Məhkəmə qərarları › İş №2(103)-1830/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1830/2024

01.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1830/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “naturada payın ayrılması, bu mümkün olmadıqda əmlakın satılaraq pulun mütənasib qaydada bölünməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(005)-811/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, 802-803-cü məhəllə, Kazımzadə küçəsi, ev 30, D blok, D1 mənzil 54-ün onunla Cavabdeh1 arasında paylarına mütənasib surətdə ½ nisbətdə naturada bölünməsi, bu mümkün olmadıqda həmin mənzilin qiymətləndirilərək açıq hərracdan satılması və satışdan əldə edilən pulun onunla Cavabdeh1 arasında paylara mütənasib surətdə ½ nisbətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, o cümlədən Cavabdeh2 MMC-ni də cavabdeh qismində cəlb edərək, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən nəqliyyat vasitəsinin dəyərini aşan hissəni (kompensasiya şəklində) və “Mitsubishi L200” markalı, ** NN *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə verməklə, “X10” markalı, ** FP *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh İddiaçı alınaraq onun sahibliyinə və istifadəsinə verilməsi, habelə Cavabdeh2 MMC tərəfindən mübahisəli əmlakların qiymətləndirilməsinə dair ekspert rəyi adı altında təqdim edilmiş xx.xx.2023-cü il tarixli sənədin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-811/2023 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracdan satılması, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin açıq hərracda ilkin satış qiymətinin 723.000 (yeddi yüz iyirmi üç min) manat müəyyən edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin satışından əldə edilən vəsaitin tərəflərin paylarına uyğun yəni ½ hissəsinin İddiaçı, ½ hissəsinin Cavabdeh1 verilməsi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 MMC-yə qarşı “kompensasiya ödənilməklə avtomobilin sahiblik və istifadəyə verilməsi, ekspert rəyinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi, mülki iş üzrə ödənilmiş 100 dövlət rüsumunun Cavabdeh1 tutularaq, İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Həmin ərəfədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-811/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-811/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamənin nəticə hissəsinin 6-cı abzasında düzəliş edilməsi və həmin abzasda “100 dövlət rüsumu” ifadəsinin “100 manat dövlət rüsumu” kimi oxunması, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29103)-1260/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1830/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən əlavə qətnamə çıxarılması barədə ərizə verildiyi bildirilmiş və həmin ərizəyə baxılması üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə qarşı verilmiş etirazı müdafiə edərək, əlavə qətnamənin çıxarılması tələb edilən məsələyə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-811/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə artıq münasibət bildirildiyini və həmin qərardaddan qarşı tərəfin verdiyi şikayətin də Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilmədiyini bildirmiş və işin birinci instansiya məhkəməsinə göndərilməsinə hər hansı zərurətin qalmadığını qeyd edərək, işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlərlə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qarşı tərəfin də bu məsələyə münasibətini öyrənib, işə, o cümlədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin məktubuna ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunun məzmununu nəzərə alıb, hesab edir ki, məktubda göstərilən məsələnin həll edilməsi, yəni ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 əlavə qətnamə çıxarılması barədə ərizəsinə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-811/2023 saylı qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13-cü, 263- 264, 384-cü, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilən məsələnin həll edilməsi, yəni ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 əlavə qətnamə çıxarılması barədə ərizəsinə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-811/2023 saylı qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar