisələndirmirlər.
22. İşin hallarından da müəyyən edilir ki, iddiaçının köçmək istədiyi tikili üzərində mülkiyyət və istifadə hüquqları yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivi deyilən ərazidə özbaşına inşa edilən həmin tikili 3 otaqlı olub, sürüşmə ərazisində yerləşir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.). Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz (maddə 180.3.).
24. Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-yə cavabdeh tərəfindən yazılmış ərizədən, həmin PB-yə tərəflərin verdiyi izahatlardan, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, tərəflərin münasibətləri qeyri-qənaətbəxşdir, ziddiyyətli və kəskindir.
25. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, onların münasibətləri qeyri-qənaətbəxşdir. Onlar münaqişəli ailə kimi hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınmışlar. Cavabdeh bir neçə dəfə iddiaçının ona qarşı hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Cavabdeh iddiaçıdan qorxduğuna görə bir müddətdir ki, həmin tikilidə yaşamır, övladları ilə birlikgə digər ünvanda - atasının evində yaşamağa məcbur olmuşdur. Cavabdehin bildirirdiyinə görə iddiaçı onu təhdid edir, qorxudur, bu səbəbdən övladları ilə birlikdə atasının evində yaşayır, iddiaçı həmin tikiliyə köçürülərsə, xoşagəlməz hallar baş verə bilər.
26. İddiaçı öz tələbinin əsası kimi kommunal xidmətlərlər ilə əlaqədar müqavilələrin onunla bağlanması və sayğacların onun adına olması hallarını da bildirirmişdir. Rayon Məhkəməsi haqlı olaraq bu dəlilləri də iddianın təmin edilməsi üçün əsas saymamışdır. Belə ki, iddiaçı, ailə başçısı olduğundan vaxtilə müqavilələr onunla bağlanmış, sayğaclar onun adına quraşdırılmışdır. Bu hallar onun özbaşına tikilidən istifadə hüququnun yaranması üçün gözlənti kimi qiymətləndirilə bilməz.
27. Məhkəmə şahid ifadələrinə qiymət verərək bildirir ki, iddiaçının təqdim etdiyi şahid ifadələri hazırki iddia tələbi üzrə mümkün sübut sayılmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14.2., 77.1. və 88.). MPM-in 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Bu baxımdan iddiaçının şahidlərinin ifadələrinin iddia üzrə mümkün sübut hesab edilməməsi ilə bağlı Rayon Məhkəməsinin mövqeyi düzgün hesab edilməlidir.
30. Məhkəmədə həmçinin qeyd edir ki, iddiaçının köçmək istədiyi tikili 3 otaqlı olub, qonaq otağı, 2 yataq otağı və mətbəxdən ibarətdir. Tərəflər arasında nikah pozulduğuna görə bir-birinə yad və münaqişəli vəziyyətdə olan əks cinsli şəxslərin bir yaşayış sahəsində məskunlaşması qanunvericiliyin tələblərinə və əxlaq normalarına uyğun hesab edilə bilməz.
31. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. g) apellyasiyanın nəticəsi
32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən əsaslıdır və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. İddiaçı isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.