Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1830/2025 26.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ pulun ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3424/2023 saylı işi üzrə 06 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə (Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3800/2024 saylı qərarı ilə müəyyən edilmiş hissədə) Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya 259992 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 441.988 manat məbləğinin və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla 168.995 ABŞ dollarının, həmin pulun bu günə olan məzənnəsi ilə 287,292 manat məbləğinin əldən çıxmış fayda kimi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3424/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə ( Azərbaycan Respublikası 380, 385.1, 442; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadən) iddia tələblərinin qismən təmin edilməsi, 200000 manat pul məbləğinin və 250,50 dövlət rüsumunun Cavabdehndən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlardan görünür ki: - Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında 26 aprel 2007-ci il tarixdə 005 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badam” şəhərciyində yerləşən 105 nömrəli villanı alıcıya satmışdır. Müqavilənin 2.3 villanın ümumi qiyməti 445500 ABŞ dolları müəyyən edilmiş və həmin məbləğin alıcı tərəfindən 26 aprel 2008-ci il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 6-cı bəndində əsasən qeyd edilmişdir ki, alıcı müqaviləni birtərəfli qaydada ləğv etmək istədikdə ödədiyi pul yalnız villa başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarılır; - 26 aprel 2007-ci il tarixli, 005 saylı müqaviləyə əlavə olan 29 aprel 2022-ci il tarixli ödəniş cədvəlinə əsasən İddiaçı 26 aprel 2007-ci il tarixdə 100000 ABŞ dolları ödəmişdir və borc 345.500 ABŞ dolları idi, 14 sentyabr 2007-ci il tarixdə 19.993 ABŞ dolları ödəmişdir və borc 325.507 ABŞ dolları idi, 20 oktyabr 2007-ci il tarixdə 20.000 ABŞ dolları ödəmişdir və borc 305.507 ABŞ dolları idi, 27 noyabr 2007-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 280.507 ABŞ dolları idi, 28 dekabr 2007-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 255.507 ABŞ dolları idi, 31 yanvar 2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 230.507 ABŞ dolları idi, 29 mart 2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 205.507 ABŞ dolları idi, 29 aprel 2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 180.507 ABŞ dolları idi, 14 iyun 2008-ci il tarixdə 25.000 ABŞ dolları ödəmişdir və borc 155.507 ABŞ dolları idi. Cəmi ödəniş 289.993 ABŞ dolları, borc 155.507 ABŞ dollarıdır. Villanın qiyməti 445.500 ABŞ dolları, ödəniş müddəti 18 ay, aylıq ödəniş 100.000 ABŞ dollarıdır;- Kassa mədaxil qəbzlərinin təsdiq edilmiş surətlərinə əsasən, İddiaçı 005 nömrəli müqavilə üzrə Cavabdeh MMC-yə xx.xx.2008-ci ildə 25000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25000 ABŞ dolları, xx.xx.2007-ci ildə 25.000 ABŞ dolları, xx.xx.2008ci ildə 25000 ABŞ dolları, xx.xx.2008-ci ildə 25000 ABŞ dolları, xx.xx.2007- ci ildə 25.000 ABŞ dollarına ekvivalent olaraq 21.260 manat, xx.xx.2007-ci ildə 10.000 ABŞ dollarına ekvivalent olaraq 86510 manat, xx.xx.2007-ci ildə 20000 ABŞ dollarına ekvivalent olaraq 16970 manat pul vəsaitləri ödəmişdir;- 15 sentyabr 2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş razılaşmaya əsasən İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badam” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289993 ABŞ dollarından 200000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər. X4 da razılaşmanı imzalamışdır ;- iş üzrə şahid qismində dindirilmiş X4 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı etibarnamə üzrə nümayəndəsi olmuşdur, ona daşınmaz əmlak alqısatqısında köməklik etmişdir. Hüquqşunas kimi fəaliyyət göstərir. O, həmçinin, Cavabdeh MMC bağlanılmış müqavilə üzrə ödənilmiş pulun iddiaçıya geri qaytarılmasında sonuncuya yardım göstərirdi. İddiaçının Cavabdeh MMC-yə ödədiyi pullardan 51000 manat hissəsi iddiaçıya qiymətli daşlar şəklində geri qaytarılmışdır. Hər iki tərəf həmin qiymətli daşların 51000 manat məbləğinə olması barədə razılaşmışlar. Tərəflərin razılaşmasına görə qalan məbləğ aralarında bağlanılmış yazılı razılaşmaya əsasən 200000 manat məbləğində olmaqla iddiaçıya ödənilməli idi. Həmin məbləğ oktyabr-noyabr aylarında ödənilməlidi idi və razılaşmaya əsasən bununla da 200000 manat məbləğinin ödənilməsi ilə mübahisə bitməli idi. O, özü şəxsən qeyd edilmiş razılaşmanın imzalanmasında iştirak edib.
4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edərək iddia tələblərinin tam şəkildə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli 2(103)-1635/2024 nömrəli qətnaməsi ilə İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli və 2(103)- 1635/2024 saylı qətnaməsini ləğv edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 259.992 ABŞ dolları, həmin pulun bugünə olan məzənnnəsi ilə 441.988 AZN və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla 168.995 ABŞ dolları, həmin pulun bu günə olan məzənnəsi ilə 287.292 AZN əldən çıxmış fayda formasında pulun ödənilməsindən ibarət iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3800/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli 2(103)- 1635/2024 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsinə aid hissədə ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 386.2, 404.1, 404.2, 405.1, 406.1, 442; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 416.1, 416.2, 418.1, 418.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş razılaşmaya əsasən, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289993 ABŞ dollarından 200000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər.İddiaçıya pulun alınıb verilməsi ilə bağlı iddiaçı tərəfindən vəkil edilmiş X2 (eyni zamanda razşılaşmada iştirak etməklə tərəflər arasında bağlanan razışalmanın təsdiqi ilə bağlı imza etmişdir) ifadəsindən müəyyən edilir ki, həmin razılaşmaya əsasən tərəflərin iradə ifadəsi məhz 200000 manatın iddiaçıya ödənilməsi ilə aralarında olan mübahisə bitməli idi. Tərəflərin birbiri qarşısında hər hansı bir öhdəliyi qalmamalı idi. Bu baxımdan kollegiya hesab edir ki, razılaşmanın mətnindəki İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badamı” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289993 ABŞ dollarından 200000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsinə razı olması barədə cümlə tərəflərin iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməli olmaqla bu konteksdə qiymətləndirilməlidir. Yəni bu konsteksdə yanaşıldıqda və şahid ifadəsi ilə də təsdiqini tapdığı kimi bu formada razılaşma yəni 200000 manatın ödənilməsi tərəflərin bir-biri qarşısında öhdəliklərinə xitam verilməsi qəbul edilməklə qiymətləndirilməlidir. (Əlavə olaraq qeyd edilməlidir ki, bunun əksi olacağa halda tərəflər aralarında qalıq məbləği də razılaşmada göstərməklə hansı məbləğdə pul qaytarılmalı olduğunu, yəni öhdəliyin hansı həcmdə qaldığını müəyyən edərdilər.)xx.xx.2022-ci il tarixli razılaşmada tərəflərin iradə ifadələri yalnız 200000 manat pulun Cavabdeh MMC tərəfindən iddiaçıya geri ödənilməsi ilə aralarında olan öhdəliklərə xitam verilməli olmasına yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin razılaşmaya əsasən tərəflərin iradə ifadəsinin məhz 200000 manatın iddiaçıya ödənilməsi ilə aralarında olan mübahisənin bitməli olması barədə qənaətini kifayət qədər əsaslandıra biməmişdir. 200000 manatdan kifayət qədər çox olan 289993 ABŞ dolları pul məbləği qarşılığında 200000 manat ödənilməsi ilə tərəflər arasındakı öhdəliklərə xitam verilməsi ağlabatan görünməməklə bərabər, xx.xx.2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş razılaşmadan görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badam” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289993 ABŞ dollarından 200000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər.Həmin razılaşmadan 289993 ABŞ dollarının əvəzində 200000 manat pulun ödənilməsi ilə tərəflər arasındaki öhdəliklərə xitam verilməsi barədə razılıq əldə edildiyi məlum olmur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi iddianın gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla pul məbləğinin ödənilməsi tələbi üzrə də hüquqi dəyərləndirmə aparmamışdır. Hətta apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmadan sonra iş üzrə cavabdehin öhdəliyinin icrasını gecikdirib-gecikdirmədiyinə də hüquqi qiymət verməmişdir.Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinin hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyasında göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.Həmin qərarın 17ci bəndində qeyd edilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda, qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsinə aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir. Apellyasiya baxışının hədləri 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən (iddiaçının apellyasiya şikayətinə aid qətnamənin iddianın təmin edilməmiş hissəsinə aid) hissədə yenidən yoxlanılmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 10.İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1, 217.2, 217.3, 217.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, alıcı İddiaçı satıcı "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərov ilə 26 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105№li villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 №li Satış müqaviləsi bağlamışdır. Ona satılan həmin villa Abşeron rayonu, Saray qəsəbəsi, “VillaBadam” şəhərciyində yerləşir. Satıcı ümumi layihəyə uyğun olaraq “Villa Badam” şəhərciyinin salınması, onun müasir standartlara və bu müqavilədə göstərilən şərtlərə uyğun tikilməsini təşkil edir və Alıcı ilə əvvəlcədən razılaşdırılmış villanı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verir. Onunla satıcı"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərov arasında bağlanan 26 aprel 2007-ci il tarixli 005 №li Satış müqaviləsinin 2.3.-cü bəndinə əsasən, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam”şəhərciyi, B26 tipli 105 №livillanın ümumi qiyməti 445500 ABŞ dollarıdır.Həmin müqaviləyə görə, ödəniş, depozit ödəniləndən sonra, 18 ay müddətində hər ayın 15-nə qədər ödənilməsi şərti ilə alıcı tərəfindən aparılmalıdır. Bu müqavilə üzrə müəyyən edilmiş məbləğin tam ödənilməsi 26 aprel 2008-ci il tarixə qədər alıcı tərəfindən təmin edilməlidir. Müqavilənin 5.4.-cü bəndinə görə, alıcı bu müqavilə əsasında olan bütün ödənişləri evin təhvil verilmə tarixindən əvvəl ödəməyi öhdəsinə götürür. Müqavilənin 9.-cu bəndinə əsasən,satıcı, villa üçün alıcı tərəfindən vaxtlı-vaxtında vəsait ödənildikdə, villanı təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 1-ci bəndinə əsasən,alıcı bu müqavilədə göstərilmiş torpaq sahəsinin ölçüsü 1209 m² olan ərazidə 297 m² ümumi sahəsi olan evi alır və onun dəyərini ödəməyi öhdəsinə götürür (villanın çöl divarlarının sahəsi istisna olmaqla qalan bütün divar, kolonlar və açıq sahələrin altındakı sahələr villanın ümumi sahəsinə daxildir). Əmlakın təhvil verilmə tarixini nəzərdə tutan müqavilənin 2.1.-ci bəndində əmlakın İ və İİ əlavədə göstərilən planlara və spesifikasiyalara uyğun "xxxx" şirkətinin standart, təmirsiz halda layihənin təsdiq olunduğu tarixdən 18 ay müddətində təhvil verilməsi göstərilir. Bu müqavilənin 6.-cı bəndində qeyd edilir ki, alıcı bu müsqaviləni birtərəfli qaydada ləğv etmək istədikdə və satıcını bu haqda rəsmi xəbərdar etdikdə onun tərəfindən satıcıya ödənilmiş məbləğ alıcıya qaytarılmalıdır. Müqavilənin 11.ci bəndinə görə, müqavilə üzrə tərəflər arasında yaranan mübahisələrin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadıqda, mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq tənzimlənir. Bildirir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 26 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, B26 tipli 105 №li villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 №li Satış müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyi bugünə qədər yerinə yetirməmiş, B26 tipli 105 №li villanı tikib ona təhvil verməmişdir. Buna baxmayaraq o həmin villanın tikilib ona təhvil verilməsi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 289993 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 492988 AZN pul ödəmişdir.Bunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlərinin qeyd edildiyi kassa mədaxil orderinin qəbzləri də təsdiq edir. Həmin puldan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 2021-ci il tarixdə 51000 AZN pulu X4 vasitəsilə geri qaytarmışdır. Hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 259992 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 441988 AZN pul borcludur. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.cimaddəsinə görə, gecikdirilmiş vaxt üçün illik (gecikdirilmiş müddət 13 il hesab edilməklə) 5 faiz olmaqla 168995 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 287292 AZN əldən çıxmış fayda formasında pul ödəməlidir. Bundan başqa, 26 aprel 2007-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam”şəhərciyi, B26 tipli 105 №li villanın satıcı tərəfindən ona satılması ilə bağlı 005 №li Satış müqaviləsində müqavilənin etibarlılığını nəzərdə tutan 8-ci maddədə qeyd edilir ki, alıcıya satılmış villa Daşınmaz əmlakın Dövlət reyestri xidmətində qeydiyyata alındıqdan sonra bu müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş hesab olunur və müqavilə öz qüvvəsini itirir. 26 aprel 2007-ci il tarixli 005 №li Satış müqaviləsində müqavilənin etibarlılığını nəzərdə tutan 8-ci maddəsindən də göründüyü kimi müqavilə hələ də qüvvədədir və müddətin tətbiqi məsələsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3.-cü maddəsinə görə, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli və 2(011)-3424/2023 saylı qətnaməsinin əsaslandırma hissəsində məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış yazılı razılaşmaya görə cavabdeh iddiaçının ödədiyi 289993 ABŞ dollarının qarşılığı olaraq 200000 manatı iddiaçıya ödəməli idi. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, sözügedən razılaşmanın şərtlərinə görə cavabdehdən iddiaçının xeyrinə cəmi 200000 manat pul vəsaiti tutulmalıdır. Qeyd etmək istəyir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış yazılı razılaşmanın 1-ci bəndində nəzərdə tutulur ki, tərəf olaraq alıcı qismində o İddiaçı satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi F.Əkbərovla bağladığı 26 aprel 2007-ci il tarixli, 005 №li Satış müqaviləsi üzrə Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam”şəhərciyi, B26 tipli 105 №li villanın ona satılmasına görə ödədiyi 289993 ABŞ dollarından 200000 AZN pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona geri ödənilməsinə razıdır. Razılaşmanın məzmunundan göründüyü kimi razılaşmada 289993 ABŞ dollarının əvəzində 200000 AZN pulun geri ödənilməsindən yox, 289993 ABŞ dollarından 200000 AZN pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona geri ödənilməsindən söhbət gedir və bu Cəmiyyəti tərəfindən mənə geri ödənilməsindən söhbət gedir və bu barədə razılaşma əldəedilmişdir. Həmin 200000 AZN pul da razılaşmanın bağlanmasından 2 ay müddətində ödənilmədiyinə görə hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona 259992 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 441988 AZN pul borcludur. Həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7.-ci maddəsinə görə, gecikdirilmiş vaxt üçün illik (gecikdirilmiş müddət 13 il hesab edilməklə) 5 faiz olmaqla 168995 ABŞ dolları, həmin pulun bugünə olan məzənnəsi ilə 287292 AZN əldən çıxmış fayda formasında pul ödəməlidir. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı 259992 ABŞ dolları, həmin pulun bugünə olan məzənnnəsi ilə 441988 AZN və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla 168995 ABŞ dolları, həmin pulun bugünə olanməzənnəsi ilə 287292 AZN əldən çıxmış fayda formasında pul ödənilməlidir. Apellyasiya icraatında müəyyən edilən hallar:
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respubliasının Auditorlar Palatasına həvalə edilmişdir. Audit rəyinin nəticə hissəsində qeyd edilmişdir : Birinci sual üzrə: Satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 26 aprel 2007-ci il tarixli 005 saylı müqaviləyə müvafiq və mədaxil və məxaric əməliyyatlarına əsasən tələb edilən tarixə iddiaçı tərəfindən Cavabdeh MMC-yə 289993,0 ABŞ dolları məbləğində vəsait ödənilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı pul vəsaiti qaytarılmamışdır. İddiaçı tərəfindən Cavabdeh MMCyə ödənilmiş məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankının hazırki məzənnəsi (1 ABŞ dolları=1,70 manat) ilə manat ekvivalentində 492988,10 (Dörd yüz doxsan iki min doqquz yüz səksən səkkiz manat 10 qəpik) manat təşkil edir. İkinci sual üzrə: Müəyyən edilən 289993,0 ABŞ dolları məbləğinə hər il üçün illik 5 faiz hesablanmaqla hər ilə görə 14499,65 (289993,0*5%) ABŞ dolları və cəmi 13 il ərzində 188495,45 (14499,65*13=188495,45)(Bir yüz səksən səkkiz min dörd yüz doxsan beş ABŞ dolları 45 sent) ABŞ dolları məbləğində faiz hesablanması müəyyən edilir. Hesablanmış faiz məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının hazırki məzənnəsi (1 ABŞ dolları=1,70 manat) ilə manat ekvivalentində 320442,26 (188495,45*1,7=320442,26) (Üç yüz iyirmi min dörd yüz qırx iki manat 26 qəpik) manat təşkil edir. Ümumilikdə, Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməli olan pul vəsaiti 478488,45 (Dörd yüz yetmiş səkkiz min dörd yüz səksən səkkiz ABŞ dolları 45 sent) ABŞ dolları, manat ekvivalentində 813430,36 (Səkkiz yüz on üç min dörd yüz otuz manat 36 qəpik) məbləğində müəyyən edilir. 12.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini əsaslı hesab etdiyini, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə də razı olduqlarını qeyd etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişləri nəzərə alınmaqla apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 13.Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 , 77, 80-82, 106.2, 119, 217.4-cü maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 447.1 Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 16.Satıcı Cavabdeh MMC ilə alıcı İddiaçı arasında 26 aprel 2007-ci il tarixdə bağlanmış 005 saylı müqavilənin 8-ci bəndində qeyd edilmişdir ki, bu müqavilənin etibarlılığı və qəbul olunması hər iki tərəfin imzası ilə təsdiq olunur, iki nüsxədən ibarətdir və imzalandığı andan qüvvəyə minir. Hazırki müqavilə qanuni yolla təyin olunmuş və fəaliyyət göstərən səlahiyyətli təmsilçi tərəfindən imzalanmayana qədər «Satıcı» üçün heç bir öhdəlik nəzərdə tutulmur.Müqavilə üzrə şərtlər tam yerinə yetirilərək villa təhvil veriləndən sonra «Alıcıı» müqavilənin əslini «Satıcıya» qaytarmağı öhıləsinə götürür.«Alıcı”-ya satılmış villa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alındıqdan sonra bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilmiş hesab olunur və müqavilə öz qüvvəsini itirir.xx.xx.2022-ci il tarixli İddiaçı ilə Cavabdeh MMC arasında əldə edilmiş razılaşmadan görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanda “Villa Badam” şəhərciyində yerləşən 105 nömrəli villanın ona satılmasına görə ödədiyi 289993 ABŞ dollarından 200000 manat pulun Cavabdeh MMC tərəfindən ona geri ödənilməsi barədə razılığa gəlmişdirlər. Həmin razılaşmadan 289993 ABŞ dollarının əvəzində 200000 manat pulun ödənilməsi ilə tərəflər arasındaki öhdəliklərə xitam verilməsi müəyyən edilmir. Birinci instansiyası məhkəməsi iddianın təmin edilmiş hissəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmadan sonra belə iş üzrə cavabdehin öhdəliyinin icrasını gecikdirib-gecikdirmədiyinə, bununla tələb edilən zərərin müvafiq faiz nisbətində ifadə edilmiş hissəsinə də hüquqi qiymət verməmişdir. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən:217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
18. Kollegiya baxılan hissədə kassasiya instansiya məhkəməsinin göstərişlərin nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır və baxılan hissədə iddia tam təmin edilməlidir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə verilmiş audit rəyini kollegiya mötəbər sübut kimi qəbul edir. Həmin rəyin mötəbərliyini təkzib edəcək hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, işin araşdırılan halları üzrə ekspertizanın nəticəsi tələbi üstələsə də mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq məhkəmə qanunla müəyyən edilmiş müstəsna hallarda tələbdən kənara çıxmaq hüququna malikdir ki, belə hallar hazırki iş üzrə müəyyən edilmədiyindən, qanuni qüvvəyə minmiş hissə nəzərə alınmaqla iddia onun həcmi həddində təmin edilməli və (441988-200000=) 241988 manat və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla 287292 manat məbləğində əldən çıxmış fayda cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. 19.Kollegiya hesab edir ki, dövlət rüsumunun ödənilməsi ilə bağlı məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3424/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 241988 ( iki yüz qırx bir min doqquz yüz səksən səkkiz) manat və 13 il ərzində gecikdirilmiş vaxt üçün illik beş faizdən hesablanmaqla 287292 ( iki yüz səksən yeddi min iki yüz doxsan iki ) manat məbləğində əldən çıxmış fayda hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.