Məhkəmə qərarları › İş №2(103)-1830/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1830/2021

10.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1830/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4414/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2020-ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, xx.xx.2016-cı ildən Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinin mühasibat uçotu sektorunun böyük məsləhətçisi vəsifəsinə qəbul olunmuşdur. İşlədiyi müddətdə vəzifə öhdəliklərini nümunəvi şəkildə yerinə yetirmiş, barəsində heç bir tənbeh tədbiri görülməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 1077 saylı Fərmanına əsasən Dövlət Sosial Müdafıə Fondunun, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bazasında publik hüquqi şəxslər yaradılmışdır. Fərmanda qeyd olunmuşdur ki, bu Fərmanın 1-3cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafıə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafıq olaraq, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafıə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Göründüyü kimi, ləğvetmə prosesi baş vermədiyi halda, ƏƏSMN-nin **********4 nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixində əmək müqaviləsinə “xxxx” əsası ilə xitam verilmişdir. xxxx o halda mümkündür ki, həmin orqanın (və ya müəssisənin) vəzifə və hüquqları hüquq varisliyi qaydasında başqa quruma (orqan və ya müəssisəyə) keçməsin. Hazırki vəziyyətdə isə publik hüquqi şəxs bütün əmlakı, vəzifə və səlahiyyətləri ilə öz fəaliyyətini dəyişilməz qaydada davam etdirir. Dövlət orqanının hüquqi statusunun dəyişməsi və ya hər hansı formada yenidən təşkil edilməsi ləğvetmə kimi qiymətləndirilə bilməz. Əks halda “yenidən təşkil (çevrilmə)” və “ləğvetmə” arasında nə terminoloji, nə də hüquqi fərq olardı. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mövcud vəziyyətdə ləğvetmə deyil, çevrilmə baş verdiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad edilməsi qanuni deyil, yolverilməz və absurddur. Belə ki, mövcud qanunvericiliyə görə çevrilmə şəklində yenidən təşkilin ləğetmə ilə heç bir hüquqi bağlılığı yoxdur. Hazırda fəaliyyət göstərən publik hüquqi şəxs dövlət orqanı statusunu itirdiyindən orada çalışan dövlət qulluqçuları da yalnız “dövlət qulluqçusu” statusunu itirmiş olur. Belə ki, bir qurumun (orqan və ya müəssisənin) təşkilati hüquqi forması və ya statusunun dəyişməsi orada çalışan işçinin statusuna təsir göstərə bilər, lakin əmək müqaviləsinə xitam verilməsi üçün heç bir birbaşa və ya dolayı əsas yoxdur. Dövlət orqanının ləğv edilməsi ilə əlaqədar heç bir hüquqi akt mövcud deyildir və təbii olaraq heç bir ləğvetmə prosesi həyata keçirilməmiş, ləğvetmə komissiyası yaradılmamışdır. DSMF çevrilmə şəklində qeydiyyatdan keçmişdir. Əmək Məcəlləsinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri pozulmuşdur. Görünən budur ki, Fond yalnız ona və bir neçə işçiyə münasibətdə ləğv olunub. Belə ki, qurum öz fəaliyyətini olduğu kimi, elə əvvəlki işçi heyəti ilə davam etdirir. Əgər hüquqi anlamda “ləğvetmə” həqiqətən mövcud olsaydı, bu, təbii olaraq bütün işçi heyətinə aid olardı, yalnız “seçilmişlər”ə deyil. Onu da qeyd etmək istəyir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl, Nazirliyin kadrlar şöbəsindən mobil telefon vasitəsi ilə Dövlət Sosial Müdafıə Fondunda struktur dəyişikliyinin olmasını səbəb gətirərək, işə öz arzusu ilə geri çağrılması barədə ərizə yazması və işdən azad olunması ilə bağlı ikinci ərizəni yazmaqla işdən çıxması tələb edilmiş, əks təqdirdə ixtisar olunmaqla işdən azad ediləcəyi bidirilmişdir. Sosial məzuniyyətdə olduğu və az yaşlı övladına baxdığı üçün işə çıxmasının mümkunsuz olduğunu bildirmiş, buna baxmayaraq Nazirliyin kadrlar şöbəsinin bir neçə əməkdaşı ona yuxarıda qeyd etdiyi formada ərizə yazması üçün təzyiq göstərmişdirlər. Nəhayət Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 saylı əmri ilə Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Halbuki, xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış ərizəsinə əsasən ona övladının üç yaşına çatanadək sosial məzuniyyət veirilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4414/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, xx.xx.2016-cı ildən Cavabdeh yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai Rayon Şöbəsinin mühasibat uçotu sektorunun böyük məsləhətçisi vəzifəsində çalışırdı. İşlədiyi müddətdə vəzifə öhdəliklərini nümunəvi şəkildə yerinə yetirərək barəsində heç bir intizam tənbeh tədbiri görülməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 1077 saylı Fərmanına əsasən, Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Agentliyinin Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bazasında publik hüquqi şəxslər yaradılmışdır. Fərmanda qeyd olunmuşdur ki, bu Fərmanın 1-3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə, əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Göründüyü kimi, ləğvetmə prosesi baş vermədiyi halda, ƏƏSMN-nin **********4 nömrəli əmrinə əsasən, xx.xx.2020-ci il tarixində əmək müqaviləsinə “xxxx” əsası ilə xitam verilmişdir. xxxx o halda mümkündür ki, həmin orqanın (və ya müəssisənin) vəzifə və hüquqları hüquq varisliyi qaydasında başqa quruma (orqan və ya müəssisəyə) keçməsin. Hazırki vəziyyətdə isə publik hüquqi şəxs bütün əmlakı, vəzifə və səlahiyyətləri ilə öz fəaliyyətini dəyişilməz qaydada davam etdirir. Dövlət orqanının hüquqi statusunun dəyişməsi və ya hər hansı formada yenidən təşkil edilməsi ləğvetmə kimi qiymətləndirilə bilməz. Əks halda, “yenidən təşkil (çevrilmə)” və “ləğvetmə” arasında nə terminoloji, nə də hüquqi fərq olardı. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mövcud vəziyyətdə ləğvetmə deyil, çevrilmə baş verdiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad edilməsi qanuni deyil, yolverilməz və absurddur. Belə ki, mövcud qanunvericiliyə görə çevrilmə şəklində yenidən təşkilin ləğvetmə ilə heç bir hüquqi bağlılığı yoxdur. Hazırda fəaliyyət göstərən publik hüquqi şəxs dövlət orqanı statusunu itirdiyindən, orada çalışan dövlət qulluqçuları da yalnız “dövlət qulluqçusu” statusunu itirmiş olur. Belə ki, bir qurumun (orqan və ya müəssisənin) təşkilati hüquqi forması və ya statusunun dəyişməsi orada çalışan işçinin statusuna təsir göstərə bilər, lakin əmək müqaviləsinə xitam verilməsi üçün heç bir birbaşa və ya dolayı əsas yoxdur. Dövlət orqanının ləğv edilməsi ilə əlaqədar heç bir hüquqi akt mövcud deyildir və təbii olaraq heç bir ləğvetmə prosesi həyata keçirilməmiş, ləğvetmə komissiyası yaradılmamışdır. DSMF çevrilmə şəklində qeydiyyatdan keçmişdir. Əmək Məcəlləsinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri pozulmuşdur. Görünən budur ki, Fond yalnız ona və bir neçə işçiyə münasibətdə ləğv olunub. Belə ki, qurum öz fəaliyyətini olduğu kimi, elə əvvəlki işçi heyəti ilə davam etdirir. Əgər hüquqi anlamda “ləğvetmə” həqiqətən mövcud olsaydı, bu, təbii olaraq bütün işçi heyətinə aid olardı, yalnız “seçilmişlər”ə deyil. İddiaçı onu da qeyd edir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl, Nazirliyin kadrlar şöbəsindən mobil telefon vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunda struktur dəyişikliyinin olmasını səbəb gətirərək, işə öz arzusu ilə geri çağrılması barədə ərizə yazmaq və işdən azad olunmaq ilə bağlı ikinci ərizəni yazmaqla işdən çıxması tələb edilmiş, əks təqdirdə, ixtisar olunmaqla işdən azad ediləcəyi bidirilmişdir. Sosial məzuniyyətdə olduğu və az yaşlı övladına baxdığı üçün işə çıxmağının mümkünsüz olduğunu bildirməyinə baxmayaraq, Nazirliyin kadrlar şöbəsinin bir neçə əməkdaşı ona yuxarıda qeyd etdiyi formada ərizə yazmağı üçün təzyiq göstərmişdirlər. Nəhayət, Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 saylı əmri ilə Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən,iddiaçı tutduğu vəzifədən azad edilmişdir. Halbuki, xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış ərizəyə əsasən, ona övladının üç yaşına çatanadək sosial məzuniyyət veirilmişdir. Həmçinin, iddiaçı yeni publik hüquqi şəxsdə işlə təmin olunmağı barədə Nazirliyə ərizə ilə müraciət etsə belə, bu günə kimi ona heç bir cavab verilməmişdir. İddia tələbinə nəzər salındıqda görünür ki, iddiaçının 2 tələbi mövcuddur: 1. əmrin ləğv edilməsi, 2. işə bərpa. Məhkəmə qətnaməsində hakim 1-ci tələbi əsaslandırmağa çalışsa da, 2-ci tələbə ümumiyyətlə toxunmamış, həmin tələbi niyə təmin etməməsini əsaslandırmamışdır. Halbuki, cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həm Nazirlik tərəfindən, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən yeni yaradılmış qurumlarda işə qəbul olunmaqla bağlı İddiaçı ilə dəfələrlə əlaqə saxlanılaraq ona ərizə yazaraq yeni işə keçmə barədə məlumat verilmişdir. Həmçinin, bəhs edilən dövrdə İ.Xədicə ilə işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul olunma haqqında ərizələr yazmasından imtina etməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Əslində isə, iddiaçı ilə Nazirliyin kadrlar şöbəsindən mobil telefon vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunda struktur dəyişikliyinin olmasını səbəb gətirərək, işə öz arzusu ilə geri çağırılması barədə ərizə yazmaq və işdən azad olunmağı ilə bağlı ikinci ərizəni yazmaqla işdən çıxmağı tələb edilmiş, əks təqdirdə, ixtisar olunmaqla işdən azad ediləcəyi bildirilmişdir. İddiaçının sosial məzuniyyətdə olduğu və az yaşlı övladına baxdığı üçün işə çıxmağının mümkünsüz olduğu bildirilmiş, buna baxmayaraq, Nazirliyin kadrlar şöbəsinin bir neçə əməkdaşı ona yuxarıda qeyd etdiyi formada ərizə yazmağı üçün təzyiq göstərmişdirlər. Maraqlısı odur ki, əgər həqiqətən cavabdehin məqsədi onu analıq məzuniyyətindən geri çağırıb işlə təmin etmək olmuşdursa, bəs niyə onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edildikdən sonra, iddiaçı yeni yaradılmış müvafiq publik hüquqi şəxsdə işlə təmin edilməmişdir? Onun çevrilmə yolu publik hüquqi şəxsə çevrilən qurumda işlə təmin olunmamağı Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli, 1077 saylı fərmanın da icra olunmaması deməkdir. Cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatından bəlli olur ki, guya, həqiqətən Nazirliyin məqsədi iddiaçını analıq məzuniyyətindən geri çağırıb onu yeni işlə təmin etmək üçün prosedur qaydalarına əməl etmək olmuşdur. Lakin iddiaçının gəlib müvafiq ərizələri yazmaq istəməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra ona yeni yaradılmış qurumda hər hansı bir iş təklif edilməmişdir. Cavabdehin nümayəndəsinin mövqeyindən görünür ki, iddiaçının əmrin ləğv edilməsi barədə tələbini qəbul etməsə də, iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbinə etiraz etməmiş, onun yeni yaradılmış publik hüquqi şəxsdə işə götürülməsinin yolverilməzliyi ilə bağlı konkret bir dəlil gətirməmiş, bu hala ümumiyyətlə münasibət bildirməmiş, 1-ci instansiya məhkəməsi isə iddiaçının işə bərpa edilməsi barədə tələbini araşdırmamış, həmin tələbin niyə təmin edilə bilməməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı Nazirliyin xx.xx.2016-cı il tarixli xx/xx-1112 nömrəli əmri ilə müddətli müqavilə əsasında DSMF-nin Xətai rayon Şöbəsinin mühasibat uçotu sektorunda böyük məsləhətçi vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Həmin fərmanın 7-ci hissəsində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsi”nin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək səlahiyyəti X4 verilmişdir. Həmin Fərmanın 4.11.11-ci yarımbəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun işçilərinə münasibətdə Nazirlik özünün işə götürən səlahiyyətlərini itirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Qeyd edilən tapşırığın icrası ilə bağlı həm Nazirlik tərəfindən, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən yeni yaradılmış qurumlarda işə qəbul olunmaqla bağlı İddiaçı ilə dəfələrlə əlaqə saxlanılaraq ərizə yazaraq yeni işə keçmə barədə məlumat verilmişdir. Həmçinin, bəhs edilən dövrdə İ.Xədicə ilə işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul olunma haqqında ərizələr yazmasından imtina etməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək Nazirliyin Aparatının Dövlət qulluğu və Kadr məsələləri şöbəsindən onunla əlaqə saxlanılaraq Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun struktur dəyişkliyi ilə bağlı ərizə yazaraq işə öz arzusu ilə qismən ödənişli sosial məzuniyyətdən geri qayıtmağı, öz arzusu ilə müqaviləsinə xitam verilməsi və yenidən ərizə yazaraq işə qəbul edilməsi barədə məlumatlandırıldığını göstərmişdir. İddiaçı qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiasına münasibətdə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində 1-ci hissəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Göründüyü kimi, iddaçının qismən ödənişli sosial məzuniyyətdə olması onun əmək müqaviləsinə ləğvlə əlaqədar xitam verilməsi qadağan edilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4414/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Bu konteksdə məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını tədqiq edib, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən, nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi üzrə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanın 5.1-ci bəndinə əsasən bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Həmin Fərmanın 7.5-ci bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondunda işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1076 nömrəli Fərmanının 1.3cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir: “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsi”nin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək səlahiyyəti X4 verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsi”nin 4.11.11-ci yarımbəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Kollegiya qeyd edir ki, Fərmandan da göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun işçilərinə münasibətdə özünün işəgötürən səlahiyyətlərini itirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xətai rayon Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktın məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1076 və 1077 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Nazirlikdə aparılacaq struktur dəyişiklikləri ilə bağlı şöbənin mühasibatlıq sektorunun böyük məsləhətçisi, analıq məzuniyyətində olan İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq şöbəyə dəvət edilməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, İddiaçı şöbəyə gəlməkdən, işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul haqqında ərizələr yazmaqdan imtina etmişdir. Bu hal iş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış məktubla da təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi X3 xx.xx.2020-ci il tarixli, **********4 saylı əmrindən görünür ki, Nazirlilyın yanında Dövtət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin Mühasibat uçotu sektorunda boyük məsləhətçi vəzifəsində müddətli müqavliə əsasında çalışan İddiaçı xxxx ilə əlaqadar olaraq Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Kollegiya apellyatorun cavabdeh tərəfindən ona təzyiqlər göstərilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır. Kollegiya hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddianın təmin edilməməsi ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1076 və 1077 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılacaq struktur dəyişiklikləri ilə bağlı şöbənin mühasibatlıq sektorunun böyük məsləhətçisi, analıq məzuniyyətində olan İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq şöbəyə dəvət edilməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, şöbəyə gəlməkdən, işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul haqqında ərizələr yazmaqdan imtina etmişdir. Belə olan halda cavabdeh iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin “a” bəndi ilə ləğv etməklə bağlı əmr verməkdə haqlı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli **********4 saylı əmri əsaslı olduğundan, iddiaçının iddia tələbi təmin edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun işçilərinə münasibətdə özünün işə götürən səlahiyyətlərini itirdiyindən, işə bərpa ilə bağlı iddiaçının tələbi əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndinə əsasən, müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Kollegiya iddiaçının qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, Əmək Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən üç yaşınadək uşağı olan qadınların məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müddəalar Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilən hallara şamil edilmir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Kollegiya apellyatorun “dövlət orqanının hüquqi statusunun dəyişməsi və ya hər hansı formada yenidən təşkil edilməsinin ləğvetmə kimi qiymətləndirilə bilməməsi” ilə bağlı dəlilini əsassız hesab edərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli, 1076 saylı Fərmanının 2-ci hissəsi ləğv edilmiş “Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 1.1-ci bəndində qeyd olunurdu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu icra hakimiyyəti orqanı olmuş, sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinə əsasən müəssisə-mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyidir. Beləliklə, yuxarıda qeyd olunanlar müəssisənin ləğv olunması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(004)-4414/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar