Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-183/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X11, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər:pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X18 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X3 ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh4, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər X11, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Quba rayonun Aşağı-Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədli 3,34 hektar torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə həmin kəndin sakinləri X19 və onun ailə üzvləri olan Cavabdeh3, X5, X6 və X9 mülkiyyətinə verilmişdir.
2. Süleymanov 04 aprel 2000-ci il tarixdə Quba rayon X22 nümayəndələrinin iştirakı ilə tərtib olunmuş akta əsasən, X26 JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43 əsasən 20715,36 kv.m əkin, 12680,54 kv.m bağ sahəsini ailə üzvlərinin razılığı ilə istifadə etməyə imkanı olmadığı üçün Aşağı Xuc kənd sakini İddiaçı daimi istifadə etmək üçün həvalə etmişdir.
3. 24 aprel 2000-ci il tarixli əlyazma ərizəyə əsasən, Quba rayonu Aşağı-Xuc kənd sakini X26 özünə və ailə üzvlərinə məxsus JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43 əsasən 20715,36 kv.m əkin, 12680,54 kv.m bağ sahəsini uzun müddət istifadə etmək imkanı olmadığından, dövlət rüsumlarının vaxtında ödəmək şərti ilə İddiaçı təmənnasız, həmişəlik istifadə etmək üçün həvalə etmişdir. X8 ilə yanaşı arvadı Cavabdeh3, qızları X12, X13 və X24 tərəfindən imzalanmışdır.
4. Quba Rayon Məhkəməsinin 2(027)-1474/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının cavabdehlər X30, X36, X7 və üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 5 saylı 'Xaçmaz Ərazi İdarəsinə qarşı onlara məxsus torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması və DƏDRX-dan çıxarış alınmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilərək, cavabdehlər X14, X25 və İddiaçı Əlipənah oğlundan JN:221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X46 əsasında iddiaçılar Cavabdeh3, X12, X13, X15 və digər ailə üzvləri X19 Quba rayonu, Aşağı Xuc kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 3,34 ha əkin və bağ sahəsindən ibarət torpaq sahəsi qanunsuz sahibliyindən geri alınması, həmin torpaq sahəsinə dair iddiaçılar Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqujo qızının və Məmmədova (Yaqubova) Emma Yaqub qızının adlarına Çıxarışın verilməsi ilə əlaqədar AR ƏMDK yanında DƏDRX 5 saylı Ərazi İdarəsinin əməkdaşlarına ölçmə işlərinin aparılmasına cavabdehlər X30, X36, İddiaçı Əlipənah oğlu tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir.
5. Quba Rayon Məhkəməsinin 2(027)-123/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X10, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızı və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq bağ sahəsinə mülkiyyət hüquqlarının tanınması və daşınmaz əmlaka dair çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi ərazi idarəsinə həvalə edilməsi hissəsinə, mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, xitam verilməsi və İddiaçı Əlipənah oğlunun cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, X10, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı, Məmmədova (Yaqubova) Emma Yaqub qızı və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı "alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsinin, cavabdeh X19 və onun ailə üzvlərinə verilmiş JN-22T KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X43,əsasən Cavabdeh3, X12, X20 və X9 mülkiyyətinə Quba rayon Aqrar islahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli,13 nömrəli qərarı ilə 3,34 hektar bununla yanaşı həyətyanı torpaq sahəsinin və üzərində köhnə tikili olan mənzilin cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsi təmin edilməməsi qət olunmuşdur.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızına, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızına, Məmmədova (Yaqubova) Emma Yaqub qızına qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(027)-123/2022 nömrəli qətnaməsinin ləğv olunması,yeni qətnamə qəbul edilməsi və iddianın təmin olunmaması qət edilmişdir.
7. Ali Məhkəmənin 2(102)-1598/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2155/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Quba rayon X16 tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Quba rayonu Aşağı-Xuc kəndində yerləşən JN-221 nömrəli Dövlət Aktına uyğun gələn və X1 Sistemi- BAMS proqramında da İddiaçı Əlipənah oğlunun adına qeydə alinmiş 3.34 ha torpaq sahəsi (1.26 ha bağ və 2.07 ha əkin sahəsi olmaqla) 2000-ci ildən bugünədək aramsiz olaraq İddiaçı Əlipənah oğlu tərəfindən becərilmiş və sözü gedən sahəyə görə müəyyən olunmuş torpaq vergisi də İddiaçı Əlipənah oğlu tərəfındən tam şəkildə ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızına qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə müraciət edərək, İddiaçı cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızına qarşı – cavabdehlər Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızından maddi ziyan hesabına 24.011 manat, iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində iddiaçının bağın becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 manat, ödənilmiş dövlət rüsumu hesabına 464 manat, cəmi 174.464 manat pulun alınaraq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı yaşadığı Quba rayonunun Aşağı-Xuc kəndində eyni kənd sakini X19 və onun ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998- ci il tarixli, 13 nömrəli qərarı ilə 3,34 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bağ və əkin hissəsindən ibarət olmaqla iki ayrı yerdə yerləşir. Təxminən 1998-ci il tarixdə torpaq islahatından öncə ümumi sahəsi 3.34 ha olan torpaq sahəsinin 1,2680.54 ha bağ sahəsi hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin sözügedən torpaq sahəsi X26 və onun ailə üzvlərinin adına təhkim edilməsindən öncə artıq torpaq sahəsi yararsız vəziyyətdə olmuş, 2000-ci il tarixdə iddiaçının əvvəldən tanıdığı X26 ilə söhbət zamanı 3.34 ha torpaq sahəsini və əlavə olaraq yaşadığı mənzillə birgə sataraq Bakı şəhərində ev alaraq orada yaşayacağını bildirmişdir. Bir neçə gün keçdikdən sonra İddiaçı həmin torpaq sahələrini və yaşayış evini almaq qərarına gəlmiş, ilkin olaraq X26 ilə aralarında alqı-satqı razılaşması olan vaxt ödəniləcək məbləğin çox hissəsini ona verməklə aralarında qalan qalıq 3450 dollar borcu 2000-ci ilin sonuna qədər ödəniş edəcəyi barədə razılığa gəlmişlər. Bundan sonra ilkin olaraq X26 və onun ailə üzvlərinin iştirakı ilə xx.xx.2000-ci il tarixdə Quba rayon X28 inzibati binasında pulun bir qisminin ödəniş etməklə 3.34 ha bağ və əkin sahəsini ona satmaları barədə akt tərtib olunmuşdur. Bununla yanaşı pulun bir hissəsini də xx.xx.2000-ci il tarixdə qarşı tərəfə ödəniş etməklə qarşılığında ona məxsus həyətyanı torpaq sahəsini və üzərində olan köhnə tikili evi ona satmaları barədə Bələdiyyənin inzibati binasında X26 və onun ailə üzvlərinin iştirakı ilə akt tərtib olunmuşdur. İddiaçı cavabdehlərə olan 3450 dollar borcu 2000-ci il tarixdə tam şəkildə ödənişin etməklə qarşı tərəfə heç bir borcu qalmamışdır. Bununla yanaşı 3.34 ha torpaq sahəsinə aid olan JN-221 KOD 30327058 saylı Torpağa Mülkiyyət Hüququna X39 əsli iddiaçıya təqdim olunmuşdur. 1998-ci il tarixdə torpaq islahatından öncə ümumi sahəsi 3.34 ha olan torpaq sahəsinin 1,2680.54 ha hissəsi yanğın nəticəsində alma ağacları ilə birgə torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən bir-neçə dəfə bağ salmaq məqsədi ilə İddiaçı tərəfindən meyvə ağacları əkilməsinə baxmayaraq ağaclar qurumuşdur. Bu səbəbdən İddiaçı bir neçə il fasilə verdikdən sonra yenidən 2014-cü tarixdə təxminən 300 ədəd gilas ağacı əkmişdir. Həmin tarixdən bu vaxta kimi maddi xərc çəkərək əsil bağ sahəsi yaratmışdır. Artıq həmin torpaq sahələri iyirmi bir ildir ki, iddiaçının istifadəsindədir və bu illər ərzində həmin ağacların meyvə gətirəcəyini güman etmişdir. Cavabdehlərin ötən 23 il ərzində həmin torpaq sahələri ilə əlaqədar heç bir pretenziyaları olmamış, ümumiyyətlə onlarla heç rastlaşmamışdır. X40 Elm və İnnovasiya Mərkəzi tərəfindən vətəndaş İddiaçı 13 dekabr 2021-ci il tarixli rəsmi müraciəti əsasında Quba rayonunun Aşağı Xuc kəndi ərazisində yerləşən 1,25 ha gilas bağına baxış keçirilmişdir. Mərkəzin verdiyi 14 dekabr 2021-ci il tarixli rəyə əsasən gilas bağı 2014-ci ilin yaz aylarında (mart) 7x7 m sxemi ilə salınmış və hal-hazırda səkkiz yaşlı bağ sayılır. Bağda əkilmiş ağacların calaqaltı hissəsi cır gilas toxmacarı olduğuna görə belə bağların bara düşməsi 7-8-ci illərdən başlayır. Bağda, 8 cərgə və hər cərgədə 35 ədəd ağac olmaqla, cəmi 280 ədəd ağac vardır. Cari ildə bağda qurumuş ağacların əvəzinə 17 ədəd gilas tingi təmir məqsədi ilə əkilmişdir. 1 ha gilas bağının salınması üçün texnoloji xəritəyə (rəyə əlavə olunur) uyğun olaraq 3962,91 manat xərc tələb olunursa, 1,25 ha x 3962,91 = 4953,6 manat vəsait xərclənmişdir. Bağın ikinci ilindən, yəni 2015-ci ildən başlayaraq aqrotexniki becərmə tədbirlərinə aid olan diskiləmə, frezləmə, ağac diblərinin yumşaldılması, budama, suvarma, zərərverici və xəstəliklərə qarşı pestisidlərin istifadəsi, gübrələmə, bağda 2 dəfə bitkiarası otun biçilməsinə ümumilikdə 7 il ərzində 15246 man, 1,25 ha gilas bağına isə 19057,5 manat vəsait xərclənmişdir. Beləliklə 2014- 2021-ci illər üzrə 1,25 ha gilas bağının salınması və becərilməsinə 24011,1 manat vəsait xərclənmişdir. X41, Napoleon, Çəhrayı Napoleon və Moldaviya qarası gilas sortlarından ibarətdir. Gilas ağaclarının 10-cu yaş dövründən başlayaraq 35-40 kq/ağac məhsul verəcəyini, orta satış qiymətinin isə 1 man/kq olacağını nəzərə alsaq, vətəndaş bundan sonrakı 10 il müddətinə cari ilə kimi bağa qoyduğu xərcləri, həmçinin bağda lazımi aqrotexniki becərmə işlərini yerinə yetirməklə, növbəti illərdə yetişdirəcəyi məhsulu satmaqla çəkdiyi xərcləri çıxara bilər. Bağda əkilmiş ağaclar bara düşdükdən sonra 25-30 il məhsul verə bilər və vətəndaş bağın becərilməsinə çəkilən xərclərdən əlavə hər il 5000 manata qədər gəlir götürə bilər. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Quba X35 Mərkəzinin 19 avqust 2022-ci il tarixli arayışına əsasən İddiaçı fermer kimi fəaliyyət göstərdiyi Quba rayonu Aşağı Xuc kənd ərazisində dövlət aktına (JN221) əsasən 3.34 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi X17 İnformasiya Sistemində (EKTİS) qeydiyyata alınmışdır. EKTlS-də qeydiyyata alınmış torpaq sahəsinin 1.26 hektarı gilas bağı, 2.07 hektarı isə buğda sahəsi olmaqla 2021- 2022-ci təsərrüfat ili üçün nəzərdə tutulmuş əkin subsidiyası fermerin bank hesabına köçürülmüşdür. Quba rayonu Digah-Xucbala bələdiyyəsinin 22 avqust 2022-ci il tarixli 57 nömrəli arayışına əsasən Quba rayonu Aşağı Xuc kəndində yerləşən JN-221 nömrəli Dövlət Aktına uyğun gələn və X2 Sistemi- BAMS proqramında da İddiaçı adına qeydə alınmış 3.34 ha torpaq sahəsi (1.26 ha bağ və 2.07 ha əkin sahəsi olmaqla) 2000-ci ildən bugünədək aramsız olaraq İddiaçı tərəfindən becərilmiş və sözü gedən sahəyə görə müəyyən olunmuş torpaq vergisi də İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən təmin edilərək, 17 425 (on yeddi min dörd yüz iyirmi beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 142,28 (yüz qırx iki manat, iyirmi səkkiz qəpik) dövlət rüsumu cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızından müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri cavabdehlər Bədəlova (Yaqubova) Kamalə Yaqub qızı, Cavabdeh3, Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı və Məmmədova (Yaqubova) Emma Yaqub qızından müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi və iddia qalan hissədə rədd edilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Ali Məhkəmənin 2(102)-1598/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının 19-cu abzasından da qeyd edilmişdir ki, həmin torpaq sahəsinin mülkiyyətçiləri cavabdehlərdir, cavabdehlərin özlərinin razılığı ilə mülkiyyətlərində olan torpaq sahəsində iddiaçı tərəfindən xeyli vəsait və əmək sərf edilərək çoxillik əkmələr əkilməsinə şərait yaradılmışdır. Tərəflərin arasında tərtib edilmiş aktdanda müəyyən olunur ki, cavabdehlər həmin torpaq sahəsini özlərinin becərmək imkanları olmadığından iddiaçıya daimi istifadəyə vermişlər, həmin aktda istifadə hüququ hər hansı müddətlə məhdudlaşdırılmamışdır.Belə olan halda iddiaçı tərfindən həmin sahədə bağ salınması təbiidir, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə cavab verməsə də, hər bir halda bu razılaşma baş tutmuş və cavabdehlərin özləri də bu faktı inkar etməmişlər, buna görə də iddiaçının cavabdehlərə qarşı mübahisəli torpaq sahəsinin yararlı hala gətirilməsi, orada artıq məhsul vermək üzrə olan bağ sahəsi salması ilə bağlı çəkdiyi xərcin qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququ vardır. Hazırkı iddianın əsası da məhz Ali Məhkəmənin sözügedən qərarıdır və qərarda araşdırılan hallar hazırkı mülki iş üzrə preyudisiyal xarakterə malikdir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olsa da iddia tələbi dəymiş zərər hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitu tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, baxış zamanı bağ sahəsində müxtəlif yaş qrupunda olan 219 ədəd sağlam gilas ağacı olduğu müəyyən edilmiş, 1,268 ha sahədə yeni gilas bağının əkilməsi xərcləri təxmini olaraq aşağıdakı kimi müəyyən edilmişdir: - sahədə olan bioloji yaş dövrünü və istisimar müddətini başa vurmuş ağacların kökləndirilməsi, sahənin şumlanması, diskilənməsi, malalanması, cərgə və ağac yerlərinin nişanlanması-670,0 manat; -çalaların qazılması (227 ədəd), tinglərin əkilməsi (227 ədəd), mıxçaların vurulması və tinglərin bağlanması-2497 manat; -əkilmiş bağın suvarılması və tinglərin düzəıdilməsi-75,0 manat; -meyvə tinglərinin qiyməti (227 x 5 manat)-1135,0 manat: cəmi xərclər-2129,4 manat məhsula düşənə qədər cavan 1,268 ha gilas bağında aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq əkindən sonrakı birinci ilində-1130 manat, ikinci ilində- 1189 manat, üçüncü ilində-1351,0 manat; dördüncü ilində-1663,0 manat və beşinci ilində isə-1663,0 manat, 5 ildə cəmi-6996.0 manat maliyyə vəsaiti xərclənə bilər. Beş yaşdan yuxarı, ilkin məhsul vermə dövrünə başlamış, məhsuldar, 1,268 ha gilas bağı sahəsində aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq bir ildə orta hesabla 1947,4 manat olmaqla, 4 ildə cəmi 7789.6 manat maliyyə vəsaiti xərclənə bilər. 2023-cü ildə 1,268 ha gilas bağında bir dəfə disklənmə, üç dəfə suvarma, dörd dəfə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilmiş və bu tədbirlərin yerinə yetirilməsinə isə təxmini olaraq 510 manat maliyyə vəsaiti xərclənə bilər, beləliklə, keçirilmiş baxış və aparılmış hesablamaların nəticələrinə əsasən 1,268 ha sahədə yeni gilas bağının salınmasına- 2129,4 manat və həmin bağ sahəsində olan 219 ədəd müxtəlif yaş qruplarında olan gilas ağaclarına 10 il ərzində (2014-2023-cü illər) aqrotexniki qulluq işlərinə 15295,6 manat, cəmi 17425 manat maliyyə vəsaiti xərclənə bilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçıya tərəfindən həmin torpaq sahəsinə çəkilmiş xərclər nəticəsində dəymiş ziyanın ümumilikdə 17425 manat məbləğində olması iş üzrə təyin edilmiş mütəxəssis rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 17425 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində iddiaçının bağın becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 manat məbləğində pulun tutulması” hissəsində hesab edir ki, əsassızdır. Belə ki, iddiaçı əşyaya vicdanlı sahiblik edən olduğundan onun qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə məhz çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən çəkilən xərclər də həmin sahə üzrə ixtisaslaşdırılmış qurum tərəfindən verilmiş rəy ilə müəyyən edilmişdir. Buna görə iddia digər hissədə təmin edilə bilməz.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 16.1, 135.4, 135.10, 152.5, 157.2, 157.4, 157.6, 157.7, 560.1, 560.2, 560.3.4, 562.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələri, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2003-cü il tarixli qərarına, “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 82, 107, 119.1, 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(011)-118/2024 saylı qətnaməsinin qismən, yəni iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçı hazırki iş üzrə mübahisəli hesab edilən torpaq sahəsinə və həmin torpaq sahəsində əkdiyi bağ sahəsinə vicdanlı sahiblik edən kimi deyil, mülkiyyətçisi kimi, yəni özünü əsaslı və qanuni mülkiyyətçi hesab etməklə bağdan hər il gəlir götürəcəyi məqsədilə əkilməsinə, becərilməsinə xərclər çəkmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan nəticəyə gələrkən maddi və prosessual qanunvericilik normalarının pozuntusuna yol vemiş, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməmiş, iş üzrə qismən, iddianın təmin edilməmiş hissəsində əsassız, qanunsuz və qeyri-obyektiv qətnamə qəbul etmişdir. İddiaçı əşyaya vicdanlı sahiblik edən olduğundan onun qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə məhz çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. İddiaçı tərəfindən çəkilən xərclər də həmin sahə üzrə ixtisaslaşdırılmış qurum tərəfindən verilmiş rəy ilə müəyyən edilmişdir.
16. Qətnamədən Cavabdeh Ulubəyova (Yaqubova) Xalidə Yaqub qızı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(011)-118/2024 saylı qətnaməsini ləğv edərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, o hazır ki, qətnamə ilə qətiyyən razı deyil, qətnamə qanunsuz və əsassız qəbul edilən qətnamədir. Belə ki, ilk növbə də İddiaçı Əlipənah oğlu ilə onun və ailə üzvlərinin arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan və notarial qaydada təsdiq olunan müvafiq torpaqın istifadə hüquqana dair hər-hansı bir müqavilə yoxdur. İddiaçı torpaqı 2000-ci ildə istifadə etməyə başlayarkən onun 16 yaşı, bacısı Məmmədova (Yaqubova) Emma Yaqub qızının 14 yaşı, digər bacısı Bədəlova (Yaqubova) Kəmalə Yaqub qızının isə 18 yaşı var idi. İddiaçı, o ailəyə məxsus torpaq sahəsini 23 il qanunsuz və təmənnasız istifadə edərək 23-il gəlir əldə etmişdir. Mövcud Torpaq Məcəlləsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə qeri qaytarılmalıdır. İddiaçı bağı istifadə etməyə başlayarkən həmin bağda 300 (üç yüzə) yaxın alma ağacı var idi. İddiaçı onlardan heç-bir icazə almadan alma ağaclarını çıxardaraq əvəzində gilas ağacları əkmişdir, indi isə yalandan deyir ki, iddiaçı bağı istifadəyə götürən zaman bağ sahəsi yanmışdır. Bundan əlavə iş üzrə təyin edilmiş 12 sentyabr 2023-cü il tarixli, №3-xxxx/21020- 9/5345 saylı, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinin tədqiqat nəticəsi hissəsində ekspert Pərvanə Rüstəmova qeyd etmişdir ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Quba X35 Mərkəzinin xx.xx.2023-cü il tarixli Quba X35 Mərkəzinin mütəxəssisləri tərəfindən verilən rəyinə əsasən Quba rayonu Aşağı Xuc kəndində yerləşən1,268 ha (JN-281 Kod ********) gilas bağına baxış keçirilərkən müəyyən olunmuşdur ki, gilas bağı 8 cərgədən ibarət olduğu və 8*6,7 metr sxemində olmaqla 2013-2014-cü təsərrüfat ilində əkildiyi, lakin sonra təsərrüfat illərində müxtəlif səbəblərdən əkilmiş tinqlərin bir neçəsinin quruması nəticəsində yeni tinqlər əkilmişdir. Bu səbəbdən də gilas bağında mövcud ağacların müxtəlif yaş dövrlərində olduğu üçün 3 yaş qrupuna ayrılmaqla 1-2 yaş qrupunda 58 ədəd, 3-5 yaş qrupunda 75 ədəd və 6-9 yaş qrupunda isə 90 ədəd ümumi 223 ədəd gilas ağacı müəyyən olundu. Xüsusilə qeyd etmək istəyir ki, iş Xətai Rayon məhkəməsinin icraatında olan zaman o və ailə üzvləri torpaq sahəsini Dövlət aktı əsasında, mülkiyyət hüquqlarını Dövlət Reyestr Xidmətində qeydiyyata alınması üçün müraciət etmişdilər. Reyestr xidmətinin əməkdaşları torpaq sahəsinə yaxınlaşıb həmin sahənin koordinatlarını müəyyən edən zaman onlara məlum olmuşdur ki, ümumilikdə bağ sahəsində əkilən 219 ədəd ağacın yalnız 160 ədədi onun ailə üzvlərinə məxsus torpaq sahəsinə düşür, İddiaçı əkdiyi qalan 59 ədəd ağaclar isə qonşunun mülkiyyətində olan torpaq sahəsinə düşür.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, evi, torpağı, ağacları cavabdehlərə qaytarar. Amma, onun pulunu qaytarsınlar. 24 ildir ki, əkib-becərdi. Bütün pulunu ora qoyub. Cavabdehlər 60.000 manat ödəsə onlarla razılaşar. 2000-ci ildən cavabdehlərin atasından torpaq sahəsini alıb.Yanmış torpaq ərazisini bərpa etmiş, əziyyəti ilə bərpa edib.Gilas ağaclarını hər il əkib. Gilas ağaclarına baxmaq olduqca əziyyətlidir. Ağac yananda yenidən əkib. 4 ton gilas aldığı olub. Vəsatətin təmin edilməsinə etiraz etməyibdir. Barışıq olarsa 20.000 manata razıdır. Cavabdehin nümayəndəsi və vəkilinin təklifi ilə razı deyil.
20. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, 24 ildir ki, iddiaçı oradan istifadə edir. 2000-ci ildə pay torpağını rəsmiləşdirməyə icazə verilmirdi. Ev rəsmiləşib, amma pay torpağı yox. Kənd sovetinin, bələdiyyənin, tərəflərin iştirakı ilə ömürlük istifadə ilə bağlı iddiaçıya verilib, bu barədə akt tərtib edilib.Cavabdehlər aktı imzalayıblar. İddiaçı yanmış torpaq sahəsini əkib-becərib, meyvə bağı salıb. İllərdir ki, iddiaçı əziyyət çəkib. Gilas bağından bu il qazanc götürməli idi. 24 ildir ki, belə problemlə bağlı iddiaçıya müraciət edilməyib. İddiaçı zülm çəkib. Onun əziyyəti çoxdur.
21. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, atasının sağlamlığında səhhətində problem yaranmışdı, atası alma bağlarının iddiaçının istifadəsinə vermişdi. Bacıları uşaq olublar, 18 yaşına çatmış fəaliyyət qabiliyyətləri olmayıb, ona görə də razılıq məsələsi onlar üçün vacib olmayıb. İddiaçı 2014-cü ilə qədər alma bağlarından istifadə edib, özbaşına onlara xəbər vermədən gilas bağı salıb. Ekspert bağa baxış da keçirib. Həmin torpaq sahəsinə 35.000 manatdan çox qiymət verən yoxdur. 10 ilin ağaclarıdır, inkişafdan qalıblar. Onlar iddiaçıya 15.000 manata qədər ödəməyə hazırdılar. İddiaçı alma bağından istifadə edib. Gilas ağacından 1 ton belə almaq olmur, yanmış ağaclardır. Məhkəmələrdə nə qədər xərci çıxıb.Bağın qiyməti 35.000 manatdan artıq deyil. Mütəxəsiss rəyi ilə razı deyillər.
22. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçıya 20.000 manat ödəməyə razı deyillər.
23. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 izahatında bildirmişdir ki, torpaqdan istifadə ilə bağlı yalnız akt var, heç bir müqavilə bağlanmamışdır. Cavabdehlərdən ikisi aktı imzalayan zaman yetkinlik yaşına çatmamışdılar.2000-ci ildə iddiaçıya bağ təhvil verilərkən orada alma ağacları olub. İddiaçı onları çıxarıb,yerinə gilas ağacları əkib. Bununla bağlı sübutları yoxdur. İddiaçının da yanmış alma ağaclarına dair sübutu yoxdur. Mülkiyyətçilər bildirir ki, iddiaçı alma ağacını çıxarıb, gilas ağacları əkib. Belə olanda təzminat ala bilməz. Mütəxəssislər bağın koordinatı müəyyən edən zaman mülkiyyətçilər 160 gilas ağacının olduğunu görüblər. İddiaçı necə 200 gilas ağacı üçün çəkdiyi xərci tələb edə bilər. Cavabdeh1 vəkili rayon məhkəməsində vəsatət verib ki, 160 gilas ağacı olub. Məhkəmə isə 200 gilas ağacına çəkilən xərc kimi hesablayıb.İddiaçı əgər kənar şəxsin mülkiyyətində 60-70 ağacları əkibsə bunu cavabehlər ödəyə bilməz. Heç kəs mülkiyyət hüququndan məhrum edilə bilməz. Cavabdehlər 24 il sonra torpaqlarını istifadə edə bilirlər. Buna heç kim qadağa qoya bilməz. 24 ildir ki, iddiaçı təmannasız bağdan istiafdə edib. Cavabdehlər iddiaçıya 15.000 manata qədər ödəməyə razıdırlar. Mütəxəssis rəyləri arasında ziddiyətlər var. Mütəxəsssis bağa baxış keçirərkən Cavabdeh1 çağırılmamışdır.Həmçinin, ekspert rəyinə əsasən ağaclara öz yaş qrupu dövründə aqrotexniki tədbirlərin görülməsinə nə qədər pul vəsaitinin xərclənməsinin müəyyən edilməsi üzrə təqdim edilmiş mütəxəssis rəyinə əsasən tədqiqat aparmaq əmtəəşünaslıq-ekspertin səlahiyyətlərinə aid olmamasını ekspert qeyd etmişdir. Mütəxəssis rəyində ağacların sayı 185 qeyd edilib və xərclərin qiyməti artırılıb. Bu da mümkün deyil. Bağ sahəsini cavabdehlərin ata evi ilə dəyişdirməyi iddiaçıya təklif etmişlər.Əgər razıdırsa mübahisəni həll edə bilərlər. Mütəxəssis rəyi ilə razı deyillər.
24. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
25. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamədən iddiaçı və Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
33. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, maddi ziyan olaraq 24.011 manat, iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində iddiaçının bağın becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 manat pulun tutulmasını xahiş edir.
34. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı və Cavabdeh1 tərəfindən mübahisələndirilmişdir.
35. İlk növbədə kollegiya qeyd edir ki, tərəflərin arasında əvvəllər olmuş məhkəmə mübahisələri ilə bağlı qəbul edilmiş Ali Məhkəmənin 2(102)- 1598/2023 saylı, xx.xx.2023cü il tarixli Qərarının 19-cu abzasından da qeyd edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçiləri cavabdehlərdir, cavabdehlərin özlərinin razılığı ilə mülkiyyətlərində olan torpaq sahəsində iddiaçı tərəfindən xeyli vəsait və əmək sərf edilərək çoxillik əkmələr əkilməsinə şərait yaradılmışdır. Tərəflərin arasında tərtib edilmiş aktdanda müəyyən olunur ki, cavabdehlər həmin torpaq sahəsini özlərinin becərmək imkanları olmadığından iddiaçıya daimi istifadəyə vermişlər, həmin aktda istifadə hüququ hər hansı müddətlə məhdudlaşdırılmamışdır. Belə olan halda iddiaçı tərfindən həmin sahədə bağ salınması təbiidir, mübahisəli torpaq sahəsinə dair tərəflər arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə cavab verməsə də, hər bir halda bu razılaşma baş tutmuş və cavabdehlərin özləri də bu faktı inkar etməmişlər, buna görə də iddiaçının cavabdehlərə qarşı mübahisəli torpaq sahəsinin yararlı hala gətirilməsi, orada artıq məhsul vermək üzrə olan bağ sahəsi salması ilə bağlı çəkdiyi xərcin qaytarılması və zərərin ödənilməsini tələb etmək hüququ vardır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində qeyd edilir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
37. Hazırda iddiaçı çəkilmiş xərclər qismində 24.011 manat maddi ziyanı və çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsini xahiş edir.
38. İşə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitut tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyini əsas götürərək 17425,0 manat pulun tutulmasını qət etmişdir.
39. Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi- Tədqiqat İnstitut tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsi Abdul Qonaqovun dediyinə görə 1,268 ha gilas bağı 2013-cü ilin payızı və 2014-cü ilin yazında 8x7 m əkin sxemi ilə əkilmişdir. Növbəti təsərrüfat illərində həmin bağda qurumuş ağacların yerinə tinglər əkilməklə təmir-bərpa işləri yerinə yetirilmişdir. Baxış zamanı bağ sahəsində müxtəlif yaş qrupunda olan 219 ədəd sağlam gilas ağacı olduğu müəyyən edildi. 1,268 ha sahədə yeni gilas bağının əkilməsi xərcləri təxmini olaraq aşağıdakı kimi müəyyən edildi: - Sahədə olan bioloji yaş dövrünü və istisimar müddətini başa vurmuş ağacların kökləndirilməsi, sahənin şumlanması, diskilənməsi, malalanması, cərgə və ağac yerlərinin nişanİanması 670,0 manat; -Çalaların qazılması (227 ədəd), tinglərin əkilməsi (227 ədəd), mıxçaların vurulması və tinglərin bağlanması-2497 manat; -Əkilmiş bağın suvarılması və tinglərin düzəİdilməsi-75,0 manat; -Meyvə tinglərinin qiyməti (227 x 5 manat)-1135,0 manat: Cəmi xərclər-2129,4 manat məhsula düşənə qədər cavan 1,268 ha gilas bağında aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq əkindən sonrakı birinci ilində-1130 manat, ikinci ilində1189 manat, üçüncü ilində-1351,0 manat; dördüncü ilində-1663,0 manat və beşinci ilində isə-1663,0 manat, 5 ildə cəmi-6996.0 manat maliyyə vəsaiti xərclənə bilər. Beş yaşdan yuxarı, ilkin məhsul vermə dövrünə başlamış, məhsuldar, 1,268 ha gilas bağı sahəsində aqrotexniki becərmə tədbirlərinə təxmini olaraq bir ildə orta hesabla 1947,4 manat olmaqla, 4 ildə cəmi 7789.6 manat maliyyə vəsaiti xərclənə bilər. 2023-cü ildə 1,268 ha gilas bağında bir dəfə disklənmə, üç dəfə suvarma, dörd dəfə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilmiş və bu tədbirlərin yerinə yetirilməsinə isə təxmini olaraq 510,0 manat maliyyə vəsaiti xərclənə bilər, beləliklə, keçirilmiş baxış və aparılmış hesablamaların nəticələrinə əsasən 1,268 ha sahədə yeni gilas bağının salınmasına 2129,4 manat və həmin bağ sahəsində olan 219 ədəd müxtəlif yaş qruplarında olan gilas ağaclarına 10 il ərzində (2014-2023-cü illər) aqrotexniki qulluq işlərinə 15295,6 manat, cəmi 17425,0 manat maliyyə vəsaiti xərclənə bilər.
40. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, 1,268 ha sahədə yeni gilas bağının salınmasına 2129,4 manat və həmin bağ sahəsində olan 219 ədəd müxtəlif yaş qruplarında olan gilas ağaclarına 10 il ərzində (2014-2023-cü illər) aqrotexniki qulluq işlərinə 15295,6 manat, cəmi 17425 manat maliyyə vəsaiti xərclənə bilməsi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçıya tərəfindən həmin torpaq sahəsinə çəkilmiş xərclər nəticəsində dəymiş ziyanın ümumilikdə 17425 manat məbləğində olması iş üzrə təyin edilmiş mütəxəssis rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 17425 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) hesabına, yəni 30 il ərzində iddiaçının bağın becərilməsinə çəkdiyi xərclərdən əlavə hər il 5000 manata gəlir götürəcəyi nəzərə alınmaqla 150.000 manat məbləğində pulun tutulması” hissəsində hesab edir ki, əsassızdır. Belə ki, iddiaçı əşyaya vicdanlı sahiblik edən olduğundan onun qoyduğu yaxşılaşdırmaları götürmək, bu mümkün olmadıqda isə məhz çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
41. Kollegiya işə baxan məhkəmənin müvqeyi ilə razılaşmayaraq qeyd edir ki, yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz.
42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsində qeyd edilir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
43. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu məsrəflər əmlakın dəyərindən artıq olmamalıdır.
44. İddia tələbinin qanuni əsaslarından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər və bu tələb hüququ əmlakın sahibdən alındığı andan yaranır.
45. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
46. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz.
47. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir.
48. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir.
49. Cavabdehin isə apellyasiya şikayətinin dəlilləri odur ki, İddiaçı bağı istifadə etməyə başlayarkən həmin bağda üç yüzə yaxın alma ağacı var idi. İddiaçı onlardan heç bir icazə almadan alma ağaclarını çıxardaraq əvəzində gilas ağacları əkmişdir. Ümumilikdə bağ sahəsində əkilən 219 ədəd ağacın yalnız 160 ədədi onun ailə üzvlərinə məxsus torpaq sahəsinə düşür, İddiaçı əkdiyi qalan 59 ədəd ağaclar isə qonşunun mülkiyyətində olan torpaq sahəsinə düşür.
50. Kollegiya qeyd edir ki, cavabdeh mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsindən qabaq orada üç yüzə yaxın alma ağacının olmasına dair məhkəməyə sübut təqdim etməmişdir.
51. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı isə kollegiya qeyd edir ki, ağaclarına sayına görə deyil, kollegiya faktiki 1.2704 ha (sənəd üzrə sahəsi 1.268 ha) torpaq sahəsinin (üzərindəkilərlə birlikdə) hazırkı bazar dəyərinin nə qədər olması və həmin torpaq sahəsinin boş vəziyyətdə bazar dəyərinin nə qədər olmasını müəyyən etmək üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etdi.
52. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və X29 İnstitutu tərəfindən verilmiş 3-22-9/2-103/2024 saylı, 20 iyun 2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, MÇETİ-nin baş elmi işçisi M.Qurbanov və Quba DAİM-in sektor müdiri T.İsmayılov xx.xx.2024-cü il tarixdə həmin sahəyə birgə baxış keçirmiş və aşağıdakılar müəyyən edilmişdir: 1. Baxış zamanı başda 185 yararlı gilas ağacının olduğu müəyyən edilmişdir. 2. Bağda 1-2 yaşlı 18 ədəd, 3-4 yaşlı 16 ədəd, 5-6 yaşlı 35 ədəd, 7-8 yaşlı 53 ədəd və 9-10 yaşlı 63 ədəd yararlı gilas ağacları mövcuddur. 3. Bağda mövcud olan gilas ağacları 5 qrupa ayrılır. 4. Gilas bağında aqrotexniki tədbirlərin görülməsinə illər üzrə aşağıdakı pul vəsaiti xərclənə bilər: İ il – bağın salınması və s. xərclər – 4280 manat, İİ il – təmir və becərmə işləri – 1500 manat, İİİ il – təmir və becərmə işləri – 1500 manat, İV il – təmir və becərmə işləri – 1500 manat, V il – təmir və becərmə işləri – 2000 manat, Vİ il – təmir və becərmə işləri – 2000 manat, Vİİ il – təmir və becərmə işləri – 2000 manat, Vİİİ il – təmir və becərmə işləri – 2000 manat, İX il təmir və becərmə işləri – 2000 manat. Cəmi 18780 manat. 5. Quba rayonu, Aşağı Xuc kəndi ərazisində JN-221, xx.xx.1999-cu il tarixli dövlət aktına əsasən faktiki 1.2704 ha (sənəd üzrə sahəsi 1.268 ha) torpaq sahəsinin (üzərindəkilərlə birlikdə) hazırkı bazar dəyəri 14000-16000 manat dəyərləndirilə bilər.
53. Kollegiya Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və X29 İnstitutu tərəfindən verilmiş rəyləri mötəbər sübut kimi qiymətləndirmir. Çünki Azərbaycan Respublikası Kənd Təsərrüfat Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən verilən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində cəmi 17425,0 manat maliyyə vəsaiti xərclənə bilməsi göstərildiyi halda, 20 iyun 2024-cü il tarixli mütəxəssis rəyində 18780 manat xərclənə bilməsi və torpaq sahəsinin (üzərindəkilərlə birlikdə) hazırkı bazar dəyərinin 14000-16000 manat ola biləcəyi qeyd edilmişdir. Göründüyü kimi yaxşılaşdırmaya çəkilmiş xərcin 18780 manat olması, lakin torpağın üzərindəki yaxşılaşdırmalarla dəyərinin 14000-16000 manat ola bilməsi əsaslandırılmış görünmür. Çünki torpağa çəkilmiş xərclər onun dəyərini artıra biləcəyi halda hansı səbəbdən yaxşılaşdırmalarla birlikdə torpağın dəyərinin çəkilmiş xərcdən aşağı olması rəydə qeyd olunmamışdır.
54. Quba rayonu, Aşağı Xuc kənd ərazisində JN-221, xx.xx.1999-cu il tarixli dövlət aktına əsasən faktiki 1.2704 ha (sənəd üzrə sahəsi 1.268 ha) torpaq sahəsinin (üzərindəkilərlə birlikdə) hazırkı bazar dəyərinin nə qədər olması və həmin torpaq sahəsinin boş vəziyyətdə bazar dəyərinin nə qədər olmasını müəyyən etmək üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
55. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1375-9/68xx-xx/6525 nömrəli ekspert rəyində qeyd edilir ki, Quba rayonu, Aşağı Xuc kəndində yerləşən tədqiqat obyektinə uyğun internet saytlarında analoji məlumat olmadığı üçün müqayisə metodu ilə tədqiqat aparılması mümkün olmamışdır.
56. "xxxx" MMC tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, UNİ/D 15-662/2024-cü il tarixli rəyində qeyd edilir ki, Quba rayonu, Aşağı Xuc kənd ərazisində JN-221, xx.xx.1999cu il tarixli dövlət aktına əsasən faktiki 1.2704 ha (sənəd üzrə sahəsi 1.268 ha) torpaq sahəsinin (üzərindəkilərlə birlikdə) hazırkı bazar dəyəri 46 500 manat, boş vəziyyətdə bazar dəyəri 20 300 manat təşkil edir.
57. "xxxx" MMC tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, UNİ/D 15-662/2024-cü il tarixli rəyindən belə nəticəyə gəlmək olur ki, yaxşılaşdırmanın dəyəri 26200 manat təşkil edir. Kollegiya hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli rəy mötəbər sübut kimi qiymətləndirilməli və nəzərə alınmalıdır.
58. Beləliklə, kollegiya qeyd edir ki, iddiaçının xeyrinə yaxşılaşdırmanın dəyəri tutula bilər. Lakin iddiaçının tələbindən də aydın şəkildə görünür ki, iddiaçının tələb etdiyi maddi zərər 24.011 manatdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən kollegiya belə qənaətə gəlir ki, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada 24.011 manat məbləğində pul tutulmalıdır.
59. İddiaçının digər tələbi əldən çıxmış faydaya görə 150000 manat məbləğində pul tələbidir. İddiaçı tələbini belə əsaslandırır ki, bağda əkilmiş ağaclar bara düşdükdən sonra 25-30 il məhsul verə bilər və bağın becərilməsinə çəkilən xərclərdən əlavə hər il 5000 manata qədər gəlir götürə bilər.
60. Kollegiya hesab edir ki, iddiaçının əldən şıxmış fayda ilə bağlı tələbi əsassızdır. İddiaçı iddia tələbini əsaslandırdığı hallara dair, yəni bağın 25-30 il məhsul verə bilməsi və hər il 5000 manata qədər gəlir götürə bilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir.
61. Şərh olunanlara əsasən kollegiya bu qənaətə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X11, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24.011 (iyirmi dörd min on bir) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 (yüz altmış iki) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid olunmalı, işə birinci instansiya məhkəməsində baxılması zamanı keçirilmiş ekspertiza xərci 100 manat və işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı ekspertizanın keçirilməsi ilə bağlı 150 manat məbləğində ekspertiza xərci cavabdehlər X11, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməli, "xxxx" MMC tərəfindən həyata keçirilmiş 200 manat məbləğində qiymətləndirmə xərcinin 100 manatı İddiaçı, qalan 100 manatı isə cavabdehlər X11, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ((VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilməlidir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X11, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26 200 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 162 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalıq hissəsi və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid olunsun. İşə birinci instansiya məhkəməsində baxılması zamanı keçirilmiş ekspertiza xərci 100 manat və işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı ekspertizanın keçirilməsi ilə bağlı 150 manat məbləğində ekspertiza xərci cavabdehlər X11, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. "xxxx" MMC tərəfindən həyata keçirilmiş 200 manat məbləğində qiymətləndirmə xərcinin 100 manatı İddiaçı, qalan 100 manatı isə cavabdehlər X11, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ((VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov