Məhkəmə qərarları › İş №2(103)-1828/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1828/2025

24.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1828/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-60/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından müstəqil tələb irəli sürən üçüncü şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Əliəkbər oğlunun cavabdehlər Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X6 və X3 qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Maraqlı şəxs) “zəbt olunmuş ərazinin boşaldılması, dəymiş maddi-mənəvi zərərin və əldən çıxmış faydanın cavabdehlərdən tutulması” tələbinə dair iddia tələbinin təmin edilməməsi, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 (X2 hüquqi varisi) cavabdehlər İddiaçı, Cavabdeh1 Əliəkbər oğlu, Cavabdeh2, X6 və X3 qarşı “pozulmuş hüquqların müdafiə edilərək bərpa edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X7 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-60/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan X7 tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət vermək məqsədilə 2(003)-60/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamənin rəsmi qaydada verilməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə dəftərxana vasitəsi ilə müraciət etmişdir. Lakin həmin qətnamənin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində xx.xx.2024-cü il tarixdə onun elektron kabinetinə yerləşdirilməsi bildirilmişdir. Tərəfindən göstərilən qətnamənin Məhkəmə İnformasiya Sistemində açılmadığını və rəsmi olaraq təqdim edilməsi bildirilmişdir. Qeyd olunanlara baxmayaraq Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi həmin məsələyə munasibət bildirməmiş və məsələni araşdırmamışdır. Bununla da onun konstitusion hüquqları pozulmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(003)-60/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxsin hüquqi varisi X4 elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi X5 münasibətdə qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axımı 13 mart 2024-cü il tarixdən başlamışdır. Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti X7 tərəfindən xx.xx.2024-cü il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmiş, bununla belə şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Qeyd edilən hallar isə apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, X7 şikayətində qətnamənin Məhkəmə İnformasiya Sistemində açılmadığını bildirsə də, bu barədə, eləcə də açılmaması ilə bağlı hansı orqana şikayət etməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin kollegiya hesab edir ki, A.Hacıyev qətnamənin 13 mart 2024-cü il tarixdə onun elektron kabinetinə yüklənməsini qəbul etmiş və həmin halı təkzib edəcək hər hansı dəlilə istinad etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə daha sonra qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. X4 isə qətnamənin qəbul edilməsindən keçən müddət ərzində məlumatlı olmaması ağlabatan hesab edilmir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən qətnamə qəbul edilən vaxtdan X7 tərəfindən apellyasiya şikayəti verilən tarixə kimi digər proses iştirakçılarının qətnamədən verdikləri şikayətləri və onlar üzrə qəbul edilmiş yekun qərarları Məhkəmə İnformasiya Sistemində yerləşdirilməsini də nəzərə alır. Kollegiya hesab edir ki, X4 şəxsi kabinetində iş üzrə qeyd edilən şikayət və yekun qərarlarının qəbul edilməməsindən məlumatlı olmaması qətiyyən inandırıcı sayıla bilməz. Bu baxımdan, məhkəmə kollegiyası X7 tərəfindən verilmiş şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin apelyasiya şikayətinin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müstəqil tələb irəli sürən üçüncü şəxsin hüquqi varisi X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-60/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar